"Qarabağ" futbolçusu Leandro Andradenin transferi ilə bağlı Ukraynanın "Polesye" klubunun təklifini yarımmüdafiəçinin istəyini nəzərə alaraq müsbət cavablandırıb.
"Report" xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.
Klublar arasında aparılan danışıqların uğurla yekunlaşıb və tərəflər arasında razılıq əldə olunub.
2022-ci ilin yanvarından "Qarabağ"ın formasını geyinən kabo verdeli futbolçu komandanın heyətində 2021/2022, 2022/2023, 2023/2024 və 2024/2025 mövsümlərində Azərbaycan çempionu olub, 2021/2022 və 2023/2024 mövsümlərində ölkə kubokunu qazanıb.
"Köhlən atlar"ın 2023-2024 mövsümündə UEFA Avropa Liqasının 1/8 finalına, 2025/2026 mövsümündə UEFA Çempionlar Liqasının pley-offuna yüksəlməsində əməyi olan oyunçu 2022/2023 və 2024/2025 mövsümlərində UEFA Avropa Liqasının əsas, 2021/2022 və 2022/2023 mövsümlərimdə UEFA Konfrans Liqasının pley-off mərhələlərinin iştirakçısı olub. O, "Qarabağ"da keçirdiyi 213 matçda 60 qol vurub.
Andrade "Qarabağ"da oynadığı müddətdə Avropa miqyaslı klub turnirlərinin tarixinə düşüb. O, əsas mərhələlərin üç fərqli matçının 1-ci dəqiqəsində qol sevinci yaşayan ilk və yeganə futbolçudur.
Romelu Lukaku Belçika millisinin heyətində dünya çempionatlarında ən çox qol vuran futbolçu adına sahib çıxıb.
"Report"un məlumatına görə, 33 yaşlı hücumçu buna Yeni Zelandiyanı 5:1 hesabı ilə məğlub etdikləri G qrupunun III turunun oyununda fərqlənməklə nail olub.
O, mundiallardakı qollarının sayını altıya çatdırıb. Beləliklə, forvard Mark Vilmotsu (beş qol) geridə qoyub.
Xatırladaq ki, Belçika millisi beş xalla G qrupunu birinci pillədə bitirib və pley-offa yüksəlib.
Belçika millisi haqqında kənardan deyilən sözlər komanda üçün motivasiya mənbəyi deyil.
"Report" xəbər verir ki, bu barədə yığmanın baş məşqçisi Rudi Qarsiya açıqlama verib.
Mütəxəssis Yeni Zelandiyanı 5:1 hesabı ilə məğlub etdikləri G qrupunun III turunun oyunundan sonra fikirlərini bölüşüb:
"Hazırda heç nəyə nail olmamışıq. Sadəcə, növbəti mərhələyə vəsiqə qazanmışıq. Pley-offdakı rəqibimizi gözləyəcəyik. Amma ilk növbədə bugünkü qələbəyə sevinəcəyik. Daha sonra diqqətimizi növbəti görüşə yönəltməliyik. Mən heç vaxt kənardan edilən açıqlamaları motivasiya vasitəsi kimi qəbul etmirəm. Ən vacib olan komandamızın daxilindəki inamdır".
Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.
İran millisinin futbolçuları dünya çempionatında Misirə qarşı keçirdikləri oyunda əllərindən gələni ediblər.
"Report" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Əmir Qalenoy açıqlama verib.
Mütəxəssis G qrupunun III turunda heç-heçə (1:1) başa çatan matçdan sonra fikirlərini bölüşüb:
"Bəxt tərəfimizdə olmadı. Futbolçular meydanda əllərindən gələni etdilər. Səfər şəraiti və hazırlıq prosesi bizim üçün olduqca ağır keçdi. Son anda həyata keçirilən dəyişikliklər və bərpa üçün yetərli vaxtın olmaması komandanın performansına təsir göstərdi. İndi yalnız növbəti qarşılaşmaların nəticələrini gözləməliyik və ümid edək ki, ən yaxşı üçüncülərdən biri kimi növbəti mərhələyə yüksələcəyik".
Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.
Futbol üzrə millisinin dünya çempionatında pley-offa vəsiqə qazanması tarixi nəticədir.
"Report" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Husam Hasan açıqlama verib.
Mütəxəssis G qrupunun III turunda İranla heç-heçə etdikləri (1:1) matçdan sonra fikirlərini bölüşüb:
"Komandamızın qrupdan çıxması tarixi nəticədir. İlk dəfə dünya çempionatlarında bunu bacardıq. Oyunçularımla fəxr edirəm. Son matçımız çətin alındı. Amma xarakter göstərdik. İndi bütün diqqətimizi Avstraliya ilə pley-off oyununa yönəldəcəyik".
Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.
ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatında 28 komanda pley-offa vəsiqəni rəsmiləşdirib.
"Report" FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Meksika, Cənubi Afrika Respublikası, İsveçrə, Kanada, Bosniya və Herseqovina, Braziliya, Mərakeş, ABŞ, Avstraliya, Paraqvay, Almaniya, Fildişi Sahili, Ekvador, Niderland, Yaponiya, İsveç, Belçika, Misir, İspaniya, Kabo Verde, Fransa, Norveç, Seneqal, Argentina, Kolumbiya, Portuqaliya, İngiltərə və Qana 1/16 finalda oynamaq hüququ qazanıblar.
Mütləq Döyüş Çempionatının (UFC) Bakıdakı ikinci turniri bu gün keçiriləcək.
"Report"un məlumatına görə, Milli Gimnastika Arenasında təşkil olunacaq yarışda ilkin döyüşlər saat 17:00-da, əsas qarşılaşmalar saat 20:00-da başlayacaq.
"UFC Fight Night Baku"da gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.
Azərbaycanlı Nazim Sadıxov braziliyalı Mateus Kamilo ilə, Fərman Həsənov ABŞ təmsilçisi Erik Nolanla, Tahir Abdullayev braziliyalı Ceferson Nasimento ilə münasibətlərə aydınlıq gətirəcək.
"UFC Fight Night Baku"nun görüşləri
İlkin görüşlər
Tahir Abdullayev (Azərbaycan) – Cefferson Nasimento (Braziliya)
Bekzat Almakhan (Qazaxıstan) - Jan Matsumoto (Braziliya)
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunacaq turnirindən əvvəl MMA idmançıları rəqibləri ilə üz-üzə gəliblər.
"Report"un məlumatına görə, tədbir yarışın keçiriləcəyi Milli Gimnastika Arenasında baş tutub.
Bundan əlavə, idmançılar son olaraq çəkidən də keçiblər.
Xatırladaq ki, "UFC Fight Night Baku" iyunun 27-də təşkil olunacaq. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.
Azərbaycanlı Nazim Sadıxov braziliyalı Mateus Kamilo ilə, Fərman Həsənov ABŞ təmsilçisi Erik Nolanla, Tahir Abdullayev braziliyalı Ceferson Nasimento ilə münasibətlərə aydınlıq gətirəcək.
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunacaq turnirindən əvvəl idmançıların rəsmi çəkiölçmə mərasimi keçirilib.
"Report"un məlumatına görə, bu mərhələdə yarışdakı bütün MMA döyüşçüləri təxminən bir saat ərzində çəkidən keçiblər.
"UFC Fight Night Baku" turniri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.
Azərbaycanlı Nazim Sadıxov braziliyalı Mateus Kamilo ilə, ABŞ təmsilçisi Erik Nolanla, Tahir Abdullayev Braziliyalı Ceferson Nasimento ilə münasibətlərə aydınlıq gətirəcək.
Fransanın "Strasburq" klubunda baxışda olan "Qarabağ"ın futbolçusu Əli Bəşirovun karyerası ilə bağlı növbəti addımların necə olacağını zaman göstərəcək.
Bu barədə "Report"a Ağdam təmsilçisinin Futbol Akademiyasının meneceri Nail Kərimov açıqlama verib.
O, hazırda "Qarabağ"ın əsas komandasının düşərgəsində olan 16 yaşlı vinger haqqında danışıb:
"Əli Bəşirov Fransanın "Strasburq" klubunda təcrübə proqramından keçdi. Onlar da oyunçu ilə tanış oldular. Əli Bəşirovun 18 yaşı olmasına 2 ildən çox vaxt var. Hazırda keçidi müzakirə olunmur, bu, daha çox qarşılıqlı tanışlıq prosesidir. Növbəti addımların necə olacağını vaxt göstərəcək".
Qeyd edək ki, Əli Bəşirov Fransanın "Strasburq" klubunda iki həftəlik təcrübə keçib. 16 yaşlı futbolçu bu müddətdə klubun 17 yaşadək futbolçulardan ibarət komandası ilə birlikdə məşqlərdə və yoldaşlıq oyunlarında iştirak edib. O, həmçinin bir sıra fiziki və atletik testlərdən də keçib.
2025/2026 mövsümünün əvvəlində "Qarabağ"ın U-19 komandasına cəlb olunan futbolçular - Muyideen Olude və Toheeb Abiodunla bağlı yekun qərar hələlik verilməyib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Ağdam təmsilçisinin Futbol Akademiyasının meneceri Nail Kərimov bildirib.
O, həmin oyunçuların artıq Gənclər Liqasında yox, Əvəzedicilər Liqasında oynamalı olduqlarını xatırladıb:
"Hələlik onlarla bağlı qərar verə bilmirik. Bu, əvəzedicilərdən ibarət komandamızla bağlı durumdur. Çünki Əvəzedicilər Liqasının reqlamenti, turnirin keçirilib-keçirilməyəcəyi bəlli deyil. Rəsmi açıqlama olmadığı üçün gözləmək məcburiyyətindəyik. Bu çempionat yeni mövsümdə də təşkil olunsa, onları komandada saxlamağı düşünürük".
N.Kərimov akademiyanın koordinatoru Aftandil Hacıyevin Nigeriyada bəyəndiyi futbolçular haqqında da danışıb:
"Onyema Fransis Çukvumoabim və Akinrefon Mikael Adetoro martda ölkəmizə gəlmişdilər. Onlarla yanaşı, 18 yaşında olan və izlədiyimiz başqa oyunçular da var. Onlar U-19 komandamıza uyğun gələ bilərlər. Seleksiyanı davam etdiririk. Yekunda ən yaxşı olan iki futbolçunu U-19-a cəlb etməyi planlaşdırırıq".
Xatırladaq ki, Muyideen Olude və Toheeb Abiodun ötən mövsümün əvvəlində UEFA Gənclər Liqasının oyunları üçün "Qarabağ"ın U-19 komandasına cəlb edilib.
"Report"un məlumatına görə, bunu Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turniri üçün qonaq qismində paytaxta gələn MMA idmançısı Arnold Allen jurnalistlərə açıqlamasında deyib.
İngiltərəli döyüşçü iyunun 27-də keçiriləcək turnirlə bağlı danışıb:
"Bakı çox gözəl şəhərdir. Bizi burada maraqlı, həyəcanlı gecə gözləyir. Günün əsas döyüşü barədə proqnoz verməkdə çətinlik çəkirəm. Məncə, şanslar bərabərdir. Amma Azərbaycanın MMA idmançısı Nazim Sadıxovun qələbə qazanacağını düşünürəm. O, çox güclü döyüşçüdür".
A.Allen futbolu az izlədiyini söyləyib:
"Bunun səbəbi daha çox öz sahəmə köklənməyimdir".
Xatırladaq ki, "UFC Fight Night Baku" turniri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.
Nazim Sadıxov və Rafael Fiziyev möhtəşəm döyüşçüdürlər, onların görüşlərini səbirsizliklə gözləyirəm.
"Report"un məlumatına görə, bu barədə Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turniri üçün qonaq qismində paytaxta gələn MMA idmançısı Leron Mörfi jurnalistlərə açıqlamasında deyib.
O, Bakıya gəldiyi üçün məmnun olduğunu ifadə edib:
"Burada hər şey çox gözəldir. İyunun 27-də bizi möhtəşəm atmosfer gözləyir. Məncə, gecənin əsas döyüşünün favoriti Rafael Fiziyevdir. Onun qələbə qazanacağını düşünürəm".
Xatırladaq ki, "UFC Fight Night Baku" turniri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.
FIFA Ümumnepal Futbol Assosiasiyasının (ANFA) üzvlüyünü dayandırıb.
"Report" xəbər verir ki, bu barədə ali futbol qurumu qərar çıxarıb.
Nepal millisi və ölkənin klubları beynəlxalq turnirlərdə iştirak edə bilməyəcəklər.
Qərar Milli İdman Şurasının (MİŞ) ANFA-nın nizamnamə tələblərini pozmasına, assosiasiyanın seçki prosesinə dair həllini tapmamış mübahisəyə və seçkilərə kənar tərəflərin müdaxiləsinə əsaslanır.
FIFA üzvlüyün bərpası üçün iki əsas tələb müəyyənləşdirib. Birinci tələb MİŞ-nin ANFA İcraiyyə Komitəsinin fəaliyyətini üç ay müddətinə dayandırmaq barədə qəbul etdiyi qərarın tam və qeyd-şərtsiz ləğv edilməsidir. İkinci tələb isə assosiasiyanın artıq başladığı seçki prosesini öz nizamnaməsinə müvafiq qaydada tamamlama imkanının təmin olunmasıdır.
"Araz-Naxçıvan" futbolçusu Urfan Abbasovla başa çatan müqavilənin müddətini yeniləməyib.
"Report" xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb.
2024-cü ildən "Araz-Naxçıvan"da çıxış edən 33 yaşlı cinah müdafiəçisi komandanın kapitanı idi.
Qeyd edək ki, "Araz-Naxçıvan" bundan əvvəl Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriges, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala ilə yeni müqavilə imzalamayıb.
Çinin Sindao şəhərində keçiriləcək Qran-pri turnirində Azərbaycan cüdoçularının ilk rəqibləri bəlli olub.
Bu barədə "Report"a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
81 kq çəki dərəcəsində çıxış edəcək olimpiya çempionu Hidayət Heydərov 1/16 finalda Xose Mariya Mendiola İskiyeta (İspaniya) / David Lima (Braziliya) cütünün qalibi ilə üz-üzə gələcək.
Kişilər
60 kq, 1/16 final
Əhməd Yusifov – Dilşot Xalmatov (Ukrayna)
Balabəy Ağayev – Artyom Lesyuk (Ukrayna)
66 kq, 1/32 final
Tofiq Məmmədov – Lin Çenq (Çin)
66 kq, 1/16 final
Ruslan Paşayev – Salih Yıldız (Türkiyə) / Ziyanq Şüe (Çin) cütünün qalibi ilə
73 kq, 1/16 final
Rəşid Məmmədəliyev – Natan Kadinyan (Fransa) / Minqxao Canq (Çin) cütünün qalibi ilə
81 kq, 1/16 final
Hidayət Heydərov – Xose Mariya Mendiola İskiyeta (İspaniya) / David Lima (Braziliya) cütünün qalibi ilə
Zelim Tçkayev – Enxtör Cuqderqarav (Monqolustan) / Oskari Makinen (Finlandiya) cütünün qalibi ilə
90 kq, 1/16 final
Aslan Kotsoyev – Yeqor Varapayev (Belarus)
Murad Fətiyev – Şuo Li (Çin)
+100 kq, 1/8 final
Camal Qamzatxanov – Donq Lin (Çin) / Silven Lorenso Aqro (İtaliya) cütünün qalibi ilə
Uşanqi Kokauri – Juyşuan Li (Çin) / Tamerlan Başayev (Rusiya) cütünün qalibi ilə
Qadınlar
48 kq, 1/16 final
Könül Əliyeva – Jana Sid Balsels (İspaniya)
Şəfəq Həmidova – Abiba Abujakınova (Qazaxıstan)
52 kq, 1/16 final
Gültac Məmmədəliyeva – Kinqa Klimçak (Polşa)
Leyla Əliyeva – Aleksandra Kaleta (Polşa)
63 kq, 1/16 final
Fidan Əlizadə – Dali Liluaşvili (Rusiya)
70 kq, 1/32 final
Südabə Ağayeva – Şirincon Yuldoşova (Özbəkistan)
Xatırladaq ki, turnir iyunun 26-28-də baş tutacaq.
Almaniyanın "Bavariya" klubu futbolçu İsmael Saybarinin transferi üçün Niderland təmsilçisi PSV ilə prinsipial razılığa gəlib.
"Report" xəbər verir ki, "Fussballdaten" nəşri məlumat yayıb.
Münhen təmsilçisi 25 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə 50 milyon avro ödəyəcək.
Mərakeşli oyunçunun çıxışına görə qarşıdakı illərdə daha 5 milyon avro verilə bilər. Anlaşmaya əsasən, PSV futbolçunun növbəti satışından da gəlir əldə edəcək.
Onun "Bavariya" ilə müqaviləsinin müddəti 2031-ci ilin yayınadək nəzərdə tutulacaq.
Xatırladaq ki, İsmael Saybari hazırda Mərakeş millisinin heyətində DÇ-2026-da çıxış edir.
"Araz-Naxçıvan" klubu növbəti futbolçu transferini reallaşdırıb.
"Report" xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb.
Rövlan Muradov yeni mövsümdə komandanın formasını geyinəcək. Yarımmüdafiəçi ilə klub arasında anlaşmanın müddəti 1 ildir.
"Qəbələ" klubunun yetirməsi olan futbolçu müxtəlif illərdə Çexiya "Slaviya"sının B, "Qarabağ"ın U-19, "Qəbələ", "Sumqayıt" və "Zirə" komandalarının formasını geyinib. Futbolçu Azərbaycanın U-19 və U-21 millilərinin də heyətində çıxış edib.
Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.
Azərbaycan Cüdo Federasiyası (ACF) olimpiya çempionu Hidayət Heydərovun Çinin Sindao şəhərində keçiriləcək Qran-pridə fərqli çəki dərəcəsində iştirakına münasibət bildirib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq ACF-dən bildirilib.
Qərarın məşqçilər heyəti və idmançı tərəfindən birlikdə qəbul olunduğu diqqətə çatdırılıb:
"Hidayət Heydərovun Qran-pri yarışında 81 kq çəki dərəcəsində çıxışı barədə qərar cüdoçunun sağlamlığının qorunması və yarış təcrübəsinin artırılması məqsədilə məşqçilər heyəti və idmançı tərəfindən birlikdə qəbul olunub. Onun karyerasını hansı çəki dərəcəsində davam etdirməsi barədə yekun qərar daha sonra veriləcək".
Xatırladaq ki, turnir iyunun 26-28-də baş tutacaq. Hidayət Heydərov çəkisini sala bilmədiyi üçün Monqolustanın paytaxtı Ulan-Batorda keçirilmiş "Böyük Dəbilqə" turnirində iştirak edə bilməyib. O, böyüklərin yarışında bütün medallarını 73 kq-da qazanıb.
ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanan 13 komanda bəlli olub.
"Report" xəbər verir ki, Meksika, ABŞ, Kanada, Almaniya, Fransa, Argentina, Norveç, Kolumbiya, İsveçrə, Braziliya, Mərakeş və CAR yığmaları qruplarında birinci və ikinci yeri tutaraq 1/16 finala yüksəliblər.
Bundan əlavə, Bosniya və Herseqovina seçməsi ən yaxşı üçüncü yerin sahibi kimi növbətu raundda iştirak edəcək.
Futbol üzrə Meksika millisinin özünəməxsus xarakteri var.
"Report" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Xavyer Aqirre açıqlama verib.
Mütəxəssis A qrupunun III turunda Çexiyaya 3:0 hesabı ilə qalib gəldikləri matçdan sonra fikirlərini bölüşüb:
"Bu komandanın özünəməxsus xarakteri var. Futbolçular böyük uğur qazandılar. Qrup mərhələsində maksimum nəticə göstərdik. Qol da buraxmadıq. Oyunçularımdan məmnunam. Heyətdə gənc futbolçular da var. Onlar bizim gələcəyimizdir. Gələcək üçün möhkəm təməlimiz var".
Xatırladaq ki, Meksika seçməsi A qrupunu 9 xalla birinci pillədə bitirib. DÇ-2026 iyulun 19-da başa çatacaq.
Futbol üzrə Çexiya yığmasının baş məşqçisi Miroslav Koubek dünya çempionatında növbəti mərhələyə yüksələ bilməmələrinin əsas səbəblərini yol verilən xətalar və çətin səfərlərin doğurduğu yorğunluqla izah edib.
"Report" xəbər verir ki, mütəxəssis bu barədə mətbuat konfransında açıqlama verib.
O, A qrupunun III turunda Meksikaya 0:3 hesabı ilə uduzduqları matçdan sonra fikirlərini bölüşüb:
"Qrupda qalmağımızın başlıca səbəbi buraxdığımız xətalar və ağır səfərlərin yaratdığı yorğunluq oldu. Çexiya futbolu 20 illik fasilədən sonra dünya çempionatında iştirak etdi. Müntəzəm olaraq beynəlxalq yarışlara qatılmaq üçün texniki standartlarımızı artırmalıyıq. Müqaviləm var və heç bir mübarizədən geri çəkilmirəm. Sözləşməni mütləq axıradək icra edəcəyəm".
Xatırladaq ki, Meksika seçməsi A qrupunu 1 xalla sonuncu - dördüncü pillədə bitirib. DÇ-2026 iyulun 19-da başa çatacaq.
Azərbaycanın olimpiya çempionu Hidayət Heydərov Çinin Sindao şəhərində keçiriləcək Qran-pridə fərqli çəki dərəcəsində mübarizə aparacaq.
"Report" Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, idmançı 81 kq-da çıxış edəcək.
Los-Anceles Olimpiadasına lisenziya xalları verən yarışda ölkənin 17 cüdoçusu (11 kişi, 6 qadın) 10 çəki dərəcəsində qüvvəsini sınayacaq.
Kişilərdən Əhməd Yusifov, Balabəy Ağayev (hər ikisi 60 kq), Ruslan Paşayev, Tofiq Məmmədov (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev (73 kq), Hidayət Heydərov, Zelim Tçkayev (hər ikisi 81 kq), Aslan Kotsoyev, Murad Fətiyev (90 kq), Camal Qamzatxanov, Uşanqi Kokauri (hər ikisi +100 kq) tatamiyə çıxacaqlar.
Qadınlar arasında Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Leyla Əliyeva (hər ikisi 52 kq), Fidan Əlizadə (63 kq), Südabə Ağayeva (70 kq) çıxış edəcəklər.
Komandaya kişilərdən ibarət yığmanın baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Robert Kravçik, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcəklər.
Dünya Turu seriyasına daxil olan yarışda Azərbaycan Cüdo Federasiyasının Hakimlər Komitəsinin üzvü, A kateqoriyalı beynəlxalq referi Nazim Umbayev də ədalət təmsilçiləri arasında yer alacaq.
Zelim Kotsoyev (100 kq) və Madina Kaisinova (+78 kq) zədə səbəbindən iyunun 26-28-də baş tutacaq turniri buraxacaqlar.
Xatırladaq ki, Hidayət Heydərov çəkisini sala bilmədiyi üçün Monqolustanın paytaxtı Ulan-Batorda keçirilmiş "Böyük Dəbilqə" turnirində iştirak edə bilməyib. O, böyüklərin yarışında bütün medallarını 73 kq-da qazanıb.
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turniri ərəfəsində idmançıların açıq məşqi və fan-zona təşkil olunub.
"Report"un məlumatına görə, tədbir Dənizkənarı Milli Parkda baş tutub.
Açıq məşqdə "UFC Fight Night Baku" turnirinin əsas döyüşünün iştirakçıları - azərbaycanlı Rafael Fiziyev və meksikalı Manuel Torres, gecənin ikinci əsas qarşılaşmasının iştirakçısı Şarabutdin Maqomedov ("Shara Bullet"), eləcə də yerli döyüşçülər - Nazim Sadıxov və Fərman Həsənov iştirak ediblər.
Tədbir zamanı hər bir döyüşçü 10 dəqiqəlik nümayiş məşqi keçirib, daha sonra azarkeşlərin suallarını cavablandırıblar.
Xatırladaq ki, "UFC Fight Night" turniri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.
Azərbaycanın MMA idmançısı Rafael Fiziyev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində təcrübəsindən yararlanacaq.
"Report"un məlumatına görə, o, bu barədə mətbuat konfransında deyib:
Döyüşçü rəqibinin boyunun hündür olduğunu söyləyib;
"UFC-də çox döyüş keçirmişəm. Karyeramda təcrübəmdən yararlanacağam. Öz güclü tərəflərimdən onun zəif cəhətləri üçün istifadə edəcəyəm. Beş raund döyüşmək daha yaxşıdır. Şənbə günü daha həyəcanlı olacaq. Həm psixoloji, həm də taktiki cəhətdən döyüşə hazıram".
Xatırladaq ki, "UFC Fight Night Baku" turniri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.
Azərycanlı MMA idmançısı Nazim Sadıxov Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirindəki rəqibinin güclü və zəif cəhətlərini təhlil edib.
"Report"un məlumatına görə, o, bu barədə mətbuat konfransında deyib.
Döyüşçü öz üzərində çox çalışdığını söyləyib:
"Rəqibin zəif və güclü tərəflərini təhlil etmişəm. Öz üzərimdə çox çalışmışam. Şənbə günü özümü göstərməyə çalışacağam. Bonusu qazanmaq məqsədimiz deyil".
N.Sadıxov son qarşılaşmada məğlub olduğunu xatırladıb:
"Düşünürəm ki, bir qədər məşqim az olmuşdu. Növbəti görüşdə qələbəyə köklənəcəyəm və sıfırdan başlayacağam. Öz taktikamla döyüşmək istəyirəm. Amma bəzən içimdə hisslər ortaya çıxır. İstər Bakı, istərsə də başqa yerdə təzyiq olur. Bu yarışda da əlimdən gələni edəcəyəm".
Xatırladaq ki, "UFC Fight Night Baku" turniri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Nazim Sadıxov yüngül çəki dərəcəsində braziliyalı Mateus Kamilo ilə döyüşəcək.
Rusiyadan olan MMA idmançısı Şarabutdin Maqomedov Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində möhtəşəm çıxış etmək istəyir.
"Report"un məlumatına görə, o, bu barədə mətbuat konfransında deyib.
Braziliyalı Mişel Pereyra ilə üz-üzə gələcək döyüşçü rəqibinin onun haqqında fikirlərinə münasibət bildirib:
"Onun məni qiymətləndirməməsinə görə çox sevinirəm. Möhtəşəm döyüş göstərmək və savaşmaq istəyirəm. Mən döyüşçüyəm, o isə aktyordur".
Ş.Maqomedog karyerasında ilk dəfədir ki, qızları ilə yarışa gəldiyini deyib:
"Amma onlar zalda olmayacaqlar, məni televiziyadan izləyəcəklər".
İdmançı futbolu da sevdiyini sözlərinə əlavə edib:
"Mənim ilk idman növüm futbol idi. Futbolçu olmağı arzulamışam. Hazırda öz işimə yönləndiyim üçün bu idman növünü elə də izləyə bilmirəm".
Xatırladaq ki, "UFC Fight Night Baku" turniri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.
Braziliyalı MMA idmançısı Mişel Pereyranın Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirindəki görüşü çox maraqlı alınacaq.
"Report"un məlumatına görə, o, bu barədə mətbuat konfransında bildirib.
Döyüşçü onu Rusiya təmsilçisi Şarabutdin Maqomedovla maraqlı mübarizənin gözlədiyini deyib:
"Həmin gün maraqlı döyüş alınacaq. Bizi çətin mübarizə gözləyir. Rəqibimi məğlub etməliyəm. Biz döyüşə hazırlaşırıq və bunun üçün möhkəm olmalıyıq".
M.Pereyra şəxsi həyatı barədə danışıb:
"Fanatlar mənim haqqımda çox şey bilirlər. Sosial şəbəkədə paylaşımlar edirəm. Həyatım açıq kitab kimidir".
Xatırladaq ki, "UFC Fight Night Baku" turniri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.
Braziliyalı MMA idmançısı Mateus Kamilo Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində rəqibi Nazim Sadıxova nokautla qalib gəlmək istəyir.
"Report"un məlumatına görə, o, bu barədə mətbuat konfransında bildirib.
Azərbaycanlı Nazim Sadıxovla üz-üzə gələcək döyüşçü sözügedən qarşılaşmaya kökləndiyini söyləyib:
"Bu döyüşə tam hazıram. Qələbə qazanacağıma da inanıram. Bir neçə gündür ki, buradayam. Şənbə günü axşam çox gözəl döyüş görəcəksiniz. Rəqibimi məğlub etsəm, qələbəmi ailəmə, azarkeşlərə, məni sevənlərə və sevməyənlərə həsr edəcəyəm".
Xatırladaq ki, "UFC Fight Night Baku" turniri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.
Azərbaycanlı idmançı Tahir Abdullayev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirindəki rəqibinin güləşdə ondan üstün olduğunu düşünmür.
"Report"un məlumatına görə, o, bu barədə mətbuat konfransında bildirib.
Braziliyalı Ceferson Nasimento ilə üz-üzə gələcək döyüşçü ayaqüstə daha yaxşı mübarizə apardığını söyləyib:
"Rəqibin güləşdə məndən güclü olduğunu düşünmürəm. Ayaqüstə mübarizəyə üstünlük verəcəyəm. Lazım olsa, güləşdə də sözümüzü deyərik".
T. Abdullayev bildirib ki, UFC-də olduğu üçün şaddır:
"Sevincimin həddi-hüdudi yoxdur. Azarkeşlər öz döyüşçülərinə dəstək olurlar. Onlara təşəkkür edirəm. Çıxış etdiyim çəkidə güclü idmançılar çoxdur. Çəkimi azalda bilərəm. Amma bunu istəmirəm".
Xatırladaq ki, "UFC Fight Night Baku" turniri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.
ABŞ-dən olan MMA idmançısı Çarlz Conson Bakıda azarkeşlər tərəfindən qarşılanmağını möhtəşəm adlandırıb.
"Report"un məlumatına görə, o, bu barədə mətbuat konfransında açıqlama verib.
35 yaşlı idmançı gecə saatlarında ölkəyə gəldiyini söyləyib:
"Gecə Bakıya çatmışam. Məni bir sıra azarkeşlər qarşıladılar. Düşünürəm ki, bu, möhtəşəm idi".
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində qazaxıstanlı Asu Almabayevlə görüşəcək Ç.Conson rəqibinin güclü olduğunu söyləyib:
"Daha əvvəl də bu ölkənin təmsilçiləri ilə üz-üzə gəlmişəm. Qazaxıstanın idmançılarına hörmətlə yanaşıram. Onların döyüşçülərinə rəğbətim var".
O, Azərbaycanla bağlı təəssüratlarını bölüşüb:
"Yeməklərinizin dadına baxa bilməmişəm. Döyüşdən sonra bunu edəcəyəm. Bakıdakı insanlar çox mehribandır. Şəhəriniz də səliqəli və gözəldir".
Xatırladaq ki, "UFC Fight Night Baku" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.
Meksikalı idmançı Manuel Torres Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində öz taktikası ilə mübarizə aparacaq.
"Report"un məlumatına görə, o, bu barədə mətbuat konfransında bildirib.
"Rafael Fiziyevin hansı taktikadan istifadə edəcəyini bilmirəm. Amma mənim öz döyüş üslubum var. Bundan da istifadə edəcəyəm. Rəqibim təcrübəli döyüşçüdür. Onun məni ilk raunda məğlub edəcəyini düşünmürəm", - meksikalı döyüşçü vurğulayıb.
M.Torres birinci raundda qələbə qazanmaq ehtimalı barədə danışıb:
"Bu, mümkündür. Həmişə beş raundluq döyüşə hazıram. İlk raundda rəqibi üstələmək strategiyanın bir parçasıdır".
Xatırladaq ki, "UFC Fight Night Baku" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində iştirak etmək Azərbaycan təmsilçisi Fərman Həsənova motivasiya verir.
"Report" xəbər verir ki, o, bu barədə mətbuat konfransında bildirib.
F.Həsənov UFC-nin ölkəmizdə təşkili ilə bağlı danışıb:
"Azərbaycanda UFC-nin olması idmançılar üçün böyük hadisədir. Öz vətənimdə döyüşmək mənə motivasiya verir. Qarşılaşmaya tam hazıram. Özümü yaxşı hiss edirəm, təzyiq yoxdur. Yalnız özümə fokuslanmışam. Rəqibə fikir vermirəm. Rəqibim yaxşı idmançıdır, onu təhlil etmişik. Amma qələbə bizimlə olacaq. Ümumiyyətlə, döyüşmək istədiyim xüsusi bir rəqib yoxdur".
O, UFC-də əsas hədəfinin çempionluq olduğunu sözlərinə əlavə edib: "Addım-addım buna çatacağıma inanıram".
Qeyd edək ki, "UFC Fight Night Baku" turniri iyunun 27-də Milli Gimnastika Arenasında təşkil olunacaq. Fərman Həsənov yarımağır çəkidə ABŞ təmsilçisi Erik Nolanla üz-üzə gələcək.
Kolumbiya millisi Konqo Demokratik Respublikasının (DR) yığmasına qarşı keçirdiyi dünya çempionatının oyununda daha yaxşı nəticəyə layiq idi.
"Report" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Nestor Lorenzo matçdan sonra açıqlama verib.
Mütəxəssis K qrupunun II turunun qarşılaşması haqqında fikirlərini bölüşüb:
"Komanda üzvlərinə bütün səylərinə görə təşəkkür edirəm. Onlar sonadək oyun planına sadiq qaldılar. Daha yaxşı nəticəyə layiq idik. Sona yaxın rəqibimiz işimizi çətinləşdirdi. Amma biz layiqli qələbə qazandıq".
Xatırladaq ki, Kolumbiya yığması rəqibini minimal hesabla üstələyib - 1:0.
ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında pley-offa vəsiqə qazanan komandaların sayı 7-yə çatıb.
"Report"un məlumatına görə, qrup mərhələsində II turun oyunlarından sonra Meksika, ABŞ, Almaniya, Fransa, Norveç, Argentina və Kolumbiya 1/16 finalda iştirakı rəsmiləşdirib.
DÇ-2026-nın qrup mərhələsində III tur bu gün başlayacaq.
Xatırladaq ki, turnirə iyulun 19-da yekun vurulacaq.
"Report" xəbər verir ki, bu barədə Bakı təmsilçisi məlumat yayıb.
Klub Da Silva Tavareş Vieranı (Vierinya) heyətinə qatıb. Portuqaliyalı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.
Qeyd edək ki, 29 yaşlı futbolçu daha əvvəl ölkəsinin "Feyrense", "Sanxoanense", "Salqeyruş", "Qondomar", "Akademiko Viseu", "Espinyo", "San Jo de Ver", "Beyra Mar" və Kiprin "Olimpiakos"(Nikosiya) klublarında çıxış edib.
"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Qartallar" Azərbaycan millisinin üzvü Ayxan Hüseynovu heyətinə qatıb.
Yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu daha əvvəl Rusiyanın "Leninqradets", "Nijni Novqorod", "Ural", "Olimp-Dolqoprudnu", "Ximki" və ölkəmizdə "Turan Tovuz" klublarında çıxış edib.
İspaniyanın "Barselona" klubunun futbolçusu Fermin Lopes karyerasını Fransada davam etdirə bilər.
"Report" xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.
PSJ 23 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. UEFA Çempionlar Liqasının qalibi yay transfer dönəmində ispaniyalı oyunçunu heyətinə qatmağı planlaşdırır.
Xatırladaq ki, Fermin Lopesin "Barselona" ilə müqaviləsinin müddəti 2031-ci ilin yayınadək nəzərdə tutulub. O, 2023-cü ildən Kataloniya təmsilçisində çıxış edir.
"İmişli" futbol komandasının 2026/2027 mövsümündə ev oyunlarını keçirəcəyi stadion hələlik dəqiqləşməyib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq bölgə təmsilçisinin icraçı direktoru Aqşin Mürsəlov açıqlama verib.
Funksioner bir neçə arenada oynamaq ehtimallarının olduğunu söyləyib:
"Quba Olimpiya Kompleksinin stadionu dəqiq olmayacaq. Çünki orada drenaj sistemi düzəldilmədir. Ağsu şəhər stadionunda rəqibləri qəbul etmək variantı var. AFFA stadionu təmir edir. Çempionatın startınadək bitsə, orada oynamağı planlaşdırırıq. Çatdırılmasa, başqa variantları nəzərdən keçirəcəyik. Qəbələ və Yevlax da ola bilər. Hansı uyğun gəlsə, qərar veriləcək".
Xatırladaq ki, "İmişli" ötən mövsüm ilk iki turda rəqiblərini Şamaxı şəhər stadionunda, daha sonra Quba Olimpiya Kompleksinin stadionunda qəbul edib.
İspaniyanın "Real" komandasının baş məşqçisi Joze Mourinyo yay transfer dönəmində yarımmüdafiə xəttini gücləndirmək üçün namizədləri müəyyən edib.
"Report" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis "Sportinq"dən Morten Yulmann və "Vest Hem"dən Mateuş Fernandeşin heyətə cəlb olunmasını istəyir.
"Kral klubu"nun rəhbərliyi hər iki oyunçunun mümkün keçidi ilə bağlı detalları araşdırmağa başlayıb.
Xatırladaq ki, Joze Mourinyo iyunun 1-də paytaxt təmsilçisinin baş məşqçisi təyin olunub.
Futbol üzrə Azərbaycan Premyer Liqasına vəsiqə qazanan "Şəfa" klubu yeni mövsüm üçün "SOCAR Polymer Arena" ilə müqavilə bağlayıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq paytaxt təmsilçisindən bildirilib.
"Şəfa" klubu olaraq yeni mövsüm üçün "SOCAR Polymer Arena" ilə müqavilə bağlamışıq. Amma yenə də stadion axtarışımız davam edir", - deyə açıqlamada vurğulanıb.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında yeni mövsümə avqustda start veriləcək. "SOCAR Polymer Arena" Sumqayıtda yerləşir.
Əlcəzair millisinin futbolçuları dünya çempionatında İordaniya ilə oyunda qələbəyə layiq idi.
"Report" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Vladimir Petkoviç matçdan sonra açıqlama verib.
O, J qrupunun II turunun qarşılaşması haqqında fikirlərini bölüşüb:
"Futbolçular sərgilədikləri oyuna görə qələbəyə layiq idi. Matça nəzarət tam bizdə idi. Çoxsaylı qol imkanları yaratdıq. Düşünürəm ki, görüşün nəticəsi də ədalətli oldu".
V.Petkoviç ikinci hissədə əvəzetmələrin komandaya xeyir verdiyini söyləyib:
"Beləliklə, təzyiqi artıra bildik və istədiyimiz nəticəyə nail olduq. Hələlik növbəti mərhələyə vəsiqə qazanmamışıq. Komanda Avstriya ilə həlledici oyuna çıxacaq. Hər şey oyunçuların öz əlindədir".
Xatırladaq ki, Əlcəzair İordaniyanı 2:1 hesabı ilə məğlub edib.
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turniri ərəfəsində idmançıların açıq məşqi və fan-zona təşkil olunacaq.
Bu barədə "Report"a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Tədbir iyunun 24-də, saat 17:00-da Dənizkənarı Milli Parkda, Yeddi Gözəl fəvvarəsinin yaxınlığında baş tutacaq.
Açıq məşqdə "UFC Fight Night Baku" turnirinin əsas döyüşünün iştirakçıları - azərbaycanlı Rafael Fiziyev və meksikalı Manuel Torres, gecənin ikinci əsas qarşılaşmasının iştirakçısı Şarabutdin "Shara Bullet" Maqomedov, eləcə də yerli döyüşçülər - Nazim Sadıxov və Fərman Həsənov iştirak edəcəklər.
Tədbir zamanı hər bir döyüşçü 10 dəqiqəlik nümayiş məşqi keçirəcək, daha sonra azarkeşlərin suallarını cavablandıracaq. Tədbir ictimaiyyət üçün açıqdır və giriş sərbəstdir.
Xatırladaq ki, "UFC Fight Night" turniri iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.
İordaniya millisi ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə dünya çempionatında növbəti mərhələ şansını itirən dördüncü komanda olub.
"Report"un məlumatına görə, bu, Jamal Sellaminin baş məşqçisi olduğu kollektivin J qrupunun II turunun oyununda Əlcəzairə uduzması (1:2) ilə gerçəkləşib.
Daha əvvəl Türkiyə, Haiti və Tunisin 1/16 finala vəsiqə qazana bilmədiyi dəqiqləşib.
Xatırladaq ki, İordaniya III turda Argentina ilə üz-üzə gələcək. DÇ-2026 iyulun 19-da başa çatacaq.
Azərbaycanlı qrossmeyster Aydın Süleymanlı şahmat üzrə XVI dünya çempionu Maqnus Karlsenə qalib gəldiyinə inana bilməyib.
21 yaşlı şahmatçı bu barədə "Report"a açıqlama verib.
O, Honq Konqda keçirilən rapid və blits üzrə komandalararası dünya çempionatındakı qarşılaşmanı xatırlayıb:
"Qələbədən sonra özümə gələ bilmirdim. Karlseni məğlub etdiyim oyunu hisslərlə ifadə etmək çətindir. Həmin an çox həyəcanlı idim. Maqnus Karlsenə qalib gəldiyimə inana bilmirdim. Bu, mənim üçün çox unudulmaz an idi. Düşünürəm ki, qalibiyyət, həmin andakı hisslər bir müddət ağlımda qalacaq. Bunları sözlə ifadə etmək çətindir. O, dünyanın gəlmiş-keçmiş ən yaxşı şahmatçısıdır. Bu təkcə mənə görə yox, çox insana görə belədir. Karlsenə qalib gəlmək qürurvericidir. Ümid edirəm ki, bundan sonra da o səviyyədə oyunçularla daha çox mübarizə apararam və yaxşı nəticə göstərərəm".
A.Süleymanlı Honq Konqdakı turnir haqqında da fikirlərini bölüşüb:
"Bu yarışda ilk dəfə çıxış edirdim. "Odlar yurdu" komandası ilə qatılmaq qismət oldu. Bu komandanın yaranmasında əsas pay sahibi Azərbaycan Şahmat Federasiyası və Rauf Məmmədovdur. Rauf belə bir kollektivin qurulması ilə bağlı ideya irəli sürmüşdü. Komandamız gənclərdən ibarətdir. Düşünürəm ki, yarışda da yaxşı mübarizə apardıq. Rapid mərhələsində Maqnus Karlsenin çıxış etdiyi, turnirin əsas favoritlərindən biri olan "WR Chess" üzərində qələbə qazandıq. Onların digər üzvləri də dünyanın ən yaxşıları sırasındadır. Hamımız yaxşı oynadıq və mübarizə apardıq. "KazChess" komandasını da məğlub etdik. Onların heyətində Şəhriyar Məmmədyarov da oynayırdı. Düşünürəm ki, bu turnirdə yaxşı iştirak etdik".
Xatırladaq ki, "Odlar Yurdu" blits üzrə turnirin 1/8 finalında Özbəkistana məğlub olub. Komanda rapid üzrə mübarzədə isə 15 xalla 11-ci yeri tutub.
Azərbaycanın "Odlar yurdu" şahmat komandasının üzvləri növbəti yarışlarda daha yaxşı nəticələr qazanmaq üçün çalışacaqlar.
Bu barədə "Report"a komandanın üzvü Vüqar Manafov açıqlama verib.
O, Honq Konqda komandalar arasında təşkil olunmuş rapid və blits üzrə dünya çempionatı haqqında fikirlərini bölüşüb:
"Yarış çox maraqlı keçdi. Komandamızda gözəl ab-hava var idi. Bütün şahmatçılar qələbə qazanmaq istəyirdi. Yarışda güclü komandalara qalib gəldik. Maqnus Karlsenin çıxış etdiyi "WR Chess" kollektivini də üstələdik. Bu nəticəyə görə komanda yoldaşlarıma təşəkkür etdim. Hamımız əla oynadıq. Növbəti yarışlarda bundan da yaxşı nəticələr qazanmaq üçün çalışacağıq".
V.Manafov altıncı lövhədə ən yüksək nəticəyə görə qızıl medala layiq görülməsi ilə bağlı da danışıb:
"Komandadakı şahmatçıların hər birinə güvəndiyim üçün bu nəticəni qazana bildim. Ölkəmizi təmsil etdiyimizə görə fəxr edirik. Bu medala görə görə komanda yoldaşlarıma minnətdaram.
Xatırladaq ki, "Odlar Yurdu" blits üzrə turnirin 1/8 finalında Özbəkistana məğlub olub. Komanda rapid üzrə mübarzədə isə 15 xalla 11-ci yeri tutub.
Çimərlik futbolu üzrə Azərbaycan millisinin Gürcüstanın Batumi şəhərində keçiriləcək Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub.
"Report" xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Komanda B Liqasının B qrupunda Latviya, İngiltərə və Slovakiya ilə üz-üzə gələcək.
A qrupunda isə Gürcüstan, Rumıniya, Malta və Norveç komandaları yarışacaqlar. Qrup qalibləri həm B Liqasının ən güclüsünü müəyyənləşdirmək üçün qarşılaşacaqlar, həm də A Liqasına vəsiqə qazanacaqlar.
Xatırladaq ki, turnir iyulun 15-17-si aralığında baş tutacaq.
Azərbaycanlı idmançı Tahir Abdullayev Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turnirində rəqibinin üzərindən tank kimi keçməyə hazır olduğunu bildirib.
"Report" xəbər verir ki, idmançı bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin mətbuat xidmətinə açıqlama verib.
T.Abdullayev Milli Gimnastika Arenasında qarşılaşacağı braziliyalı Ceferson Nasimento ilə duel haqqında danışıb:
"Rəqibimin kim olmasının mənim üçün böyük əhəmiyyəti yoxdur. O, braziliyalıdır, Braziliya ciu-citsu döyüş məktəbindən gəlir. Amma ona demək istəyirəm ki, hazır olsun. Onun güclü tərəflərini bilirəm, hörmətlə yanaşıram. Mən oktaqona yalnız qələbə qazanmaq üçün çıxıram və öz gücümü göstərməyə hazıram. Mənim ləqəbim "Tank"dır. Rəqibimin üzərindən tank kimi keçməyə hazıram".
Döyüşçünün sözlərinə görə, UFC-də döyüşmək onun üçün böyük şans və uzun illərin əməyinin nəticəsidir:
"15 yaşımdan idmanla məşğulam, 18 yaşımdan isə peşəkar döyüşlərə çıxıram. UFC-yə düşmək həmişə ən böyük məqsədlərimdən biri olub və bu gün artıq dünyanın ən güclü təşkilatında çıxış etmək imkanı qazanmışam. ABŞ-də təlim-məşq toplanışında olanda UFC ilə müqavilə bağlamağa hazırlaşırdım. Əvvəlcə başqa rəqiblə döyüşməli idim, lakin sonradan planlar dəyişdi və mənə Bakıda keçiriləcək turnirdə iştirak etmək təklif olundu. Döyüş təklifi gələndə çox düşünmədən qəbul etdim. Bakıda, doğma azarkeşlər qarşısında UFC-də döyüşmək mənim üçün qürur mənbəyidir. Bu, uzun illər arzuladığım bir məqamdır. Doğma publikanın dəstəyi mənə əlavə motivasiya verir. Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm".
O, hazırda bütün diqqətini qarşıdakı döyüşə yönəltdiyini vurğulayıb:
"Məqsədim UFC-də uğurlu çıxış etmək, qələbələr qazanmaq və gələcəkdə daha böyük hədəflər uğrunda mübarizə aparmaqdır. Bütün azarkeşlərə dəstəklərinə görə təşəkkür edirəm. Mən döyüşə çıxanda dayanmadan dəstəkləyin. İyunun 27-də Milli Gimnastika Arenasında görüşərik. Sizin dəstəyinizlə birlikdə möhtəşəm döyüş gecəsi yaşayacağımıza inanıram".
Xatırladaq ki, bu il "UFC Fight Night" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev yüngül çəkidə meksikalı Manuel Torreslə qarşılaşacaq.
Almaniya millisinin futbolçusu Niko Şlotterbek dünya çempionatının növbəti oyunlarını buraxacaq.
"Report" xəbər verir ki, 26 yaşlı müdafiəçiyə sol topuğunda bağ yırtığı diaqnozu qoyulub.
O, ən azı 8 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Xatırladaq ki, oyunçu Fildişi Sahilini məğlub etdikləri E qrupunun II turunun matçında zədə alıb. ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.
Azərbaycan boksçularının Çinin Quyyan şəhərində keçirilmiş Dünya Kubokunda 1 qızıl, 2 bürünc medal qazanması qənaətbəxş nəticədir.
Bu barədə "Report"a açıqlamasında millinin böyük məşqçisi Nəriman Abdullayev bildirib.
O, idmançıların sözügedən yarışda pis çıxış etmədiklərini söyləyib:
"Dünya Kubokunda təşkilatçılıq yüksək səviyyədə idi. Boksçularımız turnirdə pis çıxış etmədilər. Yarışı 1 qızıl və 2 bürünc medalla başa vurduq. Dünyanın bütün güclü boksçuları Dünya Kubokunda iştirak edirdilər. Bu səbəbdən üç medal qazanmağımızı qənaətbəxş nəticə hesab edirik".
Xatırladaq ki, Dünya Kubokunda Səidcəmşid Cəfərov (75 kq) qızıl, Murad Allahverdiyev (80 kq) və Alfonso Dominqes (90 kq) bürünc mükafat qazanıb.
Azərbaycan parabadmintonçusu İbrahim Əliyev Fransanın Müluz şəhərində keçirilən beynəlxalq turnirdə mükafatçılar sırasına düşüb.
"Report" xəbər verir ki, 20 yaşlı parabadmintonçu qoşa yarışda (SU-5 kateqoriyası) polşalı tərəfdaşı Bartlomey Mroz ilə birlikdə bürünc medal qazanıb.
Bu cüt qrup mərhələsində braziliyalı rəqibləri Ramos Santos və Yeili Rodriges üzərində qələbə qazanıb, Çin Taypeyini təmsil edən Jen-Yu Fang və Qui Yu Pu cütlüyünə isə məğlub olub.
Bu nəticə ilə yarımfinala yüksələn İbrahim Əliyev və Bartlomey Mroz Malayziya təmsilçiləri Mohamed Azri və Çeah Lyek Hou ilə qarşılaşmada məğlub olaraq turniri bürünc medalla başa vurublar.
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında azarkeşlərin dəstəyi sayəsində sonadək döyüşüb.
Bu barədə "Report"un Bratislavaya ezam olunan əməkdaşına açıqlamasında komandanın üzvü Vüsal İsayev bildirib.
O, turnirin qalibi olmaları ilə bağlı fikirlərini bölüşüb:
"Tribunalarda və ölkəmizdə bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Avropa çempionatında ikinci dəfə qızıl medal qazandıq. Bunu dünya çempionu olandan sonra etdik. Çox çətin oldu. Qrup mərhələsindən sonra dünya və Avropa çempionlarının yer aldığı "setka"da mübarizə aparırdıq. Çox ağır oyunlar keçirdik. Azarkeşlərin dəstəyini görüb özümüzdə güc tapdıq, sonadək döyüşdük".
V.İsayevin sözlərinə görə, ən ağır matç son Avropa çempionu Serbiyaya qarşı olub:
"Öz oyunumuzu sərgiləyə bilmədik. Rəqib bizi çox yaxşı təhlil etmişdi. Fiziki cəhətdən güclü kollektiv idi. Amma Serbiyanı keçəndən sonra çempion olacağımıza inamım daha da artdı".
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının final matçında Ukraynanı 2:0 hesabı ilə məğlub edib.
Minifutbol üzrə Azərbaycan millisinin ikinci dəfə Avropa çempionu olması ölkə idmanı və futbolu üçün böyük hadisədir.
Bu barədə "Report"un Bratislavaya ezam olunan əməkdaşına açıqlamasında Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov bildirib.
AMF rəhbəri komandanın Slovakiyada keçirilən turnirdə birinci yeri tutması ilə bağlı fikirlərini bölüşüb:
"Hamını qələbə münasibəti ilə təbrik edirəm. Azərbaycanda və burada olan azarkeşləri, idman və futbol ictimaiyyətini təbrik edirəm. Tarixi qələbədir. Azarkeşlər bizə möhtəşəm dəstək olurdular. Onlar Avropanın bir çox şəhərlərindən gəlmişdilər. Hər birinə təşəkkürlərimi çatdırıram. Buradakı səfirliyimizə minnətdaram. İlk gündən çox dəstək oldular. Komandamızın, oyunçularımızın yanında idilər. Yenidən Avropa çempionu olmaq böyük qürurdur. Azərbaycan idmanı, futbolu üçün böyük hadisədir".
O.Məmmədov komandanın 2022-ci ildə də Avropa çempionatında qızıl medal qazandığını xatırladıb:
"Ötən il Bakıda keçirilən dünya çempionatında birinci yeri tutduq. Artıq komandalar bizi başqa cür qəbul edirdilər. Son matçlarda çətin rəqiblərlə üz-üzə gəldik. Hamı bizə qarşı başqa cür oynayırdı. Bütün futbolçulara, məşqçilər heyətinə, federasiyada çalışan əməkdaşlarımıza təşəkkür edirəm. Həqiqətən böyük hadisədir. İkinci dəfə Avropa çempionu olmaq böyük qürurdur. Cənab Prezident İlham Əliyev dünya çempionu olan zaman bizi qəbul edəndə demişdi ki, dünya çempionusunuz, artıq budan sonra sizin üzərinizə böyük məsuliyyət düşür. Hamı bizi başqa cür qəbul edəcək. Həqiqətən belə də oldu. Dedi ki, növbəti uğuru təkrarlamaq üçün çalışmalısınız. Biz çətin olacağını da bilirdik. Həmin sözlərdən sonra yenidən çempion olduğumuz üçün qürurluyuq. Möhtərəm Prezidentimizə təşəkkür edirik. Bu idman növünə ilk gündən böyük dəstək göstərib. Federasiyaya maliyyə dəstəkləri göstərilib. İki dəfə cənab Prezidentin qəbulunda olmaq uşaqlar üçün qürur mənbəyidir".
AMF prezidenti 4 il ərzində 2 Avropa, 1 dünya çempionluğu əldə etmələrinin səbəbini açıqlayıb:
"Federasiya yarandığı gündən lazım olan futbolçuları tapdıq. Yavaş-yavaş komandanın əsas heyətini formalaşdırdıq. Bu uğurlarda baş məşqçinin də böyük rolu var. Elşad Quliyev neçə ildir ki, komandaya rəhbərlik edir. Onun zəhməti nəticəsində belə kollektiv yığmışıq. Bu onu göstərir ki, Azərbaycanda yaxşı idmançılar, futbolçular var. Sadəcə, çalışmaq lazımdır. Çünki dövlətimiz hər cür dəstək göstərir. İnam, zəhmət olan yerdə həmişə nəticə olur".
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının final matçında Ukraynanı 2:0 hesabı ilə məğlub edib.
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında ağır qrafiklə oynayıb.
"Report"un Bratislavaya ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Elşad Quliyev mətbuat konfransında bildirib.
Mütəxəssis Slovakiyada keçirilən Avropa çempionatında Ukraynanı məğlub etdikləri (2:0) final oyunundan sonra fikirlərini bölüşüb:
"Möhtəşəm turnir keçirildi. Avropa Minifutbol Federasiyasını təbrik edirəm. Təşkilatçıların əziyyəti danılmazdır. Xalqımızı və komandamı çempionluq münasibəti ilə təbrik edirəm. Ağır qrafiklə oynayırdıq, güclü rəqiblərlə üz-üzə gəldik. Bu isə kollektivi yordu. Finala yorğun çıxmışdıq. Oyunçuları möhtəşəm finalı başa vurduqları üçün xüsusi təbrik edirəm".
E.Quliyev Ukrayna millisinin də yaxşı heyətinin olduğunu əlavə edib:
"Ukrayna millisinin yaxşı oyunçuları var. Onlar da bu gün pis oynamadılar. Biz yarışa gəlməmişdən əvvəl böyük işlər görmüşdük. Avropa çempionatının çətin keçəcəyini bilirdik. Belə güclü komandalarla oynadıqdan sonra finala çıxacağımızı hesablamamışdıq. Belə çempionluq məni ikiqat sevindirir. İlk çempionluqda daha asan komandalarla oynayırdıq".
Qeyd edək ki, Azərbaycanın minifutbol millisi tarixində ikinci dəfə Avropa çempionu olub.
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının qalibi olub.
"Report"un Bratislavaya ezam olunmuş əməkdaşı xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv finalda Ukrayna seçməsini məğlub edib.
"Tipos Arena"dakı oyun 2:0 hesabı ilə bitib.
Komandanın qollarına Mirmehdi Rzayev və İsa Atayev imza atıb.
Beləliklə, minifutbol üzrə Azərbaycan millisi ikiqat Avropa çempionu olub. Komanda daha əvvəl 2022-ci ildə titula sahib çıxıb.
Xatırladaq ki, Azərbaycan millisi ötən gün əsas vaxtı 1:1 hesabı ilə bitən yarımfinal görüşünün penaltilər seriyasında Serbiya seçməsini üstələyib - 3:1. F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edən komanda 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda isə Çexiyanı (5:2) məğlub edib.
Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatının final oyunundan əvvəl İtaliya millisinin sabiq üzvü Françesko Tottinin iştirakı ilə yoldaşlıq matçı təşkil edilib.
"Report"un Bratislavaya ezam olunan əməkdaşı xəbər verir ki, F.Tottinin komandası Adam Berginin kollektivi ilə üz-üzə gəlib.
"Tipos Arena"da keçirilən qarşılaşma italiyalı keçmiş hücumçunun komandasının qələbəsi ilə yekunlaşıb - 8:7.
Daha əvvəl Azərbaycanda legioner həyatı yaşamış gürcüstanlı sabiq futbolçu Nuqzar Kvirtiya və Türkiyənin "Fənərbağça" klubunun keçmiş oyunçusu Miroslav Stox da görüşdə iştirak edib.
Qeyd edək ki, Avropa çempionatının finalında Azərbaycan və Ukrayna milliləri üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Minifutbol üzrə Azərbaycan millisinin üzvləri Slovakiyada keçirilən Avropa çempionatının finalında məşqçilərin tapşırığını maksimum yerinə yetirməyə çalışacaqlar.
Bu barədə "Report"un Bratislavaya ezam olunan əməkdaşına açıqlamasında komandanın üzvü Xətai Bağırov bildirib.
Oyunçu bu gün Ukraynaya qarşı keçirəcəkləri həlledici matç haqqında fikirlərini bölüşüb:
"2-3 oyundur ki, rəqibi izləyirik. Çox dinamik komandadır. Topla və topsuz yaxşı təsir bağışlayırlar. Hazırlıqlı kollektivdir. Təbii ki, bu matça da ciddi hazırlaşacağıq. Məşqçilərin tapşırığını maksimum yerinə yetirməyə çalışacağıq".
X.Bağırov yarımfinalda Serbiyanı penaltilər seriyasında (3:1) məğlub etdikləri matça (əsas vaxt - 1:1) da toxunub:
"Bu oyuna ciddi hazırlaşırdıq. Serbiya turnirdəki ən güclü komandalardan biri idi. Qarşılaşma çox çətin keçdi. Əlimizdən gələni etdik. Qol vurmaq mənə nəsib oldu. Bunun fərqi yoxdur. Bizə finala çıxmaq lazım idi. Bunu bacardıq. Bütün xalqımızı, futbol ictimaiyyətini təbrik edirəm".
O, serbiyalı oyunçuların kobud oynamaları barədə danışıb:
"Bizim komanda topla oynamağı sevir. Bu səbəbdən bizi əsəbiləşdirməyə çalışırdılar. Bunun üçün hər şeyi edirdilər. Amma dözə bildik, istədikləri alınmadı. Penaltilər seriyasında olsa da, qalib gəlməyi bacardıq. Düzdür, rəqibin bərabərlik qolundan sonra: 2-3 dəqiqə ruh düşkünlüyü oldu.. Amma sonra toparlana bildik. Hesabda önə keçmək üçün şanslarımız da oldu. Rəqibin də belə epizodları var idi".
Xatırladaq ki, Azərbaycan millisi bu gün finalda Ukrayna ilə üz-üzə gələcək. Matç "Tipos Arena"da, Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Slovakiyada keçirilən Avropa çempionatının yarımfinal mərhələsinin Serbiya - Azərbaycan oyunu döyüş idi.
Bu barədə "Report"un Bratislavaya ezam olunan əməkdaşına açıqlamasında Azərbaycan millisinin qapıçısı Vəli Qafarov deyib.
O, əsas vaxtı 1:1 hesabı ilə bitən Serbiyaya qarşı yarımfinal görüşü (penaltilər seriyasında 3:1) haqqında fikirlərini bölüşüb:
"Qardaşlarım, dostlarım komanda yoldaşlarım 50 dəqiqə ərzində vuruşdular, döyüşdülər. Serbiya ilə matç həqiqətən bir döyüş idi. Futbolçular oyuna öz töhfələrini verdilər. Mən də penaltini qurtarmaqla bacardığımı etməyə çalışdım".
V.Qafarov dünya reytinqində birinci pillədə qərarlaşdıqlarını xatırladıb:
"Avropa çempionatının finalına vəsiqə qazandığımız üçün Allaha şükür edirik. Turnirdən əvvəl açıqlamamda bildirmişdim ki, rəqiblərimizə qarşı yaxşı hazırlaşmışıq. Dünya reytinqində birinci pillədəyik. Son Avropa çempionunu taxtından endirdik. Artıq bir həlledici matçımız qalıb. Ümid edirəm ki, finalda da yaxşı nəticə qazanaraq Vətənə qayıdacağıq".
Xatırlada ki, Azərbaycan millisi bu gün finalda Ukrayna ilə üz-üzə gələcək. Matç "Tipos Arena"da, Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında final oyununa bu gün çıxacaq.
"Report"un Bratislavaya ezam olunan əməkdaşı xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv həlledici matçda Ukrayna ilə üz-üzə gələcək.
Qarşılaşma "Tipos Arena"da, Bakı vaxtı ilə saat 22:30-da start götürəcək.
Xatırladaq ki, Azərbaycan millisi ötən gün əsas vaxtı 1:1 hesabı ilə bitən görüşün penaltilər seriyasında Serbiya seçməsini üstələyib - 3:1. F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edən komanda 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda isə Çexiyanı (5:2) məğlub edib.
Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatının finalında daha yaxşı oyun sərgiləmək istəyir.
"Report"un Bratislavaya ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev mətbuat konfransında bildirib.
Mütəxəssis Slovakiyada keçirilən Avropa çempionatının yarımfinal mərhələsinin Serbiya ilə oyunundan sonra fikirlərini bölüşüb:
"Bütün oyunçularımı, xalqımı təbrik edirəm. Çempion olmaq istəyirik. Serbiya Avropanın ən güclü kollektivlərindən biridir. Həqiqətən, çətin matç alındı. Rəqib üstün oynaya bilər, amma nəticəni biz qazandıq. Finalda daha yaxşı oyun sərgiləmək istəyirik".
O, 1/4 finalda Çexiya ilə görüşdə çox güc itirdiklərini söyləyib:
"Sabaha hazırlaşmalıyıq. Bundan daha yaxşı oyun sərgiləmək niyyətindəyik. Bir qol nəticəni həll edə bilir. Serbiya və biz ehtiyatlı oynayırdıq. Müdafiəni də düşünmək lazım idi. Bizim millimiz müdafiə futbolu oynamır".
Xatırladaq ki, Azərbaycan millisi yarımfinalda Serbiya seçməsini penaltilər seriyasında üstələyib. Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə bitib.
Slovakiyada keçirilən minifutbol üzrə Avropa çempionatının yarımfinal mərhələsindəki Serbiya - Azərbaycan oyunu finala bərabər olacaq.
Bu barədə "Report"un Bratislavaya ezam olunan əməkdaşına açıqlamasında Azərbaycan millisinin üzvü Təmkim Xəlilzadə bildirib.
O, rəqibin gücünə bələd olduqlarını söyləyib:
"Artıq turnirdə dörd komanda qalıb. Serbiyanın da gücünü bilirik. Vaxtımız da var. Məşqçilər təhlil edəcəklər və tapşırıqlarını verəcəklər. Hansı yığmaya qarşı oynayacağımızı da çox yaxşı başa düşürük. Rəqiblər bizdən də çəkinirlər, yaxşı oyunçularımız var. Serbiya ilə qarşılaşma finala bərabər olacaq".
T.Xəlilzadə Çexiyanı 5:2 hesabı ilə üstələdikləri 1/4 final görüşü haqqında fikirlərini bölüşüb:
"Komandamızın yeganə motivasiyası var idi. Xalqımızın bizdən nə gözlədiyini bilirdik. Yarışa son dünya çempionu kimi gəlmişik. Bizə ümidlər böyükdür. Ona görə ciddi hazırlaşmışdıq. Rəqibin də gücünü bilirdik. Elə mərhələdəyik ki, burada zəif komanda olmur. Həm də hər gün matça çıxırıq. İstər-istəməz yorğunluq da olur. Oyun gözlədiyimizdən rahat alındı. Hər şey istədiyimiz kimi oldu. Baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirməyə çalışdıq. Lazım olan nəticəni də qazandıq. Komandada kimin fərqlənməsinin fərqi yoxdur. Əsas odur ki, qalib gələk. Qol vuranda futbolçü üçün ikiqat sevinc olur. Yarımfinala vəsiqə qazandığımız üçün çox sevincliyik. Ancaq qalibiyyət haqqında düşünürük".
Oyunçu Çexiya yığmasının sərt oyuna üstünlük verməsinə də toxunub:
"Rəqiblərin əksəriyyəti bizə qarşı aqressiv oynayırlar. Fərdi cəhətdən bizdən geri qalırlar. Onlar ancaq bizimlə mübarizə aparmaq, döyüşmək istəyirlər. Qazaxıstanla görüşdə də bunu gördük. Vururlar, yıxırlar, başqa heç nə edə bilmirlər. Hər şeyə hazırıq. Belə olacağını da bilirdik. Əsas odur ki, zədə olmadı".
Xatırladaq ki, Serbiya - Azərbaycan oyunu bu gün, Bakı vaxtı ilə saat 22:45-də "Tipos Arena"da start götürəcək.
Çexiyanın minifutbol millisi dünyanın ən güclü komandalarından biridir.
Bu sözləri "Report"un Bratislavaya ezam olunan əməkdaşına açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin üzvü Taleh Babayev deyib.
O, Slovakiyada keçirilən Avropa çempionatının 1/4 finalında Çexiyanı 5:2 hesabı ilə üstələdikləri oyun haqqında fikirlərini bölüşüb:
"Çexiya ilə görüşə ciddi hazırlaşmışdıq. Dünyanın ən güclü komandalarından biridir. Hesab bizi aldatmasın. Həqiqətən yaxşı kollektivdir, əla heyətləri var. Qalibiyyət bizə nəsib oldu. Bu qələbəni Azərbaycan xalqına həsr edirik".
T.Babayev yarımfinaldaki rəqib Serbiyanın da güclü olduğunu vurğulayıb:
"Yarımfinalda da var gücümüzlə mübarizə aparacağıq. Finala vəsiqə qazanmaq istəyirik. Serbiya da güclü komandadır. Son Avropa çempionuna qarşı oynayacağıq. Bu qarşılaşmaya da ciddi köklənəcəyik. Xalqımızı sevindirmək niyyətindəyik".
Xatırladaq ki, Serbiya - Azərbaycan oyunu bu gün, saat 22:45-də "Tipos Arena"da keçiriləcək.
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq.
"Report"un Bratislavaya ezam olunan əməkdaşı xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv yarımfinalda Serbiya ilə üz-üzə gələcək.
Qarşılaşma "Tipos Arena"da, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Digər yarımfinal matçında Macarıstan və Ukrayna yığmaları münasibətlərə aydınlıq gətirəcəklər. Bu görüş saat 21:15-də başlayacaq.
Xatırladaq ki, F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edən Azərbaycan millisi 1/8 finalda Qazaxıstanı (3:2), 1/4 finalda Çexiyanı (5:2) üstələyib.
Minifutbol üzrə Azərbaycan millisi Çexiya ilə matçda istədiyi oyunu sərgiləyib.
"Report"un Bratislavaya ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev mətbuat konfransında bildirib.
Mütəxəssis Slovakiyada keçirilən Avropa çempionatının 1/4 finalında Çexiyanı məğlub etdikləri (5:2) oyundan sonra fikirlərini bölüşüb:
"Çox gözəl oyun alındı. Rəqibi tam təhlil etmişdik. Güclü və zəif tərəflərini bilirdik. Oyunçularımı təbrik edirəm. Nizam-intizama əməl etdilər. İstədiyimiz oyunu sərgilədik və qalib gəldik".
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında yarımfinala vəsiqə qazanıb.
"Report"un Bratislavaya ezam olunan əməkdaşı xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/4 finalda Çexiyanı məğlub edib.
"Tipos Arena"da keçirilən qarşılaşma 5:2 hesabı ilə bitib.
Komandanın qollarını Eşqin Tağıyev (2), Təmkin Xəlilzadə, Ramiz Çovdarov və Məhəmməd Xəlilov vurublar.
Raundun digər matçlarında Macarıstan Bolqarıstanı (4:0), Ukrayna Gürcüstanı (4:0), Serbiya Rumıniyanı (6:4) məğlub edib.
Xatırladaq ki, daha əvvəl F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransaya (3:2) qalib gələn Azərbaycan millisi 1/8 finalda Qazaxıstanı üstələyib - 3:2.
Minifutbol üzrə Çexiya millisi Qazaxıstan kimi güclü kollektivdir.
Bu sözləri "Report"un Bratislavaya ezam olunan əməkdaşına açıqlamasında Azərbaycan millisinin üzvü Məhəmməd Xəlilov deyib.
O, Slovakiyada keçirilən Avropa çempionatının 1/4 finalında qarşılaşacaqları rəqib barədə danışıb:
"Çexiya da Qazaxıstan kimi güclü kollektivdir. Həmin görüşə də yaxşı hazırlaşacağıq. Rəqibin oyunlarına baxmışıq. Yenidən təhlil edəcəyik".
O, 1/8 finalda Qazaxıstanı 3:2 hesabı ilə üstələdikləri matça da toxunub:
"Qələbəni Azərbaycan xalqına həsr edirik. Oyunun çətin keçəcəyini bilirdik. Lakin qələbə qazanmağa müvəffəq olduq. Matça da yaxşı hazırlaşmışdıq. Qalibiyyətdə bütün komandanın əməyi böyükdür".
M.Xəlilov arenada komandaya dəstək olan fanatlar haqqında da fikirlərini bölüşüb:
"Azarkeşlərin dəstəyini hiss edirik. Onların tribunada yer alması oyunumuza təsir edir. Hər birinə təşəkkür edirəm".
Qeyd edək ki, Çexiya - Azərbaycan oyunu bu gün, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatının 1/8 finalında layiqli qələbə qazanıb.
Bu barədə "Report"un Bratislavaya ezam olunan əməkdaşına açıqlamasında komandanın qapıçısı Ağaseyid Qasımov bildirib.
O, Qazaxıstan yığmasını 3:2 hesabı ilə üstələdikləri matç haqqında fikirlərini bölüşüb:
"Bütün xalqımızı təbrik edirəm. Ağır oyun alındı. Layiqli qələbə qazandıq. Bundan sonra da asan qarşılaşma olmayacaq. Artıq bu görüşü unutmalı və növbəti matç haqqında düşünməliyik. Buradan çempion kimi getmək istəyirik".
Qolkiper rəqib oyunçuların meydanda sərt oynamasına da toxunub:
"Qazaxıstan komandasının belə sərt oynayacağını gözləyirdik. Üçüncü dəfədir ki, onlara qarşı mübarizə aparırıq. Bütün oyunlarda sərt mübarizələr görmüşük. Buna da hazır idik, öhdəsindən gəldik və layiqli qalibiyyət əldə etdik".
A.Qasımov 1/4 finalda Çexiyaya qarşı keçirəcəkləri görüşdə şansları dəyərləndirib:
"Bu komanda ən yaxşı rəqiblərdən biridir. Xalqımızı sevindirmək və çempion olmaq üçün əlimizdən gələni edəcəyik. Söz verirəm ki, ya Çexiya ilə oyunda, ya da finalda mən də qol vuracağam".
Qeyd edək ki, Çexiya - Azərbaycan oyunu bu gün, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Azərbaycanın minifutbol millisi Slovakiyada keçirilən Avropa çempionatında 1/4 final oyununa bu axşam çıxacaq.
"Report"un Bratislavaya ezam olunan əməkdaşı xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Çexiya ilə üz-üzə gələcək.
Qarşılaşma "Tipos Arena"da, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Cütün qalibi yarımfinalda Rumıniya - Serbiya duelinin güclüsü ilə görüşəcək.
1/4 finalda həmçinin Macarıstan - Bolqarıstan və Gürcüstan - Ukrayna oyunları baş tutacaq.
Xatırladaq ki, Azərbaycan millisi 1/8 finalda Qazaxıstan yığmasından güclü olub - 3:2. Komanda F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edib.
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında indiyədək belə çətinlik yaşamayıb.
"Report"un Bratislavaya ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev mətbuat konfransında deyib.
Mütəxəssis Avropa çempionatının 1/8 finalında Qazaxıstanı məğlub etdikləri (3:2) oyundan sonra fikirlərini bölüşüb:
"Çətin oyun alındı. Rəqibi təbrik edirəm. Gözəl oyun sərgilədilər. Öz futbolçularımı da təbrik edirəm. Pley-of görüşləri ağır keçir. Daha diqqətli oynamaq istədik.
İndiyədək belə çətinlik yaşamırdıq. Rəqiblər bir-birini tanıyırlar. Gözlənilmədən qol buraxdıq. Bu da nəticəyə təsir etdi. Dəyişiklik etdik və oyunu dəyişməyi bacardıq.
Rəqib kobud oynayırdı. Bunu gözləyirdik. Belə matçlar görmüşük. Buna da hazırlıqlı idik və öhdəsindən gələ bildik".
Mütəxəssis 1/4 finaldakı rəqib Çexiyanın çox güclü olduğunu sözlərinə əlavə edib: "Erkən final olacaq. Yaxşı və hazırlıqlı komandadır".
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb.
"Report"un Bratislavaya ezam olunan əməkdaşı xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/8 finalda Qazaxıstan seçməsi ilə üz-üzə gəlib.
"Tipos Arena"da keçirilən qarşılaşma 3:2 hesabı ilə bitib. Komandanın qollarına Rəvan Kərimov, İsa Atayev və Məhəmməd Xəlilov imza atıblar.
Günün digər görüşlərində Rumıniya millisi Avstriyanı (7:0), Serbiya Yunanıstanı (4:2), Çexiya isə Monteneqronu (2:0) məğlub edib.
Xatırladaq ki, Azərbaycan millisi F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransaya (3:2) qalib gəlmişdi.
Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan millisinin hədəfi olimpiadada təmsil olunmaqdır.
Bu barədə "Report"a yığmanın baş məşqçisi Çingiz Mustafayev açıqlamasında bildirib.
Mütəxəssis bu məqsədə çatacaqlarına inandıqlarını bildirib:
"Hədəfimiz olimpiadada təmsil olunmaqdır. İnanıram ki, bu dəfə bu məqsədə nail olacağıq. Düzdür, qarşıda görüləcək çox iş var. Amma bu komanda qarşıya qoyulan hədəfə çatmaq potensialına malikdir".
Ç.Mustafayev Perunun paytaxtı Limada keçirilmiş Dünya Kubokunda altıncı yeri tutmaları barədə də fikirlərini bölüşüb:
"Bu nəticə bizi sevindirir. Çünki uzun müddət zədədən əziyyət çəkən və bir o qədər də bərpa prosesi keçən Anna Başta artıq əvvəlki formasını yığmaya başlayıb. Amma hələ də sahib olduğu liderlik keyfiyyətlərinin hamısını sərgiləməyə tam hazır deyil. Ümumilikdə komandamızın bütün üzvlərinin çıxışından razıyam. Yaponiya və Koreya kimi güclü rəqiblərə qalib gəldik. Koreya son olimpiadanın mükafatçısıdır. Polşa və İtaliya kimi komandalarla görüşlərdə sona qədər mübarizə apardıq, qələbə üçün cəmi 1-3 xal çatmadı. Hədəfimiz olimpiadada təmsil olunmaqdır".
Xatırladaq ki, Anna Başta, Səbinə Kərimova, Palina Kaspiaroviç və Zərifə Hüseynovadan ibarət yığma Dünya Kubokunda komanda yarışında 24 ölkə arasında 6-cı olub.
Almaniyanın "Kayzerslautern" klubunda çıxış edən Mahir Emrelinin hələlik Azərbaycana qayıtmaq fikri yoxdur.
28 yaşlı hücumçu bu barədə "Report"a müsahibəsində bildirib.
Forvard legioner həyatının davam etməsini istəyib:
"Azərbaycandan mənə heç təklif də yoxdur. Xaricdə qalmaq və burada davam etmək xeyirlidirsə, qalacağıq. İlk düşüncə legioner həyatını davam etdirməkdir. Heç özüm də belə qayıtmaq istəmirəm. Ötən mövsüm "Nürnberq"dən ayrılanda Vətənə dönsəydim, qəlbim daha da sakit olardı. Özünü təsdiqləyib qayıtmaq başqadır. İndi eşitmək istəmirəm ki, desinlər Mahirdə alınmadı, qayıtdı".
Mahir Emrelinin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.
Azərbaycan millisinin futbolçusu Toral Bayramov Türkiyənin "Burasspor" klubuna keçib.
"Report" xəbər verir ki, bu barədə "Qarabağ" klubu məlumat yayıb.
Qardaş Türkiyənin köklü klublarından olan "Bursaspor"un Toral Bayramovun transferində ciddi maraq göstərməsi, həmçinin milli komandanın futbolçusunun özünün legioner həyatı yaşamaq və karyerasını xaricdə davam etdirmək istəyi bu keçidin reallaşmasında mühüm rol oynayıb. "Qarabağ" FK futbolçumuz Toral Bayramovun transferi ilə bağlı "Bursaspor" klubunun təklifini müsbət cavablandırıb. Klublar arasında aparılan danışıqların uğurla yekunlaşması və futbolçunun legioner karyerasını davam etdirmək istəyinə hörmətlə yanaşılması nəticəsində tərəflər arasında razılıq əldə olunub. 2020-ci ildən əsas komandamızda çıxış edən Bayramov bu müddətdə 254 oyunda 37 qol vurub. O, komandamızla 5 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb. Bayramov millidə keçirdiyi 40 oyunda 5 qola imza atıb. Toral Bayramova klubumuzdakı çıxışı dövründə göstərdiyi xidmətlərə görə təşəkkür edir, legioner karyerasında uğurlar arzulayırıq.
"Şamaxı" futbol komandası yeni baş məşqçi ilə bağlı yerli və əcnəbi bölgüsü etmir.
Bu barədə "Report"a açıqlamasında bölgə təmsilçisinin baş meneceri Kamran İsmayılov bildirib.
O, Ayxan Abbasovla vidalaşdıqdan sonra baş məşqçi axtardıqlarını söyləyib:
"Hazırda bu işlə məşğuluq. Sözsüz ki, imkanlarımıza uyğun, hədəflərimizlə razılaşacaq birini axtarırıq. Amma yerli və ya əcnəbi bölgüsü etmirik. Konkret olaraq bir istiqamət yoxdur. Hər ikisi ola bilər. Təki yaxşı baş məşqçi olsun. Bizim hədəflərimizlə razılaşsın və birlikdə yola çıxaq. Kimlə razılaşa bilsək, onunla da yola davam edəcəyik".
Xatırladaq ki, Ayxan Abbasov 2024-cü ildən "Şamaxı"nın baş məşqçisi idi.
Azərbaycan Premyer Liqasına vəsiqə uğrunda keçiriləcək oyunun təyinatları bəlli olub.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı FIFA referisi Tural Qurbanov idarə edəcək.
Ona Cəmil Quliyev və Asiman Əzizli kömək göstərəcək. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək. VAR-da Rəvan Həmzəzadə, AVAR-da Teymur Teymurov əyləşəcək.
Rəhim Həsənov hakim-inspektor, Elçin Mehtiyev AFFA nümayəndəsi olacaq.
Xatırladaq ki, "Qəbələ" - "Mingəçevir" oyunu mayın 28-də, saat 18:30-da "SOCAR Polymer Arena"da keçiriləcək.
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin yayda verəcəyi qərar karyerasında ən vaciblərdən biri olacaq.
28 yaşlı hücumçu bu barədə "Report"a müsahibəsində bildirib.
O, Almaniyanın "Kayzerslautern" klubundan ayrıla biləcəyini istisna etməyib:
"Baş məşqçidən soruşublar ki, növbəti mövsümdə Mahiri görməmək ehtimalımız varmı? Səhv etmirəmsə, buna yaxın bir sual olub. O da təsdiqləyib və "hə" cavabı verib. Məşqçilər adətən bu cür açıqlama vermirlər. Bu, tək onların verəcəyi qərar deyil. Transfer təsdiqlənsə, söyləmək olar. Qərarları daha çox rəhbərlik verir. Mən rahatlıq istəyən adam olsaydım, Xorvatiyanın "Dinamo" klubunda qalardım. Mütəmadi oynayırdım və ya oynamırdım. Orada Xorvatiya millisinin əsas futbolçuları ilə rəqabətdə idim. Onlar dünya çempionatlarında medallar qazanmışdılar. Amma oynamaq istəyim hər zaman başqa mövzuların önünə keçib. İndi verəcəyim qərar karyeramda ən vaciblərdən biri olacaq. Çünki bu qərar ya bizi irəli aparacaq, ya da yerimizdə qalacağıq. Ona görə yaxşı düşünüb, məsləhət edib qərar vermək lazımdır. Klubda qala və ya gedə bilərəm".
Mahir Emrelinin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.
Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatında da qızıl medal qazanaraq azarkeşləri sevindirmək istəyir.
"Report"un məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında komandanın oyunçusu Ramiz Çovdarov bildirib.
O, Slovakiyanın paytaxtı Bratislavada təşkil olunacaq turnirlə bağlı fikirlərini bölüşüb:
"Yarışa tam hazırıq. Dünya çempionuyuq. Avropa çempionatında da bizə dəstək olan azarkeşlərimizi sevindirmək istəyirik".
R.Çovdarovun sözlərinə görə, dünya çempionu olmaları işlərini çətinləşdirir:
"Dünya çempionu olmaqla rəqibləri qıcıqlandırmışıq. Onlar da yaxşı hazırlaşmağa çalışırlar. Titula sahib çıxmaq istəyirlər. Bu səbəbdən bizə daha çətin olacaq. Amma əlimizdən gələni etməyə hazırıq".
Xatırladaq ki, Avropa çempionatı mayın 27-dən iyunun 4-dək təşkil olunacaq. Azərbaycan millisi F qrupunda İtaliya, Fransa və Avstriya yığmaları ilə mübarizə aparacaq.
Minifutbol üzrə Azərbaycan millisi Avropa çempionatına fərqli hazırlaşıb.
"Report"un məlumatına görə, bu sözləri minifutbol üzrə Azərbaycan millisinin qapıçısı Vəli Qafarov jurnalistlərə açıqlamasında deyib.
O, Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatı haqqında fikirlərini bölüşüb:
"Ölkə çempionatı bitən kimi turnirin hazırlığına start verdik. Yoldaşlıq oyunları keçirdik, turnirə qatıldıq. Avropa çempionatına dünya reytinqinin lideri kimi gedirik. Hər kəs bizə qarşı fərqli hazırlaşacaq. Amma biz də özümüzü rəqiblərə qarşı fərqli hazırlamışıq. Ümid edirəm ki, qızıl medal qazanacağıq".
V. Qafarov rəqiblərin güclü olduğunu sözlərinə əlavə edib:
"Ölkəmizdəki dünya çempionatından sonra hər kollektiv özünə çəki düzən verib. İtaliya və Fransa seçmələri xeyli artırıblar. Avropa ölkələri olduğu üçün hamısından təhlükə gözləyirik".
Xatırladaq ki, Avropa çempionatı mayın 27-dən iyunun 4-dək təşkil olunacaq. Azərbaycan millisi F qrupunda İtaliya, Fransa və Avstriya yığmaları ilə mübarizə aparacaq.
Avropa çempionatındakı rəqiblər Azərbaycanın minifutbol millisinə çətinlik yarada bilər.
"Report"un məlumatına görə, bunu minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev jurnalistlərə açıqlamasında deyib.
Mütəxəssis Slovakiyanın paytaxtı Bratislavada təşkil olunacaq yarışla bağlı fikirlərini bölüşüb:
"Təlim-məşq toplanışı yaxşı alınıb. Komanda hazır vəziyyətdədir. Hər şey qaydasındadır. İstədiyimiz kimi hazırlaşmışıq. Təmkin Xəlilzadənin zədəsi var, son məşqlərə qatıla bilməyib. Elvin Əlizadə də eyni durumdur. Onların yerinin görünəcəyinə inanmıram. Qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik. İlk məqsədimiz budur. Dünya reytinqində birinciyik. Rəqiblər bizə çətinlik yarada bilərlər. İnanıram ki, yaxşı nəticə qazana biləcəyik. Arxayınlıq yoxdur. Heyətdə bəzi dəyişikliklər olub. Hər yarışa "doymuş" şəkildə getmək istəmirik".
Xatırladaq ki, Avropa çempionatı mayın 27-dən iyunun 4-dək təşkil olunacaq. Azərbaycan millisi F qrupunda İtaliya, Fransa və Avstriya yığmaları ilə mübarizə aparacaq.
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək Avropa çempionatından əvvəl Bakıda son məşqinə çıxıb.
"Report"un məlumatına görə, hazırlıq prosesində komandanın bütün üzvləri iştirak ediblər.
Hazırlıq prosesi media üçün açıq olub.
Futbolçular baş məşqçi Elşad Quliyevin rəhbərliyi ilə isinmə hərəkətlərinin ardından müxtəlif təmrinləri yerinə yetiriblər.
Xatırladaq ki, Avropa çempionatı mayın 27-dən iyunun 4-dək təşkil olunacaq. Azərbaycan millisi F qrupunda İtaliya, Fransa və Avstriya yığmaları ilə mübarizə aparacaq.
Almaniyanın "Kayzerslautern" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli "Report"un suallarını cavablandırıb.
28 yaşlı hücumçu başa çatan mövsümdə II Bundesliqa təmsilçisindəki çıxışı və gələcək karyerası barədə danışıb.
- 2025/2026 mövsümündə II Bundesliqada az forma şansı əldə etdiniz. Bunun əsas səbəbi nədir?
- Başa çatan mövsümdəki çıxışımla bağlı çox şey deməyə ehtiyac duymuram. Mövsüm başlayanda komandaya uyğunlaşmalı idim. Həmin vaxt 4-5 oyun oldu. Ardınca milli komandaların matçlarına görə fasilə yarandı. Yığmadan qayıdandan sonra baş məşqçiyə nəsə oldu və mən oynamadım. Sonra şəxsi həyatımdakı problemlərə görə bu mövsüm mənim üçün ağır alındı.
- Mövsümün ilk yarısında uzun müddət zədəli oldunuz...
- Qardaşımı (dayısı oğlu) itirməyim mənə daha çox toxundu. Belə şeylərə insanlar bəzən hazır ola bilmirlər. Mental baxımdan futbola, işimə köklənmək mənə çətinlik yaradırdı. Əvvəllər özümdə həvəsi yaratmaq asan idi. Amma o ərəfələrdə çox çətin olurdu. Ağır vaxtlar olub, amma belə çətin dönəmlərdən keçməmişdim. Zədə də bunun üzrəyinə gələndən sonra durum ağırlaşdı. Son matçlara özümü çatdıra bildim, istər-istəməz təsir etdi.
- Baş məşqçi Torsten Liberknextlə münasibətiniz yaxşı deyil?
- Bəzi mövzularda qərarsızdır. Danışdıqlarımız tamam başqa şeylər idi. Əməldə isə başqa hərəkətlər gördüm. Mənim üçün futbolluq mövsüm olmadı. Pis olduğunu da deyə bilmirəm. Çünki pis o halda deyə bilərəm ki, kifayət qədər oynayım və özümü yaxşı göstərə bilməyim. Dəqiqələrlə hesablasanız, dörd oyun ya edər, ya da etməz. Bu səbəbdən mövsümü dəyərləndirmək çətindir. Futbolçunu qiymətləndirmək üçün meydanda görmək lazımdır. Amma olmadı. Sağlıq olsun, yəqin ki, belə məsləhət idi. Ümid edirəm ki, bu çətin dönəmlərdən də keçəcəyəm və daha da güclü qayıdacağam.
- Transfer dönəmi başlayır. Sözlərinizdən belə başa düşülür ki, baş məşqçidən oynamamağınıza görə narazısınız. Hazırda klubla müqaviləniz davam edir. Başqa komandaya keçmək ehtimalı var?
- Təbii ki, hər futbolçu oynamayanda narazı olur. Amma bu, tam olaraq eyni məsələ deyil. Orada mənim də anlamadığım məqamlar var. Milli komandamızın baş məşqçisi Ayxan Abbasov da mətbuat konfransında buna toxunmuşdu. Martda millinin toplanışına qoşulmağa qoymadılar, klubda saxladılar. Halbuki gəlsəydim, yığmada oyun dəqiqəsi qazanacaqdım. Hər oyunçu üçün bu önəmlidir. Amma etdikləri əməldə başqa şey oldu. Bunu məşqçiyə yaraşan hərəkət kimi görmürəm. Ən azından açıq-aşkar öz fikirlərini mənə deyə bilərdi. Amma belə olmadı. Həyatımda birinci dəfədir ki, bu cür situasiyanın içində idim. Sual versəniz ki, niyə belə oldu? Mən də açıq şəkildə deyəcəyəm ki, bilmirəm. Həqiqətən səbəbi bilmirəm. Mənim heç kimə qarşı hansısa hərəkətim olmayıb. Komanda yoldaşlarımla, rəhbərliklə münasibətlərim əla idi. Klub prezidenti və idman direktoru ilə yaxşı münasibətim var. Öz aramızda söhbət edirdik. Dedilər ki, sənlik bir problem yoxdur. Amma yalnız bu qədərini deyə bilirdilər. Heç mən də soruşmurdum. Çünki bir sədd var və onu keçə bilmirlər. Transferə gəldikdə isə, hər transfer dönəmində hansısa hal baş verə bilər. Amma təbii ki, futbolçu üçün ən yaxşı yaşdayam və mənə oynamaq lazımdır. Agentlər də işləyir, bəzi klublarla danışıqlar gedir. Sonda doğru olan nədirsə, o da olacaq. Eşitdiyimə görə, baş məşqçinin açıqlaması olub. Lakin Avropada məşqçinin açıqlaması hər şey demək deyil. Yuxarıda o qərarı verə biləcək insanlar var.
- Baş məşqçi açıqlamasında sizinlə yola davam etmək istəmədiyini deyib?
- Ondan soruşublar ki, növbəti mövsümdə Mahiri görməmək ehtimalımız varmı? Səhv etmirəmsə, buna yaxın bir sual olub. O da təsdiqləyib və "hə" cavabı verib. Məşqçilər adətən bu cür açıqlama vermirlər. Bu, tək onların verəcəyi qərar deyil. Transfer təsdiqlənsə, söyləmək olar. Qərarları daha çox rəhbərlik verir. Mən rahatlıq istəyən adam olsaydım, Xorvatiyanın "Dinamo" klubunda qalardım. Mütəmadi oynayırdım və ya oynamırdım. Orada Xorvatiya millisinin əsas futbolçuları ilə rəqabətdə idim. Onlar dünya çempionatlarında medallar qazanmışdılar. Amma oynamaq istəyim hər zaman başqa mövzuların önünə keçib. İndi verəcəyim qərar karyeramda ən vaciblərdən biri olacaq. Çünki bu qərar ya bizi irəli aparacaq, ya da yerimizdə qalacağıq. Ona görə yaxşı düşünüb, məsləhət edib qərar vermək lazımdır. Klubda qala və ya gedə bilərəm.
- Mətbuatda adınız daha əvvəl çıxış etdiyiniz Polşanın "Legiya" klubu ilə də hallanır. Sizə təklif olub?
- Klub tərəfindən heç vaxt olmayıb. Amma mütəmadi olaraq sosial şəbəkədə azarkeşlərdən dəstək görürəm. Fanatlar həmişə yazırlar, maraqlanırlar. Milli komanda ilə Ukraynaya qarşı matçımız Polşada idi. Həmin oyuna da gələnlər var idi. Ayrılığımız nə qədər pis olsa da, orada yaxşı dönəm keçirmişdim. Futbol baxımından hər şey yaxşı idi. Azarkeşlər də məni sevirlər. Ən möhtəşəm atmosferlərdən bəlkə də birincisi Varşavada olub. Agentimlə danışanda mənə deyir ki, bəzi klublarla danışıram. Amma məndə belə yanaşma var. Dəqiqləşənə qədər ad açıqlamasını istəmirəm. Dəqiq olanda müzakirə edə bilirik. Fikrimin yayınmasını istəmirəm. İndi milli komandanın təlim-məşq toplanışı başlayacaq. Bütün düşüncələrimi oraya yönəltmək istəyirəm. Dəqiq bir şey olsa, fikirləşəcəyik. Sırf "Legiya" rəhbərliyi ilə söhbətim olmayıb.
- Azərbaycana qayıtmaq ehtimalı var?
- Xeyr. Hələ ki belə düşüncə yoxdur. Heç təklif də yoxdur. Xaricdə qalmaq və burada davam etmək xeyirlidirsə, qalacağıq. İlk düşüncə legioner həyatını davam etdirməkdir. Heç özüm də belə qayıtmaq istəmirəm. Ötən mövsüm "Nürnberq"dən ayrılanda Vətənə dönsəydim, qəlbim daha da sakit olardı. Özünü təsdiqləyib qayıtmaq başqadır. İndi eşitmək istəmirəm ki, desinlər Mahirdə alınmadı, qayıtdı.
- Mayın 28-də Azərbaycan millisinin toplanışı başlayır. Daha sonra Avstriyaya yollanacaqsınız. Malta və San Marino ilə yoxlama oyunları keçirəcəksiniz. Bu barədə nə deyə bilərsiniz?
- Bu, ən önəmli təlim-məşq toplanışlarımızdan biri olacaq. Çünki UEFA Millətlər Liqasından əvvəl son matçlardır. Burada daha çox futbolçuların hazırlığı önəmlidir. Düşünürəm ki, çox futbolçular şans qazanacaqlar. Nəticələrdən əvvəl sistem qurmalıyıq. Amma nəticə də vacibdir. Bu qarşılaşmaların əhəmiyyəti gələcək matçlar üçün önəm daşıyacaq. Sonra hamı öz klubunda mütəmadi şəkildə oynamalıdır ki, UEFA Millətlər Liqasında bunun faydasını görək.
"Kəpəz" klubu futbolçusu Dioqo Verdaska ilə müqavilənin müddətini uzadıb.
"Report" xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.
Portuqaliyalı müdafiəçi ilə 2 illik yeni sözləşmə imzalanıb.
Xatırladaq ki, D.Verdaska başa çatan mövsümdə Misli Premyer Liqasında 28 oyuna 1 qolla yadda qalıb. O, 2024/2025 mövsümündə də "Kəpəz"in formasını geyinib.
Qılıncoynatma üzrə Azərbaycan millisi Perunun paytaxtı Limada keçirilmiş Dünya Kubokunda altıncı yeri tutub.
"Report"un məlumatına görə, Anna Başta, Səbinə Kərimova, Palina Kaspiaroviç və Zərifə Hüseynovadan ibarət yığma komanda yarışında yekun sıralamada 24 ölkə arasında 6-cı olub.
İlk görüşdə Kolumbiya yığmasına 45:27 hesabı ilə qalib gələn sablyaçılar ən güclü "8-liy"ə yüksəlmək uğrunda keçirilən qarşılaşmada turnirin reytinq favoritlərindən sayılan Yaponiya kollektivini 45:39 hesabı ilə məğlub edib.
Bürünc medalın bir addımlığında olan milli yarımfinal uğrunda qarşılaşmada Polşa sablyaçıları ilə üz-üzə gəlib. Görüş Polşa yığmasının 45:44 hesablı qələbəsi ilə başa çatıb.
Komanda 5-8-ci yerlər uğrunda keçirilən görüşlərdə Koreya Respublikası yığmasını 45:41 hesabı ilə məğlub edib, İtaliya seçmə kollektivinə 42:45 hesabı ilə uduzub.
Almaniyanın "Bavariya" klubunun futbolçusu Harri Keyn karyerasında ikinci dəfə "Qızıl buts" mükafatını qazanıb.
"Report"un məlumatına görə, 32 yaşlı hücumçu Bundesliqanın 2025/2026 mövsümündə 31 oyunda 36 qol (72 xal) vuraraq buna nail olub.
Forvard Avropanın bütün liqalarında ən çox qol vuran oyunçudur.
İngiltərənin "Mançester Siti" klubunun forvardı Erlinq Holann 27 qolla (54 xal) ikinci, İspaniya təmsilçisi "Real"ın futbolçusu Kilian Mbappe 25 qolla (50 xal) üçüncü yeri tutub.
Xatırladaq ki, Harri Keyn "Bavariya"dakı debüt mövsümündə (2023/2024) də "Qızıl buts" mükafatına sahib çıxıb. O, həmin vaxt da Bundesliqada 36 qolla yadda qalmışdı. Təcrübəli forvard cari mövsüm bütün turnirlərdə 51 oyunda 61 dəfə fərqlənib və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası mayın 28-dən 30-dək Bakıda, mayın 31-dən iyunun 10-dək isə Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq.
Bu barədə "Report"a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) məlumat verilib.
U-21 Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı 2 yoldaşlıq oyunu keçirəcək. "Sav" stadionunda baş tutacaq hər iki matçın Bakı vaxtı ilə saat 18:00-da başlanması nəzərdə tutulur.
AFFA U-21-ə dəvət edilən futbolçuların adlarını açıqlayıb:
Misli Premyer Liqasında XXXIII turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, günün ikinci matçında "Araz-Naxçıvan" "Zirə" ilə üz-üzə gəlib.
"SOCAR Polymer Arena"dakı qarşılaşma Naxçıvan klubunun qələbəsi ilə yekunlaşıb - 3:2.
Meydan sahiblərinin heyətində 15-ci dəqiqədə Patrik Andrade, 32-ci dəqiqədə Felipe Santos, 73-cü dəqiqədə Ramon Maçado fərqlənib. Qonaqlardan 69-cu dəqiqədə Ruan Renato, 82-ci dəqiqədə Martins Junior adını tabloya yazdırıb.
Xallarının sayını 46-ya çatdıran "Araz-Naxçıvan" mövsümü altıncı pillədə başa vurub. "Zirə" isə 53 xalla beşinci olub.
Günün ilk görüşündə "Neftçi" "Kəpəz"i minimal hesabla üstələyib - 1:0.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında mövsümə mayın mayın 24-də, "İmişli" - "Karvan-Yevlax" oyunu ilə yekun vurulacaq. Daha əvvəl sonuncu turda "Qəbələ" "Şamaxı"nı (3:1), "Sabah" "Turan Tovuz"u (2:1), "Qarabağ" "Sumqayıt"ı (4:3) məğlub edib.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı, Dünya Atletikasının dəstəyi ilə əməkdar məşqçi Əfqan Səfərovun xatirəsinə həsr olunmuş 29-cu beynəlxalq memoriala start verilib.
"Report"un məlumatına görə, açılış mərasimində çıxış edən Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov və Azərbaycan Atletika Federasiyasının beynəlxalq əlaqələr və inkişaf şöbəsinin müdiri Kənan Məhərrəmov Əfqan Səfərovun ölkəmizdə atletikanın inkişafı yolunda xidmətlərindən danışaraq memorialın nüfuzlu yarışlara seçim baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.
Dünya Atletikasının təqvim platformasına daxil olan yarışda Azərbaycan atletləri ilə yanaşı, Gürcüstan, Qırğızıstan və Tacikistandan ümumilikdə 80-ə yaxın idmançı mübarizə aparır.
Memorialın ilk günündə 100 metr məsafəyə qaçış üzrə kişilər və qadınlar arasında müvafiq olaraq Tembo Con və Lamiyə Vəliyeva, 400 metr məsafəyə qaçışda Qırğızıstan təmsilçisi Ruslan Litovski və İlahə Quliyeva, 1500 metr məsafəyə qaçışda isə Bəxtiyar Əsgərli turnirin qalibi olublar. Üç təkanla tullanmada Rüstəm Məmmədov və Yekaterina Sarıyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Nüvə itələmə növündə isə İsmayıl Əliyev və Səkinə Hacızadə qalib adını qazanıblar.
Qeyd edək ki, memorial Avropa çempionatı, Balkan çempionatı və aşağı yaş qrupları üzrə nüfuzlu yarışlarda iştirak edəcək idmançıların müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
"Neftçi" cari mövsüm Misli Premyer Liqasında sonuncu oyununu keçirib.
"Report"un məlumatına görə, UEFA Konfrans Liqasına vəsiqəni təmin etmiş "ağ-qaralar" XXXIII turda "Kəpəz"lə üz-üzə gəlib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma Bakı təmsilçisinin qələbəsi ilə bitib - 1:0.
54-cü dəqiqədə Freddi Varqas fərqlənib. Onun komanda yoldaşı İfeanyi Metyu 65-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
"Neftçi" mövsümü 59 xalla dördüncü sırada başa vurub. Gəncə klubu 27 xalla onuncu olub.
Günün ikinci matçında "Araz-Naxçıvan" və "Zirə" komandaları münasibətlərə aydınlıq gətirəcəklər
Xatırladaq ki, Misli Premyer Liqasında mövsümə mayın mayın 24-də, "İmişli" - "Karvan-Yevlax" oyunu ilə yekun vurulacaq. Daha əvvəl sonuncu turda "Qəbələ" "Şamaxı"nı (3:1), "Sabah" "Turan Tovuz"u (2:1), "Qarabağ" "Sumqayıt"ı (4:3) məğlub edib.
Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev çıxış edəcəyi hər komandaya xeyir verəcək.
"Report" xəbər verir ki, bu barədə yığmanın kapitanı Emin Mahmudov "Report"a müsahibəsində bildirib.
34 yaşlı yarımmüdafiəçi "Qarabağ"da çıxış edən oyunçunun transferə çıxarılması ilə bağlı fikirlərini bölüşüb:
"Elvinlə münasibətim çox yaxşıdır. Lakin bu barədə nəsə deyə bilmərəm. Yaxşı olar ki, Elvin özü karyerası ilə bağlı doğru qərarı versin. Onun barədə düşüncələrim çox pozitivdir. Elvin Cəfərquliyev Azərbaycan futbolunun son dövrlərdə yetişdirdiyi ən yaxşı sol cinah müdafiəçilərindən biridir. Yığmada da ən yaxşı oyunçulardan hesab edilir. Çıxış edəcəyi hər komandaya xeyir verəcəyini düşünürəm".
Xatırladaq ki, Elvin Cəfərquliyev intizam qaydalarını pozduqları üçün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov tərəfindən əsas komandadan uzaqlaşdırılıb.
Emin Mahmudovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.
"Neftçi" hazırkı baş məşqçisi Yuri Vernidubun rəhbərliyi altında daha yaxşı hücum futbolu sərgiləyir.
Bu barədə "ağ-qaralar"ın kapitanı Emin Mahmudov "Report"a müsahibəsində bildirib.
34 yaşlı futbolçu Bakı təmsilçisindəki əvvəlki mütəxəssisləri müzakirə etmək istəmədiyini söyləyib:
"Əvvəlki baş məşqçilərin işini müzakirə etmək istəməzdim. Çünki hər məşqçinin öz oyun planı var. Bəzən burada bəxt amili də rol oynayır. Məsələn, Samir Abasovun dövründə bir çox oyunlarda bəxtimiz gətirmədi. Bəzən də hakimlərin qərarları təsir edirdi. Sadaladığım bu amillər xal qazanmağa mane olurdu. Lakin mən əvvəlki baş məşqçilərimizdən Samir Abasova təşəkkür etmək istəyirəm. Mənim üçün çətin bir dövrdə gəldi və şans verdi. Onun göstərdiyi güvəni boşa çıxartmaq istəmədim və şükürlər olsun ki, bu heç də pis alınmadı. Hazırkı baş məşqçimiz Yuri Vernidubun rəhbərliyi altında daha yaxşı hücum futbolu sərgiləyirik. Yenə deyirəm, əvvəlki məşqçilərin işini müzakirə etmirəm. Onsuz da problem tək məşqçilərdə yox, futbolçularda da olurdu. Düşünürəm ki, futbolçular da məsuliyyətli olmalıdırlar. Sevinirik ki, son dövrdəki qələbələr bizdə özünəinam yaratdı. Komanda olaraq birləşdik, çünki geriyə yol yox idi".
Emin Mahmudovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.
Azərbaycan milli komandası mayın 28-dən 30-dək Bakıda, iyunun 1-dən 10-dək isə Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olacaq. Millimiz Avstriya toplanışı çərçivəsində iyunun 5-də Malta, 9-da isə San Marino yığmasına qarşı iki yoldaşlıq oyunu keçirəcək.
Macarıstanın Sombatxey şəhərində yerləşən "Haladaş" stadionunda keçiriləcək hər iki görüşün Bakı vaxtı ilə saat 22:00-da başlanması planlaşdırılır. Milliyə dəvət edilən futbolçuların adlarını nəzərinizə çatdırırıq:
Azərbaycan boksçuları Gürcüstanın Batumi şəhərində bu gün start götürəcək beynəlxalq turnirdə iştirak edəcəklər.
Bu barədə "Report"a Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Beş gün davam edəcək yarışda məşqçi Elbrus Rzayevin rəhbərliyi altında rinqə Bilalhəbaşi Nəzərov (50 kq), Tağı Nəsibov, Tayfur Əliyev (hər ikisi 60 kq), Əli Abdullayev (65 kq), Abbasqulu Şadlinski (75 kq) və Kənan Nəcəfov (+90 kq) çıxacaq.
Turnirdə Laçın Baxış ölkəmizi hakim kimi təmsil edəcək.
"Neftçi"nin kapitanı Emin Mahmudov komandada qalmaq istəyir.
34 yaşlı futbolçu bu barədə "Report"a müsahibəsində bildirib.
Təcrübəli yarımmüdafiəçi başqa təklifləri düşünmədiyini söyləyib:
"Neftçi" ilə danışıqlarımız davam edir. İnşallah, bu komandada qalmaq istəyirəm. Başqa təklifləri düşünmürəm. Fikrim "Neftçi"dədir, rəhbərliklə danışıb, bu klubda davam etmək niyyətindəyəm".
Emin Mahmudovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.
İngiltərənin "Tottenhem" klubunun futbolçusu Kristian Romero qeyri-adi səbəbdən Premyer Liqanın sonuncu turundakı oyunu buraxacaq.
"Report" "The Touchline"a istinadən xəbər verir ki, London təmsilçisinin kapitanı "River Pleyt" və "Belqrano" komandaları arasında Argentina Liqasının finalını izləmək üçün sözügedən ölkəyə yollanır.
"Tottenhem" mayın 24-də, XXXVIII turda "Everton"la üz-üzə gələcək. Paytaxt təmsilçisi hazırda Premyer Liqada 38 xalla 17-ci pillədə qərarlaşıb. 18-ci sıradakı "Vest Hem"in 36 xalı var. Sonuncu tur çempionatda qalmaq yolunda həlledici olacaq.
Xatırladaq ki, 28 yaşlı argentinalı oyunçu cari mövsüm bütün turnirlərdə 32 oyuna 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
İtaliyanın "İnter" klubunun futbolçusu Denzel Dumfris karyerasını İspaniyada davam etdirə bilər.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, "Real" 30 yaşlı müdafiəçini heyətinə qatmaq istəyir.
Niderlandlı oyunçu Madrid təmsilçisi üçün əsas transfer hədəflərindən biridir.
Dumfrisin müqaviləsindəki bəndə əsasən, o, 25 milyon avro qarşılığında komandanı tərk edə bilər.
Xatırladaq ki, futbolçunun Milan klubu ilə sözləşməsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir. Müdafiəçi cari mövsüm bütün yarışlarda 28 oyuna beş qol və iki məhsuldar ötürmə ilə yadda qalıb.
İngiltərənin "Liverpul" klubunun sabiq qapıçısı Adrian karyerasını başa vurur.
"Report" xəbər verir ki, 39 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında yazıb.
Hazırda İspaniya təmsilçisi "Betis"də çıxış edən təcrübəli oyunçu həftəsonu son matçına çıxacağını vurğulayıb.
Xatırladaq ki, 2024-cü ildən "Betis"in uğurları üçün çalışan Adrian 2019-2024-cü illər aralığında "Liverpul"un formasını geyinib. O, Mersisayd təmsilçisi ilə İngiltərə Premyer Liqasının və UEFA Superkubokunun da qalibi olub.
"Neftçi" cari mövsüm Misli Premyer Liqasında sonuncu oyununu bu gün keçirəcək.
"Report"un məlumatına görə, UEFA Konfrans Liqasına vəsiqəni təmin etmiş "ağ-qaralar" XXXIII turda "Kəpəz"lə üz-üzə gələcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma saat 15:00-da start götürəcək. Bakı təmsilçisi 56 xalla dördüncü, Gəncə klubu 27 xalla onuncu pillədə qərarlaşıb.
Günün ikinci matçında "Araz-Naxçıvan" və "Zirə" münasibətlərə aydınlıq gətirəcəklər. Sumqayıtdakı "SOCAR Polymer Arena"dakı görüş saat 19:00-da başlayacaq. "Zirə" 53 xalla beşinci, Naxçıvan komandası 43 xalla altıncı sıradadır.
Xatırladaq ki, Misli Premyer Liqasında mövsümə mayın mayın 24-də, "İmişli" - "Karvan-Yevlax" oyunu ilə yekun vurulacaq. Daha əvvəl sonuncu turda "Qəbələ" "Şamaxı"nı (3:1), "Sabah" "Turan Tovuz"u (2:1), "Qarabağ" "Sumqayıt"ı (4:3) məğlub edib.
Cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışının II turu başa çatıb.
Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, Abşeron Olimpiya İdman Kompleksində keçirilən turnirin son günündə 5 çəkidə 164 cüdoçu qüvvəsini sınayıb.
Qızlar 48, 63, oğlanlar isə 60, 81, +90 kq çəki dərəcələrində mübarizə aparıblar.
Yarışda ümumilikdə 100 klub və idman cəmiyyətindən 614 cüdoçu (494 oğlan, 120 qız) iştirak edib.
Qızlar
48 kq
1. Nərmin Niftalızadə (Şuşa UGİM)
2. Ülkər Nəcəfova (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
3. Mədinə Hüseynova (Saray İK)
3. Məsumə Təhməzli (Bakı Cüdo Klubu)
63 kq
1. Zilan Hüseynli (Şağan OİK)
2. Nərmin Sadulova (Sərhədçi İM)
3. Məryəm Yusifli (Ordu İdman Klubu)
3. Səma Vəlizadə (Neftçi Sumqayıt)
Oğlanlar
60 kq
1. Əli Abdullayev (Judo Club 2020 İK)
2. Ayxan Abbaszadə (Goranboy UGİM)
3. Muhəmməd Səttarov (Bakı şəhəri 10 nömrəli UGİM PHŞ)
3. Raul Məlikzadə (Bakı şəhəri 8 nömrəli İOEUGİM PHŞ)
81 kq
1. Məhəmmədəli Mehdi (Bakı şəhəri 2 nömrəli RİOEUGİM PHŞ)
2. İslam Adıgözəlzadə (Elxan İK)
3. Yusif Ağakişiyev (RKİM)
3. Ömər Atayev (Judo Club 2012)
+90 kq
1. Baxış Əhmədov (Bakı şəhəri 13 nömrəli İOEUGİM PHŞ)
İngiltərənin "Mançester Siti" klubunun ev oyunlarını keçirdiyi "Etihad" stadionunun şimal tribunası baş məşqçi Xosep Qvardiolanın şərəfinə adlandırılacaq.
"Report" xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa təmsilçisi mövsümün sonunda təcrübəli mütəxəssislə yollarını ayıracağını açıqlayıb.
Xatırladaq ki, X.Qvardiola 2016-cı ildən Premyer Liqa təmsilçisində işləyib. O, komanda ilə 6 dəfə İngiltərə Premyer Liqasının, 3 dəfə ölkə kubokunun, 5 dəfə İngiltərə Liqa Kubokunun, 1 dəfə isə UEFA Çempionlar Liqasının, UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi olub.
İspaniya millisinin heyətində Avropa və dünya çempionu olmuş futbolçu Pedro Rodriges mövsümün sonunda İtaliyanın "Latsio" klubundan ayrılacaq.
"Report" xəbər verir ki, bu barədə Roma təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
38 yaşlı vinger 2021-ci ildən İtaliya A Seriyası təmsilçisində oynayır.
Xatırladaq ki, Pedro Rodriges "Latsio"nun heyətində 208 oyunda 38 qol və 19 məhsuldar ötürmə ilə yadda qalıb. O, İspaniya yığması ilə 2010-cu ildə dünya, 2012-ci ildə Avropa çempionu olub.
İngiltərənin "Mançester Siti" klubu baş məşqçisi Xosep Qvardiola ilə mövsümün sonunda yollarını ayıracağını açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə "şəhərlilər"in mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, ispan mütəxəssis 2016-cı ildən Premyer Liqa təmsilçisində işləyib. O, komanda ilə altı dəfə İngiltərə Premyer Liqasının, üç dəfə ölkə kubokunun, beş dəfə İngiltərə Liqa Kubokunun, bir dəfə isə UEFA Çempionlar Liqasının, UEFA Superkubokunun və klublararası dünya çempionatının qalibi olub.
"Bavariya"nın qapıçısı Manuel Noyer Almaniya Kubokunun finalında "Ştutqart"a qarşı keçirəcəkləri oyunu buraxacaq.
"Report" xəbər verir ki, Münhen təmsilçisi 40 yaşlı qolkiperi matçın iştirak ərizəsinə daxil etməyib.
Qarşılaşma mayın 23-də, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.
Xatırladaq ki, Manuel Noyer Bundesliqanın XXXIV turunda "Köln"ə qalib gəldikləri matçın (5:1) 60-cı dəqiqəsində əvəzlənmişdi. O, DÇ-2026 üçün Almaniya millisinə dəvət alıb.
Futbol üzrə İngiltərə millisinin bu il keçiriləcək dünya çempionatı üçün heyəti bəlli olub.
"Report" xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyası məlumat yayıb.
Baş məşqçi Tomas Tuhel Harri Maquayr ("Mançester Yunayted"), Trent Aleksandr-Arnold ("Real", İspaniya), Fil Foden ("Mançester Siti") və Koul Palmer ("Çelsi") kimi məşhur oyunçuları siyahıya daxil etməyib.
Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında İngiltərə millisi L qrupunda Xorvatiya, Panama və Qana ilə mübarizə aparacaq.
Beynəlxalq Bioloji Müxtəliflik Günü münasibətilə Bakı 2026 – "Dünyanın İdman Paytaxtı" və "Bakı Şəhərsalma Həftəsi" çərçivəsində Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası, Üzülə bilən Şəhərlər İttifaqı (The Swimmable Cities Alliance) və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) təşkilatçılığı ilə "SPLASH for Swimmable Cities" tədbiri keçirilib.
Nazirlikdən "Report"a verilən məlumata görə, "Sea Breeze Resort" ərazisindəki sahil zonasında keçirilən tədbirdə ölkəmizdə fəaliyyət göstərən diplomatik korpus nümayəndələri, Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) qonaqları, idmançılar və üzgüçülük həvəskarları iştirak ediblər.
Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax və Azərbaycan Üzgüçülük Federasiyasının müşaviri Rəşad Əbdürəhmanov və Azərbaycanın ilk "dəmir adamı" (Ironman) Firdovsi Kərimov çıxış ediblər. Aksiyaya qoşulan hər kəsə təşəkkür ediblər və üzgüçülüyün sağlam həyat tərzində rolunu qeyd ediblər.
Çıxışlardan sonra 100-dək iştirakçı eyni vaxtda dənizdə üzərək aksiyaya qoşulub.
İspaniyanın "Sevilya" klubunun futbolçusu Sesar Aspilikueta karyerasını bitirir.
"Repor" xəbər verir ki. 36 yaşlı müdafiəçi bu barədə sosial şəbəkə hesabında bildirib.
İspaniyalı oyunçu mövsümün sonunda karyerasını başa vuracaq.
Xatırladaq ki, Sesar Aspilikueta İngiltərənin "Çelsi" klubundakı çıxışına görə tanınıb. O, London komandası ilə iki dəfə Premyer Liqanın, bir dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu Rusiya millisinin qapıçısı Matvey Safonovu heyətinə qatmaq istəyir.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, ölkə çempionunun Fransa təmsilçisi PSJ-də çıxış edən 27 yaşlı qolkiper üçün rəsmi təklif göndərəcəyi gözlənilir.
Klub rəhbərliyi skautların hesabatlarını yoxlamaq və parislilərin İngiltərənin "Arsenal" komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının final oyunu üçün Macarıstanın paytaxtı Budapeştə səfər edəcəklər.
Xatırladaq ki, 2024-cü ildən PSJ-də çıxış edən Matvey Safonov cari mövsüm bütün yarışlarda 26 oyunda iştirak edib və 12 matçda qapısını toxunulmaz saxlayıb. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.
Bu gün Almaniyanın Frankfurt şəhərində start götürəcək parakarate üzrə Avropa çempionatında Azərbaycan təmsilçiləri də iştirak edəcəklər.
Azərbaycan Milli Paralimpiya Komitəsindən "Report"a verilən məlumata görə, yarışda 5 parakarateçi mübarizə aparacaq.
Baş məşqçi Rənad Əliyevin rəhbərliyi altında turnirdə K30 kateqoriyasında Vidadi Xalıqov və Eldar Əhmədov, K10 kateqoriyasında Fərrux Qaybaliyev və Aysel Əhmədli, K22 kateqoriyasında isə Ercan Aslan qüvvəsini sınayacaq.
Avropa Liqasında iştirak edəcək kişi voleybolçulardan ibarət Azərbaycan millisi hazırlığın növbəti mərhələsini Belarusda davam etdirəcək.
Bu barədə "Report"a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.
Komanda bu gün Minskə yola düşüb. Yığma altı gün davam edəcək təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunlarında da qüvvəsini sınayacaq.
Milli komandanın baş məşqçisi Boris Qrebennikov hazırlıq prosesinə 17 voleybolçu cəlb edib.
Qeyd edək ki, Azərbaycan komandası Avropa Liqasının ilk turunun oyunlarını iyunun 5-7-də İsveçdə keçirəcək. İkinci turun qarşılaşmaları iyunun 12-14-də Rumıniyada, üçüncü turun matçları isə iyunun 19-21-də Bakıda təşkil olunacaq.
İspaniya futbolunda növbəti mövsümdən hakimlərin işinin qiymətləndirilməsi üçün süni intellektdən istifadə olunacaq.
"Report" "Marca"ya istinadən xəbər verir ki, bu barədə La Liqanın prezidenti Xavyer Tebas açıqlamasında bildirib.
O, hakimlikdə süni intellekti tətbiq edəcəklərini söyləyib:
"İki əsas istiqamət tətbiq olunacaq. Birincisi hakimlərin işinin qiymətləndirilməsidir. Hər matçdan sonra komitə hakimliyin müxtəlif aspektlərini qiymətləndirən müşahidəçilərdən istifadə edir. Söhbət 30 müxtəlif meyardan gedir. Hazırda bunu insanlar edir, 20 müxtəlif hakim üçün 30 müşahidəçi var. Süni intellektin köməyi ilə biz ən azı 40% qərarların süni intellekt vasitəsilə obyektiv şəkildə qəbul edilməsinə imkan verəcək alət yaradırıq. Bütün matçlar əsasında sistem yaradılır və alqoritmlər formalaşdırılır. Süni intellekt hər şeyi təhlil edəcək və hakimin hansı məsələlərdə haqlı olduğunu göstərəcək. Biz prosesi daha obyektiv edirik".
X.Tebas hakimlərin təyinatı ilə bağlı da süni intellektdən yararlanacaqlarını vurğulayıb:
"Süni intellektin köməyi ilə komitəyə oyun üçün üç hakim namizədi təklif olunacaq. Mən insan intellektinə inanıram, lakin süni intellektin kömək etməli olduğu məsələlər var".
"Qarabağ" və "Sabah" cari mövsüm Misli Premyer Liqasında sonuncu oyunlarını bu gün keçirəcəklər.
"Report"un məlumatına görə, ilk olaraq ölkə çempionu "Sabah" "Turan Tovuz"la qarşılaşacaq.
Qarşılaşma "Bank Respublika Arena"da, saat 17:00-da start götürəcək. Masazır təmsilçisi 75 xalla birinci, bölgə klubu 59 xalla üçüncü pillədə qərarlaşıb.
Günün ikinci görüşündə "Qarabağ" "Sumqayıt"ın qonağı olacaq. Görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:30-da başlayacaq. "Köhlən atlar" 66 xalla ikinci, "kimyaçılar" 41 xalla yeddincidir.
Xatırladaq ki, Azərbaycan Premyer Liqasında tura mayın 24-də yekun vurulacaq. Ötən gün "Qəbələ" "Şamaxı"nı 3:1 hesabı ilə üstələyib.
"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, "Bakı-Xankəndi" Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov jurnalistlərə açıqlamasında deyib.
O, sözügedən turnirin üçüncü mərhələsi haqqında fikirlərini bölüşüb:
"Üçüncü mərhələni də uğurla başa vurduq. Mən özümü dünyanın ən gözəl ölkəsində hiss edirəm. İştirakçılar yollarımızın çox gözəl, möhtəşəm olduğunu deyirlər. Qəbələdən Mingəçevirədək hər şey möhtəşəm idi. Bu tək mənim yox, əcnəbi qonaqların fikridir".
Qazaxıstanın "Astana" komandasının rusiyalı üzvü Qleb Suritsa "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının üçüncü mərhələsində güclərinə qənaət etdiklərini söyləyib.
"Report"un Mingəçevirə ezam olunmuş əməkdaşı xəbər verir ki, idmançı bu barədə jurnalistlərə açıqlama verib.
O, üçüncü mərhələdə qalib gəldiyi üçün emosiyalarının yaxşı olduğunu sözlərinə əlavə edib:
"Emosiyalarımız yaxşıdır. Əsas məqsədlərimizdən biri liderliyi qorumaq idi. Qarşıda daha iki mərhələ var. Bir az qənaet rejimində işlədik. Əsas istəyimiz odur ki, başqa komandalar daha çox işləsin. Buna da nail olduq, gücümüzə qənaət etdik. Əsas gücümüzü sərf etsək, hamıya çox çətin olacaq (gülür)".
Velosipedçi növbəti iki mərhələ üçün planlarının olduğunu vurğulayıb:
"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının üçüncü mərhələsinin medalçıları mükafatlandırıb.
"Report"un Mingəçevirə ezam olunan əməkdaşı xəbər verir ki, tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, turnirin Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iştirak ediblər.
Qazaxıstanın "Astana" komandasının rusiyalı üzvü Qleb Suritsaya qızıl, belçikalı Dyupon Timotiyə ("Tarteletto-İsorex") gümüş, ekvadorlu Pita Kristian Davidə ("Roojai İnsurance Winspace") bürünc medal təqdim olunub.
Xatırladaq ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.
Turnirin son mərhələsi Xankəndi şəhərində baş tutacaq.
Qazaxıstanın "Astana" komandasının rusiyalı üzvü Qleb Suritsa "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının üçüncü mərhələsinin qalibi olub.
"Report"un Mingəçevirə ezam olunmuş əməkdaşı xəbər verir ki, üçüncü mərhələ 162,9 kilometr məsafəni əhatə edib.
İlk mərhələdə finişə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb. Ötən gün "Astana"nın qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov növbəti raundun qalibi olub.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.
Turnirin son mərhələsi isə Xankəndi şəhərində baş tutacaq.
"Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının üçüncü mərhələsi bu gün başlayır.
"Report"un turnirə ezam olunan əməkdaşı xəbər verir ki, üçüncü mərhələ 162,9 kilometr məsafəni əhatə edəcək.
Qəbələdə start götürəcək tur Mingəçevirdə yekunlaşacaq.
İlk mərhələdə finişə Çinin "Li-Ninq Star" komandasının belaruslu üzvü Aleksey Şnirko birinci çatıb. Ötən gün "Astana"nın qazaxıstanlı velosipedçisi Yevgeni Fyodorov növbəti raundun qalibi olub.
Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.1 kateqoriyalı yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Beş mərhələdən ibarət olan yarışın mükafat fondu 50 000 avrodan çoxdur. Yarışa mayın 14-də yekun vurulacaq.
Turnirin son mərhələsi isə Xankəndi şəhərində baş tutacaq.
Azərbaycanın altı cüdoçusu Qazaxıstanın paytaxtı Astanada keçirilən "Böyük Dəbilqə" turnirində bu gün mübarizəyə başlayır.
"Report"un məlumatına görə, yarışın ilk günündə Rəşad Yelkiyev, Turan Bayramov (hər ikisi 66 kq), Şəfəq Həmidova, Könül Əliyeva (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Leyla Əliyeva (hər ikisi 52 kq) tatamiyə çıxacaqlar.
Təsnifat mərhələsi saat 10:00-da, final bloku isə 16:00-da start götürəcək.
Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 7 çəki dərəcəsində 11 cüdoçu ilə (6 kişi, 5 qadın) təmsil olunur. Turnirdə 36 ölkədən 295 idmançı mübarizə aparır.
Kişilər
66 kq, 1/16 final
Rəşad Yelkiyev – Hyonu An (Koreya)
Turan Bayramov – Matteo Piras (İtaliya)
Qadınlar
48 kq, 1/16 final
Şəfəq Həmidova – Aytana Dias Hernandes (İspaniya)
48 kq, 1/8 final
Könül Əliyeva – Sevinç Murodova (Özbəkistan) / Kristina Dudina (Rusiya) cütünün qalibi ilə
"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada keçirilən Dünya Seriyasının mərhələsində bu gün 1/4 final oyununa çıxacaq.
"Report"un məlumatına görə, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv Monqolustan millisi ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 12:15-də start götürəcək. Bu matçın qalibi yarımfinalda ABŞ - "Ulan-Bator Amazons" (Monqolustan) duelinin güclüsü ilə qarşılaşacaq.
Xatırladaq ki, "Neftçi" ötən gün B qrupunda Polşa (22:14) və Çin (19:17) yığmalarına qalib gəlib.
Azərbaycan Voleybol Federasiyasının (AFV) prezidenti Şahin Bağırov Naxçıvanda yeniyetmə voleybolçular və onların valideynləri ilə görüş keçirib.
AFV-dən "Report"a verilən məlumata görə, görüşdə Milli Məclisin deputatı Kamallədin Qafarov, federasiyanın Naxçıvan filialının direktoru Vüqar Əliyev, sponsor şirkətlərin rəhbərləri və voleybol ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Naxçıvan filialının direktor müavini Rahil Tahirli regionda voleybolun inkişafı, uşaq və yeniyetmələrin bu idman növünə cəlb olunması, eləcə də əldə edilən nəticələr barədə ətraflı məlumat verib. Bildirilib ki, son illərdə şəhər və rayon məktəblərində aparılan seleksiya işləri nəticəsində yüzlərlə perspektivli gənc voleybola cəlb olunub, xüsusilə qız voleybolunun inkişafı istiqamətində mühüm irəliləyişlər əldə edilib.
Qeyd olunub ki, son iki il ərzində Naxçıvanın yeniyetmə oğlan və qızlardan ibarət komandaları Azərbaycan çempionatlarında iştirak edərək 2 qızıl və 4 bürünc medal qazanıblar. Bundan əlavə, 15-dən çox idmançı müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarına cəlb olunub.
Şahin Bağırov çıxışında ölkədə voleybolun kompleks inkişafı, uşaq voleyboluna göstərilən diqqət və yaradılan şəraitdən danışıb. O, yeniyetmələr arasında keçirilən çempionatların gələcək nəsil idmançılarının yetişməsində mühüm rol oynadığını vurğulayıb.
AVF prezidenti bu işlərdə valideynlərin rolunu xüsusi qeyd edərək, idmançı, məşqçi və ailə əməkdaşlığının vacibliyini diqqətə çatdırıb. O bildirib ki, Naxçıvanda voleybolun inkişafı gələcəkdə yeni layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradır.
Sonda Şahin Bağırov yeniyetmə voleybolçuların məşq prosesini və "Möminə Xatun" komandasının oyununu izləyib, milli komandaya seçilən idmançılarla maraqlanıb. Daha sonra sponsorlar və məşqçilərlə regionda voleybolun inkişaf perspektivləri müzakirə olunub.
Azərbaycanın yeniyetmə boksçuları "Heydər Əliyev kuboku-2026" beynəlxalq turnirində 45 medal qazanıblar.
Bu barədə "Report"a Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Boks Mərkəzində keçirilən yarışda 8 ölkənin 185 idmançısı qüvvəsini sınayıb. Altı gün davam edən yarışda oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsində qaliblər müəyyənləşib.
Bu gün baş tutan final döyüşlərini Azərbaycan Boks Federasiyasının rəsmiləri, olimpiya və dünya çempionatının mükafatçıları izləyiblər. Onlar mükafatlandırma mərasimində də iştirak ediblər.
Azərbaycan millisi turniri 45 medalla başa vurub. Vaqif Kazımovun baş məşqçisi olduğu oğlanlardan ibarət komandanın heyətində Aydın Şahbazov (44 kq), Həsrət Məmmədov (46 kq), Rüstəm Nəsibov (50 kq), İsmayıl Nəsirzadə (52 kq), Məhəmmədəli İstamov (57 kq), Vəkil Qurbanov (63 kq), Yusif Ağakişiyev (75 kq) və Şükar Əliyev (80 kq) çempion tituluna yiyələniblər.
Yalnız finalda uduzan İlhan Məmiyev (44 kq), Sərxan Ağazadə (46 kq), Nihad Məmmədli (48 kq), Vaqif Məhəmmədli (50 kq), Qardaş Rəhimov (52 kq), Əli Camalzadə (57 kq), Əli Abaslı (60 kq) və Saleh Fərəcov (80 kq) ikinci yerlə kifayətləniblər.
Digər boksçularımızdan Rəvan Həşimov (44 kq), Yusif Hüseynov (46 kq), Nizami Əliyev (48), Rəsul Babazadə, Sahib Baxışlı (hər ikisi 50 kq), Mirtahir Əhmədli (52 kq), Elcan Musazadə (54 kq), Aydın Əliyev, Tunar Mehdiyev (hər ikisi 60 kq), Yusif Məmmədli (66 kq), Hidayət Məmmədov (70 kq) və Mehran Rəsulov (+80 kq) bürünc mükafat qazanıblar.
İlkin Ağayevin baş məşqçisi olduğu qızlardan ibarət U-17 komandamızın heyətində Aysel Fərəcova (46 kq), Aydan İsmayıllı (48 kq) və Səma Abbasova (66 kq) turnirin qalibi adına yiyələniblər.
Yeganə Rəhimova (48 kq), Fatimə Məmmədli (50 kq), Cəmilə Muradlı (57 kq), Rəmziyə Mirzəyeva (70 kq) gümüş, Nəsrin Abdullazadə, Aysan Miriyeva (hər ikisi 46 kq), Nurgül Ocaqova (48 kq), Tunca Mürşüdova, Sima İsmayılova (hər ikisi 50 kq), Alsu Yafarova (52 kq), Nərmin Abdullazadə, Ayan Novruzlu (hər ikisi 54 kq), Emiliya Beydullayeva (57 kq) və Aynur Vəlizadə (63 kq) bürünc medal qazanıblar.
Beləliklə, Azərbaycan yığması turniri 11 qızıl, 12 gümüş və 22 bürünc medalla bitirib.
Yarışda komanda hesabında millimiz birinci yeri tutub və Heydər Əliyev Kubokuna sahib olub. İkinci pilləyə Gürcüstan (4-2-4) yiyələndiyi halda, "üçlüy"ü Qazaxıstan (3-5-7) qapayıb.
Turnirdə ən yaxşı boksçu adına Aliimran Aliyev (Qazaxıstan) layiq görülüb. İlqar Qasımzadə (Azərbaycan) isə ən yaxşı hakim seçilib.
"Global Media Group"un tərkibində fəaliyyət göstərən media qurumlarının əməkdaşları arasında şahmat turniri keçirilib.
"Report"un məlumatına görə, Respublika Şahmat Mərkəzində baş tutan yarış Azərbaycan Şahmat Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə təşkil olunub.
Turnirdə "Report" İnformasiya Agentliyi, "Global Management" autsorsinq şirkəti, "Baku TV" televiziya kanalı, "Caliber" informasiya-analitik portal, "Oxu.az" və "Baku.ws" xəbər portallarının əməkdaşları 7 turdan ibarət İsveçrə sistemi əsasında güclərini sınayıblar. Yarışın yekununa əsasən, "Oxu.az" əməkdaşı Zaur Həsənəliyev birinci, "Report" İnformasiya Agentliyinin əməkdaşı Sənan Ağamalızadə ikinci, "Baku.ws"in təmsilçisi Rəfael Rüstəmov isə üçüncü yeri tutub.
Qaliblər pul mükafatı, sertifikat və Azərbaycan Şahmat Federasiyası tərəfindən təqdim olunan şahmat dəstləri ilə təltif ediliblər. Digər iştirakçılara isə fəal iştiraklarına görə təşəkkürnamələr təqdim olunub.
Bakıda UEFA-nın "Hat-Trick" proqramı çərçivəsində AFFA və Azərbaycan Texniki Universitetinin (AzTU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş futzal turnirinə yekun vurulub.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yarışın həlledici oyunları universitetin idman zalının futzal meydançasında baş tutub.
Üçüncü yer uğrunda görüşdə Nəqliyyat və Logistika fakültəsinin komandası İTT fakültəsinin komandasını 2:0 hesabı ilə məğlub edərək turnirin bürünc mükafatçı olub.
Final qarşılaşmasında isə İqtisadiyyat fakültəsinin komandası ilə Maşınqayırma və Metallurgiya fakültəsinin komandası üz-üzə gəliblər. Əlavə vaxtda rəqibini 2:0 hesabı ilə üstələyən Maşınqayırma və Metallurgiya fakültəsinin komandası turnirin qalibi olub.
Yekunda qalib komanda AFFA tərəfindən kubokla təltif olunub, ilk üç yeri tutan kollektivlər müvafiq medallarla mükafatlandırılıblar. Bununla yanaşı, turnirdə fərqlənən oyunçular müxtəlif nominasiyalar üzrə xüsusi mükafatlara layiq görülüblər.
Mükafatlandırma mərasimində veteran futbolçu Vəli Qasımov, Azərbaycan Texniki Universitetinin Kommunikasiya Şöbəsinin müdiri Səfa Bağırov və digər rəsmi şəxslər iştirak ediblər. Onlar qalib və mükafatçı komandaları təbrik edib, kubok və mükafatlar veriblər. AFFA və AzTU gələcəkdə də bu istiqamətdə birgə layihələrin həyata keçirilməsini planlaşdırır.
İspaniyanın "Real" klubu Türkiyə millisinin futbolçusu Kenan Yıldızı heyətinə qatmaq istəyir.
"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Madrid təmsilçisinin prezidenti Florentino Peres 21 yaşlı hücumçunun keçidində maraqlıdır.
Təcrübəli funksioner oyunçunun transferi üçün yayda cəhd edəcək.
K.Yıldızın İtaliyanın "Yuventus" klubu ilə müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir. Onun bazar dəyəri 75 milyon avro qiymətləndirilir.
Xatırladaq ki, Kenan Yıldız cari mövsüm "qoca sinyora"nın heyətində 45 oyunda 11 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.
Fransanın PSJ klubunun braziliyalı futbolçusu Markinyos UEFA Çempionlar Liqasında həmyerlisi Roberto Karlosun rekordunu qırıb.
"Report"un məlumatına görə, müdafiəçi buna Almaniyada "Bavariya" ilə heç-heçə etdikləri (1:1) yarımfinal mərhələsinin cavab oyununda iştirak etməklə nail olub.
Təcrübəli oyunçu qitənin bir nömrəli klub turnirində ən çox matça çıxan braziliyalı futbolçu ünvanına sahib çıxıb.
Münhen təmsilçisi ilə duel Markinyosun 121-ci qarşılaşması kimi tarixə düşüb. R.Karlos UEFA Çempionlar Liqasında 120 görüşdə iştirak edib.
Xatırladaq ki, ilk görüşdə "Bavariya"nı 5:4 hesabı ilə üstələyən PSJ finalda İngiltərə təmsilçisi "Arsenal"a rəqib olub. Jəlledici görüş mayın 30-da Budapeştdə baş tutacaq.
1992-ci ildə ilk Azərbaycan Kubokunun qalibi olan "İnşaatçı" titulu qazanmağa layiq idi.
"Report" xəbər verir ki, bu barədə həmin vaxt komandanın baş məşqçisi olmuş Məmmədəli Məmmədov Peşəkar Futbol Liqasının mətbuat xidmətinə müsahibəsində deyib.
Mütəxəssis turnirin ilk final matçı ilə bağlı bir çox maraqlı məqamlara toxunub:
"1992-ci ildən danışırıqsa, həmin il bizim üçün tarixi alınmışdı. Komandamızda ulduz futbolçu yox idi. Kollektiv oyun nümayiş etdirərək gücümüzü göstərməyə çalışırdıq. Kubok qazanmağa layiq komanda idik".
M.Məmmədov final matçı öncəsi klub rəhbəri ilə olan maraqlı dialoqlarından, eyni zamanda kubokdakı rəqibləri barədə də söz açıb:
"Sponsorumuz olan evtikmə kombinatının rəhbəri oyundan iki gün əvvəl keçirilən iclasda bizə yaxşı vəd verdi. Bildirdi ki, kuboku qazanacağınız təqdirdə komandanın üzvlərindən birinə ikiotaqlı ev, digərlərinə pul mükafatı verəcək. Kubokda hər mərhələ keçdikcə pul mükafatı alırdıq. 1/4 finalda rəqibimiz "Neftçi" idi. Futbolçularıma demişdim ki, "Neftçi"ni keçəcəyiksə, deməli, kuboku özümüz qazanacağıq. 2:1 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazandıq. Burada rəqibimiz "Neftçi" ilə bərabər gücə sahib olan "Xəzər" (Sumqayıt) komandası idi. Oyunsonrası penaltilər seriyasında qalib olduq və finala çıxdıq. Finalda "Kür" (Mingəçevir) komandasını məğlub edərək şərəfli tarix yazdıq".
O, 1992-ci ildə ölkədə müharibə vəziyyəti olduğunu sözlərinə əlavə edib:
"Komandalar bir-birinə anlayışla yanaşırdılar və kömək edirdilər. Kuboku qazandıqdan bir müddət sonra Tovuza oyuna getmişdik. Bizi təntənəli şəkildə, gül dəstələri ilə qarşıladılar. Unudulmaz hisslər idi. Bəzi oyunçularımızı itirdiyimizə görə məyus idik. Ancaq adımızı tarixə yazdırdığımıza görə mövsüm yaddaqalan alındı. Hər il kubokun finalı keçiriləndə, şərhçilər "İnşaatçı" komandasının adını çəkəndə kövrəlirəm. O komanda indi mövcud olmasa da, qəlbimizdə hələ də yaşayır".
Xatırladaq ki, cari mövsüm Azərbaycan Kubokunun finalında "Sabah" və "Zirə" komandaları üz-üzə gələcək. Qarşılaşma mayın 13-də "Palms Sports Arena"da, saat 20:00-da start götürəcək.
"CBC Sport" telekanalı UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində keçirilmiş "Bavariya" (Almaniya) - PSJ (Fransa) matçının yayımlanmamasını texniki səbəblərlə izah edib.
"Report" xəbər verir ki, bu barədə telekanalın sosial şəbəkə hesabında bildirilib.
"CBC Sport" sözügedən qarşılaşmanın yayımının texniki səbəblərdən mümkün olmadığını vurğulayıb:
"Gün ərzində yayım prosesi ilə bağlı aparılan ənənəvi testlər zamanı hər hansı problem aşkarlanmasa da, matçın başlamasına təxminən 5 dəqiqə qalmış gözlənilməz texniki nasazlıq yaranıb. Problem qeydə alınan andan etibarən onun aradan qaldırılması üçün bütün zəruri tədbirlər görülüb. Məqsədimiz nasazlıq aradan qalxan kimi, oyunun hansı dəqiqəsinin getməsindən asılı olmayaraq, dərhal efirə qoşulmaq idi. Lakin texniki heyətin görüş boyu davam edən səylərinə baxmayaraq, yayımı bərpa etmək mümkün olmayıb. Baş verən bu xoşagəlməz hadisəyə görə məsuliyyətimizi tam dərk edir, oyunu sizə təqdim edə bilmədiyimiz üçün bütün futbolsevərlərdən üzr istəyirik.
Əziz idmansevərlər, anlayışınıza ümid edir və belə halların bir daha təkrarlanmaması üçün bütün lazımi addımların atılacağını bildiririk".
Qeyd edək ki, "Bavariya" - PSJ matçı 1:1 hesabı ilə yekunlaşıb. İlk görüşdə rəqibini üstələyən (5:4) Paris təmsilçisi UEFA Çempionlar Liqasının finalına yüksəlib. PSJ mayın 30-da Budapeştdə keçiriləcək həlledici görüşdə "Arsenal" (İngiltərə) ilə qarşılaşacaq.
Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin bu mövsüm əsas məqsədi vahid məqsəd uğrunda birləşən, döyüşkən kollektiv formalaşdırmaqdır.
Bu barədə "Report"a komandanın baş məşqçisi Boris Qrebennikov açıqlama verib.
Mütəxəssis hədəflərinin böyük olduğunu bildirib:
"Milli komanda üçün bu mövsüm əsas vəzifə vahid məqsəd uğrunda birləşən, döyüşkən kollektiv formalaşdırmaqdır. Bütün oyunçular eyni hədəf və istək, qalib gəlmək arzusu ilə mübarizə aparmalıdırlar. Məncə, ən vacib məsələ də məhz budur. Əlbəttə, reytinq cədvəlində mümkün qədər yüksək pillələrdə qərarlaşmaq istəyirik və düşünürəm ki, qarşımızda ən yüksək hədəflər dayanır".
B.Qrebennikov Avropa Liqasına hazırlıqdan da söz açıb:
"Komanda mayın 4-də bir araya gəlib və hazırlığı 22-dək Bakıda davam etdirəcək. Mayın 22-dən sonra isə Minskə yollanacağıq və hazırlığı Belarusun paytaxtında davam etdirəcəyik. Orada bir neçə yoldaşlıq görüşünün keçirilməsi də nəzərdə tutulub. Hazırlığın ilk həftəsi daha çox başlanğıc və uyğunlaşma xarakteri daşıyır. Məqsəd bütün oyunçuları eyni fiziki hazırlıq səviyyəsinə gətirməkdir. Çünki voleybolçuların bir hissəsi bu yaxınlarda pley-off oyunlarında iştirak edib və mükafatlar uğrunda mübarizə aparıb. Digər qrup isə pley-offda oynamadığı üçün onların fasiləsi bir qədər uzun olub. Buna görə məşqçilər korpusunun əsas vəzifəsi bütün oyunçuları eyni fiziki kondisiya səviyyəsinə çatdırmaqdır".
Baş məşqçi turnirdəki hədəflərdən də danışıb:
"Bu mövsüm üçün konkret hədəflər müəyyənləşdirilib. Komandada gəncləşmə prosesi gedir. Gənclərdən ibarət millidən 4 oyunçu əsas yığmaya cəlb olunub. Məşqçilər korpusunun əsas məqsədi onları mümkün qədər tez yığmanın səviyyəsinə uyğunlaşdırmaq, beynəlxalq təcrübə qazandırmaq və döyüşkən kollektiv formalaşdırmaqdır. Hazırlıq çox ciddi şəkildə davam edir. Bu il rəqiblərimiz olduqca güclüdür. Demək olar ki, bütün komandalar əsas heyətlə çıxış edəcəklər. Buna görə beynəlxalq mövsüm çox çətin keçəcək. Amma düşünürəm ki, məqsədlərimizə çata bilərik".
Qeyd edək ki, Avropa Liqasında millimizin ilk oyunları iyunun 5-7-dəə İsveçdə keçiriləcək.
Azərbaycanın paraüzgüçüləri Almaniyanın paytaxtı Berlində keçiriləcək Dünya Seriyasının mərhələsində mübarizəyə başlayır.
Milli Paralimpiya Komitəsindən "Report"a verilən məlumata görə, yarışda ölkəni kişilər arasında S12 kateqoriyasında Raman Salei, S10 kateqoriyasında Əli Vəliyev və Murad Məmmədov, S6 kateqoriyasında Abuzər Nəzərov təmsil edəcək.
Onlar turnirə məşqçilər Fyodor Kirillov, Faiq Əsgərov və Anar Məmmədovun rəhbərliyi altında qatılacaqlar.
Xatırladaq ki, bu gün start götürəcək yarış mayın 9-da başa çatacaq.
Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Niklas Süle karyerasını başa vurub.
"Report" xəbər verir ki, 30 yaşlı müdafiəçi bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytına açıqlamasında bildirib.
Almaniya millisinin sabiq üzvü aprelin 18-də "Hoffenhaym"a uduzduqları (1:2) oyunda zədələndikdən sonra bu qərarı verib.
Xatırladaq ki, 2022-ci ildən Dortmund təmsilçisində çıxış edən Niklas Süle daha əvvəl "Bavariya"nın heyətində 5 dəfə Bundesliqanın, 1 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli Avropa Voleybol Konfederasiyasının (CEV) Maliyyə Komissiyasının növbəti iclasında iştirak edib.
AVF-dən "Report"a verilən məlumata görə, tədbir Lüksemburqda baş tutub.
CEV-in baş ofisində təşkil olunan toplantıya qurumun İcraçı direktoru Vuk Karanoviç, Maliyyə Komissiyasının rəhbəri Guy Juvet, komissiya üzvləri və CEV-in maliyyə departamentinin əməkdaşları da qatılıblar.
İclasda CEV-in cari il üzrə fəaliyyət planı, maliyyə siyasətinin əsas istiqamətləri, eləcə də beynəlxalq turnir və yarışların maliyyələşdirilməsi ilə bağlı məsələlər ətraflı şəkildə müzakirə olunub. Xüsusilə, yarışların təşkilinə ayrılan büdcə, xərclərin optimallaşdırılması və maliyyə resurslarının səmərəli idarə olunması kimi vacib mövzular gündəlikdə yer alıb.
Görüş zamanı 2025-ci il ərzində keçirilmiş yarışların maliyyə nəticələri təhlil olunub, qarşıdakı dövr üçün planlaşdırılan turnirlərlə bağlı maliyyə mexanizmləri və büdcə planlaması istiqamətində geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda, maliyyə hesabatlılığının şəffaflığının artırılması və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi məsələlərinə də xüsusi diqqət yetirilib.
İclas çərçivəsində CEV Maliyyə Komissiyasının üzvləri tərəfindən müasir maliyyə yanaşmaları, rəqəmsal maliyyə idarəetmə alətlərinin tətbiqi, həmçinin üzv federasiyalar arasında əməkdaşlığın daha da gücləndirilməsi ilə bağlı təkliflər səsləndirilib. Bu kimi görüşlərin Avropa voleybolunda maliyyə dayanıqlığının təmin olunmasına və beynəlxalq yarışların daha yüksək səviyyədə təşkilinə töhfə verəcəyi vurğulanıb.
FIFA-nın "Neftçi"yə tətbiq etdiyi transfer qadağası maksimum 3-5 günə aradan qaldırılacaq.
Bu barədə "Report"un sorğusuna cavab olaraq "ağ-qaralar"ın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, transfer ödənişi geçikəndə FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu qırmızı siyahıya salır və transfer qadağası gəlir.
"Bu, dünya praktikasında tez-tez rast gəlinən məsələdir. Əsas öhdəliklər bağlanandan sonra qadağa avtomatik olaraq aradan qalxır. Artıq biz tərəfdən ödəniş həyata keçirilib, qarşı tərəf təsdiqləyəndən sonra maksimum 3-5 günə transfer qadağası aradan qaldırılacaq. Narahatlığa əsas yoxdur, heç bir borc öhdəliyimiz yoxdur. Sadəcə, texniki məsələlərə görə bir ödəniş gecikmişdi, o da artıq həllini tapıb. Azarkeşlərimiz narahat olmasınlar".
"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada keçiriləcək Dünya Seriyasının mərhələsində bu gün mübarizəyə start verir.
"Report"un məlumatına görə, "ağ-qaralar" B qrupunda mübarizə aparacaq.
Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv Bakı vaxtı ilə saat 11:20 Polşa, 15:30-da isə Çinlə üz-üzə gələcək.
Xatırladaq ki, turnirə mayın 8-də yekun vurulacaq.
UEFA Konfrans Liqasında yarımfinal mərhələsinə bu gün yekun vurulacaq.
"Report"un məlumatına görə, raundun cavab oyunlarından sonra finalçılar bəlli olacaq.
"Kristal Pelas" İngiltərədə Ukraynanın "Şaxtyor" komandasını qəbul edəcək. Premyer Liqa təmsilçisi ilk matçda inamlı qalibiyyətə nail olub - 3:1.
Digər qarşılaşmada "Strasburq" Fransada İspaniya təmsilçisi "Rayo Valyekano" ilə münasibətlərə aydınlıq gətirəcək. İspanlar ilk oyunda minimalhesablı qələbə qazanıb - 1:0.
Hər iki görüş saat 23:00-da start götürəcək.
Xatırladaq ki, final matçı mayın 27-də Leyptsiq şəhərində təşkil olunacaq.
UEFA Avropa Liqasında finalçılar bu gün müəyyənləşəcək.
"Report"un məlumatına görə, yarımfinal mərhələsinin cavab oyunları Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
Frayburq Almaniyada Portuqaliyanın "Braqa" komandasını sınağa çəkəcək. Portuqaliya təmsilçisi ilk görüşdə qələbə qazanıb - 2:1.
Digər matçda isə İngiltərə klubları münasibətlərə aydınlıq gətirəcəklər. İlk matçda "Nottinqem Forest"ə 0:1 hesabı ilə uduzan "Aston Villa" doğma meydanda məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Xatırladaq ki, final oyunu mayın 20-də İstanbulda təşkil olunacaq.
"Neftçi"nin qadınlardan ibarət 3x3 basketbol komandası Filippinin paytaxtı Manilada keçiriləcək Dünya Seriyasının mərhələsində yaxşı çıxış etməyə çalışacaq.
Bu barədə "Report"a "ağ-qaralar"ın baş məşqçisi Ratomir Deliç açıqlama verib.
Mütəxəssis bu turnirin mövsümdə ilk yarışları olduğunu xatırladıb:
"Hamımız buna görə çox həyəcanlıyıq. Hazırlıq üçün çox vaxtımız olmadı. Komandadakı üç oyunçu ötən yay birlikdə çıxış edib, buna görə bir-birimizi yaxşı tanıyırıq. Yeni oyunçumuz Aoi Katsura isə artıq bir neçə ildir 3x3 basketbol oynayır və düşünürəm ki, oyunumuza uyğunlaşması üçün çox vaxta ehtiyac olmayacaq. Əlimizdən gələni edəcəyik ki, yaxşı çıxış edək və mümkün qədər tez öz ritmimizi bərpa edək. Dünya Kuboku da çox yaxındadır və biz ora tam hazır olmalıyıq".
Xatırladaq ki, Manila şəhərindəki yarış mayın 7-də start götürəcək. Azərbaycan təmsilçisi həmin gün Polşa və Çin yığmaları ilə üz-üzə gələcək.
İngiltərənin "Çelsi" klubunun futbolçusu Uesli Fofana İspaniya təmsilçisi "Barselona"ya təklif olunub.
"Report" "Sky Sport"a istinadən xəbər verir ki, 25 yaşlı müdafiəçinin nümayəndələri onun Kataloniya təmsilçisində çıxış etməsi üçün çalışırlar.
İspanlar transfer dönəmindən əvvəl müxtəlif ssenariləri araşdırırlar. Tərəflər arasında ilkin danışıqlar da gerçəkləşib.
"Çelsi" oyunçunun komandadan ayrılmasına qarşı deyil, lakin mümkün transferdən ən azı 30 milyon avro qazanmaq istəyir. Qarşı tərəf isə futbolçunu icarəyə götürməyi planlaşdırır.
Xatırladaq ki, Uesli Fofana 2022-ci ildən "Çelsi"də çıxış edir.
AFFA İntizam Komitəsi "Sumqayıt"ı klub prezidenti və baş məşqçiyə görə 10000 manat cərimələyib.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna "Kəpəz"ə qarşı keçirdikləri Misli Premyer Liqasının XXX turunda yaşananlar səbəb olub.
2 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXX turun "Kəpəz" – "Sumqayıt" oyunu bitdikdən sonra "Sumqayıt" komandasının baş məşqçisi Saşa İliç hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, "Sumqayıt" komandası 5000 manat cərimə edilsin (maddə 51.1);
2 may 2026-cı il tarixində Misli Premyer Liqasında XXX turun "Kəpəz" – "Sumqayıt" oyunu bitdikdən sonra "Sumqayıt" komandasının prezidenti Riad Rəfiyev hakimlər otağına daxil olduğuna görə 2 oyun şərti olmaqla 5 oyun oyuna buraxılmasın, "Sumqayıt" komandası 5000 manat cərimə edilsin (maddə 87.1, 19);
İngiltərənin "Aston Villa" klubu İspaniya təmsilçisi "Barselona"da çıxış edən Ferran Torresi heyətinə qatmaqda maraqlıdır.
"Report" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Premyer Liqa komandası 26 yaşlı hücumçu üçün 65 milyon avroluq təklif hazırlayıb.
İspaniya klubunun rəhbərliyinin buna razı olacağı gözlənilir. Kataloniyalılar planlarına daxil olmadığı üçün onunla müqavilənin müddətini uzatmaq istəməyib.
Xatırladaq ki, Ferran Torresin hazırkı müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir. O, cari mövsüm 46 matçda 20 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Gürcüstanın Qori şəhərində keçiriləcək böyüklər arasında Avropa Kubokunda Azərbaycanın 26 cüdoçusu mübarizə aparacaq.
Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, idmançılar 9 çəki dərəcəsində (23 kişi, 3 qadın) ölkəni təmsil edəcəklər.
Kişilərdən Babarəhim Mirzəyev, Murad Əliyev, Murad Muradlı, Məhəmməd Məmişov, Şamo Hüseynov (hamısı 60 kq), Yaşar Nəcəfov, Hüseyn Allahyarov, Zahir Ağazadə, İslam Rəhimov, Nizami İmranov, Bəhram Qurbanlı, Elşən Əsədov, Nazir Talıbov (hamısı 66 kq), Nadir İmanov, Rüfət Şövlətov, Nəriman Mirzəyev, Elton İmranov (hamısı 73 kq), Xəyyam Əliyev (90 kq), Nihad Şıxəlizadə, Əjdər Bağırov, Şahin Əsədov, Elmar Qasımov (hamısı 100 kq), Qurban Məmmədli (+100 kq), qadınlardan Diana Tçkayeva (48 kq), Ülviyyə Bayramova (57 kq) və Madina Kaisinova (+78 kq) tatamiyə çıxacaqlar.
Heyətə kişilərdən ibarət yığmanın böyük məşqçiləri – Elçin İsmayılov və Robert Kravçik, qadınlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov rəhbərlik edəcəklər.
Boris Xetaqurov "50 il futbolda" kitabını yazarkən bütün ruhunu, qəlbini ora qoyub.
"Report"un məlumatına görə, Azərbaycanın əməkdar həkimi bu barədə jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, bu kitabı nəşr etdirmək ideyası birdən-birə ortaya çıxmayıb:
"Oturub ötən illərimi xatırlayırdım. "Neftçi" komandasında həkim kimi çalışdığım dövrləri, Azərbaycan millisindəki fəaliyyətimi yada salırdım. Dşündüm ki, bütün bu xatirələri, yaşanan hadisələri gələcək nəsillər üçün qoruyub saxlamaq lazımdır. Xatirələrimi toplamağa başladım, şəxsi arxivimdən istifadə etdim. Hələ 1960-cı illərdə fotoqrafiyaya həvəsim olduğu üçün öz əllərimlə çəkdiyim şəkilləri də üzə çıxartdım. Bütün bunlar çoxsəhifəli bir əlyazmaya çevrildi. Lakin bu xatirələri kitab formatına salmaq vaxtı gələndə çətinliklərlə üzləşdim. Müəyyən problemlər yarandı. Yaxın dostum, ən yaxşı tələbəm Faiq Hüseynovla birlikdə bir neçə quruma müraciət etdik, amma heç yerdən dəstək ala bilmədik. Açığı, artıq həvəsdən düşmüşdüm və bu işi yarımçıq qoymağı belə düşünürdüm".
O, daha sonra Gənclər və İdman Nazirliyinə müraciət etdiklərini vurğulayıb:
"Nazir, hörmətli Fərid Qayıbov bizə böyük dəstək göstərdi. Diqqət, qayğı və kömək gördük. Açıq deməliyəm ki, bu gün təqdimatı keçirilən kitabın nəşr olunması məhz nazirin dəstəyi sayəsində mümkün oldu. Buna görə ona səmimi minnətdaram. Kitabın necə alındığını, əlbəttə ki, oxucular qiymətləndirəcək. Amma bir şeyi deyə bilərəm ki, bu kitabı yazarkən bütün ruhumu, qəlbimi ora qoymuşam. "Neftçi"də keçirdiyim gənclik illəri, bu gün artıq veteran olan keçmiş futbolçular gözümün önündə canlanırdı. Necə alındığını oxucular deyəcək".
Boris Xetaqurov "50 il futbolda" kitabında xatirələrini bölüşüb.
"Report"un məlumatına görə, Azərbaycanın əməkdar həkimi bu barədə kitabın təqdimat mərasimində açıqlama verib.
O, tədbirə qatılan hər kəsə təşəkkürlərini çatdırıb:
"Uzun müddətdir ki, fəaliyyətim barədə kitab yazmaq istəyirdim. Keçmiş xatirələri burada bölüşmək qərarına gəldim. Bütün xatirələri qeyd etmişdim. Dostum Faiq Həsənovla birlikdə bu kitabı çap etmək qərarına gəldik. Bu barədə gənclər və idman naziri Fərid Qayıbova müraciət edəndə dərhal müsbət cavab aldıq və dəstək göstərdilər. Bir daha sizə təşəkkür edirəm. Bu, sizin dəstəyiniz sayəsində oldu".
O, daha böyük kütləyə çatması üçün kitabı iki dildə çap etdiklərini söyləyib:
"Futbol veteranlarına da təşəkkür edirəm. Onlar xatirələri yada salmaqda mənə kömək etdilər".
Azərbaycanın əməkdar həkimi Boris Xetaqurovun "50 il futbolda" kitabının təqdimatı keçirilib.
"Report"un məlumatına görə, tədbir Azərbaycan İdman Akademiyasında baş tutub.
Təqdimat mərasimində gənclər və idman naziri Fərid Qayıbov, veteran futbolçular və digər şəxslər iştirak ediblər.
İlk olaraq Boris Xeqaqurovun 50 illik karyerası haqqında məlumat verilib və videoçarx təqdim olunub.
Fərid Qayıbov çıxış edərək tədbir iştirakçılarını salamlayıb.
O, Boris Xetaqurovun öz sahəsində peşəkar olduğunu deyib:
"Belə tədbirlər veteranlar və gənclər üçün çox vacibdir. Veteranların təcrübələrini bölüşməsi önəmlidir. Bu kitabda çox maraqlı hadisələr əks olunub. Boris müəllim vaxtı ilə buradakı veteran oyunçulara da dəstək olub. Hamısını yaxından tanıyır. "Neftçi" kimi komandada illərdir çalışmaq onun üçün şərəfdir. Boris Xetaqurov milli komandamızda da çalışıb. Onun haqqında çox danışa bilərəm. İndiki dönəmdə də bəzi həkimlərə məsləhətlərini verir. İdman həkimi deyəndə hamı Boris Xetaqurovu yada salır. Sizə təşəkkür edirəm".
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftaxetdinova İdmançının həyatında həkimlərin rolunun böyük olduğunu söyləyib:
"Böyük idmanda zədələr qaçılmazdır. Boris müəllimə can sağlığı və uzun ömür arzulayıram. Gənc nəsil üçün nümunəsiniz".
Veteran futbolçu, Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev Boris Xetaqurovun gəncliyini futbola həsr etdiyini vurğulayıb:
"Kitabın ərsəyə gəlməsində dəstək olduğu üçün Gənclər və İdman Nazirliyinə təşəkkür edirəm. 90 yaşında növbəti kitabı təqdim etməyinizi arzulayıram".
Digər veteran futbolçu Nazim Süleymanov B.Xetaqurovla bağlı xatirələrini bölüşüb:
"O, "Neftçi" ilə birlikdə tarixi nailiyyətlərə imza atıb. Ondan çox şey öyrənmişəm. 2004-cü ildə də bir komandada işləmişik. Belə gözəl insanla birlikdə çalışdıq. Bu gün Azərbaycan futbolunda, idmanında əlamətdar gündür. O, öz təcrübəsini kitabda bölüşüb. Boris Xetaqurov haqqında çox danışmaq olar. Ölkə idmanında həkimlərin də böyük əməyi var. Sizi təbrik edirəm və can sağlığı arzu edirəm".
"Real" azarkeşləri hücumçu Kilian Mbappenin İspaniya təmsilçisindən ayrılması tələbi ilə artıq 1 milyon 278 mindən çox imza toplayıblar.
"Report" ESPN-ə istinadən məlumat verir ki, fransalı forvardın klubu tərk etməsi üçün hazırlanan petisiya ("Mbappe Out") internetdə geniş yayılmaqdadır.
Azarkeşlər eyni zamanda futbolçunun qısamüddətli zədə dövründə İtaliyaya səfər etməsinə görə narazılıqlarını bildiriblər.
Mətbuatda yer alan xəbərlərə görə, hücumçunun intizam məsələləri ilə bağlı ciddi problemləri var. O, bir neçə dəfə komandanın tədbirlərinə gecikmə ilə gəlib və məşqlər zamanı klub əməkdaşlarına qarşı qeyri-etik davranış sərgiləyib.
Qeyd edək ki, Kilian Mbappe 2024-cü ildən "Real"ın heyətində çıxış edir.
UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək.
"Report"un məlumatına görə, yarımfinal mərhələsinin ikinci cavab oyununda "Bavariya" Almaniyada Fransanın PSJ komandasını qəbul edəcək.
Qarşılaşma "Allianz Arena"da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Oyunun baş hakimi portuqaliyalı Joau Pineyru olacaq.
Parisdəki ilk görüşdə meydan sahibləri qələbə qazanıb - 5:4.
Xatırladaq ki, cütün qalibi finalda İngiltərənin "Arsenal" klubu ilə üz-üzə gələcək. London klubu doğma meydanda İspaniyanın "Atletiko" kollektivini 1:0 hesabı (ilk oyun - 1:1) ilə üstələyib.
Futbol üzrə Azərbaycan millisi mayın 28-dən 30-dək Bakıda, iyunun 1-dən 10-dək isə Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olacaq.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komanda Avstriya toplanışı zamanı iki yoldaşlıq oyunu keçirəcək.
Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv iyunun 5-də Malta, 9-da isə San Marino yığması ilə qarşılaşacaq.
Oyunlar Macarıstanın Sombatxey şəhərində yerləşən Haladaş İdman Kompleksinin stadionunda keçiriləcək.
Hər iki qarşılaşmanın Bakı vaxtı ilə saat 22:00-da başlanması nəzərdə tutulur.
İyunun 27-də Bakıda keçiriləcək UFC turnirinin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev meksiyalı Manuel Torreslə üz-üzə gələcək.
Bu barədə "Report"a Bakı Şəhər Halqasından məlumat verilib.
İkinci-əsas döyüşdə isə azarkeşləri ulduz döyüşçü Şarabutdin "Shara Bullet" Maqomedov ilə "dağıdıcı" döyüş tərzi ilə tanınan Michel Pereira arasında yüksək səviyyəli orta çəki qarşılaşması gözləyir.
UFC-nin Azərbaycandakı debüt uğurundan sonra təşkilatın regiona yenidən qayıtması Bakının dünya səviyyəli idman tədbirləri və beynəlxalq yarışlar üçün aparıcı məkan kimi mövqeyini daha da möhkəmləndirir.
Qeyd edək ki, Rafael "Ataman" Fiziev (13-5, Bakı, Azərbaycan) hazırda yüngül çəki divizionunda 11-ci pillədə qərarlaşıb və özünəməxsus dünya səviyyəli zərbə texnikası ilə doğma arenada qələbə qazanaraq çempionluq mübarizəsinə geri dönməyi hədəfləyir. Onun rəqibi isə Meksikanın Tijuana şəhərindən olan, UFC-dəki bütün qələbələrini nokautla qazanan və 100 faiz finiş göstəricisinə sahib Manuel "Loco" Torresdir (17-3).
UFC FIGHT NIGHT BAKU döyüş gecəsi qlobal platformalarda canlı yayımlanacaq və milyonlarla tamaşaçı tərəfindən izlənəcək. Yerli azarkeşlər isə Bakıdakı möhtəşəm döyüş gecəsini canlı izləmək imkanı əldə edəcəklər.
Bilet satışı tezliklə başlayacaq. Bütün yeniliklərdən xəbərdar olmaq və biletlərə erkən çıxış imkanı əldə etmək üçün azarkeşlərə UFC.com/Baku ünvanında qeydiyyatdan keçmələri tövsiyyə edilir.
Həmçinin, UFC FIGHT NIGHT BAKU ilə bağlı ən son yenilikləri @fightnightbaku səhifəsindən izləyə bilərsiniz.
İspaniyanın "Real" klubu Portuqaliya təmsilçisi "Portu"da çıxış edən qapıçı Dioqu Koştanı heyətinə qatmaq istəyir.
"Report" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Madrid komandası 26 yaşlı qolkiperi Tibo Kurtuaya əvəzləyici kimi görür.
"Kral klubu" Portuqaliya millisinin üzvü üçün qarşı tərəfə 50 milyon avro təklif etməyə hazırdır. Rəhbərlik Koştanın Kurtuanı layiqli şəkildə əvəz edə biləcəyinə inanır.
Xatırladaq ki, "Portu"nun yetirməsi 2019-cu ildən əsas komandada çıxış edir. Komanda ilə üç dəfə Premyer Liqada qızıl mükafata sahib çıxan Koşta Portuqaliya yığmanın heyətində UEFA Millətlər Liqasının qalibi olub.
Gənc cüdoçulardan ibarət Azərbaycan millisi Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb.
Bu barədə "Report"a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən hazırlıq prosesində 45 cüdoçumuz (33 oğlan, 12 qız) iştirak edir.
Kollektivə gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edirlər.
Qarşıdakı yarışlara hazırlıq xarakteri daşıyan toplanış sabah başa çatacaq.
Azərbaycanda seleksiya əsasında seçilmiş 14 yaşadək oğlan voleybolçular üçün təlim-məşq toplanışına start verilib.
"Report" Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, hazırlıq prosesi Abşeron Olimpiya İdman Kompleksində başlayıb.
Bir ay davam edəcək toplanışa ümumilikdə 16 idmançı cəlb olunub. Məşqlərə yeniyetmə və gənc oğlanlardan ibarət milli komandanın baş məşqçisi Cahangir Seyed Abbasi rəhbərlik edir.
Toplanış müddətində özünü yaxşı tərəfdən göstərən idmançıların müvafiq yaş qrupları üzrə milli komandalara dəvət olunması nəzərdə tutulub.
Qeyd edək ki, təlim-məşq proqramına uyğun olaraq, həm fiziki, həm də texniki hazırlıq üzrə məşqlər həyata keçirilir.
Stolüstü tennis üzrə ölkə birinciliyinə start verilib.
Azərbaycan Stolüstü Tennis Federasiyasından "Report"a verilən məlumata görə, "Şüa İdman Kompleksi"ndə keçirilən yarışda U-19 və U-15 yaş qrupları üzrə idmançılar bacarıqlarını göstərirlər.
4 gün davam edəcək birincilikdə Bakı ilə yanaşı, müxtəlif şəhər və rayonlardan 120-dən artıq stolüstü tennisçi qələbə uğrunda mübarizə aparır.
Qaliblər komanda, şəxsi, qoşa və qarışıq-qoşa növlərində müəyyənləşəcək. Ölkə birinciliyində fəxri kürsüyə qalxan idmançılara Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunacaq.
Azərbaycan taekvondoçuları Gürcestanda keçirilmiş "Georgian Liga Open" turnirində dörd medal qazanıblar.
Bu barədə "Report"a Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.
Masallı taekvondo klubunun üzvlərindən kiçik yeniyetmələr arasında Ayan Əliyeva (27 kq) qızıl, Yunis Həşimli (24 kq) və Əli Əliyev (27 kq) bürünc mükafata sahib çıxıblar.
Yeniyetmələr arasında yarışda isə Zaur Rəsulzadə (45 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə iyunda I səviyyə məşqçi sertifikatlaşdırma kursları keçiriləcək.
Bu barədə "Report"a ACF-dən məlumat verilib. Bildirilib ki, kurs nəzəri və praktiki hissələrdən ibarət olacaq və "IJF Academy"yə müraciət etmək istəyənlər mütləq kursdan keçməlidirlər.
Azərbaycan Cüdo Federasiyasındakı tədbirin nəzəri hissəsi iyunun 1-6-sı, praktiki hissəsi isə 22-26-sı aralığında baş tutacaq.
İngiltərənin "Arsenal" klubu İspaniya təmsilçisi "Real"ın futbolçusu Endrik üçün 100 milyon avro ödəməyə hazırdır.
"Report" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, "topçular" hazırda icarə əsasında Fransanın "Lion" klubunda çıxış edən hücumçunu heyətinə qatmaq niyyətindədir.
London təmsilçisinin baş məşqçisi Mikel Arteta 19 yaşlı forvardın komandada rəqabəti artıracağına inanır.
Gənc oyunçu 2024-cü ilin yayında "Palmeyras"dan 47,5 milyon avroya "Real"a transfer olunub. Az forma şansı əldə edən futbolçu qışda "Lion"a icarəyə verilib.
Xatırladaq ki, Endrik Liqa 1-də 19 oyunda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
İspaniya millisinin futbolçusu Ferran Torresin "Barselona" klubundakı gələcəyi qeyri-müəyyəndir.
"Report" yerli AS nəşrinə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi ilə hücumçu arasında müqavilənin müddətinin uzadılması ilə bağlı danışıqlar dayandırılıb.
Klub 26 yaşlı oyunçunun sözləşməsinin müddətini yeniləməmək qərarına gəlib.
Xatırladaq ki, F.Torresin hazırkı müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir. O, cari mövsüm 46 matçda 20 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Leandro Andrade "Qarabağ"ın heyətində bütün turnirlər nəzərə alınmaqla 60-cı qolunu vurub.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçinin yubileyi Misli Premyer Liqasının XXX turunun "Turan Tovuz"la ev qarşılaşmasına (2:1) təsadüf edib.
L.Andrade 60-cı qolunu Ağdam klubunda çıxdığı 211-ci matçında vurub. O, Premyer Liqada 45 (135 oyunda), ölkə kubokunda 2 (20 oyunda), avrokuboklarda 13 (56 qoyunda) qola imza atıb.
Qeyd edək ki, Leandro Andrade "Qarabağ"da ilk qolunu 2022-ci aprelin 2-də "Səbail"lə (5:1) çempionat görüşündə vurub.
Misli Premyer Liqasının XXX turu "Kəpəz"in futbolçusu Rauf Hüseynlinin 4 dəqiqəyə iki qol vurması ilə əlamətdar olub.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Sumqayıt"la ev oyununda (2:1) fərqlənən futbolçu bununla da mövsümün rekordunu təkrarlayıb.
86-cı və 89-cu dəqiqələrdə qol sevinci yaşayan oyunçuya qədər yalnız Leandro Andrade matçın bir hissəsində belə qısa müddətdə dubl müəllifi olub. "Qarabağ"ın portuqaliyalı yarımmüdafiəçisi "Araz-Naxçıvan"la martın 8-də keçirilən qarşılaşmada (6:0) 33-cü və 36-cı dəqiqələrdəki qolları ilə dublunu rəsmiləşdirib.
Leandrodan fərqli olaraq Hüseynli hər iki qolu penaltidən vurub. O, cari mövsümdə bir matçda 2 dəfə 11 metrlik nöqtədən dəqiq olan 4-cü futbolçudur. Onadək Aleksandr Ramalinqom ("Sumqayıt") və Coy Lens Mikels ("Sabah") penaltilərlə dubl edib, Toral Bayramov ("Qarabağ") het-trik etdiyi qarşılaşmada iki dəfə "ağ nöqtə"dən fərqlənib. Raufa qədər Ramalinqom daha qısa müddətdə - 12 dəqiqədə iki penalti zərbəsini qola çevirmişdi. O, "Karvan-Yevlax"la ötən il oktyabrın 18-də keçirilən matçın (4:1) 54-cü və 65-ci dəqiqələrində fərqlənib.
Almaniyanın "Şalke 04" klubu futbolçusu Edin Cekonu heyətində saxlamaq niyyətindədir.
"Report" insayder Nikolo Skiraya istinadən xəbər verir ki, Bundesliqaya vəsiqə qazanan komanda 40 yaşlı hücumçunun müqaviləsinin müddətini 2027-ci ilin yayınadək uzatmaq istəyir.
Bosniya və Herseqovina millisinin üzvü dünya çempionatından sonra karyerası ilə bağlı qərar verəcəyini açıqlamışdı.
Xatırladaq ki, Edin Ceko cari mövsüm II Bundesliqada (766 dəqiqə) 6 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarılıb.
Bu barədə "Repor"a Peşəkar Futbol Liqasından məlumat verilib.
"Sabah" – "Zirə" qarşılaşmasının biletlərini bu gündən etibarən "iticket.az" saytından əldə etmək mümkündür. Matçın biletlərinin qiymətiləri yerlərdən asılı olaraq 5, 10, 15, 20, 30 və 50 ("VIP Gold") manatdır.
Xatırladaq ki, oyun mayın 13-də "Palms Sports Arena"da, saat 20:00-da start götürəcək.
UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşəcək.
"Report"un məlumatına görə, yarımfinal mərhələsinin cavab oyununda İspaniyanın "Atletiko" komandası bu gün İngiltərədə "Arsenal"ın qonağı olacaq.
Qarşılaşma "Emireyts" stadionunda, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.
İlk görüşdə qalib müəyyənləşməyib - 1:1
Xatırladaq ki, digər finalçı mayın 6-da bəlli olacaq. "Bavariya" Almaniyada Fransanın PSJ kollektivi ilə münasibətlərə aydınlıq gətirəcək. Birinci qarşılaşmada parislilər sevinən tərəf olublar - 5:4.
Misli Premyer Liqasında XXX tura bu gün yekun vurulacaq.
"Report"un məlumatına görə, son oyun günündə bir matç keçiriləcək.
"Neftçi" "Karvan-Yevlax"ın qonağı olacaq.
Qarşılaşma Yevlax şəhər stadionunda, saat 16:00-da start götürəcək.
"Neftçi" hazırda 47 xalla beşinci pillədə qərarlaşıb. Sonuncu - 12-ci sıradakı "Karvan-Yevlax"ın 14 xalı var.
Xatırladaq ki, daha əvvəl "Kəpəz" "Sumqayıt"ı (2:1), "İmişli" "Araz-Naxçıvan"ı (1:0) "Sabah" "Şamaxı"nı (3:0), "Zirə" "Qəbələ"ni (1:0), "Qarabağ" isə "Turan Tovuz"u (2:1) məğlub edib.
AFFA Apellyasiya Arbitraj Tribunalı "Neftçi" klubunun bir şikayətini təmin etməyib.
"Report" xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
AFFA İntizam Komitəsinin martın 11-də azarkeşlərin təhqiramiz ifadələr səsləndirməsinə görə klubu cərimələməsi barədə qərarı qüvvədə saxlanılıb. Fanatlar Misli Premyer Liqasında "Turan Tovuz"la görüşdə hakimləri təhqir etdiyi üçün "ağ-qaralar" 8 000 manat ziyana düşüb.
Bundan əlavə, Bakı təmsilçisinin daha bir şikayətinə baxılması təxirə salınıb. Komanda tərəfləri təhqiredici pankart açdığına görə klub 15 000 manat cərimə edilmişdi.
Bildirilib ki, bu qərar verilmiş şikayətə baxılması əlavə sübutların toplanılması və tədqiq edilməsi zəruriliyi baxımından təxirə salınıb.
İtaliyanın "İnter" klubu futbolçusu Alessandro Bastoninin komandadakı taleyi ilə bağlı qərar verib.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, Milan təmsilçisinin prezidenti Cüzeppe Marotta 25 yaşlı müdafiəçini satmaq niyyətində olmadıqlarını bildirib.
Funksioner oyunçu ilə bağlı heç bir rəsmi təklif almadıqlarını da vurğulayıb:
"Bastoni hazırda bizim futbolçumuzdur. O, qalmaq istəyir və biz onu klubda saxlamaqdan məmnunuq".
Xatırladaq ki, Alessandro Bastoni cari mövsüm bütün turnirlərdə 38 oyuna çıxıb, 2 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Çövkən üzrə Azərbaycan millisi Bakıda keçiriləcək dünya çempionatına hazırlıq məqsədilə Bakıda təlim-məşq toplaşına başlayır.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Respublikası Atçılıq Federasiyasından bildirilib.
Hazırlıq prosesinin birinci mərhələsi mayın 5-20-si aralığını əhatə edəcək.
Bildirilib ki, bu mərhələdə bərabərlik prinsipinə uyğun olaraq Peşəkar Çövkən Liqasında iştirak edən komandaların hərəsi ən güclü 2 idmançısını yığmanın baş məşqçisi Əli Tatlıyevin ixtiyarına göndərib.
Bu isə yığmanın qapılarının bütün komanda və idmançıların üzünə açıq olması, onlar üçün şans deməkdir. Toplanışın gedişi zamanı özünü doğrultmağı bacarmayan idmançılar başqaları ilə əvəzlənəcək.
May ayının 20-də təlim-məşq toplanışının birinci mərhələsi yekunlaşacaq. Baş məşqçi 20 nəfərlik heyətdən ən güclü 10 nəfəri təsdiqləyib onlarla dünya çempionatına hazırlaşacaq.
Xatırladaq ki, dünya çempionatı iyunun 7-13-ü aralığında Binə Atçılıq Mərkəzində keçiriləcək.
İspaniyanın "Vilyarreal" komandası mövsümün sonunda baş məşqçisi Marselino Qarsiya Toralla yollarını ayıracaq.
"Report" xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Klub 2023-cü ildən komandada işləyən 60 yaşlı mütəxəssislə əməkdaşlığı davam etdirməyəcək.
Xatırladaq ki, 2013-cü ildən 2016-cı ilədək "Vilyarreal"ın baş məşqçisi olmuş Marselino 2023-cü ildə kluba qayıtmışdı. O, klub tarixində ən çox oyun keçirən mütəxəssis olmaqla yanaşı, baş məşqçilər arasında qələbə rekorduna (145) da sahibdir.
"Vilyarreal" hazırda La Liqada 68 xalla üçüncü pillədə qərarlaşıb.
İspaniyanın "Barselona" klubu "Kamp Nou" stadionunun əsaslı yenidənqurmasının başa çatmasından sonra ciddi maliyyə dəstəyi əldə etməyə hazırlaşır.
"Report" "Cadena Ser"ə istinadən məlumat verir ki, Kataloniya təmsilçisi arenanın tamaşaçı tutumunu 105 minə çatdırmaqla hər il 80 milyon avroya qədər əlavə gəlir qazana biləcək.
Modernləşdirmə layihəsinin əsas komponentlərindən biri VIP lojalarının da yerləşdirilməsi nəzərdə tutulan üçüncü mərtəbənin inşası olacaq. Onlar katalonlar üçün yeni gəlir mənbəyinə çevriləcək.
Ümumiyyətlə, son ölkə çempionu təmir olunmuş stadionunun illik gəlirini təqribən 350 milyon avro artıracağını gözləyir. Komanda növbəti mövsümün sonunadək arenanın tam gücü ilə fəaliyyət göstərməsini planlaşdırır, lakin təmirin maksimum maliyyə effekti 2028-ci ildən əvvəl özünü büruzə verməyəcək.
Bu il Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün könüllülərin qeydiyyatı başlanıb.
Bu barədə "Report"a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
Könüllülər üçün minimum yaş həddi 16 yaşdır.
Bildirilib ki, xarici dil biliklərinə malik namizədlərə seçim prosesində üstünlük veriləcək.
2025-ci ildə rekord sayda – 30 mindən çox müraciət qeydə alınıb, onlardan yalnız 2 min könüllü seçilib ki, bu da proqramın yüksək rəqabət səviyyəsini göstərir.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.
İngiltərənin "Liverpul" klubu İspaniya təmsilçisi "Barselona"da çıxış edən Runi Bardaqjini heyətinə qatmaq üçün təklif hazırlayır.
"Report" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 20 yaşlı futbolçu üçün 45 milyon avro ödəməyə hazırdır.
İsveç millisinin üzvü Kataloniya komandasında az forma şansı əldə etməsindən narazıdır. "Qırmızılar" isə bundan istifadə etməyi planlaşdırır. "Liverpul" onun qiymətinin kəskin şəkildə artacağından ehtiyatlanaraq dünya çempionatından əvvəl müqavilə imzalamaq istəyir.
Xatırladaq ki, Runi Bardaqji cari mövsüm 26 oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatında iştirak edəcək bütün ölkələr müəyyənləşib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Beynəlxalq Çövkən Federasiyasından bildirilib.
Son olaraq xüsusi dəvətlə Küveytin yarışa qatılacağı təsdiqlənib.
Turnirdə təşkilatçı Azərbaycanla yanaşı, Avropa zonasından Polşa, Malta, Afrikadan Nigeriya, Qana, Asiyadan Özbəkistan, Qazaxıstan, Cənubi Amerikadan isə Uruqvay və Çili yığmaları mübarizə aparacaq.
Xatırladaq ki, dünya çempionatı iyunun 7-13-ü aralığında Binə Atçılıq Mərkəzində keçiriləcək.
Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəhbərliyi yeniyetmə və gənclərdən ibarət yığmalarda çıxış edən şahmatçıların valideynləri ilə görüş keçirib.
AŞF-dən "Report"a verilən məlumata görə, toplantıda qurumun prezidenti Mahir Məmmədov federasiya tərəfindən şahmatçılara təqdim olunan dəstək proqramı barədə məlumat verib.
AŞF rəhbəri istedadlı uşaqların erkən yaşlardan aşkarlanması və inkişafdan geri qalmamasının diqqətdə saxlanıldığını qeyd edib.
Yeniyetmə və gənc şahmatçılardan ibarət yığmaların baş məşqçisi Nicat Məmmədov dəstək layihəsinə seçim, hazırlıq proqramından danışıb. İclasda iştirak edən məşqçi Fərid Abbasov və AŞF-nin baş katibi İlahə Qədimova şahmatçıların hazırlığında valideynlərin xüsusi rolunun olduğunu vurğulayıb.
Tədbirdə uşaqların düzgün qidalanması və hazırlıq vaxtının səmərəli istifadəsinin vacibliyi barədə danışılıb.
Görüşün sonunda AŞF rəhbərliyi və məşqçilər valideynlər tərəfindən səsləndirilən sualları cavablandırıb.
Braziliya millisinin sabiq futbolçusu Halkın (Givanildo Souza) karyerasını hansı klubda davam etdirəcəyi bəlli olub.
"Report" insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, "Atletiko Mineyro"dan ayrılan 39 yaşlı hücumçu "Fluminense"də çıxış edəcək.
Mümkün transferin təfərrüatları hələlik açıqlanmayıb.
Xatırladaq ki, mayın 2-də klubla vidalaşan Halk 2021-ci ildən "Atletiko Mineyro"da çıxış edib. O, bu müddət ərzində bütün yarışlarda 309 oyuna 140 qol və 56 məhsuldar ötürmə ilə yadda qalıb. Portuqaliyada "Portu", Rusiyada "Zenit" kimi komandaların da formasını geyinmiş futbolçu Yaponiya və Çində də legioner həyatı yaşayıb.
Misli Premyer Liqasında XXX turun daha bir oyunu bu gün keçiriləcək.
"Report"un məlumatına görə, "Qarabağ" "Turan Tovuz"la münasibətlərə aydınlıq gətirəcək.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:30-da start götürəcək. Görüşün baş hakimi Rəşad Əhmədov olacaq.
Çempionluq şansını itirən Ağdam təmsilçisi 59 xalla ikinci pillədə qərarlaşıb. Tovuz klubu 56 xalla üçüncü sıradadır.
Xatırladaq ki, tura mayın 5-də "Karvan-Yevlax" - "Neftçi" matçı ilə yekun vurulacaq. Daha əvvəl "Kəpəz" "Sumqayıt"ı (2:1), "İmişli" "Araz-Naxçıvan"ı (1:0), "Sabah" "Şamaxı"nı (3:0), "Zirə" "Qəbələ"ni məğlub edib.
Sumqayıtın "Odlar Yurdu" komandası AFFA U-12 Liqasından kənarlaşdırılıb.
"Report" xəbər verir ki, bu barədə milli assosiasiyanın İntizam Komitəsi qərar çıxarıb.
Komandanın "Məhəllə uşaqları" (Sumqayıt) ilə matçı heyətlərində yetərsay olmadığı üçün baş tutmayıb. "Odlar Yurdu" 0:3 hesablı texniki məğlubiyyət alıb və bu hal üçüncü dəfə təkrarlandığına görə turnirdən uzaqlaşdırılıb.
Bundan əlavə, AFFA U-15 Liqasında "Xudat City" komandası "Karvan-Yevlax"la görüşə çıxmaqdan imtina etdiyinə görə 0:3 hesablı texniki məğlubiyyətlə üzləşib.
AFFA İntizam Komitəsi "Sumqayıt" klubunu 12 500 manat cərimələyib.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, buna Misli Premyer Liqasının XXIX turunda "İmişli" ilə matçda yaşananlar səbəb olub.
"Gənclik şəhəri" təmsilçisinin formasında qüsurlar olduğu üçün görüş gec başlayıb. Klub buna görə 1 500 manat ziyana düşüb.
Komandanın azarkeşləri tərəfindən futbolçularının ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə kluba 8 000 manat cərimə kəsilib. Bu hal mövsümdə dördüncü dəfə təkarlanıb. Bundan əlavə, "kimyaçılar"ın fanatları pirotexniki vasitədən istifadə etdiyinə görə klub 3 000 manat ödəməli olacaq.
"İmişli" isə beş nəfər sarı vərəqə aldığı üçün 700 manat cərimələnib. "Kəpəz" də "Şamaxı" ilə qarşılaşmada beş nəfər sarı vərəqə ilə cəzalandığına görə eyni məbləği ödəyəcək.
İntizam Komitəsi "Sabah" klubunu 7 500 manat cərimələyib. "Karvan-Yevlax"la qarşılaşmanın 64-cü dəqiqədə birbaşa qırmızı vərəqə görən Aleksey İsayev 2 oyunluq cəza ilə üzləşib və "bayquşlar"ı 1 000 manat ziyana salıb. Matç bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna və bu hal mövsümdə üçüncü dəfə təkrarlandığına görə "Sabah" əlavə olaraq 6 500 manatından keçəcək.
"Karvan-Yevlax"da ikinci sarı vərəqəni alaraq meydandan qovulan Qavi Tompsona 1 matçlıq cəza, bölgə təmsilçisinə isə 500 manat cərimə tətbiq olunub.
"Report" xəbər verir ki, buna Misli Premyer Liqasının XXIX turunda "Qarabağ"la oyunda yaşananlar səbəb olub.
Matçın 90+3-cü dəqiqəsində komandanın azarkeşləri tərəfindən meydana kənar əşyalar atılıb. Bu hal cari mövsümdə altıncı dəfə təkrarlandığına görə "ağ-qaralar" 5 000 manat ödəyəcək.
Bundan əlavə, fanatlar kütləvi şəkildə təhriqamiz ifadələr səsləndirdikləri üçün klubu 8 000 manat ziyana salıblar. Bu hal mövsümdə səkkizinci dəfə yaşanıb.
"Qarabağ" isə tərəfdarların pirotexniki vasitədən istifadəsinə görə 7 000 manat cərimələnib.
AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti təyinat alıb.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, qadınlar arasında UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində keçiriləcək "Barselona" (İspaniya) – "Bavariya" (Almaniya) oyununun UEFA nümayəndəsi olacaq.
Xatırladaq ki, görüş mayın 3-də Barselona şəhərində yerləşən "Nou Kamp" stadionunda keçiriləcək.
Argentina millisinin üzvü Franko Mastantuono İspaniyanın "Real" klubundan ayrılmağı planlaşdırır.
"Report" "Defensa Central" nəşrinə istinadən xəbər verir ki, 18 yaşlı futbolçu Madrid təmsilçisində az forma şansı əldə etdiyi üçün narazıdır.
O, "Kral klubu"ndakı ilk mövsümündən sonra daha çox oynamaq üçün "River Pleyt"ə qayıtmağı nəzərdən keçirir.
"Real"ın cinah oyunçusunu satmaq ehtimalı azdır, lakin klub icarə təkliflərini dəyərləndirə bilər.
Xatırladaq ki, Franko Mastantuononun müqaviləsinin müddəti 2031-ci ilin yayınadək qüvvədədir. O, paytaxt komandasında 30 matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Yığma bu məqsədlə aprelin 30-da paytaxtda təlim-məşq toplanışına başlayacaq.
Milli Komandaların Təlim-Məşq Mərkəzində hazırlıq keçəcək U-16 ardından Bakıda təşkil olunacaq UEFA İnkişaf Turnirinə qatılacaq. Komanda Litva, Rumıniya və Gürcüstan yığmaları ilə mübarizə aparacaq. Oyunlar Binə stadionunda keçiriləcək.
U-16 mayın 6-da, saat 17:00-da Litva, 8-də, eyni saatda Rumıniya, 11-də saat 12:00-da isə Gürcüstanla üz-üzə gələcək.
Almaniyanın "Bavariya" klubunun fransalı futbolçusu Maykl Olise Fransa komandalarına qarşı UEFA Çempionlar Liqası və Çempionlar Kubokunun yarımfinallarında qol vuran üç həmyerlisinin sırasına qoşulub.
"Report" xəbər verir ki, 24 yaşlı vinger buna Fransanın PSJ klubuna uduzduqları (4:5) ilk matçda fərqlənməklə nail olub.
Daha əvvəl üç fransalı oyunçu qitənin bir nömrəli klub turnirində bu raundda öz ölkələrinin komandalarına qol vura bilib.
1985-ci ildə "Yuventus"un heyətində Mişel Platini "Bordo"nun, 1994-cü ildə "Milan"da çıxış edən Marsel Desayi "Monako"nun, 1998-ci ildə "Yuventus"da oynayan Zinəddin Zidan "Monako"nun qapısına yol tapıb.
Xatırladaq ki, "Bavariya" və PSJ komandaları arasında cavab görüşü mayın 6-da keçiriləcək.
"Sumqayıt" komandasının cari mövsümdə səkkiz penaltidən beşini boşa verməsi təsadüfdür.
Bu barədə "Report"a "gənclik şəhəri" təmsilçisinin futbolçusu Rüstəm Əhmədzadə açıqlama verib.
25 yaşlı hücumçu Misli Premyer Liqasında 11 metrlik cərimə zərbələri zamanı şanssız olduqlarını bildirib:
"Penaltilər "lotereya"dır. Səkkiz zərbədən yararlana bilməməyimiz, sadəcə, təsadüfdür. Bu baxımdan şans bizim tərəfimizdə deyil".
R.Əhmədzadə komandanın ardıcıl iki matçda qalib gəlməsinə də toxunub:
"Düşünürəm ki, növbəti matç bizim üçün çox önəmlidir. Qalib gəlməliyik. İstədiyimiz nəticəni əldə etsək, böhrandan çıxdığımızı deyə bilərik. Bir müddət uğursuzluqla üzləşdik. Belə olmasaydı, bəlkə də avrokuboklar üçün şanslarımız qalardı".
Xatırladaq ki, bir komandanın mövsümdə 5 penaltidən yararlanmaması turnirdə XXI əsrin antirekordudur.
İspaniyanın "Atletiko" klubunda çıxış edən Xulian Alvaresi heyətinə cəlb etmək niyyətində olan "Barselona" hücum mövqeyi üçün başqa alternativləri də nəzərdən keçirir.
"Report" yerli "Sport.es" nəşrinə istinadən məlumat verir ki, potensial namizədlərdən biri İngiltərənin "Çelsi" komandasının hücumçusu Juan Pedrodur.
Kataloniya təmsilçisinin qeyri-sabit maliyyə vəziyyəti Alvaresin keçidi ilə əlaqədar danışıqları mürəkkəbləşdirə bilər.
Pedronun transfer dəyəri 75 milyon avro təşkil edir. Onun London klubu ilə müqaviləsi isə 2033-cü ilə qədər etibarlıdır. Lakin "zadəganlar" "maliyyə feyr-pley"i qaydalarına riayət etmək üçün vəsait toplamalıdır.
Bundan başqa, İtaliya təmsilçisi "İnter"in ulduz forvardı Lautaro Martines də hücum xəttinin möhkəmləndirilməsi üçün namizədlər sırasında yer alır.
Bu barədə "Report"a açıqlamasında Azərbaycanın böyüklərdən ibarət ağırlıqqaldırma yığmasının baş məşqçisi Sərdar Həsənov deyib.
Mütəxəssis milli üzvlərinin Gürcüstanın Batumi şəhərində keçirilmiş Avropa çempionatında çıxışı barədə danışıb:
"Ravin Alməmmədovun (79 kq) zədələnməsi bütün planlarımızı pozdu. Amma bu, idmandır. İdmanda isə heç kim zədədən sığortalanmayıb. Yarışa 4 idmançı ilə yollanmışdıq. Federasiya rəhbərliyi turnirə hazırlıq üçün lazımi şərait yaratmışdı. İsa Rüstəmov (71 kq) ardıcıl ikinci dəfə Avropa çempionatının gümüş medalını qazandı".
S.Həsənov Tehran Məmmədov (60 kq) və Əli Şükürlünün (110 kq) çıxışına da toxunub:
"Hər ikisi B qrupunda mübarizə aparırdılar. Fikrimcə, nəticələri daha yaxşı ola bilərdi. Əminəm ki, növbəti yarışlarda göstəricilərini yaxşılaşdıracaqlar".
Xatırladaq ki, İsa Rüstəmov (71 kq) Avropa çempionatında birdənqaldırma hərəkətində 147 kq nəticə göstərərək ikinci yeri tutub.
Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov bu gün ayağından əməliyyat olunub.
Bu barədə "Report"un sorğusuna cavab olaraq PFL-in Media və marketinq direktoru Sənan Abdullayev bildirib.
Onun sözlərinə görə, PFL rəhbərinin əməliyyatı uğurlu keçib, E.Səmədov aprelin 27-dən etibarən iş başında olacaq.
Xatırladaq ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi "Mercedes Vito" markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisədən sonra E.Səmədov bir neçə dəfə əməliyyat olunub.
Aprelin 30-da U-14 və U-17 yeniyetmə cüdoçular arasında Qarabağ və Şərqi Zəngəzur bölgəsi üzrə region birincilikləri keçiriləcək.
Bu barədə "Report"a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Turnir Cəbrayıl rayonunun Horovlu kəndində təşkil ediləcək.
Bildirilib ki, yarışların əsas məqsədi yeniyetmə cüdoçular bazasını formalaşdırmaq, kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir. U-17 kateqoriyası üzrə nəticələr, eyni zamanda, milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.
Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) hazırlıq çərçivəsində Azərbaycanda qəbul edilmiş AZS ISO 20121:2026 "Tədbir davamlılığının idarəetmə sistemləri" dövlət standartının idman tədbirlərində tətbiqinə dair ilk məlumatlandırma sessiyası keçirilib.
"Report" bu barədə WUF13 Azərbaycan Əməliyyat Şirkətinə istinadən xəbər verir.
Məlumata görə, Şirkətin AFFA ilə əməkdaşlığı çərçivəsində "Futbol təşkilatçılığı sahəsində tədbirlərin davamlı idarə edilməsi" mövzusunda seminar təşkil olunub.
Seminarda AFFA-nın işçi heyəti, eləcə də Peşəkar Futbol Liqası (PFL), Futbolun İnkişafı Fondu (FİF), Misli Premyer Liqası və I Liqa klublarının nümayəndələri iştirak ediblər.
Açılış mərasimində çıxış edən AFFA-nın baş katibinin müavini Kamran Vəliyev vurğulayıb ki, forum davamlı inkişaf, inklüzivlik və müasir idarəetmə prinsiplərinin müzakirə olunduğu ən nüfuzlu beynəlxalq platformalardan biridir: "Belə mötəbər tədbirin ölkəmizdə keçirilməsi həm böyük məsuliyyət yaradır, həm də beynəlxalq standartların müxtəlif sahələrdə, o cümlədən futbolda tətbiqi üçün geniş imkanlar açır. Bu istiqamətdə WUF13 Azərbaycan Əməliyyat Şirkəti rəhbərliyi ilə birgə mühüm addımlar atmışıq. Əsas məqsədimiz yalnız futbolun inkişafı deyil, eyni zamanda ətraf mühitə, cəmiyyətə, gələcək nəsillərə qarşı məsuliyyətli yanaşmanı təşviq edən dayanıqlı futbol mühiti formalaşdırmaqdır".
Daha sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13-ün milli koordinatorunun müavini Gülşən Rzayeva çıxış edərək idmanın şəhərlərin inkişafında və şəhərsalma planlamasına inteqrasiyasında mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, idman inklüzivliyi təşviq edən, sağlam həyat tərzini dəstəkləyən və yaşayış məskənlərinin dayanıqlığını gücləndirən əsas şəhər xidmətlərindən biridir.
AZS ISO 20121:2026 dövlət standartının tətbiqi ölkədə keçirilən tədbirlərin dayanıqlılıq prinsiplərinə uyğun şəkildə planlaşdırılması və idarə olunması üçün zəruri institusional çərçivə yaradır. Bu yanaşma nəticə etibarilə həm şəhər ekosisteminə ekoloji baxımdan müsbət təsir göstərəcək, həm də tədbir sənayesində yeni bir mədəniyyətin yaranmasına əhəmiyyətli töhfə verəcək.
WUF13 ekoloji və inklüziv prinsiplərə əsaslanaraq təşkil olunacaq. Tədbirin mövcud infrastrukturdan istifadə olunaraq Bakı Olimpiya Stadionunda təşkili və resursların daha səmərəli istifadəsi əsas istiqamətlərdəndir.
Seminar çərçivəsində həmçinin WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Substantiv məzmun üzrə şöbə müdiri Cəmilə İsmayılzadə, Koordinasiya üzrə baş inzibatçısı Əfqan Mehtiyev, Təşkilati inkişaf və insan kapitalı üzrə baş inzibatçısı Tural Məmmədov, EY Azərbaycan şirkətinin İqlim dəyişikliyi və dayanıqlı inkişaf üzrə məsləhət xidmətləri üzrə baş meneceri Mirzə Əliyev və baş mütəxəssisi Nərgiz Əhmədzadə çıxış edərək mövzu üzrə təqdimatlar etmiş və tədbirin önəmindən bəhs ediblər.
Çıxışlar zamanı "İdmanın şəhər planlamasına inteqrasiyası", "Futbol turnirlərində dayanıqlılıq və hesabatlılığın rolu", "Tədbirin uğurla keçirilməsi üçün planlaşdırma, icra və risklərin idarə olunması" kimi mövzular barədə ətraflı məlumat verilib və fikir mübadiləsi aparılıb.
Misli Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, günün ikinci matçında "Qarabağ" "Sabah"la üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Masazır təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.
45-ci dəqiqədə Abdulla Xaybullayev fərqlənib. Yarımmüdafiəçi 46-cı dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
Xallarının sayını 69-a çatdıran "Sabah" çempionluğa daha da yaxınlaşıb. İkinci sıradakı "Qarabağ"ın 56 xalı var. Ağdam klubunun ehtiyatda bir matçı qalıb.
Günün ilk görüşündə "Karvan-Yevlax" "Şamaxı"nı minimal hesabla üstələyib - 1:0.
Xatırladaq ki, tura aprelin 19-da yekun vurulacaq. Ötən gün "Turan Tovuz" "Araz-Naxçıvan"ı üç cavabsız qolla üstələyib. "Zirə" - "Neftçi" matçında qalib müəyyənləşməyib - 1:1.
Kişi voleybolçulardan ibarət "Ordu" komandası avrokuboklarda mübarizə aparacaq.
"Report"un məlumatına görə, bu barədə "hərbçilər"in baş məşqçisi Cavid Süleymanov açıqlama verib.
Mütəxəssis Azərbaycan Yüksək Liqasının finalında "Xilasedici"yə 1:3 hesabı ilə uduzduqları oyundan sonra fikirlərini bölüşüb:
"Ordu" tarixində ilk dəfə finala yüksəlmişdi. Bu oyunçular tarix yazıblar. Komandamız növbəti mövsüm üçün daha da güclənəcək. Avrokuboklara vəsiqə qazanmışıq. Bu haqqımızdan da istifadə edəcəyik".
C.Süleymanov rəqibi qələbə münasibəti ilə təbrik edib:
"Biz onlara çox yaxşı müqavimət göstərdik. Bəzi elementlərdə üstün oldular. Bu da qalib gəlmələrində rol oynadı".
Xatırladaq ki, final oyununda "Xilasedici" "Ordu"nu 3:1 hesabı ilə üstələyib.
Kişi voleybolçuları arasında Azərbaycan Yüksək Liqasında mövsüm möhtəşəm keçib.
"Report"un məlumatına görə, bu barədə Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə final oyunundan sonra açıqlama verib.
O, qızıl medal uğrunda qarşılaşmanın maraqlı alındığını söyləyib:
"Azərbaycan voleybolu üçün böyük bayramdır. Möhtəşəm çempionata şahidlik etdik. Final matçında iki yeni qurulmuş kollektiv mübarizə apardı. Gözəl oyun izlədik. Azərbaycan Voleybol Federasiyasına təşəkkür edirəm. Belə yarış təşkil etdikləri üçün onlara minnətdaram. Finalda oynayan kollektivlər Avrokuboklara vəsiqə qazanıblar. Onlara beynəlxalq arenada uğurlar arzulayıram".
Xatırladaq ki, final oyununda "Xilasedici" "Ordu"nu 3:1 hesabı ilə üstələyib.
Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası dünya çempionatının seçmə mərhələsində dördüncü oyununu keçirib.
"Report" xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan komanda Andorra yığması ilə qarşılaşıb.
Bakıdakı "Bank Respublika Arena"da təşkil olunan görüş Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektivin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Komandanın heyətində qolları 12-ci dəqiqədə Yeliz Açar və 64-cü dəqiqədə Esra Manya vurublar.
Qrupun digər oyununda Macarıstan yığması öz meydanında Şimali Makedoniya seçməsi üzərində 7:0 hesablı qələbə qazanıb.
Bu nəticələrdən sonra Macarıstan 10 xalla birinci, Azərbaycan 9 xalla ikinci, Şimali Makedoniya 3 xalla üçüncü, Andorra isə 1 xalla dördüncü pillədə qərarlaşır.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu iyunun 5-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Macarıstan yığmasına qarşı keçirəcək.
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında "Xilasedici"nin "Ordu" ilə final oyunu çox gərgin keçib.
"Report"un məlumatına görə, bu barədə "Xilasedici"nin baş məşqçisi Cəlil Cəlilov matçdan sonra açıqlamasında bildirib.
Mütəxəssis 3:1 hesabı ilə qalib gəldikləri həlledici qarşılaşma haqqında fikirlərini bölüşüb:
"Bizə dəstək olan hər kəsə təşəkkür edirəm. Azarkeşləri salamlayıram. Bu gün çox gərgin oyun alındı. Buna baxmayaraq istəyimizə çatdıq. Oyunçularıma minnətdaram".
C. Cəlilov gözəl oyuna görə rəqibi də təbrik edib:
"Onlar bu mövsüm uğurlu çıxış etdilər, finaladək irəlilədik. Final da çox gözəl oyun alındı. Komandamız çətin görüşə hazır idi".
"Karvan-Yevlax" Misli Premyer Liqasında ardıcıl ikinci qələbəsini qazanıb.
"Report"un məlumatına görə, bölgə təmsilçisi XXVIII turda "Şamaxı"nı qəbul edib.
Ötən tur "Kəpəz"ə qalib gələn (4:1) meydan sahibləri bu dəfə rəqibini minimal hesabla üstələyib 1:0.
Qələbə sayəsində xallarının sayını 14-ə çatdıran "Karvan-Yevlax" sonuncu-12-ci pillədə qərarlaşıb. "Şamaxı" 32 xalla 7-ci sıradadır.
Xatırladaq ki, tura aprelin 19-da yekun vurulacaq. Ötən gün "Turan Tovuz" "Araz-Naxçıvan"ı üç cavabsız qolla üstələyib. "Zirə" - "Neftçi" matçında qalib müəyyənləşməyib - 1:1.
Türkiyənin Muğla şəhərində təşkil olunan kanoe və kayak üzrə "Bahar Kuboku" beynəlxalq reqatası başa çatıb.
"Report" xəbər verir ki, Azərbaycan komandası yarışda uğurlu çıxışı ilə yadda qalıb.
Bir nəfərlik kanoe qayığında 2008-2009-cu il təvəllüdlü idmançıların mübarizəsində Hüseyn Səmədli iki kateqoriyada gümüş medala sahib olub. O, həm 1000 metr, həm də 500 metr məsafəyə yürüşdə ikinci yer tutub.
Bir nəfərlik kanoedə 500 metr məsafəyə yürüşdə daha bir medala 2010-2011-ci il təvəllüdlü idmançılar arasında Fəxri Məmmədli layiq görülüb. O, bürünc medal qazanıb.
Beləliklə, Azərbaycan Su İdman Növləri Federasiyası "Bahar Kuboku"nu 2 gümüş, 1 bürünc medalla başa vurub.
Aprelin 20-də Braziliyanın Fos-du-İquasu şəhərində qadın və kişi boksçular arasında Dünya Kuboku start götürəcək.
"Report"un məlumatına görə, 7 gün davam edəcək yarışda Azərbaycan millisi də mübarizə aparacaq.
Kişilərdən ibarət komandanın baş məşqçisi Ravşan Xocayev reytinq xarakterli Dünya Kubokunda Sübhan Mamedov (50 kq), Zidan Hümbətov (55 kq), Məhəmmədəli Aşırəliyev (60 kq), Nəbi İsgəndərov (70 kq), Səidcəmşid Cəfərov (75 kq) və Məhəmməd Abdullayevə (+90 kq) şans verəcək.
Qadınlardan ibarət millinin baş məşqçisi İlkin Ağayev isə yarışda Zeynəb Rəhimova (54 kq) və Emili Rzayevaya (65 kq) güvənəcək.
Qeyd edək ki, Dünya Kubokunun püşkü aprelin 19-da atılacaq.
Kişi voleybolçulardan ibarət "Neftçi" komandası Azərbaycan Yüksək Liqasının üçüncü yer uğrunda oyununda xarakter nümayiş etdirib.
Bu barədə "Report"a "ağ-qaralar"ın baş məşqçisi Viktor Boldaryev açıqlama verib.
Mütəxəssis "Murov Az Terminal"ı 3:0 hesabı ilə məğlub etdikləri qarşılaşmadan sonra fikirlərini bölüşüb:
"Qələbə qazandığımız üçün sevinirik. Adımızı medalçılar sırasına yazdıra bildik. Oyunçular xarakter nümayiş etdirdilər və güclü rəqiblə dueldən qalib ayrıldılar".
O, finala vəsiqə qazana bilməmələrinin səbəbini də açıqlayıb: "Bu, bizim kadr problemi ilə bağlı idi. Voleybol tarixində çox nadir hallarda rast gəlinən hadisə baş verdi. Pley-off oyunlarına 3-4 gün qalmış iki aparıcı voleybolçumuz zədələndi. Bu isə komandaya təsir etmişdi".
Baş məşqçi növbəti mövsümdəki hədəflər və komandadakı taleyi ilə bağlı danışmaq istəməyib.
Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində dördüncü oyununu bu gün keçirəcək.
"Report" xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan komanda Andorra yığması ilə qarşılaşacaq.
Bakıdakı "Bank Respublika Arena"da təşkil olunacaq görüş saat 17:00-da start götürəcək.
Xatırladaq ki, Azərbaycan millisi hazırda altı xalla qrupda ikinci pillədə qərarlaşıb. Lider Macarıstanın yeddi, üçüncü sıradakı Şimali Makedoniyanın üç, dördüncü yerdəki Andorranın bir xalı var.
Misli Premyer Liqasında XXVIII turun növbəti matçları bu gün keçiriləcək.
"Report" xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
İlk olaraq "Şamaxı" səfərdə "Karvan-Yevlax"la üz-üzə gələcək. Yevlax şəhər stadionundakı qarşılaşma saat 15:30-da start götürəcək. Qonaqlar 32 xalla 8-ci, meydan sahibləri 11 xalla sonuncu-12-ci pillədə qərarlaşıb.
Günün ikinci matçında çempionluğa iddialı komandalar, "Qarabağ" və "Sabah" münasibətlərə aydınlıq gətirəcəklər. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək turun mərkəzi görüşü saat 19:30-da başlayacaq. "Sabah" hazırda 66 xalla vahid liderdir. Rəqibindən bir oyun az keçirən "Qarabağ" 56 xalla ikinci sıradadır.
Xatırladaq ki, tura aprelin 19-da yekun vurulacaq. Ötən gün "Turan Tovuz" "Araz-Naxçıvan"ı üç cavabsız qolla üstələyib. "Zirə" - "Neftçi" matçında qalib müəyyənləşməyib - 1:1.
"Abşeron Lions"a qarşı Azərbaycan Basketbol Liqasının 1/4 final mərhələsinin ikinci oyunu "Şəki" üçün bütün mövsümün icmalı idi.
"Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin baş məşqçisi Bedri Meriç klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Türkiyəli mütəxəssis 94:105 hesabı ilə uduzduqları qarşılaşma haqqında fikirlərini bölüşüb:
"Bugünkü matç əslində bizim üçün bütün mövsümün icmalı idi. Yaxşı oynadıq, mübarizə apardıq, amma sonluğa gücümüz çatmadı. Bu mövsüm hər şey bizim üçün belə oldu. Sonadək döyüşdük, pley-off hədəfimizə çatdıq, amma bura qədər imiş. Yaxşılar ayaqda ölər. Biz bu şəkildə sona qədər əlimizdən gələni etdik".
B.Meriç komanda üzvlərinə təşəkkür edib:
"Bu mövsüm bütün zəhmətləri üçün oyunçularımın hər biri ilə fəxr edirəm və onlara minnətdaram. 2 il burada olduğum müddətdə sonadək yanımda olub, zəhmət çəkən komanda heyətinin hər birinə ayrılıqda ürəkdən təşəkkür edirəm. Bundan başqa, Azərbaycan Basketbol Federasiyasına bu mövsüm bizə göstərdiyi dəstək üçün minnətdaram".
Xatırladaq ki, ilk görüşdə 109:78 hesabı ilə üstün olan "Abşeron Lions" yarımfinala yüksəlib.
"Abşeron Lions" Azərbaycan Basketbol Liqasında yarımfinal mərhələsinə vəsiqə qazanıb.
"Report" xəbər verir ki, komanda buna 1/4 finalın ikinci oyununda "Şəki"ni məğlub etməklə nail olub.
Şəki Olimpiya İdman Kompleksindəki qarşılaşma 105:94 hesabı ilə yekunlaşıb. İlk görüşdə "Abşeron Lions" üstün olub - 109:78.
Günün ikinci matçında "Sabah" "Naxçıvan"ın müqavimətini qırmağa çalışacaq. Oyun Bakı İdman Sarayında, saat 19:00-da başlayacaq. "Sabah" birinci dueldən qalib ayrılıb - 106:74.
Xatırladaq ki, ötən gün "Gəncə" "Ordu"nu 85:78 (ilk oyun - 106:108) "Neftçi" NTD-ni 119:99 (ilk oyun - 94:97) hesabı ilə məğlub edib.
Bu cütlərdə üçüncü qarşılaşma baş tutacaq. Reqlamentə əsasən, 1/4 finalda iki qələbə qazanan komanda növbəti mərhələyə adlayacaq.
Serbiyalı məşhur tennisçi Novak Cokoviç İspaniyanın paytaxtı Madriddə keçiriləcək "Masters" turnirini buraxacaq.
"Report" xəbər verir ki, 38 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında yazıb.
Dünya reytinqində dördüncü pillədə qərarlaşan tennisçi yarışa qatıla bilməyəcəyi üçün təəssüfləndiyini vurğulayıb:
"Təəssüf ki, bu il "Masters" turnirində iştirak edə bilməyəcəyəm. Plana uyğun olaraq sağalma prosesimi davam etdirəcəyəm ki, tezliklə qayıda bilim".
Xatırladaq ki, Novak Cokoviç sonuncu dəfə martda "Indian Wells Masters"in 1/8 finalında Böyük Britaniya təmsilçisi Cek Dreyperə uduzub. Madriddəki "Master" turniri 21 aprel - 3 may aralığında təşkil olunacaq.
İngiltərəli futbolçu Markus Reşfordun İspaniyanın "Barselona" klubundakı vəziyyəti kəskin şəkildə dəyişib.
"Report" "Marca"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 28 yaşlı hücumçunun 30 milyon avroluq alış seçimini aktivləşdirməkdə o qədər də əmin deyil.
İspaniya klubunda icarə əsasında çıxış edən forvard müqavilə ilə "Mançester Yunayted"ə (İngiltərə) məxsusdur.
"Barselona" oyunçunun hazırkı performansını nəzərə alaraq bu məbləğin çox olduğunu düşünür. O, son 16 oyunda cəmi iki qolla yadda qalıb. Buna baxmayaraq, qərar hələlik verilməyib. İdman direktoru Deku və baş məşqçi Hans-Diter Flik bu məsələni müzakirə edəcəklər.
Xatırladaq ki, Markus Reşford ötən ilin yayında icarə əsasında "Barselona"ya keçib.
"Ordu" komandası "Gəncə"yə qarşı keçirəcəyi Azərbaycan Basketbol Liqasının 1/4 final mərhələsinin üçüncü oyununda səhvləri aradan qaldıracaq.
Bunu "Report"a açıqlamasında "hərbçilər"in kapitanı Elşad Şirzadov deyib.
O, bu rəqibə 78:85 hesabı ilə uduzduqları raundun ikinci görüşündə bəzi səhvlər etdiklərini bildirib:
"Artıq seriya üçüncü görüşə daşınıb. Bu dəfə əlimizdən gələni edib qələbə qazanacağımıza ümid edirəm. Gəncədəki məğlubiyyətin səbəbi top itkisi ilə bağlı oldu. Yersiz top itkilərinə yol verdik. Bütün çatışmazlıqları, səhvləri aradan qaldıracağımıza və üçüncü dueldə qələbə qazanacağımıza inanıram".
Azərbaycan millisinin də formasını geyinən basketbolçu cütün taleyini ikinci qarşılaşmada həll etmək istədiklərini, lakin buna nail olmadıqlarını sözlərinə əlavə edib:
"Bu oyun haqqında çox danışmaq istəmirəm. Gəncəyə qələbə üçün getmişdik. Cütün taleyini ikinci oyunda həll etmək niyyətində idik. Birinci qarşılaşmada qalib gəlmişdik. Ümumi hesabı 2:0 edərək yarımfinala yüksəlməyi qarşımıza məqsəd qoymuşduq. Amma təbii ki, heç nə asan yolla əldə olunmur. Çətinliklərdən keçmək lazımdır. Uğura gedən yol həmişə çətin olur. Səfərdəki qarşılaşmanın bizim üçün asan keçməyəcəyini də bilirdik. Çox çətin qarşılaşma alındı. Onlar azarkeşləri önündə çox yaxşı oynayırlar".
Xatırladaq ki, "Ordu" 1/4 final mərhələsinin ilk matçında 108:106 hesabı ilə üstün olub. Yarımfinala yüksələn komanda üçüncü oyunda bəlli olacaq.
Kişilərdən ibarət "Astana" basketbol komandasının baş məşqçisi Ramunas Tsvirka vəfat edib.
"Report" xəbər verir ki, bu barədə Qazaxıstan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Litvalı mütəxəssis 59 yaşında həyatını itirib.
Onun ölüm səbəbi açıqlanmayıb.
Xatırladaq ki, "Astana" aprelin əvvəlində Bakıda "Sabah" komandası ilə iki yoldaşlıq oyunu keçirib. Azərbaycan təmsilçisi bir oyunda qalib gəlib (94:83), digərində isə məğlub olub - 102:110.
"Qarabağ" Misli Premyer Liqasının XXVIII turunda "Sabah"ı məğlub edə bilsə, çempionatda intriqa artacaq.
Bu barədə "Report"a Azərbaycan millisinin sabiq baş məşqçisi Şahin Diniyev açıqlama verib.
59 yaşlı mütəxəssis qarşılaşmanın prinsipial keçəcəyini vurğulayıb:
"Komandalar arasındakı xal fərqi bir az çoxdur. Lakin "Qarabağ" bunu azaltmaqla yarışa intriqa qata bilər. Ehtiyatda daha bir matçları da var. Həmin görüşdə və "Sabah" üzərində qələbə qazansalar, xal fərqi 4-ə düşəcək. Əllərinə belə şans düşüb".
Ş.Diniyev matçın maraqlı keçəcəyini sözlərinə əlavə edib:
"Son vaxtlar bu rəqiblərin bir-biri ilə matçları gərgin alınır. Meydanda başabaş mübarizəyə şahidlik edirik. Hər iki komandanın növbəti qarşılaşmada qalib gəlmək şansı çoxdur. Bərabər səviyyəli komandalardır. "Qarabağ" və "Sabah" bir-birinə layiqli rəqibdirlər. Bol qollu oyun olacağını gözləyirəm. Hər iki kollektiv hücum futbolu sərgilənməyi xoşlayır. Müdafiədə etibarlı oynayan, az səhv edən tərəf qələbə qazanacaq. Hər iki komandaya uğurlar arzulayıram. Güclü qalib gəlsin".
Xatırladaq ki, "Qarabağ" - "Sabah" oyunu aprelin 18-də, saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Azərbaycan şahmatçısı Nicat Abasov Polşanın Katovitse şəhərində təşkil edilən şəxsi Avropa çempionatında liderliyə yüksəlib.
"Report" xəbər verir ki, qrossmeyster IX turdan sonra birinci pillədə qərarlaşıb.
N.Abasov hesabat turunda İsrail təmsilçisi Benni Ayzenberqi məğlub edib. Aydın Süleymanlı ispan David Qiharro ilə ilə heç-heçə edib.
Hazırda 7 xal toplayan Süleymanlı 5-ci pillədə qərarlaşıb. Hərəyə 7,5 xal toplayan Nicat Abasov və ispaniyalı David Qiharro 1-2-ci yerləri bölüşürlər. 7 xal toplayan digər azərbaycanlı şahmatçı Məhəmməd Muradlı 12-ci pillədədir.
Bu gün baş tutacaq X tur liderlərin dueli ilə diqqəti cəlb edir. Eyni xala malik Nicat Abasovla David Qiharonun mübarizəsi vahid lideri müəyyənləşdirə bilər.
Liderlərdən uzaqlaşan Riad Səmədov, Xaqan Əhməd və Xəzər Babazadə hərəyə 6 xal toplayıb.
Qeyd edək ki, Avropa çempionatında ilk "20-lik"də qərarlaşacaq şahmatçılar Dünya Kubokuna vəsiqə qazanacaq.
27 aprel – 1 may aralığında keçiriləcək avarçəkmə və kanoe üzrə "Prezident Kuboku 2026" beynəlxalq reqatasında Azərbaycanı 57 idmançı təmsil edəcək.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Su İdman Növləri Federasiyasından bildirilib.
Digər ölkələrdən ümumilikdə 70 avarçəkənin iştirakı gözlənilir.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən reqatada Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq.
"Prezident Kuboku" ilk dəfə olaraq işğaldan azad edilmiş Ağdərə rayonunda, Sərsəng su anbarından start götürəcək. Aprelin 27-də Sərsəngdə akademik, kayak, kanoe, draqon qayıqları və yelkənli qayıqlarda idmançıların nümunəvi çıxışları və yarışlar baş tutacaq.
Aprelin 28-də Mingəçevirdə yarışların rəsmi paradı və açılış mərasimi keçiriləcək. Aprelin 29-da Qarabağın daha bir dilbər guşələrindən olan Suqovuşan su anbarında yarışlar davam edəcək.
"Prezident Kuboku 2026" beynəlxalq reqatasının son yürüşləri 30 aprel – 1 may tarixlərində Mingəçevirdəki "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçiriləcək. Reqataya mayın 1-də yekun vurulacaq.
AFFA-nın inzibati binasında Lisenziya və Qeydiyyat Departamentinin maliyyə mütəxəssisləri tərəfindən Misli Premyer Liqasında çıxış edən klubların maliyyə menecerləri üçün seminar keçirilib.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, tədbir UEFA-nın IT Solution proqramına (CL/FFP IT Solution) maliyyə məlumatlarının daxil edilməsi mövzusuna həsr olunub.
Seminarda IT Solution proqramında baş vermiş yeniliklər müzakirə edilib, maliyyə menecerlərinə nəzəri və praktiki təlimlər keçirilib. Sonda klub nümayəndələri 2025-ci maliyyə ili üzrə müvafiq məlumatları proqrama daxil ediblər. Eyni zamanda, seminar iştirakçılarının sualları AFFA-nın maliyyə mütəxəssisləri tərəfindən cavablandırılıb və onlara ətraflı praktiki izahlar təqdim edilib.
İngiltərənin "Liverpul" klubu yayda doqquz futbolçusu ilə yollarını ayırmağa hazırdır.
"Report" xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.
Mersisayd təmsilçisi mövsümün sonunda Məhəmməd Salah və Endryu Robertsonla vidalaşacaq. Kalvin Remzi və Ris Uilyamsın müqavilələrinin müddəti yayda bitir.
Son ölkə çempionunun Co Qomes, Aleksis Makallister, Harvi Elliott, Kertis Cons və Federiko Kyeza ilə əməkdaşlığa son verəcəyi gözlənilir.
Xatırladaq ki, "Liverpul"da baş məşqçi Arne Slotun da gələcəyi sual altındadır.
Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsinin növbəti iki oyunu bu gün keçiriləcək.
"Report"un məlumatına görə, ilk olaraq "Abşeron Lions" "Şəki"nin qonağı olacaq.
Qarşılaşma Şəki Olimpiya İdman Kompleksində, saat 14:00-da start götürəcək. İlk görüşdə "Abşeron Lions" üstün olub - 109:78.
Günün ikinci matçında "Sabah" "Naxçıvan"ın müqavimətini qırmağa çalışacaq. Oyun Bakı İdman Sarayında, saat 19:00-da başlayacaq. "Sabah" birinci dueldən qalib ayrılıb - 106:74.
Xatırladaq ki, ötən gün "Gəncə" "Ordu"nu 85:78 (ilk oyun - 106:108) "Neftçi" NTD-ni 119:99 (ilk oyun - 94:97) hesabı ilə məğlub edib.
Bu cütlərdə üçüncü qarşılaşma baş tutacaq. Reqlamentə əsasən, 1/4 finalda iki qələbə qazanan komanda növbəti mərhələyə adlayacaq.
Misli Premyer Liqasında XXVIII tura bu gün start veriləcək.
"Report"un məlumatına görə, birinci oyun günündə iki qarşılaşma keçiriləcək.
"Turan Tovuz" "Araz-Naxçıvan"la üz-üzə gələcək. Qarşılaşma Sumqayıtdakı "SOCAR Polymer Arena"da, saat 17:00-da start götürəcək. Tovuz klubu 52 xalla üçüncü, Naxçıvan təmsilçisi 39 xalla altıncı pillədə qərarlaşıb.
Günün ikinci matçında "Neftçi" səfərdə "Zirə" ilə münasibətlərə aydınlıq gətirəcək. Görüş "Zirə" İdman Kompleksinin stadionunda, saat 19:30-da başlayacaq. Rəqibindən bir oyun az keçirən "ağ-qaralar" 43 xalla beşinci, meydan sahibləri 44 xalla dördüncüdür.
İtaliyanın "Yuventus" və İngiltərənin "Arsenal" klubunun sabiq qapıçısı Aleks Manninqer vəfat edib.
"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, 48 yaşlı avstriyalı avtomobilinin qatarla toqquşması nəticəsində həyatını itirib.
Hadisə Avstriyanın Zaltsburq şəhərində baş verib.
Xatırladaq ki, Avstriya yığmasının heyətində 33 matça çıxmış Aleks Manninqer "Arsenal"la İngiltərə Premyer Liqasının, "Yuventus"la İtaliya A Seriyasının qalibi olub.
Gənclər və idman naziri Fərid Qayıbov Dünya Kapoeyra Federasiyasının prezidenti Rodriqo Furbino Qomes ilə beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələsini müzakirə edib.
Bu gün Dünya Kapoeyra Federasiyasının prezidenti Rodriqo Furbino Qomes ilə görüşən nazir ölkədə idman sahəsində görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat verib.
Görüşdə Azərbaycanda kapoeyranın inkişaf perspektivləri, beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Azərbaycan Kapoeyra Federasiyasının prezidenti Günel Muradova və federasiyanın digər məsul şəxsləri də görüşdə iştirak ediblər.
Ekvadorda həvəskarlar arasında futbol oyunu zamanı hakim Xavyer Orteqa güllələnib.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, hadisə El Oro əyalətinin Pasaje şəhərində baş verib.
Matç vaxtı silahlı bir neçə şəxs meydana girərək hakimə atəş açıb. Onlar daha sonra hadisə yerindən qaçıblar. Təcili Tibbi Yardım gəlsə də, X.Orteqanın həyatını xilas etmək mümkün olmayıb.
Qarşılaşma dərhal dayandırılıb, oyunçular və tamaşaçılar stadionu tərk ediblər. Turnirin təşkilatçıları vəziyyət aydınlaşana qədər bütün sonrakı oyunları dayandırmaq qərarına gəliblər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisəni məqsədyönlü qətl kimi qiymətləndirirlər. Hazırda araşdırma aparılır.
"Gəncə" Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsinin ikinci oyununda qələbə qazanıb.
"Report" xəbər verir ki, Halil Atlının baş məşqçisi olduğu kollektiv "Ordu" ilə üz-üzə gəlib.
Gəncə İdman Sarayında gerçəkləşən qarşılaşma meydan sahiblərinin qalibiyyəti ilə bitib - 85:78.
İlk görüşdə "Ordu" qələbə qazandığı (108:106) üçün yarımfinala yüksələcək komanda üçüncü görüşdə müəyyənləşəcək.
Günün ikinci matçında NTD və "Neftçi" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Oyun Bakı İdman Sarayında, saat 19:00-da başlayacaq. NTD ilk dueldə qalib gəlib - 97:94.
Xatırladaq ki, 1/4 final mərhələsinin digər qarşılaşmaları aprelin 17-də baş tutacaq. Cütlərdə iki qələbəyə çatan tərəf yarımfinala yüksələcək.
Azərbaycanın kamandan oxatma millisi Qubada Belarus yığması ilə birlikdə toplanışdadır.
Bu barədə "Report"a Azərbaycan Kamandan Oxatma Federasiyasından məlumat verilib.
Aprelin 10-da start götürən və 20-nə qədər davam edəcək hazırlıq prosesinin əsas məqsədi kamandan oxatanların fiziki dözümlülüyünün artırılması, taktiki hazırlığının təkmilləşdirilməsi və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.
Toplanış zamanı hər iki komandanın üzvləri həm fərdi, həm də qrup şəklində müvafiq proqramları icra edirlər.
İspaniyanın "Real" klubunun futbolçusu Kilian Mbappe UEFA Çempionlar Liqasında Lionel Messinin uğurunu geridə qoyub.
"Report" xəbər verrir ki, hücumçu buna Almaniyada "Bavariya"ya 3:4 hesabı ilə uduzduqları 1/4 final mərhələsinin cavab oyununda fərqlənməklə nail olub.
Fransalı forvard cari mövsüm turnirdəki qollarının sayını 15-ə çatdırıb. Messi 2011/2012 mövsümündə 14 qolla yadda qalıb.
Turnirin rekordu Kriştianu Ronalduya məxsusdur. O, 2013/2014 mövsümündə "Real"ın heyətində 17 dəfə rəqib qapılarına yol tapıb.
Xatırladaq ki, İspaniyada "Bavariya"ya 1:2 hesabı ilə uduzan "Real" UEFA Çempionlar Liqası ilə vidalaşıb.
İspaniyanın "Real" komandasında baş məşqçi Alvaro Arbeloanın yerinə dörd namizəd var.
"Report" xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.
Bildirilib ki, "Kral klubu" bir müddətdir Yurgen Klopp, Zinəddin Zidan, Didye Deşam və Mauritsio Poçettinonu bu post üçün nəzərdən keçirir.
Xatırladaq ki, Madrid təmsilçisi ötən gün UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda Almaniyada "Bavariya"ya uduzub - 3:4. İlk görüşdə də 1:2 hesabı ilə məğlub olan komanda turnirlə vidalaşıb.
Azərbaycan Basketbol Liqasında 1/4 final mərhələsinin ikinci oyunlarına bu gün start veriləcək.
"Report"un məlumatına görə, birinci oyun günündə iki qarşılaşma keçiriləcək.
"Ordu" "Gəncə"nin qonağı olacaq. Qarşılaşma Gəncə İdman Sarayında, saat 14:00-da start götürəcək. İlk görüşdə "hərbçilər" üstün olub - 108:106.
Günün ikinci matçında NTD və "Neftçi" komandaları münasibətlərə aydınlıq gətirəcəklər. Oyun Bakı İdman Sarayında, saat 19:00-da başlayacaq. NTD ilk dueldə qalib gəlib - 97:94.
Xatırladaq ki, 1/4 final mərhələsinin digər qarşılaşmaları aprelin 17-də baş tutacaq. Cütlərdə iki qələbəyə çatan tərəf yarımfinala yüksələcək.
Azərbaycan Basketbol Liqasında ikinci dəfə müntəzəm mövsümün MVP-si seçilmək "Sabah"ın oyunçusu Hassani Qravett üçün çox dəyərlidir.
29 yaşlı amerikalı idmançı bu barədə "Report"a açıqlamasında bildirib.
O, müntəzəm mövsümün A qrupunda ən yaxşı basketbolçu olması ilə bağlı fikirlərini bölüşüb:
"Müntəzəm mövsümün ən yaxşısı seçilmək böyük şərəfdir. Bu mükafatı ardıcıl 2 dəfə qazanmaq isə çox dəyərlidir. Azərbaycanda basketbolun inkişaf etdiyi bir dövrdə bu tarixin bir parçası olmaqdan qürur duyuram. Harada oynamağımdan asılı olmayaraq, hər zaman əlimdən gələni etməyə və öz izimi görməyə çalışıram".
H.Qravett nümunəvi oyunçu olmaq istədiyini sözlərinə əlavə edib:
"Daim anlayıram ki, yalnız oynadığım komandanı deyil, həm də arxamda daşıdığım adı təmsil edirəm. Ailəmdə ilk peşəkar idmançıyam və bu yolu davam etdirərkən, gələcək nəsillər üçün nümunə olmaq, standartları mümkün qədər yüksəltmək üçün var gücümlə çalışıram. Ümid edirəm ki, məndən sonra gələnlər üçün motivasiya mənbəyi ola biləcəyəm".
Xatırladaq ki, Hassani Qravett Azərbaycan Basketbol Liqasının A qrupunda müntəzəm mövsümün MVP-si seçilib.
Azərbaycan I Liqasına vəsiqə uğrunda pley-off oyununun tarixi müəyyənləşib.
"Report" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
I Liqada 9-cu yerin sahibi ilə II Liqada 2-ci yerin sahibi mayın 27-də üz-üzə gələcək.
Bundan əlavə, II Liqaya vəsiqə uğrunda pley-off matçlarının da tarixi dəqiqləşib. II Liqada 11-ci yeri sahibi AFFA Region Liqasında 2-ci yerin sahibi ilə mayın 29-da qarşılaşacaq.
II Liqada 10-cu yerin sahibi Region Liqasında 3-cü yeri tutan komanda ilə eyni gündə münasibətlərə aydınlıq gətirəcək.
Azərbaycan cüdoçuları Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Avropa çempionatında iki qızıl medal qazana bilərlər.
Bu barədə "Report"a əməkdar məşqçi Tərlan Həsənov açıqlama verib.
Təcrübəli mütəxəssis milli üzvlərinin bu yarışda çox mükafat qazana biləcəyini proqnozlaşdırıb:
"Məncə, cüdoçularımız iki qızıl medal qazana bilərlər. Amma düşünürəm ki, digər mükafatlarımızın da sayı çox olacaq. Milli komanda yarışa çox yaxşı heyətlə yollanıb".
T.Həsənov kişilərdən ibarət komandanın üzvləri haqqında danışıb:
"60 kq-da Balabəy Ağayev və Əhməd Yusifov mübarizə aparacaqlar. Hər ikisi güclü idmançıdır. Son yarışda ikisi finalda üz-üzə gəlmişdilər. Hər ikisindən mükafat gözləyirəm. 66 kq-da Ruslan Paşayev zədə səbəbindən yarışa yollana bilmədi və Turan Bayramov onu əvəzlədi. Gələcəyin parlaq ulduzudur. Çox yaxşı formadadır. Məncə, o da medal götürə bilər. 73 kq-da tələbəm Hidayət Heydərov tatamiyə çıxacaq. Son iki həftədə məşqlərində mən də iştirak etmişəm. Daha əvvəl əsas problemi çəki ilə bağlı olub. Mən də hazırda Gürcüstana yollanıram. Cüdoçular dünən gediblər. Hidayət çox istəklidir. Beşinci dəfə Avropa çempionu olmaq niyyətindədir. Ötən il alınmadı, yarışa 2-3 qalmış xəstələndi və yarışa qatılmadı. Hərçənd yaxşı hazırlaşmışdı".
Əməkdar məşqçi 81 kq-dakı Zelim Tçkayev və Ömər Rəcəblinin də mükafatçılar sırasına düşmək şansının olduğunu vurğulayıb:
"90 kq-da digər tələbəm Murad Fətiyev mübarizə aparacaq. Onun da medal qazancağına ümid edirəm. Son Avropa çempionatında üçüncü yeri tutub. Hazırda çox istəklidir və turnirə ciddi hazırlıq görüb. Məncə, bu şansı buraxmayacaq. Çəkidə iki gürcü idmançı var. Onlarla da güləşə bilər. 100 kq-dakı Zelim Kotsoyevdən də medal gözləyirik. +100 kq-da Kənan Nəsibov gənc cüdoçumuzdur. Son yarışlarda çox yaxşı nəticə göstərir. İlk dəfə böyüklər arasında Avropa çempionatına qatılır. Amma yaxşı formadadır. Ona da inanıram".
Qeyd edək ki, aprelin 16-da start götürəcək Avropa çempionatı 19-da başa çatacaq.
Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqalarında üçüncü yer və çempionluq uğrunda oyunların keçiriləcəyi tarixlər bəlli olub.
Bu barədə "Report"a Azərbaycan Voleybol Fedrasiyasından məlumat verilib.
Aprelin 18-də kişilərin yarışında üçüncü yer uğrunda "Neftçi" və "Murov Az Terminal" klubları, finalda isə "Xilasedici" və "Ordu" komandaları üz-üzə gələcəklər. Qarşılaşmalar müvafiq olaraq saat 13:00 və 16:00-da start götürəcək.
Qadın voleybolçular mükafatlar üçün aprelin 19-da meydana çıxacaqlar. Üçüncü yer uğrunda "Milli Aviasiya Akademiyası" ilə "Gəncə", finalda isə "Turan" və "DH Volley" komandaları qarşılaşacaqlar. Görüşlər saat 13:00 və 16:00-da olacaq. Bütün matçlar Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil ediləcək.
Hər iki final oyunundan dərhal sonra qaliblərin mükafatlandırma mərasimi baş tutacaq.
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin təlim-məşq toplanışından kənarda qalan "Qarabağ"ın futbolçusu Əli Bəşirovun ayaq əzələlərində xırda yırtıqlar var.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Ağdam təmsilçisinin Futbol Akademiyasının meneceri Nail Kərimov bildirib.
Onun sözlərinə görə, 15 yaşlı vinger yaxın zamanda yaşıl meydanlara qayıdacaq:
"Əli Bəşirovun zədəsi yüngüldür. İkihəftəlik müalicə təyin olunub. Ayaq əzələlərində xırda yırtıqlar var. Fizioterapiya müalicəsi ilə keçəcək".
Xatırladaq ki, Azərbaycanın U-20 millisi aprelin 26-dək Qəbələdə hazırlıq keçəcək. 2027-ci ildə bu yaş kateqoriyası üzrə dünya çempionatı Azərbaycan və Özbəkistanda təşkil olunacaq.
Azərbaycan şahmatçısı Aydın Süleymanlı Polşanın Katovitse şəhərində keçirilən Avropa çempionatında liderdir.
"Report"un məlumatına görə, o, VII turun partiyalarından sonra buna nail olub.
Azərbaycanlı qrossmeyster hesabat turunda Belçika təmsilçisi Daniel Daroha üzərində qələbə qazanaraq liderliyə yüksəlib.
Hesabında 6 xal olan Süleymanlı 1-4-cü yerləri bölüşür. Amma şahmatçı əlavə göstəricilərə görə birinci pillədə qərarlaşıb. Bu gün VIII turda milli üzvü Gürcüstan şahmatçısı Nikolaz Kaçarava ilə mübarizə aparacaq.
Avropa çempionatında çıxış edən digər təmsilçimiz Nicat Abasov hesabat turunda isveçli Erik Blomkvisti məğlub edib. O, 7 turdan sonra 5,5 xalla onuncudur.
Məhəmməd Muradlı, Şiroğlan Talıbov, Şahin Vəliyev və Süleyman Süleymanlı hərəyə 5 xal toplayaraq müvafiq olaraq 38-ci, 50-ci, 53-cü və 56-cı yerlərdə qərarlaşıblar.
Qeyd edək ki, qitə çempionatında yüksək nəticə göstərəcək şahmatçılar gələn il keçiriləcək Dünya Kubokuna vəsiqə qazanacaqlar. Avropa çempionatı 11 turdan ibarətdir.
İspaniyanın "Atletiko" klubu 2016/2017 mövsümündən sonra ilk dəfə, Fransa təmsilçisi PSJ isə ardıcıl üçüncü dəfə UEFA Çempionlar Liqasının yarımfinalına vəsiqə qazanıb.
"Report"un məlumatına görə, Madrid komandası 9 il əvvəl turnirin 1/4 finalında "Lester"i (İngiltərə) mübarizədən kənarlaşdırıb.
Parislilər isə ötən mövsümdə "Aston Villa"nı, ondan əvvəl "Barselona"nı bu raundda məğlub edib.
Xatırladaq ki, Fransa çempionu ötən gün "Liverpul"u (İngiltərə), "Atletiko" isə "Barselona"nı mübarizədən kənarlaşdırıb.
Gəncə komandasının heyətində 48-ci dəqiqədə Fərid Nəbiyev fərqlənib.
Xallarının sayını 11-ə çatdıran "Karvan-Yevlax" sonuncu-12-ci pillədə qərarlaşıb. "Kəpəz" 21 xalla 10-cu sıradadır. Yevlaxlılar II turda bu rəqibini 3:2 hesabı ilə məğlub edib.
Xatırladaq ki, tura aprelin 12-də yekun vurulacaq.
"Üzməyi Öyrənək" layihəsində çalışacaq məşqçilər üçün Mingəçevirdə keçirilmiş seminar yekunlaşıb.
Bu barədə "Report"a Azərbaycan Üzgüçülük Federasiyasından məlumat verilib.
Azərbaycan millisinin baş məşqçisi, isveçrəli mütəxəssis Luka Qabrilonun apardığı 3 günlük təlim proqramını uğurla başa vurmuş ölkənin müxtəlif bölgələrindən olan 58 məşqçi "Üzməyi Öyrənək" layihəsi çərçivəsində eyni metodologiya əsasında uşaqlara üzgüçülük dərsləri keçəcək.
Bu cür seminarların təşkili ölkə üzrə vahid üzgüçülük tədrisi modelinin formalaşdırılmasına və mütəxəssislər arasında ortaq metodiki yanaşmanın tətbiqinə xidmət edir.
Xatırladaq ki, Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkil etdiyi "Üzməyi Öyrənək" layihəsi məktəblilərdə suya uyğunlaşmanı, həmçinin ilkin təhlükəsizlik vərdişlərinin, əsas üzmə bacarıqlarının və özünəinamın formalaşdırılmasını hədəfləyir. Digər məqsəd üzgüçülüyü həyati əhəmiyyətli bacarıq və suda təhlükəsizliyin əsas elementi kimi təşviq etməkdir. Eyni zamanda, perspektivli idmançıların kəşf edilməsi də layihənin prioritetlərindəndir.
Serbiyalı tennisçi Novak Cokoviç 2028-ci ildə ABŞ-nin Los-Anceles şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarından sonra karyerasını bitirmək istəyir.
"Report" xəbər verir ki, 38 yaşlı idmançı bu barədə "Sportal.rs"ə açıqlamasında bildirib.
O, bunun mümkün olması üçün çalışacağını sözlərinə əlavə edib:
"Əlimdə Serbiya bayrağı ilə 2028-ci ildə keçiriləcək olimpiadada karyeramı bitirmək niyyətindəyəm. Bu, gözəl olardı. Amma necə olacağını deyə bilmərəm. Düzünü desəm, bəzi şeylə nəzarətimdən kənardadır. Amma fiziki və zehni sağlamlığımı qorumağa çalışacağam".
Xatırladaq ki, Novak Cokoviç karyerasında 24 dəfə "Böyük Dəbilqə", 101 dəfə ATP titulunu qazanıb. O, Pekin-2008 Yay Olimpiya Oyunlarında bürünc, Paris-2024-də isə qızıl mükafata sahib çıxıb.
Azərbaycan stolüstü tennisçisi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdıracağına inanır.
İdmançı bu barədə "Report"a açıqlamasında bildirib.
O, topu uzaq məsafədən oyuna daxil etməklə dünya rekordunu yeniləməyə çalışacağını söyləyib:
"Ginnesin Rekordlar Kitabı"na düşmək, dünya rekordunu yeniləmək uşaqlıq arzum olub. Yaxın zamanda isə bunu gerçəkləşdirə bilərəm. Özümə də çox inanıram".
N.Məmmədov həyəcanlı olduğunu da gizlətməyib:
"Çox həyəcanlıyam. Lakin bir o qədər də inam var. Yaxınlarımın xüsusi dəstəyini hiss edirəm. Bu, məndə istəyi daha da artırır. Daha inamla həmin günə hazırlaşıram".
Xatırladaq ki, Nihad Məmmədov aprelin 12-də "Şüa İdman Kompleksi"ndə təşkil olunacaq mərasimdə topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləməyə çalışacaq. O, bu hərəkəti 17 metr məsafədən həyata keçirməyi planlaşdırır. Rekord 16.70 metr nəticə ilə türkiyəli Osman Gürcüyə məxsusdur.
Azərbaycan I Liqasında çıxış edən "Şəfa" komandası çempionluq yolunda işin 70-80 faizini həll edib.
Bunu "Report"a açıqlamasında komandanın kapitanı Tərlan Quliyev deyib.
"Artıq işin 70-80 faizini həll etmişik. Növbəti turda səfərdə "Baku Sportinq"lə üz-üzə gələcəyik. Həmin meydan olduqca bərbaddır. Buna baxmayaraq, orada da maksimum nəticə qazanmaq niyyətindəyik. Çempionluğu tez rəsmiləşdirmək istəyirik. Bunu nə qədər tez bacarsaq, bizim üçün yaxşı olacaq", - o vurğulayıb.
33 yaşlı müdafiəçi I Liqada "Ayın qolu" layihəsinin qalibi olması ilə bağlı da danışıb:
"Bu, mənim üçün sevindirici haldır. Vurduğum qola səs verən, dəstək olan, təbrik edən insanlara təşəkkür edirəm. Dünən oyundan əvvəl sevindim. Həmin qarşılaşmada "Səbail"i məğlub etməyimiz ikiqat sevinc oldu".
Xatırladaq ki, "Şəfa" hazırda I Liqada 48 xalla liderdir. İkinci sıradakı "Baku Sportinq"in 40 xalı var.
Azərbaycanın kayak və kanoe üzrə gənclərdən ibarət milli komandaları Türkiyənin Adana şəhərində keçiriləcək "Bahar Kuboku" beynəlxalq reqatasında iştirak edəcəklər.
Bu barədə "Report"a Azərbaycan Su İdman Növləri Federasiyasından məlumat verilib.
Ölkənin yeddi idmançısı sözügedən yarışda mübarizə aparacaq.
Elmir Tarverdiyev, Mustafa Vəlizadə, Qiyas Əhmədov, Tengiz Qaqnidze kayak qayığında, Hüseyn Səmədli, Vaqif Mustafazadə, Fəxri Sadıqlı isə kanoe növündə mükafatçılar sırasına düşməyə çalışacaqlar.
Azərbaycan I Liqasında çıxış edən "Səbail" klubu 2610 manat cərimələnib.
"Report" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Buna XXI turda "Şəfa" ilə oyunda yaşananlar səbəb olub.
"Dənizçilər" dörd futbolçu sarı vərəqə aldığı üçün 210 manat ödəyəcək. Bundan əlavə, "Səbail"in tərcüməçisi Fariz İsmayılov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyunluq cəzalanıb, klub 2400 manat cərimə edilib.
"Şahdağ Qusar" isə 150 manat ziyana düşüb. "Difai" ilə görüşün 77-ci dəqiqəsində futbolçu Kvaku Adjey ikinci sarı vərəqəni alaraq meydandan qovulub. O, bir oyunluq cəzalanıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq bölgə təmsilçisindən bildirilib.
Qərb klubu qərarın dəyişməsi üçün apellyasiya şikayəti verməyəcək.
Xatırladaq ki, AFFA İntizam Komitəsi "Turan Tovuz"u ötən gün 20 000 manat cərimələyib. Bu məbləğin 15 000 manatı klubun İdarə Heyətinin sədri Ehtiram Quliyevin Azərbaycan Kubokunun yarımfinalında "Zirə" ilə matçdan (0:2) sonrakı açıqlamalarına görə olubsa, 5 000 manatı komandanın azarkeşlərinin oyun zamanı hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi ilə bağlıdır.
"Sabah" basketbol klubunun U-18 komandası Çempionlar Liqasında növbəti oyununu keçirəcək.
"Report" xəbər verir ki, Azərbaycan təmsilçisi bu gün 5-8-ci yerlər uğrunda matça çıxacaq.
Komandanın rəqibi Serbiya təmsilçisi "Borats" olacaq. Qarşılaşma Bosniya və Herseqovinada, Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.
Xatırladaq ki, "Sabah"ın U-14 komandası ötən gün B qrupunda Almaniyanın "Porşe BBA Lyudviqsburq" kollektivini məğlub edib -72:61. "Bayquşlar" ilk oyunda Bosniya və Herseqovina təmsilçisi "İqokea"ya 58:88 hesabı ilə uduzub.
Futzal üzrə Gürcüstan millisi yoldaşlıq oyununda Azərbaycan komandasının səhvlərini bağışlamayıb.
"Report" xəbər verir ki, bu barədə yığmanın üzvü Nihad İsmayılov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib.
O, Tbilisidə rəqibə 2:4 hesabı ilə uduzduqları matçla bağlı fikirlərini bölüşüb:
"Yaxşı oynadıq. Birinci hissədə qol vura bilməsək də, real imkanlar baxımından üstün idik. 6-7 epizodu boşa verdik. Dəyərləndirə bilsəydik, matçın gedişi fərqli olacaqdı. Əvəzində meydan sahibi komanda səhvlərimizi bağışlamadı. Çaşqınlıqdan istifadə edib, bir dəqiqə ərzində ardıcıl iki qol vuraraq üstünlük qazandılar. İkinci hissəyə fərqli başladıq. Bu dəfə qolu biz vurduq. Fasilədən sonra bərabər oyun oldu. Baş məşqçi komandaya cəlb edilən gənclərə də şans verdi. Əlbəttə, onlar dəvət olunublarsa və səfərə gətiriliblərsə, təcrübə toplamaq baxımından meydana çıxmaqları lazım idi. Onlar üçün yaxşı təcrübə oldu. Yoxlama oyunları da buna görə əhəmiyyətlidir".
N.İsmayılov bu rəqiblə yenidən üz-üzə gələcəklərini xatırladıb:
"Bu dəfə qələbə qazanan tərəf biz olarıq. Oyundan oyuna yaxşı tərəfdən seçilir komandamız. Yaxşı kollektivimiz var. Ab-hava da müsbətdir. Uşaqlar hesabda geri düşməyimizə rəğmən, ruhdan düşmədilər. Bu, fərqləndiriləcək məqamdır. Ardıcıl keçirəcəyimiz yoldaşlıq oyunları da irəliyə addım atmaq baxımından xeyrimizə olacaq".
Qeyd edək ki, Azərbaycan millisi aprelin 11-də eyni məkanda Gürcüstanla ikinci dəfə görüşəcək. Ayın 13-ü və 15-də isə komanda Aktauda Qazaxıstan ilə yoldaşlıq matçları keçirəcək.
İngiltərənin "Arsenal" klubu baş məşqçisi Mikel Arteta ilə müqavilənin müddətini uzatmaq istəyir.
"Report" BBC-yə istinadən xəbər verir ki, tərəflər artıq yeni sözləşmə üçün ilkin danışıqlara start veriblər.
Proses müsbət istiqamətdə davam edir. London təmsilçisinin rəhbərliyi 44 yaşlı mütəxəssisin işindən razıdır.
Xatırladaq ki, Mikel Artetanın hazırkı müqaviləsi 2027-ci ilin yayınadək qüvvədədir. 2019-cu ildən "topçular"da işləyən ispaniyalı mütəxəssis debüt mövsümündə İngiltərə Kubokunu qazanıb. O, 2020 və 2023-cü ildə İngiltərə Superkubokuna da sahib çıxıb.
Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun futbolçusu Darvin Nunyes karyerasını yenidən Avropada davam etdirə bilər.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, "Yuventus" 26 yaşlı hücumçu ilə maraqlanır.
Turin təmsilçisinin yayda uruqvaylı forvard üçün təklif göndərəcəyini gözləyir.
Xatırladaq ki, Nunyesin "Əl-Hilal"la 2028-ci ilin yayınadək müqaviləsi var. O, cari mövsüm 24 matçda 16 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu daha əvvəl İngiltərədə "Liverpul"un formasını geyinib.
Yevlax Olimpiya İdman Kompleksində yeni cüdo zalı fəaliyyətə başlayıb.
Bu barədə "Report"a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
Bu münasibətlə təşkil olunan açılış mərasimində Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin rəisi Azad Gözəlov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Cavad Cavadov, Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov və digər rəsmilər iştirak ediblər.
Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yaradılan zal müasir standartlara uyğun tatamilərlə təchiz olunub. Ümumi sahəsi 200 kvadratmetr olan idman məkanında 200 nəfərin cüdo ilə məşğul olması üçün əlverişli şərait formalaşdırılıb. İdmançıların istifadəsi üçün paltardəyişmə otaqları və digər köməkçi sahələr də nəzərdə tutulub.
Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası son illərdə ölkənin müxtəlif bölgələrində yeni cüdo zallarının istifadəyə verilməsi, eləcə də mövcud idman infrastrukturunun gücləndirilməsi istiqamətində ardıcıl layihələr həyata keçirir.
Bakıda keçirilmiş ənənəvi "Böyük İpək Yolu" beynəlxalq turnirində qızıl medal qazanan Azərbaycan boksçuları Amin Məmmədzadə (55 kq) və Sübhan Mamedovun əsas hədəfi nüfuzlu yarışlarda da uğur qazanmaqdır.
A.Məmmədov yarışa çox yaxşı hazırlaşdığını söyləyib:
"Qalib gələcəyimə inanırdım. Üç döyüşdə qələbə qazanaraq qızıl medala sahib çıxdım. Böyüklər arasında Avropa çempionatında iştirak etmək niyyətindəyəm. Orada da medal qazanmaq və Azərbaycan bayrağını yüksəltmək istəyirəm".
S.Məmmədov da komanda yoldaşı kimi hazırlığın yüksək səviyyədə keçdiyini söyləyib:
"Hər üç qarşılaşmada rəqiblərimi məğlub etməyi bacardım. Bunun üçün sevinirəm. Artıq ikinci dəfədir ki, bu turnirdə çempionluq sevinci yaşayıram. Aprelin 20-də Braziliyada Dünya Kuboku keçiriləcək. Bu nəticəni orada da təkrarlamaq istəyirəm".
Xatırladaq ki, Azərbaycan millisi Bakı Boks Mərkəzində yarışda 21 medalla (6 qızıl, 5 gümüş, 10 bürünc) komanda hesabında birinci yeri tutub və "Böyük İpək Yolu" kubokuna yiyələnib. İkinci yerdə Qazaxıstan (3-5-7) qərarlaşıb, "üçlüy"ü Türkiyə (3-0-3) qapayıb.
"Qarabağ" Futbol Klubunun İdarə Heyətinin növbəti iclası keçirilib.
Bu barədə "Report"a Ağdam təmsilçisindən məlumat verilib.
Toplantıda klub prezidenti Tahir Gözel, vitse-prezident Fevzihan Aras, baş direktor və İdarə Heyətinin üzvü Emrah Çelikel, İdarə Heyətinin üzvü Asif Əsgərov və komandanın baş məşqçisi Qurban Qurbanov iştirak ediblər.
Görüş zamanı cari mövsümün gedişatı ətraflı şəkildə təhlil olunub, komandanın çıxışı, əldə edilən nəticələr və qarşıdakı oyunlarla bağlı hədəflər müzakirə edilib. Klubun idman nəticələri ilə yanaşı, təşkilati və idarəetmə məsələləri üzrə də geniş fikir mübadiləsi aparılıb.
İclasda eyni zamanda növbəti mövsümün planlaşdırılması əsas müzakirə mövzularından biri olub. Komandanın heyətinin gücləndirilməsi, infrastruktur layihələri, akademiyanın inkişafı və beynəlxalq arenada daha uğurlu çıxış üçün strateji istiqamətlər nəzərdən keçirilib.
İdarə Heyəti qarşıdakı dövrdə klubun dayanıqlı inkişafının təmin olunması, azarkeş məmnuniyyətinin artırılması və "Qarabağ" Futbol Klubunun həm ölkədaxili, həm də beynəlxalq yarışlarda uğurlarının davamlılığının təmin olunmasını prioritet kimi müəyyən edib.
Aprelin 8-13-ü aralığında Türkiyədə keçiriləcək oyunlarda "Beşiktaş" və "Qalatasaray"ın sabiq baş məşqçisi Mirça Luçeskunun xatirəsi anılacaq.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Bildirilib ki, 80 yaşında vəfat edən rumıniyalı mütxəsəssə görə matçlarda 1 dəqiqəlik sükut elan olunacaq.
Xatırladaq ki, son olaraq Rumıniya millisinin baş məşqçisi işləyən Mirça Luçesku ötən gün vəfat edib. Zəngin məşqçilik karyerası olan rumıniyalı mütəxəssis İtaliyanın "İnter", "Piza", "Breşiya", Türkiyənin "Qalatasaray", "Beşiktaş", Ukraynanın "Dinamo" (Kiyev) və "Şaxtyor" (Donetsk) komandalarına da rəhbərlik edib.
"Qarabağ" klubunun U-19 komandasında baxışda olan nigeriyalı futbolçular Onyema Fransis Çukvumoabim və Akinrefon Mikael Adetoro ölkələrinə qayıdırlar.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Ağdam təmsilçisinin Futbol Akademiyasının meneceri Nail Kərimov bildirib.
Onun sözlərinə görə, məşqçilər korpusu martda kollektivə qoşulan oyunçuları baxışdan keçiriblər:
"Onların növbəti mövsümün əvvəlində buraya gəlib-gəlməyəcəyi bir neçə məsələdən asılıdır. Hər şey planlaşdırıldığı kimi getsə, ola bilər ki, biri və ya ikisi də müqaviləyə dəvət olunsun".
N.Kərimov mövsümün əvvəlində heyətə cəlb edilən Muyideen Olude və Toheeb Abiodunla bağlı qərarın hələlik verilmədiyini söyləyib:
"Onların müqavilələri "1+1" illikdir. Növbəti mövsümdə bizi nələrin gözlədiyini hələlik bilmirik. Əvəzedici komandalarla bağlı qərarı gözləyirik. Həmin oyunçuların 19 yaşları artıq tamam olur. Növbəti mövsüm komandada qalsalar, ancaq Əvəzedicilər Liqasında oynaya biləcəklər. Bu çempionatla bağlı qərar veriləndən sonra bir qərara gəlib məsələni yekunlaşdıracağıq".
Misli Premyer Liqasının XXVI turunda "Turan Tovuz"la oyunda zədələnən "İmişli"nin qapıçısı Andrey Sinenkanın durumu müəyyənləşib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq bölgə təmsilçisindən bildirilib.
Belarusdan olan futbolçunun tibbi müayinəsi zamanı aşağı ətrafın addüktor əzələlərinə aldığı zərbə nəticəsində ağrı, şişlik və hərəkət məhdudiyyəti aşkarlanıb.
"Ona "bud addüktor əzələlərinin kontuziyası" diaqnozu qoyulub. Mövcud kliniki vəziyyət nəzərə alınaraq, funksional bərpanın təmin edilməsi və idmançının optimal fiziki vəziyyətə qaytarılması məqsədilə qapıçı 5-8 seanslıq fizioterapiya müalicəsinə cəlb olunub".
Xatırladaq ki, "İmişli" - "Turan Tovuz" oyununda qalib müəyyənləşməyib. Andrey Sinenkanı 83-cü dəqiqədə Hüseynəli Quliyev əvəzləyib.
Misli Premyer Liqasında məhsuldar turlar seriyası davam edir.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, XXVI turda 23 qol vurulub və orta məhsuldarlıq 3,83-ə bərabər olub
Bu göstərici ardıcıl 4-cü dəfə 3 və ya daha yüksək olub. XXIII turda 21 (3,50), XXIV turda 19 (3,17), XXV turda 18 (3,00) qol vurulub.
III dövrənin startından yaşanan bu məhsuldarlıq seriyası Azərbaycan çempionatlarının yüksək dəstəsində XXI əsrin rekordudur.
Daha uzun seriya 2000/2001 mövsümünün ilk yarısına təsadüf edib. Həmin vaxt II-VIII turlarda ardıcıl 7 dəfə orta məhsuldarlıq 3 və ya daha yüksək olub. Sonrakı illərdə isə belə seriyalar 3 turdan uzun sürməyib.
"Araz-Naxçıvan"ın futbolçusu Felipe Santos Misli Premyer Liqasında 25-ci qolunu vurub.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı legioner buna XXVI turda "Sabah"a uduzduqları (2:4) matçda nail olub.
Hücumçu 109-cu oyununda "25"ə çatıb. Turnirdə 2021/2022 mövsümündə debüt edən vinger üç klubda forma geyinib.
Santos "Şamaxı"da 6 (21 oyunda), "Qəbələ"də 3 (35 oyunda), "Araz-Naxçıvan"da 16 (53 oyunda) qola imza atıb. Felipe turnirin tarixində 25 və ya daha çox qol vuran 131-ci futbolçudur.
Cənubi amerikalı eyni sayda qola imza atan Elvin Məmmədov, Ramazan Abbasov, Yaşar Hüseynov, Yaşar Vahabzadə, Nurlan Novruzov, Elçin Rəhmanov, Bəxtiyar Sadıqov, Zohair Benouahi, Robertas Poşkus, Draqan Çeran, Ülvi İsgəndərov və Toral Bayramova çatıb.
Almaniyanın "Bavariya" klubunun qapıçısı Manuel Noyer Lionel Messinin UEFA Çempionlar Liqasındakı rekordunu təkrarlayıb.
"Report"un "Opta"ya istinadən məlumatına görə, 40 yaşlı qolkiper buna İspaniyada "Real"a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda nail olub.
Noyer Münhen təmsilçisinin heyətində bu turnirdə 136-cı dəfə start heyətində meydana çıxıb. O, bir komandada bunu bacaran oyunçular arasında ilk "üçlük"dədir.
Daha əvvəl Messi (136 oyun) "Barselona" forması ilə buna nail olub. Mütləq rekord "Real"ın sabiq qapıçısı İker Kasilyasa məxsusdur - 149 oyun.
Xatırladaq ki, 2011-ci ildən "Bavariya"da çıxış edən Manuel Noyer cari mövsüm bütün turnirlərdə 31 qarşılaşmada meydanda olub.
UEFA Avropa Liqasında 1/4 final mərhələsinə bu gün start veriləcək.
"Report" xəbər verir ki, ilk oyun günündə bir matç baş tutacaq.
İspaniya təmsilçisi "Betis" Portuqaliyada "Braqa"nın qonağı olacaq. Qarşılaşma "Estadio Municipal de Braga"da, Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Xatırladaq ki, raundun digər qarşılaşmaları aprelin 9-da keçiriləcək.
Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə bu gün start veriləcək.
"Report" xəbər verir ki, raundun hər iki qarşılaşması eyni gündə baş tutacaq.
İlk olaraq saat 16:00-da "Gəncə" "Turan"la üz-üzə gələcək. Saat 18:00-da isə "Milli Aviasiya Akademiyası" "DH Volley" ilə münasibətlərə aydınlıq gətirəcək.
Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.
Tərəflər arasında ikinci görüşlər aprelin 11-i və 13-də baş tutacaq.
Qeyd edək ki, reqlamentə əsasən, yarımfinal mərhələsi ev və səfər prinsipi ilə iki oyundan ibarət olacaq. Nəticəyə əsasən komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün "qızıl set" oynanılacaq.
Bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə cəmi bir oyundan ibarət olacaq.
"Gəncə" basketbol komandası mövsümü ən yaxşı yerdə bitirmək istəyir.
"Report" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin baş məşqçisi Halil Atlı klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
Türkiyəli mütəxəssis "Lənkəran"ı 101:77 hesabı ilə üstələdikləri Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ikinci oyunundan sonra fikirlərini bölüşüb:
"Növbəti rəqibimiz "Ordu"dur. Oyun-oyun düşünüb, addım-addım hədəfimizə doğru irəliləyəcəyik. Mövsümü ən yaxşı yerdə bitirmək istəyirik".
H.Atlı bugünkü qarşılaşmadan sonra rəqibi də təbrik edib:
"Xüsusən də baş məşqçi Georgi Kondruseviçi təbrik etməliyəm. Bilirəm ki, iki mövsümdür ağır şərtlər altında iş görməyə çalışır. Sıxıntılı dövrlərdən keçdilər. Buna baxmayaraq, komanda bura qədər gəlib çıxdı. Onlar üçün mövsüm tamamlandı. Biz yolumuza davam edirik. Oyunda bütün rotasiyamızdan istifadə etməyə çalışdıq. Hamı qələbədə pay sahibi oldu, xoşbəxtəm".
Xatırladaq ki, komandalar arasında ilk görüşdə də "Gəncə" rəqibini üstələmişdi - 91:55.
"Turan Tovuz" "İmişli" ilə oyunda vacib xallar itirb.
"Report" xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Kurban Berdıyev mətbuat konfransında bildirib.
Mütəxəssis Misli Premyer Liqasının XXVI turunda "İmişli" ilə bərabərə qaldıqları matçla bağlı fikirlərini bölüşüb:
"Birinci hissədə çox pis oynadıq. Birinci hissənin son dəqiqələrində, demək olar ki, heç nədən qol buraxdıq. İkinci hissədə fəallığı bir qədər artırdıq. Amma ikinci qolu vurmaq üçün bəzi şeylər çatmadı. Təəssüflər olsun ki, çox vacib xallar itirdik".
Xatırladaq ki, qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb.
Almaniyanın "Bavariya" klubunun futbolçusu Leon Qoretska karyerasını İtaliyada davam etdirə bilər.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, "Yuventus" 31 yaşlı yarımmüdafiəçi ilə maraqlanır.
Turinlilər oyunçunu azad agent kimi heyətinə qatmaq niyyətindədir.
Bundan əlavə, "Milan" və İspaniyanın "Atletiko" klubu da futbolçunu transfer etmək istəyir.
Xatırladaq ki, Leon Qoretskanın Münhen təmsilçisi ilə müqaviləsinin müddəti bu yay bitir. O, cari mövsüm bütün turnirlərdə 38 oyuna 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Azərbaycan millisinin sabiq basketbolçusu Zaur Paşayev baş məşqçi kimi işləmək istəyir.
42 yaşlı oyunçu bu barədə "Report"a açıqlamasında bildirib.
O, cari mövsüm "Quba" komandasının heyətində elə də pis oynamadığını söyləyib:
"Düşünürəm ki, bir mövsüm də oynaya bilərəm. Amma baş məşqçi kimi işləmək istəyirəm. Yaxşı təklif olsa, baş məşqçi kimi çalışmağa hazıram. Mayın sonunda, iyunun əvvəlində tam bəlli olacaq. Olmasa, bir il yenə oynaya bilərəm. İki il əvvəl ikinci məşqçi kimi fəaliyyət göstərmişəm. Artıq baş məşqçi kimi çalışmağın vaxtıdır. Burada çətin iş yoxdur. Ötən il "Sabah"da baş məşqçi Rimas Kurtinaytisin köməkçisi kimi çalışmaq istəyirdim. O, çox təcrübəli mütəxəssisdir və zəngin karyerası var. Amma karyeramı davam etdirdim. Bu komandada da məşqçilər heyəti artıq formalaşmışdı".
Z.Paşayev Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində "Şəki"yə uduzduqları oyunlara da toxunub:
"Rəqib A qrupunda, biz isə B qrupunda mübarizə aparırdıq. Onların büdcəsi nisbətən daha böyükdür, oyunçuları daha keyfiyyətlidir. Buna baxmayaraq, müntəzəm mövsümdə yaxşı çıxış etmişik. Pley-ində "Naxçıvan"la düşməyimizi istəyirdim. Müntəzəm mövsümdə onlardan 3 xal öndə idik, son anda bizi keçdilər. Bizimlə sonuncu oyunu əlavə vaxta apardılar, sonra həmin görüşdə uduzduq. Pley-ində onlarla mübarizə apara bilərdik. Həmişə başabaş oynamışıq. "Şəki" isə mövsüm ərzində "Sabah", "Abşeron Lions" və "Neftçi" kimi komandalarla üz-üzə gəlib. Bizim ehtiyat oyunçularımız da, demək olar ki, yox idi. Həm də basketbolçuların keyfiyyəti hiss olunurdu. Bir sözlə, alınmadı. Sonunu gətirə bilmədik".
Qeyd edək ki, "Quba" pley-in mərhələsində keçirdiyi hər iki oyunda "Şəki"yə uduzub - 89:101, 77:120.
"Sabah" futbol klubunun U-14 komandası üçün əsas nəticə deyil, təcrübə qazanmaqdır.
Bu barədə "Report"a komandanın baş məşqçisi Nasir Nəsirli açıqlamasında bildirib.
Mütəxəssis Türkiyənin Antalya şəhərində keçirilmiş "Antalya City Friendship Cup" beynəlxalq turnirinin qalibi olmaları ilə bağlı fikirlərini bölüşüb:
"Yarış çox yaxşı və yüksək səviyyədə keçirildi. Maraqlı oyunlar alındı. Bu yaş qrupu üçün əsas nəticə yox, təcrübə qazanmaqdır. Təşkilatçılıq da yüksək səviyyədə idi. Oyunların keçirildiyi stadionlarda şərait çox yaxşı idi. Meydanların keyfiyyəti də yaxşıdır. Komandanın turnirdə çıxışından razı qaldım".
N.Nəsirli bəzi səhvlərinin olduğunu gizlətməyib:
"Amma nəzərə alaq ki, bu uşaqların cəmi 14 yaşı var. Səhvlərin olması da normal haldır. Əsas odur ki, belə oyunlarda səhvləri görürük və bu da çalışaraq onları aradan qaldırmağa imkan verir. Bu il ikinci dəfə beynəlxalq turnirdə iştirak etdik. Bu da uşaqlarda oyun təcrübələrinin artmasında mühüm rol oynayır və onların daha məsuliyyətli, daha intizamlı oynamasına şərait yaradır".
Xatırladaq ki, "Sabah"ın U-14 komandası qrup mərhələsində Türkiyənin "Manavqat" (4:0), "TSI Academy" (7:1) və "Göztepe" (6:1) kollektivlərini məğlub edib.
Komanda yarımfinalda meydan sahibi ölkənin "Kardelenspor" (5:1) kollektivini üstələyərək həlledici matça vəsiqə qazanıb. Final oyununda Azərbaycanı təmsil edən "Young Pro"ya 3:0 hesabı ilə qalib gələn "Sabah" turniri çempion kimi başa vurub.
İspaniyanın "Real" klubu Xorvatiya millisinin futbolçusu Yosip Stanişiçlə maraqlanır.
"Report" "Fichajes"ə istinadən xəbər verir ki, Madrid təmsilçisi Almaniyanın "Bavariya" komandasında çıxış edən 26 yaşlı cinah müdafiəçisini Dani Karvahalın potensial əvəzedicisi kimi nəzərdən keçirir.
"Kral klubu"nun rəhbərliyi bu mövqeyi tezliklə doldurmağa çalışır. Stanişiç həmin cinaha prioritet namizəd hesab edilir. Xorvatiyalı oyunçunun Trent Aleksandr-Arnoldla rəqabət aparacağı gözlənilir.
Lakin "Bavariya" müdafiəçini uzunmüddətli layihənin bir hissəsi hesab edir və onunla vidalaşmaq barədə düşünmür. Futbolçunun müqaviləsinin müddətinin 2029-cu ilin yayınadək olması Münhen təmsilçisinin mövqeyini gücləndirir.
Xatırladaq ki, Yosip Stanişiç cari mövsüm bütün turnirlərdə 31 matçda 3 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Azərbaycan I Liqasında çıxış edən "Səbail"in baş məşqçisi Adil Şükürov dörd oyunluq cəza alıb.
"Report" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi (İK)) qərar çıxarıb.
Buna mütəxəssisin XX turda "Baku Sportinq"lə oyunun 65-ci dəqiqəsində ikinci sarı vərəqəni aldıqdan sonra hakimləri təhqir etməsi səbəb olub. A.Şükürovun bu hərəkətinə görə klub 3000 manat cərimə tətbiq edilib.
Bundan əlavə, komandanın azarkeşləri də referilərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndiriblər. "Səbail" buna görə isə 1500 manat ziyana düşüb.
İK "Mingəçevir"i isə 1500 manat cərimələyib. Bölgə klubu "Şəfa" ilə görüşdən sonra meydana kənar şəxslərin daxil olmasına görə bu məbləği ödəməli olacaq. Bu hal cari mövsümdə ikinci dəfə təkrarlanıb.
"Şəfa" isə beş futbolçu sarı vərəqə aldığı üçün 210 manat cərimə olunub.
"Sabah" basketbol klubunun U-18 komandası bu gün gənclər arasında Çempionlar Liqasında mübarizəyə start verir.
"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi B qrupundakı ilk oyununda Bosniya və Herseqovinanın "İqokea" kollektivi ilə üz-üzə gələcək.
Qarşılaşma Laktasi şəhərində, Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Azərbaycan təmsilçisi qrupdakı növbəti oyununu sabah "Porşe BBA Lyudviqsburq"a (Almaniya) qarşı keçirəcək.
Xatırladaq ki, reqlamentə əsasən, qrup qalibləri yarımfinala vəsiqə qazanacaq. İkinci yeri tutanlar 5-8, sonuncu yerin sahibləri isə 9-12-ci yerlər uğrunda mübarizə aparacaqlar.
Futbol üzrə İtaliya millisi hələ də öz tarixi və nüfuzu ilə yaşayır, ən narahatedici məqam da budur.
Bu sözləri "Report"a açıqlamasında "Araz-Naxçıvan"ın fiziki hazırlıq üzrə italiyalı məşqçisi Rikkardo De Vivo deyib.
Bölgə təmsilçisində baş məşqçi Andrey Demçenkonun köməkçisi dördqat dünya çempionu olan yığmanın bu il keçiriləcək mundiala vəsiqə qazana bilməməsi ilə bağlı fikirlərini bölüşüb:
"Narahatedici məqam odur ki, İtaliya hələ də öz tarixi və nüfuzu ilə yaşayır. Lakin tarix matçlarda qalib gəlmir. Bir məqamda nüfuz yenilənmə ilə uyğunlaşdırılmalıdır və bu yenilənmə kifayət qədər sürətli baş verməyib. Daha bir məyusedici hal İtaliyanın ardıcıl üçüncü dəfə mundiala gedə bilməməsidir. Söhbət dörd dəfə dünya çempionu olan və illər ərzində çox yaxşı oyunçular yetişdirən bir ölkədən gedir. İtaliyanın çox zəngin futbol tarixi var. Təəssüf ki, bu, yalnız tarixə çevrilib, çünki hazırda tanıdığımız İtaliyadan çox uzaqdayıq. Komandanın mundiala vəsiqə qazana bilməməsinə baxanda düşünürəm ki, ən böyük səhv bunu təcrid olunmuş bir çöküş kimi qəbul etməkdir. Lakin belə deyil. Bu, yalnız bir məşqçi, bir pis oyun və ya bir uğursuz kampaniya ilə bağlı olmamalıdır. Bu, İtaliya futbolundakı daha dərin struktur problemini əks etdirir".
Rikkardo De Vivo İtaliya futbolundakı əsas problemdən söz açıb:
"Mənim üçün əsas problem odur ki, İtaliya artıq ən yüksək beynəlxalq səviyyədə, xüsusən də hücum zonalarında fərq yarada biləcək kifayət qədər yüksək səviyyəli oyunçu yetişdirmir. Komandanın hələ də taktiki intizamı, ənənəsi və qüruru var, lakin müasir futbol sürət, yaradıcılıq, atletiklik və matçları fərdi olaraq həll edə bilən oyunçular tələb edir. İtaliyanın uğursuz olduğu yer budur. Eyni zamanda, daha geniş bir kimlik məsələsi də var. Keçmişdə, hətta İtaliya ən istedadlı komanda olmasa belə, çox aydın bir düşüncə tərzinə və güclü rəqabət DNT-sinə malik idilər. Bu gün komanda tez-tez qeyri-müəyyən görünür, sanki köhnə kimliyini qorumağa çalışmaqla yeni bir istiqamətə tam sadiq qalmadan modernləşməyə çalışmaq arasında qalır".
Onun sözlərinə görə, milli komanda daha geniş sistemdəki problemlərin bədəlini ödəyir:
"Daxili çempionatda gənc oyunçular ardıcıl olaraq inkişaf etmirlərsə, onlara məsuliyyət verilmirsə və onlar elit beynəlxalq futbola hazırlanmırsa, gec-tez milli komanda əziyyət çəkir. İndi gördüklərimiz ayların deyil, illərin nəticəsidir. Beləliklə, mənim fikrimcə, İtaliyanın əsas problemi yalnız texniki və ya taktiki deyil. Bu, struktur problemdir. Milli komanda oyunçu inkişafında, uzunmüddətli planlaşdırmada və futbol mədəniyyətində daha dərin zəifliklərin yalnız son ifadəsidir".
Xatırladaq ki, İtaliya millisi pley-off mərhələsinin final matçında Bosniya və Herseqovina yığması ilə bacarmayıb.
İngiltərənin "Arsenal" klubu İspaniya təmsilçisi "Barselona"da çıxış edən Dani Olmonu heyətinə qatmaq istəyir.
"Report"un "Fichajes"ə istinadən verdiyi məlumata görə, "topçular" yayda 27 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalamaq niyyətindədir.
London klubu bunun üçün oyunçunu razı salmağa çalışır. "Arsenal" Olmo üçün qarşı tərəfə rəsmi təklif göndərməyə də hazır olub. Lakin İspaniya millisinin üzvü Kataloniya təmsilçisindən ayrılmaq istəmədiyini bildirib. Buna baxmayaraq, ingilislərin ona marağı qalmaqdadır. Klub skautları vəziyyəti izləməyə davam edəcəklər.
Xatırladaq ki, Dani Olmonun "Barselona" ilə müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir. O, cari mövsüm bütün turnirlərdə 39 oyuna 8 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə bu gün start veriləcək.
"Report"un məlumatına görə, raundun hər iki oyunu eyni gündə keçiriləcək.
Saat 16:00-da "Murov Az Terminal" "Xilasedici" ilə qarşılşacaq. Saat 18:00-da isə "Ordu" "Neftçi" ilə münasibətlərə aydınlıq gətirəcək. Komandalar arasında ikinci matçlar isə aprelin 14-də baş tutacaq.
Matçlar Fövqəladə Hallar Nazirliyinin (FHN) idman zalında təşkil olunacaq.
Qeyd edək ki, reqlamentə əsasən, yarımfinal mərhələsi ev və səfər prinsipi ilə iki oyundan ibarət olacaq. İki qarşılaşmanın nəticəsinə görə komandaların qələbə sayı bərabər olarsa, qalibi müəyyənləşdirmək üçün "qızıl set" oynanılacaq. Bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar isə cəmi bir oyundan ibarət olacaq.
Misli Premyer Liqasında XXVI tura bu gün yekun vurulacaq.
"Report"un məlumatına görə, sonuncu oyun günündə üç matç keçiriləcək.
İlk olaraq "Turan Tovuz" "İmişli"nin qonağı olacaq. Qarşılaşma Quba Olimpiya İdman Kompleksinin stadionunda, saat 15:00-da start götürəcək. Tovuz təmsilçisi 48 xalla üçüncü, meydan sahibləri 22 xalla doqquzuncu pillədə qərarlaşıb.
Ardınca "Zirə" "Şamaxı"nı qəbul edəcək. Görüş Zirə İdman Kompleksinin stadionunda, saat 17:15-də başlayacaq. "Qartallar" 42 xalla dördüncü, bölgə klubu 30 xalla səkkizincidir.
Tura Bakıda yekun vurulacaq. "Sabah" "Araz-Naxçıvan"la münasibətlərə aydınlıq gətirəcək. Oyun "Liv Bona Dea Arena"da, saat 19:30-da start götürəcək. Çempionatın lideri "Sabah"ın 62 xalı var. Naxçıvan təmsilçisi 39 xalla altıncıdır.
Xatırladaq ki, daha əvvəl "Qəbələ" "Kəpəz"i (2:0), "Neftçi" "Sumqayıt"ı (3:1), "Qarabağ" "Karvan-Yevlax"ı (7:0) məğlub edib.
Qazaxıstan təmsilçisi "Astana" ilə yoldaşlıq oyunları "Sabah" basketbol komandası üçün faydalı olub.
"Report" xəbər verir ki, bu barədə Bakı təmsilçisinin baş məşqçisi Rimas Kurtinaytis klubun mətbuat xidmətinə açıqlamasında bildirib.
Litvalı mütəxəssis Bakı İdman Sarayında 94:83 hesabı ilə qalib gəldikləri ikinci görüşdən sonra fikirlərini bölüşüb:
"Müntəzəm mövsümü ilk sırada bitirdiyimizdən digər klublara nisbətən bir qədər çox istirahət etmək imkanımız yaranır. Bu bir tərəfdən yaxşı olsa da, digər tərəfdən basketbolçular oyun ritmini itirə bilərlər. Bu səbəbdən də yaranmış fasilə zamanı Qazaxıstanın "Astana" klubu ilə yoxlama oyunları keçirməyi qərara aldıq. Düşünürəm ki, bu matçlar pley-off öncəsi faydalı oldu".
R.Kurtinaytis bu oyunlardan sonra bir qədər istirahət edəcəklərini sözlərinə əlavə edib:
"Azərbaycan Basketbol Liqasının pley-off mərhələsində ilk oyunumuzun tarixi müəyyənləşdən sonra buna uyğun hazırlıq planı tərtib edəcəyik. Ümumi götürsək, oyun keyfiyyətindən razı qaldım. Bəzi basketbolçularımızın mikrozədələri var idi. Bu səbəbdən onların xidmətindən yararlanmadıq. Hər il olduğu kimi, bu mövsüm də Azərbaycan çempionu titulunu qorumaq uğrunda mübarizə aparacağıq".
Qeyd edək ki, komandalar arasında aprelin 4-də keçirilən ilk matçda "Astana" 110:102 hesablı qələbə qazanıb.
İtaliyanın "Napoli" klubunun futbolçusu Rasmus Heylunn karyerasını İspaniya təmsilçisi "Barselona"da davam etdirə bilər.
"Report" "Barça Universal"a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi uğurlu mövsüm keçirən 23 yaşlı hücumçu ilə yaxından maraqlanır.
Klub rəhbərliyi danimarkalı forvardı bəyənir və onun komandaya xeyir verəcəyinə inanır.
Xatırladaq ki, müqavilə ilə İngiltərənin "Mançester Yunayted" klubuna məxsus olan Rasmus Heylunn cari mövsüm 37 oyunda 14 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Azərbaycan sumoçularının Bakıda keçiriləcək dünya çempionatında bütün kateqoriyalarda təmsil olunacaqları planlaşdırılır.
Bu barədə "Report"a Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasının baş katibi Elşad Kərimov açıqlamasında bildirib.
O, yarışın hazırlıqlarına başladıqlarını sözlərinə əlavə edib:
"İştirakçı ölkələr hər il dünya çempionatına qatılanlar olacaq. Tam dəqiq məlumat olanda ictimaiyyətə açıqlanacaq. Biz meydan sahibi kimi mövcud olan bütün kateqoriyaların hamısında iştirak etməyi planlaşdırırıq. Hazırda hansı sumoçularımızın qatılacağını deyə bilmərik. Çünki hələlik seçim mərhələsindəyik. Amma turnirdə hədəflərimiz böyük olacaq".
Baş katib yarışı yüksək səviyyədə təşkil edəcəklərini vurğulayıb:
"Azərbaycan beynəlxalq turnirlərin təşkilatçılığı ilə bağlı həmişə seçilən ölkələr sırasında yer alıb. Bakıdakı dünya çempionatı da yaddaqalan yarışlardan olacaq".
Qeyd edək ki, sumo üzrə dünya çempionatı bu il oktyabrın 17-18-də Bakı İdman Sarayında keçiriləcək.
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirilən "Turan Tovuz" - "Zirə" oyununda mübahisəli epizodlarla bağlı fikirlərini bölüşüb.
"Report" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, sədr FIFA referisi Əliyar Ağayevin iki epizodda səhv qərar verdiyini bildirib.
Xatırladaq ki, "Zirə" "Turan Tovuz"u iki cavabsız qolla üstələyib. "Qarabağ" - "Sabah" matçında qalib müəyyənləşməyib - 2:2. Cavab görüşləri aprelin 21-22 apreldə olacaq.
Avropa Cüdo Birliyi (EJU) Gəncədə yeniyetmələr arasında keçirilmiş Avropa Kubokunun təşkilatçılığını yüksək qiymətləndirib.
Bunu "Report"a açıqlamasında Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırov deyib.
O, iştirakçı ölkələrin və EJU-nun təşkilatçılıqdan razı qaldığını söyləyib:
"Onlar turnirin ən yüksək səviyyədə keçirildiyini bildiriblər. Həm qonaqpərvərlik və təşkilatçılıqdan, həm də hakimlərin idarəçiliyindən razı qalıblar. Bu, bizim üçün sevindirici haldır. Yarış Gəncə İdman Sarayında gerçəkləşdi. Bu, ölkəmizdə ən gözəl idman qurğularından biridir".
N.Bağırov Azərbaycan cüdoçularının çıxışına da toxunub:
"Komandamız 24 medal qazandı. Bu, sonuncu yarışımız deyil. Avropa Kubokunun böyük əhəmiyyəti var idi. Bunu seçim yarışı kimi qəbul edirik. Gələcəkdə başqa turnirlər olacaq. Daha sonra Avropa və dünya birincilikləri üçün heyət formalaşacaq. Komanda pis çıxış etmədi, 3 qızıl, 6 gümüş və 16 bürünc medala sahib çıxdıq. İdmançılarımızın potensialı böyükdür. Bundan da yaxşı çıxış edə bilərdilər. Sadəcə, hələlik cüdoçuların keçid dövrüdür və tam formada deyillər".
ACF rəsmisi Avropa Kubokunun hər il bölgələrdə keçirildiyini xatırladıb:
"Daha əvvəl Göygöl və Qubada belə yarışlar təşkil etmişik. Federasiya regionlarda cüdonun inkişafı ilə bağlı işlər görür".
Xatırladaq ki, Azərbaycanın yeniyetmə cüdoçuları Avropa Kubokunda 24 mükafatla (3 qızıl, 6 gümü, 16 bürünc) medal sıralamasında ikinci yeri tutub. Qazaxıstan 26 medalla (9 qızıl, 6 gümüş, 11 bürünc) birinci olub.
Xankəndi şəhəri istiqamətindəki yolda qəzaya düşən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədovun aprelin sonuna kimi Bakıda yenidən əməliyyat olunacaq.
Bu barədə "Report"un sorğusuna cavab olaraq PFL-in Media və marketinq direktoru Sənan Abdullayev bildirib.
Onun sözlərinə görə, E.Səmədovun vəziyyəti normaldır və onun müalicəsi davam edir.
Xatırladaq ki, hadisə 2023-cü il dekabrın 16-da Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində baş verib. Bakı şəhər sakini Rasim Qafarlının idarə etdiyi "Mercedes Vito" markalı avtomobil Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. Nəticədə PFL prezidenti Elxan Səmədov, vitse-prezident Aslan Şahgəldiyev, icraçı direktor Zaur Hacı-Məhərrəmov, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov və sürücü Rasim Qafarlı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisədən sonra E.Səmədov bir neçə dəfə əməliyyat olunub.
Azərbaycan təmsilçiləri Sloveniyanın Portoroj şəhərində keçirilmiş yelkənli qayıq üzrə "Sailing Point Easter Regatta 2026" beynəlxalq turnirində çıxış ediblər.
Azərbaycan Su İdman Növləri Federasiyasından "Report"a verilən məlumata görə, komanda üzvlərindən heç biri medalçılar sırasına düşə bilməyib.
Kamal Bəşirli (14 yaş) "Qızıl" qrupda, Emel Məmmədli, Furkan Mustafayev və Səma Mansurzadə "Gümüş" qrupda, Amira Bayramova "Bürünc" qrupda, Amin Cəlilzadə isə "Zümrüd" qrupda mübarizə aparıblar.
Azərbaycan Badminton Federasiyası (ABF) ilə Dünya Badminton Federasiyasının birgə əməkdaşlığının nəticəsi olaraq "BWF Membership Grants" layihəsi çərçivəsində ölkəmizdə həyata keçirilən "Shuttle Time" proqramı bu dəfə Lənkəranda təşkil olunub.
Layihənin əsas məqsədi Azərbaycanda badmintonun kütləviliyinə nail olmaq, məktəblilər arasında bu idman növünə maraq oyatmaq və gənc badminton məşqçiləri yetişdirməkdir.
Lənkəran Şəhər Olimpiya İdman Kompleksində keçirilən məşqlərə 60 məktəbli qatılıb.
Məktəblilərə ilk olaraq badmintonun qaydaları izah olunub, sonra məşqlərə start verilib.
Layihənin tətbiqi cari ildə daha öncə Gəncə və Şirvan şəhərlərində icra olunub.
"Shuttle Time" proqramı Dünya Badminton Federasiyasının, Avropa Badminton Konfederasiyasının, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin və Elm və Təhsil Nazirliyinin birgə dəstəyi ilə həyata keçirilir.
İngiltərənin "Liverpul" klubunun baş məşqçisi Arne Slot cari mövsümün sonunda komandadan ayrılacaq.
"Report" "Indykaila News"a istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssis bu barədə könüllü olaraq qərar verib.
O, Mersisayd təmsilçisinin rəhbərliyi ilə məsələ barədə razılığa gəlib. Niderlandlı baş məşqçi mövsümün sonunadək vəzifəsində qalacaq. Bu posta ispaniyalı Xabi Alonsonun gətiriləcəyi gözlənilir.
Xatırladaq ki, Arne Slotun "Liverpul"la müqaviləsinin müddəti 2027-ci ildə başa çatacaq. Komanda hazırda İngiltərə Premyer Liqasında beşinci pillədə qərarlaşıb.
Misli Premyer Liqasında XXVI turun daha bir oyunu bu gün keçiriləcək.
"Report" xəbər verir ki, günün yeganə matçında "Qarabağ" "Karvan-Yevlax"la üz-üzə gələcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:00-da başlayacaq.
Çempionluq iddiasını davam etdirən Ağdam klubu 52 xalla ikincidir. Yevlaxlılar 8 xalla sonuncu - 12-ci sırada yer alıb.
Xatırladaq ki, tura aprelin 7-də yekun vurulacaq. Ötən gün "Qəbələ" səfərdə "Kəpəz"i (2:0), "Neftçi" "Sumqayıt"ı (3:1) məğlub edib.
Azərbaycanın yeniyetmə cüdoçuları Gəncədə keçirilən Avropa Kubokunu 24 medalla başa vurublar.
"Report"un yarışa ezam olunan əməkdaşının məlumatına görə, Gəncə İdman Sarayındakı turnirin ikinci günündə daha 11 idmançı mükadatçılar sırasına düşüb.
Yusuf Nəzər (73 kq) və Yaqub Məmmədov (81 kq) qızıl, Sadiq Məmmədov (73 kq) gümüş medala sahib çıxıb.
Akif Məmmədli (73 kq), Polad Həsənli Amin Mehdiyev (hər ikisi 81 kq), Ömər Axundov, Nurəddin Əliyev (hər ikisi 90 kq), Hüseyn Hüseynov, Tamerlan Əliyev (hər ikisi +90 kq), Məsumə Məmmədli (70 kq) bürünc mükafat qazanıblar.
Xatırladaq ki, ilk gündə Azərbaycanın yeniyetmə cüdoçuları 13 medal qazanıblar.
Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə bu gün start veriləcək.
"Report"un məlumatına görə, əvvəlcə "Turan Tovuz" "Zirə" ilə üz-üzə gələcək.
Qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 17:30-da start götürəcək.
Ardınca turnirin son qalibi "Sabah" "Qarabağ"la münasibətlərə aydınlıq gətirəcək. Görüş Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da başlayacaq.
Xatırladaq ki, raundun cavab matçları aprelin 21-22-də keçiriləcək.
Azərbaycan yeniyetmə oğlanlardan ibarət cüdo millisindən Gəncədə keçiriləcək Avropa Kubokunda yaxşı nəticə gözlənilir.
Bu barədə "Report"a komandanın baş məşqçisi Emin İskəndərov açıqlama verib.
O, yarışdan əvvəl təlim-məşq toplanışının sonuncu mərhələsini başa vurduqlarını söyləyib:
"Avropa Kuboku mərhələlərinə yaxşı hazırlaşmışıq. Daha əvvəl Almaniyanın Bremen şəhərində Beynəlxalq Masters Turnirində idmançılarımız yaxşı çıxış etdilər. Orada toplanış da baş tutdu. 700-dən çox cüdoçu var idi. Rəqabət güclü idi və cüdoçularımız özlərini yaxşı tərəfdən göstərə bildilər. Bu, bizi qane etdi. Ümid edirəm ki, orada əldə etdiyimiz təcrübə ilə Gəncədə yaxşı nəticə qazana biləcəyik. Komandanın intizamı, psixoloji durumu, əhval-ruhiyyəsi bizi qane edir".
E.İskəndərov millinin heyətinə yeni cüdoçuların cəlb olunacağını söyləyib:
"Yığmanın heyətində ötən ildən 7-8 idmançı qalıb, digərləri isə yenidir. Lakin həmin uşaqları ötən ildən hazırlayırdıq. Təlim-məşq toplanışlarına qatılırdılar. Onlar da milliyə düşə bildilər. Gəncədə təşkil olunacaq Avropa Kubokunda da yeni adlar görəcəyik. Bu il əvvəlki vaxtlara nisbətən regionlardan yeni "nəfəslər" də var. Mingəçevir, Gəncə, Zaqatala və digər bölgələrdən cüdoçular cəlb edilir. Bu isə inkişafın olduğunu göstərir. Bu idmançılardan da gözləntilərimiz böyükdür".
Mütəxəssis Avropa Kubokunda iştirak edəcək rəqibləri təhlil etdiklərini deyib:
"Heyətlərə baxmışıq, onları təhlil etmişik. Qazaxıstan əsas heyətlə gəlir. Gürcüstanda da əsas heyət üzvləri var. Onlarda da bizim kimi milli komanda üçün seçim gedir. Rəqibləri zəif hesab etmirik. Güclü olan qalib gələcək. Gəncədəki yarışdan iki həftə sonra Almaniyanın paytaxtı Berlində gerçəkləşəcək Avropa Kubokuna qatılacağıq. Ondan sonra da seçim yarışlarımız olacaq. Nəticə verənlər Avropa və dünya çempionatına aparılacaq".
Baş məşqçi bu il Avropa və dünya çempionatındakı hədəflərdən söz açıb:
"Ümid edirik ki, bu il Avropa və dünya çempionlarımız olacaq. Hər məşqçinin hədəfi odur. Bu il buna ümid edirik. Ötən il gözləntilərimiz çox idi. Avropa çempionatında üç qızıl medal qazandıq. Dünya çempionatında bu nəticəni təkrarlaya bilmədik, uşaqlarda alınmadı. Amma bu il məsuliyyətlə bunun üzərində işləmişik. Hər iki yarışda qızıl medalın olması üçün çalışacağıq".
Xatırladaq ki, Avropa Kuboku aprelin 4-5-də Gəncə İdman Sarayında keçiriləcək.
Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatında 9 ölkənin iştirakı təsdiqlənib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Beynəlxalq Çövkən Federasiyasından bildirilib.
Yarışda təşkilatçı Azərbaycanla yanaşı, Avropa zonasından Polşa, Malta, Afrikadan Nigeriya ilə Qana, Asiyadan Özbəkistan və Qazaxıstan, Cənubi Amerikadan Uruqvay və Çili yığmaları mübarizə aparacaq.
10 komandanın qatılacağı turnirdə növbəti kollektiv ya Avstraliya, ya da Şimali Amerika regionundan olacaq.
Xatırladaq ki, dünya çempionatı iyunun 7-13-ü aralığında Bakı Atçılıq Mərkəzində keçiriləcək.
İngiltərənin "Mançester Siti" klubu baş məşqçi Xosep Qvardiolanın gələcək karyerası ilə bağlı qərar verməsini istəyib.
"Report" "talkSPORT"a istinadən xəbər verir ki, "şəhərlilər" 55 yaşlı mütəxəssisdən 2027-ci ildə başa çatacaq müqaviləsinin müddətinin uzadılıb-uzadılmayacağına aydınlıq gətirməsini tələb edir.
Premyer Liqa təmsilçisi Liqa Kubokunu qazandıqdan sonra yay transfer dönəmi üçün planlarını qurmaq niyyətində idi. Lakin Qvardiola ilə bağlı qeyri-müəyyənlik prosesi çətinləşdirir.
"Mançester Siti" rəhbərliyi təcrübəli baş məşqçidən tezliklə cavab almaq istəyir. Onlar mümkün futbolçu keçidlərindən əvvəl mütəxəssisin qərarını gözləyirlər.
Xatırladaq ki, Xosep Qvardiola 2016-cı ildən "Mançester Siti"də işləyir. Komanda onun rəhbərliyi altında altı dəfə İngiltərə Premyer Liqasının, bir dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
İtaliyanın "Atalanta" klubunun futbolçusu Honest Ahanor karyerasını İspaniyada davam etdirə bilər.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, 18 yaşlı müdafiəçi "Real"ın diqqət mərkəzindədir.
"Kral klubu" oyunçunu yaxından izləyir və onun üçün təklif göndərməyə hazırlaşır.
Xatırladaq ki, 2025-ci ilin yayında "Atalanta"ya keçən H.Ahanor İtaliyanın gənclər komandasında debüt edib. O, cari mövsüm A Seriyası təmsilçisində 28 oyuna 1 qolla yadda qalıb.
Azərbaycan millisi FIFA reytinqində üç pillə irəliləyib.
"Report" ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda 1136.67 əmsalla 124-cü pillədə qərarlaşıb.
Xatırladaq ki, Azərbaycan yığması ötən ay "FIFA Series – 2026" beynəlxalq turnirinin qalibi olub.
Reytinqin ilk pilləsində Fransa (1877.32) yer alıb. İspaniya (1876.40) ikinci, Argentina (1874.81) üçüncü sıradadır.
Aprelin 28-30-u aralığında taekvondo üzrə yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək.
Bu barədə "Report"a Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.
Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda (FHN İSK) təşkil olunacaq yarışda müxtəlif klub və idman cəmiyyətlərini təmsil edən idmançılar dayanq üzərinə çıxacaqlar.
Güclü rəqiblərin mübarizəsində Dünya Kubokunun mərhələ yarışında medal qazanmaq Azərbaycanın qılıncoynadanı Palina Kaspiaroviç üçün böyük mükafatdır.
Sablya üzrə yığmanın üzvü bu barədə "Report"a açıqlamasında bildirib.
İdmançı Özbəkistanın paytaxtı Daşkənddə keçirilən turnirdə bürünc medal qazanması ilə bağlı fikirlərini bölüşüb:
"Çox xoşbəxtəm. Çətin yarış idi. Ciddi rəqabət var idi. Bu səviyyədə güclü rəqiblərin mübarizəsində medal qazanmaq mənim üçün böyük mükafatdır. Dəfələrlə Dünya Kubokunda medalın bir addımlığında dayandığım anlar olub. Lakin ruhdan düşmürdüm və inanırdım ki, alınacaq. Azərbaycan Qılıncoynatma Federasiyasına, məşqçilərimizə və komanda yoldaşlarıma mənə həmişə inandıqlarına görə təşəkkür edirəm".
P.Kaspiaroviç komanda hesabında 10-cu yeri tutmalarına da toxunub:
"Daha yaxşı nəticə göstərə bilərdik. İlk görüşdə - 1/8 finalda uduzduğumuz ABŞ millisi Dünya Kubokunda finala kimi irəlilədi. Bizim üçün gücümüzü yoxlamaq baxımından yaxşı təcrübə oldu. Növbəti yarışlarda daha yüksək sıralarda yer almaq üçün əlimizdən gələni edəcəyik".
Xatırladaq ki, qrup mərhələsini 5 qələbə ilə başa vuran Palina Kaspiaroviç yarımfinala kimi irəliləməklə bürünc medalı təmin edib. O, final uğrunda görüşdə Bolqarıstan qılıncoynadanı Yoana İliyevaya 6:15 hesabı ilə uduzaraq üçüncü olub.
Azərbaycan millisinin zədəli cüdoçularının durumuna aydınlıq gəlib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Cüdo Federasiyasından (ACF) bildirilib.
Yığmanın üzvü Elcan Hacıyevin (90 kq) hazırda bərpa prosesi keçdiyi vurğulanıb:
"Məşqlərə iyunda start verəcək. Hər şey qaydasında getsə, avqustda ilk yarışına çıxması planlaşdırılır. Onunla eyni çəkidə çıxış edən Vüqar Talıbovun vəziyyəti də eynidir. O da əməliyyatdan sonra bərpa prosesi keçir".
ACF Avstriyanın Linz şəhərində keçirilmiş Qran-prinin final görüşündə zədələnən Vüsal Qələndərzadənin (81 kq) də durumuna aydınlıq gətirib:
"O, bu həftə əməliyyat olunacaq. Vüsal Qələndərzadə də üç aydan sonra məşqlərə qayıdacaq".
Xatırladaq ki, Vüqar Talıbovla Elcan Hacıyev bu il hələlik heç bir turnirdə iştirak etməyiblər. Vüsal Qələndərzadə Avstriyadakı Qran-pridə gümüş medal qazanıb.
Türkiyənin "Fənərbağça" futbol klubunun prezidenti Sadettin Saran yol-nəqliyyat hadisəsinə məruz qalıb.
"Report" yerli mediaya istinadən məlumat verir ki, İstanbul təmsilçisinin rəhbəri "Chobani" stadionuna yollanarkən Ataşehir rayonunda avtomobil qəzasına düşüb.
Hadisədən sonra Sadettin Saranın səhhətinin qaydasında olduğu açıqlanıb. Baş verən yol qəzasında klub prezidentinin sürücüsü yüngül xəsarət alıb.
İngiltərənin "Mançester Yunayted" klubu "Vulverhempton"də çıxış edən Juan Qomesi heyətinə qatmaq istəyir.
"Report" "Caught Offside" nəşrinə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 27 yaşlı yarımmüdafiəçi ilə ciddi şəkildə maraqlanır.
Braziliyalı oyunçunun həmyerlisi Kazemironun yerini alacağı gözlənilir.
"Mançester Yunayted" hazırda "Vulverhempton"la danışıqlara başlamaq niyyətində deyil. Çünki onlar mövsümün sonunda komandanın Premyer Liqanı tərk etməsini gözləyirlər. Bu isə danışıqlar prosesini xeyli sadələşdirəcək və oyunçunun qiyməti aşağı düşəcək.
Xatırladaq ki, Juan Qomes cari mövsüm 35 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir.
İspaniyanın "Barselona" klubu futbolçusu Jerar Martinlə müqavilənin müddətini uzatmaq istəyir.
"Report" yerli mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisi hazırda 24 yaşlı müdafiəçi ilə danışıqlar aparır.
Yeni sözləşmənin müddətinin 2031-ci ilin yayınadək nəzərdə tutulacağı gözlənilir.
Xatırladaq ki, Jerar Martin cari mövsüm bütün turnirlərdə 41 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı müqaviləsi 2028-ci ilin yayınadək qüvvədədir.
Portuqaliyanın "Sportinq" klubunun futbolçusu Luis Suares İngiltərə təmsilçisi "Liverpul"a keçə bilər.
"Report" "Correio da Manh" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 28 yaşlı kolumbiyalı hücumçu ilə yaxından maraqlanır.
Mövsümün sonunda Lissabon komandasından ayrılacağı gözlənilən forvard "Nyukasl"ın da diqqət mərkəzindədir.
Xatırladaq ki, Luis Suares 2025-ci ildən "Sportinq"də çıxış edir. O, cari mövsüm bütün yarışlarda 42 oyuna 33 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçunun hazırkı müqaviləsinin müddəti 2030-cu ilin yayınadək nəzərdə tutulub.
Gəncədə keçiriləcək yeniyetmə cüdoçular arasında Avropa Kubokunda iştirak edəcək ölkələr müəyyənləşib.
"Report"un məlumatına görə, yarışda 11 ölkə təmsilçiləri mübarizə aparacaqlar.
Turnirdə Azərbaycan cüdoçuları ilə yanaşı, Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Polşa, Portuqaliya, Tacikistan, Türkiyə və ABŞ təmsilçiləri tatamiyə çıxacaqlar.
Yarışda Azərbaycanın 100-dən çox idmançısı çıxış edəcək.
Xatırladaq ki, turnir aprelin 4-5-də Gəncə İdman Sarayında təşkil olunacaq.
Estoniyada yeniyetmələr arasında keçirilən "Tallin Open" turnirində Azərbaycan güləşçiləri üçün əsas məqsəd nəticə yox, öyrənmək olub.
Bu barədə "Report"a qızlardan ibarət U-17 milli komandanın böyük məşqçisi Mariya Stadnik açıqlamasında bildirib.
O, sözügedən yarışın Avropa çempionatı üçün hazırlıq xarakteri daşıdığını söyləyib:
"Qızlar üçün əsas məqsəd nəticə yox, öyrənmək idi. Yarış zamanı onların vəziyyətini görmək, psixologiyalarını daha yaxşı anlamaq və hər birinə fərdi yanaşmanı müəyyən etmək vacib idi. Bu turnir güləşçilərimiz üçün çox yaxşı təcrübə oldu. Onlardan razı qaldığımı deyə bilərəm. Çünki sonadək mübarizə aparırdılar".
M.Stadnik "Tallin Open" turniri başa çatdıqdan sonra sözügedən ölkədə təlim-məşq toplanışına qatıldıqlarını sözlərinə əlavə edib.
Xatırladaq ki, Azərbaycan güləşçiləri "Tallin Open" turnirində 5 medal qazanıblar. Fatimə Bayramova (53 kq) çempion olub. Nəzrin Əhmədli (49 kq), Rəna Nuriyeva (61 kq) və Simurə Abdullayeva (69 kq) gümüş, Xədicə Qurbanzadə (49 kq) isə bürünc medal qazanıb.
Şahmat üzrə 8, 10, 12, 14, 16 və 18 yaşadək oğlanlar və qızlar arasında Azərbaycan çempionatına yekun vurulub.
Azərbaycan Şahmat Federasiyasından "Report"a verilən məlumata görə, yarış ilk dəfə paytaxtdan kənarda - Gəncə şəhərindəki Gəncə İdman Sarayında təşkil olunub.
Ölkə çempionatının bağlanış mərasimində iştirak edən Azərbaycan Şahmat Federasiyasının prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov qalibləri təbrik edərək onlara növbəti yarışlarda uğurlar arzulayıb.
Müxtəlif yaş kateqoriyalarında qalib və mükafatçılar:
8 yaşadək oğlanlar:
1. Ziya Qubatov (Quba)
2. Məhəmməd Mirzəyev (Bakı)
3. Kəmaləddin Hüseynov (Bakı)
3. Suad Rəhimli
8 yaşadək qızlar:
1. Əminə Əmənzadə (Bakı)
2. Selin Məmmədova (Gəncə)
3. Aylin Abbaslı (Şamaxı)
10 yaşadək oğlanlar:
1. Nurlan Qənizadə (Bakı)
2. Kənan Babasoy (Bakı)
3. Daniel Konovalov (Bakı)
10 yaşadək qızlar:
1. Nurcan Tahirova (Gəncə)
2. Banu Məmmədzadə (Bakı)
3. Şəms Carçılı (Qazax)
12 yaşadək oğlanlar:
1. Səfa Hümmətov (Bakı)
2. Kamran Babayev (Bakı)
3. Nurlan Əzizli (Sumqayıt)
12 yaşadək qızlar:
1. Mehriban Əhmədli (Gəncə)
2. Xanımzar Hümmətli (Sumqayıt)
3. Sadəgül Əfəndi (Bakı)
14 yaşadək oğlanlar:
1. Şəmsi Qaraxanov (Bakı)
2. Yaşar Şirinov (Bakı)
3. Suat İbrahimli (Bakı)
14 yaşadək qızlar:
1. Zəhra Allahverdi (Mingəçevir)
2. Leyla Mirzəliyeva (Sumqayıt)
3. Fatimə Mirzəliyeva (Sumqayıt)
16 yaşadək oğlanlar:
1. Paşam Əlizadə (Bakı)
2. Elçin Şəkərəliyev (Sumqayıt)
3. Hüseyn Qurbanov (Gəncə)
16 yaşadək qızlar:
1. Lalə Hüseynova (Bakı)
2. Əsnad Vəliyeva (Bakı)
3. Ayan Hüseynli (Bakı)
18 yaşadək oğlanlar:
1. Tunar Davudov (Bakı)
2. Rüstəm Rüstəmov (Sumqayıt)
3. Fərid Orucov (Sumqayıt)
18 yaşadək qızlar:
1. Nərmin Abdinova (Bakı)
2. Nurtən Nuriyeva (Sumqayıt)
3. Leyla Budaqova (Gəncə)
Qeyd edək ki, hər yaş qrupunda mükafatçı şahmatçılar müvafiq dərəcəli diplom və medalla təltif olunub. Azərbaycan çempionları müvafiq yaş qrupunda 2026-cı ilin dünya çempionatı və Avropa çempionatına, 2-ci yeri tutan şahmatçılar müvafiq yaş qrupunda 2026-cı ilin Avropa çempionatına ezam ediləcək. 3-cü yeri tutan şahmatçılara isə reytinqli beynəlxalq yarışda iştirak üçün 2 000 manatadək maddi dəstək göstəriləcək.
Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümə bu gün yekun vurulacaq.
"Report"un məlumatına görə, XX turun sonuncu oyununda "Sabah" "Abşeron Lions"la üz-üzə gələcək.
Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.
"Sabah" A qrupunda 37 xalla liderdir. Rəqibindən bir xal az toplayan "Abşeron Lions" ikinci pillədə qərarlaşıb.
Xatırladaq ki, turun əvvəlki qarşılaşmalarında "Sərhədçi" "Sumqayıt"ı (93:89), "Ordu" "Lənkəran"ı (107:65), "Naxçıvan" "Quba"nı (103:96), "Gəncə" "Şəki"ni (84:73), "Neftçi" NTD-ni (93:83) məğlub edib.
Futbol üzrə Azərbaycan millisinin beynəlxalq turnirin qalibi olması sevindiricidir.
"Report"un məlumatına görə, bu barədə Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında bildirib.
Mütəxəssis "FIFA Series – 2026" beynəlxalq turnirində Syerra Leone yığmasına penaltilər seriyasında (əsas vaxt 1:1) qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb:
"Azarkeşlərə təşəkkür edirəm. Sonadək dəstək oludular. Rəqib futbolçular bizdən bir az gümrah idi. İlk hissədə bir az səhvlərimiz oldu. İkinci yarıda oyunçuların istəyi artdı. Fanatlar üçün penaltilər seriyası maraqlı alındı. Bu turnirdə qalib olduğumuz üçün sevinirik. Bu qarşılaşma bizə siqnallar verdi. Rəqiblər güclü olduqca biz də artırmalıyıq. UEFA Millətlər Liqası üçün hazır olmaq istəyirik".
A. Abbasov bildirib ki, bu gün zəif komanda yoxdur: "Təlim-məşq toplanışından maksimum istifadə etmək istərdik. Yeni oyunçular cəlb etmişdik. Yarışın xeyrini görəcəyik".
Baş məşqçi UEFA Millətlər Liqasının matçları üçün optimal heyətin hələlik formalaşmadığını söyləyib:
"Böyük seçimimiz yoxdur. Həmin vaxt kimlərinsə zədəli olması işimizi çətinə sala bilər. UEFA Millətlər Liqasının qalibi olmaq üçün çalışacağıq. Litva və Lixtenşteyni analiz edirik. Litva möhkəm kollektivdir. Doğma meydanda yaxşı çıxış edirlər. Məncə, şanslarımız bərabərdir".
"FIFA Series – 2026" beynəlxalq turnirinin qalibi olan Azərbaycan millisi mükafatlandırılıb.
"Report"un məlumatına görə, Elvin Cəfərquliyev ölkəmizdəki turnirin ən yaxşı futbolçusu adına layiq görülüb.
Ardınca Syerra Leone yığmasının üzvlərinə medallar verilib. Daha sonra yarışın qalibinə mükafatlar təqdim olunub.
Tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev və Syerra Leone Futbol Assosiasiyasının rəsmiləri iştirak ediblər.
Xatırladaq ki, Azərbaycan millisi turnirdəki ilk qarşılaşmasında Sent Lüsiya seçməsini 6:1 hesabı ilə üstələyib. Syerra Leone ilə matçın əsas vaxtı heç-heçə (1:1) yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq olan Azərbaycan komandası turnirin qalibi olub.
Futbol üzrə Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirinin qalibi olub.
"Report"un məlumatına görə, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv ikinci oyununda Syerra Leone yığması ilə üz-üzə gəlib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb.
Qonaqların heyətində Daniel Kanu 28-ci dəqiqədə fərqlənib. Rahil Məmmədov 72-ci dəqiqədə tarazlığı bərpa edib.
Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyi üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan Azərbaycan yığması turnirin qalibi olub.
Qeyd edək ki, Azərbaycan millisi martın 27-də eyni arenada Sent Lüsiya komandasını 6:1 hesabı ilə üstələyib.
"FIFA Series – 2026" beynəlxalq turnirindəki Azərbaycan - Syerra Leone oyununda penaltilər seriyası olacaq.
"Report"un məlumatına görə, matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmanın 28-ci dəqiqəsində qonaqların heyətində Daniel Kanu fərqlənib.
72-ci dəqiqədə Rahil Məmmədov tarazlığı bərpa edib.
"FIFA Series – 2026" beynəlxalq turnirindəki Azərbaycan - Syerra Leone oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, Azərbaycan millisi hesabı bərabərləşdirib - 1:1.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmanın 72-ci dəqiqəsində Rahil Məmmədov fərqlənib.
"FIFA Series – 2026" beynəlxalq turnirindəki Azərbaycan - Syerra Leone oyununda ikinci hissə başlayıb.
"Report"un məlumatına görə, qonaqlar hazırda hesab öndədir - 1:0.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmanın 28-ci dəqiqədə Daniel Kanu fərqlənib.
"FIFA Series – 2026" beynəlxalq turnirinin Azərbaycan - Syerra Leone oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, qonaqlar fasiləyə öndə yollanıblar - 1:0.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmanın 28-ci dəqiqədə Daniel Kanu fərqlənib.
"FIFA Series – 2026" beynəlxalq turnirinin Azərbaycan - Syerra Leone oyununda hesab açılıb.
"Report"un məlumatına görə, matçda ilk qolu qonaqlar vurub.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən qarşılaşmanın 28-ci dəqiqədə Daniel Kanu fərqlənib.
"FIFA Series – 2026" beynəlxalq turnirində Azərbaycan - Syerra Leone oyunu start götürüb.
"Report"un məlumatına görə, qarşılaşma Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:00-da başlayıb.
Görüşün baş hakimi özbəkistanlı Asker Najafaliyevdir.
Qeyd edək ki, Azərbaycan millisi martın 27-də eyni arenada Sent Lüsiya komandasını 6:1 hesabı ilə üstələyib.
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda növbəti oyununu keçirib.
"Report"un məlumatına görə, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv Malta yığması ilə üz-üzə gəlib.
Bolqarıstanın Plovdiv şəhərində təşkil olunan qarşılaşmada qalib müəyyənləşməyib - 2:2.
Xatırladaq ki, B liqasının 2-ci qrupunda yer alan U-17 2 xalla üçüncü pillədə qərarlaşıb. Milli daha əvvəl Bolqarıstan (1:1) və Litva (0:0) ilə heç-heçə edib.
FIFA referisi Tural Qurbanov ilk dəfə beynəlxalq oyuna baş hakim kimi təyinat alıb.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 17 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində keçiriləcək Niderland – Belarus matçını idarə edəcək.
T. Qurbanova digər həmyerlimiz Asiman Əzizli və şimali makedoniyalı Aleksandar Qyurkovski köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını İlioski Vlatko (Şimali Makedoniya) yerinə yetirəcək.
B Liqasının 7-ci qrupunun son görüşü martın 31-də Türkiyənin Antalya şəhərində yerləşən Mardan İdman Kompleksinin stadionunda keçiriləcək.
Qeyd edək ki, Tural Qurbanov qrupun martın 25-də baş tutan Kosovo – Niderland (0:1) qarşılaşmasının dördüncü hakimi olub.
İngiltərə və Uelsdə azarkeşlərin maraqlarını təmsil edən Futbol Azarkeşləri Assosiasiyası sorğu keçirib.
"Report" "Sky Sport"a istinadən xəbər verir ki, respondentlərin 76 faizi Video köməkçi hakim (VAR) sisteminin ləğvini dəstəkləyirlər.
Premyer Liqa klublarının fanatlarına VAR-ın tətbiqi ilə bağlı ümumi təəssürat, sistemdə edilən müxtəlif dəyişikliklər, eləcə də video hakimlərin səlahiyyətlərinin genişləndirilməsi barədə 15 sual ünvanlanıb.
Azarkeşlər VAR-ın işinin nə daha sürətli, nə də daha dəqiq olduğuna inanırlar.
Stadionlara gedən tərəfdarların cəmi 3,4 faizi VAR-ın oyunun inkişafına müsbət təsir göstərdiyini düşünür.
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda növbəti oyununu bu gün keçirəcək.
"Report"un məlumatına görə, Aqil Nəbiyevin baş məşqçisi olduğu kollektiv Malta yığması ilə üz-üzə gələcək.
Bolqarıstanın Plovdiv şəhərində baş tutacaq matç Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.
Xatırladaq ki, B liqasının 2-ci qrupunda yer alan U-17 2 xalla üçüncü pillədə qərarlaşıb. Milli daha əvvəl Bolqarıstan (1:1) və Litva (0:0) ilə heç-heçə edib.
"FIFA Series – 2026" beynəlxalq turnirində Syerra-Leone yığması ilə üz-üzə gələcək Azərbaycan millisi oyundan əvvəl məşqə çıxıb.
"Report"un məlumatına görə, Ayxan Abbasovun komandasının "Dalğa Arena"da gerçəkləşən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media üçün açıq olub.
Futbolçular isinmə hərəkətlərinin ardından müxtəlif təmrinləri yerinə yetiriblər.
Qeyd edək ki, qarşılaşma martın 30-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 19:00-da start götürəcək. Azərbaycan millisi martın 27-də Sent Lüsiya seçməsini 6:1 hesabı ilə məğlub edib.
Futbol üzrə Azərbaycan millisi azarkeşlərin dəstəyi ilə Syerra-Leone millisinə qalib gəlmək istəyir.
"Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransında bildirib.
Mütəxəssis "FIFA Series – 2026" beynəlxalq turnirində Syerra-Leone yığmasına qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb:
"Turnirdə ikinci oyunumuza çıxacağıq. Rəqibin isə ilk matçıdır. Burada üstünlükləri var. Buna baxmayaraq, evdə oynayırıq. Azarkeşlərimizin dəstəyi ilə qalib gəlmək istəyirik. Fərqli rəqibdir. Reytinq baxımından bizdən öndədirlər. Son oyunlarını təhlil etmişik. Optimal heyətlə gəliblər.
Oyundan-oyuna bizdə yaxşı mənada fərq olmalıdır. Bir toplanışımız qalıb. İnanıram ki, birinci oyundakı ciddiyyət və istəkdən daha fərqli olacaq. Rəqib bunu tələb edir. Sabahkı qarşılaşmaya hazırıq".
Xatırladaq ki, Azərbaycan millisi martın 27-də Sent Lüsiya seçməsini 6:1 hesabı ilə məğlub edib.
Sabahkı matç futbol üzrə Azərbaycan millisi üçün önəmli olacaq.
"Report"un məlumatına görə, bu barədə komandanın futbolçusu Qismət Alıyev mətbuat konfransında bildirib.
Cinah müdafiəçisi "FIFA Series – 2026" beynəlxalq turnirində Syerra Leone yığmasına qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb:
"Sabah millimiz üçün daha bir önəmli matç olacaq. Bizim üçün belə oyunların olması UEFA Millətlər Liqası üçün daha vacibdir. Qələbəsizlik seriyası var idi. Son görüşdə inamlı oynayaraq, bu tilsimi qıra bildik. Sabahkı matçda da ən yaxşısını etməyə çalışacağıq ki, xalqımızı sevindirək".
Qeyd edək ki, Azərbaycan millisi martın 27-də Sent Lüsiya seçməsini 6:1 hesabı ilə məğlub edib.
Azərbaycan Kubokunun yarımfinalında və Misli Premyer Liqasında "Sabah"la oyunlar "Qarabağ" komandası üçün həlledici olacaq.
Bu barədə Ağdam təmsilçisinin futbolçusu Kamilo Duran "Report"a açıqlama verib.
24 yaşlı hücumçu hər iki turnirdə qızıl medal hədəflədiklərini söyləyib:
"Məncə, "Sabah"la görüşlərin həlledici olacağınə demək olar. Qarşıdakı matçlara yaxşı hazırlaşmalıyıq ki, həmin 3 oyunda qələbə qazanaq. Ümid edirəm ki, Allahın köməkliyi ilə elə də olacaq".
Forvard ötən gün "Zirə"ni səfərdə məğlub etdikləri XXIV turun matçına toxunub:
"Çətin oyun olacağını gözləyirdik. Ümumiyyətlə, "Zirə" ilə görüşlər hər zaman ağır keçir. Onlar həmişə işimizik çətinləşdirirlər. Bununla belə, komanda şəklində meydanda yaxşı iş gördük və 3 xalımızı qazandıq. İndi artıq qarşıdakı matçlara köklənməliyik".
Oyunçu növbəti turda "Kəpəz"ə qarşı keçirəcəkləri matç haqqında danışıb:
"Bəli, əvvəlki dövrədə onlara uduzmuşduq. Bu dəfə eyni səhvləri təkrarlaya bilmərik. Səfərə mütləq 3 xal üçün yollanacağıq. Fasilə öncəsi mütləq qalib gəlməliyik".
K. Duran Kolumbiya millisinə mümkün dəvətlə bağlı da danışlb:
"Düzdür, belə söhbət var. Lakin hələlik mənə Kolumbiyadan zəng gəlməyib. Ona görə də bir qədər gözləmək lazımdır. Millinin heyəti tam rəsmən açıqlanandan sonra bu barədə danışmaq olar".
Azərbaycanın stolüstü tennisçisi Əliəkbər Mirzəliyev ilk addımlarını atdığı beynəlxalq arenada uğurlu çıxış edib.
"Report"un məlumatına görə, Almaniyanın paytaxtı Berlində təşkil olunan "WTT Youth Contender" turnirində U-11 yaş kateqoriyasında bürünc mükafata sahib çıxan idmançı Çexiyanın ev sahibliyi etdiyi analoji yarışda daha yüksək nəticəyə imza atıb.
Havirov şəhərində keçirilən turnirdə finaladək irəliləyən Ə.Mirzəliyev ikinci yeri tutmaqla istedadını bir daha nümayiş etdirib.
Xatırladaq ki, əməkdar məşqçi Ramil Cəfərovun yetirməsi Batumidə qatıldığı ilk "WTT Youth Contender" turnirində də bürünc mükafat qazanıb.
Azərbaycan Basketbol Liqasında XIX turun daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, günün ikinci matçında "Abşeron Lions" "Neftçi"ni məğlub edib.
Qarşılaşma 107:87 hesabı ilə yekunlaşıb.
Günün ilk görüşündə "Sabah" "Gəncə"dən üstün olub - 87:73.
Xatırladaq ki, tura martın 15-də yekun vurulacaq. Əvvəlki matçlarda "Ordu" "Sumqayıt"ı (121:98), "Naxçıvan" "Sərhədçi"ni (83:67), "Quba" "Lənkəran"ı (95:88) məğlub edib.
Azərbaycan Basketbol Liqasında XIX turun daha bir oyunu keçirilib.
"Report" xəbər verir ki, günün ilk matçında "Gəncə" "Sabah"ı qəbul edib.
Gəncə İdman Sarayındakı qarşılaşma qonaqların qələbəsi ilə bitib - 87:73.
Günün ikinci görüşündə "Abşeron Lions" "Neftçi" ilə üz-üzə gələcək.
Xatırladaq ki, tura martın 15-də yekun vurulacaq. Əvvəlki matçlarda "Ordu" "Sumqayıt"ı (121:98), "Naxçıvan" "Sərhədçi"ni (83:67), "Quba" "Lənkəran"ı (95:88) məğlub edib.
Azərbaycan şahmatçısı Ülviyyə Fətəliyeva Özbəkistanın Buxara şəhərində keçirilmiş "IV Womens Chess Championship" adlı beynəlxalq turnirin qalibi olub.
Bu barədə "Report"a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.
Ənənəvi yarışda Avropa çempionu, komandalar arasında Ümumdünya Şahmat Olimpiadasının qalibi Nana Dzaqnidze (Gürcüstan), gənclər arasında dünya çempionu Əfruzə Həmdamova (Özbəkistan), komandalar arasında Ümumdünya Şahmat Olimpiadasının qalibi Harika Dronavalli (Hindistan) və digər qrossmeysterlər mübarizə aparıblar.
8 ölkədən 10 ahmatçının qatıldığı turnirdə 9 turdan sonra 6,5 xal toplayan Ülviyyə Fətəliyeva "IV Women's Chess Championship"in qalibi olub. Gürcüstan şahmatçısı Nana Dzaqnidze ikinci, hindistanlı Harika Dronavalli isə üçüncü yeri tutub.
Xatırladaq ki, Özbəkistandakı qələbə Ülviyyə Fətəliyevanın 2026-cı ildə ikinci uğurudur. Ötən ay xanım şahmatçı karyerasında ilk dəfə Azərbaycan çempionatının qalibi olub.
Azərbaycan Su İdmanı Növləri Federasiyasının ümumi yığıncağı Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunub.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Yığıncaqda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.
İclasın gündəliyi təsdiq edildikdən sonra federasiyanın baş katibi Fərhad Əliyev çıxış edərək 2022–2026-cı illər ərzində federasiyada görülən işlərə dair hesabat təqdim edib.
Daha sonra "Azərbaycan Yelkən Federasiyası" İctimai Birliyinin "Azərbaycan Su İdmanı Növləri Federasiyası" İctimai Birliyinə qoşulması yolu ilə federasiyanın yenidən təşkili məsələsi səsverməyə çıxarılıb və qəbul edilib. Həmçinin "Azərbaycan Su İdmanı Növləri Federasiyası" İctimai Birliyinin Nizamnaməsi yeni redaksiyada səsvermə yolu ilə qəbul olunub.
Ardınca federasiyanın rəhbərliyinə seçkilər keçirilib. Səsvermənin nəticələrinə əsasən, Vüqar Əhmədov növbəti 4 il müddətinə federasiyanın prezidenti seçilib. Vüqar Əhmədov çıxış edərək ona göstərilən etimada görə təşəkkürünü bildirib, federasiyaların birləşdirilməsi nəticəsində daha böyük və vahid idman qurumunun formalaşdığını vurğulayıb.
Səsvermənin nəticələrinə əsasən, Kamil Hüseynov, Fərid Əmirov və Namiq Orucov federasiyanın vitse-prezidentləri, Fərhad Əliyev isə icraçı vitse-prezident seçilib. Rəhman Xanlarov və Burcu Algon Giorgianni İdarə Heyətinin üzvləri seçiliblər. Daha sonra Nəzarət-Təftiş Komissiyasına da seçkilər keçirilib. Arif Ləzimzadə sədr, Vüsal Qurbanov və Elvin Heydərov isə üzv seçiliblər.
Sonda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək federasiyanın yeni seçilmiş rəhbərliyini təbrik edib, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Sərbəst və yunan-Roma güləşi üzrə U-15 Azərbaycan çempionatına yekun vurulub.
Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumat görə, Qazax Olimpiya İdman Kompleksində keçirilən ölkə birinciliyinin son günündə yunan-Roma güləşi üzrə 48, 52, 57, 62, 68, 75 və 85 kq-da medalçılar müəyyənləşib.
Almaniyanın "Köln" klubunun futbolçusu Said El-Mala karyerasını İngiltərədə davam etdirə bilər.
"Report" "Caught Offside"a istinadən xəbər verir ki, "Mançester Yunayted" və "Çelsi" 19 yaşlı vingerlə maraqlanır.
Premyer Liqa təmsilçiləri oyunçu üçün əsas namizəd hesab edilir. "Köln" istedadlı futbolçu üçün 50-60 milyon avroluq təklifləri qəbul etməyə hazırdır.
Xatırladaq ki, Said El-Mala bu mövsüm bütün yarışlarda 27 oyuna çıxıb, 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir.
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatına start verilib.
"Report" xəbər verir ki, Şüvəlan Ağırlıqqaldırma Mərkəzində keçirilən yarış qadın atletlərin mübarizə ilə başlayıb. Mükafatlar uğrunda paytaxt və bölgələri təmsil edən 80-ə yaxın idmançı yarışır.
Ölkə çempionatının açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın ərazi bötüvlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasimində çıxış edən AAF-ın vitse-prezidenti Firdovsi Umudov federasiya rəhbərliyi adından yarış iştirakçılarını salamlayıb. Respublikada idmana və idmançılara dövlət səviyyəsində diqqət və qayğı göstərildiyini diqqətə çatdıran Firdovsi Umudov, ölkədaxili yarışların önəmindən danışıb. O qeyd edib ki, Olimpiya Təsnifat yarışları ərəfəsində AAF rəhbərliyi tərəfindən idmançıların hazırlığına xüsusi həssaslıqla yanaşılır.
İlk yarış günü qadınların mübarizəsində VI İslam Həmrəyliyi Oyunlarının bürünc mükafatçısı Nuray Əbilova 53 kq çəki dərəcəsində qalib olub. O iki hərəkətin cəmində 138 kq (60 kq+ 78 kq) nəticə göstərib.
Türkanə Eminova 58 kq çəki dərəcəsində göstərdiyi 120 kq (57 kq + 63 kq) nəticə ilə birinci yeri tutub.
Milena Hüseynli 63 kq çəki dərəcəsində 98 kq (43kq + 55 kq) göstərici ilə qalib adını qazanıb.
"Azərbaycan Yelkən Federasiyası" İctimai Birliyi "Azərbaycan Su İdmanı Növləri Federasiyası" İctimai Birliyinə qoşulub.
Bu barədə "Report" Gənclər və İdman Nazirliyindən məlumat verilib.
Bu barədə qərar qurumun ümumi yığıncağında qəbul edilib.
Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Yığıncaqda çıxış edən gənclər və idman naziri Fərid Qayıbov iştirakçıları salamlayıb, son illər federasiyanın fəaliyyətini yüksək qiymətləndirib. Nazir Fərid Qayıbov həmçinin Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanovun federasiyanın inkişafına verdiyi töhfələri və səmərəli fəaliyyətini yüksək dəyərləndirərək ona təşəkkürünü bildirib.
Daha sonra Azərbaycan Yelkən Federasiyasının prezidenti Qüdrət Qurbanov çıxış edib, ardınca federasiyanın fəaliyyəti ilə bağlı hesabat dinlənilib.
İclasda "Azərbaycan Yelkən Federasiyası" İctimai Birliyinin "Azərbaycan Su İdmanı Növləri Federasiyası" İctimai Birliyinə qoşulması məsələsi irəli sürülüb və səsvermə ilə qəbul olunub.
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda növbəti matçına çıxıb.
"Report" xəbər verir ki, B qrupunda yer alan yığma İspaniya seçməsi ilə üz-üzə gəlib.
Rəqibini 16:11 hesabı ilə məğlub edən Azərbaycan komandası yarımfinala vəsiqə qazanıb.
Ötən gün Kanadaya uduzan (10:16) kollektiv Tailanda (21:8) qalib gəlib.
Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.
Xatırladaq ki, tura martın 15-də yekun vurulacaq. Əvvəlki matçlarda "Ordu" "Sumqayıt"ı (121:98), "Naxçıvan" "Sərhədçi"ni (83:67), "Quba" "Lənkəran"ı (95:88) məğlub edib.
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda növbəti matçına bu gün çıxacaq.
"Report" xəbər verir ki, B qrupunda yer alan yığma İspaniya seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 12:10-da start götürəcək.
Ötən gün Kanadaya uduzan (10:16) komanda Tailandı (21:8) məğlub edib. Qrupda ilk iki pilləni tutan kollektivlər yarımfinala vəsiqə qazanacaq.
Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda növbəti matçına bu gün çıxacaq.
"Report" xəbər verir ki, B qrupunda yer alan yığma İspaniya seçməsi ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 12:10-da start götürəcək.
Ötən gün Kanadaya uduzan (10:16) komanda Tailandı (21:8) məğlub edib. Qrupda ilk iki pilləni tutan kollektivlər yarımfinala vəsiqə qazanacaq.
Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.
"Sabah" və "Qarabağ" komandaları Misli Premyer Liqasındakı növbəti oyunlarını bu gün keçirəcəklər.
"Report"un məlumatına görə, günün ilk matçında "Sabah" "İmişli"nin qonağı olacaq.
Quba Olimpiya İdman Kompleksinin stadionundakı qarşılaşma saat 15:00-da start götürəcək. Bakı təmsilçisi 56 xalla vahid liderdir. Meydan sahibləri 22 xalla 9-cu sıradadır.
Günün ikinci matçında "Zirə" "Qarabağ"ı qəbul edəcək. Bu görüş saat 19:15-də başlayacaq. "Qartallar" 39 xalla 4-cü, rəqiblərindən bir oyun az keçirən Ağdam təmsilçisi 49 xalla 2-ci sıradadır.
Xosep Qvardiola İngiltərə Premyer Liqasında ayın baş məşqçisi mükafatını ən çox qazanan üçüncü mütəxəssis olub.
"Report" xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Fevralın ən yaxşısı adına layiq görülən "Mançester Siti"nin baş məşqçisi bu mükafatı karyerası ərzində 12-ci dəfə qazanıb.
Qvardiola hazırda "Everton"a rəhbərlik edən Devid Moyesi (11 dəfə) üstələyib. "Mançester Yunayted"in keçmiş baş məşqçisi Aleks Ferqyuson (27 dəfə) birinci yerdə qərarlaşıb. "Arsenal"da işləmiş Arsen Venger (15 dəfə) ikincidir.
Qeyd edək ki, ötən ay Premyer Liqada 5 matç keçirən "Mançester Siti" 4 dəfə qalib gəlib, 1 dəfə heç-heçə edib.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) "Paddle Europe" (Avropa Kanoe Assosiasiyası - PEU) ilə çoxşaxəli əməkdaşlıq qurub.
AKAF-dan "Report"a verilən məlumata görə, Azərbaycanın strateji coğrafi mövqeyi, inkişafyönümlü fəaliyyətlərə ev sahibliyi etmək imkanları, eləcə də "Paddle Europe" (Avropa Kanoe Assosiasiyası - PEU) ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası arasındakı mövcud yüksək əməkdaşlıq imkanları nəzərə alınaraq tərəflər arasında qarşılıqlı əməkdaşlıq haqqında sənəd imzalanıb.
Gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Kanoe Federasiyasının Prezidenti Tomas Konyetsko, Avropa Kanoe Assosiasiyasının prezidenti Jan Zunqrana və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri Vüqar Əhmədov imza mərasimində iştirak ediblər. Sənədə əsasən tərəflər Bakıda qurumun ofisini yaratmaqla Şərqi Avropa, eləcə də inkişaf etməkdə olan ölkələrə dəstək və kanoe idman növlərinin inkişafı, həmçinin Sərsəng su anbarında beynəlxalq yarışların, təlim-məşq toplanışlarının təşkili sahəsində əməkdaşlıq edəcəklər.
Həmçinin gələcəkdə regionda təlim imkanlarını artıracaq infrastruktur layihələri nəzərdən keçirilə bilər. Tərəflər Azərbaycanın coğrafi mövqeyini nəzərə alaraq, Avropa və Asiyada kanoe idman icmaları arasında əlaqələrin gücləndirilməsi imkanlarını araşdıracaq. Bu əməkdaşlıq birgə təlimlər, məşqçi və liderlik təhsili, tədbirlərdə iştirak və qarşılıqlı uyğun sahələrin inkişafını əhatə edəcək.
Əməkdaşlığın effektiv koordinasiyası və şəffaf qərar qəbulu üçün tərəflər birgə idarəetmə orqanı yaradacaqlar. Bununla əlaqədar olaraq, hər iki tərəfdən bərabər sayda nümayəndədən ibarət Birgə İdarəetmə Qrupunun yaradılması nəzərdə tutulur.
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Tailandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda ilk qələbəsini qazanıb.
"Report" xəbər verir ki, B qrupunda yer alan yığma meydan sahibləri ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan komandasının qalibiyyəti ilə yekunlaşıb - 21:8.
İlk görüşdə Kanadaya 10:16 hesabı ilə uduzan milli sabah İspaniya ilə münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.
İspaniyanın "Atletiko" klubunun futbolçusu Pablo Barrios zədələnib.
"Report" AS nəşrinə istinadən xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi məşq zamanı əzələ ağrısı hiss etdiyi üçün xəstəxanaya yerləşdirilib.
O, ötən ay, İspaniya Kubokunda "Betis"lə matçda da zədə almışdı.
Qeyd edək ki, Pablo Barrios cari mövsüm Madrid təmsilçisinin heyətində 21 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Atletiko" martın 14-də La Liqada "Xetafe" ilə üz-üzə gələcək.
Monteneqronun Budva şəhərində keçirilmiş "Adriatik incisi" beynəlxalq turnirində qızıl medal qazanan Azərbaycanın gənc boksçusu Rza Rzayevin (70 kq) hədəfi dünya və olimpiya çempionu olmaqdır.
O, Dünya Kuboku statuslu yarışda qalib olması ilə bağlı fikirlərini bölüşüb:
"Azərbaycan bayrağını qaldırmaq, Dövlət Himnini səsləndirmək mənim üçün fəxr və şərəfdir. Lakin bununla kifayətlənməyəcəyəm. Ən böyük hədəflərimdən biri dünya və olimpiya çempionu olmaqdır. Məşqləri davam etdirəcəyəm və bunun üçün əlimdən gələn hər şeyi etməyə hazıram".
Boksçu gənclər arasında ölkə çempionu olduqdan sonra millinin heyətinə cəlb olunduğunu xatırladıb:
"Monteneqrodakı turnirdən əvvəl baş məşqçimiz Elbrus Rzayevin rəhbərliyi altında təlim-məşq toplanışına qatıldım. Hədəfim Vətənə yalnız qızıl medalla qayıtmaq idi. Bunun üçün texniki və taktiki hazırlıqlar oldu. Xorvatiya təmsilçisi ilə ilk döyüşüm bir az ağır keçdi. Buna baxmayaraq, 5:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəldim və ən azı bürünc medalı təmin etdim. Qırğızıstan təmsilçisinə də eyni hesabla qalib gələrək finala yüksəldim. Burada isə rəqibim bolqarıstanlı idi. İlk raundda ona gücümü göstərdim, 4:1 qalib gələrək qızıl medala yiyələndim".
Qeyd edək ki, Azərbaycan millisi 18 ölkənin qatıldığı yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.
İspaniyanın "Real" klubunun baş məşqçisi Alvaro Arbeloa La Liqanın XXVII turunda bəzi futbolçulara istirahət verəcək.
"Report" "Marca"ya istinadən xəbər verir ki, əsas heyətin beş üzvü "Elçe" ilə oyunda iştirak etməyəcək.
Mütəxəssis UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İngiltərədə "Mançester Siti"yə qarşı keçirəcəkləri cavab matçına görə bu addımı atıb.
Antonio Rüdiger, Trent Aleksandr-Arnold, Orelien Çuameni, Federiko Valverde və qapıçı Tibo Kurtua çempionat matçını buraxacaqlar.
Əvəzində Daniel Karvahal, Manuel Anxel, Qonsalo Qarsiya, Fran Qarsiya və Andrey Luninin start heyətində yer alacaqları gözlənilir.
"Real" - "Elçe" matçı martın 14-dən 15-nə keçən gecə, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Qeyd edək ki, "Kral klubu" martın 17-də İngiltərədə "Mançester Siti"nin qonağı olacaq. Madrid təmsilçisi ilk qarşılaşmada üç cavabsız qolla qalib gəlib.
Kişi və qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti oyunların tarixi açıqlanıb.
Azərbaycan Voleybol Federasiyasından (AVF) "Report"a verilən məlumata görə, kişilərin yarışında XVIII turun matçları 17-18 martda baş tutacaq.
Qadınların Yüksək Liqasında isə müntəzəm mövsümün sonuncu - XVIII turu 17, 18 və 19 martı əhatə edəcək.
Kişilərin Yüksək Liqasında 20 turun yekununda ilk 4 yeri tutacaq komandalar növbəti mərhələyə yüksələcəklər. Qadınların yarışında isə 8 komanda pley-off mərhələsinə vəsiqə qazanacaq.
Qeyd edək ki, pley-off mərhələsində 1/4 final və yarımfinallar evdə və səfərdə olmaqla iki qarşılaşmadan ibarət olacaq. İki oyundan sonra komandaların qələbələri bərabər olarsa, qalibi müəyyən etmək üçün "qızıl" set oynanılacaq. Bürünc və qızıl medal uğrunda isə bir görüş olacaq.
Qadın basketbolçulardan ibarət Azərbaycan millisinin 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində Bolqarıstana uduzması gələcək qələbələrin başlanğıcıdır.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının (ABF) vitse-prezidenti Fərrux Mahmudov sosial şəbəkə hesabında bildirib.
"İdman yalnız qələbələrdən ibarət deyil. Bəzən ən vacib dərslər məhz çətin oyunlardan sonra gəlir. Oyunçularımızla qürur duyuruq. Məğlubiyyət son deyil, gələcək qələbələrin başlanğıcıdır".
Qeyd edək ki, Azərbaycan millisi rəqibinə 40:120 hesabı ilə uduzub. Komandanın heyətində əsasən gənc və yeniyetmə basketbolçular çıxış edirlər.
Azərbaycanın iki boksçusu martın 15-də Budva şəhərində start götürəcək Monteneqro Kubokunda mübarizə aparacaq.
Bu barədə "Report"a Azərbaycan Boks Federasiyasından məlumat verilib.
Yeddi gün davam edəcək turnirdə yığmanın böyük məşqçisi Nəriman Abdullayevin rəhbərliyi altında Tağı Nəsibov və Məhəmmədəli Qasımzadə rinqə çıxacaqlar.
Onların hər ikisi 60 kq çəki dərəcəsində döyüşəcəklər.
Qeyd edək ki, bu gün Budvaya yollanan komanda martın 22-də Bakıya qayıdacaq.
İngiltərənin "Arsenal" klubu Almaniya təmsilçisi "Leyptsiq"də çıxış edən futbolçu Kastello Lukebanı heyətinə qatmaq üçün danışıqlara start verib.
"Report" "Lequipe"ə istinadən xəbər verir ki, 23 yaşlı mərkəz müdafiəçisi üç mövsümdən sonra Bundesliqa komandasından ayrılmağı planlaşdırır.
Klubu fransalı oyunçuya görə 60-70 milyon avro transfer məbləği tələb edir. "Arsenal"ın skautu fevralın 21-də Dortmund "Borussiya"sı ilə matçda (2:2) Lukebanı izləyib. Futbolçu karyerasını İngiltərə və ya İspaniyada davam etdirmək niyyətindədir.
Qeyd edək ki, Kastello Lukeba cari mövsüm "Leyptisq" forması ilə 23 oyuna 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla hazırkı müqaviləsinin müddəti 2029-cu ilin yayınadək qüvvədədir.
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Taylandın paytaxtı Banqkokda keçirilən FIBA Çempionlar Kubokunda bu gün mübarizəyə başlayır.
"Report"un məlumatına görə, B qrupunda yer alan yığma ilk olaraq Kanada və meydan sahibləri ilə üz-üzə gələcək.
Qarşılaşmalar müvafiq olaraq saat 13:20 və 16:05-də start götürəcək. Azərbaycan millisi sabah İspaniya ilə münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, turnirin qalibi FIBA 3x3 Çempionlar Kuboku 2027, FIBA 3x3 Dünya Kuboku 2027 və 2028-ci il Yay Olimpiya Oyunlarına vəsiqə qazandıran Olimpiya Təsnifat turnirində iştirak hüququ əldə edəcək.
Misli Premyer Liqasının XXIV turuna bu gün iki matçla start veriləcək.
"Report" xəbər verir ki, ilk olaraq "Araz-Naxçıvan" "Karvan-Yevlax"la üz-üzə gələcək.
Qarşılaşma Bakıdakı "Liv Bona Dea Arena"da, saat 18:30-da start götürəcək.
Naxçıvan təmsilçisi 33 xalla 5-ci, Yevlax klubu 8 xalla sonuncu - 12-ci pillədə qərarlaşıb.
Günün ikinci matçında "Şamaxı" səfərdə "Sumqayıt"la münasibətlərə aydınlıq gətirəcək. Görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 20:30-da başlayacaq.
Kişi və qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında pley-off mərhələlərinin başlayacağı tarix bəlli olub.
Bu barədə "Report"a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.
Bildirilib ki, qadın komandalar arasında pley-off mərhələsinin oyunlarına martın 27-də, kişilərin yarışında isə aprelin 6-da start veriləcək.
Bürünc medal uğrunda oyunlar və final qarşılaşmaları aprelin 18-19-da keçiriləcək.
Qeyd edək ki, pley-off və yarımfinal oyunları 2 matçdan (ev-səfər) ibarət olacaq. İki görüşün yekununda komandaların qələbələri bərabər olarsa, "qızıl" set oynanılacaq. Bürünc və qızıl medal uğrunda isə bir oyun baş tutacaq.
Azərbaycan Velosiped İdmanı Federasiyası (AzVİF), Balakən rayon İcra Hakimiyyəti, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası və Şəki-Zaqatala Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında velosiped yarışı təşkil olunub.
AzVİF-dən "Report"a verilən məlumata görə, açılış mərasimində iştirak edən Balakən rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Azər Kərimli və digər rəsmilər çıxış edərək, rayonda ilk dəfə belə bir velosiped yarışının keçirilməsindən məmnunluqlarını bildiriblər və bu tədbirin Balakən rayonunda velosiped idmanına marağın xeyli artıracağına inandıqlarını söyləyiblər.
Vurğulanıb ki, Balakən və Zaqatala rayonlarında velosipeddən nəqliyyat vasitəsi kimi istifadə kifayət qədər geniş yayılıb və indi əsas məqsəd velosipedin idman növü kimi təşviqinə yönəldilməsidir.
Yarışda Balakən, Zaqatala və Qax rayonlarından 150-yə yaxın məktəbli 3 müxtəlif yaş qrupunda mübarizə aparıb. Reqlamentə əsasən, iştirakçılar yarışa öz velosipedləri ilə qatılıblar və əvvəlcə yarımfinal mərhələsində güclərini sınayıblar.
Yarışın marşrutu Balakən şəhərinin mərkəzi küçələrini əhatə edib. 3,5 kilometrlik dövrə üzrə hərəkət edən iştirakçılar sürət və texniki bacarıqlarını ortaya qoyublar. Gərgin və maraqlı keçən mübarizənin sonunda isə hər yaş qrupu üzrə ən sürətli və dözümlü velosipedçilər müəyyənləşdirilərək final mərhələsinə yüksəliblər.
Final mərhələsinin yekununa əsasən, 2008-2010-cu il təvəllüdlü oğlanlar arasında Balakən məktəbliləri ilk 3 pilləyə yüksəliblər – Famil Həsənov 1-ci, İrakli Rəhimov 2-ci, Rəsul Əlisoltanov isə 3-cü olub.
Qızlar arasında mübarizə Zaqatala rayonu məktəblilərinin üstünlüyü ilə yekunlaşıb – Fatma Mehdiyeva bütün rəqiblərini qabaqlamaqla 1-ci nəticə göstərib. Həbsət Buğliyeva 2-ci, Hürü Məmmədova isə 3-cü yeri tutub.
2011-2014-cü il təvəllüdlü oğlanlar arasında da Balakən məktəbliləri fərqləniblər – Qurban Mollaçıyev final yürüşündə hamıdan güclü olub. Cahid Ramazanlı finişi 2-ci, İbrahim Hacıyev isə 3-cü keçib.
Fərqlənən idmançılar təşkilatçılar tərəfindən medal diplom və hədiyyələrlə təltif ediliblər. Bundan başqa, 1-ci yeri tutan məktəblilərə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən velosipedlər hədiyyə edilib.
Misli Premyer Liqasında XXIV turun oyunlarına təyinatlar açıqlanıb.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, "Qəbələ" – "Neftçi" matçını FIFA referisi Elçin Məsiyev, "Zirə" - "Qarabağ" qarşılaşmasını isə Fərid Hacıyev idarə edəcək.
Misli Premyer Liqası
III dövrə, XXIV tur
13 mart
18:30. "Araz-Naxçıvan" – "Karvan-Yevlax"
Hakimlər: Kamranbəy Rəhimov, Zeynal Zeynalov, Kərim Zeynalov, İslam Məmmədov.
Bunlar Gülnarə Bayramova (57 kq), Aytac Qardaşxanlı (70 kq), Nərmin Əmirli, Günel Həsənli (hər ikisi 78 kq), Babarəhim Mirzəyev, Murad Əliyev, Kənan Hüseynov (hamısı 60 kq), Nazir Talıbov, Hüseyn Allahyarov, Tofiq Məmmədov, Yaşar Nəcəfov, Elşən Əsədov (hamısı 66 kq), İbrahim Əliyev, Rüfət Şövlətov, Nəriman Mirzəyev (hamısı 73 kq), Xəyyam Əliyev (90 kq), Elmar Qasımov, Nihad Şıxəlizadə (hər ikisi 100 kq) və Camal Feyziyevdir (+100 kq).
Kişilərdən ibarət yığmanın böyük məşqçiləri – Elxan Məmmədov və Slavko Tekiç, qadınlardan ibarət yığmanın məşqçisi İmamverdi Məmmədov kollektivə rəhbərlik edəcək.
Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvləri, A kateqoriyalı hakimlər Nazim Umbayev və Akif Tahirov da yer alacaq.
Meksika millisinin qapıçısı Luis Anxel Malaqon bu il keçiriləcək dünya çempionatını buraxacaq.
"Report" ESPN-ə istinadən xəbər verir ki, buna 29 yaşlı futbolçunun axilles vətərinin cırılması səbəb olub.
Ölkəsinin "Amerika" klubunda çıxış edən qolkiper KONKAKAF Çempionlar Kubokunda ABŞ-nin "Filadelfiya" kollektivi ilə görüşdə sıradan çıxıb. O, əməliyyat ediləcək və sağalma müddəti reabilitasiya prosesindən asılı olacaq.
Xatırladaq ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.
Azərbaycan stolüstü tennisçiləri Onur Quluzadə və Ələkbər Mirzəliyev Almaniyanın paytaxtı Berlində təşkil olunan "WTT Youth Contender" turnirində uğurla çıxış ediblər.
"Report"un məlumatına görə, oğlanlardan ibarət millinin baş məşqçisi Ramin Cəfərovun rəhbərliyi ilə yarışa qatılan 3 idmançıdan ikisi mükafata sahib çıxıb.
O.Quluzadə U-15, Ə.Mirzəliyev isə U-11 yaş kateqoriyasında üçüncü yeri tutub.
Bu gün Çexiyaya yollanan Onur Quluzadə, Ələkbər Mirzəliyev və Cəfər Almədədlidən ibarət heyət Havirov şəhərində keçiriləcək analoji turnirdə də etimadı doğrultmağa çalışacaqlar.
"Sumqayıt"ın ukraynalı futbolçusu Danilo Beskorovaynıy komandasının Misli Premyer Liqasında keçirdiyi bəzi oyunlarda məğlubiyyətə layiq olmadığını düşünür.
27 yaşlı müdafiəçi komandanın "qara zolağ"a düşməsinin səbəbini açıqlayıb:
"Fikrimcə, ilk səbəb psixoloji amildir. Çünki avrokuboklara vəsiqə qazanmaq istəyirik və turnir cədvəlində bizə yaxın olan komandalar çoxdur. Elə oyunlar olub ki, məğlubiyyətə layiq deyildik. Amma təəssüf ki, istədiyimiz nəticəni əldə edə bilmədik. Son matçlarda isə eniş yaşayırıq və bundan çıxmalıyıq. Məncə, daha da birləşməli və maksimumumuzu göstərməliyik. Hələ qarşıda 10 tur var, hər birimiz maksimum gücümüzlə oynayıb komanda kimi çıxış etməliyik ki, "qara zolaq"dan çıxaq".
D.Beskorovaynıy XXIV turda "Şamaxı"ya qarşı keçirəcəkləri matça toxunub:
"Hər oyunda qalib gəlmək istəyirik, amma hazırda kiçik bir böhran yaşayırıq. Ümid edirəm ki, cümə günü "Şamaxı"ya qarşı keçirəcəyimiz görüşdə azarkeşlərimizi uzun zamandır gözlədikləri qələbə ilə sevindirə biləcəyik".
Yanvarda "Sumqayıt"a keçən ukraynalı futbolçu yaxşı komandalarının olduğunu sözlərinə əlavə edib:
"Heyətdə fərdi baxımdan perspektivli oyunçular çoxdur. Özümü burada çox yaxşı hiss edirəm. Sumqayıt şəhəri də xoşuma gəlir. Uyğunlaşma problemim olmadı. Komanda yoldaşlarım məni yaxşı qarşıladılar. Hamısı çox mehriban insanlardır. Buna görə onlara təşəkkür edirəm".
Qeyd edək ki, "Sumqayıt" 23 turdan sonra Misli Premyer Liqasında 32 xalla 6-cı pillədə qərarlaşıb. Komanda son olaraq XVIII turda "Karvan-Yevlax"ı məğlub edib - 2:0.
İspaniyalı futbolçu Tyaqo Pitarç İspaniyanın "Real" klubunun tarixinə düşüb.
"Report"un məlumatına görə, 18 yaşlı yarımmüdafiəçi buna İngiltərənin "Mançester Siti" komandasına qalib gəldikləri UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin ilk oyununda start heyətində meydana çıxmaqla nail olub.
O, qarşılaşma vaxtı 18 yaş 220 günündə olub. Bu isə onu ÇL-in pley-off mərhələsində Madrid təmsilçisi üçün ilk "11-lik"də matça başlayan ən gənc ispan futbolçu edib.
Pitarç "Kral klubu"nun əfsanəvi oyunçusu Raul Qonsalesin rekordunu qırıb. Sabiq hücumçu 1996-cı ildə 18 yaş 253 günündə "Yuventus"la görüşdə iştirak edib.
Qeyd edək ki, "Real" "Mançester Siti"ni üç cavabsız qolla üstələyib.
Azərbaycan təmsilçiləri Monteneqronun Budva şəhərində gənc boksçular arasında keçirilən Dünya Kuboku statuslu "Adriatik incisi" beynəlxalq turnirini dörd medalla başa vurublar.
"Report"un məlumatına görə, Azərbaycan millisi 18 ölkənin qatıldığı yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.
Komandanın heyətində Rza Rzayev (70 kq) bütün rəqiblərinə qalib gəlib. O, finalda Maksim Kirillovu 4:1 (30:27, 28:29, 29:28, 29:28, 29:28) hesabı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Digər boksçulardan Heydər Əzməmmədov (85 kq) gümüş, Vüsal Xəlilov (65 kq) və Zaur Səmədov (90 kq) bürünc medala yiyələniblər. Millimiz bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub.
Bu il Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisi üçün marşal qeydiyyatına start verilib.
Bu barədə "Report"a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən bildirilib.
Qurum marşal proqramına qoşulmaq istəyən namizədləri qeydiyyatdan keçməyə dəvət edib.
Yaşı 21-dən yuxarı olan və dünyanın istənilən ölkəsində yaşayan şəxslər Marşal proqramına qoşula bilərlər. Azərbaycan Avtomobil Federasiyası marşal proqramını uğurla tamamlayan iştirakçıları Beynəlxalq Avtomobil Federasiyası (FIA) tərəfindən tanınan beynəlxalq rəsmi marşal lisenziyası ilə təltif edəcək.
Bu lisenziya marşallara yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində keçirilən "Formula 1" Qran-priləri və digər avtomobil idmanı yarışlarında iştirak etmək imkanı yaradır.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 24-26 sentyabrda baş tutacaq.
AFFA və Naxçıvan Futbol Federasiyasının (NFF) birgə təşkilatçılığı ilə martın 27-dən aprelin 12-dək Azərbaycan birinciliyinin U-10, U-11, U-12, U-13 və U-14 liqalarında muxtar respublika üzrə region mərhələsinə start veriləcək. NFF-dən "Report"a verilən məlumata görə, yarışlara hazırlıq məqsədi ilə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin, NFF-nın və UGİM-in komandalarının nümayəndələri ilə görüş keçirilib. Rəsmilər komandaların hazırlıq vəziyyəti ilə maraqlanıb, yarışın əsasnaməsi, eləcə də qaydalarla bağlı iştirakçılara məlumat verib. Qeyd edək ki, 5 liqa üzrə 36 komanda mübarizə aparacaq. 119 oyun 4 məkanda - Naxçıvan Muxtar Respublika Stadionunda, Uzunoba Təlim-Məşq İdman Kompleksində, Şərur Olimpiya Kompleksində və Ordubad şəhər stadionunda keçiriləcək. Matçları muxtar respublikadan olan 14 hakim idarə edəcək. Bu məqsədlə hakimlərlə NFF rəsmilərinin də görüşü keçirilib, çempionata aid məlumatlar verilib, suallar cavablandırılıb. Əsasnaməyə uyğun olaraq U-13 və U-14 liqalarının müxtar respublika üzrə qalibləri pley-off mərhələsinə vəsiqə qazanacaqlar. Bu mərhələnin görüşləri Bakıda təşkil olunacaq.
UEFA Avropa Liqasında 1/8 final mərhələsinə bu gün start veriləcək.
"Report"un məlumatına görə, İngiltərə təmsilçilərindən "Aston Villa" Fransada "Lill"lə, "Nottinqem Forest" evdə Danimarkanın "Midtyullann" kollektivi ilə üz-üzə gələcək.
1/8 finalda İtaliya təmsilçiləri "Bolonya" və "Roma" münasibətlərə aydınlıq gətirəcəklər.
Azərbaycan I Liqasında çıxış edən "Mingəçevir" komandasının baş məşqçi Ramiz Məmmədovla bağlı verdiyi apellyasiya şikayəti təmin olunub.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Apellyasiya Arbitraj Tribunalı bu barədə qərar qəbul edib.
Mütəxəssisin dörd oyunluq cəzasının biri İntizam Məcəlləsinin 19-cu maddəsinə uyğun olaraq təxirə salınıb. R.Məmmədova 6 aylıq sınaq müddəti təyin edilib.
Xatırladaq ki, Ramiz Məmmədov XV turda "Şəfa"ya qarşı keçirdikləri matçın 45-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün 4 oyunluq diskvalifikasiya edilib, klub 3 000 manat cərimələnib.
AFFA Apellyasiya Arbitraj Tribunalı "Sabah" klubunun şikayətini təmin etməyib.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi sabiq qapıçısı Yusif İmanovla bağlı qərardan narazı qalsa da, müsbət cavab almayıb.
Oyunçuların Statusu və Transferi Komitəsinin "Yusif İmanov – Sabah Futbol Klubu" işi ilə əlaqədar ötən il dekabrın 3-də 8604 saylı qərarı qüvvədə saxlanılıb.
Xatırladaq ki, ötən ilin sonunda Oyunçuların Statusu və Transferi Komitəsi "Sabah"ın Y.İmanova 10 000 manat ödəməsi ilə bağlı qərar çıxarıb. Qapıçı hazırda "Kəpəz" klubunda çıxış edir.
Argentina millisinin futbolçusu Aleksis Makallister İngiltərənin "Liverpul" klubundan ayrılmaq istəyir.
"Report" "Fichajes"ə istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi özünü başqa çemionatda sınamaq niyyətindədir.
Mersisayd təmsilçisi artıq oyunçu üçün rəsmi transfer sorğusu da alıb.
Xatırladaq ki, Aleksis Makallister 2022-ci ildə Argentina yığması ilə dünya çempionu olub. Onun Mersisayd təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin yayınadək qüvvədədir. Yarımmüdafiəçi cari mövsüm 28 oyunda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Azərbaycanda keçiriləcək "FIFA Series – 2026" turnirin oyunlarının biletləri satışa çıxarılıb.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan, Oman, Syerra Leone və Sent Lüsiya millilərinin iştirakı ilə gerçəkləşəcək turnirin martın 27-də baş tutacaq ilk matçlarına bilet satışı iticket.az saytı vasitəsilə həyata keçirilir.
Azarkeşlər saat 15:00-da, "Dalğa Arena"da keçiriləcək Oman – Syerra Leone, 19:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq Azərbaycan – Sent Lüsiya görüşlərinə bilet ala bilərlər.
Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.
"Report" xəbər verir ki, İstanbul təmsilçilərindən "Beşiktaş" bu raundda "Alanyaspor"la üz-üzə gələcək.
"Fənərbağça" "Konyaspor"la, "Qalatasaray" "Gənclərbirliyi" ilə münasibətlərə aydınlıq gətirəcək. "Trabzonspor" isə "Samsunspor"un müqavimətini qırmağa çalışacaq.
"Qalatasaray" - "Gənclərbirliyi" cütünün qalibi növbəti raundda "Samsunspor" - "Trabzonspor" duelinin güclüsü ilə, "Beşiktaş" - "Alanyaspor" görüşündə üstün olacaq tərəf "Konyaspor" - "Fənərbağça" qarşılaşmasının qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.
Qeyd edək ki, 1/4 final oyunları 21-22-23 apreldə, yarımfinal matçları 12-13-14 mayda, final isə 24 mayda baş tutacaq.
Azərbaycan II Liqasında çıxış edən "Şəmkir" komandasına texniki məğlubiyyət verilib.
"Report"un məlumatına görə, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Bölgə təmsilçisi "Xankəndi" ilə oyunda Əsasnamənin tələblərini pozduğu üçün bu halla üzləşib.
Bildirilib ki, "Şəmkir" komandası Əsasnamənin tələblərini pozaraq oyuna çıxacağı forma haqqında məlumat vermədiyinə, AFFA nümayəndəsinin, Peşəkar Futbol Liqasının (PFL) tələblərinə məhəl qoymadığına, müxtəlif bəhanələrlə matçın keçirilməsindən imtina etdiyinə və PFL tərəfindən təyin edilmiş, nümayəndə və hakimlər tərəfindən bildirilmiş oyun vaxtında meydana çıxmadığına görə 0:3 hesablı texniki məğlubiyyət (maddə 58.3, 77.1, 88, 94) alıb.
"Sabah"ın məşqçisi Valerio Zuddas yeddi oyunluq cəzalanıb.
"Report" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
1 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun "Qarabağ" – "Sabah" oyununda "Sabah" komandasının məşqçisi Valerio Zuddas rəqib ehtiyat skamyaya qeyri-etik jest etdiyinə görə 7 oyun oyuna buraxılmasın, "Sabah" komandası 15000 manat cərimə edilsin (maddə 52.4)
1 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun "Qarabağ" – "Sabah" oyununda "Qarabağ" komandasının məşqçisi Müşfiq Hüseynov kütləvi davada iştirak etdiyinə görə 6 oyun oyuna buraxılmasın, "Qarabağ" komandası 6000 manat cərimə edilsin (maddə 48.2);
1 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXII turun "Qarabağ" – "Sabah" oyununda "Qarabağ" komandasının məşqçisi Zaur Tağızadə kütləvi davada iştirak etdiyinə görə 6 oyun oyuna buraxılmasın, "Qarabağ" komandası 6000 manat cərimə edilsin (maddə 48.2);
Azərbaycan millisinin və Yunanıstanın "Panionios" klubunun voleybolçusu Polina Rəhimova "Report"un suallarını cavablandırıb. 35 yaşlı oyunçu Yunanıstan Kubokunun qalibi olması ilə bağlı fikirlərini bölüşüb. P.Rəhimova 2025-ci ildən çıxış etdiyi komandadakı hədəflərindən də söz açıb.
- İlk növbədə Yunanıstan Kubokunun qalibi olmağınızla bağlı fikirlərinizi almaq istərdik. Təəssüratlarınız necədir?
- Finalda "Thiras"ı 3:1 hesabı ilə məğlub etdik. Çox yaxşı və gözəl qarşılaşma idi. Yarımfinaldakı rəqibimiz də finaldakı qədər çox güclü idi. Hər ikisi layiqincə mübarizə apardılar. Hamı qələbə qazanmaq şanslarının olduğunu anlayırdı. Maksimum gücümüzü ortaya qoyduq. Məncə, bu iki oyun çox maraqlı alındı.
- Hansı rəqib sizə daha çox çətinlik yaşatdı?
- Yarımfinaldakı oyunumuz daha maraqlı idi. "Olimpiakos"la üz-üzə gəldik. Onlar son çempiondurlar. Bu rəqibə qarşı oynamaq həqiqətən daha çətin idi. Həmin matç da yetərincə ağır keçdi. Qalib gəldiyimiz üçün çox sevinirəm. Çünki bu qalibiyyətlər bizim üçün çox vacib idi.
- Yunanıstanda voleybol hansı səviyyədədir?
- Bu il Yunanıstan çempionatı daha da güclənib və maraqlı olub. Yaxşı, səviyyəli əcnəbi oyunçular transfer edilib.
- Bəs "Panionios"un qarşıdakı hədəfləri nələrdir?
- Komandamız qarışısına böyük vəzifələr, məqsədlər qoyub. Dörd kubokun hamısını qazanmaq niyyətindəyik. Bir sözlə, dörd qızıl medal istəyirik. Amma təəssüf ki, "Panatinaikos"u məğlub edə bilmədik. Çağırış Kubokunun 1/8 finalında onlara uduzduq və mübarizəni dayandırdıq.
- Heyətiniz digər titulları qazanmaq üçün yetərlidir?
- Artıq iki kubok əldə etmişik. Nəzərə almalıyıq ki, komandamız bu il çox güclənib. Xüsusilə də yaxşı, səviyyəli legionerlərin hesabına yüksək nəticələr, yerlər uğrunda mübarizə aparırıq. Buna isə sevinmək lazımdır. Artıq iki kubok qazandığımız üçün sevinirik. Hazırda yalnız Yunanıstan çempionatına köklənmişik. Dörd kubokdan ikisinə sahib çıxdıq, birində mübarizəni dayandırdıq. İndi isə biri qalıb. Heyətdə bəzi dəyişikliklər olub. Komandada yaşı 35-i keçən çox oyunçu var. Kapitanımız 38 yaşındadır, 33 yaşında olanlar da var. 20 yaşlı gənc voleybolçu kollektivə yeni qoşulub. Bir sözlə, əksəriyyətimiz təcrübəli oyunçularıq və böyük oyunlarda, müxtəlif çempionatlarda çıxış etmişik.
- Həmin bölgədə voleybola maraq var?
- Burada idmanın formalaşmasına yerli əhali də töhfə verib. Klubun təməlini də məhz yerli əhali qoyub. Bu səbəbdən "Panionios" onlar üçün sadəcə bir idman klubu deyil, həm də ailənin üzvü kimi qəbul olunur. Bu isə bizim qələbələrimizin, həm kiçik, həm də böyük uğurlarımızın nə qədər əhəmiyyət kəsb etdiyini göstərir. Gecə saat 3-də şəhərə qayıtdıq və heyrətə gəldim. Çoxlu insan gördüm - yaşlılar, gənclər, kişilər, qadınlar var idi. Onlar Yunanıstan Kubokundakı qələbəyə görə sevincdən ağlayırdılar. Mənim üçün isə bu, çox qeyri-adi idi və içdən dərin bir təsir bağışladı.
- Azarkeşlərlə söhbət etdiniz?
- Tanımadığım bir kişiyə yaxınlaşdım, onu qucaqladım. Çünki ağlayırdı. Mən də qələbənin nə qədər vacib olduğunu anladım. Bu, çox xoş və təsirli idi. Belə azarkeş dəstəyi, səmimi sevinc, komanda üçün böyük motivasiya və stimul yaradır.
- Artıq 35 yaşınız var. Karyeranızla bağlı planlarınız necədir?
- Karyeramın son illərindən biridir. Bu səbəbdən Braziliya və Yunanıstanda uğurlar qazanmaq mənim üçün çox vacib idi. İndi isə karyeramı gözəl bir notla, qalib olaraq başa vurmaq imkanım var. Bu, mənim üçün çox önəmli və xoşdur.
- Azərbaycan çempionatını necə, izləyirsiniz?
- Bəli. Oyunların necə keçdiyini görürəm. Milli komandadakı qızların forması ilə maraqlanıram. Çünki bu il Avropa çempionatında yaxşı nəticə göstərməliyik. Turnirin qrup oyunlarının bir neçəsi Bakıda baş tutacaq.
Bakıda UEFA Milli Assosiasiyaların Kommunikasiyalar Bölməsi tərəfindən milli assosiasiyalara öz potensiallarını həyata keçirməyə kömək etmək üçün UEFA Grow proqramı çərçivəsində Strateji Kommunikasiyalar üzrə seminar təşkil olunub.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iki gün davam edən tədbirdə strateji kommunikasiyanın vacibliyi, maraqlı tərəflərin auditi və komanda potensialının qiymətləndirilməsi, AFFA-nın imic və reputasiyasının gücləndirilməsi, strateji prioritetlərin kommunikasiya baxımından planlaşdırılması, hədəf auditoriyaların müəyyənləşdirilməsi, əsas mesajların formalaşdırılması məsələləri ilə bağlı müzakirələr aparılıb.
Seminar çərçivəsində beynəlxalq turnirlərə ev sahibliyi edən AFFA və Azərbaycan üçün kommunikasiya yanaşmaları, turnirin təşkili, təşviqi və irs kommunikasiyası müzakirə olunub. Bununla yanaşı, iştirakçılar üçün interaktiv qrup işləri təşkil olunub, müvafiq mövzular üzrə fikir mübadiləsi aparılıb və praktiki yanaşmalar müzakirə edilib. Qrup müzakirələri zamanı yerli təcrübə, beynəlxalq yanaşmalar və inkişaf imkanları əsas diqqət mərkəzində saxlanılıb.
İspaniyanın "Real" klubunun futbolçusu Din Heysen İngiltərə təmsilçisi "Liverpul"un maraq dairəsinə düşüb.
"Report" "Fichajes" nəşrinə istinadən xəbər verir ki, mersisaydlılar yay transfer dönəmində gənc mərkəz müdafiəçisi üçün 70 milyon avro təklif etməyə hazırdır.
20 yaşlı ispaniyalı oyunçu cari mövsüm Madrid komandasında 28 matçda meydanda olub.
Xatırladaq ki, Heysen "Bornmut"dan 50 milyon avroya alınıb. Onun müqaviləsinin müddəti 2030-cu ilin yayınadək qüvvədədir.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki. onun yubileyi Misli Premyer Liqasının XXIII turunun "Qəbələ" ilə matçına (7:1) təsadüf edib.
Dubla imza atan almaniyalı hücumçu qol sayını 50-yə çatdırıb.
Azərbaycanda yalnız "Sabah"da forma geyinən Mikels 50-ci qolunu 102-ci oyununda vurub.
O, turnirin tarixində 50 və daha çox qola imza atan 44-cü futbolçudur. Coy Lensə qədər Abdullah Zubir və Emin Mahmudov da bu siyahıya cari mövsüm daxil olub.
Almaniyalı futbolçu 2021/2022 mövsümündə 11, növbəti çempionatda 17, 2023/2024 mövsümündə 1, ötən birincilikdə 9 dəfə fərqlənib. O, cari mövsümdə 12-ci dəfə rəqib qapılarına yol tapıb və hazırda çempionatın bombardiridir.
Azərbaycan Premyer Liqasında iki rekord təkrarlanıb.
"Report" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
"Sabah" Premyer Liqada ən böyükhesablı ev qələbəsini qazanıb. Bakı klubu Misli Premyer Liqasının XXIII turunda "Qəbələ"ni 7:1 hesabı ilə məğlub edib.
Bu, həm də ən böyük fərqli qələbənin təkrarı olub. 2022-ci il dekabrın 23-də "Sumqayıt"ın qonağı olan bakılılar 6:0 hesablı qələbəyə sevinmişdilər. Həmin matç da Premyer Liqa çərçivəsində baş tutub. 2022/2023 mövsümündə səfərdə 6 top fərqi ilə qalib gələn "Sabah" eyni uğuru evdə təkrarlayıb.
"Sabah" Premyer Liqanın cari mövsümünün ən böyük qələbəsinin də təkrarlayıb. XXIII turun bir gün əvvəlki matçında "Qarabağ" "Araz-Naxçıvan"ı 6:0 hesabı ilə məğlub etmişdi. Bu rekordu təkrarlayan paytaxt təmsilçisi mövsümün bir oyununda 7 qol vuran ilk komanda olub və öz tarixində ilk dəfə Premyer Liqa görüşündə bu qədər qol vurub.
İspaniyanın "Atletiko" komandası UEFA Çempionlar Liqasında "Barselona"nın rekordunu təkrarlayıb.
"Report" "Opta Sport"a istinadən xəbər verir ki, Dieqo Simeonenin baş məşqçisi olduğu kollektiv buna evdə İngiltərə təmsilçisi "Tottenhem"ə qalib gəldiyi (5:2) 1/8 final mərhələsinin ilk oyununda nail olub.
Komanda tarixində ilk dəfə qitənin bir nömrəli klub turnirində matçın ilk hissəsində dörd qol vurub.
Üstəlik, madridlilər "Barselona"dan sonra bunu UEFA Çempionlar Liqasının pley-off qarşılaşmasında bacaran ikinci İspaniya klubudur. Kataloniyalılar 2009-cu ildə "Lion"la görüşdə buna nail olub.
"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, "Qəbələ" ilə ev oyununa təsadüf edib. Bakı klubu Misli Premyer Liqasının XXIII turunda 7:1 hesabı ilə qalib gəlib.
2018/2019 mövsümündən Premyer Liqada çıxış edən "Sabah" 235-ci matçında 100-ə çatıb. Bu qələbələrdən 52-si evdə, 48-i səfərdə əldə olunub. Paytaxt təmsilçisi turnirin tarixində 100 və daha çox oyunda qalib gələn 14-cü komandadır.
Qeyd edək ki, "Sabah" ilk qələbəsini 2018-ci il avqustun 12-də həmin vaxt "Keşlə" adlanan indiki "Şamaxı" üzərində qazanıb – 1:0.
Qadın basketbolçulardan ibarət Azərbaycan millisi 2027-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa bu gün çıxacaq.
"Report"un məlumatına görə, yığma səfərdə Bolqarıstan komandası ilə üz-üzə gələcək.
Görüş Plovdiv şəhərindəki "Kolodrum Arena"da, saat 21:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Bolqarıstana (48:141), Monteneqroya (62:104) və Ukraynaya (34:98) uduzub. Yığma E qrupunda 3 xalla sonuncu - dördüncü sırada qərarlaşıb.
"Turan Tovuz" klubu ev oyunlarını Sumqayıtda keçirəcək.
"Report" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Bildirilib ki, daha əvvəl Tovuz şəhər stadionunun ot örtüyündə yaranmış problemlə əlaqədar Peşəkar Futbol Liqası tərəfindən "Turan Tovuz"un ev oyunlarını müvəqqəti olaraq "Azərsun Arena"da keçirməsinə icazə verilib:
"Klubun Tovuz şəhər stadionuna qayıtması öncədən test oyununun keçirilməsi şərti ilə Misli Premyer Liqasının XXV tur oyununa planlaşdırılıb. Son aparılan təhlillər, mütəxəssis rəyləri və klubun rəsmi müraciətinə əsasən, stadionun oyuna hazır vəziyyətə gətirilməsinin ən tez aprel ayının ortalarında mümkün ola biləcəyi müəyyənləşib. "Turan Tovuz" klubunun müvəqqəti olaraq çıxış etdiyi "Azersun Arena"nın da təmirə bağlanması səbəbindən ("Turan Tovuz"un bu stadionda yalnız fevral ayında istifadə edəcəyi əvvəlcədən rəsmi şəkildə bildirilmişdi) sözügedən tur oyununun, həmçinin Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsi çərçivəsində keçiriləcək ev qarşılaşmasının Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkili ilə bağlı Peşəkar Futbol Liqasına müraciət daxil olub".
"Tovuz şəhər stadionundakı mövcud durum, klubun müraciəti, eləcə də "Sumqayıt" klubunun razılıq məktubu nəzərə alınaraq Peşəkar Futbol Liqası tərəfindən "Turan Tovuz" klubunun Misli Premyer Liqasının 25-ci tur qarşılaşmasını və Bizon Azərbaycan Kubokunun yarımfinal mərhələsindəki ev oyununu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirməsinə qərar verilib. Sözügedən qarşılaşmalardan sonra Tovuz şəhər stadionunun ümumi vəziyyəti yenidən qiymətləndiriləcək və 26-cı turdan etibarən komandanın ev oyunlarının Tovuz şəhər stadionunda keçirilib-keçirilməməsi ilə bağlı əlavə qərar qəbul olunacaq".
AFFA İcraiyyə Komitəsinin fevralın 19-da keçirilmiş iclasında Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət millisinin baş məşqçisi postuna Ruy Jorjenin namizədliyi müzakirə çıxarılıb və təsdiq edilib.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, hüquqi prosedurların tamamlandığını nəzərə alaraq Ruy Jorje müvafiq millinin baş məşqçisi postuna təyin olunub.
Azərbaycanın U-20 millisi 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 dünya çempionatında ölkəmizi təmsil edəcək.
Yeni təyin olunan baş məşqçinin mətbuat konfransı AFFA rəhbərliyinin iştirakı ilə yaxın günlərdə təşkil olunacaq.
Qeyd edək ki, Ruy Jorje məşqçiliyə futbolçu kimi son klubu olan "Belenenseş"də başlayıb. Portuqaliyalı mütəxəssis 2006-2010-cu illər aralığında adıçəkilən klubun U-19 komandasına rəhbərlik edib, 2008/2009 mövsümündə qısa müddət əsas komandanın baş məşqçisi olub.
2010-cu ildə Portuqaliyanın U-21 yığmasının "sükanı arxasına" gətirilən Jorje 15 il bu komandanı çalışdırıb. Onun rəhbərliyi altında portuqaliyalılar 5 dəfə Avropa çempionatının final mərhələsində iştirak edib, bunun ikisində (2015, 2021) gümüş mükafat qazanıb. Həmin illər ərzində Ruy Jorje Portuqaliyanın Olimpiya millisinə də rəhbərlik edib.
FIFA dünya çempionatının əməliyyat büdcəsini 100 milyon dollardan çox ixtisar etmək barədə qərar qəbul edib.
"Report" "The Athletic" nəşrinə istinadən məlumat verir ki, qurumun əsas prioriteti qlobal futbol çərçivəsində gəlirlərin 90 faizinin yenidən bölüşdürülməsidir.
Məlumata görə, büdcə ixtisarları Amerika vergi ödəyicilərinin çiyinlərinə düşən əhəmiyyətli maliyyə yükü və azarkeşlər üçün rekord səviyyəyə çatan bilet qiymətləri fonunda sual doğurur.
"FIFA xərcləri nəzarətdə saxlamaq və beynəlxalq miqyasda futbolun inkişafına yönələn investisiyaları maksimum həddə çatdırmaq məqsədilə büdcə səmərəliliyini mütəmadi qaydada dəyərləndirir. Bu, gözlənilməz hal olmamalıdır, belə ki, biz hər turnir və tədbirə qədər büdcə icmallarını həyata keçiririk. Büdcə optimallaşdırılması cəhdlərinin qarşıdan gələn FIFA prezident seçkiləri ilə bağlı olduğu iddialar tamamilə əsassızdır", - deyə qurumun açıqlamasında vurğulanıb.
Xatırladaq ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.
"Turan Tovuz" Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda "Kəpəz"ə daha çox qol vura bilərdi.
"Report" xəbər verir ki, bu barədə komandanın məşqçisi Ruslan Abışov mətbuat konfransında deyib.
Mütəxəssis Gəncə təmsilçisinə iki cavabsız qolla qalib gəldikləri matçla bağlı fikirlərini bölüşüb:
"İkinci hissənin əvvəlində vurduğumuz qoldan sonra ümumi hesabda 3:0 öndə idik. Əks-hücumlarda epizodlar yaradıb daha çox qol vura bilərdik. Artıq bu matçı unudub çempionat oyununa hazırlaşacağıq. Kubokda hədəfimiz böyükdür, finala qədər getmək istəyirik. Birinci oyunda da qələbə (1:0) qazanmışdıq. Amma bu, bizim üçün heç nəyi dəyişmirdi. Matça ciddi hazırlaşmışdıq. Erkən qol komandada bir az arxayınlıq yaratdı. Bu da oyuna təsir göstərirdi".
Qeyd edək ki, "Turan Tovuz" Azərbaycan Kubokunun yarımfinalında "Zirə" ilə üz-üzə gələcək.
Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə vəsiqə qazanan daha bir klub müəyyənləşib.
"Report" xəbər verir ki, "Turan Tovuz" buna nail olub.
Qərb təmsilçisi 1/4 final mərhələsinin cavab oyununda "Kəpəz"i iki cavabsız qolla üstələyib. İlk görüşdə 1:0 hesabı ilə qalib gələn "Turan Tovuz" növbəti raundda iştirak hüququ qazanıb. Komanda yarımfinalda "Zirə" ilə üz-üzə gələcək.
1/4 finalın son oyunuda "Sabah" səfərdə "Qəbələ" ilə (ilk oyun 0:0) üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl "Sumqayıt"ı 2:0 (ilk oyun - 0:0) hesabı ilə üstələyən "Zirə" və "Şamaxı"nı məğlub edən (1:2, 3:1) "Qarabağ" yarımfinalda oynamaq hüququ qazanıb.
Martın 7-8-də Türkiyənin Antalya şəhərində keçiriləcək yeniyetmələr arasında Avropa Kubokunda Azərbaycanı 22 cüdoçu təmsil edəcək.
Bu barədə "Report"a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.
İdmançılar 10 çəki dərəcəsində (3 oğlan, 19 qız) çıxış edəcəklər.
Oğlanlardan Fərid Rzazadə, Ülvi Cəlilzadə (hər ikisi 50 kq), Mehdi Məhəmmədəli (81 kq), qızlardan Sunay Salamova Zəhra Quliyeva (hər ikisi 40 kq), Nigar Heydərzadə, Pərvin Sevxanlı, Fatimə Abdullayeva, Ayan Həsənli (hamısı 44 kq), Könül Eyvazlı, Fatimə Fərmanzadə (hər ikisi 48 kq), Tövsiyyə Babayeva, Məleykə Mürsəliyeva (hər ikisi 52 kq), Səma Vəlizadə, Yağmur Əhmədzadə, Səmayə Yusifli (hamısı 57 kq), Zilan Hüseynli, Pəri Məmmədli, Türkan Məmmədli (hamısı 63 kq), Məsumə Məmmədli, Rəna Əhmədova (hər ikisi 70 kq) və Zemfira Əliyeva (+70 kq) tatamiyə çıxacaqlar.
Milli komandaya yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.
Turnirdə 22 ölkədən 578 idmançı (342 oğlan, 243 qız) mübarizə aparacaq. Yarışın ədalət təmsilçiləri arasında Azərbaycan Cüdo Federasiyasının hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli hakim Arzu Acalova da yer alacaq.
"Şahdağ" Turiz Mərkəzində keçirilən xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kuboku yarışlarının ikinci gününə yekun vurulub.
"Report"un Şimal bürosunun məlumatına görə, idmançılar bu dəfə qarışıq estafet (mixed relay) növü üzrə mübarizə aparıblar.
Yeniyetmə kişi və qadınlar
1. Almaniya
2. İspaniya
3. Rusiya
Yetkin kişi və qadınlar:
1. İsveçrə
2. İtaliya
3. Almaniya
Qeyd edək ki, Azərbaycanı qarışıq estafet növündə Nəzrin Qəribova və Nəbiyulla Qələbəqiyev təmsil edib.
Martın 8-nə kimi davam edəcək yarışlarda U-18 və U-20 kategoriyasından olan qadınlar və kişilər fərdi və vertikal növlərdə mübarizə aparacaqlar.
Turnir Beynəlxalq Xizək Alpinizmi Federasiyasının, Azərbaycan Qış İdman Növləri Federasiyasının və "Şahdağ" Turizm Mərkəzinin təşkilatçılığı ilə keçirilir. Yarışda Azərbaycanla yanaşı, Türkiyə, İtaliya, İsveçrə, Sloveniya, Almaniya, İspaniya, Avstriya, Norveç, Bolqarıstan, Çexiya, Polşa, Rusiya, Slovakiya, Yunanıstan, Andorra və İsveçdən ümumilikdə 124 idmançı iştirak edir.
"Zirə"nin heyətində 200 oyuna çıxmaq komandanın kapitanı Qismət Alıyev üçün böyük sevincdir.
29 yaşlı futbolçu bu barədə "Report"a açıqlamasında bildirib.
Cinah müdafiəçisi "qartallar"ın heyətində yubiley matçına çıxması ilə bağlı fikirlərini bölüşüb:
"Zirə"də 200 oyun keçirmək həqiqətən mənim üçün böyük sevincdir. Çıxdığım hər matçda ən yaxşısını etməyə çalışmışam. Bu rəqəmin nə qədər artacağını proqnozlaşdıra bilmərəm. Bu klubun formasını geyindiyim müddətdə böyük qələbələr üçün azarkeşlərimizi sevindirməyə çalışacağam".
Q.Alıyev "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu haqqında da danışıb:
"Kubok hər iki kollektiv üçün çox önəmli idi. "Sumqayıt"la qısa müddətdə iki dəfə üz-üzə gəldik. Rəqiblər bir-birini yaxşı tanıyırdı. Onların da heyətində yaxşı, usta futbolçular var. Komanda şəklində matça böyük istəklə hazırlaşmışdıq. Sonda çox vacib qalibiyyət əldə etdik və yarımfinala vəsiqə qazandıq".
Qeyd edək ki, "Sumqayıt"la oyun Qismət Alıyev üçün yubileylə əlamətdar olub.
Azərbaycan Gimnastika Federasiyasının (AGF) nümayəndəsi Sara Şükürova idman gimnastlarının Bakıda gerçəkləşən Dünya Kubokunda onları sevindirəcəyinə ümid edir.
S.Şükürova Bakıda ilin ikinci Dünya Kubokunun təşkil olunduğunu söyləyib:
"Ölkəmiz 2026-cı ilin ikincin Dünya Kubokuna ev sahibliyi edir. Milli Gimnastika Arenasında bu dəfə idman gimnastikası üzrə yarış start götürüb. Buradakı turnirə 30-dan çox ölkə qatılıb. Ölkəmiz həmin qadın, həm də kişilərin mübarizəsində təmsil olunur. Azərbaycanı Rəsul Əhmədzadə, Aydın Əlizadə, Nikita Simonov, Dəniz Əliyeva, Nazənin Teymurova və Xədicə Abbaszadə təmsil edirlər. Ümid edirik ki, idmançılarımız bizi medalla sevindirəcəklər".
Qeyd edək ki, bu gün start götürən Dünya Kuboku martın 8-də başa çatacaq.
Bakı keçirilən idman gimnastikası üzrə Dünya Kubokuna start verilib.
"Report"un məlumatına görə, yarışın ilk günündə təsnifat mərhələsi baş tutacaq.
Dünya Kubokunun startından əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib.
Kişilər sərbəst hərəkətlər, paralel qollar və halqalarla hərəkətlərdə bacarıqlarını göstərməyə çalışacaqlar.
Qadınlar dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar növlərində mübarizə aparacaqlar. Turnirdə Azərbaycanı Rəsul Əhmədzadə, Aydın Əlizadə, Nikita Simonov, Dəniz Əliyeva, Nazənin Teymurova və Xədicə Abbaszadə təmsil edirlər.
İtaliyanın "Milan" klubu futbolçusu Rafael Leaonun müqavilə müddətinin uzadılması ilə bağlı danışıqlarda ciddi problemlə üzləşib.
"Report" "Get Football News Italy" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı vingerin nümayəndələri sözləşmədən 175 milyon avroluq alış bəndini çıxarmaqda israrlıdırlar.
Bu bəndin olmaması oyunçuya gələcəkdə potensial transfer halında daha çox təsir imkanı verəcək və klubun danışıqlardakı mövqeyini əhəmiyyətli dərəcədə azaldacaq.
Hazırda yeni sözləşmə ilə bağlı tərəflər arasında danışıqlar davam edir. Onun hazırkı müqaviləsi 2028-ci ilin yayınadək qüvvədədir.
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə bu gün yekun vurulacaq.
"Report"un məlumatına görə, sonuncu oyun günündə daha iki cavab matçı keçiriləcək.
Günün ilk qarşılaşmasında "Turan Tovuz" "Kəpəz"in qonağı olacaq. Qarşılaşma Yevlax şəhər stadionunda, saat 14:30-da start götürəcək.
İlk görüşdə Tovuz klubu qalib gəlib - 1:0. Cütün qalibi yarımfinalda "Zirə" ilə üz-üzə gələcək.
Günün ikinci matçında "Sabah" səfərdə "Qəbələ" ilə üz-üzə gələcək. Oyun Qəbələ şəhər stadionunda, saat 18:00-da başlayacaq.
Bakıda gerçəkləşən qarşılaşma qolsuz bitib. Cütün qalibi növbəti raundda "Qarabağ"a rəqib olacaq.
Azərbaycan Kuboku
1/4 final, cavab oyunları
5 mart
14:30. "Kəpəz" – "Turan Tovuz"
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, İslam Məmmədov.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Akif Əmirəli.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Anar Şixəliyev.
Yevlax şəhər stadionu
18:00. "Qəbələ" – "Sabah"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əli Əliyev
VAR: Kamal Umudlu
AVAR: Elvin Bayramov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Qəbələ şəhər stadionu
Qeyd edək ki, daha əvvəl "Sumqayıt"ı 2:0 (ilk oyun - 0:0) hesabı ilə üstələyən "Zirə" və "Şamaxı"nı məğlub edən (1:2, 3:1) "Qarabağ" yarımfinalda oynamaq hüququ qazanıb.
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.
"Report"un məlumatına görə, günün yeganə matçında "Qarabağ" "Şamaxı" ilə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma Ağdam klubunun qələbəsi ilə bitib -3:1
"Köhlən atlar"ın heyətində Emmanuel Addai 6 və 61-ci, Leandro Andrade 63-cü dəqiqədə fərqləniblər. Qonaqların qolunu 31-ci dəqiqədə Karim Rossi vurub. K. Rossi sonuncu dəqiqədə penaltidən yararlana bilməyib.
İlk görüşdə "Şamaxı" 2:1 hesabı ilə qalib gəlsə də, "Qarabağ" yarımfinala vəsiqə qazanıb.
Komanda növbəti raundda "Sabah" - "Qəbələ" (ilk oyun 0:0) duelinin güclüsü ilə qarşılaşacaq.
Qeyd edək ki, 1/4 final mərhələsinə martın 5-də yekun vurulacaq. Ötən gün "Sumqayıt"ı 2:0 hesabı ilə üstələyən (ilk oyun - 0:0) "Zirə" komandası yarımfinalda iştirakını təmin edib.
İngiltərənin "Mançester Siti" klubu yay transfer dönəmində İspaniya millisinin futbolçusu Rodrini 50 milyon avroya satmağa hazırdır.
"Report" insayder Ramon Alvaresə istinadən xəbər verir ki, 29 yaşlı hücumçu "şəhərlilər"dən ayrılmağa yaxındır.
Oyunçunun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatır.
İspaniya təmsilçisi "Real" Rodrini heyətinə qatmaq niyyətindədir. Lakin Madrid komandası builki dünya çempionatından sonra yekun qərar verəcək. Onlar Rodrinin fiziki formasını diqqətlə izləyəcəklər.
Qeyd edək ki, Rodri cari mövsüm bütün yarışlarda "Mançester Siti" forması ilə 23 oyunda 1 qolla yadda qalıb. O, 2024-cü ildə "Qızıl top" mükafatının sahibi olub.
Misli Premyer Liqasında çıxış edən "Karvan-Yevlax", "Şamaxı", "Sumqayıt" klublarının aşağı yaş qrupları, həmçinin I Liqada mübarizə aparan MOİK, "Səbail" və "Şahdağ-Qusar"ın əsas komandasının üzvləri üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya təşkil olunub.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, sessiya milli assosiasiyanın Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsi tərəfindən həyata keçirilib.
Təlimdə çıxış edən Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəisi, eyni zamanda danışılmış oyunlara qarşı mübarizə üzrə məsul şəxs Naib Əsədov və şöbənin digər əməkdaşı Murad Məmmədli futbolçulara danışılmış oyun anlayışı, oyun zamanı edilən adi səhvlərlə qəsdən manipulyasiya edilmiş davranışlar arasındakı fərqlər, eləcə də bu cür halların futbolun dürüstlüyünə və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat veriblər.
Sessiya çərçivəsində futbolçuların yalnız idmançı deyil, eyni zamanda dəyərlərin daşıyıcısı olduğu vurğulanıb, ədalət, dürüstlük, məsuliyyət və nümunə olmaq kimi prinsiplərin futbolçuların peşəkar fəaliyyətində mühüm rol oynadığı qeyd edilib. Danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı oyunlarda baş verdiyi, idman mərclərinin bu prosesdə rolu və futbolçulara təsir üsulları təqdimat vasitəsilə izah olunub.
Eyni zamanda, futbolçuların etik borcu, şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atmalı olduqları addımlar, susmağın da məsuliyyət daşıdığı hallarla bağlı praktiki situasiyalar üzərində müzakirələr aparılıb. Sosial media üzərindən edilən yaxınlaşmalar, manipulyatorların istifadə etdiyi vasitələr və futbolçuların ictimai və şəxsi profillərinin düzgün idarə olunmasının vacibliyi xüsusi diqqətə çatdırılıb.
Sessiya zamanı AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri, danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu bildirilib, həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr futbolçulara təqdim edilib. Maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi və futbolçuların bu sahədə məlumatlılığının artırılmasıdır.
Avropa Voleybol Konfederasiyasının (CEV) sabiq prezidenti, Beynəlxalq Voleybol Federasiyasının (FIVB) vitse-prezidenti və Serbiya Voleybol Federasiyasının fəxri prezidenti Aleksandar Boriçiç vəfat edib.
Bu barədə "Report"a Azərbaycan Voleybol Federasiyasından (AVF) məlumat verilib.
Baham adalarından olan basketbolçu Zeyn Nouls Azərbaycanın NTD klubuna keçməsinin səbəbini açıqlayıb.
"Report" xəbər verir ki, oyunçu bu barədə paytaxt təmsilçisinin mətbuat xidmətinə müsahibəsində deyib.
İdmançı seimini bu cür izah edib:
"Hesab edirəm ki, komandaya fiziki güc qatmaqla kömək edə bilərəm. Meydanda fiziki gücümü və sərt oyun tərzimi ortaya qoyuram və bu xüsusiyyətlərimin komandaya fayda verəcəyinə inanıram".
Fevralın əvvəlində bu kluba keçən oyunçu qarşılaşdıqları komandaların yaxşı oyun sərgilədiklərini sözlərinə əlavə edib:
"Açığı, indiyə qədər cəmi iki oyunda iştirak etmişəm, ona görə Azərbaycan Basketbol Liqasının səviyyəsi barədə fikir bildirmək düzgün olmaz. Amma qarşılaşdığımız komandalar yaxşı basketbol nümayiş etdirdilər. Digər komandaların oyunlarını isə hələ ki, canlı izləmək imkanım olmayıb".
Azərbaycandakı idman federasiyalarının büdcələri arasında uçurum var.
"Report"un məlumatına görə, bunu Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev deyib.
O, Milli Məclisin Gənclər və İdman Komitəsinin Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə görüşündə fikirlərini bölüşüb.
"İdmana maraq istənilən səviyyədə deyil. Sponsor tapmaq çətindir. Sponsorlara imtiyazların verilməsinə ehtiyac var. Bütün federasiyalar qeyri-hökümət təşkilatıdır. Maliyyə məsələləri qanunvericilik baxımdan çətindir. QHT-lərlə bağlı risklər hamıya bağlıdır. Federasiyaların büdcələri fərqlidir, arada uçurum var. Gənclər və İdman Nazirliyinin büdcəsi artırıla və maliyyə bərabər səviyyədə paylanıla bilər. Bizim heç kimin pulunda gözümüz yoxdur. Amma geridə olan idman növündə maliyyə olmasa, gec nəticə veriləcək. Məsələn, indi Azərbaycan Üzgüçülük Federasiyasının maliyyəsi 100 milyon manat olsa, 1 ilə nəticə verə bilməyəcək. Başa düşürük ki, bunun üçün 7-8 il vaxt lazımdır", - deyə qurum rəsmisi vurğulayıb.
Dünya və Avropa çempionatlarında iştirak emtək də vətənə xidmətdir.
"Report"un məlumatına görə, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Fərid Mansurov deyib.
Yunan-Roma güləşi üzrə olimpiya çempionu Milli Məclisin Gənclər və İdman Komitəsinin Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə görüşündə maraqlı təklif irəli sürüb.
O, federasiyaların adından bir problemi nəzərə çatdırmaq istədiyini söyləyib:
"17 yaşından, məktəbi bitirdikdən sonra universitetə qəbul olanlaridmançılarımız təhsillərini davam etdirirlər. Ali təhsil müəssisəsinə qəbul olmayanlar isə hərbi xidmətə gedirlər. Dünya və Avropa çempionatlarında iştirak emtək də Vətənə xidmətdir. Bunu nəzərə alsaq, bu halda həmin yaşlarda idmançıları itirmiş oluruq. Dünya və Avropa çempionatlarında hər çəki dərəcəsində bir idmançı iştirak edir. Həmin idmançı nəticə qazandığı halda Azərbaycan İdman Akademiyasına qəbul olunur. Digərləri isə kənarda qalır. Atlet 1 il 6 ay hərbi xidmət çəkdikdə, onu itirmiş oluruq. Belə olan halda peşəkar idmanda rəqabət itir, davamı gəlmir, nəticə verən federasiyalar məcbur olurlar ki, müəyyən çəki dərəcəsində legioner idmançıları dəvət etsinlər. Bu məsələ qanunla tənzimlənsəydi, aidiyyəti dövlət qurumları ilə danışıqlar aparılsaydı, hər hansı meyarlar həyata keçirmək mümkün olsaydı, yaxşı olardı".
Azərbaycanda bələdiyyələrin idmana cəlb olunması təklif olunur.
"Report"un məlumatına görə, bunu Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü Müşfiq Cəfərov Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə görüşdə deyib.
Deputatın sözlərinə görə, bir sıra ölkələrdə bu təcrübədən istifadə edilir:
"Bələdiyyələri idmana cəlb edə bilərik. Bu təcrübədən dünya ölkələrində istifadə edilir. Kənd bələdiyyələrinin işə cəlbi kütləviliyin daha da artmasına səbəb ola bilər".
Azərbaycanda şadlıq saraylarının sayı azaldılaraq idman obyektləri tikilməlidir.
"Report"un məlumatına görə, bunu Milli Məclisin deputatı Vüqar İskəndərov Gənclər və İdman Komitəsinin Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə görüşündə deyib.
O, son illərdə idmana marağın artdığını diqqətə çatdırıb:
"Şadlıq saraylarının sayını azaldıb idman obyektləri tikməliyik. İdmana son illərdə axın var. Bu da kifayət qədər effekt verir. Bölgələrdə istedadların erkən aşkarlanmasına ehtiyacımız var. Bəzən legioner idmançılara ehtiyac duyuruq. Bu proses hələ də davam edir. Ucqar kəndlərdə idmançıları axtarmalıyıq. Regionlarda gənclər və idman idarələri var. Rayonlara yox, ən ucqar kəndlərə getməliyik. Kəndlər bir az geridədir. Demək olar ki, əksər vaxtlarda rayonlarla işləyirik".
"Report"un məlumatına görə, bunu Mill Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Milli Məclisin Gənclər və İdman Komitəsinin Gənclər və İdman Nazirliyi, MOK və idman federasiyaları ilə görüşündə deyib.
Onun sözlərinə görə, idman özünü maliyyələşdirə bilmir:
"Bu, ya dövlət, ya da sponsorlar tərəfindən maliyyələşir. Azərbaycanda qanunvericilikdə müəyyən güzəştlər tətbiq olunmadıqca, sponsor cəlb etmək bir o qədər çətinləşəcək. Bu məsələni Milli Məclisdə qaldırmaq lazımdır. Dünyanın müxtəlif ölkələrində bu təcrübə var. Azərbaycanda da ola bilər. Bu, qanunvericiliklə bağlıdır".
Onun sözlərinə görə, orta və ali məktəblərdə idman problemlərdən biridir:
"Etiraf etməliyik ki, orta məktəblərdə idman dərsləri demək olar ki, keçirilmir. Digər ölkələrdə universitet komandaları çoxluq təşkil edir. Atletika və bəzi komanda idman növlərində bunlar var. İdmanın əsas fənnlərdən biri olmalıdır. Həftədə iki idman dərsi çox azdır".
Ötən il işğaldan azad olunmuş ərazilərdə 36 idman yarışı baş tutub.
"Report"un məlumatına görə, bu barədə Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov məlumat verib.
Nazirlik rəsmisi Milli Məclisin Gənclər və İdman Komitəsinin Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə görüşündə fikirlərini bölüşüb.
O, idmanla məşğul olanların sayının artdığını diqqətə çatdırıb:
"Bu da müəyyən mənada idmanın inkişafına təkandır. İdman həftəsi çərçivəsində Məşqçilər Forumu təşkil edildi. Mütəxəssislər idmançının formalaşmasında önəmli rol oynayırlar. Onlarlla çox işlər görməliyik. Məktəblərdəki bədən tərbiyəsi müəllimləri ilə bağlı problemlər var. Müəllim məşq prosesində istəmədən olsa da, ziyanlı məşq keçir. Bu da sağlamlığa zərər vurur".
Azərbaycanın bütün idman federasiyaları kütləviliyin artırılması üçün çalışırlar.
"Report"un məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov deyib.
Nazirlik rəsmisi Milli Məclisin Gənclər və İdman Komitəsinin Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Olimpiya Komitəsi və idman federasiyaları ilə görüşündə fikirlərini bölüşüb:
O, ötən il Azərbaycanda III MDB oyunlarının keçirildiyini xatırladıb: "Bu dəfə yarışda ikinci yeri tutduq. Mükafat qazananların hamısı yerli idmançılar idi. Federasiyalar rəqabət apara biləcək idmançılar yetişdirir. Xankəndidə də III MDB Oyunları baş tutdu. Qonaqlarda da bundan razı qaldılar".
Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir cavab oyunu bu gün keçiriləcək.
"Report"un məlumatına görə, günün yeganə matçında "Qarabağ" "Şamaxı" ilə üz-üzə gələcək.
Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:00-da start götürəcək.
Şamaxıdakı ilk qarşılaşmada meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib. Bu cütün qalibi növbəti raundda "Sabah" - "Qəbələ" duelinin güclüsü ilə görüşəcək.
Qeyd edək ki, 1/4 final mərhələsinə martın 5-də yekun vurulacaq. Ötən gün "Sumqayıt"ı 2:0 hesabı ilə üstələyən (ilk oyun - 0:0) "Zirə" komandası yarımfinalda iştirakını təmin edib.
İspaniyanın "Alaves" futbol komandasının yeni baş məşqçisi müəyyənləşib.
"Report" xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
La Liqa təmsilçisi ispaniyalı mütəxəssis Kike Sançes Floresə tapşırılacaq. Tərəflər artıq razılığa gəliblər və 2028-ci ilin yayınadək nəzərdə tutulan müqavilə imzalanacaq.
O, bu postda Eduardo Kudetanı əvəzləyəcək.
Xatırladaq ki, Kike Sançes Flores son olaraq 2024-cü ildə "Sevilya"da işləyib.
Azərbaycanın Avropa çempionu və dünya mükafatçısı olan cüdoçusu Elcan Hacıyevə cəza tətbiq olunub.
Bu barədə "Report"a müsahibəsində Azərbaycan millisinin baş məşqçisi və yığmanın performans direktoru Riçard Trautman bildirib.
O, 23 yaşlı idmançının intizamı pozduğunu söyləyib:
Ümumilikdə, təbii ki, iş prosesində müəyyən məsələlər olur və biz bunları komandanın daxilində həll etməyə çalışırıq. Təəssüf ki, bəzən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, idmançılar yenə intizamı pozurlar. Bunlardan biri Elcan Hacıyevdir. Elcana dəfələrlə xəbərdarlıq edilsə də, bundan nəticə çıxarmayıb və ona da müvafiq cəza tətbiq olunub".
R.Trautman E.Hacıyevin böyük potensialının olduğunu sözlərinə əlavə edib:
"Onun böyük potensialı var, Avropa çempionu, dünya mükafatçısıdır. O, öz çəkisində aparıcı cüdoçulara müxtəlif yarışlarda qalib gəlib. Lakin bu potensialı reallaşdırmaq, dünya və olimpiya çempionu olmaq üçün Elcan işə yanaşmanı dəyişməli, daha intizamlı və peşəkar olmalıdır. Ümid edirəm ki, Elcan da müvafiq nəticələr çıxaracaq və özündə lazımi dəyişiklikləri edəcək".
Xatırladaq ki, Elcan Hacıyev 2024-cü ildə Avropa çempionatında qızıl medal qazanıb. O, 2025-ci ildə isə dünya çempionatında bürünc mükafata sahib çıxıb.
Riçard Trautmanın müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.