Qızı Xalq artistini belə təbrik etdi


Məşhur türk dicey Mahmut Orhan növbəti addımı ilə diqqət çəkib.
Sənətçi bazarda konsert verib.
Alaçatı bazarında performans göstərən diceyin kadrları maraqla qarşılanıb. (Olay)
Müğənni Xatirə İslam həyat yoldaşı Fəxrəddin bəylə paylaşım edib.
Sənətçi əri ilə skuterdə gəzdiyi anları paylaşıb.
Xatirənin bu görüntüləri maraqla qarşılanıb. (Olay)



©


©


©


©
Amerikalı musiqi meneceri və prodüseri Klayv Devis 94 yaşında vəfat edib.
"Report" "The Guardian"a istinadən xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.
Ailəsi bildirib ki, o, Manhettendəki evində, doğmalarının və yaxınlarının əhatəsində yaşla əlaqədar xəstəlikdən vəfat edib.
Klayv Devis Uitni Hyuston, Cenis Coplin, "Sly & The Family Stone", Barbara Streyzand, Patti Smit, Enni Lennoks, "The Kinks", "The Notorious B.I.G.", Alisiya Kiz, "Maroon 5", Aşer, Cennifer Hadson və s. daxil olmaqla, bir çox dünya ulduzlarının formalaşmasında və uğur qazanmasında həlledici rol oynayıb.



©


©


©


©


©

Türkiyədə tanınmış aktyor Onur Tuna, sosial media fenomenləri Özgür Deniz Cellat və Zehra Hanzade Gürkanların narkotik testinin nəticələri müsbət çıxıb.
"Report" "Haber Global"a istinadən xəbər verir ki, onlar polisin həyata keçirdiyi narkotik istintaqı çərçivəsində saxlanılmış, qan və saçlarından nümunələr götürülmüşdü.
Məlumata görə, Onur Tuna və Özgür Deniz Cellatın nümunələrində marixuananın təsiredici maddəsi aşkarlanıb. Zehra Hanzade Gürkanların qan və saç nümunələrində isə kokain metabolitləri tapılıb.



©


©


©
"It Takes Two" hitinin yaradıcısı, tanınmış amerikalı reper Rob Beys 59 yaşında vəfat edib.
"Report"un məlumatına görə, bu barədə musiqiçinin instaqram səhifəsində bildirilib.
"Bu gün (dünən-red) hip-hop əfsanəsi Rob Beysin xərçəng xəstəliyi ilə uzun müddət mübarizə apardıqdan sonra ailəsinin əhatəsində ölməsi barədə xəbəri ürək ağrısı paylaşırıq", - paylaşımda deyilir.
"It Takes Two" 1988-ci ildə Billboard siyahılarında üçüncü yerə yüksəlib. Jurnalistlər mahnını "mədəni əlamət" adlandırıblar, çünki "Snoop Dogg" və "Black Eyed Peas" da daxil olmaqla çoxsaylı sənətçilər onu ifa ediblər.
Mahnı həmçinin "The Proposition" və "Iron Man 2" də daxil olmaqla bir neçə Hollivud filminin saundtreklərində yer alıb.



Xalq artisti Aygün Kazımova geyim tərzi ilə gündəmə gəlib.
Məkanlarından birində səhnəyə çıxan ifaçı geyimində ağ və qara rənglərdən istifadə edib.
Müğənni qısa şort və büsqalterin üzərindən pencək geyinib. O, görüntünü uzun çəkmə və əlcəklərlə tamamlayıb.
55 yaşlı Xalq artistinin geyim seçimi sosial mediada müzakirələrə səbəb olub. /yenisabah/


©





©


©

İrlandiya, İslandiya, İspaniya, Niderland və Sloveniya İsrailin müsabiqəyə qatılması səbəbindən ölkələrindən iştirakçı göndərməmək qərarından sonra "Avroviziya-2026" mahnı müsabiqəsinin milli televiziyada yayımlanmasından imtina ediblər.
"Report" xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.
Qeyd olunub ki, ölkələrin yarışmadan çıxmasının müxtəlif səbəbləri olsa da, hamısı İsraillə əlaqəlidir. Dövlətlər İsraili Qəzza zolağında müharibə cinayətlərində ittiham ediblər, telekanallar isə hesab edir ki, yəhudi dövlətinin iştirakı digər iştirakçılarla müqayisədə ədalətsiz şərait yaradır.



©


©


©


©


©


©


©


©




©


©






©


©


©




©

Meyxanaçı Namiq Qaraçuxurlu villasından görüntülər paylaşıb.
Moderator.az xəbər verir ki, videonu sənətçi evinin həyətində çəkib.
O, bağında qurduğu Novruz bayramı ab-havasında dekoru nümayiş etdirib.
Qeyd edək ki, Qaraçuxurlu ailəlidir və Sara adlı bir qız övladı var.
Əməkdar artist Yusif Mustafayev açıqlaması ilə gündəmə gəlib.
Moderator.az xəbər verir ki, tanınmış müğənni bu dəfə ailə qurmaq mövzusunda səsləndirdiyi fikirlərlə müzakirələrə səbəb olub. Öz həyatından nümunə gətirən sənətçi böyük ailədə böyüdüyünü vurğulayıb:
"10 övlad olmuşuq bir ailədə - 5 qardaş, 5 bacı. Hamısından da böyüyü mənəm".
Daha sonra ifaçı ailə dəyərlərinə yanaşmasından danışaraq diqqətçəkən fikirlər səsləndirib:
"Çalışmışam ki, kənardan nə qız alam, nə də qız verəm. Niyə yaxşısını verim ki, heyifdir, pisini verəm ki, ayıbdır. Pis də, yaxşı da özümün olub. İmkanlıya yox, kasıb təbəqənin adamına yaxın getmişəm. Həmişə belə olub bu. İndiyənə kimi, Şükür ki, ətrafımda başqa söz-söhbət olmayıb".
Sənətçinin bu açıqlaması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi izləyicilər onun fikirlərini ailə dəyərlərinə sadiqlik kimi qiymətləndirsə də, digərləri bu yanaşmanı müasir dövrlə uzlaşmadığını qeyd edərək tənqid ediblər.
Qısa zamanda geniş müzakirələrə səbəb olan açıqlama bir daha göstərdi ki, tanınmış simaların şəxsi baxışları cəmiyyətdə fərqli reaksiyalar doğurmağa davam edir.
(milli.az)
Havay ştatının Kauai adasındakı xəstəxanaya yerləşdirilən amerikalı kinoaktyor Çak Norris vəfat edib.
"Report" xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.
Çak Norris martın 10-da 86 yaşını qeyd edib.
Aktyor "Sərt Uoker, Texas ədaləti" serialındakı baş rolu ilə tanınır. O, çoxsaylı film və televiziya mükafatları qazanıb.
1989-cu ildə aktyor Hollivud Şöhrət Xiyabanında ulduz alıb və 1999-cu ildə adı Kaliforniyanın Berbank şəhərindəki Döyüş Sənətləri Muzeyinin Şöhrət Zalına daxil edilib.

Amerikalı aktyor Çak Norris Havay ştatının Kauai adasındakı xəstəxanaya aparılıb.
"Report" xəbər verir ki, bu barədə TMZ portalı mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, aktyor və döyüş ustası bir gün əvvəl məşq edirdi.
Onun xəstəxanaya yerləşdirilməsinin səbəbi açıqlanmır, lakin əhval-ruhiyyəsinin yaxşı olduğu bildirilir.
Çak Norris martın 10-da 86 yaşını qeyd edib.
Aktyor "Sərt Uoker, Texas ədaləti" serialındakı baş rolu ilə tanınır. O, çoxsaylı film və televiziya mükafatları qazanıb.
1989-cu ildə aktyor Hollivud Şöhrət Xiyabanında ulduz alıb və 1999-cu ildə adı Kaliforniyanın Berbank şəhərindəki Döyüş Sənətləri Muzeyinin Şöhrət Zalına daxil edilib.



"Mən həmişə aşiqəm - musiqiyə, hissin özünə. Əsl qadın bunsuz yaşaya bilməz. Bu, müəyyən bir insana aid olmasa belə, həyat vəziyyətidir. Aşiq olmaq enerjidir. Bu, yaratmaq, dəyişmək və parıldamaq istəyidir".
Bu sözləri Xalq artisti Aygün Kazımova "Nargiz Magazine"ə müsahibəsində deyib.
Pop kraliça sevgi ilə bağlı sualları cavablandırıb. Müğənni bildirib ki, sevgi onun üçün tək bir şəxsə yox, hər şeyə aiddir.
Kazımova mahnı seçimindən bəhs edib:
"Bəzən əvvəl musiqini eşidirəm. Bir akkord, bir ritm və artıq içimdə bir obraz, əhval, səhnə formalaşmağa başlayır. Hətta işığın necə olacağını, geyimin necə görünəcəyini və enerjinin necə olacağını təsəvvür edirəm. Bəzən isə hər şey bir söz və ya ürəyi tutan tək bir ifadə ilə başlayır. Sonra musiqi həmin duyğunun ardınca gəlir. Amma ən vacibi hissdir. Mən inanmadığım heç nəyi oxumuram. Əgər mahnı mənə toxunmursa, o tamaşaçıya da çatmaz. Buna görə başlanğıc nöqtəsi həmişə emosiyadır. Yalnız bundan sonra musiqi və sözlər bir-birini tapır".
Səhnə geyimlərindən danışan ölkənin əsas ulduzu "Sevmədiyim heç bir səhnə geyimim yoxdur. Hər səhnə obrazı bir hekayədir, xatirədir, emosiyadır. Hər geyim həmin anın enerjisini daşıyır - bəzən qələbə, bəzən risk, bəzən isə xüsusi bir həyəcan. Mən onlara laqeyd qala bilmərəm. Çünki kostyumlarım da mənim hekayəmin bir hissəsidir" sözlərini əlavə edib. (Axşam.az)


©
Azərbaycanın xalq artisti Azərin Türkiyənin məşhur aparıcısı Okan Bayülgenin verilişində diqqət çəkən açıqlama ilə gündəmə gəlib.
Moderator.az xəbər verir ki, müğənni aparıcının sualına emosional reaksiya verərək "Azəri dili" ifadəsinin işlədilməsinə etiraz edib.
Yayılan videoda görünür ki, bu məqamda isə Azərin aparıcının sözünü kəsərək məsələyə münasibət bildirib.
Müğənni qeyd edib ki, Azərbaycan dilinin "azəri dili" kimi təqdim olunması doğru deyil və buna görə etirazını bildirib. O, tarixə istinad edərək fikrini belə əsaslandırıb:
"1918-ci ildə ilk müstəqillik dövrümüzdə qəbul olunan qanunda rəsmi dilin türk dili olduğu qeyd olunub. Ona görə də 'azəri dili' ifadəsi düzgün deyil".
Xalq artisti əlavə edib ki, Azərbaycan və türk xalqları eyni kökdən gələn dillərdə danışır və bu məsələyə həssas yanaşmaq lazımdır.
Sözügedən görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb və istifadəçilər arasında müzakirələrə səbəb olub.
Tam təfərrüat və müğənninin mövzu ilə bağlı daha geniş izahı videoda:






©


©


©



©


©

Türkiyənin populyar aktrisası Pınar Altuğ sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqəti öz üzərinə cəmləyib.
Moderator.az xəbər verir ki, sənətçi Bursada yaşayan bir izləyicisinin ondan 450 min lirə (18 500 manat) istədiyini açıqlayıb. Aktrisa deyib ki, bursalı izləyicisi dələduzluğun qurbanı olduğunu əsas gətirərək ona yardım edilməsini istəyib.
Sənətçi tanımadığı adamın mesajını oxuyarkən təəccübləndiyini gizlətməyib. O, “bir insan heç vaxt qarşılaşmadığı adamdan necə bu qədər böyük məbləğdə yardım istəyə bilər? Adamdakı rahatlığa heyranam. Yəqin ki, rəqəmləri tanımır. Yoxsa, bu qədər pulu istəməyə ürək etməz”, - yazıb.
Məşhurun bu paylaşımı müzakirələrə səbəb olub. Bəzi izləyiciləri “pul vermirsən, vermə. Niyə biabır edirsən?” məzmunlu şərhlər yazaraq, Pınar Altuğu tənqid ediblər.


©


/milli.az/


©
Əməkdar artist Dilarə Əliyeva "Afaqla onlar" verilişində qonaq olub.
Moderator.az xəbər verir ki, proqramın aparıcısı Afaq Gəncəli tədbirlərin birində görünüşündə dəyişiklik edən aktrisanı tanımaqda çətinlik çəkdiyini etiraf edib. O, bildirib ki, Dilarəni Əməkdar artist Elza Seyidcahanla səhv salıb.
Aktrisa aparıcının sözlərini dəstəkləyib:
"Elə Dilarə Əliyeva olur? Bir onu başa düşdüm ki, Elzanın əlindən başımıza heç nə qoya bilmirik. O qədər başına şey qoyub ki, nə qoyursan Elza yada düşür. Gərək o səviyyəyə gəlib çatım".
(Axşam.az)


©


©


©


©


©
Yeni il gecəsi toy və şənliklərində ölkəmizin tanınmış müğənnilərindən birini səhnədə görmək istəyən ailələr xeyli xərcə düşməli olacaq.
Tanınmış müğənnilərin xüsusi günlərdə yarım saatlıq (təxminən 5–6 mahnı) çıxış üçün tələb etdiyi məbləğlər 2 min manatdan 15 min manata qədər artır.
Qiymətlər ifaçının populyarlığı, repertuarı və tələb səviyyəsinə görə dəyişir.
Araşdırma nəticəsində məlum olub ki, Yeni il gecəsi toy və özəl məclislər üçün müğənnilərin 30 dəqiqəlik çıxış qiymətləri belədir:
Aygün Kazımova -15 000 manat
Tünzalə Ağayeva - 7 000 manat
Zamiq Hüseynov - 5 000 manat
Şəbnəm Tovuzlu - 5 000 manat
Rəqsanə İsmayılova - 4 000 manat
Aysun İsmayılova - 3 500 manat
Vəfa Şərifova - 3 500 manat
Almaxanım - 2 500 manat
Elza Seyidcahan - 2 000 manat
Kəmalə Günəşli - 2 000 manat
Yeni il gecəsi sifarişlərin artması qiymətlərin də yüksəlməsinə səbəb olur.
Qeyd edək ki, açıqlanan məbləğlər bazar qiymətlərinə əsaslanır və məkan, vaxt, proqramın həcmi kimi amillərdən asılı olaraq dəyişə bilər. /Sfera.az/


©
Türkiyəli iş adamı Hakan Sabancı qısa aradan sonra eşıq həyatı ilə gündəmə gəlib.
İş adamının aktrisa Rabia Soytürklə münasibətdə olduğu bildirlib. Cütlüyün artıq iki həftədir eşq yaşadığı iddia olunub.
Qeyd edək ki, Hakan bundan əvvəl aktrisa Hande Erçellə sevgili olub. Onlar 3 illik münasibətlərini 4 ay əvvəl bitiriblər. Hande isə "OGM Pictures" şirketinin sahibi Onur Güvenatamla eşq yaşayır.
Rabia isə bundan əvvəl aktyor Mustafa Mert Koç ilə nişanlı olub. Onlar ayrılıblar.
(Axşam.az)
"Kalbimin Tek Sahibine", "Aşkımız Olay Olacak", "Ben Tek Siz Hepiniz" və "Zorun Ne Sevgilim" kimi hit mahnıları ilə yaddaşlarda iz buraxan İrem Derici bu dəfə şəxsi həyatı ilə gündəmə gəlib.
Sosial şəbəkə paylaşımları və açıqlamaları ilə tez-tez adından söz etdirən məşhur müğənni, İstanbuldan ev aldığını açıqlayıb.
"Çox çalışdım, amma pulumu həmişə sağa-sola xərclədim. Bu dəfə bir iş görüb ev aldım. Uzun illər ərimlə yaşayacağım, uşaqlarımı dünyaya gətirib böyüdəcəyim bir ev. Çox xoşbəxtəm, hələ də inana bilmirəm. Nəhayət bacardım. Mart ayında köçəcəyik", - Derici yeni aldığı evlə bağlı belə deyib.
Məşhur müğənniyə "Münasibətdə toksik birisinizmi?" sualı veriləndə isə belə cavablayıb:
"Ümumiyyətlə toksik bir insanam, amma bu Melihlə dəyişdi. Hətta söyüşü belə tərgitmə mərhələsindəyəm. Özümü tərbiyə edirəm, çünki artıq ailə qurmaq və uşaq sahibi olmaq istəyirəm. Özümü buna hazır hiss edirəm. Mənim kimi dəli insanların uşaqları vətənə, millətə xeyirli olar. Xasiyyətləri atasına bənzəsin istəyirəm".
Bundan əlavə, Derici toy tarixini də açıqlayaraq Melih Kunukçu ilə 2026-cı ilin sentyabrında evlənməyi düşündüklərini bildirib.






©


©
/milli.az/


Milli.az




©



©



©


©


©


©


©



©


©


©
Türkiyəli müğənni İrem Derici xəstəxanaya yerləşdirilib.
Moderator.az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə məlumat paylaşıb.
Derici səhhətinə görə konsertlərini ləğv etdiyini də açıqlayıb.
İfaçı halsızlıq və şiddətli ishal səbəbindən yeriyə bilmədiyini və bir neçə gün dincəlməli olduğunu bildirib.

Xatırladaq ki, ötən həftə Türkiyədə bir sıra müğənnilər, o cümlədən İrem Derici narkotik ittihamı ilə saxlanılmış ifadə verdikdən sonra sərbəst buraxılmışdılar.


©


©


©
"Kanal D"nin fenomen serialı "Eşref Rüya" çərşənbə axşamları həm reytinqlərdə, həm də sosial mediada sözünü deməyə davam edir.
Taner Rumelinin canlandırdığı "Dinçer" və Levent Özdileyin həyat verdiyi "Hıdır" obrazlarının hekayəyə daxil olması ilə serialın həyəcan dozası daha da artıb.
Nəticədə "Eşref Rüya" günün bütün izləyici kateqoriyalarında ən çox izlənilən layihə olub. Tamaşaçılar isə "Çərşənbə demək – Eşref Rüya deməkdir" sözləri ilə seriala olan sevgilərini ifadə ediblər.
8 illik fasilədən sonra ekranlara qayıdan Ebru Destan "Hıdır"ın sağ qolu "Necla" obrazı ilə seriala qatılaraq güclü bir qadın portreti yaradıb.
"Eşref Rüya" Demet Özdemirin səsləndirdiyi "Aç yaralar kalbime" mahnısı ilə də sosial mediada gündəmə çevrilib.
(Müsavat)
Aktrisa Zarina Qurbanova yay tətilini Avropada keçirdiyini bildirib.
Aktrisa Milandan video yayımlayıb.
Zarina Çexiya, Fransa, İtaliya, Avstriyada olduğunu bildirib. O, bir neçə şəhər gəzdiyini yazaraq, fotolarını sosial şəbəkədə yayımlayıb.
Aktrisa paylaşımında "11 ay işləyib qazandığımı 2 həftəyə xərclədim. Qayıdıram 11 ay işləməyə" sözlərini qeyd edib.
(Axşam.az)


©




©
