Normal view

Sırağagün

AŞF-də şahmat üzrə dünya çempionu Zəhra Allahverdi ilə görüş keçirilib

Azərbaycan Şahmat Federasiyasında (AŞF) 14 yaşadək qızlar arasında dünya çempionu Zəhra Allahverdi ilə görüş keçirilib.

Bu barədə "Report"a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.

İtaliyada karyerasının ən böyük uğuruna imza atan şahmatçını təbrik edən federasiyanın prezidenti Mahir Məmmədov Zəhranın əzmkar mübarizəsini yüksək qiymətləndirib. AŞF rəhbəri bundan sonra da Zəhra Allahverdinin şahmatçı kimi inkişafı üçün lazımi köməkliyin göstəriləcəyini bildirib.

M. Məmmədov növbəti yarışlara daha yaxşı hazırlaşmaq üçün dünya çempionuna son model kompüter hədiyyə edib.

Xatırladaq ki, iyunda İtaliyanın Montesilvano şəhərində 14 yaşadək qızlar arasında yarışda Zəhra Allahverdi 9 xalla dünya çempionatının qalibi olub.

Azərbaycan avarçəkənləri İtaliyada Avropa ikincisi olublar

Azərbaycan təmsilçiləri İtaliyanın Vareze şəhərində keçirilən akademik avarçəkmə üzrə Avropa çempionatında Avropa ikincisi olublar.

"Report" Azərbaycan Su İdman Növləri Federasiyasına istinadən xəbər verir ki, Ziya Məmmədzadə və Nurlan Paşayevdən ibarət cütlük ikinəfərlik qayıqda final yürüşündə finiş xəttini ikinci keçərək gümüş medal qazanıblar.

Qitənin ən güclülərinin müəyyənləşdiyi yarışda ölkəni iki idmançı təmsil edib.

Xatırladaq ki, Z.Məmmədzadə və N.Paşayev Bolqarıstanın Plovdiv şəhərində keçirilən akademik avarçəkmə üzrə Dünya Kubokunda da bürünc medal qazanıblar.

Nepallı alpinist Nirmal Purja Brod-Pikdə qar uçqunu nəticəsində həyatını itirib

Nepallı alpinist Nirmal Purja Pakistanın Qaraqorum dağlıq bölgəsində yerləşən 8047 metr hündürlükdəki Brod-Pik zirvəsində qar uçqunu nəticəsində həlak olub.

"Report" xarici mediaya istinadən xəbər verir ki, təbii fəlakət zamanı N.Purja ilə birlikdə digər 9 dağçının da meyiti tapılıb.

N.Purja daha əvvəl sosial şəbəkə hesabında Brod-Pikə qalxmağın onun ilkin planlarına daxil olmadığını bildirmişdi. Lakin idmançı sonradan oksigen balonundan istifadə etmədən 14 səkkizminlik zirvənin hamısını 2 dəfə fəth edən ilk insan kimi tarixə düşmək istədiyini vurğulamışdı.

Qeyd edək ki, N.Purja 2019-cu ildə oksigen balonlarından istifadə etməklə 6 ay ərzində bütün səkkizminlikləri fəth edib. O, həmçinin sözügedən dağ sisteminin ikinci yüksəkliyinə ilk qış yürüşünün iştirakçısı olub.

Dünya çempionatı: Elcan Həsənov ilk görüşündə məğlub olub

Azərbaycan sərbəst güləşçisi Elcan Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatındakı ilk görüşündə məğlub olub.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda polşalı Vitold Pavlikə 2:3 hesabı ilə uduzub.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

"Mançester Yunayted" Lyuis Hollun transferi üçün təklif hazırlayıb

İngiltərənin "Mançester Yunayted" klubu Premyer Liqanın digər təmsilçisi "Nyukasl"ın müdafiəçisi Lyuis Hollun transferi üçün rəsmi müraciət ünvanlayacaq.

"Report" "TEAMtalk"a istinadən xəbər verir ki, 21 yaşlı futbolçu Mançester təmsilçisinin müdafiə xəttini gücləndirmək üçün prioritet hədəfidir.

"Nyukasl" müdafiəçinin transfer dəyərini 70 milyon 200 min avro qiymətləndirir.

Qeyd edək ki, L.Holl ötən mövsüm bütün turnirlərdə 47 matçda meydana çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub. Oyunçunun klubla müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun dəyərini 40 milyon avro qiymətləndirir.

Bakıda "Masters" kateqoriyası üzrə Federasiya Kuboku keçiriləcək

Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkilatçılığı ilə "Masters" kateqoriyası üzrə Federasiya Kuboku keçiriləcək.

"Report" AzVİF-ə istinadən xəbər verir ki, yaşı 35-dən yuxarı olan həvəskar velosipedçilər qrup ötüşməsində qüvvələrini sınayacaqlar.

35-49 yaş kateqoriyasında olan kişi velosipedçilər 34 km, 50+ yaş kateqoriyasındakı idmançılar isə 25 km məsafəyə yarışacaqlar. 35+ yaş kateqoriyasında olan qadın velosipedçilər isə 17 km məsafəyə yarışacaqlar.

Qeyd edək ki, turnir avqustun 2-də Şıxovdakı Veloparkda təşkil olunacaq.

"Neftçi SOCAR" Dünya Qadın Seriyasının Tokio mərhələsində 1/4 finala yüksəlib

3x3 basketbol üzrə "Neftçi SOCAR" komandası Dünya Qadın Seriyasının Tokio mərhələsində 1/4 finala vəsiqə qazanıb.

"Report"un məlumatına görə, komanda ilk oyunda ABŞ millisinə 18:13 hesabı ilə qalib gəlib.

Azərbaycan təmsilçisi sonuncu qrup oyununda isə Niderlandın U-25 komandasını 20:18 hesabı ilə məğlub edib.

"Neftçi SOCAR" qrup lideri kimi vəsiqə qazandığı 1/4 finalda Çinin "Pekin" klubuna rəqib olub.

Qeyd edək ki, təmsilçimizin 1/4 final oyunu Bakı vaxtı ilə səhər saat 07:00-da baş tutacaq.

Azərbaycan sablyaçıları dünya çempionatında 28 komanda arasında 13-cü olub

Honkonqda qılıncoynatma üzrə dünya çempionatına yekun vurulub.

"Report" Azərbaycan Qılıncoynatma Federasiyasına istinadən xəbər verir ki, Anna Başta, Palina Kaspiaroviç, Səbinə Kərimova və Zərifə Hüseynovadan ibarət milli sablya növü üzrə komanda yarışında 13-cü olub.

İlk görüşdə Kanada yığmasına 45:34 hesabı ilə qalib gələn qadın sablyaçılarımız ən güclü "səkkizliy"ə yüksəlmək uğrunda keçirilən qarşılaşmada dünya çempionu Macarıstan kollektivinə 32:45 hesabı ilə uduzub.

Milli 9-16-cı yerlər uğrunda keçirilən görüşdə Polşa sablyaçılarına 34:45 məğlub olsa da, Honkonq (45:40) və Bolqarıstan (45:36) yığmasına qalib gələrək yekun sıralamada 28 komanda arasında 13-cü sırada qərarlaşıb.

Kişi sablyaçıların komanda yarışında Murad Əkbərov, Saleh Məmmədov, Maqsud Hüseynli və Abbas Hüseynovdan ibarət millimiz 30-cu olub.

İlk görüşdə Küveyt yığmasına 45:39 hesabı ilə qalib gələn qılıncoynadanlarımız ən güclü "16-lığ"a yüksəlmək üçün keçirilən qarşılaşmada Macarıstan sablyaçılarına 27:45 hesabı ilə uduzub.

Tunar Həsənov Bakıda təşkil olunan dünya çempionatının 1/4 finalında məğlub olub - YENİLƏNİB

Azərbaycan sərbəst güləşçisi Tunar Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatının 1/4 finalında məğlub olub.

"Report"un məlumatına görə, 45 kq çəki dərəcəsində yarışan idmançı gürcüstanlı Luka Dotiaşviliyə 4:5 hesabı ilə uduzub.

T.Həsənov 1/8 finalda bolqarıstanlı Radoslav Velikovu 4:1 hesabı ilə üstələmişdi.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Azərbaycan sərbəst güləşçisi Tunar Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatındakı ilk görüşündə qələbə qazanıb.

"Report"un məlumatına görə, 45 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda bolqarıstanlı Radoslav Velikovu 4:1 hesabı ilə üstələyərək növbəti mərhələyə yüksəlib.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Azərbaycanın dörd güləşçisi Türkiyədəki beynəlxalq turnirdə medal əldə edib

Azərbaycanın 4 güləşçisi Türkiyənin Kocaeli şəhərində təşkil olunan Hasan Gemici və Qazanfer Bilgenin xatirə turnirində medal qazanıb.

"Report"un Azərbaycan Güləş Federasiyasına istinadən məlumatına görə, sərbəst güləşdə Xetaq Karsanov (125 kq) gümüş, Ramik Heybətov (70 kq) isə bürünc medal qazanıb.

Yunan-Roma güləşində isə 130 kq-da yer alan milli üzvləri ilk "3-lük"də yer alıb. Sərxan Məmmədov gümüş, Beka Kandelaki isə bürünc medalı boynundan asıb.

Qeyd edək ki, yarışa sabah yekun vurulacaq.

Dünya çempionatı: İbrahim Həsənov finala yüksəlib - YENİLƏNİB

Azərbaycanın srbəst güləşçisi İbrahim Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatının finalına vəsiqə qazanıb.

"Report"un məlumatına görə, 51 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda rusiyalı İslam Kuraxmayevi 10:6 hesabı ilə məğlub edib.

O, sabah qızıl medal uğrunda yarışda iranlı Benyamin Aşoften Mayvanla üz-üzə gələcək.

İ.Həsənov daha əvvəl 1/4 finalda hindistanlı Qovind Qovindi 10:3, 1/8 finalda isə gürcüstanlı Giorgi Narimanidzeni 4:2 hesabı ilə məğlub etmişdi.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Azərbaycan sərbəst güləşçisi İbrahim Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatının yarımfinalına vəsiqə qazanıb.

"Report"un məlumatına görə, 51 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda hindistanlı Qovind Qovindi 10:3 hesabı ilə üstələyib.

İ.Həsənov 1/8 finalda gürcüstanlı Giorgi Narimanidzeni 4:2 hesabı ilə məğlub etmişdi.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Azərbaycanın sərbəst güləşçisi İbrahim Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatına qələbə ilə başlayıb.

"Report"un məlumatına görə, 51 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda gürcüstanlı Giorgi Narimanidzeni 4:2 hesabı ilə üstələyərək növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Frank De Blekere AFFA-dan ayrılaraq Serbiya Futbol Federasiyasına keçib

Belçikalı FIFA referisi Frank De Blekerin AFFA-dakı fəaliyyəti başa çatıb.

Bu barədə "Report"a qurumun mətbuat xidmətindən bildirilib.

2024-cü ilin iyul ayında AFFA Hakimlər Komitəsinin sədri vəzifəsinə təyin olunan Frank De Blekere 2025-ci ilin noyabrından etibarən AFFA-da Beynəlxalq Hakimlik və hakimlərin təlim-tədrisi üzrə baş katibin müşaviri vəzifəsini icra edib.

O, fəaliyyəti dövründə Azərbaycan hakimliyinin inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi və hakimlərin hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində öz töhfəsini verib. Belçikalı mütəxəssisin fəaliyyəti dönəmində, xüsusən də, gənc hakimlərin inkişafına göstərilən diqqət tezliklə öz bəhrəsini verib.

2026-cı ildən etibarən Azərbaycanın tarixində ilk dəfə FIFA dərəcəli hakimlərinin sayının 4-ə yüksəlməsinin bunun ən bariz nümunələrindən biri olduğu qeyd edilib. Bu nailiyyətin ölkə hakimliyinin beynəlxalq arenadakı nüfuzunun artmasının, eyni zamanda mütəxəssisin həyata keçirdiyi fəaliyyətin uğurlu nəticəsi olduğu vurğulanıb.

Frank De Blekere karyerasını Serbiyada davam etdirəcək. O, Serbiya Futbol Federasiyasında Hakimlər Komissiyasının sədri vəzifəsinə təyin olunub.

Elgün Kərimli Bakıda təşkil olunan dünya çempionatındakı ilk görüşündə uduzub

Azərbaycanın sərbəst güləşçisi Elgün Kərimli Bakıda təşkil olunan U-17 dünya çempionatındakı ilk görüşündə uduzub.

"Report"un məlumatına görə, 92 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində hindistanlı Sakşam Fnuya (5:5) sonuncu xal prinsipinə əsasən məğlub olub.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

"Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilməyib

İspaniyanın "Real" və Almaniyanın "Leyptsiq" klubları arasında Fil Dişi Sahili yığmasının vingeri Yan Diomandenin transferi ilə bağlı aparılan danışıqlarda yekun razılıq əldə olunmayıb.

"Report" "Bild"ə istinadən xəbər verir ki, Almaniya klubu Madrid təmsilçisinin 100 milyon və 115 milyon avroluq iki təklifini qəbul etməyib.

"Leyptsiq" hazırda futbolçu üçün 120 milyon avro tələb edir və əlavə bonuslarla bu məbləğ 135 milyon avroya çata bilər.

Qeyd edək ki, Y.Diomande 2025-ci ildən "Leyptsiq"də çıxış edir. O, 2025/2026 mövsümündə 36 matçda meydana çıxıb, 13 qol vurub və 10 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" portalına görə dəyəri 90 milyon avro qiymətləndirilən futbolçunun klubla müqaviləsinin müddətinin bitməsinə hələ 4 il var. Vinger DÇ-2026-da keçirdiyi 4 qarşılaşmada 1 məhsuldar ötürmə edib.

Hüseyn Rzazadə Bakıda təşkil olunan dünya çempionatında ikinci təsəlliverici görüşündə məğlub olub - YENİLƏNİB

Azərbaycan sərbəst güləşçisi Hüseyn Rzazadə Bakıda təşkil olunan U-17 dünya çempionatında ikinci təsəlliverici görüşündə məğlub olub.

"Report"un məlumatına görə, 48 kq çəki dərəcəsində yarışan idmançı ABŞ-dən olan Kuper Deputiyə 1:12 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.

H.Rzazadə ilk təsəlliverici görüşdə iranlı Amirali Fazı 9:6 hesabı ilə üstələmişdi.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Azərbaycan sərbəst güləşçisi Hüseyn Rzazadə Bakıda təşkil olunan U-17 dünya çempionatında ilk təsəlliverici görüşündə qalib gəlib.

"Report"un məlumatına görə, 48 kq çəki dərəcəsində yarışan idmançı iranlı Amirali Fazı 9:6 hesabı ilə üstələyib.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Tunar Quliyev Bakıda təşkil olunan dünya çempionatındakı ilk görüşündə məğlub olub

Azərbaycan sərbəst güləşçisi Tunar Quliyev Bakıda təşkil olunan U-17 dünya çempionatında ilk görüşündə məğlub olub.

"Report"un məlumatına görə, 71 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində qazaxıstanlı Adilet Risbaya 2:3 hesabı ilə uduzub.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

PSJ "Ayaks"ın vingeri Mika Qodtsla danışıqlara başlayıb

Fransanın PSJ klubu Niderland təmsilçisi "Ayaks"ın vingeri Mika Qodtsun transferi ilə bağlı danışıqlara başlayıb.

"Report" insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 21 yaşlı belçikalı futbolçunun transferi 1-ci Liqanın digər təmsilçisi "Monako"nun vingeri Manes Akliuşun Paris təmsilçisinə ehtimal olunan keçidindən sonra reallaşa bilər.

M.Qodts ötən mövsüm "Ayaks"ın heyətində bütün turnirlərdə 44 matçda meydana çıxıb, 17 qol vurub və 15 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, oyunçunun klubla müqaviləsinin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı onun dəyərini 35 milyon avro qiymətləndirir.

CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurub

Cənubi Afrika Respublikasının (CAR) futbol yığmasının belçikalı baş məşqçisi Hüqo Bros postunu tərk edib.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, 74 yaşlı mütəxəssisin ölkənin futbol assosiasiyası ilə iyulun 31-də başa çatan müqaviləsinin müddəti uzadılmayıb.

O, yerli qurumun gələn ilin iyulunda keçiriləcək Afrika Millətlər Kubokunun sonunadək olan yeni təklifini qəbul etməyərək peşəkar karyerasını bitirməyə qərar verib.

Təcrübəli mütəxəssis 2021-ci ilin may ayından CAR yığmasına rəhbərlik edib. Onun idarəçiliyi altında komanda 2023-cü il Afrika Millətlər Kubokunda 3-cü yeri tutub, DÇ-2026-da isə 1/16 finala qədər irəliləyərək Kanadaya məğlub olub.

Qeyd edək ki, H.Bros DÇ-2026-nın A qrupunun son matçında Cənubi Koreya üzərində qazanılan qələbə zamanı 74 yaş 75 günlüyündə olub və dünya çempionatlarında oyun qazanan ən yaşlı baş məşqçi kimi tarixə düşüb.

Dünya çempionatı: Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq

Bakıda keçirilən güləş üzrə U-17 dünya çempionatı davam edir.

"Report"un məlumatına görə, yarışın 6-cı günündə Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq.

Təsəlliverici görüş

48 kq

Hüseyn Rzazadə - Amirali Faz (İran)

Təsnifat mərhələsi

71 kq

Tunar Quliyev - Adilet Risbay (Qazaxıstan)

92 kq

Elgün Kərimli - Sakşam Fnu (Hindistan)

1/8 final

45 kq

Tunar Həsənov - R.Velikov (Bolqarıstan)/Ariun Erdenetuqs (Monqolustan)

51 kq

İbrahim Həsənov - Qaurav Bahi (Kanada)/Giorgi Narimanidze (Gürcüstan)

60 kq

Elcan Həsənov - Balaj Hideq (Macarıstan)/Vitold Pavlik (Polşa)

Daha əvvəl yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medala sahib olublar. Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medalla kifayətləniblər.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

AFFA Məşqçilər Komitəsinin üzvü: "Qarabağ"ın heyəti 2-3 ildən bir yenilənsə də, sistem dəyişmir"

"Qarabağ"ın heyəti 2-3 ildən bir yenilənsə də, sistem sabit qalır.

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Təcrübəli mütəxəssis UEFA Konfrans Liqasında Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə qarşılaşacaq "Qarabağ"ın şanslarını dəyərləndirib:

"Dinamo" güclü rəqibdir. Ukraynada müharibə getdiyi üçün onlar ev oyunlarını Polşada keçirirlər, bu da azarkeş dəstəyi baxımından çətinlik yaradır. "Qarabağ"a gəldikdə, komanda hər 2-3 ildən bir yenilənir, lakin sistem sabit qalır. Yeni gələn futbolçuların uyğunlaşması üçün vaxt lazımdır. "Qarabağ" UEFA Konfrans Liqasının qrup mərhələsinə düşməli və orada böyük üstünlüyə malik olmalıdır".

O, UEFA Çempionlar Liqasında yoluna davam edən "Sabah" komandasının çıxışına da toxunub:

"Sabah"dan öz oyununu nümayiş etdirməsini və irəliləməsini gözləyirəm. Böyük işlər görüblər və rahat futbol oynayırlar. İndi "Orhus" kimi daha güclü rəqiblə qarşılaşacaqlar. Məhz bu matçlarda komandanın əsl gücü bəlli olacaq. Düşünürəm ki, "Sabah" get-gedə daha yaxşı oyun nümayiş etdirəcək".

Qeyd edək ki, UEFA Avropa Liqasında Bolqarıstan ÇSKA-sına iki oyunun (0:0, 0:0, p. - 4:5)) nəticəsinə əsasən məğlub olan "Qarabağ" yoluna UEFA Konfrans Liqasında davam edəcək. Qurban Qurbanovun baş məşqçi olduğu komanda turnirin III təsnifat mərhələsində "Dinamo" (Kiyev, Ukrayna) ilə qarşılaşacaq.

"Sabah" isə UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Danimarkanın "Orhus" klubu ilə üz-üzə gələcək.

Ağasəlim Mircavadov: "Neftçi" və "Zirə"nin mübarizəni dayandırması gözlənilməz oldu"

"Neftçi" və "Zirə"nin UEFA Konfrans Liqası ilə vidalaşması gözlənilməz olub.

Bunu "Report"a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.

Milli komandanın sabiq baş məşqçisi "Neftçi"nin Belarus təmsilçisi "Dinamo"ya (Minsk) iki oyunun nəticəsinə əsasən yenilərək mübarizəni dayandırmasına münasibət bildirib:

"Neftçi"nin "Dinamo" səddini daha rahat keçəcəyini düşünürdüm. Komanda ilk matçın əvvəlində komanda istəkli görünürdü və 2:0 hesabı ilə irəlidə idi. Deməzdim arxayınlıq var idi. Lakin sonradan oyunçularda hərəkətlilik dayandı, sanki beyinlə ayaq arasında əlaqə pozuldu. Heyət və büdcə baxımından "Neftçi" rəqibindən üstün olsa da, bunu meydanda göstərə bilmədi. "Dinamo" isə istəyinə çatdı. Cavab matçında qol epizodları olsa da, vəziyyəti dəyişmək mümkün olmadı. "Dinamo" komanda oyunu nümayiş etdirdi".

Mütəxəssis "Zirə"nin də mübarizəni dayandırmasının təəssüf doğurduğunu vurğulayıb:

"Zirə"nin də uduzacağına inanmırdım. Estoniya futbolu ilə Azərbaycan futbolu fərqlidir. Amma hiss olunur ki, onlar inkişaf edirlər. Baltikyanı ölkələrdə büdcə az olduğu üçün gənc futbolçular xaricə üz tuturlar. "Zirə" bu matçda qol vəziyyətlərindən istifadə edə bilmədi, buraxılan səhv ucbatından qapısında qol gördü və bu səbəbdən növbəti mərhələyə adlaya bilmədi. Həm "Zirə", həm də "Neftçi"nin mərhələ adlayacağını gözləyirdim".

Qeyd edək ki, UEFA Konfrans Liqasında "Neftçi" Belarus təmsilçisi "Dinamo"ya (2:4, 1:0), "Zirə" isə Estoniyanın "Payde" komandasına (0:1, 1:1) iki oyunun nəticəsinə əsasən uduzaraq mübarizəni dayandırıb.

"Çelsi"nin hücumçusu Liam Delap komandanı dəyişə bilər

İngiltərənin "Çelsi" klubunun hücumçusu Liam Delap yay "transfer pəncərəsi"ndə komandasını dəyişə bilər.

"Report" "The i Paper"ə istinadən xəbər verir ki, 23 yaşlı forvardın xidmətində Premyer Liqanın digər təmsilçisləri - "Nottingem Forest", "Everton" və "Lids" klubları maraqlıdır.

"Nottingem Forest" hücumçu Kris Vuda rəqabət yarada biləcək oyunçu axtarır. Komandanın yeni baş məşqçisi Oliver Qlasner ingiltərəli forvardın keçidində maraqlıdır.

"Everton"un baş məşqçisi Devid Moyes də hücumçunun xidmətində maraqlı olduğu halda, "Lids" hücum xəttində rəqabəti artırmaq niyyətindədir.

"Çelsi" futbolçunu satmağa hazırdır və onun dəyərini 47 milyon avro qiymətləndirir.

Rəcəb Fərəczadə: "Çempionlar Liqasında hədəf ən azı 1/4 finala qədər irəliləməkdir"

"Aznur" minifutbol komandasının Çempionlar Liqasında hədəfi ən azı 1/4 finala qədər irəliləməkdir.

Bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Rəcəb Fərəczadə deyib.

O, əvvəlki nəticələri yaxşılaşdırmaq istədiklərini vurğulayıb:

"Əvvəlki mövsümlərdə olduğu kimi, hədəfimiz bacardığımız qədər uzağa getməkdir. 2 il əvvəl 1/8 finalda məğlub olmuşduq. Ötən mövsüm isə həmin mərhələdə penalti seriyasında mübarizəni dayandırdıq. Əsas məqsədimiz ötənilki nəticəni daha da yaxşılaşdırmaq, ən azı 1/4 finala qədər irəliləməkdir".

Mütəxəssis heyətdəki dəyişikliklər barədə danışıb:

"Çempionlar Liqasında hələ ki rəqiblərimiz məlum deyil. Komandadan 5 nəfər ayrılıb, 4 yeni futbolçu gətirmişik. Yaxşı oyunçular transfer etdiyimizi düşünürəm. Ümid edirəm ki, komandaya köməkləri dəyəcək".

R.Fərəczadə təlim-məşq toplanışına başlanılmamalarının səbəbini açıqlayıb:

"Əslində hazırlığa iyulun sonu və ya avqustun əvvəlində start verməyi planlaşdırmışdıq. Lakin futbolçuların yarısından çoxu yay turnirində iştirak edir. Əlavə yüklənmə olmasın deyə "Aznur" məşqlərə başlamayıb. Yay mövsümü turniri avqustun ilk 10 günündə bitməlidir. Yarış yekunlaşan kimi, avqustun 10-dan hazırlığa start verməyi nəzərdə tuturuq".

Hüseyn Rzazadə Bakıdakı dünya çempionatında ilk görüşündə uduzub

Azərbaycanın sərbəst güləşçisi Hüseyn Rzazadə Bakıda təşkil olunan U-17 dünya çempionatında ilk görüşündə uduzub.

"Report"un məlumatına görə, 48 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda hindistanlı Aaryan Aaryana 5:6 hesabı ilə uduzub.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Dünya çempionatı: Nihad Süleymanlı 1/4 finalda uduzub - YENİLƏNİB

Azərbaycan sərbəst güləşçisi Nihad Süleymanlı Bakıda təşkil olunan U-17 dünya çempionatında 1/4 finalda uduzub.

"Report"un məlumatına görə 80 kq çəki dərəcəsində yarışan idmançı türkiyəli Volkan Bilginə 6:10 hesabı ilə məğlub olub.

N.Süleymanlı 1/8 finalda qırğızıstanlı Ali Zakirjanovu 10:0 hesabı ilə üstələmişdi.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Azərbaycan sərbəst güləşçisi Nihad Süleymanlı Bakıda təşkil olunan U-17 dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

"Report"un məlumatına görə 80 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda qırğızıstanlı Ali Zakirjanovu 10:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Yunanıstanı məğlub edib

Avropa çempionatına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Yunanıstanda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yoxlama oyunlarında qüvvəsini sınayıb.

"Report" Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu komanda Afinada Yunanıstan yığması ilə iki dəfə qarşılaşıb.

Millimiz hər iki oyunda 3:1 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, yığmanın Avropa çempionatına hazırlığının son mərhələsi Bakıda təşkil olunacaq.

Hakim Tağıyev Bakıda təşkil olunan U-17 dünya çempionatında ilk görüşündə uduzub

Azərbaycan sərbəst güləşçisi Hakim Tağıyev Bakıda təşkil olunan U-17 dünya çempionatında ilk görüşündə uduzub.

"Report"un məlumatına görə 110 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində özbəkistanlı Behruz Aşirova 2:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Dünya çempionatı: Gülxanım Şirinova bürünc medal uğrunda görüşdə məğlub olub - YENİLƏNİB

Azərbaycan güləşçisi Gülxanım Şirinova Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal uğrunda görüşdə məğlub olub.

"Report"un məlumatına görə 40 kq çəki dərəcəsində yarışan idmançı türkiyəli Şirin Askara 4:12 hesabı ilə uduzub.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Azərbaycan güləşçisi Gülxanım Şirinova Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.

"Report"un məlumatına görə 40 kq çəki dərəcəsində yarışan idmançı təsəlliverici görüşdə monqolustanlı Azzaya Battulqanı 10:0 hesabı ilə məğlub edib.

O, bu gün axşam seansında bürünc medal uğrunda görüşdə Şirin Askara (Türkiyə) ilə qarşılaşacaq.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Abbas Şəfiyev Bakıda keçirilən dünya çempionatında qazaxıstanlı rəqibinə uduzub

Azərbaycanın sərbəst güləşçisi Abbas Şəfiyev Bakıda təşkil olunan U-17 dünya çempionatında ilk görüşündə məğlub olub.

"Report"un məlumatına görə, 55 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində qazaxıstanlı Temirlan Murata 1:5 hesabı ilə uduzub.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Azərbaycan avrokubokların II təsnifat mərhələsində ən yüksək reytinq əmsalı toplayan ölkələrdən olub

Azərbaycan avrokubokların ilk iki təsnifat mərhələsində bonuslar nəzərə alınmamaqla ən çox reytinq əmsalı toplayan iki ölkədən biri olub.

"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, sözügedən mərhələlərdə 9 qələbə qazanan komandalarımız 3 heç-heçə edib və 2 dəfə uduzub.

Bu, ölkənin UEFA reytinqinə 2,625 əmsal əlavə edib. Cari mövsümün baş tutan mərhələlərində yalnız Latviya eyni göstəriciyə malikdir.

Bonusları da nəzərə alsaq, ümumilikdə yalnız 5 ölkənin hesabında daha çox əmsal var. Bir sözlə, Azərbaycanla Latviya ümumilikdə mövsümdə 6-7-ci yerləri bölüşür.

Daha çox əmsala malik olanlardan dördü – İspaniya (3,750), Almaniya (3,428), İtaliya (3,428) və İngiltərə (3,333) birbaşa Liqa mərhələsində oynayan klublarına görə yüksək əmsal əldə edib. İki komandası mübarizəyə başlayan Portuqaliya isə 3,000 əmsalın 0,600-nü təsnifat mərhələlərində, 2,400-nü isə bonuslarla qazanıb.

2026/2027 mövsümündə bonuslar nəzərə alınmadan ən çox əmsal qazanan ölkələr:

Yer Ölkə Q H M X

1-2 Azərbaycan 9 3 2 2,625

Latviya 10 1 3 2,625

3 Estoniya 8 4 4 2,500

4 Finlandiya 7 3 4 2,125

5 Lixtenşteyn 2 0 0 2,000

Azərbaycan klublarının nəticələri və ölkə reytinqində payı:

Yer Komanda Q H M X

1 Sabah 4 0 0 1,000

2 Qarabağ 2 2 0 0,750

3 Zirə 2 1 1 0,625

4 Neftçi 1 0 1 0,250

Qeyd edək ki, "Sabah" UEFA Çempionlar Liqasında mübarizəni davam etdirir, "Qarabağ" UEFA Avropa Liqasından UEFA Konfrans Liqasına düşüb, "Zirə" və "Neftçi" isə mübarizəni dayandırıb.

Polşalı ekspert Adam Kusior Bakıda gənc boks məşqçiləri üçün təlim keçəcək

Bakıda növbəti məşqçilik seminarı təşkil olunacaq.

"Report" xəbər verir ki, Azərbaycan Boks Federasiyasının dəstəyi ilə bu il ikinci dəfə baş tutacaq təlimlərə beynəlxalq boks dərsliyinin müəllifi, təcrübəli polşalı mütəxəssis Adam Kusior rəhbərlik edəcək.

O, Bakı Boks Mərkəzində əsasən yerli gənc məşqçilərə qaydalardakı dəyişikliklər, onların tətbiqi, məşq proseslərinin daha da təkmilləşdirilməsi ilə bağlı seminar keçəcək. Avqustun 3-9-da təşkil ediləcək təlimlər nəzəri və praktiki hissədən ibarət olacaq, ardınca məşqçi-müəllimlər imtahan verəcəklər.

Seminara 30-dək çalışdırıcı qatılacaq. İmtahandan uğurla keçən iştirakçılara sertifikatlar təqdim olunacaq.

İngiltərə futbolunda diskriminasiyaya görə cəzalar sərtləşdirilib

İngiltərə futbolunda yeni mövsümdən etibarən diskriminasiya hallarına görə futbolçulara və məşqçilərə 10 oyunluq cəza veriləcək.

"Report" BBC-yə istinadən xəbər verir ki, İngiltərə Futbol Assosiasiyası (FA) mövsümün başlamasından əvvəl matç iştirakçılarının ağırlaşdırıcı qayda pozuntularına görə sanksiyaları sərtləşdirib.

Qərar etnik mənşə, dəri rəngi, irq, milliyyət, din və ya əqidə, cins, cinsi orientasiya və əlilliklə bağlı hər hansı birbaşa və ya dolayısı ilə diskriminasiya hallarını əhatə edir.

Tənzimləyici komissiyalar belə hallarda minimum 10 matçlıq standart diskvalifikasiya tətbiq edəcəklər. Ağırlaşdırıcı hallar olduqda cəza müddəti daha da artırıla bilər. Yüngülləşdirici amillər nəzərə alındıqda isə cəza 6 oyundan az olmamaq şərtilə azaldıla bilər.

Analoji qayda pozuntusunun təkrarı zamanı isə daha ağır sanksiyaların nəzərdə tutulduğu bildirilib.

Azərbaycan futbolu tarixində ilk iki mərhələ üzrə ən yüksək UEFA reytinq göstəricisi qeydə alınıb

Azərbaycan klubları avrokubokların ilk iki təsnifat mərhələlərində UEFA reytinqinə 2,625 əmsal qazandırıb.

"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, ölkə futbolu tarixində ilk iki mərhələ üçün ən yaxşı nəticədir.

İndiyədək təmsilçilərimiz ilk iki raundda ən yaxşı nəticəni 2017/2018 mövsümündə göstərmişdilər. Həmin vaxt bu göstərici 2,250 əmsala bərabər olub.

Qeyd edək ki, cari mövsümdə ölkəmiz üçün "Sabah" 1,000, "Qarabağ" 0,750+, "Zirə" 0,625, "Neftçi" 0,250 əmsal əldə edib.

"Milan"ın və İtaliya millisinin əfsanəvi müdafiəçisi Franko Barezi vəfat edib

"Milan"ın və İtaliya millisinin əfsanəvi müdafiəçisi Franko Barezi 66 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə Milan təmsilçisi məlumat yayıb.

O, ciyərində keçirdiyi əməliyyatdan sonra ağır xəstəliklə mübarizə aparırdı.

F.Barezi bütün peşəkar karyerasını 1978-1997-ci illərdə çıxış etdiyi "Milan"da keçirib. O, bu müddətdə 719 matçda iştirak edib, 6 dəfə İtaliya çempionu olub, 3 dəfə Avropa Çempionları Kubokunu (UEFA Çempionlar Liqası) və 2 dəfə Qitələrarası Kuboku qazanıb, həmçinin 15 il komandanın kapitanı olub. Karyerasını başa vurduqdan sonra onun geyindiyi 6 nömrəli forma tədavüldən çıxarılıb.

İtaliya millisinin heyətində 81 oyun keçirən sabiq müdafiəçi 1982-ci ildə dünya çempionu olub və 1994-cü il dünya çempionatının finalına yüksələn milli komandanın kapitan sarğısını daşıyıb.

UEFA reytinqi: Azərbaycanın mövqeyində dəyişiklik baş verməyib

Azərbaycanın UEFA reytinqindəki mövqeyində dəyişiklik baş verməyib.

"Report"un məlumatına görə, ölkə hazırda 21.187 əmsalla 26-cı pillədə qərarlaşıb.

25-ci yerdə olan İsrail 22.125 əmsala malikdir.

Reytinqə 101.852 əmsalla İngiltərə başçılıq edir.

Qeyd edək ki, ötən gün "Qarabağ" UEFA Avropa Liqasında Bolqarıstan ÇSKA-sına iki oyunun (0:0, 0:0, p.-4:5)) nəticəsinə əsasən məğlub olub. UEFA Konfrans Liqasında isə "Neftçi" Belarus təmsilçisi "Dinamo"ya (2:4, 1:0), "Zirə" isə Estoniyanın "Payde" klubuna (0:1, 1:1) iki oyunun nəticəsinə əsasən uduzaraq mübarizəni dayandırıb.

Dünya çempionatı: Azərbaycanın 5 sərbəst güləşçisi bu gün mübarizəyə qoşulacaq

Bakıda təşkil olunan güləş üzrə U-17 dünya çempionatı davam edir.

"Report"un məlumatına görə, yarışın 5-ci günündə Azərbaycanın 5 sərbəst güləşçisi mübarizəyə qoşulacaq.

1/8 final

48 kq

Hüseyn Rzazadə – Amirali Faz (İran) / Aaryan Aaryan (Hindistan)

80 kq

Nihad Süleymanlı – Martin Mokras (Slovakiya) / Ali Zakirjanov (Qırğızıstan)

Təsnifat mərhələsi

55 kq

Abbas Şəfiyev – Temirlan Murat (Qazaxıstan)

65 kq

Rəşid Nazarov – Erik Papikyan (Ermənistan)

110 kq

Hakim Tağıyev – Behruz Aşirov (Özbəkistan)

Qadın güləşçilərdən isə Gülxanım Şirinova (40 kq) Azzaya Battulqa (Monqolustan), Fatimə Bayramova (53 kq) isə Mariya Jitovoz (Macarıstan) ilə təsəlliverici görüşdə üz-üzə gələcəklər.

Daha əvvəl yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medala sahib olublar. Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medalla kifayətləniblər.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Rəşad Sadıqov: "Çoxsaylı qol vəziyyətləri yaratsaq da, top qapıdan keçmək istəmədi"

"Zirə" "Payde" ilə matçda çoxsaylı qol vəziyyətləri yaratsa da, topu qapıdan keçirə bilməyib.

"Report"un məlumatına görə, bunu komandanın baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Payde" (Estoniya) ilə cavab matçından sonra mətbuat konfransında bildirib.

"Məyusedici məğlubiyyət oldu. Mərhələni keçə bilmədik. Çoxsaylı qol vəziyyətlərimiz oldu. Təəssüf ki, top qapıdan keçmək istəmirdi. Bəzən belə olur və nəticədə uduzduq. Rəqibi təbrik edirəm. Mərhələni keçməyə biz layiq idik, amma alınmadı",- deyə mütəxəssis bildirib.

Qeyd edək ki, "Zirə" UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Estoniyanın "Payde" klubuna iki oyunun nəticəsinə (0:1, 1:1) əsasən uduzaraq mübarizəni dayandırıb.

Tarmo Kink: "Payde"nin qələbəsində heç bir sirr yoxdur"

"Payde"nin qələbə qazanmasında heç bir sirr yoxdur.

"Report" xəbər verir ki, bunu Estoniya təmsilçisinin baş məşqçisi Tarmo Kink UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" ilə cavab matçından sonra mətbuat konfransında deyib.

Mütəxəssis bərabərliklə başa çatan qarşılaşmanı dəyərləndirib:

"Heç bir sirrimiz yoxdur. Kollektiv şəkildə qalib gəldik. Qələbə qazanmaq üçün döyüşmək lazım idi. Döyüşdük və buna nail olduq. III mərhələyə yüksəlmək özü bir tarixdir, ümumiyyətlə, Avropada mərhələ keçmək tarixdir. Düşünürəm ki, bununla kifayətlənməməli və irəli getməliyik".

Qeyd edək ki, "Zirə" - "Payde" oyunu 1:1 hesablı bərabərliklə bitib. İlk matçda 1:0 hesablı qələbə qazanan Estoniya təmsilçisi növbəti mərhələyə yüksəlib.

"Yuventus" Kerim-Sem Alaybeqoviçin transferini razılaşdırıb

İtaliyanın "Yuventus" klubu "Bayer 04"ün (Almaniya) hücumçusu Kerim-Sem Alaybeqoviçin transferi ilə bağlı razılıq əldə edib.

"Report" insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, keçidin ümumi dəyəri bonuslar da daxil olmaqla 35 milyon avro təşkil edəcək.

Məbləğin 33 milyon avrosu sabit ödəniş, 2 milyonu isə müxtəlif bonuslar şəklində nəzərdə tutulub.

Bosniya və Herseqovinadan olan futbolçu 2025-ci ilin yayında "Bayer 04"ün gənclər komandasından "Zaltsburq"a (Avstriya) keçib. O, ötən mövsüm bütün turnirlərdə keçirdiyi 44 matçda 13 qol vurub və 4 məhsuldar ötürmə edib,. Bundan sonra Almaniya təmsilçisi hücumçunu geri alıb.

Qeyd edək ki, Kerim-Sem Alaybeqoviç DÇ-2026-da milli komandasının heyətində keçirdiyi 4 matçda 1 qolla yadda qalıb.

Braziliyalı keçmiş futbolçu Tassio Maya dos Santos divarın uçması nəticəsində həlak olub

Braziliyanın "Botafoqo" klubunun keçmiş futbolçusu Tassio Maya dos Santos Rio-de-Janeyroda divarın uçması nəticəsində 41 yaşında faciəvi şəkildə həlak olub.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bədbəxt hadisə şəhərin Santa-Tereza rayonunda baş verib.

Küləyin sürətinin saatda 90 kilometri keçməsi divarın aşmasına səbəb olub.

Qeyd edək ki, 2019-cu ildə karyerasını başa vuran sabiq futbolçu Braziliya, Portuqaliya, Kipr, Cənubi Koreya, Yunanıstan, Bolqarıstan, Çin, BƏƏ və Kosta-Rikada ümumilikdə 27 klubun formasını geyinib.

"Çelsi" Maksens Lakruanın transferini rəsmiləşdirib

İngiltərənin "Çelsi" klubu Premyer Liqanın digər təmsilçisi "Kristal Pelas"ın müdafiəçisi Maksens Lakruanın transferini rəsmiləşdirib.

"Report" London klubuna istinadən xəbər verir ki, 26 yaşlı fransalı futbolçu ilə 2032-ci ilə qədər müqavilə imzalanıb.

2024-cü ildən "Kristal Pelas"da oynayan Lakrua bu müddətdə bütün turnirlərdə 98 matçda 4 qol vurub və 4 məhsuldar ötürmə edib. O, komandanın heyətində İngiltərə Kuboku, İngiltərə Superkuboku və UEFA Konfrans Liqasının qalibi olub.

Futbolçu daha əvvəl Fransanın "Soşo" və Almaniyanın "Volfsburq" klublarının da formasını geyinib.

Azərbaycanın minifutbol üzrə U-23 millisi Qazaxıstan yığmasına qalib gəlib

Azərbaycanın minifutbol üzrə U-23 millisi yoxlama görüşündə Qazaxıstan yığmasına qalib gəlib.

Bu barədə "Report"a Azərbaycan Minifutbol Federasiyasından məlumat verilib.

İyulun ilk həftələrindən hazırlıq keçən Rəcəb Fərəczadənin baş məşqçi olduğu komanda Bakıda toplanışda olan Qazaxıstanın U-23 millisini 2:0 hesabı ilə məğlub edib.

Hər iki komanda oktyabrda Xorvatiyada təşkil olunacaq dünya çempionatına hazırlaşır.

Qeyd edək ki, Azərbaycan millisi oktyabrın 7-də startı veriləcək dünya çempionatının B qrupunda Kolumbiya, Slovakiya və İraq yığmaları ilə mübarizə aparacaq.

Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasının 2026/2027 mövsümündə üç komanda təmsil edə bilər

Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasının 2026/2027 mövsümündə üç komanda təmsil edə bilər.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Minifutbol Federasiyasından bildirilib.

"Zirə" və "Birbaşa Bakı" klublarının Çempionlar Liqasında oynayacağı dəqiqdir. "Aznur"un da sözügedən turnirə qatılmaq ehtimalı var. Bu məsələ Avropa Minifutbol Federasiyasının reytinqlə bağlı qərarından sonra dəqiqləşəcək. Komandaların sıralamadakı yeri açıqlandıqdan sonra "Aznur"un Çempionlar Liqasında, yoxsa Avropa Kubokunda çıxış edəcəyi bəlli olacaq.

Federasiyadan minifutbol üzrə Azərbaycan çempionatının oktyabrın ilk həftəsində başlanılmasının planlaşdırılıdığı da bildirilib.

Qeyd edək ki, ötən il Azərbaycan çempionatının qalibi "Zirə" olub. "Birbaşa Bakı" ikinci, "Aznur" isə üçüncü pilləni tutub.

UEFA Çempionlar Liqası: "Sabah" - "Orhus" matçının hakimləri müəyyənləşib

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Sabah" - "Orhus" (Danimarka) matçının hakimləri müəyyənləşib.

"Report" UEFA-ya istinadən xəbər verir ki, qarşılaşmanı Portuqaliyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Juan Pineyruya, Lusiano Maria və Hüqo Markes kömək edəcək. Dördüncü hakim funksiyasını Fabio Verissimo yerinə yetirəcək.

Görüşün VAR hakimi Tyaqu Martins, AVAR hakimi isə Andre Narkiso olacaq.

Qeyd edək ki, komandalar arasında ilk görüş avqustun 5-də Danimarkada, cavab matçı isə 11-də Bakıda baş tutacaq.

Dünya çempionatı: Gülxanım Şirinova tunisli rəqibinə məğlub olub

Azərbaycanın qadın güləşçisi Gülxanım Şirinova Bakıda keçirilən U-17 dünya çempionatında ilk görüşündə uduzub.

"Report"un məlumatına görə, 40 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda tunisli Tasmin Atimniyə 4:6 hesabı ilə məğlub olub.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Rafiq Hüseynov: "Dünya çempionatında yarışan güləşçilər sabah Azərbaycanın olimpiya ümidləri olacaqlar"

Bu gün dünya çempionatında mübarizə aparan güləşçilər sabah Azərbaycanın olimpiya ümidləri olacaqlar.

Bunu "Report"a açıqlamasında Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisinin böyük məşqçisi Rafiq Hüseynov deyib.

Mütəxəssis komandanın Bakıda keçirilən U-17 dünya çempionatındakı çıxışından razı qaldığını bildirib:

"Komandamla fəxr edirəm və hər bir idmançıdan razıyam. Onların medal qazanıb-qazanmamasından asılı olmayaraq, son 6 ay ərzində göstərdikləri əzmə, zəhmətə və fədakarlığa şəxsən şahid olmuşam. Məşq zalında tökülən tər, çəkilən əziyyət və fədakarlıq mənim üçün hər bir medaldan daha böyük dəyər daşıyır. Əlbəttə, hər bir idmançı yarışa qalib gəlmək arzusu ilə çıxır. Ancaq idmanın gözəlliyi də elə bundadır ki, burada hər zaman yalnız bir qalib olur. Məğlubiyyət isə son deyil, gələcək qələbələrin başlanğıcıdır. Ən vacibi məğlub olanda ayaqda qalmağı, səhvlərdən nəticə çıxarmağı və yenidən daha güclü qayıtmağı bacarmaqdır".

Millinin böyük məşqçisi medal qazanmayan idmançılara müraciət edib:

"Medal qazanmayan idmançılara xüsusi olaraq demək istəyirəm ki, ruhdan düşməsinlər. Bu gün axıtdığınız göz yaşları sabah qələbə sevincinə çevrilə bilər. Dünya çempionatı artıq tarixə çevrildi. İndi isə qarşıya baxmaq, daha böyük hədəflər uğrunda çalışmağın vaxtıdır. Hər yeni gün yeni bir şans, hər yeni yarış isə özünü sübut etmək üçün yeni bir fürsətdir".

Komandanın qazandığı uğurlarda əməyi olan hər kəsə təşkkür edən R.Hüseynov güləşsevərlərə də səslənib:

"Bu gün bu komandanın qazandığı uğur təkcə idmançıların deyil. Burada federasiyamızın, məşqçilərimizin, şəxsi məşqçilərin, həkimlərin, texniki heyətin, valideynlərin və bizə inanan hər kəsin əməyi var. Hər birinə səmimi təşəkkürümü bildirirəm. Sonda isə azarkeşlərimizə müraciət etmək istəyirəm. Bu yeniyetmələrə sahib çıxın, onları dəstəkləyin və inanın. Çünki bu gün dünya çempionatında mübarizə aparan bu uşaqlar sabah Azərbaycanın olimpiya ümidləri, gələcəyin dünya və olimpiya çempionları olacaqlar. Biz onların potensialına inanırıq və əminəm ki, ən böyük uğurlarımız hələ qarşıdadır".

Qeyd edək ki, Azərbaycanın yunan-Roma güləşçiləri Milli Gimnastika Arenasında keçirilən U-17 dünya çempionatını ümumilikdə 6 medalla ikinci sırada başa vurublar. Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medala sahib olublar. Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medalla kifayətləniblər.

Dünya çempionatı: Nuray Cəfərli macarıstanlı rəqibinə uduzub

Azərbaycanın qadın güləşçisi Nuray Cəfərli Bakıda keçirilən U-17 dünya çempionatındakı ilk görüşündə məğlub olub.

"Report"un məlumatına görə, 46 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda macarıstanlı Vivyen Sentpala 8:10 hesabı ilə uduzub.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Simurə Abdullayeva Bakıda keçirilən dünya çempionatındakı ilk görüşündə məğlub olub

Azərbaycanın qadın güləşçisi Simurə Abdullayeva Bakıda keçirilən U-17 dünya çempionatındakı ilk görüşündə məğlub olub.

"Report"un məlumatına görə, 69 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda qırğızıstanlı Milana Ulanovaya 6:10 hesabı ilə yenilib.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Fidan Babayeva dünya çempionatında qazaxıstanlı rəqibinə uduzub

Azərbaycanın qadın güləşçisi Fidan Babayeva Bakıda təşkil olunan dünya çempionatında ilk görüşünü keçirib.

"Report"un məlumatına görə, 61 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda qazaxıstanlı Aruzhan Bakitnura 2:11 hesabı ilə məğlub olub.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

"Latsio"nun futbolçusu Lorentso Kalvani "Milan"a keçib

"Latsio"nun 18 yaşlı sol cinah müdafiəçisi Lorentso Kalvani "Milan"ın heyətinə cəlb olunub.

"Report" Milan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.

Sözləşmədə müddətin daha bir mövsüm uzadılması ilə bağlı bənd də yer alıb. İtaliyalı futbolçu "Milan"ın gənclər komandasında çıxış edəcək.

Qeyd edək ki, L.Kalvani 2025/2026 mövsümündə "Latsio"nun gənclər komandasında 34 matçda 1 qol vurub, 5 məhsuldar ötürmə edib və 3 sarı varaqə alıb.

Fatimə Bayramova Bakıda keçirilən dünya çempionatının 1/4 finalında uduzub - YENİLƏNİB-2

Azərbaycanın qadın güləşçisi Fatimə Bayramova Bakıda keçirilən U-17 dünya çempionatının 1/4 finalında uduzub.

"Report"un məlumatına görə, 53 kq çəki dərəcəsində yarışan idmançı ABŞ-dən olan Marli Solomona 1:8 hesabı ilə yenilib.

F.Bayramova daha əvvəl təsnifat mərhələsində israilli Sela Rozovu, ardınca isə 1/8 finalda moldovalı Ruslana Karapetiantı 11:0 hesabı ilə üstələmişdi.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Azərbaycanın qadın güləşçisi Fatimə Bayramova Bakıda keçirilən U-17 dünya çempionatında ikinci görüşündə də qələbə qazanıb.

"Report"un məlumatına görə, 53 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda moldovalı Ruslana Karapetiantı 11:0 hesabı ilə üstələyib.

F.Bayramova təsnifat mərhələsində israilli Sela Rozovu da eyni hesabla məğlub etmişdi.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Azərbaycanın qadın güləşçisi Fatimə Bayramova Bakıda keçirilən U-17 dünya çempionatına qələbə ilə start verib.

"Report"un məlumatına görə, 53 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində israilli Sela Rozovu 11:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

PSJ "Monako"nun yarımmüdafiəçisi Manes Akliuşu transfer etmək üçün danışıqlar aparır

Fransanın PSJ klubu "Monako"nun yarımmüdafiəçisi Manes Akliuşun transferi ilə bağlı danışıqlar aparır.

"Report" jurnalist Fabritsio Romanoya istinadən xəbər verir ki, klublar arasında danışıqlar son mərhələdədir.

Tərəflər detalları razılaşdıran kimi 24 yaşlı futbolçu PSJ-yə keçəcək. M.Akliuş 2017-ci ildən "Monako"dadır, əsas komandada isə 2022-ci ildən çıxış edir.

Qeyd edək ki, yarımmüdafiəçi 2025/2026 mövsümündə 43 matçda 7 qol vurub və 11 məhsuldar ötürmə edib. Dəyəri 50 milyon avro olaraq qiymətləndirilən fransalı oyunçunun "Monako" ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçirilib

Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə iyulun 29-da avarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçirilib.

"Report"un məlumatına görə, Bakı bulvarında, Su İdman Növləri Federasiyasının qarşısında ("Suraxanı" gəmi-muzeyinin yaxınlığında) baş tutan çempionatda Bakı və Mingəçevirdən ümumilikdə 100-ə yaxın avarçəkən qüvvəsini sınayıb.

İştirakçılar akademik avarçəkmə və kanoe növlərində birnəfərlik, kayak növündə isə həm birnəfərlik, həm də ikinəfərlik qayıqlarda 500 metr məsafədə mübarizə aparıblar.

Bundan başqa, iştirakçılar ilk dəfə qarışıq növdə (mix) də yarışıblar.

Qaliblər diplom və medallarla mükafatlandırılıblar.

Qeyd edək ki, ölkədaxili yarışların keçirilməsində əsas məqsəd idmançıların hazırlıq səviyyəsinin yoxlanılması və onlar arasında rəqabətin gücləndirilməsidir.

"Kəpəz" Rafael Məhərrəmlini heyətinə qatıb

Transfer çalışmalarını davam etdirən "Kəpəz" heyətini daha bir futbolçu ilə gücləndirib.

"Report"un məlumatına görə, Gəncə klubu Rafael Məhərrəmlinin keçidini rəsmiləşdirib.

26 yaşlı müdafiəçi ilə mövsümün sonunadək müqavilə imzalanıb.

Son olaraq "Şamaxı"da çıxış edən R.Məhərrəmli ötən mövsüm Azərbaycan Premyer Liqasında 16 oyun keçirib.

Lionel Messinin "Asturiya Şahzadəsi" mükafatından məhrum edilməsi tələb olunub

Argentina millisinin və "İnter Mayami"nin hücumçusu Lionel Messinin idman sahəsindəki nailiyyətlərinə görə layiq görüldüyü "Asturiya Şahzadəsi" mükafatından məhrum edilməsi tələb olunub.

"Report" "Diario De Navarra"ya istinadən xəbər verir ki, "Change.org" platformasının istifadəçiləri bununla bağlı "Asturiya Şahzadəsi Fondu"na 30 petisiya ünvanlayıblar.

Müraciət müəlliflərinin fikrincə, 38 yaşlı futbolçu DÇ-2026-nın İspaniya ilə final matçında (0:1) və mükafatlandırma mərasimində idman etikasına zidd davranıb. Petisiyalarda Argentina yığmasının kapitanı kimi hücumçunun hörmət və ədalətli oyun prinsiplərinə riayət etməli olduğu diqqətə çatdırılıb. Mükafatın geri alınmasının bu titula olan inamı bərpa edəcəyi vurğulanıb.

Həmçinin qarşılaşmadan sonra baş verən insidentlə bağlı FİFA tərəfindən intizam araşdırmasına başlanılıb.

Qeyd edək ki, L.Messi 12 ölkədən olan 27 namizədi üstələyərək 2026-cı ildə idman sahəsində "Asturiya Şahzadəsi" beynəlxalq mükafatına layiq görülüb. Təcrübəli futbolçu karyerası ərzində 8 dəfə "Qızıl top"un, "Barselona"nın heyətində 10 dəfə İspaniya çempionatının, 4 dəfə UEFA Çempionlar Liqasının, PSJ ilə 2 dəfə Fransa çempionatının qalibi olub.

O, Argentina yığması ilə 2022-ci ildə dünya çempionatının, 2008-ci ildə isə Yay Olimpiya Oyunlarının qızıl medalını qazanıb.

UEFA Avropa Liqası: "Qarabağ" Bolqarıstanda ÇSKA ilə qarşılaşacaq

UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində cavab görüşlərinə bu gün start veriləcək.

"Report"un məlumatına görə, Azərbaycan təmsilçisi "Qarabağ" Bolqarıstanda ÇSKA-nın qonağı olacaq.

Sofiyadakı "Vasil Levski" arenasında, Bakı vaxtı ilə saat 22:00-da start götürəcək görüşü belçikalı FIFA referisi Brem van Drisş idarə edəcək.

Qeyd edək ki, komandalar arasında Bakıda keçirilən ilk oyun qolsuz başa çatıb.

UEFA Konfrans Liqası: "Zirə" Sumqayıtda, "Neftçi" Bolqarıstanda meydana çıxacaq

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində bu gün növbəti görüşlər keçiriləcək.

"Report"un məlumatına görə, Azərbaycan klublarından "Zirə" və "Neftçi" də cavab matçına çıxacaq.

"Zirə" Sumqayıtda Estoniya təmsilçisi "Payde"ni qəbul edəcək. Sumqayıt şəhər stadionunda, saat 20:00-da başlayacaq görüşün baş hakimi xorvatiyalı Patrik Kolariç olacaq.

Tərəflər arasında Estoniyada keçirilən ilk matçda Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda 0:1 hesabı ilə məğlub olmuşdu.

"Neftçi" isə Bolqarıstanda Belarusun "Dinamo" (Minsk) klubu ilə üz-üzə gələcək. Beroe şəhər stadionunda, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək qarşılaşmanı şimali irlandiyalı FIFA referisi Tim Marşal idarə edəcək.

Komandalar arasında Bakıda baş tutan ilk matçda Belarus təmsilçisi 4:2 hesabı ilə qələbə qazanmışdı.

Azərbaycanın 5 qadın güləşçisi dünya çempionatında mübarizəyə qoşulacaq

Bakıda təşkil olunan güləş üzrə U-17 dünya çempionatı davam edir.

"Report"un məlumatına görə, turnirin 4-cü günündə Azərbaycanın daha 5 güləşçisi xalça üzərinə çıxacaq.

Fatimə Bayramova (53 kq) təsnifat mərhələsində israilli Sela Rozovla üz-üzə gələcək.

Fidan Babayeva (61 kq) və Simurə Abdullayeva (69 kq) 1/8 finaldan, Gülxanım Şirinova (40 kq) və Nuray Cəfərli (46 kq) isə 1/4 finaldan mübarizəyə qoşulacaqlar.

Xatırladaq ki, ötən gün Azərbaycanın 4 qadın güləşçisi uğursuz çıxış edib.

Daha əvvəl yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medala sahib olublar. Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medalla kifayətləniblər.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

İqor Ponomaryov: "Sabah" istənilən rəqiblə mübarizə aparmağa qadirdir"

"Sabah" istənilən rəqiblə mübarizə aparmağa qadirdir.

Bunu "Report"a açıqlamasında paytaxt təmsilçisinin idman direktoru, Olimpiya çempionu İqor Ponomaryov deyib.

Mütəxəssis UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "KuPS"la (Finlandiya) matçı dəyərləndirib:

"Komandamız çox yaxşı oyun göstərdi. Hiss olunurdu ki, rəqib oyuna çox yaxşı hazırlaşıb. İlk hissədə "KuPS" həqiqətən yaxşı çıxış etdi. Kənardan baxanda görünürdü ki, xüsusilə ilk hissədə futbolçularımıza süni örtüklü meydan müəyyən çətinlik yaradır".

O, ilk qoldan sonra durumun dəyişdiyini söyləyib:

"Komanda özünü daha rahat hiss etməyə başladı. Bunun nəticəsi olaraq sürətli əks-hücum zamanı daha bir qol vurduq. Oyuna gəlib komandamızı tribunadan dəstəkləyən bütün azarkeşlərimizə təşəkkürümü bildirmək istəyirəm. Eyni zamanda, stadionda olmasalar da, bizi izləyən və komandamıza azarkeşlik edən hər kəsə minnətdaram. İndi isə diqqətimizi növbəti oyuna yönəltməli və unutmamalıyıq ki, biz istənilən rəqiblə mübarizə aparmağa qadirik".

Qeyd edək ki, "Sabah" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın "KuPS" komandasını iki oyunun nəticəsinə (1:0, 2:0) əsasən məğlub edib.

"Zirə" – "Payde" matçının biletləri sabah satışa çıxarılacaq

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində keçiriləcək "Zirə" - "Payde" (Estoniya) oyununun biletləri sabah satışa çıxarılacaq.

Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.

Saat 12:00-dan etibarən Sumqayıt şəhər stadionunun kassasında satışda olacaq biletlərin qiymətləri sektorlara əsasən müvafiq olaraq 5 və 10 manat təşkil edir.

Qeyd edək ki, "Zirə" - "Payde" görüşü sabah, saat 20:00-da Sumqayıt şəhər stadionunda start götürəcək. Tərəflər arasında ötən həftə baş tutan ilk görüşdə rəqib 1:0 hesabı ilə qalib gəlib.

İngiltərə millisinin futbolçusu Cordan Henderson "Brentford"dan ayrılıb

İngiltərə millisinin dayaq yarımmüdafiəçisi Cordan Henderson "Brentford" klubundan ayrılıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər.

36 yaşlı futbolçu 2025-ci ilin iyulunda "Ayaks"dan azad agent kimi London təmsilçisinə keçib və ötən mövsüm bütün turnirlərdə 34 oyuna çıxıb.

Təcrübəli oyunçunun karyerasını "Çelsi"də davam etdirəcəyi gözlənilir. Yarımmüdafiəçi 2026-cı il dünya çempionatında biləyi sındığı üçün müalicəsini davam etdirir.

Qeyd edək ki, C.Henderson karyerasının böyük hissəsini "Liverpul"da keçirib. O, bu klubun heyətində 492 matçda 33 qol vurub və 58 məhsuldar ötürmə edib.

AFFA-nın baş katibi Cahangir Fərəcullayev çimərlik futbolu millisinin üzvləri ilə görüşüb

AFFA-nın baş katibi Cahangir Fərəcullayev Gürcüstanın Batumi şəhərində keçirilən çimərlik futbolu üzrə Avropa çempionatının (EBSL) B Liqasının qalibi olan Azərbaycan millisinin üzvləri ilə görüşüb.

Bu barədə "Report"a qurumun mətbuat xidmətindən bildirilib.

Görüşdə Azərbaycan Çimərlik Futbolu Federasiyasının prezidenti Fərid Novruzi, millinin məşqçi heyəti və futbolçuları iştirak ediblər.

Cahangir Fərəcullayev komandanı B Liqasının qalibi olması və A Liqasına vəsiqə qazanması münasibətilə təbrik edib. Baş katib milliyə Avropanın ən güclü komandalarının mübarizə apardığı A Liqasında uğurlar arzulayıb.

"Ordu" klubu italiyalı voleybolçu İvan Zaytsevi transfer edib

"Ordu" voleybol klubu İvan Zaytsevi transfer edib.

Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.

İtaliyalı voleybolçu ilə növbəti mövsümün sonuna qədər müqavilə imzalanıb.

Qeyd edək ki, İ.Zaytsev Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısıdır. O, karyerası ərzində Avropa çempionatının gümüş və bürünc, Millətlər Liqasının, həmçinin CEV Çempionlar Liqasının mükafatçısı olub. Təcrübəli voleybolçu dəfələrlə İtaliya çempionu və ölkə kubokunun sahibi adını qazanıb.

"Zirə"nin futbolçusu Ruan Renato: "Payde" ilə Estoniyada keçirilən oyunda üstün tərəf biz idik"

"Zirə" "Payde" ilə Estoniyada keçirdiyi oyunda üstün tərəf olub.

"Report"un məlumatına görə, bunu komandanın futbolçusu Ruan Renato UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Payde" (Estoniya) ilə cavab matçından öncə mətbuat konfransında bildirib.

O, qələbə qazanmağa çalışacaqlarını vurğulayıb:

"İlk oyunda istədiyimiz nəticəni əldə edə bilmədik. Baxmayaraq ki üstün tərəf biz idik. Bu dəfə ciddi hazırlaşmışıq. Mərhələni keçən tərəf olmaq istəyirik"

Qeyd edək ki, "Zirə" - "Payde" görüşü sabah Sumqayıt şəhər stadionunda saat 20:00-da start götürəcək. Komandalar arasında Estoniyada baş tutan ilk görüşdə rəqib 1:0 hesablı qələbə qazanıb.

Rəşad Sadıqov: "Payde" ilə matçda mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik"

"Zirə" "Payde" ilə matçda mərhələni keçmək üçün əlindən gələni edəcək.

"Report"un məlumatına görə, bunu komandanın baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Payde" (Estoniya) cavab matçından öncə mətbuat konfransında bildirib.

O, matça hazırlıqları dəyərləndirib:

"Mərhələnin ilk oyununda 0:1 hesabı ilə udizmişuq. Əlimizdən gələni edəcəyik ki mərhələni keçən tərəf biz olaq".

Qeyd edək ki, "Zirə" - "Payde" görüşü sabah Sumqayıt şəhər stadionunda saat 20:00-da start götürəcək. Komandalar arasında Estoniyada baş tutan ilk görüşdə rəqib 1:0 hesablı qələbə qazanıb.

Eldəniz Yusubov: "Bakı və Sumqayıtdakı stadionlarla bağlı müraciətimizə müsbət cavab ala bilmədik"

Yeni mövsümdə ev oyunlarını Qəbələ şəhər stadionunda keçirəcək "Araz-Naxçıvan" Bakıda və Sumqayıtda yerləşən arenalarla bağlı müraciətinə müsbət cavab ala bilməyib.

Bunu "Report"a açıqlamasında klubun icraçı direktoru Eldəniz Yusubov deyib.

O, əvvəllər istifadə etdikləri "Liv Bona Dea Arena"nın təmirə bağlandığı üçün müxtəlif variantları dəyərləndirdiklərini diqqətə çatdırıb:

"Liv Bona Dea Arena" təmirə bağlandığından oradan istifadə etmək mümkün deyil. Bakı və Sumqayıt şəhərlərindəki stadionların rəhbərlikləri ilə danışıqlar apardıq. Müsbət cavab ala bilmədiyimiz üçün ən optimal variant kimi Qəbələ şəhər stadionunu seçdik".

İcraçı direktor Naxçıvan şəhər stadionunun təmir olunması məsələsinin gündəmdə qaldığını vurğulayıb:

"Naxçıvandakı stadionun təmiri ilə bağlı ciddi müzakirələr gedir. Yəqin ki, növbəti mövsümdən sonra bu bizim üçün əsas məsələ olacaq. Əslində bu məsələ həmişə gündəmdə olub, sadəcə, müəyyən səbəblərdən proses gecikib. Yavaş-yavaş məsələni həll etmək niyyətindəyik ki, növbəti mövsümlərdə belə çətinlik yaranmasın".

E.Yusubov kollektivin hazırlıq prosesini Bakıda keçirəcəyini sözlərinə əlavə edib:

"Məşqlər üçün Bakı Olimpiya Stadionunun təbii örtüklü ehtiyat meydanından istifadə edirik. Bu stadionla müqaviləmiz var. Ev oyunlarından bir gün əvvəl Qəbələyə yola düşəcəyik. Matçdan dərhal sonra isə geri qayıdacağıq".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 2026/2027 mövsümü avqustun 14-də start götürəcək.

Neymar Braziliya millisində karyerasını başa vurub

"Santos"un hücumçusu Neymar Braziliya millisində karyerasını başa vurduğunu açıqlayıb.

"Report" xəbər verir ki, 34 yaşlı futbolçu sosial şəbəkə hesablarında artıq yığmada oynamaq istəmədiyini bildirib.

"Düşünürəm ki, Braziliya milli komandasındakı tarixim başa çatdı. Bütün qəlbimi və həyatımı verdim, lakin indi daha bunu etmək istəmədiyimə inanıram", - futbolçu vurğulayıb.

Qeyd edək ki, DÇ-2026-nın 1/8 finalında Norveçə 1:2 hesabı ilə uduzan Braziliya milli komandasının yeganə qolunu Neymar vurub.

Xatırladaq ki, 2010-cu ildən yığmada çıxış edən forvard keçirdiyi 130 matçda 80 qol vurub və 59 məhsuldar ötürmə müəllifi olub. Komanda tarixinin ən yaxşı bombardiri olan Neymar Braziliya yığması ilə 2013-cü ildə Konfederasiyalar Kubokunun, 2016-cı ildə isə Yay Olimpiya Oyunlarının qalibi olub.

"Araz-Naxçıvan" əvəzedicilərdən ibarət komandası ilə bağlı AFFA-ya müraciət edib

"Araz-Naxçıvan"ın əvəzedicilərdən ibarət komandasının 2026/2027 mövsümündə ev oyunlarını keçirmək istədiyi stadion bəlli olub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq klubdan bildirilib.

Komandanın ev matçlarının Binə stadionunda təşkili üçün AFFA-ya müraciət olunub.

Qeyd edək ki, "Araz-Naxçıvan"ın əsas komandası Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümündə ev oyunlarını Qəbələ şəhər stadionunda keçirəcək.

Nəzrin Əhmədli Bakıda keçirilən dünya çempionatında Almaniya güləşçisinə uduzub

Azərbaycan güləşçisi Nəzrin Əhmədli Bakıda təşkil olunan U-17 dünya çempionatındakı ilk görüşündə məğlub olub.

"Report"un məlumatına görə, 49 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda Almaniya təmsilçisi Madina Bayramovaya sonuncu xal prinsipinə əsasən uduzub - 1:1.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Azərbaycan paralimpiyaçısı Çellencer turnirində qızıl medal qazanıb

Azərbaycanın boccia idmançısı Sona Ağayeva Misirin paytaxtı Qahirədə keçirilən Çellencer turnirində qızıl medal əldə edib.

"Report" xəbər verir ki, BC2 kateqoriyasında mübarizə aparan paralimpiyaçı portuqaliyalı Monika Kosta və yeni zelandiyalı Xloe Sturt üzərində qələbə qazanıb.

Qeyd edək ki, turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

Dünya çempionatı: Vəfa Orucova ilk görüşündə uduzub

Azərbaycan güləşçisi Vəfa Orucova Bakıda keçirilən U-17 dünya çempionatındakı ilk görüşündə uduzub.

"Report"un məlumatına görə, 43 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda rumıniyalı Valia Harsana 2:5 hesabı ilə məğlub olub.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Azərbaycan güləşçisi Rəna Nuriyeva dünya çempionatında meksikalı rəqibinə məğlub olub

Azərbaycan güləşçisi Rəna Nuriyeva Bakıda təşkil olunan güləş üzrə U-17 dünya çempionatında ilk görüşünü keçirib.

"Report"un məlumatına görə, 65 kq çəki dərəcəsində yarışan idmançı meksikalı Silviya Espinoza Munizə 5:8 hesabı ilə uduzub.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Qaratel Quliyeva Bakıda təşkil olunan dünya çempionatındakı ilk görüşündə uduzub

Azərbaycan güləşçisi Qaratel Quliyeva Bakıda təşkil olunan U-17 dünya çempionatında ilk görüşünü keçirib.

"Report"un məlumatına görə, 57 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində isveçrəli Delya Qislerə 2:3 hesabı ilə məğlub olub.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Dünya çempionatı: Zöhrab Səfərov təsəlliverici görüşdə məğlub olub

Azərbaycanın yunan-Roma güləşçisi Zöhrab Səfərov Bakıda keçirilən U-17 dünya çempionatında növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, 92 kq çəki dərəcəsində yarışan idmançı bürünc medal uğrunda təsəlliverici görüşdə iranlı Amirreza Mehritalarpoştiyə 3:4 hesabı ilə məğlub olub.

Beləliklə, Z.Səfərov yarışı mükafatsız başa vurub.

Azərbaycan yunan-Roma güləşçiləri indiyədək 3 medal qazanıblar. Ötən gün İsfahan Həsənov (80 kq) gümüş, Ömər Salmanov (48 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Çimərlik voleybolu üzrə Azərbaycan çempionatı keçiriləcək

Azərbaycan Voleybol Federasiyası (AVF), Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə avqustun 4-dən 8-nə qədər çimərlik voleybolu üzrə ölkə çempionatı keçiriləcək.

Bu barədə "Report"a AVF-dən bildirilib.

Qadın və kişi komandaları arasında təşkil olunacaq yarışın ilkin mərhələsinin oyunları 4-6 avqustda, final qarşılaşmaları və mükafatlandırma mərasimi isə 8 avqustda baş tutacaq. Çempionatın bütün oyunları Bakı Su İdmanı Sarayında keçiriləcək.

Ölkə çempionatında 16 qadın və 14 kişi komandası olmaqla, ümumilikdə 30 klub mübarizə aparacaq. Çempionatın qalibi 2026-cı ildə keçiriləcək çimərlik voleybolu üzrə CEV Avropa çempionatında Azərbaycanı təmsil etmək hüququ qazanacaq.

Martin Knejeviç "Gəncə" basketbol klubuna baş məşqçi təyin olunub

"Gəncə" basketbol klubunun yeni baş məşqçisi məlum olub.

"Report" xəbər verir ki, "Sarı-göylər"i ABŞ-dən olan Martin Knejeviç çalışdıracaq.

47 yaşlı mütəxəssislə qarşıdakı mövsümün sonuna kimi müqavilə bağlanıb.

Qeyd edək ki, M.Knejeviç 12 illik peşəkar məşqçi karyerasında vətənindən başqa 7 ölkədə işləyib. O, Kanada, Danimarka, Rumıniya, Livan, Vyetnam, Meksika və Çində fəaliyyət göstərib. NBA-də çıxış edən bir çox oyunçu ilə çalışan mütəxəssis "Dallas Mavriks" və "Klivlend Kavalyers" kimi klublarda iş təcrübəsinə malikdir.

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib

Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişməyib.

"Report" xəbər verir ki, ölkə 20.687 əmsalla əvvəlki kimi 26-cı pillədə qərarlaşıb.

25-ci yerdəki İsrailin 21.500 əmsalı var.

UEFA reytinqində İngiltərə (101.852) liderdir.

Qeyd edək ki, "Sabah"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçında "KuPS"u (Finlandiya) 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanması Azərbaycanın əmsalını artırsa da, mövqeyinə təsir etməyib.

Azərbaycanın qadın güləşçiləri Bakıdakı dünya çempionatında mübarizəyə başlayır

Bakıda təşkil olunan güləş üzrə U-17 dünya çempionatında növbəti görüşlər baş tutacaq.

"Report"un məlumatına görə, bu gün Azərbaycanın 4 qadın güləşçisi mübarizəyə start verəcək.

1/8 final

43 kq

Valia Harsan (Rumıniya) - Vəfa Orucova

49 kq

Nəzrin Əhmədli - Madina Bayramova (Almaniya)

Təsnifat mərhələsi

57 kq

Qaratel Quliyeva - Delya Qisler (İsveçrə)

65 kq

Rəna Nuriyeva - Silviya Espinoza Muniz (Meksika)

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

"Sabah" avrokuboklarda 10-cu qələbəsini qazanıb

"Sabah"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "KuPS"a qarşı keçirdiyi cavab oyunu yubileylərlə əlamətdar olub.

"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Finlandiyada 2:0 hesabı ilə qalib gələn Bakı klubu avrokuboklarda 10-cu qələbəsini qazanıb.

Qitə miqyaslı turnirlərdə 4-cü mövsümünü keçirən komanda yubiley qələbəsini 18-ci matçında əldə edib. "Sabah" ölkə futbolu tarixində ən azı 10 avrokubok matçında qalib gələn 5-ci komanda olub.

Bu, Azərbaycan klublarının avrokuboklarda səfərdə qazandığı 70-ci qələbə kimi tarixə düşüb. Təmsilçilərimiz rəqib meydanındakı 251 sınaqdan bu qədər qələbə qazanıb.

"Sabah"ın ikinci qolunun müəllifi Coy Lens Mikels avrokuboklarda 10-cu dəfə fərqlənib. Almaniyalı futbolçu buna paytaxt təmsilçisi ilə çıxdığı 16-cı belə matçda imza atıb. Mikels Azərbaycan klublarının heyətində 10 və daha çox qola imza atan 7-ci futbolçu olub. O, Emin Mahmudov və Filip Ozobiçlə eyni sayda fərqlənib.

Qeyd edək ki, cari mövsüm keçirdiyi 4 oyunun hamısında qalib gələn "Sabah" ölkəmizin UEFA reytinqinə 1,000 xal qazandırıb və avrokubokların liqa mərhələsinə vəsiqəni təmin edib.

Valdas Dambrauskas: "Sabah" klubunun avrokuboklarda əsas mərhələyə vəsiqə qazanması tarixi uğurdur"

Azərbaycan təmsilçisinin avrokubokların əsas mərhələsinə vəsiqə qazanması tarixi uğurdur.

"Report" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Finlandiyanın "KuPS" klubu ilə cavab matçından sonra mətbuat konfransında bildirib.

Litvalı mütəxəssis komandasının çıxışını yüksək qiymətləndirib:

"Komandanı, azarkeşləri, rəhbərliyi və Azərbaycan futbol ictimaiyyətini təbrik etmək istəyirəm. Azərbaycan təmsilçisinin avrokubokların əsas mərhələsinə adlaması tarixi uğurdur. Çox çətin oyundan sonra bunu bacardığımız üçün qürur duyuram. "KuPS" azarkeşlərini də təbrik edirəm, onlar öz komandaları ilə fəxr edə bilərlər".

O, ilk hissədə rəqibin daha yaxşı oynadığını vurğulayıb:

"İlk matçdakı 1:0 hesablı qələbəyə baxmayaraq, rəqib yaxşı hazırlaşmışdı. Birinci yarıda onlar daha fəal idilər. Fasilədə futbolçularla nə etməli olduğumuz barədə müzakirə apardıq və şadam ki, onlar tapşırıqları dəqiq yerinə yetirdilər. İkinci yarıda daha üstün oynadıq, qol vurduqdan sonra isə təşəbbüsü tamamilə ələ aldıq. İki oyunun nəticəsinə görə mərhələ adladığımız üçün məmnunam. Bu gecə Bakıya uçuruq və növbəti həftə keçiriləcək qarşılaşmaya hazırlaşmalıyıq. Çünki avrokuboklar böyük güc tələb edir".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində "Sabah" "KuPS"u iki oyunun nəticəsinə (1:0, 2:0) əsasən məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb. "Sabah" bu nəticədən sonra ən azı UEFA Konfrans Liqasının əsas mərhələsini təmin edib.

"Sabah" UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib - YENİLƏNİB-4

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" matçı başa çatıb.

"Report"un məlumatına görə, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunda "Sabah" 2:0 hesablı qələbəyə sevinib.

Qolları Velko Simiç (53) və Coy-Lens Mikels (70) rəqib qapısından keçirib.

Bu nəticədən sonra Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv turnirin III təsnifat mərhələsinə yüksəlib. Bakı təmsilçisi bu mərhələdə "Orhus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, komandalar arasında ötən həftə Bakıda baş tutan ilk görüşdə Azərbaycan çempionu 1:0 hesablı qələbə qazanmışdı.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" matçında növbəti qol vurulub.

"Report"un məlumatına görə, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunda "Sabah" fərqi iki topa çatdırıb - 2:0.

Coy-Lens Mikels 70-ci dəqiqədə rəqib qapısına yol tapıb.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" matçında hesab açılıb.

"Report"un məlumatına görə, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunda "Sabah" hesabda önə çıxıb - 1:0.

53-cü dəqiqədə Velko Simiç fərqlənib.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" matçında ikinci hissəyə start verilib.

"Report"un məlumatına görə, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunda qolsuz bərabərlik davam edir.

Qarşılaşmanı israilli FIFA referisi Qal Leyboviç idarə edir.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" matçında ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunda komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

Qarşılaşmanı israilli FIFA referisi Qal Leyboviç idarə edir.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" matçına start verilib.

"Report"un məlumatına görə, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunu israilli FIFA referisi Qal Leyboviç idarə edir.

Xatırladaq ki, komandalar arasında ötən həftə Bakıda baş tutan ilk görüşdə Azərbaycan çempionu rəqibini 1:0 hesabı ilə məğlub edib.

Dünya çempionatı: Azərbaycan güləşçisi Əli Cavadlı finala yüksəlib - YENİLƏNİB

Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı Bakıda təşkil olunan U-17 dünya çempionatında finala yüksəlib.

"Report"un məlumatına görə, 45 kq çəki dərəcəsində yarışan idmançının yarımfinaldakı rəqibi iranlı Esmayili Armin Amin görüşə çıxmadığı üçün milli üzvü adını həlledici mərhələyə yazdırıb.

Təmsilçimiz sabah qızıl medal uğrunda görüşdə qüvvəsini sınayacaq.

Qeyd edək ki, Əli Cavadlı təsnifat mərhələsində bolqarıstanlı Oqnyan Burqazovu (9:0), 1/4 finalda isə gürcüstanlı Luka Bolkvadzeni tam üstünlüklə (9:0) məğlub edib.

Hidayət Qurbanov

Azərbaycanın yunan-Roma güləşçisi Əli Cavadlı Bakıda təşkil olunan U-17 dünya çempionatına qələbə ilə başlayıb.

"Report"un məlumatına görə, 45 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində bolqarıstanlı Oqnyan Burqazovu 9:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Azərbaycanın sumo millisi Yaponiyada təlim-məşq toplanışına start verib

Azərbaycanın sumo millisi Yaponiyanın Odavara şəhərində təlim-məşq toplanışına başlayıb.

Bu barədə "Report"a Azərbaycan Yapon Döyüş Növləri və Mədəniyyəti Assosiasiyasından məlumat verilib.

Hazırlıq prosesi çərçivəsində yığma məşqlərini Yaponiyanın bir neçə sumo məktəbində davam etdirəcək.

Qeyd edək ki, təlim-məşq toplanışı 2026-cı il oktyabrın 17-18-də Bakıda keçiriləcək sumo üzrə dünya çempionatına hazırlıq məqsədi daşıyır.

"Mançester Siti" Yoşko Qvardiolla müqavilə müddətini 2031-ci ilədək uzadıb

Xorvatiya millisinin müdafiəçisi Yoşko Qvardiol "Mançester Siti" klubu ilə yeni 5 illik müqavilə imzalayıb.

"Report" Mançester təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, 24 yaşlı futbolçunun klubla müqaviləsinin müddəti 2031-ci ilin yayına qədər uzadılıb.

Həm mərkəzdə, həm də sol cinahda çıxış edən xorvatiyalı oyunçu 2023-cü ilin yayında Almaniyanın "Leyptsiq" klubundan İngiltərə təmsilçisinə keçib.

O, indiyədək "şəhərlilər"in heyətində keçirdiyi 122 matçda 13 qol vurub. Müdafiəçi bu müddətdə İngiltərə Premyer Liqası və Kuboku, İngiltərə Liqa Kuboku, FIFA Klublararası Dünya Çempionatı, UEFA Superkuboku və İngiltərə Superkuboku daxil olmaqla 6 titul qazanıb.

Qeyd edək ki, Y.Qvardiol Xorvatiya millisində 52 oyuna çıxıb, həmçinin DÇ-2026-da iştirak edib.

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kuboku avqustda keçiriləcək

Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə avqustun 7-9-da Binə Atçılıq Mərkəzində kamandan oxatma üzrə ölkə çempionatı və kuboku keçiriləcək.

"Report"un məlumatına görə, yarışda 50-yə yaxın idmançı mübarizə aparacaq.

İdmançılar U-15 kateqoriyasında 40 metr, U-18 kateqoriyasında 60 metr, böyüklər arasında isə 70 metr məsafədən hədəfi dəqiq vurmaq üçün bacarıqlarını nümayiş etdirəcəklər.

Proqrama əsasən, avqustun 7-də idmançıların sınaq atışları və məşqləri keçiriləcək, 8-də isə əsas təsnifat və seçmə yarış mərhələləri baş tutacaq. Final görüşləri avqustun 9-da keçiriləcək və qaliblər müəyyənləşəcək.

​Yarışın yekununda fərqlənən və fəxri kürsüyə yüksələn idmançılar müvafiq medallar, diplomlar və Azərbaycan Kamandan Oxatma Federasiyası tərəfindən xüsusi mükafatlarla təltif olunacaqlar.

AFFA "İmişli" klubunun akademiya məşqçiləri üçün maarifləndirici təlim keçirib

AFFA-nın Futbolun İnkişafı Departamenti tərəfindən "İmişli" klubunun akademiyasının məşqçi heyəti üçün növbəti maarifləndirici təlim təşkil olunub.

"Report" quruma istinadən xəbər verir ki, təlim ölkədə futbol akademiyalarının inkişafına dəstək göstərilməsi və vahid inkişaf yanaşmasının tətbiqi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində baş tutub.

Görüşdə AFFA-nın Futbolun İnkişafı Departamentinin rəhbəri Sərxan Hüseynov, fiziki hazırlıq üzrə ekspert Turcay Əhmədov, akademiyalar üzrə supervayzer Sakit Rzayev və koordinator Səid Abasov iştirak ediblər.

Akademiya direktoru Rövşən Babayev, klubun icraçı direktoru Aqşin Mürsəlov, uşaq və gənclər üzrə bütün məşqçilər tədbirdə fəallıq nümayiş etdiriblər.

Təlim zamanı müasir futbol akademiyalarında oyunçu inkişafının əsas istiqamətləri müzakirə olunub. Sessiyalar çərçivəsində Oyun Modeli (Game Model), Oyunçu İnkişaf Yolu (Player Pathway), məşq prosesinin planlaşdırılması, oyunçu profillərinin düzgün müəyyənləşdirilməsi, inkişaf mərhələlərinə uyğun məşq məzmununun seçilməsi, eləcə də dünya səviyyəli futbolçuların yetişdirilməsi üçün tələb olunan əsas prinsiplər barədə ətraflı təqdimatlar keçirilib.

Bununla yanaşı, gənc futbolçuların meydandan kənar həyat tərzi və peşəkar davranış vərdişlərinin formalaşdırılması, yaş qrupları üzrə fiziki hazırlığın planlaşdırılması, həmçinin akademiyanın bütün yaş qruplarında vahid məşq və oyun terminologiyasının tətbiqinin əhəmiyyəti də iştirakçıların diqqətinə çatdırılıb.

İnteraktiv müzakirələr və praktiki nümunələr əsasında keçirilən təlim məşqçilərin peşəkar biliklərinin artırılmasına, vahid metodologiyanın tətbiqinə və oyunçuların uzunmüddətli inkişaf prosesinin daha səmərəli təşkilinə töhfə verməyi hədəfləyib.

AFFA-nın Futbolun İnkişafı Departamentinin ölkə üzrə futbol akademiyalarının inkişafına dəstək məqsədilə bu kimi maarifləndirici tədbirləri gələcəkdə də davam etdirəcəyi bildirilib.

"Murov Az Terminal" məşqçisi Fəxri Abdullazadə ilə yeni müqavilə imzalayıb

"Murov Az Terminal" voleybol klubu məşqçisi Fəxri Abdullazadə ilə yeni müqavilə imzalayıb.

Bu barədə "Report"a klubun mətbuat xidmətindən məlumat verilib.

Təcrübəli mütəxəssislə əməkdaşlığın yeni mövsümdə də davam edəcəyi bildirilib.

Dünya çempionatı: Elmir Çərkəzov bürünc medal uğrunda görüşə çıxacaq - YENİLƏNİB-3

Azərbaycan yunan-Roma güləşçisi Elmir Çərkəzov Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal uğrunda görüşə çıxacaq.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı yarımfinalda iranlı Amirreza Saeid Tahmasbpourmarzouniyə məğlub olub - 4:5.

Təmsilçimiz sabah üçüncü yer uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.

Elmir Çərkəzov daha əvvəl təsnifat mərhələsində qazaxıstanlı Nurali Askarı (2:0), 1/8 finalda almaniyalı Kristiano Libtsaytı (1:1) 1/4 finalda isə belaruslu Roman Şarkovu (3:0) məğlub edib.

Hidayət Qurbanov

Azərbaycan yunan-Roma güləşçisi Elmir Çərkəzov Bakıda təşkil olunan U-17 dünya çempionatında yarımfinala yüksəlib.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/4 finalda belaruslu Roman Şarkovu məğlub edib - 3:0.

İdmançı daha əvvəl təsnifat mərhələsində qazaxıstanlı Nurali Askarı (2:0), 1/8 finalda isə almaniyalı Kristiano Libtsaytı (1:1) üstələmişdi.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Azərbaycan yunan-Roma güləşçisi Elmir Çərkəzov Bakıda təşkil olunan U-17 dünya çempionatında 1/4 finala yüksəlib.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 finalda almaniyalı Kristiano Libtsaytı (1:1) sonuncu xal prinsipinə əsasən məğlub edib.

İdmançı daha əvvəl təsnifat mərhələsində qazaxıstanlı Nurali Askarı (2:0) üstələmişdi.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Azərbaycanın yunan-Roma güləşçisi Elmir Çərkəzov Bakıda təşkil olunan U-17 dünya çempionatına qələbə ilə start verib.

"Report"un məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsnifat mərhələsində qazaxıstanlı Nurali Askarı 2:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Ayxan Abbasov: "Sabah" hazırda Azərbaycanda ən yaxşı formada olan komandadır"

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində bu gün səfərdə Finlandiya təmsilçisi "KuPS" ilə oynayacaq "Sabah" hazırda Azərbaycanda ən yaxşı formada olan komandadır.

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov deyib.

O, Bakıdakı ilk matçda "Sabah"ın rəqibindən fəal təsir bağışladığını xatırladıb:

"İlk görüşü izlədim, "Sabah"ın üstün oyunu nəzərə çarpırdı. Təəssüf ki, əlverişli imkanlardan istifadə edə bilmədilər. "KuPS" "Sabah"ın ilk rəqibindən fərqləndiyini göstərdi. Sistematik futbola üstünlük verən komandadır. Qol vəziyyətlərindən yararlana bilməsələr də, oyundan qopmurlar və öz vaxtlarını gözləyirlər. Topa sahibolmada və mövqe hücumlarında sonluğu gətirə bilirlər. Səfərdə bunu edə bildilərsə, evdə azarkeşləri qarşısında daha effektli ola bilərlər".

A.Abbasov "Sabah"ın yenə qol imkanları yaxalayacağını qeyd edib:

"İlk matçda "Sabah" yaxşı hücumlar etdi, qol şansları oldu. Deməli, həmin boşluqları yenə tapmaq mümkündür. Çempionlar Liqasında zəif rəqib yoxdur, hər bir komanda öz ölkəsinin çempionudur. Mübarizə yüksək səviyyədə olmalı, diqqətli davranılmalıdır. İnanıram ki, "Sabah" bu turu keçəcək. Çünki bu, vacibdir. "Sabah" Çempionlar Liqasında təcrübə qazanır, ilk ilidir. Hər oyun onlar üçün böyük sınaqdır. Ümidimiz böyükdür. Çünki "Sabah" hazırda ölkədə ən yaxşı formada olan kollektivdir".

Qeyd edək ki, "KuPS" - "Sabah" matçı bu gün, Bakı vaxtı ilə saat 19:00-da Kuopio şəhər Mərkəzi stadionunda start götürəcək.

Nadir Həsənov Bakıda təşkil olunan dünya çempionatında ikinci görüşündə uduzub - YENİLƏNİB

Azərbaycanın yunan-Roma güləşçisi Nadir Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatında ikinci görüşündə uduzub.

"Report"un məlumatına görə, 71 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda ukraynalı Roman İvanikə məğlub olub - 0:9.

N.Həsənov daha əvvəl təsnifat mərhələsində tacikistanlı Mahdi Azizboyevə 10:1 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Azərbaycanın yunan-Roma güləşçisi Nadir Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatına qələbə ilə başlayıb.

"Report"un məlumatına görə, 71 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində tacikistanlı Mahdi Azizboyevə 10:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Azərbaycan güləşçisi Abdurrahman Hüseynli dünya çempionatında finala adlayıb - YENİLƏNİB-3

Azərbaycanın yunan-Roma güləşçisi Abdurrahman Hüseynli Bakıda təşkil olunan U-17 dünya çempionatında finala yüksəlib.

"Report"un məlumatına görə, 51 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda gürücüstanlı Saba Abaşidzeyə (9:3) qalib gələrək həlledici mərhələyə adlayıb.

Təmsilçimiz sabah qızıl medal uğrunda görüşdə qüvvəsini sınayacaq.

Qeyd edək ki, Abdurrahman Hüseynli daha əvvəl təsnifat mərhələsində qazaxıstanlı Kuanişbek Janqajolunu, 1/8 finalda əlcəzairli Lyes Bumazanı eyni hesabla (9:0) üstələmişdi. O, 1/4 finalda ermənistanlı Gevorq Harutyunyandan (6:4) güclü olub.

Hidayət Qurbanov

Azərbaycanın yunan-Roma güləşçisi Abdurrahman Hüseynli Bakıda təşkil olunan U-17 dünya çempionatında növbəti qələbəsini qazanıb.

"Report"un məlumatına görə, 51 kq çəki dərəcəsində yarışan idmançı 1/4 finalda ermənistanlı Gevorq Harutyunyanı 6:4 hesabı ilə məğlub edib.

Azərbaycan millisinin üzvü təsnifat mərhələsində qazaxıstanlı Kuanişbek Janqajolunu, 1/8 finalda əlcəzairli Lyes Bumazanı (Əlcəzair) 9:0 hesabı ilə üstələmişdi.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Azərbaycanın yunan-Roma güləşçisi Abdurrahman Hüseynli Bakıda təşkil olunan U-17 dünya çempionatında növbəti qələbəsini qazanıb.

"Report"un məlumatına görə, 51 kq çəki dərəcəsində yarışan idmançı 1/8 finalda Lyes Bumazanı (Əlcəzair) 9:0 hesabı ilə üstələyib.

Azərbaycan millisinin üzvü təsnifat mərhələsində qazaxıstanlı Kuanişbek Janqajoluya da eyni hesabla qalib gəlmişdi.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Azərbaycanın yunan-Roma güləşçisi Abdurrahman Hüseynli Bakıda təşkil olunan U-17 dünya çempionatına qələbə ilə start verib.

"Report"un məlumatına görə, 51 kq çəki dərəcəsində yarışan idmançı təsnifat mərhələsində qazaxıstanlı Kuanişbek Janqajolu 9:0 hesabı ilə üstələyib.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

Zinəddin Zidan Fransa millisinin baş məşqçi vəzifəsinə təyin olunub

Zinəddin Zidan Fransa millisinin baş məşqçi vəzifəsinə təyin olunub.

"Report"un məlumatına görə, bu barədə Fransa Futbol Federasiyası məlumat yayıb.

Mütəxəssislə müddəti DÇ-2030-cu ilin sonunadək olan 4 illik müqavilə imzalanıb. O, avqustun 1-dən rəsmən vəzifəsinin icrasına başlayacaq və komandaya UEFA Millətlər Liqasının 2026/2027 mövsümündən rəhbərlik edəcək.

Fransalı mütəxəssis, həmçinin AVRO-2028-in seçmə mərhələsi, UEFA Millətlər Liqasının 2028/2029 mövsümü və DÇ-2030-un seçmə mərhələ oyunlarında yığmanın "sükanı arxasında" olacaq. Onun köməkçiləri sentyabrın əvvəlində müəyyənləşəcək.

Qeyd edək ki, Z.Zidan 1964-cü ildən bəri Anri Qerendən sonra Fransa millisinin tarixində 18-ci baş məşqçidir. O, bu postda Didye Deşamı əvəzləyib.

PSJ-nin hücumçusu Qonsalu Ramuş "Milan"a keçə bilər

PSJ-nin və Portuqaliya yığmasının hücumçusu Qonsalu Ramuş karyerasını İtaliyanın "Milan" klubunda davam etdirə bilər.

"Report" "A Bola"ya istinadən xəbər verir ki, İtaliya klubu 25 yaşlı portuqaliyalı futbolçu üçün bonuslar da daxil olmaqla 45 milyon avro təklif edib.

Paris təmsilçisi isə 50 milyon avro tələb edir. "Milan"ın oyunçuya illik təxminən 4 milyon avro maaşla 4-5 mövsümlük müqavilə təklif etməyə hazır olduğu bildirilib.

Futbolçu Portuqaliya yığmasının heyətində DÇ-2026-da çıxış edir. O, qrup mərhələsinin I turunun Konqo DR-lə görüşündə (1:1) oyunun sonlarında əvəzetmədən meydana daxil olub.

Qeyd edək ki, Q.Ramuş 2024-cü ilin yanvarında "Benfika"dan 65 milyon avro qarşılığında PSJ-yə keçib. O, Paris klubunun heyətində 131 oyunda 45 qol vurub və 10 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı portuqaliyalı oyunçunun dəyərini 30 milyon avro qiymətləndirir.

Elman Himayətoğlu "Zirə"nin idman direktoru vəzifəsinə təyin olunub

"Zirə" klubunun idman direktoru vəzifəsinə yeni təyinat olub.

Bu barədə "Report"a paytaxt təmsilçisinin mətbuat xidmətindən bildirlib.

Daha əvvəl klubda baş menecer kimi çalışan Elman Himayətoğlu sözügedən vəzifəyə təyin edilib.

Qeyd edək ki, E.Himayətoğlu 2015-ci ildən "Zirə"də fəaliyyət göstərir.

Fransa millisinin müdafiəçisi Maksans Lakrua karyerasını "Çelsi"də davam etdirəcək

İngiltərənin "Kristal Pelas" klubunun və Fransa yığmasının müdafiəçisi Maksans Lakrua karyerasını Premyer Liqanın digər təmsilçisi "Çelsi"də davam etdirəcək.

"Report" "L'Equipe"ə istinadən xəbər verir ki, London klubu 26 yaşlı futbolçu üçün təxminən 55 milyon avro ödəyəcək.

Müdafiəçi 2024-cü ilin yayında "Volfsburq"dan "Kristal Pelas"a keçib. O, Fransa yığmasının DÇ-2026 üçün heyətinə cəlb olunsa da, hələ ki turnirdə şans qazanmayıb.

Qeyd edək ki, fransalı oyunçu 2025/2026 mövsümündə bütün turnirlərdə meydana çıxdığı 55 matçda 3 qol və 3 məhsuldar ötürməyə imza atıb. Futbolçu ümumilikdə millidə 4 oyun keçirib.

Qusarda 297 cüdoçu kəmər dərəcələri üzrə imtahan verib

Qusar Olimpiya İdman Kompleksində kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

"Report"un məlumatına görə, Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə reallaşan imtahanda Şimal bölgəsindən 297 cüdoçu iştirak edib.

İdmançılar yaş uyğunluğuna əsasən ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə bacarıqlarını nümayiş etdirib. İmtahanı uğurla başa vuran idmançılara müvafiq kəmər və sertifikatlar təqdim olunub.

Kəmər imtahanları cüdoçuların texnikaları daha sistemli və hərtərəfli mənimsəməsinə, eyni zamanda motivasiyalarının artmasına xidmət edir. Bu mərhələ həm də gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün vacib şərtlərdən biri hesab olunur.

DÇ-2026: İspaniya, Fransa və Belçika milliləri növbəti matçlarına çıxacaqlar

ABŞ, Kanada və Meksikada təşkil olunan futbol üzrə DÇ-2026-da III turun növbəti qarşılaşmaları keçiriləcək.

"Report"un məlumatına görə, I qrupunda Norveç - Fransa və Seneqal - İraq matçları baş tutacaq.

H qrupunda Kabo-Verde - Səudiyyə Ərəbistanı, Uruqvay - İspaniya, G qrupunda isə Misir - İran və Yeni Zelandiya - Belçika görüşləri təşkil olunacaq.

DÇ-2026

III tur

I qrupu

26 iyun

23:00. Norveç - Fransa

Baş hakim: Maykl Oliver (İngiltərə).

Boston stadionu

23.00. Seneqal - İraq

Baş hakim: Entoni Teylor (İngiltərə).

Toronto stadionu

1. Fransa 2 2 0 0 6-1 6

2. Norveç 2 2 0 0 7-3 6

3. Seneqal 2 0 0 2 3-6 0

4. İraq 2 0 0 2 1-7 0

H qrupu

27 iyun

04:00. Kabo Verde - Səudiyyə Ərəbistanı

Baş hakim: Fransua Leteksye (Fransa).

Hyuston stadionu

04:00. Uruqvay - İspaniya

Baş hakim: İsmail Elfat (ABŞ).

Qvadalxara stadionu

1. İspaniya 2 1 1 0 4-0 4

2. Uruqvay 2 0 2 0 3-3 2

3. Kabo Verde 2 0 2 0 2-2 2

4. Səudiyyə Ərəbistanı 2 0 1 1 1-5 1

G qrupu

27 iyun

07:00. Misir - İran

Baş hakim: Şimon Marçinyak (Polşa).

Sietl stadionu

07:00. Yeni Zelandiya - Belçika

Baş hakim: Adham Mahadmeh (İordaniya).

Vankuver, "BC Place" stadionu

1. Misir 2 1 1 0 4-2 4

2. İran 2 0 2 0 2-2 2

3. Belçika 2 0 2 0 1-1 2

4. Yeni Zelandiya 2 0 1 1 3-5 1

Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.

Əhməd Yusifov Çində keçirilən Qran-pridə bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Əhməd Yusifov (60 kq) Çinin Sindao şəhərində keçirilən Qran-pridə bürünc medal qazanıb.

"Report"un məlumatına görə, idmançı üçüncü yer uğrunda görüşdə Fransa təmsilçisi Enzo Janı yuko xalı ilə məğlub edib.

Qeyd edək ki, Qran-priyə iyunun 28-də yekun vurulacaq.

Ceyhun Sultanov "Araz-Naxçıvan"ın prezidenti vəzifəsinə təyin edilib

Azərbaycan millsinin sabiq futbolçusu Ceyhun Sultanov "Araz-Naxçıvan"ın prezidenti vəzifəsinə təyin edilib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu qərar İdarə Heyətinin iclasında qəbul olunub.

Toplantıda həmçinin, klubun yeni mövsümə hazırlığı, akademiya komandalarının yenidən formalaşdırılması, əsas komandanın transfer çalışmaları müzakirə olunub.

Qeyd edək ki, futbolçu karyerası ərzində "Fərid", "Neftçi", "Dinamo" (Bakı), "Bakı", "Xəzər-Lənkəran", "Kəpəz", "Sumqayıt", "Qəbələ", həmçinin İranın "Maşınsazi" klublarında çıxış edən C.Sultanov müxtəlif illərdə idarəçi kimi "Sumqayıt", "Neftçi" və "Keşlə" klublarında fəaliyyət göstərib.

Kaan Ayhan dünya çempionatları tarixinin ikinci ən gec qələbə qolunu vurub

Türkiyə yığmasının müdafiəçisi Kaan Ayhan DÇ-2026-nın qrup mərhələsinin III turunda, ABŞ ilə matçda dünya çempionatları tarixinin 2-ci ən gec qələbə qolunu vurub.

"Report" "Opta"ya istinadən xəbər verir ki, futbolçu ikinci hissəyə əlavə olunmuş 8-ci dəqiqədə (90+7.50-ci saniyə) fərqlənərək görüşün 3:2 hesabı ilə bitməsini təmin edib.

Bu, dünya çempionatları tarixində 1966-cı ildən bəri vurulan 2-ci ən gec qələbə qolu olub. Tarixdə bundan daha gec qola yalnız DÇ-2022-də Uelslə oyunda iranlı Rozbeh Çeşmi (90+7.56-cı saniyə) imza atıb.

Qeyd edək ki, DÇ-2026-nın qrup mərhələsində 3 xal toplayan Türkiyə yığması sonuncu yeri tutub və turnirdə mübarizəni dayandırıb.

"Neftçi" Yuri Vernudubla müqavilə müddətini uzadıb

"Neftçi" baş məşqçisi Yuri Vernidubla yeni müqavilə imzalayıb.

Bu barədə "Report"a paytaxt klubunun mətbuat xidmətindən məlumat verilib.

"Neftçi"nin Müşahidə Şurasının sədri Hafiz Zeynalov və Baş İcraçı Direktor Cenk Sümerin iştirakı ilə keçirilən imza mərasimində ukraynalı mütəxəssisin mövcud sözləşməsi 2028-ci ilin yayına qədər uzadılıb.

H.Zeynalov baş məşqçiyə Müşahidə Şurası tərəfindən böyük dəstək verildiyini bildirib:

"Klubumuz üçün xeyirli olsun. "Neftçi"nin həm milli çempionatda, həm kubok oyunlarında, həm də UEFA Konfrans Liqasında uğurlu olacağına Müşahidə Şurasının böyük inamı var. Baş məşqçi Yuri Vernidubun peşəkarlığına, səriştəsinə, qurmaqda olduğu komandaya inanırıq və bu yolda onu dəstəkləyirik".

C.Sümer isə birlikdə böyük uğurlara imza atılacağına əminliyini ifadə edib:

"Bu, sadəcə müqavilə yenilənməsi deyil, həm də ortaq inamımızın və gələcəyə olan böyük ümidlərimizin real göstəricisidir. Məqsədlərimizə, peşəkar yanaşmamıza və loqomuza olan hörmətimizə göstərdikləri sarsılmaz dəstəyə, etibara və töhfələrə görə Müşahidə Şurasına səmimi qəlbdən təşəkkür edirəm. Bu ortaq öhdəlik bizi daha da gücləndirir. Baş məşqçi Yuri Verniduba "Neftçi"dəki fəaliyyəti müddətində nümayiş etdirdiyi sonsuz həvəs və zəhmətinə görə minnətdaram. Əminəm ki, birlikdə daha böyük uğurlara imza atacağıq".

"Səbail" Rubin Seyidovu transfer edib

"Səbail" növbəti transferini reallaşdırıb.

Bu barədə "Report"a Bakı klubundan məlumat verilib.

Paytaxt təmsilçisi son olaraq "Baku Sportinq"də çıxış etmiş 28 yaşlı müdafiəçi Rubin Seyidovla 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, R.Seyidov daha əvvəl də "Səbail"in şərəfini qoruyub.

"Nyukasl" Brunu Qimaraynşla bağlı 64 milyon avroluq təklifi rədd edib

İngiltərənin "Nyukasl" klubu Premyer Liqanın digər təmsilçisi "Arsenal"ın Brunu Qimaraynşla bağlı 64 milyon avroluq təklifini rədd edib.

"Report" "Globo"ya istinadən xəbər verir ki, London təmsilçisi 28 yaşlı braziliyalı futbolçu üçün etdiyi təklifə müsbət cavab almayıb.

"Arsenal"ın yarımmüdafiəçi üçün yeni təklif irəli sürməyi planlaşdırdığı bildirilir.

Braziliyalı oyunçu 2022-ci ilin yayından "Nyukasl"da çıxış edir. O, 2025/2026 mövsümündə bütün turnirlərdə 41 oyunda meydana çıxıb, 9 qol vurub və 8 məhsuldar ötürmə müəllifi olub. Yarımmüdafiəçi DÇ-2026-da Braziliya yığmasının heyətində qrup mərhələsinin hər 3 qarşılaşmasında iştirak edib və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Transfermarkt" portalı futbolçunun dəyərini 70 milyon avro qiymətləndirir. Onun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino: "Bizi təbrik etməməyiniz kədərlidir"

DÇ-2026-nın qrup mərhələsinin III turunda Türkiyə yığmasına məğlub olan ABŞ seçməsinin baş məşqçisi Maurisio Poçettino qrupdakı nəticələrə görə təbrik almamalarını kədərli hal adlandırıb.

"Türkiyənin 3 xalı, Avstraliya və Paraqvayın pley-offa yüksəlməyi bayram etdiyi bir vaxtda, sizin qrup liderliyinə görə bizi təbrik etməməyiniz çox kədərlidir. Hər kəsə qrupu lider bitirdiyimizi xatırlatmalıyam, bağışlayın, amma biz qalib gəlmişik", - deyə oyundan sonra italiyalı mütəxəssis bildirib.

Qeyd edək ki, DÇ-2026-nın 1/16 final mərhələsində ABŞ seçməsi Bosniya və Herseqovina ilə qarşılaşacaq.

DÇ-2026: Pley-off mərhələsinə vəsiqə qazanan 19 komanda müəyyənləşib

ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanan 19 komanda bəlli olub.

"Report" xəbər verir ki, Meksika, CAR, İsveçrə, Kanada, Bosniya və Herseqovina, Braziliya, Mərakeş, ABŞ, Almaniya, Fransa, Norveç, Argentina, Kolumbiya, Yaponiya, Niderland, İsveç, Avstraliya, Fildişi Sahili, Ekvador 1/16 finalda oynamaq hüququ qazanıblar.

1/16 finalda üz-üzə gələcək 4 cüt də artıq müəyyənləşib. Belə ki, CAR Kanada, Braziliya Yaponiya, Niderland Mərakeş, ABŞ isə Bosniya və Herseqovina ilə üz-üzə gələcək.

Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.

Avstraliya millisinin baş məşqçisi Toni Popoviç: "Komandanın oyunu inanılmazdır"

Avstraliya millisinin baş məşqçisi Toni Popoviç DÇ-2026-da komandanın oyununu inanılamz adlandırıb.

"Report" xarici mediaya istinadən xəbər verir ki, mütəxəssis bunu qrup mərhələsinin III turunda Paraqvayla heç-heçə (0:0) bitən matçdan sonra deyib.

"Komandanın oyunu inanılmazdır. Prosesə cəlb olunan hər kəslə, heyətlə, futbolçularla və bu möhtəşəm gənc komanda ilə fəxr edirəm. İndi Dallas şəhərinə yollanırıq və orada xüsusi bir şey etməyə çalışacağıq. Hər kəsə təşəkkür edirəm", - deyə T.Popoviç bildirib.

"Sheki Open 2026" Beynəlxalq Şahmat Festivalına yekun vurulub

"Azərbaycan Şahmat Turu" çərçivəsində ikinci yarış olan "Sheki Open 2026" Beynəlxalq Şahmat Festivalına yekun vurulub.

"Report" Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, 9 turdan ibarət yarışın A turnirində 7 xal toplayan Azərbaycan şahmatçısı Vüqar Rəsulov birinci yeri tutub.

Eyni xala malik Murad İbrahimli əlavə göstəricilərə görə ikinci yerlə kifayətlənib. İlk üçlüyü daha bir təmsilçimiz İslam Hacıəliyev (6,5 xal) qapayıb.

B turnirində Emin Gəncəliyev, Məhəmməd Vəliyev (Qazaxıstan) və Vüsal Əhmədov 7 xal toplayıb. Əlavə göstəricilərə görə Emin Gəncəliyev B turnirinin qalibi adını qazanıb. Qazaxıstan şahmatçısı Məhəmməd Vəliyevlə həmyerlimiz Vüsal Əhmədov 2-3-cü yerləri bölüşdürüb.

C turnirində 8 xala malik Məhəmmədəli Allahverdiyev birinci pillədə qərarlaşıb. Yusif Quliyev yarışı ikinci, Fateh Mirzə isə üçüncü yerdə başa vurub.

Festival çərçivəsində rapid və blits yarışları da keçirilib. Rapid turnirində İslam Hacıəliyev, blitsdə isə Macarıstan təmsilçisi Sənan Sjugirov birincilik əldə edib.

Xatırladaq ki, "Sheki Open 2026" Azərbaycan Şahmat Federasiyası və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi "Azərbaycan Şahmat Turu" layihəsinin ikinci turniridir. Yarışda 10 ölkədən 400-dən çox şahmatçı mübarizə aparıb.

"Azərbaycan Şahmat Turu" layihəsində növbəti yarış Lənkəranda olacaq.

Qustavo Alfaro: "Avstraliya yığması fiziki güc, intizam və sürətin vəhdətinə malikdir"

Avstraliya yığması fiziki güc, intizam və sürətin vəhdətinə malikdir.

"Report"un xarici mediaya istinadən məlumatına görə, bunu Paraqvay millisinin baş məşqçisi Qustavo Alfaro DÇ-2026-nın qrup mərhələsinin III turunda Avstraliya ilə heç-heçə (0:0) bitən matçdan sonra deyib.

Mütəxəssis realist davranmalı olduqlarını vurğulayıb:

"Bu, hədəflədiyimiz nəticə olmasa da, realist davranmalıydıq. Onlar çox güclüdürlər, fiziki üstünlüyə və boy üstünlüyünə malikdirlər, boşluqlardan necə istifadə edəcəklərini yaxşı bilirlər. Avstraliya komandası cinahlardan da hücum etməyi bacarır və çox keyfiyyətli futbolçulara sahibdir. Qələbə qazanmaq, tarixə düşmək və dünya çempionatında ard-arda 2 oyunda qalib gələn ilk Paraqvay komandası olmaq istəyirdik. Rəqibi geriyə çəkilməyə məcbur edəcək boşluqları tapmaq bizim üçün çətin oldu. Avstraliya fiziki güc, intizam və sürətin vəhdətinə malikdir. Belə sistemləri qırmaq üçün çox intizamlı, dəqiq və sürətli olmaq lazımdır".

ABŞ yığması DÇ-2026-da tarixi qol rekordunu yeniləyib

ABŞ seçməsi DÇ-2026-nın qrup mərhələsində 8 qol vuraraq dünya çempionatları tarixindəki rekordunu yeniləyib.

"Report" FİFA-ya istinadən xəbər verir ki, bu, komandanın mundiallar tarixindəki ən məhsuldar çıxışı olub.

ABŞ millisi bununla da 1930-cu ildə qeydə alınan və 2002-ci ildə təkrarlanan 7 qolluq rekordu geridə qoyub.

Qeyd edək ki, 3 oyundan sonra 6 xal toplayan ABŞ seçməsi D qrupunda 1-ci yeri tutub. Amerika təmsilçisi 1/16 final mərhələsində Bosniya və Herseqovina ilə qarşılaşacaq.

Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"

Türkiyə yığmasının baş məşqçisi Vinçenso Montella DÇ-2026-nın qrup mərhələsinin III turunda ABŞ üzərində 3:2 hesablı qələbəni vacib hesab edib.

"Report" xarici mediaya istinadən xəbər verir ki, italiyalı mütəxəssis bunu oyundan sonra mətbuat konfransında deyib.

Baş məşqçi oyuna yaxşı hazırlaşdıqlarını deyib:

"98-ci dəqiqədə Kaanın sevinci hamımızın sevinci idi. Bu, matça necə hazırlaşdığımızı göstərir. Yığmamız bunu haqq etmir. Həm komanda, həm də prezident üçün çox yaxşı oldu. Hər kəs kimi mən də duyğusallaşdım. Bu qələbəni qazanmaq çox vacib idi, çünki qürurumuz üçün oynadıq. Bacardıq və xoşbəxtik".

V.Montella heyətdəki hər bir oyunçuya güvəndiyini bildirib:

"Əslində buna çox inanıram; kimi dəvət etmişiksə, oynaya biləcək vəziyyətdədir. 1-ci dəqiqədən sonra qol buraxdıq. Nə etdiyini bilən bir komanda olmasaydıq, geridönüş edə bilməzdik. Bunu hər kəsə göstərdik. İlk 2 oyunda da bu ruhu nümayiş etdirdik, lakin futbolda bəzən belə şeylər baş vermir. Futbolçularımın heç bir zaman bu qədər spesifik hücumları haqq etdiyini düşünmürəm. Ona görə də bu qələbəni qazandıqları üçün xoşbəxt oldum".

Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib

Bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində Azərbaycan Voleybol Federasiyası (AVF) və Milli Olimpiya Komitəsinin (MOK) birgə təşkilatçılığı ilə voleybol məşqçiləri üçün "Təhlükəsiz idman - hamı üçün" mövzusunda seminar təşkil olunub.

Bu barədə "Report"a AVF-dən məlumat verilib.

Seminar Beynəlxalq Olimpiya Komitəsi tərəfindən sertifikatlaşdırılmış MOK-un təhlükəsiz idman üzrə inspektoru Vaqif Əliyev və AVF-nin təhlükəsiz idman üzrə məsul şəxsi, federasiyanın idman şöbəsinin direktoru Şir-Aslan Kərimov tərəfindən aparılıb.

Tədbirdə "Təhlükəsiz idman" təşəbbüsünün mahiyyəti, əsas prinsipləri və tətbiq mexanizmləri barədə təqdimat edilib, iştirakçılara mövzu ilə bağlı ətraflı məlumat verilib. Seminar çərçivəsində təhlükəsiz idman mühitinin formalaşdırılması, risklərin qarşısının alınması və beynəlxalq standartların tətbiqi məsələləri müzakirə olunub.

Olimpiya Həmrəyliyi Fondunun (Olympic Solidarity) dəstəyi ilə həyata keçirilən proqram çərçivəsində təşkil olunan seminarda 15-ə yaxın voleybol məşqçisi iştirak edib.

Qeyd edək ki, təhlükəsiz və sağlam idman mühitinin təşviqi məqsədilə bu cür maarifləndirici seminarların gələcəkdə ölkənin müxtəlif bölgələrində də keçirilməsi nəzərdə tutulur.

Əməkdar məşqçi Tərlan Həsənov: "Hidayət Heydərov çəki dərəcəsini dəyişməyəcək"

Azərbaycan cüdoçusu Hidayət Heydərovun çəki dərəcəsi dəyişməyəcək.

Bunu "Report"a açıqlamasında idmançının şəxsi məşqçisi Tərlan Həsənov deyib.

Təcrübəli mütəxəssis çəkisalma prosesinin asan olmadığını söyləyib:

"Hidayət Heydərovun əvvəllər məcburi şəkildə 81 kq çəki dərəcəsinə keçmək təcrübəsi olub. Tokio Olimpiadası ərəfəsində, hərbi xidmətdə olduğu zaman çəkisi artmışdı. Ona bu çəkidə güləşmək tapşırılmışdı. Həmin vaxt 73 kq çəki dərəcəsində Rüstəm Orucov kimi olimpiya və dünya mükafatçısı çıxış edirdi. Buna görə də Hidayətə çəki salmamaq və 81 kq-da qüvvəsini sınamaq tövsiyə olundu. O, bu çəkidə 2-3 yarışda iştirak etdi, birində 5-ci yeri tutdu, digərlərində isə məğlub oldu. Peşəkar və yüksək səviyyəli idmançıların bir çəkidən digərinə keçməsi olduqca çətin prosesdir. Yeni çəki dərəcəsinə tam uyğunlaşmaq, rəqibləri tanımaq və bədənin stabilləşməsi üçün ən azı 1-2 il vaxt lazımdır".

O, daha əvvəl də Hidayət Heydərova məhz 81 kq çəki dərəcəsində mübarizə aparmağı tövsiyə edib:

"Paris Olimpiadasından sonra onun 81 kq çəki dərəcəsinə keçməsini təklif etsəm də, bununla razılaşmamışdı. O, eyni çəkidə 2 qat dünya və 2 qat olimpiya çempionu olacağına söz vermişdi. 73 kq çəki dərəcəsindəki bütün güclü rəqiblərini mükəmməl tanıyır, onlarla dəfələrlə güləşib, qalib gəlib və ya məğlub olub. Buna görə də digər çəkiyə keçməyin çətin olacağını düşünürdü. Əsas məsələ çəkisalma prosesinin düzgün idarə olunmasıdır. O, 10-12 kq çəkini normal saldıqda xalça üzərində çox yaxşı performans nümayiş etdirir. Səhhətində müəyyən problemlər yarandıqda isə çəki salmaq çətinləşir. Məsələn, Ulan-Bator və Daşkənddəki turnirlərdə çəki salmaqda çətinlik çəkmişdi, hətta 600-700 qram qalmışdı. Lakin bir müddət əvvəl keçirilən Avropa çempionatında çəkini çox əla saldı və uğurla çıxış etdi. Fikrimcə, o, çəki dərəcəsini dəyişməyəcək və mübarizəni bu formada davam etdirəcək".

Tərlan Həsənov dünya və Avropa çempionatlarında reytinqdə ilk "8-lik"də qərarlaşmağın böyük üstünlük olduğunu vurğulayıb:

"Yeniyetmələrdə bioloji inkişaf səbəbindən çəki dəyişmək normal və eksperimental xarakter daşısa da, 28 yaşında idmançının bədən quruluşu, əzələ və sinir sistemi artıq tam stabilləşib. Belə idmançılar reytinqdəki mövqelərini qorumaq üçün ildə maksimum 2 və ya 3 dəfə böyük çəki salmağa məcbur olurlar. Dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında reytinq cədvəlinin ilk "8-liy"ində qərarlaşmaq böyük üstünlükdür. Çünki bu zaman ilk görüşlərdə güclü rəqiblərlə qarşılaşmaq ehtimalı aradan qalxır".

O, Çində keçiriləcək Qran-pridə Hidayət Heydərovun medal qazanacağına inanır:

"Hidayət Heydərov çəkini normal saldığı təqdirdə, onun turnirlərdə medal qazanmaq şansı hər zaman çox yüksəkdir. O, rəqiblərin çəkindiyi və ehtiyat etdiyi idmançıdır. İnanıram ki, Çində təşkil olunacaq yarışda da normal şəkildə çəki salaraq mütləq medal qazanacaq".

Xatırladaq ki, Qran-pri turniri iyunun 26-28-də baş tutacaq. Hidayət Heydərov çəkisini sala bilmədiyi üçün Monqolustanın paytaxtı Ulan-Batorda keçirilmiş "Böyük Dəbilqə"də iştirak edə bilməyib. O, böyüklərin yarışında bütün medallarını 73 kq-da qazanıb.

FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb

FİFA-nın İntizam Komitəsi Qətər yığmasının yarımmüdafiəçisi Asim Madibonu DÇ-2026-da Kanadaya qarşı keçirilən matçdakı (0:6) kobud hərəkətinə görə 5 oyunluq cəzalandırıb.

"Report" xarici mediaya istinadən xəbər verir ki, futbolçu qarşılaşmanın ikinci hissəsinin əvvəlində rəqibi İsmael Koneyə qarşı kobud "sürüşmə fəndi" yerinə yetirərərk onu zədələyib.

O, nəticədə qırmızı vərəqə ilə cəzlandırılıb. Toqquşma nəticəsində sol ayağından zədələnən Kanada millisinin üzvü isə meydanı xərəkdə tərk edib. A.Madibo bir müddət sonra xəstəxanada Koneni ziyarət edərək, ondan üzr istəyib.

Qeyd edək ki, A.Madibo Qətər millisində 40-dan çox oyun keçirib və 2019-cu ildə Asiya Kubokunun qalibi adını qazanıb. İsmael Kone isə İtaliyanın "Sassuolo" komandasında 2025/2026 mövsümündə meydana çıxdığı 32 oyunda 6 qol vurub.

DÇ-2026: Qrup mərhələsinin III turunda növbəti matçlar keçiriləcək

ABŞ, Kanada və Meksikada keçirilən futbol üzrə DÇ-2026-da III turun növbəti qarşılaşmaları keçiriləcək.

"Report"un məlumatına görə, D qrupunda Türkiyə - ABŞ və Paraqvay - Avstraliya matçları baş tutacaq.

E qrupunda Kurasao - Fildişi Sahili, Ekvador - Almaniya, F qrupunda isə Yaponiya - İsveç və Tunis - Niderland görüşləri keçiriləcək.

DÇ-2026

25 iyun

E qrupu

00:00. Kurasao - Fildişi Sahili

Baş hakim: Qlen Nüberq (İsveç).

Filadelfiya stadionu

00:00. Ekvador - Almaniya

Baş hakim: Tori Penso (ABŞ).

Nyu-York/Nyu-Cersi stadionu

1. Almaniya 2 2 0 0 9-2 6

2. Fildişi Sahili 2 1 0 1 2-2 3

3. Ekvador 2 0 1 1 0-1 1

4. Kurasao 2 0 1 1 1-7 1

26 iyun

F qrupu

03:00. Yaponiya - İsveç

Baş hakim: İvan Barton (Slavador).

Dallas stadionu

03:00. Tunis - Niderland

Baş hakim: Katya İtsel Qarsiya (Meksika).

Kanzas stadionu

1. Niderland 2 1 1 0 7-3 4

2. Yaponiya 2 1 1 0 6-2 4

3. İsveç 2 1 0 1 6-6 3

4. Tunis 2 0 0 2 1-9 0

D qrupu

06:00. Türkiyə - ABŞ

Baş hakim: Mustafa Qorbal (Əlcəzair).

Los-Anceles stadionu

06:00. Paraqvay - Avstraliya

Baş hakim: Kleman Türpen (Fransa).

San-Fransisko stadionu

1. ABŞ 2 2 0 0 6-1 6

2. Avstraliya 2 1 0 1 2-2 3

3. Paraqvay 2 1 0 1 2-4 3

4. Türkiyə 2 0 0 2 0-3 0

Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.

Deklan Rays və Ris Ceyms Panama ilə matçı buraxa bilərlər

İngiltərə yığmasının yarımmüdafiəçisi Deklan Rays və müdafiəçisi Ris Ceyms DÇ-2026-nın qrup mərhələsinin III turunda Panama ilə matçı buraxa bilərlər.

"Report" "The Guardian"a istinadən xəbər verir ki, hər iki futbolçu Qana ilə qarşılaşmadan (0:0) sonra zədələnib.

Zədənin ciddi olmadığı bildirilsə də, futbolçuların hər ehtimala qarşı növbəti oyunu buraxa biləcəkləri vurğulanıb.

Qeyd edək ki, İngiltərə - Panama qarşılaşması iyunun 28-də keçiriləcək. 2 turdan sonra İngiltərə yığması 4 xalla L qrupunda 1-ci, Panama isə 0 xalla sonuncu - 4-cü pillədə qərarlaşıb.

Rövşən Nəcəf: "Dünya çempionatı üçün Azərbaycanın seçilməsi FIFA ilə uğurlu əməkdaşlığın nümunəsidir"

15 yaşadək futbolçulardan ibarət komandalar arasında ilk dünya çempionatının ev sahibliyinin Azərbaycana həvalə edilməsi AFFA ilə FIFA arasında uğurlu əməkdaşlığın nümunəsidir.

"Report" xəbər verir ki, bunu AFFA prezidenti Rövşən Nəcəf qurumun mətbuat xidmətinə açıqlamasında deyib.

"FIFA Şurasının Bürosunun qərarı ilə ölkəmiz cari ilin oktyabrında 15 yaşadək oğlan futbolçulardan ibarət komandalar arasında ilk dünya çempionatına və 2026-cı il Festivalına ev sahibliyi edəcək. Bu qərar ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin ölkəmizdə idmanın, o cümlədən futbolun inkişafına göstərdiyi diqqət və qayğının, dövlətimizin uğurlu idman siyasətinin parlaq nəticəsidir. Turnirin keçirilməsinin beynəlxalq yarışların, böyük və mötəbər tədbirlərin təşkilində zəngin təcrübəyə malik Azərbaycana həvalə olunması ölkəmizin idman dövləti kimi güclü mövqeyinin təzahürüdür", - deyə qurum rəhbəri bildirib.

R.Nəcəf etimada görə FIFA-ya təşəkkür edib:

"İlk dəfə təşkil olunacaq və yeni formatda keçiriləcək dünya çempionatının ev sahibliyi üçün Azərbaycanın seçilməsi eyni zamanda AFFA ilə FIFA arasında uğurlu əməkdaşlığın növbəti nümunəsidir. Bu xüsusda AFFA-ya göstərilən etimada görə FIFA rəhbərliyinə təşəkkürümüzü bildiririk. Bu əlamətdar hadisə münasibətilə Azərbaycanın futbol ictimaiyyətini ürəkdən təbrik edirik".

Qeyd edək ki, U-15-lərin dünya çempionatı bu il oktyabrın 22-31-də təşkil olunacaq.

Səbuhi Səfiyarlı: "2026/2027 mövsümündə də "Qəbələ"nin hədəfi Premyer Liqada qalmaq olacaq"

"Qəbələ" klubunun 2026/2027 mövsümündə də hədəfi Azərbaycan Premyer Liqasında qalmaq olacaq.

Bunu "Report"a açıqlamasında bölgə təmsilçisinin idman direktoru Səbuhi Səfiyarlı deyib.

Klub rəsmisi bu hədəfi daha rahat şəkildə reallaşdırmaq fikrində olduqlarını söyləyib:

"Əsas məqsədimiz Premyer Liqada yerimizi qorumaqdır. Lakin bunu ötən mövsümdəki kimi deyil, daha rahat şəkildə reallaşdırmaq istəyirik. Turnir cədvəlindəki mövqeyimizə baxmayaraq, komanda olduqca baxımlı futbol nümayiş etdirirdi. Hamı qeyd edirdi ki, göstərilən oyun tutulan yerə uyğun deyil. Təəssüf ki, gənc futbolçuların təcrübəsizliyi və bəxtsizlik nəticələrə mənfi təsir etdi. Onlar bir mövsüm ərzində böyük təcrübə qazandılar və ümid edirik ki, bu, növbəti mövsümdə özünü müsbət tərəfdən göstərəcək".

"Qəbələ" növbəti mövsümdə legionerlərin sayını artırmağı planlaşdırmır:

"Xeyr, legioner sayı eyni qalacaq. Ötən mövsüm heyətdə 12 legioner yer almışdı. Çünki qaydalara əsasən, 13-cü legionerin qeydiyyatı üçün 100 min manat ödənilməlidir, klubun büdcəsi isə buna imkan vermir. Bu səbəbdən yeni mövsümdə də uzağı 12 legionerimiz olacaq".

Qeyd edək ki, Kaxaber Tsxadadzenin baş məşqçi olduğu komanda 2025/2026 mövsümünü 27 xalla 11-ci pillədə bitirib.

"Qəbələ" AFFA-dan ayrılan vəsaitin bir hissəsini uşaq futboluna yönəldəcək

AFFA tərəfindən "Qəbələ"yə yerli futbolçulara görə ayrılan 379 min 987 manat və əlavə 50 min manat vəsaitin bir hissəsi klubun uşaq futboluna yönləndiriləcək.

Bunu "Report"a açıqlamasında Qəbələ təmsilçisinin idman direktoru Səbuhi Səfiyarlı deyib.

Klub rəsmisi sözügedən vəsaitin hansı istiqamətdə xərclənəcəyi ilə bağlı sualı cavablandırıb:

"Ümumiyyətlə, bu, çox yaxşı, düşünülmüş bir sistemdir. Yerli futbolçuların oynaması üçün gözəl motivasiyadır və klublara əlavə dəstəkdir. Çox maraqlı bir yanaşmadır. Bizim büdcəmiz üçün də xüsusilə yaxşı məbləğdir. Düzü, vəsaitin tam olaraq necə bölünəcəyini hələ dəqiqləşdirməmişik, çünki hazırda büdcənin formalaşdırılması prosesi və planlaşdırma işləri gedir. Amma müəyyən bir hissəsinin aşağı yaş qrupları üzrə komandalara sərf olunacağını artıq planlaşdırmışıq. Proses başa çatdıqdan sonra bu barədə rəsmi açıqlama verəcəyik".

O, yenə də gənclərə şans verəcəklərini söyləyib:

"Qəbələ" hər zaman yerli oyunçuları oynatmaq prinsipləri ilə seçilir. Müəyyən maliyyə çətinliklərinə görə akademiyanın fəaliyyəti bir az məhdudlaşdırılıb. Buna baxmayaraq, ötən mövsüm təhlükəli zonada qərarlaşsaq da, gənclərə güvəndik. Ötən mövsüm bizim üçün çətin keçdi və komanda turnir cədvəlini 11-ci yerdə başa vurdu. Yenə də imkan daxilində səviyyəsi Premyer Liqada çıxış etməyə imkan verən yerli gənclərə şans tanıyacağıq. Elə mövqelər var ki, ora legioner transferi etmirik ki, yerlilər oynasınlar. Təcrübə azlığı səbəbindən uşaqlar üçün çətin olur, lakin baş məşqçi də bu strategiyamızı tam dəstəkləyir. Bir səhvə görə hansısa futbolçunu silib atmırıq. Premyer Liqa səviyyəsinə uyğun gənclər yenidən şans qazanacaqlar".

İdman direktoru klubun akademiyasındakı durumu da açıqlayıb:

"Akademiyada yalnız yuxarı yaş qrupları, yəni U-17 və U-19 komandaları fəaliyyət göstərir. Əvvəlki illərdən fərqli olaraq, 12 yaşından etibarən bölgələrdən uşaqlar gətirib saxlamaq imkanımız yoxdur, fəaliyyətin məhdudlaşdırılması da bununla bağlıdır. İndi yalnız Qəbələ daxilindəki yerli uşaqlar bura cəlb olunur, həmçinin Bakıda da qruplarımız var. Lisenziyalaşdırma şərtlərinə əsasən, klubun nəzdində 10 yaş qrupu olmalıdır. Bizdə də 9-10 yaşdan 19 yaşadək bütün yaş qrupları mövcuddur. Yaxın vaxtlarda Qəbələnin kəndlərində yeni seçim mərhələsi təşkil edəcəyik və ümumi seleksiya işləri aparılacaq".

Qeyd edək ki, AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, Premyer Liqada çıxış edən 12 kluba ümumilikdə 2 milyon 560 min manat ödənilib. Bonus bölgüsündə ən yüksək nəticə göstərən "Qəbələ" klubu 379 min 987 manat vəsait və əlavə 50 min manat xüsusi mükafat əldə edib.

"Qəbələ" Seydina Keyta ilə müqavilənin müddətini uzadıb

"Qəbələ" futbolçusu Seydina Keyta ilə müqavilənin müddətini uzadıb.

Bu barədə "Report"a klubdan xəbər verilib.

Bölgə təmsilçisi mərkəz müdafiəçisi ilə yeni - 1 illik müqavilə bağlayıb.

Qeyd edək ki, 2026-cı ilin yanvarından "Qəbələ"nin şərəfini qoruyan Seydina Keyta bu müddət ərzində 19 oyunda 3 qol vurub.

Neymar 4 dünya çempionatında oynayan dördüncü braziliyalı futbolçu olub

Braziliya yığmasının futbolçusu Neymar 4 dünya çempionatında meydana çıxan dördüncü braziliyalı oyunçu olub.

"Report" "Opta"ya istinadən xəbər verir ki, təcrübəli hücumçu DÇ-2026-nın qrup mərhələsində Şotlandiya ilə matçda (3:0) meydana çıxmaqla bu göstəriciyə nail olub.

Baş məşqçi Karlo Ançelotti qarşılaşmanın 76-cı dəqiqəsində onu meydana buraxıb.

Qeyd edək ki, daha əvvəl Braziliya futbolu tarixində 4 dünya çempionatında yalnız Calma Santos, Kafu və Pele iştirak edib.

15 yaşadək futbolçular arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək

FIFA Şurasının Bürosunun qərarına əsasən, 15 yaşadək oğlan futbolçulardan ibarət komandalar arasında ilk dünya çempionatı və 2026-cı il Festivalı Azərbaycanda keçiriləcək.

"Report" AFFA-ya istinadən xəbər verir ki, qərara əsasən, turnir bu il 22-31 oktyabrda təşkil olunacaq.

Yarışda ali futbol qurumuna üzv olan milli assosiasiyaların U-15 komandaları iştirak edə biləcəklər.

FIFA bu qərarı qəbul edərkən Azərbaycanın müasir idman infrastrukturu, beynəlxalq standartlara cavab verən idman obyektləri və irimiqyaslı beynəlxalq yarışların təşkilində qazandığı uğurlu təcrübəni nəzərə alıb. Turnirin ölkəmizdə keçirilməsi Azərbaycanın dünya futbolunda artan nüfuzunun və beynəlxalq idman tədbirlərinə ev sahibliyi imkanlarının növbəti təsdiqidir.

Qeyd edək ki, FIFA 2025-ci ilin dekabrında U-15-lər arasında dünya çempionatının təsis olunması barədə qərar qəbul edib.

Xatırladaq ki, FIFA-nın İcraiyyə Komitəsinin 2025-ci il 2 oktyabr tarixində keçirilmiş iclasında 2027-ci ildə təşkil olunacaq U-20-lər arasında dünya çempionatının final mərhələsinə Azərbaycan və Özbəkistanın birgə ev sahibliyi edəcəyi açıqlanıb.

Braziliya dünya çempionatları tarixində 50 "quru" qələbə qazanan ilk komanda olub

DÇ-2026-nın qrup mərhələsinin III turunda Şotlandiya millisini 3:0 hesabı ilə məğlub edən Braziliya yeni rekorda imza atıb.

"Report" FIFA-ya istinadən xəbər verir ki, "sambaçılar" mundiallar tarixində 50 "quru" hesablı qələbə qazanan ilk kollektiv olub.

Qeyd edək ki, Braziliya millisi C qrupunda 7 xalla birinci olub.

Meksika yığması Çexiyaya qalib gələrək tarixi rekorda imza atıb

Meksika yığması DÇ-2026-nın qrup mərhələsinin III turunda Çexiya millisini 3:0 hesabı ilə məğlub edərək tarixi rekorda imza atıb.

"Report" FIFA-ya istinadən xəbər verir ki, komanda tarixində ilk dəfə dünya çempionatının qrup mərhələsinin 3 oyununda qələbə qazanıb.

Komanda həmçinin 1970-ci ildən bəri ilk dəfə bu mərhələdə qapısından qol buraxmayıb. Şimali Amerika təmsilçisi dünya çempionatlarında son 4 matçda qələbə qazanıb ki, bu da komandanın turnirdəki ən uzunmüddətli seriyasıdır.

Qeyd edək ki, Meksika millisi 9 xalla A qrupunu lider başa vurub.

Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək

İyunun 29-30-da çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək.

Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasından bildirilib.

Yarışın ilk günündə yeniyetmə (U-17) oğlanlar arasında qaliblər müəyyənləşəcək. Növbəti gün isə kişilər və yeniyetmə qızlar qum üzərində güclərini sınayacaqlar.

Su İdmanı Sarayı yaxınlığında yerləşən Avropa Oyunları Parkında (EGP Arena) təşkil ediləcək yarışda görüşlər hər gün 10:00-da başlayacaq.

Qeyd edək ki, çempionatın təşkilində məqsəd çimərlik güləşi yığmasının heyətini formalaşdırmaqdır.

CAR millisinin baş məşqçisi Hüqo Bross: "Taktiki cəhətdən hər şeyi düzgün etdik"

Cənubi Afrika Respublikası (CAR) millisi DÇ-2026-nın qrup mərhələsinin III turunda, Cənubi Koreya ilə qarşılaşmada taktiki cəhətdən düzgün oynayaraq rəqibə boşluqlar verməyib.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Hüqo Bross A qrupunda keçirilən matçıdan (1:0) sonra deyib.

Mütəxəssis fantastik təcrübə yaşadıqlarını söyləyib:

"Bunun necə bir hiss olduğunu izah etmək çətindir. Bu, fantastik bir təcrübədir. Biz çox yaxşı oynadıq və qol vəziyyətləri yaratdıq. Taktiki cəhətdən hər şeyi düzgün etdik və Cənubi Koreya istədiyi boşluqları tapa bilmədi. Biz qol vurduq və daha sonra oyun 20 dəqiqə yüksək tempdə keçdi".

O, son illərdə yaxşı işlər gördüklərini vurğulayıb:

"Son 5 ildə etdiklərimiz heyrətamizdir. Belə uzun müddət birlikdə işləyəndə arada bir bağ yaranır və bu, məşqçi ilə futbolçular arasındakı adi münasibətdən daha üstündür. Biz artıq dostlaşmışıq. Sadəcə, bunun dadını çıxarmalıyıq".

Hon Myen Bo: "Uğursuz nəticəyə görə məsuliyyət mənim üzərimə düşür"

Cənubi Koreya yığmasının baş məşqçisi Hon Myen Bo DÇ-2026-nın qrup mərhələsində komandasının uğursuz nəticələrinə görə bütün məsuliyyəti öz üzərinə götürüb.

"Report" xarici mediaya istinadən xəbər verir ki, mütəxəssis bunu A qrupunda CAR-a 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra deyib.

O, qarşılaşmada ilk qolu buraxmağın böyük məyusluq yaratdığını qeyd edib.

"Futbolçuların meydanda əllərindən gələn hər şeyi etdiklərinə inanıram. Lakin ilk qolu buraxmağımız məyusedicidir. Uğursuz nəticəyə gəlincə, baş məşqçi kimi bu məsuliyyət mənim üzərimə düşür".

"Sabah" Avstriyada ilk yoxlama matçını keçirib

Yeni mövsümə hazırlığı Avstriyada davam etdirən "Sabah" bu gün ilk yoxlama görüşünü keçirib.

"Report"un məlumatına görə? Azərbaycan çempionu Rumıniya təmsilçisi "Universitatya" ilə üz-üzə gəlib.

Görüş 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, Valdas Dambrauskasın baş məşqçi olduğu komanda iyunun 28-də "Ferentsvaroş" (Macarıstan), iyulun 2-də isə "Polissya" (Ukrayna) komandaları ilə qarşılaşacaq.

İslam Cəfərov deflimpiya üzrə yunan-Roma güləşi yığmasının baş məşqçisi vəzifəsinə gətirilib

Azərbaycanın deflimpiya üzrə yunan-Roma güləşi millisinin baş məşqçisi müəyyənləşib.

Bu barədə "Report"a Azərbaycan Deflimpiya Komitəsindən bildirilib.

Sözügedən vəzifəyə əməkdar məşqçi İslam Cəfərov təyin olunub.

Azərbaycanı Praqada keçiriləcək Avropa Açıq Turnirində 15 cüdoçu təmsil edəcək

Azərbaycanı Çexiyanın paytaxtı Praqada böyüklər arasında keçiriləcək Avropa Açıq Turnirində 5 çəki dərəcəsində 15 kişi cüdoçu təmsil edəcək.

"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, heyətə kişilərdən ibarət yığmanın böyük məşqçisi Elxan Məmmədov rəhbərlik edəcək.

60 kq

Murad Əliyev

Babarəhim Mirzəyev

66 kq

İslam Rəhimov

Nazir Talıbov

Hüseyn Allahyarov

Yaşar Nəcəfov

Rəşad Yelkiyev

Elşən Əsədov

73 kq

İbrahim Əliyev

Kamran Süleymanov

Rüfət Şövlətov

Nəriman Mirzəyev

90 kq

Xəyyam Əliyev

100 kq

Elmar Qasımov

Əjdər Bağırov

Qeyd edək ki, iyunun 27–28-də Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə reallaşacaq turnirdə 38 ölkədən 444 idmançı mübarizə aparacaq.

Ayxan Hüseynov: "Zirə"də ən yaxşı keyfiyyətlərimi göstərə biləcəyimi düşünürəm"

"Zirə"nin yeni transferi Ayxan Hüseynov paytaxt təmsilçisində ən yaxşı keyfiyyətlərini nümayiş etdirə biləcəyini düşünür.

Futbolçu bunu "Report"a açıqlamasında bildirib.

O, paytaxt təmsilçisinə qoşulma qərarından bəhs edib:

"Zirə"dən gələn təklif gözlənilməz oldu. Danışıqlardan sonra mənə inandıqlarını, futbolçu kimi dəyər verdiklərini və komandada görmək istədiklərini anladım. Ən yaxşı keyfiyyətlərimi bu komandada nümayiş etdirə biləcəyimi düşünürəm. Bu səbəbdən "Zirə"nin təklifini qəbul etmək qərarına gəldim".

Qeyd edək ki, ötən mövsümü "Turan Tovuz"da keçirən A.Hüseynov "Zirə" ilə 2 illik müqavilə imzalayıb.

Tahir Baxşıyev: "Belarusla oyunlarda əsas məqsəd bütün heyəti yoxlamaq idi"

Azərbaycanın kişi basketbolçulardan ibarət millisinin baş məşqçisi Tahir Baxşıyevin Belarusla oyunlarda əsas məqsədi bütün heyəti yoxlamaq olub.

Mütəxəssis bunu "Report"a açıqlamasında deyib.

O, komandanın hazırlıq prosesi, qarşıdakı planlar və heyətdəki son vəziyyətlə bağlı danışıb:

"Lüksemburq və İrlandiya ilə matçlara hazırlıq çərçivəsində Belarusla keçirilən oyularda əsas məqsəd bütün heyəti yoxlamaq idi. Əlbəttə, hər bir qarşılaşmada qələbə qazanmaq istəyirik. Lakin belə matçlar komandanı sınamaq üçün gözəl imkandır. İkinci oyunda heyətdə yer alan 14 basketbolçunun hamısına şans verildi və onlar meydanda kifayət qədər vaxt qazandılar. Amil Həmzəyevin heyətdə yer almaması oyunumuza mənfi təsir göstərdi. Səbət altında ribaund mübarizəsində çətinlik çəkdik və məğlub olduq. Hazırda o, zədədən əziyyət çəkir. Digər oyunçularımız hələ çox gəncdirlər və kifayət qədər təcrübəyə malik deyillər. Lakin gələcəkdə onların komandaya köməyinin dəyəcəyini düşünürəm. İnanıram ki, hər şey yaxşı olacaq. Bu cür oyunların sayı nə qədər çox olsa, komandanın təcrübəsi bir o qədər artacaq".

Mütəxəssis rəqibin güclü tərəflərinə və komandadakı çatışmazlıqlara diqqət çəkib:

"Rəqib heç də zəif komanda deyil, oyunçularının təxminən 80 %-i yerli çempionatda çıxış edir. Onların güclü kollektiv olduğunu bilirdik. Heyətimizdə müəyyən zəif nöqtələr var və onların üzərində mütləq işləmək lazımdır. Bununla yanaşı, oyunumuzda müsbət cəhətlər də var. Hər bir nüansı ətraflı təhlil edərək müvafiq qərarlar qəbul edəcəyik".

Baş məşqçi heyətdəki mümkün dəyişikliklərdən və qarşıdakı oyun qrafikindən bəhs edib:

"Heyətdə maksimum iki və ya iki dəyişiklik ola bilər. Hazırda Bakıda məşqləri davam etdiririk və böyük yeniliklər planlaşdırılmır. İyunun 28-nə kimi paytaxtda hazırlıq keçəcəyik, 29-da isə Lüksemburqa yola düşəcəyik. İyunun 30-u və iyulun 1-də orada məşqlərimiz, iyulun 2-də isə oyunumuz baş tutacaq. Uesli Van Bek komandaya Lüksemburqda qoşulacaq".

Qeyd edək ki, T.Baxşıyevin baş məşqçisi olduğu komanda Belarusla keçirdiyi hər iki yoxlama görüşündə məğlub olub - 50:74, 67:92.

Roberto Martines dünya çempionatlarında ispanyalı məşqçilər arasında yeni rekord müəyyənləşdirib

Portuqaliya yığmasının baş məşqçisi Roberto Martines dünya çempionatlarında qazanılan qələbələrin sayına görə ispanyalı mütəxəssislər arasında yeni rekorda imza atıb.

"Report" xarici mediaya istinadən xəbər verir ki, Portuqaliya millisinin DÇ-2026-nın qrup mərhələsinin II turunda Özbəkistan üzərində qazandığı qələbə (5:0) R.Martines üçün dünya çempionatlarında 8-ci zəfər olub.

Təcrübəli mütəxəssis bu göstərici ilə turnirdə 7 qələbəsi olan Visente del Boskeni geridə qoyaraq vahid rekordçu statusuna yiyələnib.

Qeyd edək ki, R.Martines 2023-cü ildən Portuqaliya komandasını çalışdırır.

"Neftçi" Endryu Qravilyonun transferini açıqlayıb

"Neftçi" 2026-cı il yay transfer dönəmində üçüncü keçidini rəsmiləşdirib.

"Report" paytaxt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, qvadelupalı müdafiəçi Endryu Qravilyon ilə 2 illik müqavilə bağlanıb.

28 yaşlı futbolçu "55" nömrəli formanı geyinəcək.

Qeyd edək ki, zəngin karyeraya malik olan E.Qravilyon İtaliya, Fransa və Türkiyə liqalarında oynayıb. O, Qvadelupa milli komandasının heyətində 19 matça çıxıb, 2 qol vurub.

Qusarda 14 və 17 yaşadək cüdoçular arasında region birincilikləri keçiriləcək

İyunun 27-28-də Qusarda 14 və 17 yaşadək cüdoçular arasında Şimal bölgəsi üzrə region birincilikləri keçiriləcək.

"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Qusar Olimpiya İdman Kompleksində keçiriləcək yarışlarda ümumilikdə 172 cüdoçu mübarizə aparacaq.

Turnirlərin keçirilməsində əsas məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq, kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir.

Qeyd edək ki, U-17 kateqoriyası üzrə nəticələr, eyni zamanda, milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.

Roman Qurski: "Avropa Liqasında qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilmədik"

Azərbaycanın kişi voleybolçulardan ibarət milli komandası Avropa Liqasında qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilməyib.

Bunu "Report"a açıqlamasında yığma üzvü Roman Qurski deyib.

O, komandanın çıxışını və buraxılan səhvləri izah edib:

"Hesab edirəm ki, çıxışımız qeyri-qənaətbəxş oldu. Çünki qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilmədik. Müəyyən setlərdə qalib gələ biləcəyimiz halda rəqibi sona qədər sıxmağı bacarmadıq. Məşqçilər korpusunun qarşımıza qoyduğu tapşırıqların öhdəsindən gəlmək mümkün olmadı".

Voleybolçu heyətdə xeyli sayda gənc oyunçunun yer aldığını sözlərinə əlavə edib:

"Hər bir oyunçuya müəyyən şans verildi. Kimisi bundan yararlana bildi, kimisi isə yox. Yeni məşqçi öz voleybol üslubunu, nizam-intizamını aşılayır. Bu ruhda davam etsək, zamanla qələbələr və yaxşı nəticələr gələcək. Sadəcə, bütün oyunçular klublarda səylə işləməyə davam etməli, sonra isə eyni əzmlə yığmada çalışmalıdı".

Qeyd edək ki, Boris Qrebennikovun baş məşqçi olduğu komanda Yunanıstan, İsveç, Rumıniya və İspaniyaya 0:3, Portuqaliya və Macarıstana isə 1:3 hesabı ilə məğlub olaraq Avropa Liqasını qələbəsiz başa vurub.

Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib

Milli Paralimpiya Komitəsində (MPK) Tunis Qran-prisində uğur qazanan nüvəitələmə üzrə paraatletlərlə görüş təşkil olunub.

"Report" MPK-ya istinadən xəbər verir ki, tədbirdə turnirin gümüş və bürünc medalçıları - Oloxan Musayev, Samir Nəbiyev, Rüfət Rəfiyev və Elvin Astanov, həmçinin yığmanın baş məşqçisi Oleq Panyutin iştirak ediblər.

Görüş zamanı Tunis Qran-prisində nümayiş etdirilən çıxışlar barədə danışılıb, idmançıların yarışla bağlı təəssüratları dinlənilib.

Eyni zamanda, qarşıdan gələn beynəlxalq yarışlar, hazırlıq planları və komandanın gələcək hədəfləri ətrafında müzakirələr aparılıb.

MPK-nın baş katibi Toğrul Rəhimov paraatletləri uğurlu nəticələr münasibətilə təbrik edib, onların gələcəkdə də Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edəcəklərinə əminliyini ifadə edib.

Görüşdə qurumun prezidentinin müşaviri Şahin Kazımzadə, İdman şöbəsinin müdiri Cavad Axundzadə və komitənin digər nümayəndələri də iştirak ediblər.

DÇ-2026-da III tura start verilir

ABŞ, Kanada və Meksika təşkil olunan futbol üzrə DÇ-2026-da III tura start verilir.

"Report"un məlumatına görə, A qrupunda Çexiya - Meksika, Cənubi Afrika Respublikası (CAR) - Koreya matçları baş tutacaq.

B qrupunda İsveçrə millisi Kanada, Bosniya və Herseqovina yığması isə Qətərlə qarşılaşacaq.

C qrupunda Şotlandiya - Braziliya, Mərakeş - Haiti görüşləri keçiriləcək.

DÇ-2026

III tur

24 iyun

B qrupu

23:00. İsveçrə - Kanada

Baş hakim: Ramon Abatti (Braziliya).

Vankuver, "BC Palace" stadionu

23:00. Bosniya və Herseqovina - Qətər

Baş hakim: Xesus Valensuela (Venesuela).

Sietl stadionu

1. Kanada 2 1 1 0 7-1 4

2. İsveçrə 2 1 1 0 5-2 4

3. Bosniya və Herseqovina 2 0 1 1 2-5 1

4. Qətər 2 0 1 1 1-7 1

25 iyun

C qrupu

02:00. Şotlandiya - Braziliya

Baş hakim: Sesar Ramos (Meksika).

Mayami stadionu

02:00. Mərakeş - Haiti

Baş hakim: Danni Makkeli (Niderland).

Atlanta stadionu

1. Braziliya 2 1 1 0 4-1 4

2. Mərakeş 2 1 1 0 2-1 4

3. Şotlandiya 2 1 0 1 1-1 3

4. Haiti 2 0 0 2 0-4 0

A qrupu

05:00. Çexiya - Meksika

Baş hakim: Yael Falkon (Argentina).

Mexiko stadionu

05:00. CAR - Cənubi Koreya

Baş hakim: Fakundo Tello (Argentina).

Monterrey stadionu

1. Meksika 2 2 0 0 3-0 6

2. Koreya 2 1 0 1 2-2 3

3. Çexiya 2 0 1 1 2-3 1

4. CAR 2 0 1 1 1-3 1

Xatırladaq ki, turnirə iyulun 19-da yekun vurulacaq.

Oyan Nəzəriani: "Dünya Seriyasının III mərhələsindəki nəticələrimiz sevindiricidir"

Azərbaycanın çimərlik güləşçilərinin Gürcüstanda keçirilən Dünya Seriyasının III mərhələsindəki nəticələri sevindiricidir.

Bunu "Report"a açıqlamasında yığmanın baş məşqçisi Oyan Nəzəriani deyib.

Mütəxəssis yarışın yaxşı təşkil olunduğunu bildirib:

"Turnir çox yüksək səviyyədə təşkil olunmuşdu. Texniki cəhətdən də çox keyfiyyətli idi. Yarışda Rusiya, Ukrayna, Gürcüstan və İranın həm sərbəst, həm də çimərlik güləşi üzrə titullu pəhləvanları yer almışdı. Gərgin keçən mübarizənin ardından 1 qızıl və 1 bürünc medal qazandıq. Bildiyiniz kimi, çimərlik güləşində 4 çəki dərəcəsi var. Bu da 4 dəst medal deməkdir. Qızılın biri ev sahibi Gürcüstana, biri bizə, ikisi isə İrana qismət oldu. Həyəcanlı, gərgin mübarizə şəraitində keçən görüşlərdən sonra bu nəticəni əldə etmək sevindirici haldır".

O.Nəzəriani planlardan da danışıb:

"Qarşıda bizi mötəbər yarışlar gözləyir. Avqustda Bakı çimərlik güləşi üzrə dünyanın diqqət mərkəzinə çevriləcək. Həm U-17 dünya çempionatına, həm də Dünya Seriyasının IV mərhələsinə ev sahibliyi edəcəyik. Hazırda tək hədəfimiz ölkəmizi bu tədbirlərdə ən yaxşı şəkildə təmsil etməkdir. İnşallah, inanırıq ki, bu yarışlarda da yaxşı nəticə əldə edəcəyik".

Qeyd edək ki, Batumi şəhərində keçirilən Dünya Seriyasının III mərhələsində Əşrəf Aşırov (90 kq) qızıl, Vüsal Əliyev (80 kq) isə bürünc medal qazanıb.

"Araz-Naxçıvan" Alexandro Herrera ilə müqavilə imzalayıb

Transfer çalışmalarını davam etdirən "Araz-Naxçıvan" Alexandro Herrera ilə müqavilə imzalayıb.

Bu barədə "Report"a Naxçıvan klubunun mətbuat xidmətindən bildirilib.

Kolumbiyalı yarımmüdafiəçi ilə anlaşmanın müddəti "1+1" illikdir.

21 yaşlı mərkəz yarımmüdafiəçisi "Arko Saraqosa" akademiyasının yetirməsidir. Peşəkar futbolçu karyerasına Argentina "Banfild"ində başlayan Herreranın son klubu Dominikan təmsilçisi "San Kristobal" olub.

Seneqal yığmasının qapıçısı Eduard Mendi İraqla matçda oynamayacaq

Seneqal yığmasının qapıçısı Eduard Mendi dünya çempionatının qrup mərhələsinin III turunda İraqla qarşılaşmanı zədə səbəbindən buraxacaq.

"Report" Seneqal yığmasının mətbuat xidmətinə istinadən xəbər verir ki, o, zədəsinin xarakterinin müəyyənləşdirilməsi üçün əlavə tibbi müayinədən keçəcək.

34 yaşlı qapıçı Norveçlə matçda (2:3) sol dizindən zədə alaraq 63-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, Afrika təmsilçisinin İraqla oyunu iyunun 26-da baş tutacaq.

Ante Budimir Xorvatiya millisinin dünya çempionatlarında qol vuran ən yaşlı oyunçusu olub

Ante Budimir Xorvatiya yığmasının tarixində dünya çempionatlarında qol vuran ən yaşlı futbolçu olub.

"Report" xaici mediaya istinadən xəbər verir ki, futbolçu bunu DÇ-2026-nın qrup mərhələsinin II turunda, Panama ilə oyunda reallaşdırıb.

Xorvatiyanın 1:0 hesabı ilə qalib gəldiyi matçda yeganə qolun müəllifi məhz A.Budimir olub. Forvard 34 yaş 336 günlüyündə fərqlənib.

Qeyd edək ki, əvvəlki rekord DÇ-2014-də, Kamerunla matçda (4:0) fərqlənən İvitsa Oliçə (34 yaş 277 gün) məxsus idi. Xorvatiya mundialda növbəti oyununu iyunun 27-də Qana yığmasına qarşı keçirəcək.

"Sabah" Avstriyada ilk yoxlama görüşünü keçirəcək

Yeni mövsümə hazırlığı Avstriyada davam etdirən "Sabah" bu gün ilk yoxlama görüşünü keçirəcək.

"Report"un məlumatına görə Azərbaycan çempionu Rumıniya təmsilçisi "Universitatya" ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, Valdas Dambrauskasın baş məşqçi olduğu komanda iyunun 28-də "Ferentsvaroş" (Macarıstan), iyulun 2-də isə "Polissya" (Ukrayna) komandaları ilə qarşılaşacaq.

Xankəndidə yeni cüdo zalı istifadəyə verilib

Xankəndi şəhərində yerləşən Nizami Gəncəvi adına 4 saylı tam orta məktəbdə yeni cüdo zalı fəaliyyətə başlayıb.

"Report" Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, müasir standartlara uyğun tatamilər və zəruri avadanlıqlarla təchiz olunan zalda paltardəyişmə otaqları və digər köməkçi sahələr yaradılıb.

Burada 100-dən çox idmançının cüdo ilə məşğul olması üçün əlverişli şərait formalaşdırılıb.

Qeyd edək ki, 2022–2026-cı illər ərzində Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zirə, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran, Daşkəsən və Yevlax da daxil olmaqla ölkənin müxtəlif şəhər və rayonlarında yeni cüdo zalları istifadəyə verilib. Bununla yanaşı, Bakı və regionlardakı 202 idman zalına ümumilikdə 14 300 tatami paylanılıb.

Peşəkar Futbol Liqası klublara 2 milyon 610 min manat ödəyib

Peşəkar Futbol Liqası (PFL) klublara 2 milyon 610 min manat ödəyib.

"Report"un quruma istinadən məlumatına görə, Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan yeni təşviq mexanizmi çərçivəsində klublara ödənişlər həyata keçirilib.

AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, Azərbaycan Premyer Liqasında iştirak edən klubların sifariş vərəqəsində yer alan legioner futbolçular üzrə ödənilən rüsumlar hesabına formalaşan bonus fondu Premyer Liqa klubları arasında bölüşdürülüb. Bölgü yerli futbolçuların meydana çıxdığı dəqiqələr əsasında aparılıb.

Mövsüm ərzində PFL tərəfindən müvafiq hesablamalar aparılıb, bütün göstəricilər təhlil olunub və yekun nəticələr AFFA İcraiyyə Komitəsinin təsdiqlədiyi meyarlara uyğun müəyyənləşdirilib. İcraiyyə Komitəsinin qərarına əsasən, bonus fondunun həcmi minimum 1 milyon manat olaraq nəzərdə tutulsa da, PFL tərəfindən klubların hesabına ümumilikdə 2 milyon 610 min manat köçürülüb.

Yekun bölgüdə ilk pillədə "Qəbələ" klubu qərarlaşıb. Daha əvvəl elan olunduğu kimi, klub hesablanmış məbləğə əlavə olaraq 50 min manat həcmində xüsusi bonus da əldə edib.

İlk dəfə tətbiq edilən bu təşviq mexanizminin klubların maliyyə dayanıqlığının gücləndirilməsinə, növbəti mövsüm üçün büdcələrinin formalaşdırılmasına, yerli futbolçuların inkişafının stimullaşdırılmasına və Azərbaycan futbolunun davamlı inkişafına mühüm töhfə verəcəyi gözlənilir.

Luka Modriç futbol tarixində yığmada 200 oyun keçirən 4-cü oyunçu olub

Luka Modriç Panama ilə DÇ-2026-nın qrup mərhələsi oyununda Xorvatiya yığmasının start heyətində meydana çıxmaqla milli komandada 200-cü matçını keçirib.

"Report" xarici mediaya istinadən xəbər verir ki, L qrupunun qarşılaşmasında forma geyinən 40 yaşlı yarımmüdafiəçi futbol tarixində bu göstəriciyə çatan 4-cü oyunçu olub.

Hazırda millidə ən çox oyun keçirən futbolçu rekordu Kriştianu Ronaldoya məxsusdur. O, Portuqaliya yığmasında 230 matçda meydana çıxıb. Küveyt yığmasının üzvü Bader əl-Mutava (202) ikincidir, argentinalı Lionel Messi isə (201) üçüncüdür.

Qeyd edək ki, Xorvatiya - Panama matçı birincilərin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Sebastyen Desabr: "Portuqaliya və Kolumbiya ilə oyunlar bizə böyük təcrübə qazandırdı"

Dünya çempionatında Portuqaliya və Kolumbiya kimi güclü rəqiblərlə qarşılaşmaq Konqo Demokratik Respublikası (DR) yığmasına böyük təcrübə qazandırıb.

"Report"un məlumatına görə, bunu komandanın baş məşqçisi Sebastyen Desabr DÇ-2026-nın qrup mərhələsinin II turunda Kolumbiya millisinə 0:1 hesablı məğlubiyyətdən sonra deyib.

"Bizim üçün çox çətin oyun oldu. Güclü rəqibə qarşı oynadıq və onlar bizdən üstün idilər. Futbolçular hər zamankı kimi nəticə qazanmaq üçün meydanda sonadək mübarizə aparsalar da, təəssüf ki, istəyimizə nail ola bilmədik", - fransalı mütəxəssis vurğulayıb.

O, güclü rəqiblərlə matçların əhəmiyyətini xüsusi qeyd edib:

"Portuqaliya və Kolumbiya ilə qarşılaşmalar üzləşdiyimiz çətinliklərlə mübarizə aparmaq üçün bizə böyük təcrübə qazandırdı. Çünki bu, bizim ilk dünya çempionatımızdır".

Avropa çempionatında iştirak edəcək cüdoçularla görüş keçirilib

Yeniyetmələr arasında Avropa çempionatında iştirak edəcək Azərbaycan millisinin üzvləri ilə görüş keçirilib.

Azərbaycan Cüdo Federasiyasından "Report"a verilən məlumata görə, tədbirdə federasiyanın icraçı vitse-prezidenti Rəşad Rəsullu, prezidentin müşaviri Natiq Bağırov və yığmaların məşqçi heyəti iştirak edib.

Görüş zamanı federasiya rəhbərliyi idmançılara olan etimadını ifadə edərək, onların qitə birinciliyində uğurlu çıxış edəcəklərinə inandığını bildirib. Cüdoçulara qarşıdakı yarışla bağlı tövsiyələr verilib, məsuliyyətli mübarizə aparmalarının vacibliyi vurğulanıb.

Qeyd edək ki, yeniyetmələr arasında Avropa çempionatı iyunun 29-dan iyulun 2-dək İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçiriləcək. Azərbaycan millisi qitə birinciliyində fərdi yarışlarda 12 çəki dərəcəsində 17 idmançı (10 oğlan, 7 qız) ilə təmsil olunacaq.

Yığma turnirin son günündə qarışıq komanda yarışında da mübarizə aparacaq.

Murad Məmədov: "Pafos"a keçidin karyeramda uğurlu bir addım olacağını düşündüm"

Azərbaycanın U-21 millisinin futbolçusu Murad Məmmədov "Pafos"a transferinin uğurlu addım olacağını düşünür.

"Report" xəbər verir ki, futbolçu bunu klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, ötən mövsüm komandanın oyunlarını yaxından izlədiyini söyləyib:

"Ötən mövsüm bu komandanın oyunlarını yaxından izləyirdim və mənə çox xoş gəlirdi. Bunun karyeramda uğurlu bir addım olacağını düşündüm. Bir dəfə evdə oturarkən atama dedim ki, vaxt gələcək, mən belə klublarda oynayacağam, sən də evdən mənim avrokuboklardakı oyunlarımı izləyəcəksən. Şükürlər olsun ki, artıq buradayam və çox xoşbəxtəm".

M.Məmmədov "47" nömrəli formanı seçməsinin səbəblərini açıqlayıb:

"Futbol karyerama başlayanda ilk növbədə müdafiədə çıxış edirdim və "4" nömrə altında oynayırdım. Daha sonra komandaya yeni baş məşqçi gəldi və mən vinger mövqeyində, "7" nömrə ilə oynamağa başladım, həmçinin kapitanlıq etdim. Əsas komandaya yüksələndə bu iki rəqəmi birləşdirib "47"ni seçmək qərarına gəldim. Uşaqlıq dövrümdən bəri yalnız 4 və 7 rəqəmləri altında oynamışam. Ümumiyyətlə, 7 mənim ən sevdiyim və uğur gətirən rəqəmdir".

Qeyd edək ki, Kiprin "Pafos" klubu "Neftçi"nin yetirməsi olan 20 yaşlı Murad Məmmədovla 2030-cu ilin iyununa qədər müqavilə imzalanıb.

Cennaro Qattuzo "Latsio"nun baş məşqçisi təyin edilib

İtaliyanın "Latsio" klubu əsas komandanın baş məşqçisi vəzifəsinə Cennaro Qattuzonu gətirib.

"Report" xəbər verir ki, bu barədə Roma təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Mütəxəssislə müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, C.Qattuzo son olaraq İtaliya yığmasını çalışdırıb. Komanda onun rəhbərliyi altında DÇ-2026-ya vəsiqə qazana bilməyib.

DÇ-2026: İngiltərə, Portuqaliya və Xorvatiya milliləri növbəti matçlarına çıxacaqlar

ABŞ, Kanada və Meksika təşkil olunan futbol üzrə DÇ-2026-nın II turunda növbəti oyunlar keçiriləcək.

"Report"un məlumatına görə, K qrupunda Portuqaliya - Özbəkistan, Kolumbiya - Konqo DR görüşləri baş tutacaq.

L qrupunda isə İngiltərə millisi Qana, Panama Xorvatiya ilə üz-üzə gələcək.

DÇ-2026

II tur

K qrupu

23 iyun

21:00. Portuqaliya - Özbəkistan

Baş hakim: Calal Cayed (Mərakeş).

Hyuston stadionu

24 iyun

06:00. Kolumbiya - Konqo DR

Baş hakim: Mauritsio Mariani (İtaliya).

Qvadalhara stadionu

1. Kolumbiya 1 1 0 0 3-1 3

2. Konqo DR 1 0 1 0 1-1 1

3. Portuqaliya 1 0 1 0 1-1 1

4. Özbəkistan 1 0 0 1 1-3 0

L qrupu

23 iyun

00:00. İngiltərə - Qana

Baş hakim: Said Martines (Honduras).

Boston stadionu

24 iyun

03:00. Panama - Xorvatiya

Baş hakim: Pyer Aço (Qabon).

Toronto stadionu

1. İngiltərə 1 1 0 0 4-2 3

2. Qana 1 1 0 0 1-0 3

3. Panama 1 0 0 1 0-1 0

4. Xorvatiya 1 0 0 1 2-4 0

Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.

Azərbaycan Voleybol Federasiyası və MOK "Təhlükəsiz idman - hamı üçün" seminarı təşkil edəcək

Azərbaycan Voleybol Federasiyası (AVF) və Milli Olimpiya Komitəsinin (MOK) birgə təşkilatçılığı ilə məşqçilər üçün "Təhlükəsiz idman - hamı üçün" mövzusunda seminar keçiriləcək.

Bu barədə "Report"a AVF-dən bildirilib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq seminar Beynəlxalq Olimpiya Komitəsi tərəfindən sertifikatlaşdırılmış MOK-un təhlükəsiz idman üzrə inspektoru Vaqif Əliyev və AVF-nin təhlükəsiz idman üzrə məsul şəxsi, federasiyanın idman şöbəsinin direktoru Şir-Aslan Kərimov tərəfindən aparılacaq.

Tədbirdə "Təhlükəsiz idman" təşəbbüsünün mahiyyəti, əsas prinsipləri və tətbiq mexanizmlərinə dair təqdimat nümayiş olunacaq, iştirakçılara mövzu ilə bağlı ətraflı məlumat veriləcək.

Olimpiya Həmrəyliyi Fondunun (Olympic Solidarity) dəstəyi ilə həyata keçiriləcək proqramın məqsədi idman mühitində təhlükəsizliyin təmin olunması, risklərin minimuma endirilməsi və beynəlxalq standartlara uyğun fəaliyyət mexanizmlərinin tətbiqidir.

Qeyd edək ki, iyunun 25-də təşkil olunacaq seminar təhlükəsiz və sağlam idman mühitinin formalaşdırılmasına, bu istiqamətdə maarifləndirmənin gücləndirilməsinə və müasir yanaşmaların təşviqinə xidmət edir.

Eltun Yaqubluya "Zirə"də yeni vəzifə verilib

Eltun Yaqublu "Zirə"nin yeni yaradılan Skautinq Departamentinin rəhbəri və seleksiyaçı məşqçisi vəzifəsinə təyin edilib.

Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.

Mütəxəssislə 2 illik müqavilə bağlanıb.

Qeyd edək ki, E.Yaqublu 2020-2025-ci illərdə "Zirə"də məşqçi kimi fəaliyyət göstərib.

"Araz-Naxçıvan" Alberto Qarsiya Fernandeslə anlaşıb

"Araz-Naxçıvan" ispaniyalı futbolçu Alberto Qarsiya Fernandeslə anlaşıb.

Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.

Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanıb.

İspaniyanın "Real" klubunun yetirməsi olan 26 yaşlı futbolçu müxtəlif illərdə vətənində "Kastilya", "Fuenlabrada", UKAM, "Sabadel", "Rayo Maxadaonda", eləcə də Kiprin "Omoniya" və "Akritas Xloraka" klublarının formasını geyinib.

A.Fernandes 2017-ci ildə İspaniyanın U-19 millisinin heyətində 1 oyunda meydana çıxıb.

Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

Bakıda keçiriləcək Avropa çempionatında 100-dən çox bilyardçı mübarizə aparacaq

Bakıda təşkil olunacaq bilyardın "sərbəst piramida" növü üzrə Avropa çempionatında 10-dan çox ölkədən 100-dən çox idmançı iştirak edəcək.

Bunu "Report"a açıqlamasında Azərbaycan Bilyard Federasiyasının marketinq direktoru Mir Azad Əliyev deyib.

Federasiya rəsmisi yarışın Bakı Olimpiya İdman Kompleksində keçiriləcəyini bildirib:

"Azərbaycanda ikinci dəfə təşkil olunacaq "sərbəst piramida" üzrə Avropa çempionatına maraq böyükdür. Turnirdə 50-dən çox azərbaycanlı idmançı da qüvvəsini sınayacaq. Xarici bilyardçılar yarışın başlamasına 2 və ya 3 gün qalmış paytaxta gələcəklər".

Qeyd edək ki, proqrama əsasən, iyulun 5–8-də 40 yaşdan yuxarı idmançılar arasında Avropa Kuboku keçiriləcək. İyulun 8–12-də isə "sərbəst piramida" üzrə Avropa çempionatı baş tutacaq. Bu növ üzrə turnir Azərbaycanda ikinci dəfədir keçirilir.

Azərbaycan voleybol millisinin üzvü Yelizaveta Ruban: "Avropa Liqasındakı nəticələrimiz pis deyil"

Azərbaycanın qadın voleybolçulardan ibarət millisinin Avropa Liqasındakı nəticələri pis deyil.

Bunu "Report"a açıqlamasında yığmanın üzvü Yelizaveta Ruban deyib.

Voleybolçu, qarşılaşmaların komandaya böyük təcrübə qazandırdığını bildirib:

"Avropa Liqasında çıxışımızı başa vurduq. Belə oyunlarda güclü və zəif tərəflərimizi yoxlamaq, hansı detallar üzərində işləməli olduğumuzu görmək, səhvlərimizi düzəltmək, hansı aspektlərdə maksimum güclənə biləcəyimizi və rəqibə hansı amillər sayəsində qalib gələcəyimizi təhlil etmək imkanı qazandığımız üçün şadam. Ümumilikdə nəticələrimiz pis deyil. Ən çox heyfsləndiyim məqam İspaniya ilə oyun oldu, qələbəni qopara bilərdik".

Y.Ruban turnirin son matçında şanssızlıqla üzləşdiklərini diqqətə çatdırıb:

"İsveçrə ilə sonuncu matçda oyunqurucumuz zədələndi. Təəssüf ki, onu əvəzləmək mümkün olmadı. İndi isə maraqlı bir mərhələ başlayır, Avropa çempionatına hazırlığa start veririk. Qarşıya qoyulan tapşırıqları yerinə yetirmək və yaxşı nəticə qazanmaq üçün bizi çətin bir dövr gözləyir".

Qeyd edək ki, Faiq Qarayevin baş məşqçi olduğu milli Avropa Liqasında ümumilikdə 6 oyun keçirib. Komanda Estoniya, Şimali Makedoniya və İsraili 3:0 hesabı ilə məğlub edib. İsveç və İsveçrəyə 0:3, İspaniyaya isə 1:3 hesabı ilə uduzub.

Jamal Sellami: "Əlcəzairlə oyunda təcrübəsizlik ucbatından uduzduq"

İordaniya yığması DÇ-2026-nın II turunun qrup mərhələsində Əlcəzairə təcrübəsizlik səbəbindən məğlub (1:2) olub.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bunu komandanın baş məşqçisi Jamal Sellami oyundan sonra deyib.

Mütəxəssis futbolçuların yaxşı mübarizə apardıqlarını bildirib:

"Hesabda önə keçdikdən sonra fərqi artırmağa çox yaxın idik. Lakin Əlcəzair yığmasının bəzi futbolçularının yüksək fərdi keyfiyyətləri, üstünlüyümüzü qorumaq üçün göstərdiyimiz cəhdlərə rəğmən, bizim üçün ciddi problemlər yaratdı".

J.Sellami qapıçı Yezid Əbu Leylanın mükəmməl oyun nümayiş etdirdiyini vurğulayıb:

"Qapıçımız Yezid Əbu Leyla mükəmməl oyun keçirdi və mən futbolçuların göstərdiyi performansla fəxr edirəm. Birinci hissədə daha yaxşı tərəf idik, lakin dünya çempionatında ilk dəfə iştirak etdiyimiz üçün təcrübəsizlik bu məğlubiyyətdə mühüm rol oynadı".

Çalışdırıcı komandanın vaxtı düzgün idarə edə bilməməsindən gileylənib:

"Vaxtdan səmərəli istifadə edib hesabı qoruya bilmədik. Standart vəziyyətlərdəki zəif tərəflərimizi aradan qaldırmağa çalışsaq da, futbol səhvlərdən ibarətdir və Əlcəzair yığması hər iki qolu künc zərbəsindən sonra vurdu. Oyundan sonra futbolçularla bir araya gələrək Əlcəzairə qarşı göstərdikləri qəhrəmancasına mübarizəyə görə onları təbrik etdim. Futboldakı fərqləri maksimum dərəcədə azaltmağa çalışsaq da, sonda bəxt rəqibimizin üzünə güldü. Argentina ilə matçda turniri gözəl bir sonluqla bitirməyə çalışacağıq".

Erlinq Holann Norveç yığmasının dünya çempionatlarındakı rekordçusu olub

Norveç yığmasının hücumçusu Erlinq Holann DÇ-2026-nın qrup mərhələsinin II turunda Seneqalla matçda (3:2) dubl edərək komandasının mundiallar tarixindəki rekordçusuna çevrilib.

"Report" xarici mediaya istinadən xəbər verir ki, 25 yaşlı forvard dünya çempionatlarında keçirdiyi 2 matçda 4 qol vurmaqla yığmanın tarixinə düşüb.

O, ümumilikdə Norveç seçməsinin heyətində meydana çıxdığı 52 qarşılaşmada 59 qol vuraraq komandanın ən məhsuldar oyunçusu statusunu qoruyur. Buna qədər Norveç təmsilçisinin dünya birinciliklərində ən yaxşı bombardiri DÇ-1994 və DÇ-1998-də qol vuran Kyetil Rekdal idi.

Qeyd edək ki, I qrupunda 6 xal toplayan Norveç ikinci pillədə qərarlaşıb və pley-offa vəsiqəni təmin edib. Xalı olmayan Seneqal isə üçüncüdür.

III turda Norveç Fransa, Seneqal isə İraq ilə qarşılaşacaq. Hər iki oyun iyunun 26-da keçiriləcək.

Azərbaycan taekvondoçuları Qazaxıstanda beynəlxalq yarışda 3 medal qazanıblar

Azərbaycan taekvondoçuları Qazaxıstanın Astana şəhərində keçirilən "Altay" çempionatında 3 medal qazanıblar.

"Report" xəbər verir ki, taekvondo üzrə böyüklərdən ibarət milli komandasının üzvləri - Cavad Ağayev (80 kq) gümüş, Elcan Əliyev (80 kq) və Minayə Əkbərova (46 kq) isə bürünc medal sahibi olublar.

Qeyd edək ki, Azərbaycanın taekvondo üzrə gənclər və böyüklərdən ibarət milli komandaları Qazaxıstanın Astana şəhərində keçirilən "Altay" çempionatında (22-23 iyun) iştirak edirlər, həmçinin "Kazakhstan Open" (25-27 iyun) beynəlxalq turnirinə də qatılacaqlar.

Komandalar yarışlara Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, böyüklərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayev, məşqçilər Elnur Amanov və Ayxan Tağızadənin rəhbərliyi altında yollanıb.

Azərbaycan kamandan oxatanları Dünya Kubokunda mübarizə aparacaqlar

Azərbaycan kamandan oxatanları İspaniyanın paytaxtı Madriddə təşkil olunacaq Dünya Kubokunun 4-cü mərhələsində qüvvələrini sınayacaqlar.

"Report" Azərbaycan Kamandan Oxatma Federasiyasına istinadən xəbər verir ki, turnirdə ölkəni Yaylagül Ramazanova, Məhəmmədəli Əliyev, Fatimə Hüseynli və Lalə Əbdürəhmanova təmsil edəcəklər.

İdmançılar fərdi, komanda və qarışıq növlərdə mübarizə aparacaqlar.

Qeyd edək ki, yarış iyulun 7-12-si aralığında baş tutacaq.

AMADA Gəncədə təmiz idman dəyərlərinin təşviqinə dair maarifləndirmə proqramı təşkil edib

AMADA kikboksinq üzrə XXX Azərbaycan çempionatının keçirildiyi Gəncə Olimpiya İdman Kompleksində təmiz idman dəyərlərinin təşviqinə həsr olunmuş maarifləndirmə proqramı təşkil edib.

Bu barədə "Report"a qurumun mətbuat xidmətindən bildirilib.

AMADA tərəfindən qurulan təmiz idman guşəsini ziyarət edənlərə antidopinq qayda pozuntuları, qadağan edilmiş maddə və üsulların yaratdığı risklər, idmançıların hüquq və öhdəlikləri, həmçinin narkotik vasitələrdən istifadənin sağlamlıq və idman karyerası üçün doğura biləcəyi mənfi nəticələr barədə məlumat verilib.

Ziyarətçilər antidopinq sahəsində biliklərini sınamaq məqsədilə təşkil olunan viktorinalarda fəal iştirak ediblər. Yüksək nəticə göstərənlərə AMADA tərəfindən xatirə hədiyyələri təqdim olunub.

Təmiz idman guşəsinin yaradılmasında əsas məqsəd idmançılar, məşqçilər və azarkeşlər arasında antidopinq mövzusunda məlumatlılığın artırılması, ədalətli rəqabət prinsiplərinin təşviqi və sağlam həyat tərzinin təbliğinə töhfə verməkdir.

Qazaxıstan Futbol Federasiyası millinin baş məşqçisi Talqat Baysufinovla yolları ayırıb

Qazaxıstan Futbol Federasiyası (KFF) millinin baş məşqçisi Talqat Baysufinovla yolları ayırıb.

"Report" KFF-yə istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssisin istefası qəbul olunub.

Talqat Baysufinov 2025-ci ilin oktyabrında Qazaxıstan yığmasının "sükanı arxasına" keçib. Onun rəhbərliyi altında komanda DÇ-2026-nın final mərhələsinə vəsiqə qazana bilməyib.

Qeyd edək ki, bu, 57 yaşlı mütəxəssisin Qazaxıstan millisinə rəhbərlik etdiyi 3-cü dövr olub. O, 2016-2017 və 2020-2022-ci illərdə də yığmanı çalışdırıb.

DÇ-2026: Argentina və Fransa milliləri növbəti oyunlarına çıxır

ABŞ, Kanada və Meksika təşkil olunan futbol üzrə DÇ-2026-nın II turunda növbəti oyunlar keçiriləcək.

"Report"un məlumatına görə, J qrupunda Argentina - Avstriya, İordaniya - Əlcəzair görüşləri baş tutacaq.

I qrupunda Fransa yığması İraqla, Norveç millisi isə Seneqalla üz-üzə gələcək.

DÇ-2026

II tur

J qrupu

22 iyun

21:00. Argentina - Avstriya

Baş hakim: Amin Omar (Misir).

Dallas stadionu

23 iyun

07:00. İordaniya - Əlcəzair

Baş hakim: Slavko Vinçiç (Sloveniya).

San Fransisko, "Bay Arena" stadionu

1. Argentina 1 1 0 0 3-0 3

2. Avstriya 1 1 0 0 3-1 3

3. İordaniya 1 0 0 1 1-3 0

4. Əlcəzair 1 0 0 1 0-3 0

I qrupu

23 iyun

01:00. Fransa - İraq

Baş hakim: Dryu Fişer (Kanada).

Filadelfiya stadionu

04:00. Norveç - Seneqal

Baş hakim: Vilton Sampayo (Braziliya).

Nyu-York/Nyu-Cersi stadionu

1. Norveç 1 1 0 0 4-1 3

2. Fransa 1 1 0 0 3-1 3

3. Seneqal 1 0 0 1 1-3 0

4. İraq 1 0 0 1 1-4 0

Xatırladaq ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.

Azərbaycan millisi Parisdəki beynəlxalq futbol turnirinə 11 nəfərlik heyətlə qatılacaq

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət "Birləşmiş Futbol" (Unified Football) yığması Fransanın paytaxtı Parisdə "Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026"a 11 nəfərlik heyətlə qa ölkəni təmsil edəcək.

Bu barədə "Report"a komitədən məlumat verilib.

Azərbaycan təmsilçisi B qrupunda Namibiya, ABŞ və Qvatemala ilə mübarizə aparacaq.

11 nəfərlik heyət ölkə daxilində həyata keçirilən xüsusi olimpiya idman proqramları çərçivəsində formalaşdırılıb. Turnirə hazırlıq çərçivəsində komanda üçün yekun təlim-məşq toplanışı təşkil edilib.

Turnirin açılış oyunu Fransa və Seneqal komandaları arasında keçiriləcək. Final qarşılaşmaları isə iyulun 11-də Parisdə yerləşən "Stade Charlety" stadionunda baş tutacaq.

Qeyd edək ki, iyulun 6–11-də təşkil olunacaq turnirdə ümumilikdə 24 (12 kişi və 12 qadın seçməsi) komanda iştirak edəcək. Oyunlar 7x7 formatında keçiriləcək. Bu, Xüsusi Olimpiya hərəkatının ən mühüm beynəlxalq yarışlarından biri hesab olunur.

"Qarabağ" Fabian Buntiç və Amin Ramazanovla yolları ayırıb

"Qarabağ" Fabian Buntiç və Amin Ramazanovla yolları ayırıb.

Bu barədə "Report"a Ağdam klubunun mətbuat xidmətindən bildirilib.

Fabian Buntiçlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Amin Ramazanovun isə müddəti başa çatan müqaviləsi yenilənməyib.

Azərbaycanın U-17 yığması Tacikistanla iki yoxlama matçı keçirəcək

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millsi iyunun 23-dən iyulun 2-dək Bakıda təlim-məşq toplanışında olacaq.

"Report" AFFA-ya istinadən xəbər verir ki, U-17 toplanış çərçivəsində iyunun 29-da və iyulun 1-də Tacikistanın müvafiq yaş qrupundan ibarət yığması ilə yoxlama oyunları keçirəcək.

Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunacaq hər iki görüşün saat 18:30-da başlanması planlaşdırılır.

Nr. Ad/Soyad Klub
1 Ülvi Abbaslı Sumqayıt
2 Oqtay Mehrəliyev Qarabağ
3 Cavidan Babayev Qarabağ
4 Ruslan Quliyev Neftçi
5 Vaqif Nəbiyev Qarabağ
6 Uğur Qurbanlı Qarabağ
7 Cihad Sadıqov Sabah
8 Roman Fərzəli Qarabağ
9 Mehdi Hüseyn Qarabağ
10 Rəsul Balakişiyev Marcet (İspaniya)
11 Nicat Əhmədzadə Marcet (İspaniya)
12 Vaqif Məmmədli Sabah
13 Ömər Fətəliyev Qarabağ
14 Əhəd Hacızadə Qarabağ
15 Nihad Hüseynzadə Sabah
16 Renat Əliyev Neftçi
17 Davud Abullayev Qarabağ
18 Şikar Şikar Neftçi
19 Tunar Bayramov Qarabağ
20 Firdovsi Şeydayev Sabah
21 Nazim Əliyev Srvena Zvezda (Serbiya)
22 Daniil Rəcəbov Qarabağ
23 Ruslan Əbilov Sabah

Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 6 medal qazanıblar

Azərbaycan taekvondoçuları Bosniya və Herseqovinada keçirilən "Bosnia Open" beynəlxalq turnirində 1 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar.

Bu barədə "Report"a Azərbaycan Taekvondo Federasiyasından bildirilib.

Yarışda Azərbaycan Taekvondo Federasiyasının müxtəlif klublarını təmsil edən yeniyetmə və gənc idmançılar qüvvələrini sınayıblar.

Allahverdi Məmmədov (+78 kq, gənclər, "Atlet" TK) qızıl, Aliyə Məmmədli (+59 kq, yeniyetmələr, "Altay" TK) və Sadiq Məmmədzadə (53 kq, yeniyetmələr, "Alpman" TK) gümüş mükafat əldə ediblər.

Zəhra Vəliyeva (59 kq, gənclər, "Asiman" TK), Sübhan Rzayev (41 kq, yeniyetmələr, "Alpman" TK), Məhəmməd Bağırov (33 kq, yeniyetmələr, DGK İSM) və Rəsul İsmayılov (59 kq, gənclər, DGK İSM) isə üçüncü yeri tutublar.

Fərid Eyvazov: "Bakıdakı dünya çempionatı dostluq, idman ruhu və beynəlxalq əməkdaşlığın göstəricisidir"

Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatı yalnız qalibləri müəyyən edən yarış deyil, eyni zamanda dostluq, idman ruhu və beynəlxalq əməkdaşlığın göstəricisidir.

Bunu "Report"a açıqlamasında Beynəlxalq Çövkən Federasiyasının icraçı direktoru Fərid Eyvazov deyib

Qurum rəsmisi azarkeşləri həyəcanlı oyunların gözlədiyini bildirib:

"Bu mötəbər yarışın təşkilində göstərilən dəstəyə görə Binə Atçılıq Mərkəzinə və Dövlət Sərhəd Qoşunlarına xüsusi minnətdarlığımızı bildiririk. Onların dəstəyi sayəsində çövkən beynəlxalq səviyyədə daha da inkişaf edir və qədim idman ənənələri yaşadılır. Bu yalnız qalibləri müəyyən edən yarış deyil, eyni zamanda dostluq, idman ruhu və beynəlxalq əməkdaşlığın göstəricisidir. Bütün komandalara uğurlar arzulayır və azarkeşləri həyəcanlı oyunların gözlədiyini əminliklə bildiririk".

O, ötənilki qalibin yenə də favorit olduğunu deyib:

"Beynəlxalq Çövkən Çempionatı çərçivəsində çox maraqlı və yüksək rəqabətli oyunların şahidi olacağıq. Müxtəlif ölkələri təmsil edən güclü komandalar meydanda öz bacarıqlarını nümayiş etdirəcək və bu da çempionata xüsusi dinamika qatacaq. Ötən qitə çempionatının qalibi bu il də favoritlər sırasında qalır. Lakin çövkən elə bir oyundur ki, burada hər nəticə meydanda müəyyən olunur. Hər komandanın qalib olmaq şansı var və məhz bu amil yarışları daha maraqlı və gözlənilmez edir".

Qeyd edək ki, dünya çempionatı 7–13 iyunda Binə Atçılıq Mərkəzində keçiriləcək.

Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının təqvimi müəyyənləşib

Bakıda iyunun 7-dən ayın 13-nə qədər keçiriləcək çövkən üzrə dünya çempionatınının təqvimi müəyyənləşib.

"Report"un məlumatına görə, qrup mərhələsinin oyunları iyunun 7-11-də baş tutacaq.

Yarımfinal qarşılaşmalarına iyunun 12-də start veriləcək. Final və 3-cü yer uğrunda görüşlər isə iyunun 13-də keçiriləcək.

Turnirdə mübarizə aparacaq 10 komanda iki qrupa bölünüb. A qrupunda Nigeriya, Uruqvay, Türkiyə, Niger və Polşa yer alıblar. B qrupunda isə Azərbaycan Özbəkistan, Qazaxıstan, Çili və Küveyt yığmaları mübarizə aparacaqlar.

Qeyd edək ki, çövkən üzrə dünya çempionatının bütün oyunları Binə Atçılıq Mərkəzində keçiriləcək.

Bakıda veteran stolüstü tennisçilərin ölkə çempionatına start verilib

Bakıda veteran stolüstü tennisçilərin ölkə çempionatına start verilib.

"Report" Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadən xəbər verir ki, yarışa 60-a yaxın iştirakçı qatılıb.

Kişilər 40-49, 50-59, 60-69, 70 və daha yuxarı, qadınlar isə 40 yaşdan yuxarı yaş qrupunda bacarıqlarını göstərirlər.

Qeyd edək ki "Şüa" İdman Kompleksində keçirilən birinciliyə iyunun 7-də yekun vurulacaq.

Bakıda veteran stolüstü tennisçilərin ölkə çempionatına start verilib

Bakıda veteran stolüstü tennisçilərin ölkə çempionatına start verilib.

"Report" Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadən xəbər verir ki, yarışa 60-a yaxın iştirakçı qatılıb.

Kişilər 40-49, 50-59, 60-69, 70 və daha yuxarı, qadınlar isə 40 yaşdan yuxarı yaş qrupunda bacarıqlarını göstərirlər.

Qeyd edək ki "Şüa" İdman Kompleksində keçirilən birinciliyə iyunun 7-də yekun vurulacaq.

"Liverpul" "Bernli"nin müdafiəçisi Maksim Estevi hədəfə alıb

İngiltərənin "Liverpul" klubu Premyer Liqanın digər təmsilçisi "Bernli"nin müdafiəçisi Maksim Estevi transfer etmək istəyir.

"Report" TEAMtalk-a istinadən xəbər verir ki, mersisaydlılar 24 yaşlı fransalı futbolçunu İbrahima Konatenin əvəzləyicisi kimi nəzərdən keçirir.

Lakin hələlik transferlə bağlı konkret addımlar atılmayıb. M.Estev 2025/2026 mövsümündə bütün turnirlərdə 36 oyunda meydana çıxıb. Futbolçunun klubla müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.

Qeyd edək ki, "Transfermarkt" portalı oyunçunun dəyərini 28 milyon avro qiymətləndirir.

Anton Krivotsyuk və Abdulla Xaybulayev Azərbaycan millisinin heyətindən çıxarılıblar

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisinin heyətində dəyişiklik edilib.

Bu barədə "Report"a qurumun mətbuat xidmətindən bildirilib.

Anton Krivotsyuk və Abdulla Xaybulayev heyətdən çıxarılıblar.

Qeyd edək ki, Azərbaycan millisi ötən gün toplanış çərçivəsində keçirdiyi yoldaşlıq matçında Maltaya 0:2 hesabı ilə məğlub olub.

Dünya çempionatları tarixində təmsilçiləri ən çox qələbə qazanan konfederasiyalar müəyyənləşib

Dünya çempionatları tarixində təmsilçşiləri ən çox qələbə qazanan qitə konfederasiyaları müəyyənləşib.

"Report" FIFA-ya istinadən xəbər verir ki, qələbə sayına görə UEFA-nı təmsil edən komandalar ümumilikdə 808 matçda 468 qələbə qazanaraq ilk sırada yer alıblar.

Avropa təmsilçilərinin keçirdiyi görüşlərin 188-i heç-heçə, 152-si isə məğlubiyyətlə başa çatıb.

UEFA zonasında qələbə sayına görə Almaniya (68) liderdir. Növbəti sıralarda İtaliya (45), Fransa (39), İngiltərə (32), İspaniya (31), Niderland (30), Belçika (21), Rusiya (19), İsveç (19), Serbiya (18), Polşa (17), Portuqaliya (17), Macarıstan (15), İsveçrə (14), Xorvatiya (13), Çexiya (12), Avstriya (12), Danimarka (9), Rumıniya (8), Türkiyə (5), Şotlandiya (4), Bolqarıstan (3), Şimali İrlandiya (3), Şərqi Almaniya (2), Yunanıstan (2), Norveç (2), İrlandiya Respublikası (2), Ukrayna (2), Bosniya və Herseqovina (1), Slovakiya (1), Sloveniya (1) və Uels (1) qərarlaşıblar.

Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) təmsilçiləri 358 oyunda 185 qələbə ilə ikinci sıradadır. Bu qitənin komandaları 73 heç-heçə edib və 100 dəfə məğlub olublar. CONMEBOL regionunda Braziliya 76 qələbə ilə liderdir. Argentina 47, Uruqvay 25, Çili 11, Kolumbiya 9, Paraqvay 7, Ekvador və Peru isə hərəyə 5 qələbəyə imza atıblar.

Afrika Futbol Konfederasiyasına (CAF) daxil olan komandalar ümumilikdə keçirdikləri 162 matçda 37 qələbə, 41 heç-heçə və 84 məğlubiyyətlə üçünçü pillədə yer alıblar. Regionda Nigeriya 6 qələbə ilə liderdir. Kamerun, Qana, Mərakeş və Seneqal hərəyə 5, Əlcəzair, Kot-d'İvuar və Tunis hərəyə 3, Cənubi Afrika Respublikası isə 2 qələbəyə malikdir.

Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyası (CONCACAF) komandaları 152 qarşılaşmada 34 qələbə qazanıblar, 33 heç-heçə ediblər və 85 məğlubiyyətlə üzləşiblər. Bu konfederasiyaya daxil olan millilərdən Meksika 17, ABŞ 9, Kosta-Rika 6, Kuba və Yamayka isə hərəyə 1 qələbə qazanıblar.

Asiya Futbol Konfederasiyası (AFC) təmsilçilərinin meydana çıxdığı 136 oyunda 25 qələbə, 26 heç-heçə və 85 məğlubiyyət qeydə alınıb. Bu göstəriciyə görə 5-ci yerdə olan Asiya qitəsində Yaponiya və Cənubi Koreya hərəyə 7, Səudiyyə Ərəbistanı 4, Avstraliya və İran hərəyə 3, Şimali Koreya isə 1 qələbə qazanıb.

Okeaniya Futbol Konfederasiyasının (OFC) komandaları isə mundialda meydana çıxdıqları 13 oyunda 1 qələbə, 5 heç-heçə və 7 məğlubiyyət göstəricisinə malikdir.

Avstraliya yığması 1974 və 2006-cı illərdə Almaniyada keçirilən dünya çempionatlarında OFC-ni təmsil edib və bu müddətdə cəmi 1 qələbə qazanıb. Komanda daha sonra AFC-nin tərkibinə keçib.

Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.

Almaniya millisinin üzvü Lennart Karl dünya çempionatında iştirak etməyəcək

Almaniya millisinin futbolçusu Lennart Karl dünya çempionatında oynamayacaq.

"Report" Almaniya Futbol İttifaqına istinadən xəbər verir ki, buna səbəb futbolçunun zədələnməsidir.

L.Karl Çikaqoda ABŞ seçməsi ilə yoldaşlıq oyunundan əvvəl keçirilən son məşqdə ciddi zədə alıb. Baş məşqçi Yulian Naqelsmann turnir üçün komandaya onun əvəzinə "Leypsiq"in yarımmüdafiəçisi Assan Uedraoqonu dəvət edib.

A.Uedraoqo ötən ilin noyabrında Slovakiya üzərində 6:0 hesablı qələbə qazandıqları dünya çempionatının seçmə mərhələ oyununda Almaniya yığmasının heyətində debüt edib və matçın son qolunu vurub.

Qeyd edək ki, Almaniya yığması DÇ-2026-da E qrupunda Kurasao, Kot-divuar və Ekvadorla mübarizə aparacaq.

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəyə başlayır

Azərbaycanın kişi voleybolçulardan ibarət millisi Avropa Liqasında bu gün mübarizəyə start verəcək.

"Report"un məlumatına görə, Boris Qrebennikovun baş məşqçisi olduğu komanda İsveçdə Yunanıstan yığması ilə üz-üzə gələcək.

Qarşılaşma Lund şəhərində, saat 18:00-da start götürəcək.

Qeyd edək ki, komanda növbəti matçını sabah ev sahibi İsveçə qarşı keçirəcək.

Vircil van Deyk DÇ-2026-dan sonra millidəki karyerasını başa vura bilər

İngiltərənin "Liverpul" klubunun və Niderland yığmasının müdafiəçisi Vircil van Deyk DÇ-2026-dan sonra millidəki karyerasını başa vura biləcəyini söyləyib.

"Report" NU-ya istinadən xəbər verir ki, 34 yaşlı futbolçu turnirdən sonra karyerası barədə qərar verəcəyini bildirib.

O, yığmadan kubokla ayrılmaq istədiyini vurğulayıb. Təcrübəli oyunçu Niderland millisinin heyətində 2015-ci ilin oktyabrında debüt edib. O, yığmada keçirdiyi 91 matçda 12 qol vurub.

Qeyd edək ki, Niderland komandası dünya çempionatının qrup mərhələsində Yaponiya, İsveç və Tunis ilə qarşılaşacaq.

Azərbaycanın U-21 millisi Bəhreynlə yoldaşlıq matçı keçirəcək

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində bu gün yoldaşlıq matçında qüvvəsini sınayacaq.

"Report"un məlumatına görə, Rəşad Eyubovun baş məşqçisi olduğu kollektiv Bəhreynlə üz-üzə gələcək.

Görüş saat 18:00-da start götürəcək.

Qeyd edək ki, U-21 növbəti yoldaşlıq matçını Qırğızıstan millisinə qarşı keçirəcək. Bu görüş iyunun 9-da baş tutacaq.

PSJ Li Kan İnlə müqavilənin müddətini uzatmayacaq

PSJ rəhbərliyi hücumçu Li Kan İnlə müqavilənin müddətini uzatmayacaq.

"Report" "RMC Sport"a istinadən xəbər verir ki, Paris klubu münasib təklif olacağı təqdirdə bu yay futbolçunun gedişinə mane olmayacaq.

İspaniyanın "Atletiko" və İngiltərənin "Aston Villa" klublarının hücumçuya maraq göstərdiyi bildirilib. 2023-cü ilin yayından PSJ-də çıxış edən cənubi koreyalı oyunçunun müqaviləsinin müddəti 2027/2028 mövsümünün sonuna qədərdir.

"Transfermarkt" portalı onun dəyərini 28 milyon avro qiymətləndirir.

Qeyd edək ki, Li Kan İn 2025/2026 mövsümündə bütün turnirlərdə meydana çıxdığı 39 matçda 4 qola, 5 məhsuldar ötürməyə imza atıb.

Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunda Almaniya ilə qarşılaşacaq

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda bu gün növbəti görüşünü keçirəcək.

"Report" xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv 1/4 finalda Almaniya ilə üz-üzə gələcək.

Qarşılaşma saat 21:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi ötən gün pley-in mərhələsində Litvanı 14:12 hesabı ilə məğlub edib.

Ayxan Abbasov: Malta ilə oyunda 90 dəqiqə yüksək tempdə mübarizə izlədik

Azərbaycan millisinin Avstriya toplanışı çərçivəsində Maltaya ilə yoldaşlıq görüşü yüksək tempdə keçib.

"Report" xəbər verir ki, bunu komandanın baş məşqçisi Ayxan Abbasov qarşılaşmadan sonra mətbuat konfransında deyib:

Mütəxəssis 0:2 hesabı ilə uduzduqları matçda çoxlu qol epizod yaratdıqlarını vurğulayıb.

"Üzücü məğlubiyyət oldu. Amma 90 dəqiqə yüksək tempdə mübarizə izlədik. Xəyal Əliyevin zədələnməsi oyun planımızı pozdu. Buna baxmayaraq, çoxlu qol epizodları yaratdıq. Lakin imkanları dəyərləndirmək və bu tempi saxlamaq lazımdır. Yoldaşlıq görüşlərində risk edəcəyimizi demişdim.

Çünki Millətlər Liqası öncəsi son toplanışımızdır və futbolçuların hamısını izləmək istəyirik. Qol epizodlarına görə sevinsəm də, istifadə etmədiyimiz üçün üzülürük. İnanıram ki, San Marino ilə matçda bu epizodları dəyərləndirə biləcəyik".

Qeyd edək ki, millimiz növbəti yoldaşlıq oyununu iyunun 9-da eyni stadionda San Marino yığmasına qarşı keçirəcək.

Siyasət Əsgərov: İlk hissədə buraxılan səhvlər məğlubiyyətə səbəb oldu

Azərbaycanın qadın futbolçulardan ibarət millisi dünya çempionatının seçmə mərhələsində bu gün qarşılaşdığı Macarıstanla görüşün (1:2) ilk hissəsində buraxdığı səhvlər səbəbindən uduzub.

"Report" xəbər verir ki, bunu yığmanın baş məşqçisi Siyasət Əsgərov oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matçı dəyərləndirib:

"Düşünürəm ku, iki fərqli hissə izlədik. Təəssüflər olsun ki, ilk hissədə səhv buraxdıq və rəqib bundan yararlandı. Ancaq ikinci hissəyə daha yaxşı başladıq. Oyunun gedişində etdiyimiz dəyişiklik yaxşı alındı, hücuma buraxdığımız oyunçu qol vurdu. Bundan sonra rəqib bizi topsuz çox saxladı. Belə olan halda da istər-istəməz yorğunluq yarandı. Biz qısa ötürmələrlə cinahlara topu çatdırmağı düşünürdük. İlk hissədə qızlar tez-tez səhvlər buraxdılar. Bundan sonra isə oyunçularda qorxu, stress yarandı. Sonra isə uzun ötürmələrlə oynamağa başladılar. Amma bizim onlarla uzun ötürmələrlə oyunda şansımız yox idi".

Qeyd edək ki, Azərbaycan millisi hazırlıq çərçivəsində növbəti matçını San-Marinoya qarşı keçirəcək. Bu görüş iyunun 9-da baş tutacaq.

Azərbaycan millisi yoldaşlıq matçında Maltaya məğlub olub

Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan millisi bu yoldaşlıq matçında qüvvəsini sınayıb.

"Report" xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Malta ilə üz-üzə gəlib.

Macarıstanın Sombatxey şəhərindəki "Haladaş" stadionunda baş tutan matç rəqibin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, milli hazırlıq çərçivəsində növbəti matçını San-Marinoya qarşı keçirəcək. Bu görüş iyunun 9-da baş tutacaq.

Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunda 1/4 finala yüksəlib

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda 1/4 finala vəsiqə qazanıb.

"Report" xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv pley-in mərhələsində Litva ilə üz-üzə gəlib.

Əlavə vaxta gedən oyunda Azərbaycan komandası 14:12 hesablı qələbə qazanıb. Yığma sabah 1/4 finalda Almaniya ilə qarşılaşacaq.

Qeyd edək ki, Dünya Kubokunda mübarizəyə A qrupunda başlayan Azərbaycan millisi Madaqaskar (21:13), Çexiya (14:11) və Polşanı (20:13) məğlub edib, Niderlanda isə uduzub - 13:19.

Azərbaycan millisi Sumqayıtda Macarıstana məğlub olub

Azərbaycanın qadın futbolçulardan ibarət millisi dünya çempionatının seçmə mərhələsində növbəti matçını keçirib.

"Report" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Macarıstan yığması ilə qarşılaşıb.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Azərbaycan millisindən 74-cü dəqiqədə Xanım Əsədova fərqlənib.

Qeyd edək ki, C Liqasının 3-cü qrupunda yer alan milli daha əvvəl baş tutan matçlarda evdə və səfərdə Andorranı (3:1 2:0), həmçinin Bakıda Şimali Makedoniyanı (2:0) məğlub edib. Yığma səfərdə Macarıstana 0:1 hesabı ilə uduzub.

Nazim Sadıxov: "Mən daha təhlükəliyəm"

Qarşıdakı döyüşlərə köklənmişəm.

"Report"un məlumatına görə, bunu Azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıxov Mütləq Döyüş Çempionatının (UFC) Bakıda keçiriləcək turniri ilə bağlı onlayn şəkildə təşkil olunan mətbuat konfransında deyib.

İdmançı hazırlıqların qaydasında olduğunu söyləyib:

"Hazırlıq əla gedir və məşq prosesində çox şeyi dəyişmişəm. Həmişə irəli baxmalısan. Dekabrdakı son döyüşlərimdə məğlub oldum. Buna baxmayaraq qarşıdakı döyüşlərə köklənmişəm. Yorğunluqdan irəli gələn məğlubiyyətlər idi".

O rəqibindən daha təhlükəli olduğunu bildirib:

"Düşünürəm ki mən Mateus Kamilodan daha təhlükəliyəm. "Canavar"ın öz sirləri var".

Xatırladaq ki, bu il "UFC Fight Night" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Nazim Sadıxov yarımağır çəki dərəcəsində braziliyalı Mateus Kamilo ilə döyüşəcək.

Elxan Səmədov: "Meydanda başverənlər hansısa kluba qarşı qərəz yox, sadəcə, hakim səhvləridir"

Meydanda başverənlər hansısa kluba qarşı qərəz yox, sadəcə, hakim səhvləridir.

Bunu "Report"a müsahibəsində Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov deyib.

Qurum rəhbəri Misli Premyer Liqasının 2025/2026 mövsümündə baş tutan oyunlarda hakim idarəçiliyinə toxunub:

"Təəssüf ki, bu il həm meydanda, həm də VAR-da bir çox hakim səhvlərinin şahidi olduq. Lakin gəlin heç kimi mühakimə etməyək. Mövsümün ortasında AFFA Hakimlər Komitəsində kadr dəyişiklikləri həyata keçirildi. Yarım mövsüm ərzində hansısa nəticənin əldə edilməsi mümkün deyil. Nəyisə düzəltmək üçün illər lazımdır. Biz görürük ki, AFFA Hakimlər Komitəsinin əməkdaşları işləyir. İndi dəstək olmalıyıq ki, hiss etsinlər ki, onlara inam var, meydanda başverənlər hansısa kluba qarşı qərəz yox, sadəcə, hakim səhvləridir".

Elxan Səmədovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

"Beşiktaş" baş məşqçi vəzifəsinə Vinçentso İtalyanonu gətirib

Türkiyənin "Beşiktaş" klubunun yeni baş məşqçisi Vinçentso İtalyano olub.

"Report" xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

Klub italiyalı məşqçi ilə anlaşdıqlarını açıqlayıb.

Qeyd edək ki, "Beşiktaş" sabiq baş məşqçisi Sergen Yalçınla ötən ay yolları ayırmışdı.

AFFA Qazax şəhərində 100-dən çox uşağın iştirakı ilə futbol festivalı təşkil edib

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə, eləcə də Qazax şəhərinin 2026-cı ilin idman paytaxtı seçilməsi ilə əlaqədar AFFA-nın təşkilatçılığı ilə Qazax şəhər stadionunda kütləvi futbol festivalı keçirilib.

"Report" qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Qazaxda yaşayan 100-dən çox uşağın iştirak etdiyi tədbirin əsas məqsədi uşaqların asudə vaxtının səmərəli təşkili, sağlam həyat tərzinin təşviqi, eləcə də futbolun kütləviliyinin artırılması olub.

Festival zamanı iştirakçılar müxtəlif futbol oyunlarında və əyləncəli estafet yarışlarında qüvvələrini sınayıblar. Uşaqlar komandalar şəklində təşkil olunan oyunlarda fəallıq nümayiş etdirərək idman bacarıqlarını sərgiləyiblər.

Tədbirin sonunda AFFA tərəfindən uşaqlara futbol topları hədiyyə edilib. Hədiyyələri AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, departamentin aparıcı mütəxəssisləri Orxan Mikayıllı və Ziya Səfərov təqdim ediblər.

"Qəbələ" klubu 50 min manat mükafat əldə edəcək

Peəşkar Futbol Liqası "Qəbələ"yə 50 min manat əlavə mükafat verəcək.

Bunu "Report"a müsahibəsində qurumun prezidenti Elxan Səmədov deyib.

O, legioner limitindən əldə olunan gəlirin bir hissəsinin Premyer Liqa klubları arasında bölüşüdürüləcəyini söyləyib:

"AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, legioner rüsumundan əldə olunan gəlirin bir hissəsi Premyer Liqa klubları arasında bölüşdürüləcək. Bu, Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan yeni təşviq mexanizmidir. Layihə artıq geridə qoyduğumuz 2025/2026 mövsümündə həyata keçirildi. Bu qərarın qəbulundan sonra PFL tərəfindən mövsümboyu müvafiq hesablamalar aparılıb və bütün göstəricilər dəqiq təhlil edilib".

E.Səmədov Premyer Liqanı tərk edən "Karvan-Yevlax" klubuna da vəsait ayrılacağını bildirib:

"Mexanizmə uyğun olaraq, klublara mövsümün yekun nəticələrinə əsasən tutduqları yerlərə müvafiq maliyyə ödənişləri ediləcək. Bu baxımdan ən yüksək məbləğə layiq görülən klub "Qəbələ"dir. Klub əlavə olaraq 50 min manat mükafat əldə edəcək. İkinci yeri "Sumqayıt", üçüncü yeri isə "Şamaxı" tutub. Eyni zamanda, Premyer Liqanı tərk edən "Karvan-Yevlax" klubuna da nəzərdə tutulan vəsait ayrılacaq. Hesab edirik ki, bu, klubun növbəti mövsüm üçün büdcələrinin formalaşdırılmasına, maliyyə dayanıqlığının gücləndirilməsinə və fəaliyyətlərinin davamlılığının təmin olunmasına müsbət təsir göstərəcək. Misli Premyer Liqasında ötən mövsüm çıxış etmiş klubların hər birinə hüquqi prosedurlar yekunlaşdıqdan sonra ödənişlər PFL tərəfindən həyata keçiriləcək".

Elxan Səmədovun müahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

"Sabah"ın futbolçusu Cəfər Cəfərzadə U-17-nin düşərgəsindən ayrılıb

Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin heyətində dəyişiklik baş verib.

"Report" AFFA-ya istinadən xəbər verir ki, "Sabah"ın futbolçusu Cəfər Cəfərzadə səhhətində yaranan narahatlıq səbəbindən düşərgədən ayrılıb.

Onun əvəzinə "Qarabağ"ın oyunçusu Davud Abdullayev heyətə cəlb olunub.

Qeyd edək ki, iyunun 10-dək Qəbələdə hazırlıq keçəcək U-17 ayın 6-da və 9-da Qazaxıstanın müvafiq yaş qrupundan komandası ilə iki yoxlama oyununda qüvvəsini sınayacaq.

Elxan Səmədov: "PFL-in ləğvi deyil, səlahiyyətlərinin genişləndirilməsi gündəmdədir" - MÜSAHİBƏ

Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov "Report"a müsahibə verib. Qurum rəhbəri Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünü dəyərləndirib, "Sabah"ın çempionluğuna toxunub. O, həmçinin Peşəkar Futbol Liqasının ləğv olunacağı ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib.

- Azərbaycan futbolunda daha bir mövsüm arxada qaldı. 2025/2026 mövsümünün yekunları sizin üçün nə qədər gözlənilməz oldu?

- Sürpriz deməzdim, amma iki "cəbhə"də mübarizə, enerji itkisi baxımından çempionluğu və ölkə kubokunu fərqli komandaların qazanacağını düşünürdüm. Bu baxımdan "Sabah" klubu xoş sözlərə layiqdir. I və II Liqada sona qədər mübarizənin getməsi, xüsusən I Liqada bir neçə komandanın gözəl oyunlar nümayiş etdirməsi xoş sürpriz oldu.

- Çoxları belə düşünür ki, son illərin dəyişməz çempionu "Qarabağ"ın son mövsümdə titulsuz qalmasında komandanın Çempionlar Liqasında çox güc itirməsinin də müəyyən rolu oldu. Bu düşüncələri bölüşürsüz?

- Düşünürəm ki, hər klub yeni mövsüm başlamazdan əvvəl plan qurur, özü üçün prioritetləri müəyyənləşdirir. Məncə, bu sualı "Qarabağ" klubunun nümayəndələrinin cavablandırması daha doğru olardı.

- "Sabah"ın mövsümü "qızıl dubl"la bitirməsi barədə nə deyə bilərsiniz?

- Mən artıq dəfələrlə "Sabah" klubunu "qızıl dubl" münasibətilə təbrik etmişəm. Onları bir daha təbrik etmək istəyirəm. Onlar həqiqətən də əla futbol nümayiş etdirdilər və çempionatın ən güclü komandası olduqlarını meydanda göstərdilər.

- Mövsümün əvvəlində yeri futbolçuların oynadılması ilə əlaqədar təşviq mexanizmi tətbiq edildi. Bununla bağlı durum nə yerdədir?

- AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, legioner rüsumundan əldə olunan gəlirin bir hissəsi Premyer Liqa klubları arasında bölüşdürüləcək. Bu, Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan yeni təşviq mexanizmidir. Layihə artıq geridə qoyduğumuz 2025/2026 mövsümündə həyata keçirildi. Bu qərarın qəbulundan sonra Peşəkar Futbol Liqası tərəfindən mövsümboyu müvafiq hesablamalar aparılıb və bütün göstəricilər dəqiq təhlil edilib. Mexanizmə uyğun olaraq, klublara mövsümün yekun nəticələrinə əsasən tutduqları yerlərə müvafiq maliyyə ödənişləri ediləcək. Bu baxımdan ən yüksək məbləğə layiq görülən klub "Qəbələ"dir. Klub əlavə olaraq 50 min manat mükafat əldə edəcək. İkinci yeri "Sumqayıt", üçüncü yeri isə "Şamaxı" tutub. Eyni zamanda, Premyer Liqanı tərk edən "Karvan-Yevlax" klubuna da nəzərdə tutulan vəsait ayrılacaq. Hesab edirik ki, bu, klubun növbəti mövsüm üçün büdcələrinin formalaşdırılmasına, maliyyə dayanıqlığının gücləndirilməsinə və fəaliyyətlərinin davamlılığının təmin olunmasına müsbət təsir göstərəcək. Misli Premyer Liqasında ötən mövsüm çıxış etmiş klubların hər birinə hüquqi prosedurlar yekunlaşdıqdan sonra ödənişlər PFL tərəfindən həyata keçiriləcək.

- Əksəriyyətin fikrincə, son illərin ən maraqlı mövsümünü izlədik. Sizcə, bunda legioner limitinin ləğvi nə dərəcədə rol oynadı?

- Həqiqətən bu mövsüm çox maraqlı keçdi. Lakin mən bunu legioner limitinin ləğvi ilə bağlamazdım. Klubların öz işlərinə daha peşəkar yanaşaraq oyunlara daha çox azarkeş cəlb etmələrinin daha böyük rol oynadığını düşünürəm. Komandalar daha gözəl futbol sərgiləməyə başlayıblar. Məsələn, bu mövsüm hər hansı bir oyunun gedişatını və ya hesabını əvvəlcədən bilmək çox çətin idi. Hətta bu oyun çempionatın lideri və autsayderi arasındakı görüşü olsaydı belə. Sürprizlər çox oldu. Komandalar xarakter göstərirdilər. Bu cür fəaliyyət və oyunla, düşünürəm ki, tezliklə komandalar tribunaları doldurmağı bacaracaqlar.

- Ümumiyyətlə, PFL prezidenti olaraq limitin ləğvinin futbolumuza fayda verdiyini düşünürsüz?

- Mən artıq bu barədə öz fikrimi bildirmişəm. Mən əvvəldən legioner limitinin ləğvinin tərəfdarı deyildim. Çünki düşünürəm ki, bu limitin ləğvi milli komandanın çıxışına mənfi təsir göstərəcək, xüsusilə yaxın iki ildə. Razıyam ki, bu, klublarımızı, xüsusilə də onların Avropa arenasındakı çıxışlarını gücləndirəcək. Düşünürəm ki, klubların nailiyyətləri daha yüksək olacaq. Amma yenə də nəticə çıxarmaq tərəfdarı deyiləm.

- Mövsüm ərzində klublar stadionlarla bağlı ciddi problemlərlə üzləşdilər. Bu məsələ barədə düşüncələriniz necədir? Yeni mövsümdə də eyni problemlə üzləşməmək üçün hansı addımların atılmasını məqsədəuyğun sayırsız?

- Böyük təəssüf hissi ilə qeyd etməliyəm ki, bu problem ildən ilə ötürülür. Və bu sahədə nəzərəçarpan irəliləyiş qeydə ala bilməmişik. Yeni stadionların, təlim-məşq bazalarının tikintisi böyük investisiya tələb edir. Təəssüf ki, klublarımızın əksəriyyətinin hazırda belə imkanları yoxdur. Lakin ümid edirik ki, gələcəkdə bu problem həllini tapacaq.

- Son mövsüm ciddi hakim səhvləri ilə də əlamətdar oldu. Bunu nə ilə izah edə bilərsiz?

- Bəli, təəssüf ki, bu il həm meydanda, həm də VAR-da bir çox hakim səhvlərinin şahidi olduq. Lakin gəlin heç kimi mühakimə etməyək. Mövsümün ortasında Hakimlər Komitəsində kadr dəyişiklikləri həyata keçirildi. Yarım mövsüm ərzində hansısa nəticənin əldə edilməsi mümkün deyil. Nəyisə düzəltmək üçün illər lazımdır. Biz görürük ki, Hakimlər Komitəsinin əməkdaşları işləyir. İndi dəstək olmalıyıq ki, hiss etsinlər ki, onlara inam var, meydanda başverənlər hansısa kluba qarşı qərəz yox, sadəcə, hakim səhvləridir. Gəlin onlara dəstək olaq.

- PFL-in yeni mövsümlə bağlı hansı planları var? Futbol azarkeşlərini hansı yeniliklərlə sevindirəcəksiz?

- PFL artıq iyunun 1-də yeni mövsümün hazırlıqlarına başlayıb. Hər şey İcraiyyə Komitəsinin qərarlarından da asılı olacaq. Ona uyğun yeni planlar və addımlar atıla bilər.

- PFL bu yaxınlarda Dünya Liqaları Assosiasiyasına üzv qəbul edildi. Bunun hansı müsbət tərəflərini qeyd edə bilərsiz?

- Dünya Liqaları Assosiasiyasına üzv olmağımız çox önəmli hadisədir. Bir il ərzində bütün detallarımızla, xərclər, təşkilati məsələlər, əməkdaşların davranışları, bacarıqları, zamanında qərarlar baxımından əsl imtahandan keçdik. Bizi maraqlı bir dönəm gözləyir. Bundan öncə Avropa Liqalarına üzv idik və bu "köhnə qitə"də imkanlar açırdı. İndi isə əhatə dairəmizi genişləndirdik. Avropanın "Böyük beşlik" ölkələrinin və güclü liqalarla yanaşı, məsələn, ABŞ-nin, Yaponiyanın da liqaları ilə təcrübə bölüşə biləcəyik. Dünya Liqaları Assosiasiyasının üzvü olaraq, PFL hər qitədə 50-yə yaxın peşəkar liqanı təmsil edən qlobal şəbəkəyə qoşulacaq. Üzvlük liqaya beynəlxalq təcrübəyə, əməkdaşlığa və idarəetmə, kommersiya inkişafı, oyunçu münasibətləri, yarışların təşkili, hüquqi və tənzimləyici məsələlər və innovasiya daxil olmaqla ən yaxşı təcrübələrin mübadiləsinə çıxış imkanı verəcək.

- PFL klubu futzal üzrə I Liqada növbəti dəfə çempion oldu. Komandanın Yüksək Liqada çıxış edəcəyini gözləməyə dəyər?

- Düzünü desək, bizim Yüksək Liqada oynamaq fikrimiz yoxdur. PFL komandası daha çox futbol akademiyası rolunu oynayır. Biz çox şadıq və fəxr edirik ki, komandamızın yetirmələri futzal yığmalarının heyətində çıxış ediblər, dünən minifutbol üzrə Avropa çempionu olan komandanın üzvü Ramiz Çovdarov, Mirmehdi Rzayev vaxtilə bizim komandada oynayıblar. Həmçinin ötən il Azərbaycanda keçirilmiş və komandamızın dünya çempionu olduğu heyətdə də yer alıblar. Onda Ramiz Çovdarov ən yaxşı oyunçu seçilmişdi. Komandanın əsas məqsədi uşaq futbolunun inkişafıdır. Biz əsasən məktəblərdə iş aparırıq, istedadlı, potensiallı uşaqları seçirik, onların məşq etmələri üçün şərait yaradırıq, yarışlar keçiririk. Bir daha vurğulamaq istəyirəm ki, PFL komandası daha çox uşaq futbol akademiyası rolunu oynayır.

- Son dövrlər Əvəzedicilər Liqasının ləğv ediləcəyi ilə bağlı söhbətlər səngimir. Sizcə, bu yarışın təşkilinə ehtiyac var?

- Məncə, bu sualın komandalarda işləyən məşqçilərə verilməsi daha düzgün olar. Biz onlarla əlaqədəyik və təxminən 80 %-in fikrincə, Əvəzedicilər Liqasının keçirilməsi lazımdır. Əvəzedicilər Liqasının məqsədi, təbii ki, yeni oyunçuların yetişdirilməsi, əsas komanda oyunçularının zədədən sonra bərpası və sairdir. Amma məncə, yenə də bu suala məşqçilərin cavab verməsi daha məqsədəuyğun olar.

- PFL-in ləğv ediləcəyi ilə bağlı söz-söhbətlər də yayılıb. Bu məsələ nə dərəcədə realdır?

- Bu şayiələrin işçilərimizin əhval-ruhiyyəsini aşağı salmaq məqsədi daşıdığını başa düşürük. Amma əvvəllər dediyim kimi, bizim peşəkar komandamız var. Mövsümün nəticələrinə əsasən, heç bir çatışmazlığın olmadığını görə bilərsiniz - hər şey planauyğun getdi. Gələcəkdə də belə olacaq. Düşünürəm ki, AFFA prezidenti Rövşən Nəcəf PFL-in ləğvi və ya islahatının gözlənilmədyini deməklə sualları cavablandırıb. PFL-in səlahiyyətlərinin genişləndirilməsi və ya azaldılması mümkündür. Amma çox güman, düşünürəm ki, burada müzakirə olunan məsələ, xüsusən də infrastruktur məsələləri ilə bağlı səlahiyyətlərin genişləndirilməsidir.

- Klublarımızı qarşıda avrokuboklarda mübarizə gözləyir. Ayrı-ayrılıqda onların şansları barədə nə deyə bilərsiz?

- Klublarımızın avrokuboklar şanslarını yüksək qiymətləndirirəm. Ən azı iki klubumuzun Liqa mərhələsində çıxış edəcəyinə böyük ümidlər bəsləyirəm.

- Tezliklə futbol dünyasının nəzərləri Şimali Amerikaya yönələcək. Dünya çempionatında favotiniz və azarkeşlik edəcəyiniz komandalar hansılardır?

- Bəli, mən də digər futbol azarkeşlləri kimi Şimali Amerikadakı növbəti futbol bayramını böyük səbirsizliklə gözləyirəm. 1982-ci ildən Fransa yığmasının azarkeşiyəm və hesab edirəm bu il onların dünya çempionu olmaq şansları çox yüksəkdir.

AFFA tərəfindən "Oyun – klubun DNT-si" mövzusunda seminar təşkil edilib

AFFA tərəfindən "Oyun – klubun DNT-si" mövzusunda seminar təşkil edilib.

"Report" quruma istinadən xəbər verir ki, tədbirə klublardan 60-dək nümayəndə qatılıb.

İştirakçılar arasında klub menecerləri, akademiya direktorları, koordinatorları və məşqçilər də olub. Seminar Estoniya Premyer Liqasında çıxış edən "Harju JK Laagri" klubunun əsas komandasının baş məşqçisi Lauri Nuuma tərəfindən keçirilib. UEFA Pro lisenziyasına malik olan Lauri Nuuma müxtəlif ölkələrdən futbol məşqçiliyi, oyunçu inkişafı, məşq metodologiyası, skautinq və performans analizi sahələrində təcrübəyə malikdir. O, həmçinin klubda akademiyadan əsas komandaya qədər vahid inkişaf modelinin qurulmasında iştirak edib.

Estoniyalı mütəxəssis futbolun yalnız oyun kimi deyil, insan davranışlarını, mühiti, mədəniyyəti, qərarvermə prosesini və performansı formalaşdıran bütöv bir sistem kimi dəyərləndirilməsinin əhəmiyyətindən danışıb. Təlimçi nəticələrə təkcə son göstərici kimi baxmaqdansa, həmin nəticələri yaradan proseslərin, gündəlik davranışların və mühitin təhlil olunmasının vacibliyini vurğulayıb.

Seminarda klub DNT-sinin akademiya mühitində tətbiqi, oyun fəlsəfəsi, məşq metodologiyası və oyunçu inkişaf modelinin vahid sistem kimi qurulması əsas mövzular sırasında yer alıb. Qeyd olunub ki, klubun DNT-si yalnız ümumi ideya və ya şüar deyil, komandanın gündəlik davranış kodu kimi formalaşmalı, məşq prosesi, oyun analizi, skautinq və oyunçu inkişafı bu yanaşma əsasında sistemli şəkildə qurulmalıdır.

Futbol sahəsində davamlı öyrənmə imkanlarının əhatəsinin genişləndirilməsini dəstəkləyən AFFA bu istiqamətdə həm fiziki, həm də rəqəmsal öyrənmə imkanlarının mütəmadi olaraq təşkil olunmasını nəzərdə tutur. Məqsəd futbol ekosisteminin müxtəlif iştirakçıları üçün daha əlçatan, praktik və müasir təhsil imkanları yaratmaqdır.

Seminar iştirakçılarla fikir mübadiləsi və sual-cavab sessiyası ilə yekunlaşıb. Tədbirin sonunda qarşılıqlı olaraq xatirə hədiyyələri təqdim olunub.

Azərbaycanın güləş yığmaları hazırlığı müxtəlif bölgələrdə davam etdirirlər

Azərbaycanın güləş milliləri təlim-məşq toplanışlarını müxtəlif bölgələrdə davam etdirirlər.

Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Bakıda keçiriləcək dünya çempionatına hazırlaşan sərbəst və yunan-Roma güləşi üzrə U-17 millisi fərqli məkanlarda hazırlaşır. Mayın 24-dən Xaçmaz Olimpiya İdman Kompleksində toplanışa başlayan sərbəst güləşçilər iyunun 6-da toplanışı yekunlaşdıracaq. Yunan-Roma güləşçilərinin Göygöl Olimpiya İdman Kompleksində baş tutan toplanışı isə iyunun 1-11-ni əhatə edir.

U-20 yaş qrupu üzrə yığmalar iyulun 6-dan 12-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək Avropa çempionatına eyni məkanda hazırlaşır. Hər iki komanda iyunun 1-dən Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start verib. Hazırlıq prosesi ayın 12-də yekunlaşacaq.

Böyüklərdən ibarət sərbəst güləş millisi isə sabahdan Şamaxı Olimpiya İdman Kompleksində toplanışa başlayacaq. Gələn ay (15–19 iyul) Macarıstanın paytaxtı Budapeştdə təşkil ediləcək ilin son reytinq turnirinə hazırlıq xarakteri daşıyan toplanış iyunun 20-dək davam edəcək.

Qeyd edək ki, dünya çempionatı iyulun 27-dən avqustun 2-nə kimi Bakıda təşkil olunacaq.

"Sabah"ın yay təlim-məşq toplanışı üçün planı bəlli olub

"Sabah" Futbol Klubunun yay təlim-məşq toplanışı üçün planı bəlli olub.

Bu barədə "Report"a Bakı klubunun mətbuat xidmətindən məlumat verilib.

Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda yeni mövsümün hazırlıqlarına iyunun 17-də başlayacaq. Avstriyanın Tirol bölgəsində baş tutacaq toplanış iyulun 3-dək davam edəcək.

Hazırlıq çərçivəsində 3 yoxlama oyununun keçirilməsi nəzərdə tutulub.

"Bavariya" Serjinyo Destin transferi üçün 25 milyon avro ödəməyə hazırdır

Almaniyanın "Bavariya" klubu Niderlandın PSV komandasının və ABŞ yığmasının müdafiəçisi Serjinyo Destin transferində maraqlıdır.

"Report" "Eindhovens Dagblad"a istinadən xəbər verir ki, 25 yaşlı futbolçunun transferi təxminən 25 milyon avroya baş tuta bilər.

Oyunçu 2024-cü ilin iyulundan PSV-də çıxış edir. Onun müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Serjinyo Dest 2025/2026 mövsümündə meydana çıxdığı 38 matçda 3 qol vurub və 8 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" portalı onun dəyərini 18 milyon avro qiymətləndirir.

MOK-da "Milli İdman Federasiyaları üçün Təhlükəsiz İdman Proqramı" keçirilib

Milli Olimpiya Komitəsində (MOK) "Milli İdman Federasiyaları üçün Təhlükəsiz İdman Proqramı" keçirilib.

"Report" xəbər verir ki tədbirdə 24 federasiyanın nümayəndələri iştirak edib.

Mərasimdə proqramın yerli federasiyalarda tətbiqi mexanizmləri, risklərin qiymətləndirilməsi və idarə olunması üzrə praktiki metodlar, hesabatlılıq və müdafiə tədbirləri barədə danışılıb.

Sonda proqram iştirakçılarına sertifikatlar təqdim olunub.

Qeyd edək ki "Milli İdman Federasiyaları üçün Təhlükəsiz İdman Proqramı"na iyunun 4-də start verilib.

Bakıda aerobika və akrobatika gimnastikası üzrə AGF Trophy beynəlxalq turniri start götürüb

Bu gün Bakıda aerobika və akrobatika gimnastikası üzrə AGF Trophy beynəlxalq turnirinə start verilib.

"Report" xəbər verir ki, yarış Milli Gimnastika Arenasında təşkil olunur.

Mükafatlar uğrunda Azərbaycanla yanaşı, Avstraliya, Bolqarıstan, Estoniya, Gürcüstan, Qazaxıstan, Polşa, Rusiya, Özbəkistan və Qazaxıstan təmsilçiləri mübarizə aparır.

Milli Gimnastika Arenasında bu gün həmçinin aerobika və akrobatika gimnastikası üzrə Dünya Kuboku başlayacaq. Aerobika üzrə yarışda Azərbaycan, Əlcəzair, Bolqarıstan, İtaliya, Rusiya, Türkiyə və Ukrayna idmançıları çıxış edəcəklər.

Akrobatika gimnastikasında isə Azərbaycan, Avstraliya, Belarus, Bolqarıstan, Estoniya, Gürcüstan, Qazaxıstan, Polşa, Rusiya, İspaniya və Ukrayna komandalarının üzvləri güclərini sınayacaqlar.

Qeyd edək ki, yarışlar iyunun 7-də yekunlşacaq.

"Real" "Arsenal"ın müdafiəçisi Rikkardo Kalafiorinin transferində maraqlıdır

İspaniyanın "Real" klubu İngiltərə təmsilçisi "Arsenal"ın müdafiəçisi Rikkardo Kalafiorinin transferində maraqlıdır.

"Report" insayder Nikolo Şiraya istinadən xəbər verir ki, Madrid klubu 24 yaşlı italyan futbolçunun keçidi ilə bağlı qarşı tərəfə sorğu göndərib.

Futbolçu 2024-cü ilin iyulundan London klubunda çıxış edir. Onun müqaviləsinin müddəti 2029-cu il iyunun 30-da başa çatır.

Qeyd edək ki, R.Kalafiori 2025/2026 mövsümündə meydana çıxdığı 36 qarşılaşmada 1 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub. "Transfermarkt" onun dəyərini 55 milyon avro qiymətləndirir.

"Karvan-Yevlax" daha bir legioneri ilə yolları ayırıb

"Karvan-Yevlax" daha bir legioneri ilə yolları ayırıb.

Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.

Yevlax təmsilçisi Coy Sleyd Mikelslə başa çatan müqavilənin müddətini yeniləməyib.

Qeyd edək ki, Ruandalı 30 yaşlı futbolçu Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə bölgə komandasının heyətində meydana çıxdığı 19 oyunda 5 qol vurub.

Azərbaycanın trek velosipedi üzrə millisi Slovakiyada beynəlxalq yarışda iştirak edəcək

Azərbaycanın trek velosipedi üzrə millisi Slovakiyanın Presov şəhərində təşkil olunacaq "GP Presov" beynəlxalq yarışında iştirak edəcək.

Bu barədə "Report"a Azərbaycan Velosiped İdmanı Federasiyasından bildirilib.

Baş məşqçi Vladimir Buşanski və böyük məşqçi Elçin Qasımovun rəhbərlik etdiyi heyətdə Tural İsrafilov, Maksim Trendelyov (hər ikisi U-23), Rəhim Nağıyev, Çingiz İsayev, Murad Nadirov, Nihad Xudoyev (hamısı gənclər) və Viktoriya Sidorenko yer alıblar.

Qeyd edək ki, bu turnir ölkə təmsilçisinin iyulda Almaniyada keçiriləcək Avropa çempionatına hazırlıq prosesinin davamıdır.

"Karvan-Yevlax" Qavi Tompsonla vidalaşıb

"Karvan-Yevlax" klubu Qavi Thompsonla vidalaşıb.

Bu barədə "Report"a bölgə klubunun mətbuat xidmətindən bildirlib.

Futbolçu ilə müqavilə müddəti yenilənməyib.

Qeyd edək ki, 26 yaşlı nigeriyalı futbolçu Misli Premyer Liqasının 2025/2026 mövsümündə meydana çıxdığı 33 oyunda 2 qolla yadda qalıb.

Ardıcıl altı dünya çempionatında bombardirlər eyni sayda qol vurublar

Dünya çempionatlarında ardıcıl 6 turnirdə bombardirlər 6 qol vurublar.

"Report" FİFA-ya istinadən xəbər verir ki, 1978-ci ildə Argentinada təşkil olunan yarışdan 1998-ci ildə Fransada keçirilən turnirə qədər ən məhsuldar futbolçular eyni sayda qolla yadda qalıblar.

Məhsuldarlıq seriyasını 1978-ci ildə Argentinanı çempionluğa daşıyan Mario Kempes başladıb, 1982-ci ildə isə Paolo Rossi İtaliya komandası üçün eyni uğuru təkrarlayıb.

İngiltərəli Qari Lineker 1986-cı ildə, italiyalı Salvatore Skillaçi isə 1990-cı ildə 6 qolla ən məhsuldar oyunçular olublar. 1994-cü ildə rusiyalı Oleq Salenko və bolqarıstanlı Xristo Stoiçkov da eyni sayda fərqlənməklə bombardirlik mükafatını bölüşüblər. Xorvatiyalı Davor Şuker 1998-ci ildə digər futbolçuları qabaqlayıb.

Braziliyalı Ronaldo 2002-ci ildə 8 qol vurmaqla bu seriyaya son qoyub.

Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya 48 komanda qatılacaq.

Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunda Litva ilə qarşılaşacaq

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda bu gün növbəti matçını keçirəcək.

"Report"un məlumatına görə, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv pley-in mərhələsində Litva ilə üz-üzə gələcək.

Qarşılşama saat 22:00-da start götürəcək.

Qeyd edək ki, Dünya Kubokunda mübarizəyə A qrupunda başlayan Azərbaycan millisi Madaqaskar (21:13), Çexiya (14:11) və Polşanı (20:13) məğlub edib, Niderlanda isə uduzub - 13:19.

Azərbaycan yığması yoldaşlıq matçında Malta ilə üz-üzə gələcək

Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olan futbol üzrə Azərbaycan millisi bu gün yoldaşlıq matçı keçirəcək.

"Report" xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Malta ilə qarşılaşacaq.

Görüş Macarıstanın Sombatxey şəhərindəki "Haladaş" stadionunda, saat 22:00-da start götürəcək. Matçı macarıstanlı baş hakim Mixail Kaprali idarə edəcək.

Qeyd edək ki, milli hazırlıq çərçivəsində növbəti matçını San-Marinoya qarşı keçirəcək. Bu görüş iyunun 9-da baş tutacaq.

Azərbaycanın qadın voleybol millisi Avropa Liqasında mübarizəyə başlayır

Azərbaycanın qadın voleybolçulardan ibarət millisi Avropa Liqasında mübarizəyə start verir.

"Report" xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv bu gün İsveç yığması ilə üz-üzə gələcək.

Görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində, saat 18:00-da başlayacaq.

Qeyd edək ki, milli növbəti matçını iyunun 7-də Estoniyaya qarşı keçirəcək.

Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində bu gün növbəti matçına çıxır

Azərbaycanın qadın futbolçulardan ibarət yığması dünya çempionatının seçmə mərhələsində bu gün növbəti matçına çıxacaq.

"Report" xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu kollektiv Macarıstanla üz-üzə gələcək.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda, saat 18:00-da start götürəcək qarşılaşmanın baş hakimi sloveniyalı Vanya Yankoviç olacaq.

Qeyd edək ki, C Liqasının 3-cü qrupunda yer alan milli daha əvvəl baş tutan matçlarda evdə və səfərdə Andorranı (3:1 2:0), həmçinin Bakıda Şimali Makedoniyanı (2:0) məğlub edib. Yığma səfərdə Macarıstana 0:1 hesabı ilə uduzub.

Komanda 4 oyundan sonra qrupda 9 xalla ikinci pillədə yer alıb. Macarıstan (10 xall) birinci, Şimali Makedoniya (3 xal) üçüncü, Andorra (1 xal) dördüncüdür.

Ayxan Abbasov: "Hər iki yoldaşlıq görüşündə qələbə qazanmaq əsas hədəfdir"

Azərbaycan millisi Malta və San-Marino ilə keçiriləcək yoldaşlıq oyunlarında qələbə qazanmağı hədəfləyib.

"Report" xəbər verir ki, bunu komandanın baş məşqçisi Ayxan Abbasov oyundan öncə mətbuat konfransında bildirib.

Baş məşqçi UEFA Millətlər Liqası turnirinə hazırlıq mərhələsini və rəqib seçimlərini şərh edib:

"Ağır çempionat marafonundan sonra futbolçuların istəkli və inamlı olması sevindiricidir. Avstriyadakı hazırlıq prosesində rəqib olaraq Malta və San-Marino seçildi. Çünki bəzi komandalar bura gəlməkdən imtina etdi, bəziləri isə qarşılaşmaları öz ölkələrində keçirməyi təklif etdi. Bu isə yol yorğunluğuna səbəb ola bilərdi. Digər tərəfdən, UEFA Millətlər Liqası turnirindəki rəqiblər Litva və Lixtenşteynə güc baxımından yaxın olan komandalarla oynamaq planlaşdırılırdı. Malta son illərdə yaxşı inkişaf edən kollektivlərdəndir və Slovakiyaya 1:2 hesabı ilə uduzsalar da, öz güclərini göstərdilər. Bu səbəbdən Malta və San-Marino ilə görüşlər rəsmi turnirə hazırlıq baxımından çox faydalıdır."

Ayxan Abbasov yoldaşlıq görüşlərinin fərqli xüsusiyyətlərini diqqətə çatdırıb:

"Yoldaşlıq görüşlərinə rəsmi matçlardan fərqli yanaşılır. Burada çoxlu əvəzetmələr etmək, müəyyən risklərə getmək mümkündür. Lakin futbol elə bir oyundur ki, statusundan asılı olmayaraq hər qarşılaşmada qələbə qazanmaq əsas niyyətdir. Komandanın futbol fəlsəfəsini, verilən tapşırıqların müsbət tərəflərini görmək çox önəmlidir. Əvvəlki rəsmi oyunlarda hazırlıq prosesini bir yerdə keçmək imkanı yox idi və İrlandiya, Fransa, Ukrayna kimi güclü rəqiblərlə matçlarda dəyişikliklər etmək böyük risk daşıyırdı. FIFA Series turniri və indiki toplanış isə geniş sınaqlar üçün əlverişli şərait yaradır".

Mütəxəssis sabah baş tutacaq Malta ilə oyunda meydana çıxacaq heyəti də açıqlayıb:

"Hər iki qarşılaşmada fərqli heyət çıxış edəcək. Bura 25 futbolçu və 3 qapıçı ilə gəlinib. Emil sabah əsas heyətdə yer alacaq. Müdafiədə Anton Krivotsyuk, Bədavi Hüseynov və Elvin Bədəlov, cinahlarda isə Qismət Alıyev və Elvin Cəfərquliyev oynayacaq. Mərkəzdə Aleksey İsyaev və Emil Səfərov, hücumda isə Mahir Emreli, Toral Bayramov və Xəyal Nəcəfov çıxış edəcək. İkinci görüşdə isə tam fərqli heyətdən istifadə olunacaq".

Çalışdırıcı "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyevin karyerasındakı son vəziyyətə də toxunub:

"Elvinlə söhbətlər aparılıb və futbolçunun böyük istəyi görünür. Bu oyunlar oyunçuya böyük təkan verəcək. Məlum hadisələrdən sonra yeni klub tapmaq önəmlidir. Sentyabr ayına, yəni UEFA Millətlər Liqasına qədər yeni komandasında oyun praktikasından əziyyət çəkməyəcəyinə inanılır. Belə məsələlərə milli komanda rəhbərliyi olaraq çox qarışmaq mümkün olmasa da, klubun futbolçunun gələcəyi üçün lazımi şəraiti yaradacağı gözlənilir. Çünki Elvin Cəfərquliyev Azərbaycan üçün vacib oyunçudur."

Qeyd edək ki, Avstriyada təşkil olunan təlim-məşq toplanışı çərçivəsində keçiriləcək Azərbaycan - Malta yoldaşlıq görüşü iyunun 5-də San Marino ilə matç isə iyunun 9-da baş tutacaq.

Emil Balayev: "Üç ildən sonra yenidən milliyə qayıtmaq məni çox sevindirir"

Futbol üzrə Azərbaycan millisinin qapıçısı Emil Balayev uzun fasilədən sonra yığmaya qayıtdığı üçün çox sevinir.

"Report" xəbər verir ki, qolkiper bunu Malta ilə yoldaşlıq matçından öncə mətbuat konfransında deyib.

O, Avstriyadakı təlim-məşq toplanışı və komandadakı atmosfer barədə danışıb:

"Baş məşqçi Ayxan Abbasov başda olmaqla, bütün məşqçilər heyətinə minnətdarlığımı bildirirəm. Müəyyən zədələr səbəbindən uzun müddət oyunlardan uzaq qalsam da, 3 ildən sonra yenidən yığmada olmaq məni həqiqətən çox sevindirir. Göstərilən etimada görə çox sağ olun. Qarşıda maraqlı bir oyun var. Komandada çox yaxşı abu-hava hökm sürür. Bakıdakı 3 günlük məşqlərdən sonra artıq 4 gündür burada hazırlıq prosesi davam edir. Kollektivdə əsl ailə atmosferi var və oyunun maraqlı keçəcəyini düşünürəm. Sabah bunun şahidi ola bilərik".

Qeyd edək ki, Avstriyada təşkil olunan təlim-məşq toplanışı çərçivəsində keçiriləcək Azərbaycan - Malta qarşılaşması iyunun 5-də baş tutacaq.

Siyasət Əsgərov: "İrəli xətdə hər kəsdən qol gözləyirik"

Azərbaycanın futbol üzrə qadınlardan ibarət yığmasının baş məşqçisi Siyasət Əsgərov dünya çempionatının seçmə mərhələsində C Liqasının 3-cü qrupunda baş tutacaq Azərbaycan – Macarıstan oyunundan əvvəl fikirlərini bölüşüb.

"Report" AFFA-ya istinadən xəbər verir ki, o, matça maksimum hazırlaşdıqlarını bildirib.

Siyasət Əsgərovun sözlərinə görə, onlar üçün Sumqayıtda oynamaq şərəfdir:

"Ümid edirəm ki, tribunada azarkeşləri də görəcəyik. Turnir cədvəlində ikinci pillədəyik. Rəqibdən bir xal geri qalırıq. Oyunun mahiyyətinin fərqindəyik. Matça maksimum hazırlaşmışıq. Bizim üçün qələbə önəmlidir. Bu oyuna fərqli planla çıxacağıq. Rəqibin hansı boşluqlar verdiyini bilirik. Komandada psixoloji problemimiz yoxdur. Hər oyunda olduğu kimi, bu matçda da irəli xətdəki hər kəsdən qol gözləyirik".

Qeyd edək ki, Azərbaycan - Macarıstan matçı iyunun 5-də, saat 18:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Siyasət Əsgərov: İrəli xətdə hər kəsdən qol gözləyirik

Qadınlardan ibarət yığmanın baş məşqçisi Siyasət Əsgərov qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində C Liqasının 3-cü qrupunda baş tutacaq Azərbaycan – Macarıstan oyunundan əvvəl fikirlərini bölüşüb.

"Report" AFFA-ya istinadən xəbər verir ki, o, matça maksimum hazırlaşdıqlarını bildirib.

Siyasət Əsgərovun sözlərinə görə, onlar üçün Sumqayıtda oynamaq şərəfdir:

"Ümid edirəm ki, tribunada azarkeş də görəcəyik. Turnir cədvəlində ikinci pillədəyik. Rəqibdən bir xal geri qalırıq. Oyunun mahiyyətinin fərqindəyik. Matça maksimum hazırlaşmışıq. Bizim üçün qələbə önəmlidir. Bu oyuna fərqli planla çıxacağıq. Rəqibin harda boşluqlar verdiyini bilirik. Komandada psixoloji problemimiz yoxdur. Hər oyunda olduğu kimi bu oyunda da, tək Sevincdən yox, irəli xətdəki hər kəsdən qol gözləyirik".

Mustafa Koç: "Bakıdakı kurslarda məşqçiliklə bağlı yaxşı biliklərə yiyələndim"

Türkiyə yığmasının voleybolçusu Mustafa Koç Bakıda təşkil olunan "FİVB Level-2" kurslarında məşqçilik fəaliyyətinə başlamaq üçün çox yaxşı biliklərə yiyələnib.

"Report" xəbər verir ki, idmançı bunu jurnalistlərə açıqlamasında deyib.

O, kursun çox gözəl təşkil olunduğunu vurğulayıb:

"Türkiyə yığmasının oyunçusuyam və əsas peşəkar liqada çıxış edirəm. Əvvəlki kursda Türkiyədən çox sayda iştirakçı olub. Bu, bizdə də maraq oyadıb və gəlib bu kursdan yararlanmaq istədik. Çox gözəl təşkilatçılıq var. Təxminən bir həftədir buradayıq. Oyunçuluqdan fərqli olaraq, məşqçilik təcrübəsinə addım atmaq üçün çox yaxşı şeylər öyrəndik və bu səviyyədə özümüzü inkişaf etdirdik. Burada əməyi keçən, bizi qonaq edən hər kəsə təşəkkür edirik. Azərbaycanda olmaqdan çox xoşbəxtik".

Qeyd edək ki, seminara iyunun 5-də yekun vurulacaq. Təlimlərdə Azərbaycanla yanaşı, Türkiyə, Avstraliya, Kipr, İran, Hindistan, Ukrayna, İsrail və Belarusdan olan məşqçi və mütəxəssislər iştirak edirlər.

Cengiz Akarçeşme: "Azərbaycanda FIVB tərəfindən təşkil edilən məşqçilik kursunun səviyyəsi çox yüksəkdir"

Azərbaycandaq voleybol məşqçiləri üçün təşkil edilən "FIVB Level-2" kursunun səviyyəsi çox yüksəkdir.

"Report" xəbər verir ki, bunu FIVB-nin məşqçi-instruktoru, professor Cengiz Akarçeşme jurnalistlərə açıqlamasında deyib.

O, Bakıda təşkil olunan təlimlərin proqramı və iştirakçıların hazırlıq səviyyəsi barədə danışıb:

"Azərbaycanda FIVB tərəfindən təşkil edilən voleybol üzrə məşqçilik kursunun səviyyəsi çox yüksəkdir. Burada yüksək səviyyəli oyunçular, məşqçilər və təlimçilər yer alırlar. Kurslara qatılan Azərbaycan təmsilçilərindən bəziləri isə həm Yüksək Liqada, həm də aşağı yaş qruplarında çalışırlar. Kursun sonunda iştirakçıların mühüm biliklər qazanaraq məzun olacaqlarına və fəaliyyətlərini uğurla davam etdirəcəklərinə inanıram".

Qeyd edək ki, 7 ölkənin təmsil olunduğu seminara iyunun 5-də yekun vurulacaq. Təlimlərdə Azərbaycanla yanaşı, Türkiyə, Avstraliya, Kipr, İran, Hindistan, Ukrayna, İsrail və Belarusdan olan məşqçi və mütəxəssislər iştirak edirlər.

Ayşən Abduləzimova: "Avropa çempionatı bizim üçün daha vacib yarışdır"

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi üçün Avropa çempionatı daha vacib yarışdır.

"Report" xəbər verir ki, bunu yığma üzvü Ayşən Abduləzimova jurnalistlərə açıqlamasında deyib.

Voleybolçu hazırlıq prosesinin yekunları və qarşıdakı rəqiblər barədə danışıb:

"Hazırlıq prosesi başa çatdı. Sabah İsveç yığması ilə ilk qarşılaşma baş tutacaq. Rəqib güclüdür və oyunun çətin keçəcəyi gözlənilir. Lakin uğurlu nəticə üçün hər bir voleybolçu maksimum güc sərf edəcək. Estoniya ilə növbəti görüş nisbətən rahat görünsə də, bütün oyunlara eyni məsuliyyətlə yanaşmaq lazımdır".

O, millinin şanslarını dəyərləndirib:

"Şanslar olduqca böyükdür. Hər şey planlaşdırıldığı kimi davam edərsə, yaxşı nəticə qazanmaq mümkündür. Avropa çempionatı bu yarışdan daha vacib hesab olunsa da, turnir reytinq xalları baxımından böyük əhəmiyyət daşıyır. Bu səbəbdən rəqibləri və yarışı kiçiltmək olmaz".

Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasında ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda komandanın rəqibləri İsveç və Estoniya olacaq.

Faiq Qarayev: "Əsas hədəf Avropa çempionatının Azərbaycanda təşkil olunacaq mərhələsidir"

Azərbaycanın qadınlardan ibarət voleybol millisinin əsas hədəfi Avropa çempionatının Bakıda təşkil olunacaq mərhələsidir.

"Report" xəbər verir ki, bunu komandanın baş məşqçisi Faiq Qarayev jurnalistlərə açıqlamasında deyib.

Mütəxəssis yığmanın Avropa Liqasına hazırlığını dəyərləndirib:

"Sloveniyada keçirilən hazırlıq prosesində bir neçə yoldaşlıq görüşü baş tutub və komanda qələbə qazanıb. Təxminən 25 gündür ki, hazırlıq dövrü davam edir. Əsas proqram avqustda təşkil olunacaq Avropa çempionatına yönəlib. Hazırlıq turnirində 3 əsas oyunçu zədə səbəbindən çıxış etməyəcək. Polina Rəhimova və Ayşən Abduləzimova zədəlidir. Buna baxmayaraq, qarşıdakı oyunları yüksək səviyyədə keçirmək lazımdır. Voleybolçuları qorumaq və Avropa çempionatına tam hazır vəziyyətdə yanaşmaq əsas hədəfdir".

Mütəxəssis İsveç və Estoniya komandaları ilə oyunlara, həmçinin digər rəqiblərin gücünə diqqət çəkib:

"İsveç güclü komandadır. Hər bir rəqibə qarşı düzgün mübarizə aparmaqla qalib gəlmək mümkündür. Estoniya ilə görüşdə də qələbə qazanmaq lazımdır. İspaniya və Makedoniyadakı 4 oyun da bu məqsədə xidmət edir. Əsas hədəf Avropa çempionatının Azərbaycanda təşkil olunacaq mərhələsidir. Komandanın qrupdan yüksək xalla çıxması üçün hazırlıqlar plan üzrə davam edir".

Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasında ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda komandanın rəqibləri İsveç və Estoniya olacaq.

Avropa Liqası: Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Bakıda açıq məşqi baş tutub

Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Bakıda açıq məşqi təşkil olunub.

"Report" xəbər verir ki, hazırlıq prosesi bu gün Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutub.

Baş məşqçi Faiq Qarayev voleybolçulara müxtəlif tapşırıqlar verib. Komanda taktiki-texniki məşqləri yerinə yetirib.

Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasında ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda komandanın rəqibləri İsveç və Estoniya olacaq.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqası üçün yekun heyəti açıqlanıb

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Avropa Liqası üçün yekun heyəti açıqlanıb.

Bu barədə "Report"a Azərbaycan Voleybol Federasiyasından bildirilib.

Baş məşqçi Faiq Qarayev heyətə 14 voleybolçunun adını daxil edib.

Hücumçular: Yelizaveta Ruban, Marqarita Stepanenko, Kseniya Pavlenko, Nərminə Musayeva, Ülkər Kərimova, İlhamə Əzimova

Orta oyunçular: Ayşən Abduləzimova, Aynur İmanova, Mariya Kirilyuk

Toppaylayıcılar: Kristina Besman, Raziyə Əliyeva

Liberolar: Yuliya Kərimova, Bəyaz Quluyeva, Ceyran İmanova

Baş məşqçinin köməkçiləri Emin Əbilov, Ziya Rəcəbov, Famil Ağayev olacaqlar.

Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda komandanın rəqibləri İsveç və Estoniya olacaq.

"Qarabağ" rəsmisi Aftandil Hacıyev: "Strasburq" Əli Bəşirovun performansını bəyənib"

Fransanın "Strasburq" klubu Azərbaycanın U-16 millisinin və "Qarabağ"ın futbolçusu Əli Bəşirovun performansını bəyənib.

Bunu "Report"a açıqlamasında Ağdam klubunun akademiyasının koordinatoru Aftandil Hacıyev deyib.

Mütəxəssis prosesin gedişatı barədə danışıb:

"Bizə futbolçunun keyfiyyətləri barədə atletik performans testlərini göndərdilər. Ümumilikdə futbolçumuzun oyunu onları qane edib, performansını bəyəniblər. Amma prosesi necə davam etdirəcəyimiz bəlli deyil, çünki danışıqlar hələ başlamayıb. Oyunçunun 16 yaşı olduğu üçün keçidin necə reallaşacağı bilinmir, çünki ortada FIFA-nın qaydaları var. Klublar arasında mütləq danışıqlar aparılmalıdır. Onun Fransaya getmək ehtimalı var. Lakin bu, rəsmi müzakirələrdən asılı olacaq".

Qeyd edək ki, Əli Bəşirov Fransanın "Strasburq" klubunda keçirdiyi iki həftəlik təcrübə proqramını başa vurub.

16 yaşlı futbolçu təcrübə müddətində klubun 17 yaşadək futbolçulardan ibarət komandası ilə birlikdə məşqlərdə və yoldaşlıq oyunlarında iştirak edib. O, həmçinin bir sıra fiziki və atletik testlərdən də keçib.

DÇ-2026-ya dəvət olunan 170 hakimdən 55-i Avropanı təmsil edəcək - ARAŞDIRMA

İyunun 11-də start götürəcək futbol üzrə dünya çempionatında yer alacaq 170 hakimdən 55-i Avropanı təmsil edəcək.

"Report"un araşdırmasına görə, mundiala 6 konfederasiya və 50 assosiasiyadan olan 52 baş hakim, 88 köməkçi hakim və 30 VAR hakimi dəvət alıb.

Bu, indiyə qədər keçirilən dünya çempionatları tarixində ən geniş hakim heyətidir və DÇ-2022-də qeydə alınan göstəricidən 41 nəfər çoxdur.

2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında olduğu kimi, bu dəfə də qadın hakimlərin xidmətinə ehtiyac duyulub. Belə ki, ABŞ-dən Tori Penso, Meksikadan isə Katya Qarsiya oyunlar zamanı baş hakim kimi iş başında olmaq imkanı qazanıblar.

Onlarla yanaşı, Fransa və Argentina arasında baş tutan DÇ-2022-nin final matçını idarə etmiş polşalı Şimon Marçinyak, Almaniyada təşkil olunan AVRO-2024-də İspaniya ilə İngiltərə arasındakı həlledici görüşdə iş başında olmuş Fransua Leteksye də DÇ-2026-da yer alıb. Siyahıda həmçinin Maykl Oliver, Entoni Teylor (hər ikisi İngiltərə), Slavko Vinçiç (Sloveniya), Kleman Türpen (Fransa), Feliks Svayer (Almaniya), Alexandro Ernandes (İspaniya) kimi məşhur referilərin də adları var.

FIFA-nın siyahısında ən çox hakimlə təmsil olunan qitə Avropadır. Belə ki, sözügedən qitənin 55 fit sahibi mundiala dəvət alıb. Cənubi Amerika 39, Şimali Amerika 29, Asiya 21, Afrika 20, Avstraliya və Okeaniya isə hərəyə 6 hakimlə təmsil olunacaq. Ölkələr üzrə isə ən çox hakim Braziliya və Argentinadan (hərəsindən 9 hakim) gələcək.

Avropa (55 hakim)

İngiltərə (7), Fransa (7), Niderland (5), İspaniya (4), Polşa (4), İtaliya (4), Almaniya (4), Norveç (3), Rumıniya (3), İsveç (3), Portuqaliya (3), İsveçrə (3), Sloveniya (3), Xorvatiya (1), Belçika (1)

Cənubi Amerika (39 hakim)

Braziliya (9), Argentina (9), Uruqvay (5), Çili (4), Venesuela (4), Paraqvay (3), Kolumbiya (3), Peru (2)

Şimali Amerika (29 hakim)

ABŞ (8), Meksika (7), Kanada (3), Honduras (3), Salvador (2), Kosta-Rika (2), Nikaraqua (2), Yamayka (1), Trinidad və Tobaqo (1)

Asiya (21 hakim)

Qətər (4), Səudiyyə Ərəbistanı (3), Çin (3), İordaniya (3), BƏƏ (3), Özbəkistan (3), Yaponiya (2).

Afrika (20 hakim)

Misir (4), Mərakeş (4), Qabon (3), Əlcəzair (3), CAR (2), Somali (1), Mavritaniya (1), Anqola (1), Kamerun (1).

Avstraliya və Okeaniya (6 hakim)

Avstraliya (4), Yeni Zelandiya (2)

Artıq texnologiyanın da futbola sirayət etməsi normal hal alıb və hətta maraqla qarşılandığını da söyləmək mümkündür. Məhz bunu nəzərə alan FIFA dünya çempionatı oyunlarında tempin artırılmasına və vaxt itkisinin azaldılmasına yönələn bir sıra yeniliklərin tətbiqi ilə bağlı da qərarlar qəbul edib. Belə ki, ötən il yeni formatda ABŞ-də təşkil olunan klublararası dünya çempionatında ilk dəfə tətbiq edilən hakimlərin bədən kameralarından DÇ-2026-da da istifadə olunacaq.

Süni intellekt tərəfindən dəstəklənən proqram təminatı real vaxt rejimində çəkilmiş görüntüləri daha yüksək keyfiyyətə daşıyacaq, həmçinin hərəkət bulanıqlığını azaldaraq azarkeşlərə meydanda yaşananlara hakimin perspektivindən daha yaxşı baxış imkanı təqdim edəcək. Bundan əlavə, daha əvvəl də istifadə olunmuş qapı xətti ("Goal line"), yarıavtomatlaşdırılmış ofsayd texnologiyasının inkişaf etmiş versiyasından, həmçinin toplara inteqrasiya edilmiş cihazlardan yararlanılacaq.

Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.

"Sabah" kapitanı Amin Seydiyevlə yolları ayırıb

"Sabah" kapitanı Amin Seydiyevlə yolları ayırıb.

Bu barədə "Report"a Bakı klubunun mətbuat xidmətindən bildirlib.

27 yaşlı müdafiəçinin müqaviləsinin müddəti yenilənməyib. Seydiyev komandada meydana çıxdığı 186 oyunda 7 qola imza atıb.

"Sabah"ın heyətində bir dəfə Azərbaycan çempionluğunu və iki dəfə Kubokunu qazanan milli üzvü klub tarixində ən çox oyun keçirmiş futbolçudur.

Qeyd edək ki, Amin Seydiyev 2020-ci ildən "Sabah"da oynayırdı.

Kriştianu Ronaldunun transfer dəyəri 10 milyon avroya enib

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldunun dəyəri 10 milyon avroya enib.

"Report" "Transfermarkt" portalına istinadən xəbər verir ki, portuqaliyalı ulduz futbolçunun dəyərində əvvəlki ilə müqayisədə 2 milyon avro azalma qeydə alınıb.

Portuqaliya yığmasının və "Əl-Nəsr"in digər oyunçusu Juan Feliksin qiyməti isə 3 milyon avro artaraq 28 milyon avroya çatıb. Səudiyyə Pro Liqasının ən bahalı oyunçusu 30 milyon avro dəyərlə İtaliya millisinin hücumçusu Mateo Reteqidir. Meksikanı dünya çempionatında təmsil edəcək "Əl-Qədisiyyə"nin forvardı Julian Kinonesin dəyəri isə 14 milyon avroya yüksəlib.

Səudiyyə Ərəbistanının digər klubu "Əl-Hilal"ın da bir neçə məşhur futbolçusunun qiymətlərində azalma müşahidə olunur. Teo Ernandeslə Darvin Nunyesin dəyəri 20 milyon avroya, Sergey Milinkoviç-Saviçin qiyməti 12 milyon avroya düşüb. Kollektivin 38 yaşlı fransalı hücumçusu Kərim Benzemanın da qiyməti 1 milyon azalaraq 5 milyon avroya enib.

Qeyd edək ki, Kriştianu Ronaldu və Juan Feliks Portuqaliya yığmasının 2026-cı il dünya çempionatı üçün yekun heyətinə daxil ediliblər.

FİFA təhlükəsizlik məqsədilə dünya çempionatında plastik butulkaları qadağan edib

FİFA futbol üzrə dünya çempionatı oyunları zamanı azarkeşlərin stadionlara plastik butulkalar gətirməsini qadağan edib.

"Report" quruma istinadən xəbər verir ki, qaydalar mundialın startına bir həftə qalmış yenilənib.

Rəsmi bəyanatda qərarın oyunçuların və stadiona gələnlərin xəsarət risklərinin qarşısını almaq məqsədi daşıdığı bildirilib. Həmçinin stadionların daxilində dünya çempionatı zamanı qablaşdırılmış suyun qiymətinin uyğun olacağı açıqlanıb.

Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya 48 komanda qatılacaq.

Argentina millisi dünya çempionatları tarixində penalti seriyaları üzrə rekordçudur

Argentina yığması dünya çempionatları tarixində rekord sayda - 7 penalti seriyasında mübarizə aparıb.

"Report" FİFA-ya istinadən xəbər verir ki, penalti seriyasının tətbiq edildiyi 1978-ci ildən bəri turnirdə 74 ölkə iştirak etsə də, Argentina bu oyunların 20 %-nə şərik olub.

Braziliya, Fransa və İspaniya yığmalarının hərəyə 5 belə seriyası qeydə alınıb.

Argentina qeyd olunan zərbələrdə 6 dəfə qalib gəlib. Komanda 1990-cı ildə Yuqoslaviya və İtaliyanı, 1998-ci ildə İngiltərəni, 2014 və 2022-ci illərdə Niderlandı, sonuncu turnirin finalında isə Fransanı mübarizədən kənarlaşdırıb. Kollektivin yeganə məğlubiyyəti 2006-cı ildə Almaniyaya qarşı oyunda qeydə alınıb.

Argentinanın 1990-cı il dünya çempionatındakı qəhrəmanı Serxio Qoykoçea Qərbi Almaniyadan Toni Şumaxer, həmçinin xorvatiyalılar - Daniel Subaşiç və Dominik Livakoviçlə birgə penalti seriyalarında ən çox zərbə dəf edən qapıçı statusunu bölüşür.

Almaniya və Xorvatiya dünya çempionatlarındakı bütün 4 penalti seriyasında uğur qazanıblar. Almanlar yerinə yetirdikləri 18 penaltidən 17-ni, o cümlədən son 15 zərbəni dəqiq tamamlayıblar.

Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya 48 komanda qatılacaq.

Zaur Əliyev: "İnanırıq ki, Azərbaycanda üzgüçülüyə maraq ildən-ilə daha da artacaq"

Azərbaycanda üzgüçülüyə maraq ildən-ilə daha da artacaq.

"Report" xəbər verir ki, bunu Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev "Üzgüçülük hamı üçün" layihəsinin final mərhələsinin açılış mərasimində deyib.

O, turnirin əhəmiyyətini və qarşıya qoyulan hədəfləri diqqətə çatdırıb:

"Hər yaş kateqoriyası üzrə keçirilən bu kütləvi tədbirə 2025-ci ildən etibarən 500-dən çox iştirakçı qatılıb. Final mərhələsində 70-ə yaxın idmançı gücünü sınayır. Azərbaycan Üzgüçülük Federasiyası və Gənclər və İdman Nazirliyinin əsas məqsədi ölkədə bu idman növünün kütləviliyini artırmaqdan ibarətdir. Üzgüçülük insanların sağlam həyat tərzi yaşamasına töhfə verir. İnanırıq ki, ildən-ilə bu idman növünə maraq daha da artacaq".

Qeyd edək ki, "Üzgüçülük hamı üçün" layihəsinin final mərhələsinə iyunun 5-də yekun vurulacaq.

Bakıda "Üzgüçülük hamı üçün" layihəsinin final mərhələsinin açılış mərasimi olub

Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin iştirakçıları ilə Bakıda keçirilən "Üzgüçülük hamı üçün" layihəsinin final mərhələsinin açılış mərasimi olub.

"Report" xəbər verir ki, Bakı Su İdmanı Sarayında baş tutan tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev və digər rəsmi şəxslər iştirak ediblər.

F.Qayıbov çıxış edərək yarışa qatılan idmançılara uğurlar arzulayıb. O, turnirin üzgüçülük idman növünün təbliğində vacib rol oynadığını söyləyib.

Z.Əliyev də bu yarışın ölkə üçün əhəmiyyətini vurğulayıb. Federasiya prezidenti final mərhələsində iştirak edən idmançılara uğurlar arzulayıb.

Qeyd edək ki "Üzgüçülük hamı üçün" layihəsinin final mərhələsinə iyunun 5-də yekun vurulacaq.

Fərid Qayıbov: "Üzgüçülük hamı üçün" layihəsi bu idman növünün təbliğinə xidmət edir"

Bu, üzgüçülük idman növünün təbliğinə yönəlmiş bir tədbirdir.

"Report" xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Bakıda keçirilən "Üzgüçülük hamı üçün" layihəsinin final mərhələsinin açılış mərasimində deyib.

O, rəhbərlik etdiyi nazirliyin kütləviliyə hesablanmış layihələri və turnirin gedişatı barədə məlumat verib:

"Azərbaycan və Türkiyə təmsilçilərinin qatıldığı yarışların final mərhələsidir. Bir gün ərzində ölkənin bütün hovuzlarında eyni vaxtda turnir keçirilir və təsnifat mərhələsindən finala vəsiqə qazanan müxtəlif yaş qrupları üzrəı idman həvəskarları bu gün finalda mübarizə aparırlar. Təbii ki, bu, üzgüçülük idman növünün təbliğinə yönəlmiş bir tədbirdir".

F.Qayıbov yarışın artıq 6-cı ildir təşkil olunduğunu sözlərinə əlavə edib:

"Turnirin ilk 2 ili yalnız milli səviyyədə keçirilib. Son 4 ildə isə beynəlxalq status qazanaraq müxtəlif ölkələrin iştirakı ilə baş tutur".

"Bavariya" və "Arsenal" Nataniel Braunun keçidində maraqlıdırlar

Almaniyanın "Bavariya" və İngiltərənin "Arsenal" klubları Frankfurt təmsilçisi "Ayntraxt"ın müdafiəçisi Nataniel Braunun keçidində maraqlıdırlar.

"Report" "The Athletic"ə istinadən xəbər verir ki, DÇ-2026-nın final mərhələsi üçün Almaniya millisinin heyətinə cəlb edilən 22 yaşlı futbolçu yay "transfer pəncərəsi"ndə böyük klubların diqqət mərkəzində olacaq.

Münhen klubu müdafiənin cinahlarını gücləndirməyə çalışır, London təmsilçisi isə onu universal oyunçu kimi nəzərdən keçirir.

N.Braun 2024-cü ilin yanvarından "Ayntraxt"ın heyətində çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.

Qeyd edək ki, N.Braun 2025/2026 mövsümündə bütün turnirlərdə meydana çıxdığı 42 oyunda 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı almaniyalı futbolçunun dəyərini 40 milyon avro qiymətləndirir.

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Dünya Kubokunda pley-in mərhələsinə yüksəlib - YENİLƏNİB

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunun qrup mərhələsində sonuncu matçını keçirib.

"Report"un məlumatına görə, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv Polşa millisi ilə üz-üzə gəlib.

Görüş Azərbaycan seçməsinin 20:13 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra komanda turnirin pley-in mərhələsinə vəsiqə qazanıb. Milli 1/4 final uğrunda D qrupunun üçüncüsü ilə mübarizə aparacaq.

Qeyd edək ki, A qrupunda yer alan yığma daha əvvəl Madaqaskarı (21:13) və Çexiyanı (14:11) məğlub edib, Niderlanda isə uduzub - 13:19.

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda növbəti matçını keçirib.

"Report"un məlumatına görə, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv Çexiya ilə üz-üzə gəlib.

Görüş Azərbaycan millisinin 14:11 hesablı qələbəsi ilə başa çatıb.

Yığma saat 20:55-də başlayacaq növbəti matçda isə Polşa ilə qarşılaşacaq.

Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi iyunun 1-də keçirdiyi oyunlarda Madaqaskarı 21:13 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub - 13:19.

AFFA Hakimlər Departamenti yeni mövsümə hazırlıq planlarını açıqlayıb

AFFA hakimlər üçün mövsümöncəsi fiziki hazırlıq və nəzəri testlər təşkil edəcək.

Bunu "Report"a açıqlamasında AFFA Hakimlər Departamentinin sədri Bəhruz Teymurov deyib.

O, mövsümöncəsi hazırlıq planları və strukturda gözlənilən yeniliklərə aydınlıq gətirib:

"Hakimlərin toplanışı mütləq keçiriləcək. Mövsümöncəsi fiziki hazırlıq və nəzəri testlər təşkil olunacaq. Təlim-məşq toplanışının harada və nə vaxt baş tutacağı barədə ictimaiyyətə məlumat veriləcək. Hazırda bu istiqamətdə işlər aparılır".

Azərbaycan Güləş Federasiyasında tibbi məsələlərlə bağlı iclas keçirilib

Azərbaycan Güləş Federasiyasında (AGF) Tibb şöbəsinin növbəti iclası keçirilib.

"Report" AGF-yə istinadən xəbər verir ki, tədbirdə federasiyanın baş katibi Pərvin Piriyev, baş katibin müavini Aydan Məmmədhəsənova, Azərbaycan İdman Akademiyasının İdman tibbi tədqiqatları laboratoriyasının meneceri Rauf Əliyev və federasiyanın tibbi personalı iştirak edib.

İclas zamanı idmançıların sağlamlığının qorunması və tibbi xidmətin təkmilləşdirilməsi istiqamətində bir sıra vacib məsələlər müzakirə olunub. Gündəlikdə vitaminizasiya prosesinin təşkili, vitaminlərin tətbiqinin protokollaşdırılması və bu istiqamətdə iş bölgüsünün müəyyənləşdirilməsi əsas mövzular sırasında yer alıb.

Bununla yanaşı, Azərbaycan İdman Akademiyası ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərəcək fizioterapiya mərkəzinin hazır vəziyyətə gətirilməsi, mərkəzin fəaliyyət mexanizmi və iş prinsipləri ətrafında fikir mübadiləsi aparılıb. İclasda həmçinin güləşçilərin zədələrinin profilaktikası, müalicə və reabilitasiya prosesinin təşkili, tibbi nəzarətin gücləndirilməsi və digər aktual məsələlər müzakirə edilib.

Müzakirələr zamanı iştirakçılar tərəfindən müxtəlif təkliflər səsləndirilib, qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib və müvafiq qərarlar qəbul olunub.

AGF tərəfindən idmançıların sağlamlığının qorunması, tibbi xidmətin keyfiyyətinin artırılması və müasir tibbi yanaşmaların tətbiqi istiqamətində işlər davam etdiriləcək.

Bakıda Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib

Bakıda 3 İyun – Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib.

Bu barədə "Report"a Azərbaycan Velosiped İdmanı Federasiyasından bildirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Dənizkənarı Bulvar İdarəsi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbir velosiped nəqliyyatının təşviqi, sağlam həyat tərzinin təbliği və ətraf mühitin mühafizəsinə diqqətin artırılması məqsədi daşıyıb.

Start və finiş nöqtələri Dövlət Bayrağı Meydanı olan veloyürüşdə iştirak edən peşəkar və həvəskar velosipedçilər Dənizkənarı Bulvar ərazisi ilə hərəkət ediblər.

Tədbir çərçivəsində iştirakçılar Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) tərəfindən dünya ölkələrinin milli federasiyalarına göndərilmiş təbliğat xarakterli materiallar və məlumatlandırıcı məhsullarla da tanış olublar. Bu təşəbbüs velosiped idmanının və gündəlik nəqliyyat vasitəsi kimi velosipeddən istifadənin üstünlükləri barədə ictimai məlumatlılığın artırılmasına xidmət edib.

Veloyürüş zamanı velosipedin ekoloji cəhətdən təmiz, əlçatan və dayanıqlı nəqliyyat vasitəsi olduğu bir daha vurğulanıb. Tədbir iştirakçıları şəhər mühitində velosiped infrastrukturunun inkişafının vacibliyini qeyd edərək, bu nəqliyyat növünün həm ətraf mühitin qorunmasına, həm də vətəndaşların sağlam həyat tərzinin formalaşmasına mühüm töhfə verdiyini bildiriblər.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2018-ci ilin aprelində qəbul etdiyi Qətnamə ilə 3 iyun tarixini Ümumdünya Velosiped Günü elan edib. Bu gün dünyanın müxtəlif ölkələrində velosiped mədəniyyətinin təşviqi, yol hərəkəti təhlükəsizliyinin artırılması və dayanıqlı nəqliyyat həllərinin dəstəklənməsi məqsədilə müxtəlif tədbirlərlə qeyd olunur.

DÇ-2026-nın ən ucaboy və ən bəstəboy futbolçuları açıqlanıb

Dünya çempionatında iştirak edəcək ən ucaboy və ən bəstəboy oyunçular müəyyənləşib.

"Report" FIFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Avstriya millisinin qapıçısı Florian Viqele mundialın ən ucaboy futbolçusudur.

Boyu 2.05 metr olan qolkiper həm də bu göstəricidə yeni rekord müəyyənləşdirib. İndiyəqədərki rekord 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında çıxış edən niderlandlı qapıçı Andris Noppertə (2.03 metr) məxsus idi. F.Viqele ilə yanaşı, İngiltərə yığmasının futbolçusu Dan Bern (2.01 metr), kolumbiyalı qapıçı Alvaro Montero (2.01 metr) və Bosniya və Herseqovina millisinin müdafiəçisi Stepan Radelyiç (2.01 metr) də "nəhənglər" sırasında yer alıb.

DÇ-2026-nın ən bəstəboy futbolçusu isə Sezar Yanisdir (1.60 metr). Onu 1.64 metr boyu ilə Kurasaonun hücumçusu Ceremi Antonisse izləyir. İngiltərə millisinin üzvü Dan Bern və Sezar Yanis arasında 41 santimetr boy fərqi var ki, bu da rekord kimi qeydə alınıb. İndiyə qədər dünya çempionatları tarixində meydandakı rəqiblər arasında qeydə alınan ən böyük boy fərqi 2006-cı ildə Almaniyada keçirilən mundialda Serbiya millisinin üzvü Nikola Jiqiç ilə Fildişi Sahili təmsilçisi Bakari Kone arasında olub ki, bu göstərici 39 santimetr təşkil edib. Yeri gəlmişkən Panama və İngiltərə yığmaları yer aldıqları L qrupunun son matçında qarşılaşacaqlar.

Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya 48 komanda qatılacaq.

AFFA üç kluba texniki məğlubiyyət verib

AFFA U-16 Qızlar liqasında və AHFF-nin təşkil etdiyi ölkə çempionatında baş tutan oyunlarda qeydə alınan qayda pozuntularına görə 3 kluba texniki məğlubiyyət verilib.

"Report" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Qərara əsasən, AFFA U-16 Qızlar liqasında mayın 28-də keçirilməsi nəzərdə tutulan "Şəfa" – "Turan Tovuz" oyunu meydan sahibləri tərəfindən həkim briqadası və mühafizə ilə təmin edilmədiyi üçün baş tutmayıb və "Şəfa"ya 0:3 hesablı texniki məğlubiyyət verilib.

AHFF-nin təşkil etdiyi ölkə çempionatında mayın 30-da keçirilən "Real" – "Qaradağ Şıxlar" matçında "Real"ın heyətində iştirak hüququ olmayan oyunçu çıxış etdiyi üçün klub 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

Eyni turnir çərçivəsində mayın 31-də baş tutan "Aran Beyləqan" – "Füzuli" görüşündə isə "Füzuli"nin heyətində iştirak hüququ olmayan futbolçu oynadığı üçün komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

FIBA-nın milli təlimçisi Ələkbər Həsənov Bolqarıstanda seminarda iştirak edib

Beynəlxalq Basketbol Federasiyasının (FIBA) Azərbaycanda milli təlimçisi Ələkbər Həsənov qurumun Bolqarıstanın Samokov şəhərində təşkil etdiyi seminarda iştirak edib.

Bu barədə "Report"a Azərbaycan Basketbol Federasiyasından bildirilib.

Mayın 29-dan iyunun 1-dək davam edən tədbirdə Avropa ölkələrinin basketbol federasiyalarının nümayəndələri bir araya gəliblər.

Seminar çərçivəsində qaydalardakı yeniliklər, hakimlik meyarları, referilərin hazırlanması prosesi və ədalət təmsilçiliyinin keyfiyyətinin artırılması ilə bağlı mövzular müzakirə olunub.

Şarabutdin Maqomedov: "Azərbaycan tamaşaçısı mənə doğmadır, qələbəni birlikdə qazanacağıq"

Rusiyalı döyüşçü Şarabutdin Maqomedov (Şara Bullet) Bakıda təşkil olunacaq "UFC Fight Night" turnirində azərbaycanlı azarkeşlərin dəstəyinə tam güvənir.

"Report" xəbər verir ki, idmançı turnirin ikinci əsas qarşılaşmasında braziliyalı Miçel Pereyra ilə döyüş haqqında fikirlərini bölüşüb.

"Şara Bullet" ləqəbli idmançı Azərbaycan tamaşaçısının onun üçün doğma olduğunu söyləyib:

"Döyüşə hazıram və iyunun 27-nə qədər tam ideal formada olacağam. Azərbaycanda parlaq qələbə qazanmağıma heç nə mane ola bilməz. Azərbaycan tamaşaçısı mənim üçün doğmadır. Azərbaycanda və bütün Qafqazda insanlar mənə azarkeşlik edəcəklər. Mən Xəzər dənizinin piratıyam. Məni dəstəkləyən hər kəsi arenaya dəvət edirəm. Qələbəni birlikdə qazanacağıq. Ötən il UFC turnirinin Azərbaycanda keçiriləcəyi məlum olanda Dağıstanda təlim-məşq toplanışında idim. Dərhal menecerimlə əlaqə saxlayıb Bakıda döyüşmək istədiyimi bildirdim. Bakı çox yaxın olsa da, həmin vaxt bu qarşılaşma alınmadı. Şadam ki, bu dəfə mümkün oldu".

O, turnirin yüksək səviyyədə keçiriləcəyinə əmindir:

"Əminəm ki, bu turnir daha yüksək səviyyədə keçəcək. Çünki artıq Azərbaycanın bu sahədə böyük təcrübəsi var. Möhtəşəm yarış gözləyirəm. Bakıda döyüşəcək əksər idmançılar ayaqüstü döyüşə üstünlük verirlər. Əsas döyüşdə Rafael Fiziyev çıxış edəcək. Bu isə azarkeşlərin əsl şou izləyəcəyi deməkdir. İyunun 27-də Milli Gimnastika Arenasında azarkeşlərin məni böyük coşqu ilə dəstəkləyəcəyini gözləyirəm. Ona görə də soyuqqanlılığı itirməməli, ehtiyatsız hücumlara keçməməliyəm. Ağıllı döyüşməli və eyni zamanda tamaşaçılara şou göstərməliyəm. Döyüşü vaxtından əvvəl bitirməyə çalışıram və məqsədim budur. İstəyirəm ki, qalib elan olunanda rəqibim ayaqüstə dura bilməsin".

"Azərbaycanlı döyüşçülərlə, xüsusən də dostum Alovsat Məmiyevlə Tailandda tez-tez birlikdə məşq etmişik. Biz MMA-ya birlikdə başlamışıq. İdmanda məni azərbaycanlılarla çox şey bağlayır. İdmanın gözəlliyi də elə bundadır, çünki idman insanları birləşdirir", – deyə o bildirib.

Xatırladaq ki, bu il "UFC Fight Night" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq.

"Araz-Naxçıvan"ın qapıçısı Rövşən Hüseynli: "Mövsümün əvvəlində verilən vədlər yerinə yetirilmədi"

"Araz-Naxçıvan" sabiq qapıçısı Rövşən Hüseynli ilə büdcə səbəbindən yolları ayırıb.

35 yaşlı qolkiper bunu "Report"a açıqlamasında deyib.

O, mövsümün əvvəlində klubun ona fərqli vədlər verdiyini deyib:

"Bu, tamamilə baş məşqçi Yevgeni Kukseviçin şəxsi fikridir. Onunla danışdım və mənə qərarın büdcə ilə bağlı olduğunu, mövcud maliyyənin əməkdaşlığı davam etdirməyə imkan vermədiyini söylədi. Mövsümün əvvəlində baş məşqçi ilə planlarımızı bu formada qurmuşduq və oturub bütün detalları müzakirə etmişdik. Hamıya məlum olduğu kimi, mən Qazaxıstan çempionatında çıxış edirdim və oynadığım klubdan həm qapıçı, həm də qapıçı məşqçisi kimi təklif almışdım. Həmin klubla uzunmüddətli müqaviləm var idi, sadəcə, Kukseviç mənə burada fərqli vədlər verdi. O, mənə uzunmüddətli və davamlı layihə barədə söz verdi, başqa detallara dair təminat yaratdı. Komandada qalmaqda maraqlı olduğum üçün bütün planlarımı bu yöndə qurdum və "Araz-Naxçıvan"a geri qayıtdım. Lakin sonda mənə verilən vədlər yerinə yetirilmədi".

R.Hüseynli qarşıdakı planları haqqında bunları deyib:

"Bu barədə hələ qərar verməmişəm. Çünki hələ gördüklərimi, eşitdiklərimi aydınlaşdırmağa çalışıram. İndi nəsə desəm, səhv qərar vermiş ola bilərəm".

Qeyd edək ki, "Araz-Naxçıvan" ötən gün Rövşən Hüseynli ilə yolları ayırıb.

DÇ-2026-nın ən yaşlı və ən gənc iştirakçıları müəyyənləşib

Futbol üzrə dünya çempionatında çıxış edəcək ən yaşlı və ən gənc futbolçular müəyyənləşib.

"Report" FIFA-ya istinadən xəbər verir ki, Portuqaliya yığmasının hücumçusu Kriştianu Ronaldu mundialda iştirak edəcək ən yaşlı futbolçulardan biridir.

O, turnirin startında 41 yaş 126 günlük olacaq. Ronaldu oynayacağı təqdirdə, misirli Essam Əl-Hədəri (45 yaş), kolumbiyalı Fərid Mondraqon (43 yaş), kamerunlu Roje Milladan (42 yaşlı) sonra turnir tarixində bir matçda meydana çıxan 4-cü ən yaşlı futbolçu olacaq.

DÇ-2026-da ən yaşlı oyunçuların siyahısında Ronaldunu Meksika millisinin qapıçısı Qilyermo Oçoa (40), xorvatiyalı yarımmüdafiəçi Luka Modriç (40), Bosniya və Herseqovinanın hücumçusu Edin Ceko (40), almaniyalı Manuel Noyer (40) və Kabo-Verde yığmasının qapıçısı Vozinya (39) izləyir.

Yarışın ən gənc futbolçusu isə Meksika yığmasının 17 yaşlı üzvü Xilberto Moradır. "Tixuana" klubunun üzvü şans qazanacağı təqdirdə, turnir tarixinin KONKAKAF-ı (Şimali Amerika, Mərkəzi Amerika və Karib Hövzəsi Konfederasiyası) təmsil edən ən gənc oyunçusu olacaq və 1930-cu ildə Uruqvayda təşkil edilən mundialda 18 yaşında olan həmvətəni Manuel Rosasın rekordunu təzələyəcək.

X.Mora Meksika yığmasının Cənubi Afrika Respublikasına qarşı keçirəcəyi açılış matçında oynayarsa, Pele (Braziliya), Salomon Olembe, Samuel Etoo (hər ikisi Kamerun), Femi Opabunmi (Nigeriya) və Norman Uaytsayddan (Şimali İrlandiya) sonra turnirin tarixinə düşən 6-cı ən gənc futbolçu adını qazanacaq.

DÇ-2026-da oynayancaq gənc futbolçuların ilk "5-liy"ində həmçinin Çexiya millisinin yarımmüdafiəçisi Huqo Soçurek (18 yaş 4 gün), Almaniya təmsilçisi Lennart Karl (18 yaş 109 gün), Seneqalın hücumçusu İbrahim Mbaye (18 yaş 138 gün) və misirli futbolçu Həmzə Əbdülkərim (18 yaş 161 gün) də qərarlaşıb.

Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya 48 komanda qatılacaq.

Onur Quluzadə İsveçdə keçiriləcək beynəlxalq yarışda qüvvəsini sınayacaq

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə İsveçdə keçiriləcək "WTT Youth Contender" beynəlxalq turnirində qüvvəsini sınayacaq.

Bu barədə "Report"a Azərbaycan Stolüstü Tennis Federasiyasından bildirilib.

İstedadlı idmançı, seçmə komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə, iyunun 4-dən 7-dək Helsinborq şəhərində təşkil olunacaq yarışa qatılacaq.

Onur həmçinin, Beynəlxalq Stolüstü Tennis Federasiyasının iyunun 8-dən 13-dək İsveçin Halmstad şəhərində istedadlı idmançılar üçün keçirəcəyi təlim-məşq toplanışında da iştirak edəcək.

AFFA "Turan Tovuz"un UEFA Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqləyib

AFFA "Turan Tovuz"un 2026/2027 mövsümündə UEFA bayrağı altında keçirilən yarışlardan uzaqlaşdırıldığını təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə qurum rəsmi məlumat yayıb.

Bildirilib ki, UEFA tərəfindən AFFA İntizam Komitəsinin "Turan Tovuz"un futbolçularının danışılmış oyunlarda iştirak etdiyinə görə futboldan uzaqlaşdırılması ilə bağlı 13 dekabr 2019-cu il tarixli qərarına istinad edilərək klubun UEFA Konfrans Liqasının 2026/2027 mövsümündə iştirak hüququ məsələsinə hüquqi qiymət verilməsi üçün iş UEFA-nın Apellyasiya Orqanına yönləndirilib. UEFA Apellyasiya Orqanının 2 iyun 2026-cı il tarixli qərarına əsasən, klub sözügedən turnirdə iştirak hüququndan məhrum edilib.

Qeyd edək ki, 2019-cu ildə I Divizionda çıxış edərkən danışılmış oyunlarla əlaqədar "Turan Tovuz"un 7 futbolçusu - Sənan Qocayev, Misir Rüstəmov, Emin Bağırov, İlkin Sadıqov, Rüfət Məmmədov, Eltay Tağıyev və Şahin Quluzadənin futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub.

DÇ-2026-da ən çox futbolçu ilə "Mançester Siti" təmsil olunacaq

İyunun 11-də startı veriləcək futbol üzrə dünya çempionatında ən çox oyunçu ilə təmsil olunacaq klub İngiltərə təmsilçisi "Mançester Siti"dir.

"Report" xəbər verir ki, FIFA bu barədə statistika paylaşıb.

Mançester təmsilçisinin mundialda 19 futbolçusu iştirak edəcək. İngiltərə komandasının Əlcəzair, Belçika, Xorvatiya, Misir, İngiltərə, Fransa, Qana, Niderland, Norveç, Portuqaliya, İspaniya və Özbəkistan yığmalarında oyunçuları var. Siyahıda növbəti yerləri "Bavariya" (18), "Arsenal", PSJ (hər ikisi 16), "Barselona" (15), "Əl-Hilal", "Atletiko", "Kristal Pelas", "Mançester Yunayted" (hamısı 12), "Borussiya" (Dortmund, Almaniya), "Qalatasaray" və "Liverpul" (hamısı 11) tutur.

İngiltərə klublarından mundialda ümumilikdə 200 futbolçu iştirak edəcək. Bu göstəricidə növbəti pillələrdə Almaniya (109), Fransa, İspaniya (hər ikisi 86), İtaliya (71), Səudiyyə Ərəbistanı (49), Niderland (46), Türkiyə (45), ABŞ (42), Braziliya (36) və Portuqaliya (36) qərarlaşıb.

Qətər və Səudiyyə Ərəbistanı heyətlərindəki yerli çempionat təmsilçilərinin sayına görə öndədir. Hər iki komandanın 25 futbolçusu daxili liqada oynayır. Qətər yığmasının sol cinah müdafiəçisi Homam Ahmed İspaniyanın "Kultural Leonesa", Səudiyyə Ərəbistanının sağ cinah müdafiəçisi Saud Abdulhamid isə Fransanın "Lans" klubunun formasını geyinir.

Kabo-Verde, Konqo, Fildişi Sahili, Kurasao, Seneqal və Uruqvay yığmalarında isə öz ölkələrinin çempionatlarında çıxış edən heç bir futbolçu yer almayıb.

Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.

Azərbaycan avarçəkənləri Uralsk reqatasını medallarla başa vurublar

Azərbaycanın gənc avarçəkənləri Qazaxıstanın Uralsk şəhərində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş kayak və kanoe üzrə beynəlxalq reqatanı uğurla başa vurub.

"Report" xəbər verir ki, yarışa 4 nəfərlik heyətlə yollanan komandanın bütün üzvləri medal qazanıb.

İkinəfərlik kanoe qayığında mübarizə aparan Vaqif Mustafazadə və Fəxri Sadıqlı 200 metr məsafəyə yürüşdə 3-cü yeri tutublar.

İkinəfərlik kayak qayığında Sənan Cəfərzadə - Tahir Mövsümov cütlüyü 500 metr məsafədə fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Sənan və Tahir 200 metr məsafəyə yarışda gümüş medala layiq görülüblər.

"Gəncə"nin voleybolçusu Olena Napalkova Ukrayna millisinə dəvət alıb

"Gəncə"nin voleybolçusu Olena Napalkova Ukrayna millisinə dəvət alıb.

Bu barədə "Report"a klubun mətbuat xidmətindən məlumat verilib.

Ukrayna millisinin polşalı baş məşqçisi Yakub Qluşak voleybolçuya Millətlər Liqası və Avropa çempionatının oyunları üçün dəvət göndərib.

Millətlər Liqasının ilk həftəsi Kanadada təşkil olunacaq. İyunun 3–7-də Ukrayna millisi ABŞ, Almaniya, Yaponiya və Fransa ilə qarşılaşacaq.

Avropa çempionatında isə B qrupunda yer alan Ukrayna yığması avqustun 21–27-də Çexiyada mübarizə aparacaq.

"Ferrari" Şarl Leklerlə müqavilə müddətini uzadıb

"Formula 1" komandası "Ferrari" pilotu Şarl Leklerlə müqavilə müddətini uzadıb.

"Report" xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.

Tərəflər arasında razılaşma Monako Qran-prisindən əvvəl əldə olunub. 28 yaşlı sürücü 2016-cı ildə İtaliya təmsilçisinə qoşulub. Yeni müqavilənin müddəti barədə ətraflı məlumat verilməsə də, çoxillik olduğu bildirilib.

Şarl Lekler 2017-ci ildə "Formula 2" çempionu olduqdan sonra, 2018-ci ildə "Zauber" komandası ilə "Formula 1"də debüt edib. O, 2019-cu ildə "Ferrari"yə keçib.

Qeyd edək ki, Ş.Lekler komanda ilə 2019 və 2024-cü illərdə Montsa, 2024-cü ildə isə Monakoda təşkil olunan "Formula 1" yarışlarının qalibi adını qazanıb. O, "Ferrari"də ən çox çıxış edən pilotların siyahısında Mixael Şumaxerdən sonra 2-ci yerdə qərarlaşıb.

Romelu Lukaku milli komandalarda ən çox qol vuran ilk 5 futbolçu sırasına daxil olub

Belçika yığmasının hücumçusu Romelu Lukaku milli komandalar tarixində ən çox qol vuran 5 futbolçudan biri olub.

"Report" xarici mediaya istinadən xəbər verir ki, iyunun 2-də Xorvatiya ilə keçirilən yoldaşlıq görüşündə meydana sonradan daxil olaraq matçın yekun hesabını müəyyənləşdirən (2:0) 33 yaşlı forvard Belçikanın heyətində 125 oyunda 90-cı qolunu vurub.

Təcrübəli oyunçu vurduğu qollardan 5-ni dünya çempionatlarında (19-nu seçmə mərhələlərdə), 6-nı Avropa çempionatlarında (21-ni seçmə mərhələlərdə), 9-nu isə UEFA Millətlər Liqasında rəqib qapılarından keçirib.

Qeyd edək ki, Romelu Lukaku bu göstərici ilə hərəyə 89 qol vuran polşalı Robert Levandovski və malayziyalı Mohtar Daharini geridə qoyub. İndi onu yalnız hindistanlı Sunil Çetri (95 qol), iranlı Əli Daei (108 qol), argentinalı Lionel Messi (116 qol) və portuqaliyalı Kriştianu Ronaldu (143 qol) qabaqlayır.

Sumqayıtda keçiriləcək Azərbaycan – Macarıstan matçının hakimləri açıqlanıb

Qadın futbolçulardan ibarət komandalar arasında dünya çempionatının seçmə mərhələsi çərçivəsində C Liqasının 3-cü qrupunda baş tutacaq Azərbaycan – Macarıstan oyununa hakim təyinatları açıqlanıb.

"Report" AFFA-ya istinadən xəbər verir ki, qarşılaşmanı Sloveniyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Vanya Yankoviçə Staşa Şpur, Helena Buh yardım edəcəklər. Dördüncü hakim funksiyasını Aleksandra Çesen yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma iyunun 5-də, saat 18:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda start götürəcək.

"Turan Tovuz" UEFA-nın qərarından İdman Arbitraj Məhkəməsinə müraciət edəcək

"Turan Tovuz" klubu UEFA bayrağı altında keçirilən yarışlarda iştirakına qadağa qoyulması ilə bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.

"Report" xəbər verir ki, bu barədə klubun bəyanatında bildirilib.

Tovuz təmsilçisinin bəyanatını diqqətinizə çatdırırıq:

"2025/2026-cı illər mövsümündə bütün idman prinsiplərinə əməl edərək mövsümü 3-cü pillədə başa vurduq və haqqımız olan Konfrans Liqasında çıxış etmək hüququ qazandıq. UEFA İntizam Komitəsi klubumuzun kriteriyalara cavab verib-verməməsinə dair araşdırma aparıb. AFFA İntizam Komitəsinin 13 dekabr 2019-cu il tarixli qərarını (qərarın linki: https://www.affa.az/ind.../news/ntizam-komitsinin-qrar/65952) əsas götürən qurum 2 iyun 2026-cı il tarixində klubumuzu 2026/2027-ci illər mövsümündəki UEFA-nın idman yarışlarında iştirakdan kənarlaşdırılıb. Qeyd edək ki, AFFA İntizam Komitəsi tərəfindən 2019-2020-ci illər mövsümündə I Divizionda çıxış edən komandamızın 7 futbolçusuna futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulmuşdu. Bildirmək istəyirik ki, klubumuz tərəfindən qərarın dəyişdirilməsi və bütün idman prinsipləri qorunaraq vəsiqə qazandığımız Konfrans Liqasında iştirakımızın təmin edilməsi üçün bu gündən etibarən bütün hüquqi addımlar atılacaq və İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət olunacaq.

Əlavə olaraq bildirik ki, UEFA Konfrans Liqasına hazırlıq planlarımızda hər hansı dəyişiklik yoxdur. Bu ay komanda üzvləri toplanacaq və Türkiyəyə təlim-məşq toplanışına yollanacaq"

"Roma" Meyson Qrinvudu heyətinə qatmaq üçün mübarizə aparır

İtaliyanın "Roma" klubu yay "transfer pəncərəsi"ndə "Marsel"in (Fransa) hücumçusu Meyson Qrinvudu heyətinə qatmaq üçün mübarizə aparır.

"Report" xarici mediaya istinadən xəbər verir ki, yaxın günlərdə klublar arasında danışıqlar baş tutacaq.

Fransa klubunun rəhbərliyi 24 yaşlı ingiltərəli hücumçu üçün ən azı 50 milyon avro əldə etmək niyyətindədir. M.Qrinvudun müqaviləsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, "Transfermarkt" portalı oyunçunun dəyərini 55 milyon avro qiymətləndirir. Forvard 2025/2026 mövsümündə bütün turnirlərdə keçirdiyi 45 matçda 26 qol vurub, 11 məhsuldar ötürmə edib.

Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunda daha iki oyun keçirəcək

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda bu gün daha iki matç keçirəcək.

"Report"un məlumatına görə, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv əvvəlcə Çexiya ilə üz-üzə gələcək.

Bu görüşə saat 19:05-də start veriləcək. Yığma saat 20:55-də başlayacaq növbəti matçda isə Polşa ilə qarşılaşacaq.

Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi iyunun 1-də keçirdiyi oyunlarda Madaqaskarı 21:13 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub - 13:19.

Mərdəkan və Qala qəsəbələrində yeni cüdo zalları istifadəyə verilib

Xəzər rayonunun Mərdəkan və Qala qəsəbələrində yeni cüdo zalları istifadəyə verilib.

Bu barədə "Report"a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Bildirilib ki, Federasiya tərəfindən hər iki zal müasir standartlara uyğun tatamilər və zəruri avadanlıqlarla təchiz olunub. Zallarda paltardəyişmə otaqları, məşqçi otaqları və digər köməkçi sahələr yaradılıb. Burada 200-dən çox idmançının cüdo ilə məşğul olması üçün əlverişli şərait təmin edilib.

Qeyd edək ki, 2022–2026-cı illər ərzində Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Zirə, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran, Daşkəsən və Yevlax da daxil olmaqla ölkənin müxtəlif bölgələrində yeni cüdo zalları istifadəyə verilib. Bununla yanaşı, Bakı və regionlardakı 202 idman zalına ümumilikdə 14300 tatami paylanılıb.

Azərbaycan Güləş Federasiyasının Texniki və Hakimlər Komitəsinə yeni üzvlər seçilib

Azərbaycan Güləş Federasiyasının (AGF) Texniki və Hakimlər Komitəsinin növbəti iclası keçirilib.

"Report" AGF-yə istinadən xəbər verir ki, baş katib Pərvin Piriyevin rəhbərliyi ilə baş tutan iclasda federasiyanın İdman şöbəsinin müdiri Kamran Quliyev və yunan-Roma güləşi üzrə milli komandanın böyük məşqçisi Nurəddin Rəcəbov Texniki və Hakimlər Komitəsinin tərkibinə üzv seçilib.

Görüş zamanı komitənin fəaliyyəti ilə bağlı müxtəlif məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə hakimlərin və məşqçilərin bilik və bacarıqlarının artırılması məqsədilə təlim və seminarların təşkili, azyaşlı və yeniyetmə güləşçilər arasında liqa yarışlarının keçirilməsi, həmçinin maddi-texniki bazanın daha da gücləndirilməsi istiqamətində görüləcək işlər nəzərdən keçirilib.

İclasda səsləndirilən təkliflər dəyərləndirilib, komitənin qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri müəyyənləşdirilib və gələcək iş planının hazırlanması ilə bağlı müvafiq qərarlar qəbul olunub.

Görüşdə hakimlik institutunun inkişafı, yarışların keyfiyyətinin artırılması və güləşin bütün yaş kateqoriyalarında daha effektli idarə olunması istiqamətində həyata keçiriləcək tədbirlərin əhəmiyyəti vurğulanıb.

Bakıda keçirilən kamandan oxatma üzrə ölkə birinciliyinin qalibləri bəlli olub

Bakıda U-15, U-18 və U-21 kateqoriyalarında keçirilən kamandan oxatma üzrə Azərbaycan birinciliyinin qalibləri bəlli olub.

"Report" xəbər verir ki, yarış Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kamandan Oxatma Federasiyasının (AKOF) birgə təşkilatçılığı ilə Hövsan Olimpiya İdman Kompleksində baş tutub.

U-15 kateqoriyası:

Qızlar

1. Sona Rüstəmli

2. Məryəm İbrahimli

3. Banu Məmmədova

Oğlanlar

1. Məhəmməd İsmayılov

2. Əhməd İsmayılov

3. Saleh Məmmədli

U-18 kateqoriyası:

Qızlar

1. Zəhra Carçılı

2. Sümeyyə Bədəlli

3. Yağmur Qurbanlı

Oğlanlar

1. Nurlan Rəhimli

2. Sərdar Vəliyev

3. Hüseyn Məhərrəmov

U-21 kateqoriyası:

Qızlar

1. Fatimə Hüseynli

2. Aliyə Əliyeva

3. Kseniya Butrik

Oğlanlar

1. Əli Qənbərli

2. Anar Cavadzadə

3. İslam İsmayılov

Qeyd edək ki, mükafatları qaliblərə Hövsan Olimpiya İdman Kompleksinin direktoru Əli Məlikzadə, Suraxanı Gənclər Evinin əməkdaşı Aysel Hacıyeva və AKOF-un şöbə müdiri Kamran Həsənzadə təqdim ediblər.

"Kristal Pelas" Oliver Qlasnerlə yollarını ayırdığını açıqlayıb

İngiltərənin "Kristal Pelas" klubu baş məşqçisi Oliver Qlasnerlə yollarını ayırdığını açıqlayıb.

"Report" xəbər verir ki, mütəxəssis klubun rəsmi saytına açıqlamasında azarkeşlərlə vidalaşıb.

2024-cü ildən komandaya rəhbərlik edən 51 yaşlı avstriyalı mütəxəssisin dövründə "qartallar" 3 turnirin - İngiltərə Kuboku, İngiltərə Superkuboku və UEFA Konfrans Liqasının qalibi olub.

Qeyd edək ki, O.Qlasner daha əvvəl Almaniyanın "Ayntraxt" (Frankfut), "Volfsburq", Avstriyanın LASK, "Rid" və "Zaltsburq" klublarına da rəhbərlik edib.

Bakıda keçirilən beynəlxalq tennis turnirinin qalibləri müəyyənləşib

Bakıda keçirilən "ITF Juniors J30 Baku" beynəlxalq tennis turnirinin qalibləri bəlli olub.

"Report" Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, yarışda oğlanlar və qızlar arasında fərdi və qoşa kateqoriyalar üzrə mükafatçılar müəyyənləşib.

Oğlanların fərdi mübarizəsində Filip Smirnov 1-ci, Yakov Mazin isə 2-ci yeri tutub. Qızların fərdi yarışında Vladislava Slelina 1-ci, Yevgeniya Sklyar isə 2-ci olub.

Oğlanların qoşa yarışında Filip Smirnov və Yakov Mazin tandemi 1-ci pilləyə yüksəlib, Runmaan Maneş və Yonatan Şaqas ikilisi isə 2-ci yeri tutub.

Qız cütlüklərin mübarizəsində Polina Korelova və Vasilisa Marçenko 1-ci olub, Yeva-Vlada Anitsina-Ciqurda və Safiya Urazalina dueti isə turniri 2-ci sırada başa vurub.

Qeyd edək ki, turnir Bakı Tennis Akademiyasında təşkil olunub.

"Liverpul"un əfsanəsi Kennet Dalqlişdə onkoloji xəstəlik aşkarlanıb

İngiltərənin "Liverpul" klubunun sabiq hücumçusu və baş məşqçisi Kennet Dalqlişdə onkoloji xəstəlik aşkarlanıb.

"Report" xəbər verir ki, sabiq futbolçu xəstəliyi barədə məlumatı sosial şəbəkə vasitəsilə paylaşıb.

75 yaşlı şotlandiyalı mütəxəssis xərçəng xəstəliyindən müalicə kursu keçdiyini və bu prosesin uğurlu olduğunu açıqlayıb.

Qeyd edək ki, K.Dalqliş futbolçu kimi "Liverpul"un heyətində 6 dəfə İngiltərə çempionu olub, 1 dəfə ölkə kubokunu, 4 dəfə İngiltərə Liqa Kubokunu, 5 dəfə ölkə Superkubokunu, 3 dəfə Avropa Çempionlar Kubokunu və 1 dəfə Avropa Superkubokunu qazanıb. Baş məşqçi kimi isə o, komandanı 3 dəfə İngiltərə çempionluğuna daşıyıb, 2 dəfə ölkə kubokunu, 1 dəfə Liqa Kubokunu və 4 dəfə İngiltərə Superkubokunu əldə edib.

Bakıda bilyard üzrə Avropa Kuboku və Avropa çempionatı keçiriləcək

Bakıda bilyardın "sərbəst piramida" növü üzrə Avropa Kuboku və Avropa çempionatı keçiriləcək.

"Report" Azərbaycan Bilyard Federasiyasına istinadən xəbər verir ki, turnirlər 2026-cı ilin iyulunda baş tutacaq.

Proqrama əsasən, 5–8 iyulda 40 yaşdan yuxarı idmançılar arasında Avropa Kuboku keçiriləcək. İyulun 8–12-də isə "sərbəst piramida" üzrə Avropa çempionatı baş tutacaq.

Qeyd edək ki, yarışlar Gənclər və İdman Nazirliyi, Azərbaycan Bilyard Federasiyası (ABF) və Avropa Piramida Federasiyasının (EPF) dəstəyi ilə təşkil olunacaq.

Taleh Nəsibov Avropa Minifutbol Federasiyasının Baş Assambleyasında iştirak edib

Azərbaycan Minifutbol Federasiyasının (AMF) icraçı vitse-prezidenti Taleh Nəsibov Bratislavada keçirilən Avropa Minifutbol Federasiyasının 23-cü Baş Assambleyasında iştirak edib.

"Report" AMF-yə istinadən xəbər verir ki, tədbirdə Avropanın müxtəlif ölkələrindən olan üzv assosiasiyaların nümayəndələri iştirak ediblər.

Onlar minifutbolun gələcək inkişafı, strateji istiqamətlər və qarşıdakı layihələrlə bağlı fikir mübadiləsi aparıblar.

Assambleya çərçivəsində federasiyanın fəaliyyəti, əməkdaşlığın genişləndirilməsi və idman növünün daha da inkişaf etdirilməsi ilə bağlı mühüm məsələlər müzakirə olunub.

Federasiyanın rəhbəri Peter Kralik minifutbolun inkişafına verdikləri dəstək və töhfəyə görə bütün üzv assosiasiyalara təşəkkürünü bildirib.

"Araz-Naxçıvan" 10 futbolçu ilə yolları ayırıb

"Araz-Naxçıvan" klubu 10 futbolçu ilə yolları ayırıb.

Bu barədə "Report"a Naxçıvan təmsilçisinin mətbuat xidmətindən bildirilib.

Müqaviləsi başa çatan Ramon Maçado, Hamidu Keyta, Bar Kohen, Nuno Rodriqes, Rahil Məmmədov, Bəxtiyar Həsənalızadə, Coşqun Diniyev, Kristian Avram, Felipe Santos və Ba-Muaka Simakala ilə yeni anlaşma imzalamayıb.

Qeyd edək ki, Slavik Alxasov, Ömər Buludov və Tərlan Əhmədli növbəti mövsümdə də "Araz-Naxçıvan"ın heyətində çıxış edəcək.

Azərbaycan Voleybol Federasiyasının rəhbərliyi millinin hazırlıq prosesi ilə maraqlanıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi Avropa Liqasına hazırlaşan qadın voleybolçulardan ibarət millinin üzvləri ilə görüşüb.

Bu abrədə "Report"a AVF-dən bildirilib.

Görüşdə federasiya prezidenti Şahin Bağırov, vitse-prezident Bəhruz Quliyev, baş katib Faiq Orucov və federasiya əməkdaşları iştirak ediblər.

Şahin Bağırov komandanın hazırlıq prosesi və hazırkı vəziyyəti ilə maraqlanıb, həmçinin qarşıdakı oyunlar müzakirə edilib. Yığmaya Avropa Liqasında uğurlar arzulanıb, voleybolçuların ölkəmizi layiqincə təmsil edəcəklərinə və uğurlu nəticə qazanacaqlarına inam ifadə olunub.

"Bavariya" Danteni U-23 komandasına baş məşqçi təyin edib

Almaniyanın "Bavariya" klubu sabiq müdafiəçisi Danteni U-23 komandasına baş məşqçi təyin edib.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bu, karyerasını 42 yaşında başa vuran braziliyalı futbolçunun ilk məşqçilik işidir.

Təcrübəli müdafiəçi 2025/2026 mövsümündə Fransanın "Nitsa" klubunun heyətində keçirdiyi 19 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

2012–2015-ci illərdə formasını geyindiyi "Bavariya"nın heyətində 3 qat Almaniya çempionu, 2 qat ölkə kubokunun sahibi, həmçinin UEFA Çempionlar Liqası və UEFA Superkubokunun qalibi olub.

Qeyd edək ki, Dante karyerası ərzində Braziliyanın "Yuventude", Fransanın "Nitsa", "Lill", "Şarlerua", Belçikanın "Standard", Almaniyanın "Borussiya" (Münhenqladbax) və "Volfsburq" klublarında da oynayıb.

Şahin Bağırov Bakıda keçirilən Level-2 məşqçi seminarının iştirakçıları ilə görüşüb

Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, vitse-prezidentlər Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, eləcə də federasiya əməkdaşları Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Level-2 məşqçi seminarının iştirakçıları ilə görüşüblər.

Bu barədə "Report"a AVF-dən məlumat verilib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan tədbirdə Ş.Bağırov iştirakçıları salamlayaraq beynəlxalq seminarların məşqçilərin inkişafı üçün böyük əhəmiyyət daşıdığını bildirib. O, iştirakçılara uğurlar arzulayıb, onların daim çalışaraq peşəkarlıqlarının artırılması və biliklərinin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra FIVB-nin məşqçi-instruktoru, professor Cengiz Akarçeşme qonaqlara seminarla bağlı ətraflı məlumat verib.

Görüşdə federasiya rəsmiləri də çıxış edərək iştirakçılara uğurlar arzulayıblar, seminarın müvəffəqiyyətlə yekunlaşmasını, bütün iştirakçıların sertifikat əldə etməsini diləyiblər.

Azərbaycan millisinin sabiq futbolçusu Cavid İmamverdiyev "Ağsu Siti" ilə müqavilə imzalayıb

Azərbaycan millisinin sabiq futbolçusu Cavid İmamverdiyev Region Liqası təmsilçisi "Ağsu Siti" ilə müqavilə imzalayıb.

Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.

Təcrübəli yarımmüdafiəçi karyerası ərzində "Neftçi", "Elazığspor" (Türkiyə), "Sumqayıt", "Sabah", "Keşlə", "Kəpəz", "Şəki" və son olaraq "Zəngəzur" kimi klubların formasını geyinib.

Qeyd edək ki, C.İmamverdiyev Azərbaycan millisinin heyətində 11 oyun keçirib və 1 qol vurub. "Ağsu Siti" daha əvvəl Elgün Abbaslı, Ruslan Poladov, Mehman Süleymanlı, Haqverdi Həsənov və nigeriyalı Mark Uqoçukvonu da heyətinə qatıb.

Futzal üzrə UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün reqlamenti müəyyənləşib

Futzal üzrə UEFA Çempionlar Liqasının 2026/2027 mövsümünün reqlamenti açıqlanıb.

"Report" Azərbaycan Futzal Federasiyasına istinadən xəbər verir ki, qitənin nüfuzlu klub turniri əvvəlki mövsümdəki qaydalarla təşkil olunacaq.

Reqlamentə əsasən, ilkin və əsas mərhələnin oyunları qrupda yer alan klublardan birinin təmsil etdiyi şəhərdə baş tutacaq.

Milli komandaların 2026-cı il aprel ayının reytinq cədvəlində ilk 4 pillədə qərarlaşan ölkələrin hər biri yarışda 2 klubla təmsil olunacaq. Rusiya cəzalandırıldığı üçün Portuqaliya, İspaniya, Qazaxıstan və Ukrayna bu hüquqdan yararlanacaq. Əsas mərhələdə komandalar yenə A və B yolunda mübarizə aparacaqlar.

Turnirin ilkin və əsas mərhələsinin püşkatma mərasimi iyulun 8-də keçiriləcək. İlkin mərhələnin oyunları avqustun 25-dən 30-dək, əsas mərhələnin qarşılaşmaları isə oktyabrın 27-dən noyabrın 1-dək oynanılacaq. Növbəti püşkatma noyabrın 4-də baş tutacaq və burada 1/8 və 1/4 final mərhələlərinin cütlükləri müəyyənləşəcək.

Komandalar 1/8 finalda noyabrın 23-də və dekabrın 4-də, 1/4 finalda isə 2027-ci il fevralın 8-də və 19-da (ev və səfər) qarşılaşacaqlar. Turnirin final mərhələsi 2027-ci il mayın 6-sı, 7-si, 8-i və ya 9-da təşkil olunacaq.

Aşağı reytinqli komandalar turnirə ilkin mərhələdən başlayacaqlar. İştirakçıların sayından asılı olaraq qruplarda 4 və ya 3 komanda yer alacaq. Mini-turnirin qalibləri və göstəricilərindən asılı olaraq ən yaxşı 2-ci yerin sahibi əsas mərhələyə vəsiqə qazanacaq.

Əsas mərhələnin A yolunda reytinq cədvəlinin 1-11-ci və 16-19-cu yerlərində qərarlaşan klublar yarışacaqlar. Hər qrupda 4 iştirakçı mübarizə aparacaq və ilk 3 yeri tutan komandalar 1/8 finala yüksələcək. B yolunda isə 12-15-ci və 20-ci pillədən başlayaraq aşağı reytinqli, həmçinin ilkin mərhələdən vəsiqə qazanacaq klublar 4 qrupda yarışacaqlar. Bu yoldan yalnız 1-ci yeri tutacaq 4 klub 1/8 finalda iştirak hüququ əldə edəcək.

Elit raundu əvəz edən 1/8 final mərhələsində komandalar evdə və səfərdə qarşılaşacaqlar. İki oyunun ümumi nəticəsinə görə üstün olan tərəf 1/4 finala adlayacaq. Analoji şərtlər 1/4 finalda da qorunacaq və yekunda üstünlük qazanan tərəflər final mərhələsinə yollanacaqlar.

Qeyd edək ki, Azərbaycanı UEFA Çempionlar Liqasının yeni mövsümündə də "Araz-Naxçıvan" təmsil edəcək. Yevgeni Kukseviçin rəhbərlik etdiyi komandanın mübarizəyə əsas mərhələdən başlayacağı gözlənilir.

Türkiyə millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

Türkiyə millisinin dünya çempionatı üçün heyəti açıqlanıb.

"Report" TFF-yə istinadən xəbər verir ki, baş məşqçi Vinçenzo Montello yekun "26-lığ"ı müəyyənləşdirib.

Qapıçılar

Uğurcan Çakır ("Qalatasaray"), Altay Bayındır ("Mançester Yunayted"), Mert Günok ("Fənərbağça").

Müdafiəçilər

Merih Demiral ("Əl-Əhli"), Abdülkerim Bardakcı, Eren Elmalı ( hər ikisi "Qalatasaray"), Mert Müldür, Çağlar Söyüncü (hər ikisi "Fənərbağça"), Ferdi Kadıoğlu ("Brayton"), Ozan Kabak ("Hoffenhaym"), Samet Akaydin ("Rizespor"), Zeki Çelik ("Roma").

Yarımmüdafiəçilər

İsmail Yüksek ("Fənərbağça"), Hakan Çalhanoğlu ("İnter"), Kaan Ayhan ("Qalatasaray"), Orkun Kökçü ("Beşiktaş"), Salih Özcan ("Borussiya" (Dortmund)).

Hücumçular

Arda Güler ("Real"), Barış Alper Yılmaz, Yunus Akgün (hər ikisi "Qalatasaray"), Can Uzun ("Ayntraxt"), Deniz Gül ("Portu"), İrfan Can Kahveci, Oğuz Aydın, Kerem Aktürkoğlu (hamısı "Fənərbağça"), Kenan Yıldız ("Yuventus").

Xatırladaq ki, Türkiyə millisi D qrupunda ABŞ, Avstraliya və Paraqvayla mübarizə aparacaq.

Mundial iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada baş tutacaq.

Rüstəm Alimli: "Cüdoçulardan Avropa Kubokunda daha çox medal gözləyirdik"

Avstriyanın Qrats şəhərində keçirilən gənclər arasında Avropa Kubokunda 5 medal qazanan Azərbaycan cüdoçularından gözləntilər daha böyük olub.

Bunu "Report"a açıqlamasında gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli deyib.

Mütəxəssis komandanın turnirdəki çıxışını şərh edib:

"Avstriyanın Qrats şəhərində təşkil olunan Avropa Kubokunda komandamız əsas heyətlə çıxış etdi. 2 qızıl və 3 bürünc olmaqla, ümumilikdə 5 medal qazandıq. Əlbəttə, cüdoçulardan daha çox medal gözləyirdik. Lakin turnir zamanı bəzi səhvlərə yol verildi və bəzi idmançılarımız medalsız qaldılar. Bakıya qayıtdıqdan sonra həmin səhvlərin üzərində işləyəcəyik. İnanıram ki, növbəti - Praqa şəhərində keçiriləcək Avropa Kubokunda komanda daha yaxşı çıxış edəcək".

Qeyd edək ki, Avropa Kubokunu 2 qızıl və 3 bürünc medalla tamamlayan Azərbaycan millisi 34 ölkə arasında oğlanların mübarizəsində ikinci, ümumi sıralamada isə üçüncü yeri tutub.

Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunda bu gün Çexiya və Polşa ilə qarşılaşacaq

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda bu gün daha iki matç keçirəcək.

"Report"un məlumatına görə, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv əvvəlcə Çexiya ilə üz-üzə gələcək.

Bu görüşə saat 19:05-də start veriləcək. Yığma saat 20:55-də başlayacaq növbəti matçda isə Polşa ilə qarşılaşacaq.

Qeyd edək ki, A qrupunda yer alan Azərbaycan millisi ötən gün keçirdiyi oyunlarda Madaqaskarı 21:13 hesabı ilə məğlub edib, Niderlanda isə uduzub - 13:19.

"Bavariya" İsmael Saybari üçün PSV ilə danışıqlara başlayıb

Almaniyanın "Bavariya" klubu PSV-nin (Niderland) və Mərakeş yığmasının vingeri İsmael Saybarini heyətinə qata bilər.

"Report" insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, Münhen təmsilçisi 25 yaşlı oyunçu ilə danışıqlara başlayıb.

Saybarinin "Bavariya"ya keçməyə müsbət yanaşdığı bildirilib. Lakin Münhen klubu transfer məbləğini PSV ilə razılaşdırmalıdır. Futbolçunun Niderland klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

Qeyd edək ki, İ.Saybari ötən mövsüm PSV-nin heyətində bütün turnirlərdə 37 matça çıxıb, 19 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun dəyərini 40 milyon avro qiymətləndirir.

"Roma" və "İnter" dörd oyunçunu əhatə edən transfer əməliyyatı planlaşdırır

İtaliyanın "Roma" və "İnter" klublarının 4 futbolçusu transfer əməliyyatına daxil edilə bilər.

"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Milan təmsilçisi "Roma"nın 25 yaşlı fransalı yarımmüdafiəçisi Manu Kone və Fildişi Sahilindən olan 26 yaşlı müdafiəçisi Evan Ndikanın keçidində maraqlıdır.

"İnter"in 27 yaşlı braziliyalı müdafiəçisi Karlos Auqusto və 26 yaşlı italyan yarımmüdafiəçisi Davide Frattesi isə paytaxt komandasına keçə bilər.

Qeyd edək ki, "Roma" 2025/2026 mövsümündə İtaliya çempionatında 3-cü, "İnter" isə 1-ci olub.

"Leyptsiq" "Volfsburq"un yarımmüdafiəçisi Lovro Mayeri transfer etmək istəyir

Almaniyanın "Leyptsiq" klubu "Volfsburq"un yarımmüdafiəçisi Lovro Mayeri transfer etmək niyyətindədir.

"Report" jurnalist Nikolo Şiraya istinadən xəbər verir ki, 28 yaşlı xorvatiyalı oyunçunun transferi bu yay reallaşa bilər.

"Volfsburq" 2025/2026 mövsümünün nəticələrinə əsasən Almaniya Bundesliqasını tərk etsə də, futbolçunun müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. Yarımmüdafiəçi 2023-cü ilin avqustundan etibarən "canavarlar"ın heyətində çıxış edir. Xorvatiya millisinin üzvü 2025/2026 mövsümündə meydana çıxdığı 30 qarşılaşmada 3 qol vurub və 5 məhsuldar ötürmə edib.

Qeyd edək ki, "Transfermarkt" portalı Lovro Mayerin dəyərini 8 milyon avro qiymətləndirir.

Rəcəb Fərəczadə: "Azərbaycanın minifutbol millisi Avropa çempionatının aşkar favoritidir"

Azərbaycanın minifutbol yığması Slovakiyada keçirilən Avropa çempionatının aşkar favoritdir.

Bunu "Report"a açıqlamasında Azərbaycanın minifutbol üzrə U-23 yığmasının baş məşqçisi Rəcəb Fərəczadə deyib

Mütəxəssis komandanın qrup mərhələsindəki çıxışını dəyərləndirib:

"Azərbaycan millisi Avropa çempionatının aşkar favoritdir. Qazaxıstanla bugünkü matçda qeyri-adi bir hal baş verməsə, komanda qələbə qazanacaq. Çünki güclü olduqlarını öz oyunları ilə sübut edirlər. Komanda qrupda xüsusilə İtaliya ilə qarşılaşmada çox gözəl çıxış etdi və rəqibə oynamaq imkanı vermədi. Avstriya ilə oyun isə bir az ağır keçdi. Azarkeşlər bəlkə də bilmirlər, amma ilk matçda ot örtüyü çox pis idi. Meydança təzə olduğuna görə topun sürətini azaldırdı və dinamik oyuna mane olurdu. Top sanki otda ilişib qalırdı. Heyətdəki futbolçuların çoxu gənc və çevik olduğundan, bu amil onlara çətinlik törətdi. Lakin digər matçlarda yaxşı çıxış etdilər. Həm kağız üzərində, həm də nümayiş etdirilən oyun baxımından futbolçuların çox güclü olduğu görünür. Əvvəlki dünya çempionatı ilə müqayisədə irəliləyiş baxımından böyük fərq var".

Mütəxəssis minifutbolda sürprizlər olduğunu da istisna etməyib:

"Burada təkcə oyun deyil, bəxt və futbolçuların motivasiyası da rol oynayır. Lakin futbolçular öz oyunlarını göstərsələr və hər şey normal davam edərsə, çempionluq üçün 90 % şans var. Futbol elə bir idman növüdür ki, hər an sürprizlər ola bilər. Bəzən komanda tam üstün olur, çoxlu qol epizodları yaradır, lakin qəfil qapısından 1 qol buraxır və sonra nə qədər çalışsa da, nəticəni dəyişdirmək mümkün olmur. Belə "fors-major" hallar yaşanmasa, Azərbaycan millisi həm oyun səviyyəsi, həm də digər göstəricilərə görə aşkar üstündür".

Qeyd edək ki, Azərbaycan millisi bu gün, saat 00:00-da Avropa çempionatının 1/8 finalında Qazaxıstanla üz-üzə gələcək. Elşad Quliyevin baş məşqçisi olduğu komanda Avstriya (1:0), İtaliya (3:2) və Fransanı (3:2) məğlub edərək yer aldığı F qrupunu lider başa vurmuşdu.

Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlanıb

Azərbaycan idmançılarının 2026-cı ilin iyun ayı üçün reytinq cədvəli açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Siyahıya apreldə Albaniyanın paytaxtı Tiranada keçirilmiş Avropa çempionatında qızıl medal qazanan yunan-roma güləşçisi Həsrət Cəfərov (480 xal) başçılıq edir.

Yarışın digər qızıl mükafatçısı, sərbəst güləşçi Giorgi Meşvildişvili (460 xal) ikinci pillədə qərarlaşıb. Qitə birinciliyində gümüş medal qazanan sərbəst güləşçi Arseniy Djioyev (420 xal) ilk "üçlüy"ü qapayır.

Növbəti sıralarda Zelim Kotsoyev (cüdo, 390 xal), Səidcəmşid Cəfərov (boks, 350 xal), Elcan Hacıyev (cüdo, 340 xal), Murad Əhmədiyev (yunan-Roma güləşi, 330 xal), Zelim Tçkayev (cüdo, 320 xal), Ülvü Qənizadə (yunan-Roma güləşi, 300 xal) və Nurəddin Novruzov (sərbəst güləş, 270 xal) yer alıblar.

Lamiyə Vəliyeva: "2027-ci ildə daha mükəmməl performans nümayiş etdirəcəyəm"

Monakoda atletika üzrə Avropanın kiçik ölkələrinin çempionatında gümüş və bürünc və medal qazanan paralimpiya çempionu Lamiyə Vəliyeva 2027-ci ildə daha mükəmməl performans göstərməyi hədəfləyib.

İdmançı bunu "Report"a açıqlamasında bildirib:

O, turnirdəki çıxışını dəyərləndirib:

"Yarış mənim üçün uğurlu keçdi. May ayı üçün bunu yaxşı nəticə hesab edirəm və aktivə medallar əlavə edə bildiyim üçün sevinirəm. Xaraktercə maksimalist idmançı olduğumdan, hər zaman daha yaxşı nəticə qazanmaq istəyirəm və yalnız çempionluğu hədəfləyirdim. Hələ də üzərində işləməli olduğum kiçik detallar var".

L.Vəliyeva növbəti planları və hazırlıq prosesi haqqında da danışıb:

"Növbəti yarış planım hələ tam dəqiqləşməyib. Əsas diqqətimi qış hazırlıq mövsümünə yönəltmək niyyətindəyəm. Bu hazırlıq dövrünü maksimum səmərəli keçirməyə çalışacağam və 2027-ci ildə daha mükəmməl performans nümayiş etdirəcəyəm".

Qeyd edək ki, L.Vəliyeva turnirdə 100 metr məsafəyə qaçışda gümüş, estafetdə isə bürünc medal qazanıb.

Azərbaycanın kişi boksçulardan ibarət millisi Dünya Kubokuna Çimkənddə hazırlaşacaq

Azərbaycanın kişi boksçulardan ibarət millisi Qazaxıstana yollanıb.

"Report" Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, Ravşan Xocayevin baş məşqçisi olduğu komanda təlim-məşq toplanışını Çimkənddə davam etdirəcək.

13 boksçunun cəlb olunduğu hazırlıq iyunun 12-də başa çatacaq. Toplanışda əsasən texniki-taktiki məşqlərə üstünlük veriləcək. Hazırlıq çərçivəsində sınaq döyüşləri də planlaşdırılır.

Qeyd edək ki, məşqlər Çində keçiriləcək Dünya Kubokuna hazırlıq xarakteri daşıyır.

AFFA Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Xankəndidə sosial aksiya keçirib

AFFA-nın təşkilatçılığı ilə Xankəndidə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə sosial aksiya keçirilib.

Bu barədə "Report"a qurumun mətbuat xidmətindən bildirilib.

Tədbir AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin təşkilatçılığı, həmçinin AFFA Hakimlər Departamenti və Hakimlər Komitəsinin dəstəyi ilə baş tutub.

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva çıxışında uşaqların rifahının və təhsilinin dəstəklənməsinin mühüm əhəmiyyət daşıdığını bildirib. O, uşaqlara göstərilən diqqət və qayğının gələcək nəslin formalaşmasında vacib rol oynadığını vurğulayıb.

Əməkdaşlıq çərçivəsində Xankəndi şəhərində yerləşən 1 nömrəli körpələr evi-uşaq bağçasının bu il birinci sinfə gedəcək uşaqları üçün zəruri məktəb ləvazimatlarından ibarət hədiyyələr verilib. Hədiyyələri beynəlxalq dərəcəli hakimlər Əliyar Ağayev və Gülnurə Əkbərzadə təqdim ediblər. Referilər uşaqlarla görüşərək onları qarşıdan gələn məktəb həyatı münasibətilə təbrik edib, gələcək təhsillərində uğurlar arzulayıblar.

Aksiya uşaqların təhsilə hazırlığının dəstəklənməsi və onların bayram sevincinin bölüşülməsi məqsədilə təşkil edilib.

Qeyd edək ki, azad edilmiş ərazilərdə AFFA tərəfindən sosial layihələrin davam etdirilməsi nəzərdə tutulur.

Mahmud Sadıqov: "Araz-Naxçıvan"ın əsas məqsədi UEFA Çempionlar Liqasında layiqli çıxışdır"

"Araz-Naxçıvan" futzal klubunun hədəfi UEFA Çempionlar Liqasında və növbəti Azərbaycan çempionatında layiqincə çıxış etməkdir.

Bunu "Report"a açıqlamasında klubun vitse-prezidenti Mahmud Sadıqov deyib.

O, heyətdən gedən oyunçuların adlarını açıqlayıb:

"Jan Karlosla Elan Delonun müqaviləsinin müddəti başa çatıb və onlarla yeni sözləşmə imzalanmayıb. Özlərinə də bu barədə məlumat verilib. Digər oyunçularla bağlı məşqçilər korpusu ilə müzakirələr aparılacaq və bundan sonra yekun qərar veriləcək. Yeni oyunçuların keçidi üçün isə hələ tezdir. Avropanın digər ölkələrində çempionatlar davam edir. Heyətə qatılması nəzərdə tutulan futzalçılarla yaxın müddətdə təmas qurulacaq".

Klub rəsmisi komandanın hədəflərini diqqətə çatdırıb:

"Ağır mövsüm oldu və müəyyən boşluqlar yarandı. Bütün bunlara baxmayaraq, əsas hədəf olan çempionluq son oyunda qazanıldı. "Araz-Naxçıvan"ın məqsədi hər zamankı kimi UEFA Çempionlar Liqasında və növbəti Azərbaycan çempionatında layiqincə çıxış etməkdir".

Qeyd edək ki, "Araz-Naxçıvan" 2025/2026 mövsümündə Azərbaycan çempionu olub.

Karate üzrə Avropa çempionu Mədinə Sadıqova: "Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm"

Almaniyada keçirilən karate üzrə Avropa çempionatında 55 kq çəki dərəcəsində qızıl medal qazanan Mədinə Sadıqova Vətənə qayıdıb.

"Report" xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda karate yığmamızın üzvlərini qarşılayanlar arasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının və onun tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının nümayəndələri də olub.

Mədinə Sadıqova ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğı üçün dövlətimizə, dövlətimizin başçısına idmançılar adından minnətdarlığını ifadə edib və yarışlara hazırlıq prosesində ona dəstək olan hər kəsə təşəkkürünü bildirib:

"Mən həm də Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasında məşqçi-müəllim kimi fəaliyyət göstərirəm. Yarışlara ciddi şəkildə hazırlaşmışdım. İslam Həmrəyliyi Oyunlarında qazandığım uğurdan sonra növbəti hədəfim Avropa çempionu olmaq idi. Hədəfimə nail oldum. Mənə dəstək olan məşqçilərimə, komanda yoldaşlarıma, Azərbaycan Karate Federasiyasına və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına təşəkkürümü bildirirəm. Vətənimdə bu cür coşğu ilə qarşılanmaq mənim üçün qürurvericidir".

Qadınlar arasında karate üzrə 55 kq çəki dərəcəsində ilk dəfə qızıl medal qazanan idmançı final görüşünün çətin keçdiyini deyib:

"Rəqibimə bələd idim, bir-birimizi yaxşı tanıyırdıq. Görüşün əvvəlində hesabda geri olsam da, sonda 9:6 hesabı ilə qalib gələrək Avropa çempionu titulunu qazanmağa nail oldum".

Avropa çempionunun məşqçisi Seymur Xudaverdiyev gənc idmançının uğurlarının davamlı olacağına inandığını bildirib:

"Mədinə çox intizamlı idmançıdır. Onun Avropa çempionu olacağına hamımız inanırdıq. O da ümidlərimizi doğrultdu. Dünya çempionatında da idmançımızın uğur qazanacağına inanırıq".

Qeyd edək ki, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının təmsilçisi olan Mədinə Sadıqova 55 kq çəki dərəcəsində böyüklər arasında Avropa çempionu titulunu qazanan ilk azərbaycanlı qadın karateçidir.

"Neftçi" Murad Məmmədovun "Pafos" klubuna keçidini açıqlayıb

"Neftçi"nin yetirməsi Murad Məmmədov Kiprin "Pafos" klubuna keçib.

Bu barədə "Report"a Bakı klubunun mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, 2024/25 mövsümündən əsas komandanın şərəfini qoruyan 20 yaşlı futbolçu bu müddət ərzində 41 oyun keçirib, 4 qol vurub. O, U-21 milli komandasının heyətində 10 matçda meydana çıxıb, 1 qola imza atıb.

"Tottenhem" və "Mançester Siti" Savinyonun transferi ilə bağlı danışıq aparır

İngiltərənin "Tottenhem" və "Mançester Siti" klubları yarımmüdafiəçi Savinyonun transferi ilə bağlı danışıqlara başlayıb.

"Report" insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, 22 yaşlı braziliyalı futbolçu London klubuna keçməyə müsbət yanaşır.

"Tottenhem" 2025-ci ilin yayında da Savinyonun keçidi üçün danışıqlar aparmasına baxmayaraq, həmin vaxt "Mançester Siti" futbolçunu buraxmayıb.

Qeyd edək ki, yarımmüdafiəçi 2025/2026 mövsümündə bütün turnirlərdə 36 oyun keçirib, 4 qol vurub və 3 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı onun dəyərini 40 milyon avro qiymətləndirir. Savinyonun klubla müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir.

"Şahdağ Qusar" baş məşqçi Elnur Abdullayev və köməkçiləri ilə yollarını ayırıb

Azərbaycanın I Liqa təmsilçisi "Şahdağ Qusar" baş məşqçi Elnur Abdullayev, həmçinin onun köməkçiləri Babək Allahverdiyev və Əlimirzə Daşzərini ilə yolları ayırıb.

Bu barədə "Report"a Qusar təmsilçisinin mətbuat xidmətindən bildirilib.

Məşqçilərlə müqavilənin müddəti uzadılmayıb.

Qeyd edək ki, "Şahdağ Qusar" I Liqanı 43 xalla 5-ci pillədə başa vurub.

"Qarabağ" Premyer Liqanın 2025/2026 mövsümündə ev oyunlarında azarkeş sayına görə lider olub

"Qarabağ" Misli Premyer Liqasının 2025/2026 mövsümündə ev oyunlarında azarkeş sayına görə lider olub.

"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Misli Premyer Liqasının 2025/2026 mövsümünün oyunlarını 285 min 778 tamaşaçı izləyib.

Nəticəsi ləğv olunan "İmişli" – "Sumqayıt" matçı nəzərə alınmaqla baş tutan 198 görüşdə orta göstərici 1443-ə bərabər olub.

Ən çox seyrçi XXVIII turun "Qarabağ" – "Sabah" görüşündə qeydə alınıb. Aprelin 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada 17 min 338 izləyici olub.

Bu komandaların eyni arenada baş tutan XXII turdakı matçı siyahıda ikincidir. Martın 1-də baş tutan oyunu 10 min 361 tamaşaçı seyr edib.

Ən çox izləyici toplayan iki matçın ev sahibi olan "Qarabağ" öz meydanındakı matçlardakı tamaşaçı sayında da 1-ci olub. Ümumilikdə 51 min 167 tamaşaçı toplayan Ağdam klubunun orta göstəricisi 3010-a bərabər olub.

"Neftçi" tamaşaçı sayında 2-ci yeri tutub – 44 min 693 (orta göstərici – 2793). İlk "üçlüy"ü "Sumqayıt" qapayıb – 39 min 560 (orta göstərici - 2473)

KLUB TAMAŞAÇI OYUN ORTA

1 Qarabağ 51167 17 3010

2 Neftçi 44693 16 2793

3 Sumqayıt 39560 16 2473

4 Turan Tovuz 34550 16 2159

5 Karvan-Yevlax 27380 17 1611

6 Sabah 23623 17 1390

7 Şamaxı 18150 17 1068

8 Kəpəz 13150 16 822

9 Zirə 12350 17 726

10 Qəbələ 9670 16 604

11 İmişli 7765 16 485

12 Araz-Naxçıvan 3720 17 219

cəmi 285778 198 1443

"Mançester Yunayted" Brunu Fernandeşlə yeni müqavilə üçün danışıqlara başlayıb

İngiltərənin "Mançester Yunayted" klubunun rəhbərliyi portuqaliyalı yarımmüdafiəçi Brunu Fernandeşlə yeni sözləşmə imzalamaq üçün danışıqlara başlayıb.

"Report" insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, İngiltərə klubu uğurlu çıxışına görə portuqaliyalı oyunçuya yeni müqavilə təklif etməyi planlaşdırır.

Yarımmüdafiəçinin "Mançester Yunayted"lə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər olsa da, daha əvvəl onunla Səudiyyə Ərəbistanı və Avropa klublarının maraqlandığı barədə xəbərlər yayılıb.

Qeyd edək ki, B.Fernandeş ötən mövsüm İngiltərə Premyer Liqasında keçirdiyi 35 matçda 9 qol vurub, 21 məhsuldar ötürmə edib və turnirin ən yaxşı assistentinə çevrilib.

"Mingəçevir" rəsmisi Ruslan Həmidov: "Qəbələ" ilə oyuna qələbə əzmi ilə çıxacağıq"

"Mingəçevir" klubu Misli Premyer Liqasına vəsiqə uğrunda "Qəbələ" ilə qarşılaşacağı pley-off matçına qələbə əzmi ilə çıxacaq.

Bunu "Report"a açıqlamasında Mingəçevir təmsilçisinin İdarə Heyətinin sədr müavini Ruslan Həmidov deyib.

O, rəqibin Premyer Liqa təmsilçisi olmasına baxmayaraq, meydana uğurlu nəticə üçün çıxacaqlarını vurğulayıb:

"Hazırda bütün şəhər, klub rəhbərliyi və futbolçular bu qarşılaşmaya köklənib. Futboldur, meydan düz, top isə yumrudur. "Qəbələ"nin Premyer Liqa komandası olduğunu və böyük ad daşıdığını yaxşı bilirik. Lakin komandada çox yaxşı ab-hava var və ciddi şəkildə hazırlaşırıq. General olmaq istəməyən əsgər əsgər deyil. Meydana qələbə əzmi ilə çıxacağıq və var gücümüzlə mübarizə aparacağıq".

R.Həmidov "Mingəçevir"in bu mərhələyə yüksəlməsinin klub üçün böyük bir uğur və inkişaf göstəricisi olduğunu qeyd edib:

"Bu yola 2017-2018-ci illərdə Region Liqasından başlayanda, demək olar ki, heç nəyimiz yox idi. Bu gün isə komandamız artıq pley-off mərhələsində oynayır və Premyer Liqaya yüksəlmək şansı qazanıb. Bu, bizim üçün böyük inkişafdır. Ona görə də mümkün uğursuzluq bizim üçün böyük faciə olmayacaq. Amma komanda olaraq qələbəyə köklənmişik. Bu üzdən oyundan iki gün əvvəl Sumqayıta getməyi planlaşdırırq".

O, azarkeşlərdən böyük dəstək gözlədiklərini bildirib:

"Bakıda və paytaxt ətrafında yaşayan çoxlu sayda mingəçevirli stadiona gələcək. Eyni zamanda, məsafə bir qədər uzaq olsa da, Mingəçevirdən də komandanı dəstəkləmək üçün 500 nəfərdən çox azarkeşin səfər edəcəyi gözlənilir".

Qeyd edək ki, "Qəbələ" - "Mingəçevir" matçı mayın 28-də, saat 18:30-da "SOCAR Polymer Arena"da start götürəcək.

Kriştianu Ronaldunun kolleksiya kartı 1,35 milyon dollara satılıb

Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldunun nadir kolleksiya kartı rekord məbləğə alıcı tapıb.

"Report" ESPN-ə istinadən xəbər verir ki, futbolçunun İtaliyanın "Yuventus" klubunda çıxış etdiyi dövrə aid olan eksklüziv "2018 Panini Kaboom" kartı hərracda 1,35 milyon dollara satılıb.

Bu, indiyədək Ronaldunun kartları üçün ödənilən ən yüksək məbləğdir. Sözügedən satış həm də futbol kartları tarixində ikinci ən bahalı sövdələşmə kimi qeydə alınıb. Bu sahədə rekord 1,5 milyon dollara satılan Lionel Messinin debüt kartına məxsusdur. Əfsanəvi Pelenin kartı isə 1,33 milyon dollarla üçüncü ən bahalı əşya olub.

Ronaldunun kartı üzrə əvvəlki rekord cəmi iki gün əvvəl, mayın 22-də qeydə alınmışdı. Həmin vaxt ulduz futbolçunun digər bir nadir kartı hərracda 420 min dollara satılmışdı. Son satış əvvəlki rekordu üç dəfədən çox təzələyib.

Qeyd edək ki, dünyada cəmi bir nüsxədə olan bu yaşıl rəngli kart "Professional Sports Authenticator" (PSA) tərəfindən ən yüksək keyfiyyət dərəcəsi (PSA 10 - ideal vəziyyət) ilə qiymətləndirilib.

"Real" portuqaliyalı futbolçu Rodriqu Moranı transfer etməyə yaxındır

İspaniyanın "Real" klubu "Portu"nun (Portuqaliya) hücumameyilli yarımmüdafiəçisi Rodriqu Moranı transfer etməyə yaxındır.

"Report" "Transfer News Live"ə istinadən xəbər verir ki, 19 yaşlı futbolçunun maraqlarını təmsil edən agent Jorje Mendeş onu "kral klubu"na keçməyə sövq edir.

Perspektivli portuqaliyalı oyunçu üçün La Liqanın digər təmsilçisi "Barselona" da iddialıdır. "Portu"nun Mora üçün təxminən 40 milyon avro tələb edəcəyi gözlənilir.

Qeyd edək ki, gənc futbolçu başa çatan mövsümdə "əjdahalar"ın heyətində Portuqaliya çempionu olub. O, bütün turnirlərdə ümumilikdə 44 matçda meydana çıxıb, 5 qol vurub və 2 məhsuldar ötürmə müəllifi olub.

Peşəkar Futbol Liqası Coy-Lens Mikelsə mükafat təqdim edib

Misli Premyer Liqasında 2025/2026 mövsümünün bombardiri Coy-Lens Mikelsə xüsusi hədiyyə təqdim olunub.

Bu barədə "Report"a Peşəkar Futbol Liqasından (PFL) bildirilib.

Ona mükafatı PFL prezidenti Elxan Səmədov təqdim edib.

Qeyd edək ki, "Sabah"ın almaniyalı hücumçusu 19 qolla Premyer Liqada son mövsümün ən sərrast futbolçusu olub.

"Araz-Naxçıvan" Tərlan Əhmədli ilə yeni müqavilə imzalayıb

"Araz-Naxçıvan" müqavilə müddəti başa çatan qapıçı Tərlan Əhmədli ilə yenidən anlaşıb.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, təcrübəli qolkiper növbəti mövsümdə də komandanın uğurları üçün çıxış edəcək.

Onunla imzalanan yeni müqavilənin müddəti 1 illikdir.

Qeyd edək ki, Tərlan Əhmədli 2024-cü ilin yayından "Araz-Naxçıvan" klubunun heyətində yer alır.

"Qəbələ" rəsmisi Səbuhi Səfiyarlı: "Mingəçevir" xarakterli komandadır, asan oyun gözləmirik"

"Qəbələ"nin Misli Premyer Liqasında qalmaq uğrunda "Mingəçevir"lə keçirəcəyi pley-off oyunu heç də asan olmayacaq.

Bunu "Report"a açıqlamasında Qəbələ təmsilçisinin idman direktoru Səbuhi Səfiyarlı deyib.

Klub rəsmisi "Mingəçevir"in xarakterli kollektiv olduğunu söyləyib:

"Məşqçilərimiz və analitiklərimiz rəqibi diqqətlə təhlil edirlər. Premyer Liqanın digər matçlarına necə hazırlaşırdıqsa, buna da o şəkildə ciddi yanaşırıq. Hər şey qaydasındadır. "Mingəçevir" çempionatın son turlarında göstərdiyi oyunla diqqət çəkdi. Baxmayaraq ki, arada böyük xal fərqi yaranmışdı, onlar sona qədər döyüşərək bunu aradan qaldırdılar. Xarakterli komanda olduqlarını sübut etdilər".

S.Səfiyarlı oyunun keçiriləcəyi "SOCAR Polymer Arena" və yaradılan şəraitdən məmnunluğunu ifadə edib:

"Nominal meydan sahibi olsaq da, stadion artıq müəyyənləşib. Əsas odur ki, təbii örtüklü və işıqlandırma sistemi olan meydanda oynayacağıq. Yaxşı futbol nümayiş etdirmək üçün hər cür şərait var. Komandamız oyuna ciddi hazırlaşır".

İdman direktoru "Qəbələ"nin kağız üzərində favorit göstərilməsinə baxmayaraq, rəqibə böyük hörmətlə yanaşdıqlarını vurğulayıb:

"Bu, cəmi bir oyundan ibarət olan vacib qarşılaşmadır. Futbolda hər şey ola bilər. Düzdür, bəlkə də hazırda çoxları bizi kağız üzərində favorit hesab edirlər. Amma meydanda heç də həmişə favoritlər qalib gəlmir. Bizi asan oyun gözləmir. Matça maksimum məsuliyyətlə yanaşmaq lazımdır. Əsas məqsəd Premyer Liqada yerimizi qorumaqdır".

Qeyd edək ki, "Qəbələ" - "Mingəçevir" matçı mayın 28-də, saat 18:30-da "SOCAR Polymer Arena"da start götürəcək.

Bakıda FIVB-nin dəstəyi ilə voleybol məşqçiləri üçün "Level-2" kursu start götürüb

Bakıda Beynəlxalq Voleybol Federasiyasının (FIVB) dəstəyi və Azərbaycan Voleybol Federasiyasının (AVF) təşkilatçılığı ilə voleybol məşqçiləri üçün beynəlxalq seminar keçirilir.

"Report" AVF-yə istinadən xəbər verir ki, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan "FIVB Level-2" kursuna bu gün start verilib.

İyunun 5-dək davam edəcək təlim proqramında 65 nəfər iştirak edir. Kurs iki qrup şəklində təşkil olunub. Birinci qrup üzrə məşğələlər 25-29 mayda, ikinci qrup üzrə isə 1-5 iyunda keçiriləcək.

Təlimlərdə Azərbaycanla yanaşı, Türkiyə, Avstraliya, Kipr, İran, Hindistan, Ukrayna, İsrail və Belarusdan olan məşqçi və mütəxəssislər iştirak edirlər. Seminarın rəhbəri FIVB məşqçi-instruktoru, professor Cengiz Akarçeşme, onun köməkçisi isə AVF-nin nümayəndəsi Nərgiz İsmayılovadır.

Kurs nəzəri və praktiki hissələrdən ibarətdir. Seminar çərçivəsində iştirakçılara müasir məşq metodikaları, oyun sistemləri, texniki-taktiki hazırlıq və məşq prosesinin düzgün təşkili kimi mövzular tədris olunacaq. Sonda təşkil olunacaq imtahandan uğurla keçən mütəxəssislər "Level-2" sertifikatına layiq görüləcəklər.

"Araz-Naxçıvan" Əfran İsmayılovla yolları ayırıb

"Araz-Naxçıvan" klubu məşqçisi Əfran İsmayılovla yolları ayırıb.

"Report" Naxçıvan təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, mütəxəssis rəhbərliklə görüşərək klubdan ayrılmaq istədiyini bildirib.

Klub rəhbərliyi son 3 mövsümdə komandada məşqçi kimi fəaliyyət göstərən Ə.İsmayılovun müraciətini müsbət cavablandırıb.

Qeyd edək ki, "Araz-Naxçıvan" Misli Premyer Liqasının 2025/2026 mövsümünü 46 xalla 6-cı pillədə bitirib.

Gülənbər Qasımova U-15 millisinin baş məşqçisi vəzifəsindən ayrılıb

AFFA 15 yaşadək qızlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Gülənbər Qasımova ilə müqaviləyə xitam verib.

Bu barədə "Report"a qurumun mətbuat xidmətindən bildirilib.

Tərəflər qarşılıqlı razılıq əsasında yolları ayırıblar.

G.Qasımova U-19 millisində köməkçi məşqçi kimi fəaliyyətini davam etdirəcək.

Aygül Abdullayeva ETU Hakimlər Komitəsində fəaliyyətinin əsas istiqamətlərini açıqlayıb

Avropa Taekvondo Birliyinin (ETU) Hakimlər Komitəsinə üzvü seçilən Aygül Abdullayeva hakimlərin peşəkar inkişafına dəstək göstərəcək.

Mütəxəssis bunu "Report"a açıqlamasında bildirib.

A.Abdullayeva təlim və koordinasiya proseslərində iştirak edəcəyini də deyib:

"Hakimlər Komitəsi daxilində əsas işim hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, yarışlarda obyektivliyin və qaydalara uyğunluğun təmin edilməsi olacaq. Həmçinin hakimlərin peşəkar inkişafına dəstək göstərəcəyəm, təlim və koordinasiya proseslərində iştirak edəcəyəm və yarışların daha keyfiyyətli idarə olunmasına töhfə verəcəyəm".

Qeyd edək ki, eyni zamanda Azərbaycan Taekvondo Federasiyasının baş katibi olan A.Abdullayevanın təyinat müddəti ETU-nun 2027-ci ildə keçiriləcək Baş Assambleyasının iclasınadək qüvvədə qalacaq.

Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasına üzv qəbul edilib

Peşəkar Futbol Liqası Dünya Liqaları Assosiasiyasına (WLA) üzv qəbul olundu

Azərbaycan Peşəkar Futbol Liqası növbəti uğuruna imza atıb. PFL Dünya Liqaları Assosiasiyasına üzv qəbul olunub. Bununla bağlı Dünya Liqaları Assosiasiyasının baş katibi Jerom Perlemuter və Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov arasında onlayn görüş keçirilib. Perlemuter bir çox məsələlər, planlar ətrafında xoş müzakirələrin aparıldığı görüşlə bağlı beynəlxalq qurumun rəsmi saytına təəssüratlarını bölüşüb: "Azərbaycan Peşəkar Futbol Liqasını Dünya Liqaları Assosiasiyasında salamlamaqdan məmnunuq. PFL idarəetmə, liqa idarəetməsi və uzunmüddətli inkişaf yolu ilə peşəkar futbolun inkişafına güclü sadiqlik nümayiş etdirib. Biz PFL ilə işləməyi və beynəlxalq əməkdaşlıq, şəbəkə paylaşımı və üzvlərimiz arasında ən yaxşı təcrübələrin mübadiləsi yolu ilə onun inkişafını dəstəkləməyi səbirsizliklə gözləyirik".

Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov da öz növbəsində məmnunluğunu bildirərək təşəkkür edib: "Dünya Liqaları Assosiasiyasına qoşulmaq Azərbaycanda peşəkar futbol üçün mühüm bir mərhələdir. Son illərdə klublarımızın və liqamızın peşəkar strukturlarını gücləndirərkən yarışlarımızın təşkilini və baxımlılığını yaxşılaşdırmağa diqqət yetirmişik. Dünya Liqaları Assosiasiyasının bir hissəsi olmaq bizə dünyanın hər yerindən aparıcı liqalarla əməkdaşlıq etmək, təcrübə qazanmaq və mübadiləsini aparmaq, peşəkar futbolun gələcəyi ilə bağlı müzakirələrə töhfə vermək imkanı verəcək. İnanırıq ki, bu əməkdaşlıq həm meydanda, həm də ondan kənarda Azərbaycan futbolunun davamlı inkişafına dəstək olacaq".

Qeyd edək ki, indiyədək bu liqanın üzvlüyünə MDB ölkələrindən yalnız Ukrayna, Özbəkistan və Latviya qəbul edilib.

1100 klubun təmsil olunduğu üzvlər arasında İngiltərə, İtaliya, İspaniya, Almaniya, Fransa kimi böyük beşlik ölkələrinin liqaları – Premyer Liqa, A seriyası, La Liqa, Bundesliqa, Fransa Peşəkar Liqası, yəni Liqa 1 və digər güclü futbol ölkələrinin liqaları da var.

Bu görüşlə bağlı Dünya Liqaları Assosiasiyasının rəsmi saytında (https://worldleaguesforum.com/en/media/world-leagues-association-wla-welcomes-the-azerbaijan-professional-football-league-pfl-as-a-new-member) yayılan məlumatda təqdimat, planlanan qarşılıqlı münasibətlər, üstünlüklər və hədəflər barədə də ətraflı məlumat verilir:

Peşəkar Futbol Liqası (PFL) rəsmi olaraq Dünya Liqaları Assosiasiyasının üzvü olub.

Bu barədə "Report"a PFL-in mətbuat xidmətindən bildirilib.

2008-ci ildə təsis edilən Azərbaycan Peşəkar Futbol Liqası, Azərbaycanın ən yüksək səviyyəli peşəkar yarışı olan Azərbaycan Premyer Liqası, eləcə də Birinci Divizion və milli kubok yarışları da daxil olmaqla, ölkənin peşəkar klub yarışlarının təşkili və idarə olunmasından məsuldur. Son illərdə PFL yarışların idarə olunması, klub lisenziyalaşdırılması, kommersiya inkişafı, yayım, infrastruktur və azarkeşlərin cəlb edilməsi sahəsində təkmilləşdirmələr yolu ilə Azərbaycanda futbolu modernləşdirib və peşəkarlaşdırıb.

APFL həmçinin idarəetmə standartlarını gücləndirmək və yerli futbolun uzunmüddətli inkişafı üçün daha dayanıqlı bir çərçivə yaratmaq üçün klublar və maraqlı tərəflərlə sıx əməkdaşlıq edib.

Dünya Liqaları Assosiasiyasının üzvü olaraq, APFL hər qitədə 50-yə yaxın peşəkar liqanı təmsil edən qlobal şəbəkəyə qoşulacaq. Üzvlük liqaya beynəlxalq təcrübəyə, əməkdaşlığa və idarəetmə, kommersiya inkişafı, oyunçu münasibətləri, yarışların təşkili, hüquqi və tənzimləyici məsələlər və innovasiya daxil olmaqla ən yaxşı təcrübələrin mübadiləsinə çıxış imkanı verəcək.

2016-cı ildə təsis edilən Dünya Liqaları Assosiasiyası dünya miqyasında peşəkar futbol liqalarını təmsil edir və futbolun beynəlxalq idarəetmə strukturları daxilində milli yarışların rolunu gücləndirmək üçün çalışır. Təşkilat liqalar arasında əməkdaşlığı təşviq edir və qlobal miqyasda peşəkar oyunun davamlı və balanslı inkişafı üçün tərəfdardır.

Qeyd edək ki, noyabr ayında Çexiyanın paytaxt Praqa şəhərində Dünya Liqaları Assosiasiyasının Baş Assambleyası və növbəti seçkilər keçiriləcək. Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov da bu tədbirə dəvət alıb.

38 yaşlı Simon Minyole karyerasını "Brügge"də başa vurub

"Brügge" (Belçika) klubunun qapıçısı Simon Minyole karyerasını başa vurduğunu elan edib.

"Report" xəbər verir ki, 38 yaşlı qolkiper bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Belçika millisinin və "Liverpul"un (İngiltərə) sabiq qolkiperi karyerasını məhz "Brügge"də başa vurmağın onun üçün böyük şərəf olduğunu qeyd edib.

S.Minyole Belçika millisinin heyətində 35 matça çıxıb və 2018-ci ildə keçirilən dünya çempionatının bürünc mükafatçısı olub.

Qeyd edək ki, təcrübəli qolkiper 2019-cu ildə İngiltərənin "Liverpul" klubunun heyətində UEFA Çempionlar Liqasının qalibi olub. O, "Brügge"nin heyətində 5 dəfə Belçika çempionluğu, 1 dəfə ölkə kuboku, 2 dəfə isə Superkubok qazanıb.

Maks Dauman Premyer Liqa tarixində start heyətində meydana çıxan ən gənc futbolçu olub

"Arsenal" klubunun yarımmüdafiəçisi Maks Dauman İngiltərə Premyer Liqası tarixində start heyətində meydana çıxan ən gənc futbolçu olub.

"Report" ESPN-ə istinadən xəbər verir ki, 16 yaş 144 günlüyündə olan ingiltərəli oyunçu bu rekordu turnirin XXXVIII turunda, "Kristal Pelas"a qarşı keçirilən görüşdə (2:1) gerçəkləşdirib.

O, "Everton"un sabiq futbolçusu Xose Baksterin 2008-ci ildə qeydə alınan rekordunu (16 yaş 198 gün) qırıb.

Yarımmüdafiəçi 2025/2026 mövsümündə Premyer Liqada debüt edən və qol vuran ən gənc oyunçu olmaqla yanaşı, "Arsenal"ın heyətində turnirin qalibi olan ən gənc futbolçu kimi də tarixə düşüb. O, həmçinin 15 yaş 308 günlüyündə UEFA Çempionlar Liqası tarixində meydana çıxan ən gənc oyunçu ünvanına yiyələnib.

Qeyd edək ki, Maks Dauman 2025/2026 mövsümündə çıxış etdiyi bütün turnirlərdə ümumilikdə 13 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə müəllifi olub.

"Qarabağ" Zakira Savonu transfer edib

"Qarabağ" İsveçin "Yurqorden klubundan Zakira Savonu transfer edib.

Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.

26 yaşlı isveçli hücumçu ilə 3 illik müqavilə imzalanıb. 2025-ci ildən "Yurqorden"də çıxış edən forvard 2026-cı ildə icarə əsasında Kipr təmsilçisi AEL-də forma geyinib. O, karyerası ərzində İsveçdə "Olimpik", "Rosenqard", "Oskarşamns AIK", Norveçdə "Start", Kiprdə "Aris"də çıxış edib.

Qeyd edək ki, Savo yay transfer pəncərəsində Ağdam təmsilçisinə qoşulan ikinci futbolçudur. Klub daha əvvəl Jali Mauddibin keçidi rəsmiləşmişdi.

Premyer Liqada mövsümün son matçında "Karvan-Yevlax" səfərdə "İmişli" ilə heç-heçə edib

Misli Premyer Liqasında 2025/2026 mövsümünün son matçında "Karvan-Yevlax" səfərdə "İmişli" ilə heç-heçə edib.

"Report" xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan görüş 1:1 hesabı ilə başa çatıb.

Yevlax təmsilçisindən qolu 28-ci dəqiqədə Peter Kinqs vurub. "İmişli"nin heyətində isə Dioqo Kardozu 90+5-ci dəqiqədə fərqlənib.

Bu nəticədən sonra "İmişli" 34 xalla 9-cu yeri tutub. 15 xala malik "Karvan-Yevlax" isə 12-ci olub.

Qeyd edək ki, turun daha əvvəl keçirilən matçlarında "Qəbələ" "Şamaxı"nı (3:1), "Sabah" "Turan Tovuz"u (2:1), "Qarabağ" "Sumqayıt"ı (4:3), "Neftçi" "Kəpəz"i (1:0), "Araz-Naxçıvan" isə "Zirə"ni (3:2) məğlub edib.

Niko Qonsales yayda "Mançester Siti"dən ayrıla bilər

"Mançester Siti"nin yarımmüdafiəçisi Niko Qonsales yayda klubunu dəyişə bilər.

"Report" "MaxSport"a istinadən xəbər verir ki, "Çelsi"nin yeni baş məşqçi Xabi Alonso futbolçunun xidmətində maraqlıdır.

İspaniyalı oyunçu cari mövsümdə "şəhərlilər"in heyətində bütün turnirlərdə 40 matça çıxıb və 2 qol vurub.

Qeyd edək ki, N.Qonsales 2025-ci ildə "Portu"dan (Portuqaliya) "Mançester Siti"yə 60 milyon avroya transfer olunub və onun müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. "Transfermarkt" portalı yarımmüdafiəçinin dəyərini 45 milyon avro qiymətləndirir.

Kuivin Kelleher "Liverpul"a qayıda bilməyəcək

İngiltərənin "Liverpul" klubu qapıçı Kuivin Kelleheri geri qaytara bilməyəcək.

"Report" "liverpool.com"a istinadən xəbər verir ki, klub irlandiyalı qolkiperin müqaviləsinə geri satınalma bəndi daxil etməyib.

Ötən yay təxminən 20 milyon avro qarşılığında "Brentford"a transfer olunduqdan sonra irlandiyalı qolkiper əsas heyət oyunçusuna çevrilərək İngiltərə Premyer Liqasında keçirdiyi uğurlu mövsümdə 10 matçda qapısını toxunulmaz saxlayıb.

Azarkeşlərin böyük marağına və Alissonun tez-tez zədələnməsinə baxmayaraq, rəhbərlik Kelleherin geri dönüşünü real hesab etmir. İrlandiyalı oyunçunun yenidən transferi üçün Mersisayd təmsilçisi rəqiblə danışıqlar aparmalı və onun üçün tələb olunan məbləği ödəməlidir.

Qeyd edək ki, "Liverpul" 37 turdan sonra 62 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Yeniyetmə voleybolçuların təlim-məşq prosesinin növbəti mərhələsi Şəkidə baş tutub

Voleybol üzrə aşağı yaş qrupları üzrə oğlanlardan ibarət millilərin formalaşdırılması məqsədilə təşkil olunan seleksiya düşərgəsi davam edir.

"Report" Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, mayın 4-də Abşeron Olimpiya İdman Kompleksində start götürən hazırlıq prosesinin növbəti mərhələsi 18–24 mayda Şəki Olimpiya İdman Kompleksində baş tutub.

Yeniyetmə və gənc oğlanlardan ibarət milli komandanın baş məşqçisi Cahangir Seyyed Abbasinin rəhbərliyi altında təşkil olunan düşərgəyə ölkə üzrə aparılmış seleksiya nəticəsində seçilmiş 2010, 2011 və 2012-ci il təvəllüdlü idmançılar cəlb olunublar.

14 yaşadək oğlan voleybolçular üçün nəzərdə tutulan təlim-məşq toplanışı 2 qrup üzrə aparılıb. Hazırlıq müddətində 2010–2011 və 2012-ci il təvəllüdlü idmançılar ayrı-ayrı qruplarda məşq prosesinə qatılıblar.

Ümumilikdə 25 idmançının iştirak etdiyi toplanışda voleybolçuların həm fiziki, həm də texniki-taktiki hazırlığının artırılması məqsədilə məşqlər təşkil olunub. Şəki şəhərindəki mərhələ uğurla başa çatıb.

Qeyd edək ki, düşərgənin iyun ayınadək Abşeron Olimpiya İdman Kompleksində davam etdirilməsi nəzərdə tutulur. Toplanış müddətində özünü fərqləndirən idmançıların müvafiq yaş qrupları üzrə milli komandalara cəlb olunması planlaşdırılır.

"Çelsi" Tiaqu Silvanı məşqçi kimi geri qaytarmağı düşünür

İngiltərənin "Çelsi" klubunun rəhbərliyi sabiq müdafiəçisi Tiaqu Silvanı məşqçi kimi komandaya qaytarmaq variantını nəzərdən keçirir.

"Report" "ESPN Brasil"ə istinadən xəbər verir ki, 41 yaşlı braziliyalı futbolçu ilə bağlı hələ yekun qərar qəbul olunmayıb.

London təmsilçisi ilə müsbət münasibətlərini qoruyan veteran oyunçu bu yaxınlarda komandanın İngiltərə Premyer Liqasında "Nottingem Forest"ə 2:1 hesabı ilə qalib gəldiyi ev matçını direktorlar lojasından izləyib. Müdafiəçinin ailəsinin hələ də London klubunun məşq bazasının yaxınlığında yaşadığı bildirilib.

Qeyd edək ki, T.Silva 2020-2024-cü illərdə "Çelsi"də çıxış edib. O, bu ilin yanvarında qoşulduğu "Portu" (Portuqaliya) klubundan bir neçə gün öncə ayrılıb.

Qılıncoynatma üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib

Azərbaycan Texniki Universitetinin qılıncoynatma zallarında yeniyetmələr və gənclər arasında BAkı birinciliyi keçirilib.

"Report" Azərbaycan Qılıncoynatma Federasiyasına istinadən xəbər verir ki, 2 gün davam edən yarışda sablya və şpaqa növləri üzrə qaliblər müəyyənləşib.

Yarışın sonunda qalib və mükafatçılar diplom və medallarla təltif olunublar.

Sablya

Yeniyetmə qızlar

1. İrina Lobas

2. Viktoriya Lazareva

3. Zəhra Xəlilova, Cahan Sadıxova

Yeniyetmə oğlanlar

1. Nəcəf Şabanlı

2. Əbdülmalik Nəsibzadə

3. David Dametov, Sultan Sultanov

Gənc qızlar

1. Leyla Əhmədova

2. Ayan Ağasıyeva

3. Fərəh Abasova, İrina Lobas

Gənc oğlanlar

1. Abbas Hüseynov

2. Nahid Məmmədli

3. Səid Sultanlı, Timur Husnaddinov

Şpaqa

Yeniyetmə qızlar

1. Mirnuray Abasova

2. Aydan Atakişiyeva

3. Jasmin Əliyeva, Esnad Mirzəyeva

Yeniyetmə oğlanlar

1. Rəhman Məmmədov

2. Bəhram Əliyev

3. Ağamusa Məmmədov, İbrahim İmirzayev

Gənc qızlar

1. Xədicə Həsənli

2. Mirnuray Abasova

3. Nəzrin Mehdiyeva, Jasmin Əliyeva

Gənc oğlanlar

1. Oruc Misirzadə

2. Mirxətai Məmmədov

3. Emin Səfərbəyov, Rəhman Məmmədov

Əşrəf Hakimi və Usman Dembele UEFA Çempionlar Liqasının finalında oynamaya bilər

Fransanın PSJ klubunun müdafiəçisi Əşrəf Hakimi və hücumçu Usman Dembele UEFA Çempionlar Liqasının "Arsenal"a qarşı keçiriləcək final matçında oynamaya bilər.

"Report" "L"Équipe"ə istinadən xəbər verir ki, Hakiminin tezliklə komandanın məşqlərinə qayıdacağı gözlənilsə də, onun mayın 30-da baş tutacaq həlledici görüşə tam hazır olmayacağı ehtimal edilir.

Fransa klubunun digər futbolçusu Usman Dembele isə baldır əzələsindən aldığı zədədən sonra fərdi proqram üzrə hazırlıqlarını davam etdirir. Mayın 26-da komandanın ümumi məşqlərinə qoşulmasa, Dembelenin həlledici oyuna hazırlığı sual altına düşəcək.

Qeyd edək ki, Ə.Hakimi aprelin 28-də UEFA Çempionlar Liqasının yarımfinalında "Bavariya"ya (Almaniya) qarşı keçirilən ilk matçda (5:4) budundan zədə alıb.

ABŞ investorları "Napoli"ni 2 milyard avroya almaq niyyətindədirlər

ABŞ investorları İtaliyanın "Napoli" futbol klubunu 2 milyard avroya satın almaq niyyətindədir.

"Report" "The Athletic"ə istinadən xəbər verir ki, Aurelio De Laurentis klubu satmağı planlaşdırmasa da, tərəflər arasında danışıqlar 6 ay əvvəl başlayıb və hazırda davam edir.

Daha əvvəl Neapol təmsilçisinin basketbol komandasının nəzarət səhm paketi də amerikalı investorlara satılmışdı.

Baş məşqçi Antonio Kontenin isə tezliklə komandadan ayrılaraq İtaliya millisinə rəhbərlik edə biləcəyi gözlənilir.

Qeyd edək ki, "Napoli" İtaliya A Seriyasında 37 matçdan sonra 73 xalla 2-ci pillədə qərarlaşıb.

"Sabah"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşib

"Sabah"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.

Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.

Siyahıda İrlandiyanın "Şemrok Rovers", Uelsin "Nyu Sents", İslandiyanın "Vikinqur", Şimali İrlandiyanın "Larne", Finlandiyanın "Kups", Qazaxıstanın "Kayrat", Moldovanın "Petrokub", Estoniyanın "Flora" və Cəbəllüttariqin "Linkoln Red İmps", Rumıniyanın "Universitatya Krayova", Farer adalarının "Klaksvik", Kosovonun "Drita", Bosniya və Herseqovinanın "Borats" və Latviyanın "Riqa" kollektivləri yer alıb.

"Sabah"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşib

"Sabah"ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.

Bu barədə "Report"a klubun mətbuat xidmətindən bildirilib.

Siyahıda İrlandiyanın "Şemrok Rovers", Uelsin "Nyu Sents", İslandiyanın "Vikinqur", Şimali İrlandiyanın "Larne", Finlandiyanın "Kups", Qazaxıstanın "Kayrat", Moldovanın "Petrokub", Estoniyanın "Flora" və Cəbəllüttariqin "Linkoln Red İmps", Rumıniyanın "Universitatya Krayova", Farer adalarının "Klaksvik", Kosovonun "Drita", Bosniya və Herseqovinanın "Borats" və Latviyanın "Riqa" kollektivləri yer alıb.

Avstraliya millisinin üzvü Rayli Makqri zədə səbəbindən dünya çempionatını qaçıra bilər

Avstraliya yığmasının yarımmüdafiəçisi Rayli Makqri İngiltərə Çempionşipi təmsilçisi "Midlsbro"nun heyətində aldığı ciddi zədə səbəbindən qarşıdan gələn dünya çempionatını qaçıra bilər.

"Report" "The Guardian"a istinadən xəbər verir ki, 27 yaşlı futbolçu Çempionşipin pley-off mərhələsinin finalında "Hall Siti" ilə keçirilən matçın 72-ci dəqiqəsində zədələnib.

Cari mövsümdə tez-tez zədələnən oyunçunun son vəziyyəti tibbi müayinədən sonra bəlli olacaq. Turnirin başlamasına 3 həftə qalmış alınan bu zədə yüngül olsa belə, futbolçunun dünya çempionatından əvvəl Meksika və İsveçrəyə qarşı yoldaşlıq görüşlərində oynaması sual altındadır.

Qeyd edək ki, Qeyd edək ki, iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında Avstraliya millis D qrupunda Türkiyə, ABŞ və Paraqvayla mübarizə aparacaq.

Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb

Misli Premyer Liqasının 2025/2026 mövsümündə 500-cü qol qeydə alınıb.

"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, yubiley XXXIII turun "Sumqayıt" – "Qarabağ" görüşünə (3:4) təsadüf edib.

Rüstəm Əhmədzadənin vurduğu top mövsümdə 500-cü olub. Bu, çempionatdakı 195-ci qarşılaşmaya təsadüf edib.

Ölkə çempionatları tarixində yüksək dəstədə mövsümün 500-cü qolunun vurulması 21 ildən sonra gerçəkləşib. Sonuncu dəfə 2004/2005 mövsümündə belə hadisə yaşanıb. Sonrakı turnirlərdə qol sayı 500-dən aşağı olub.

Qeyd edək ki, 2004/2005 mövsümündə 684 qol vurulub. Bir mövsümdəki qol sayındakı rekord isə 1992-ci ilə təsadüf edib. Həmin vaxt 1177 qol vurulub.

"Zirə" Azərbaycan Premyer Liqasında 400-cü qolunu vurub

"Zirə" Azərbaycan Premyer Liqasında 400-cü qolunu vurub.

"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Misli Premyer Liqasının XXXIII turunun "Araz-Naxçıvan"la səfər oyununda vurulan sonuncu qol "Zirə" üçün əlamətdar olub.

Yubiley topuna Junior Martins imza atıb. Bununla da "Zirə" Azərbaycan çempionatları tarixində yüksək dəstədə 400 və daha çox qol vuran 10-cu komanda olub.

Bakı klubunun 400-cü qolu Premyer Liqadakı 337-ci matça təsadüf edib. Qəsəbə komandası evdə 218, səfərdə 182 dəfə fərqlənib.

Debütü 2015/2016 mövsümünə təsadüf edən klubun Premyer Liqadakı ilk qoluna Viktor İqbekoyi imza atıb. O, 2015-ci il avqustun 9-da AZAL-la ev görüşünün (1:0) 5-ci dəqiqəsində rəqib qapısına yol tapıb.

Qeyd edək ki, "Zirə" "Araz-Naxçıvan"la səfər görüşündə 2:3 hesabı ilə uduzub.

"Araz-Naxçıvan" Premyer Liqada 30-cu ev qələbəsini qazanıb

Misli Premyer Liqasının XXXIII turunda "Zirə"ni 3:2 hesabı ilə məğlub edən "Araz-Naxçıvan" Premyer Liqada 30-cu ev qələbəsini qazanıb.

"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi öz meydanında keçirdiyi 74-cü oyunda "30"a çatıb.

Digər qarşılaşmalarda 20 heç-heçə və 24 məğlubiyyət qeydə alınıb.

"Araz-Naxçıvan" ilk ev qələbəsini 2000/2001 mövsümündə əldə edib. 2001-ci il martın 12-də Quba "Şahdağ"ı ilə matç baş tutmadığı üçün naxçıvanlılara texniki qələbə verilib.

Qeyd edək ki, "Araz-Naxçıvan" turnirin tarixinə öz meydanında ən azı 30 dəfə qalib gələn 26-cı komanda kimi düşüb.

"Qarabağ"ın UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki potensial rəqibləri müəyyənləşib

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək "Qarabağ"ın I təsnifat mərhələsindəki potensial rəqibləri bəlli olub.

"Report" Ağdam klubunun mətbuat xidmətinə istinaədən xəbər verir ki, oyunları iyulun 9-da və 16-da keçiriləcək mərhələdə ümumilikdə 12 komanda mübarizə aparacaq.

Bu komandalar püşkatmada reytinqinə əsasən iki səbətə bölünəcək. "Qarabağ", həmçinin "Ferentsvaroş" (Macarıstan), "Dinamo" (Kiyev, Ukrayna), "Hayduk" (Xorvatiya), MOİK (Bolqarıstan) və "Şerif" (Moldova) səpələnmişlər sırasında olacaq.

Mümkün rəqiblərin qərarlaşdığı səpələnməmiş səbətində isə aşağıdakı komandalar yer alıb: "Jilina" (Slovakiya), "Voyvodina" (Serbiya), "Universtatya" (Kluj, Rumıniya), "Aluminiy" (Sloveniya), "Derri Siti" (İrlandiya), "Vestri" (İslandiya).

Qeyd edək ki, I təsnifat mərhələsinin püşkü iyunun 16-da atılacaq. Ertəsi gün II təsnifat mərhələsinin püşkatması olacaq.

"Mançester Yunayted" yayda Carrod Bouen və Mateuş Fernandeşi transfer etməyi planlaşdırır

İngiltərənin "Mançester Yunayted" klubu yayda Premyer Liqanın digər təmsilçisi "Vest Hem"in vingeri Carrod Bouen və yarımmüdafiəçisi Mateuş Fernandeşi heyətinə qatmağı planlaşdırır.

"Report" "Football Insider"ə istinadən xəbər verir ki, London təmsilçisi İngiltərə Premyer Liqasını tərk edəcəyi təqdirdə "qırmızı şeytanlar" bu oyunçuların keçidini rəsmiləşdirə bilərlər.

Bouen əsas transfer hədəfi olmasa da, Mançester klubu Fernandeşi heyətinə qatmaqda daha istəklidir. London klubu portuqaliyalı futbolçu üçün təxminən 50 milyon funt-sterlinq (58 milyon avro) tələb edə bilər.

Qeyd edək ki, C.Bouen 2020-ci ildən, M.Fernandeş isə 2025-ci ildən "Vest Hem"in formasını geyinir.

Levandovski "Barselona"nın tarixində ən yaxşı 10 bombardir sırasına daxil olub

"Barselona"nın (İspaniya) hücumçusu Robert Levandovski klub tarixinin 10 ən yaxşı bombardiri sırasına daxil olub.

"Report" xarici mediaya istinadən xəbər verir ki, 37 yaşlı futbolçu bunu La Liqanın son turunda "Valensiya" (1:3) ilə görüşdə reallaşdırıb.

Levandovski qarşılaşmanın 61-ci dəqiqəsində fərqlənib. Bu qol təcrübəli oyunçunun "Barselona" forması ilə bütün turnirlərdə vurduğu 120-ci qol olub. Hücumçu bu nəticəni cəmi 193 oyuna gerçəkləşdirib.

Qeyd edək ki, R.Levandovski 2022-ci ilin yayından "Barselona"da çıxış edir.

Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümü bu gün başa çatır

Misli Premyer Liqasında bu gün 2025/2026 mövsümünə yekun vurulacaq.

"Report" xəbər verir ki, XXXIII turun son matçında "İmişli" Qubada "Karvan-Yevlax"ı qəbul edəcək.

Baş hakim İnqilab Məmmədovun idarə edəcəyi görüş Quba Olimpiya İdman Kompleksinin stadionunda, saat 16:00-da start götürəcək.

Yevlax təmsilçisi hazırda 14 xalla 12-ci pillədə qərarlaşıb. 33 xala malik "İmişli" 9-cu yerdədir.

Qeyd edək ki, turun daha əvvəl keçirilən matçlarında "Qəbələ" "Şamaxı"nı (3:1), "Sabah" "Turan Tovuz"u (2:1), "Qarabağ" "Sumqayıt"ı (4:3), "Neftçi" "Kəpəz"i (1:0), "Araz-Naxçıvan" isə "Zirə"ni (3:2) məğlub edib.

Premyer Liqa: XXXI turun oyun cədvəli müəyyənləşib

Misli Premyer Liqasında XXXI turun oyun cədvəli müəyyənləşib.

Bu barədə "Report"a Peşəkar Futbol Liqasından bildirilib.

Misli Premyer Liqası

III dövrə, XXXI tur

8 may

16:30. "İmişli" – "Zirə"

Quba Olimpiya İdman Kompleksinin stadionu

19:30. "Sabah" – "Kəpəz"

"Bank Respublika Arena"

9 may

17:00. "Qəbələ" – "Qarabağ"

Qəbələ şəhər stadionu

19:30. "Sumqayıt" – "Araz-Naxçıvan"

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

10 may

17:00. "Turan Tovuz" – "Karvan Yevlax"

Tovuz şəhər stadionu

19:30. "Neftçi" – "Şamaxı"

"Palms Sports Arena"

Batut gimnastikası və tamblinq üzrə Bakı çempionatı keçiriləcək

Batut gimnastikası və tamblinq üzrə Bakı çempionatı keçiriləcək.

Bu barədə "Report"a Azərbaycan Gimnastika Federasiyasından bildirilib.

Turnir aprelin 27-də Bakı Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Tamaşaçılar üçün arenaya giriş sərbəst olacaq.

Nərgiz Qurbanova: "Azərbaycanda təcrübəli qadın futbolçu yetişdirmək üçün zamana ehtiyac var"

Azərbaycanda təcrübəli qadın futbolçular yetişdirmək üçün həm peşəkar məşqçilərə, həm də zamana ehtiyac var.

Bunu "Report"a müsahibəsində qızlardan ibarət U-17 millisinin sabiq baş məşqçisi Nərgiz Qurbanova deyib.

Mütəxəssis məktəb problemlərinin də uşaqların inkişafına mane olduğunu söyləyib:

"Belə bir deyim var: "Həyatda ən yaxşı müəllim təcrübədir". Mən bu fikirlə tam razıyam. Azyaşlı qızlarda ən böyük problem təcrübəsizlikdir. Bunun da bir neçə səbəbi var. Əsas problem qızların futbola çox gec başlamasıdır. Həmçinin məktəb problemləri var ki, bu da uşaqların məşqlərdə mütəmadi iştirakına mane olur. Bütün bunlar futbolçunun yetişməsində böyük rol oynayır. Məsələn, Avropa çempionatının seçmə mərhələsinə 2011-ci il təvəllüdlü qızları aparmışdıq. Onların təcrübəsizliyi nəticələrdə də əksini tapdı. Hesab edirəm ki, təcrübəli futbolçu yetişdirmək üçün həm peşəkar məşqçilərə, həm də zamana ehtiyac var".

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

Serj Qnabrinin dünya çempionatında iştirakı ciddi zədə səbəbindən sual altına düşüb

Almaniya millisinin və "Bavariya"nın yarımmüdafiəçisi Serj Qnabrinin dünya çempionatında iştirakı sual altına düşüb.

"Report" "Sky Deutschland"a istinadən xəbər verir ki, buna oyunçunun aldığı ciddi zədə səbəb olub.

Münhen təmsilçisi 30 yaşlı futbolçunun sağ budunun əzələsinin qopması nəticəsində uzun müddətə sıradan çıxdığını açıqlayıb. Almaniyalı yarımmüdafiəçinin bərpa prosesinin təxminən 3-4 ay çəkəcəyi gözlənilir. Beləliklə, futbolçu iyunun 11-dən iyulun 19-na qədər keçiriləcək dünya çempionatını böyük ehtimalla kənardan izləyəcək.

Qeyd edək ki, S.Qnabri cari mövsümdə bütün turnirlərdə 37 matçda iştirak edərək 10 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Almaniya yığması dünya çempionatının E qrupunda Kurasao, Fil Dişi Sahili və Ekvador komandaları ilə mübarizə aparacaq.

Qadın voleybolçuların Yüksək Liqasında mövsümün həlledici görüşləri baş tutacaq

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün final və üçüncü yer uğrunda qarşılaşmalar keçiriləcək.

"Report" xəbər verir ki, günün ilk matçı bürünc medallar uğrunda baş tutacaq.

Saat 13:00-da "Milli Aviasiya Akademiyası" "Gəncə" kollektivini sınağa çəkəcək.

Mövsümün həlledici oyununda isə "Turan" və "DH Volley" komandaları üz-üzə gələcəklər. Bu matç isə saat 16:00-da baş tutacaq.

Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq.

Nicat Abasov və Aydın Süleymanlı Avropa çempionatında liderliyi bölüşürlər

Polşanın Katovitse şəhərində şahmat üzrə fərdi Avropa çempionatında X turun partiyaları baş tutub.

"Report" Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir ki, hesabat turunda qitə birinciliyinin liderləri arasındakı qarşılaşmada qalib müəyyənləşməyib.

Azərbaycan şahmatçısı Nicat Abasov ispan David Gixarru ilə heç-heçə edib. Digər təmsilçimiz Aydın Süleymanlı qara fiqurlarla litvalı Valeri Kazakouskini məğlubiyyətə uğradıb. Son ölkə çempionu Məhəmməd Muradlı isə ağ fiqurlarla Latviya idmançısı Nikita Meşkovsu üstələyib.

10 turdan sonra turnir cədvəlinin ilk beşliyində üç Azərbaycan şahmatçısı qərarlaşıb. Hərəyə 8 xal toplayan N.Abasovla A.Süleymanlı 1-2-ci yerləri bölüşürlər. Eyni xala malik M.Muradlı isə əlavə göstəricilərə görə beşinci pillədədir.

Qeyd edək ki, bu gün keçiriləcək sonuncu turda Aydın Süleymanlı ağ fiqurlarla Məhəmməd Muradlıya qarşı mübarizə aparacaq. Nicat Abasov isə Rumıniya təmsilçisi Daniel Boqdanla üz-üzə gələcək.

Premyer Liqa: XXVIII turun son iki qarşılaşması bu gün keçiriləcək

Misli Premyer Liqasında XXVIII turun son iki qarşılaşması bu gün keçiriləcək.

"Report" xəbər verir ki, əvvəlcə "Kəpəz" "İmişli"ni qəbul edəcək.

Görüş Yevlax şəhər stadionunda, saat 15:30-da start götürəcək. Gəncə təmsilçisi turnir cədvəlində 21 xalla 10-cu yerdə qərarlaşıb. "İmişli" isə 26 xalla doqquzuncudur.

Turun son matçı isə Sumqayıtda təşkil olunacaq. Şəhərin eyniadlı komandası "Qəbələ"ni sınağa çəkəcək. Qarşılaşma saat 19:00-da təşkil olunacaq. Hazırda 32 xala malik "Sumqayıt" 7-ci pillədədir. 11-ci yerdə olan "Qəbələ"nin isə 19 xalı var.

Qeyd edək ki, daha əvvəl keçirilən matçlarda "Turan Tovuz" "Araz-Naxçıvan"ı (3:0), "Karvan-Yevlax" "Şamaxı"nı (1:0) üstləyib. "Zirə" - "Neftçi" matçında qalib müəyyənləşməyib - 1:1.

Viktor Boldaryev: "Qarşımıza çempionluq və ya mükafatçılar sırasına düşmək hədəfi qoyulmuşdu"

Mövsümün əvvəlində "Neftçi"nin kişilərdən ibarət voleybol komandasının qarşısına çempionluq və ya mükafatçılar sırasına düşmək hədəfi qoyulub.

Bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Viktor Boldaryev deyib.

"Mövsümün əvvəlində rəhbərlik qarşımıza çempionluq və ya mükafatçılar sırasına düşmək hədəfi qoymuşdu. Peşəkar idmançı üçün ən vacib oyun burada və indiki oyundur. Ona görə də qələbə uğrunda mübarizə aparmaq lazımdır. Xüsusi xahiş edirəm ki, klubun fəaliyyətinə və peşəkarlığına görə təşəkkürümü mütləq qeyd edəsiniz. Bu, yaltaqlıq deyil, sadəcə, bizim klubda işə və oyunçulara qarşı həqiqətən çox peşəkar münasibət var", - deyə mütəxəssis bildirib.

O, "Ordu" ilə ilk yarımfinal matçından əvvəl xoşagəlməz hadisə ilə üzləşdiklərini vurğulayıb:

"Birinci oyundan üç gün əvvəl məşq zamanı voleybol tarixində bəlkə də görünməmiş bədbəxt və faciəvi hadisə baş verdi. Eyni anda hər iki toppaylayıcımızı səhhətlərinə görə itirdik. Bu, həm oyunçular, həm məşqçilər heyəti, həm də rəhbərlik üçün çox böyük stress idi. Klub rəhbərliyinə göstərdikləri reaksiyaya görə təşəkkür etmək və heyranlığımı bildirmək istəyirəm. Onlar oyunçulara dəstək üçün həm tibbi, həm də mənəvi baxımdan mümkün olan hər şeyi etdilər. Diaqnozları açıqlamayacağam, amma inanın ki, çox ağır bir hadisə yaşandı. Bu səbəbdən komandanı psixoloji cəhətdən bərpa etmək mənim üçün tək oyunlardan sonra deyil, artıq uzun müddətdir davam edən çətin bir prosesdir. Çox çətindir, amma oyunçuların peşəkarlığına ümid edirik. İkinci matçda sona qədər vuruşduqları üçün onlara sağ ol deyirəm".

V.Boldaryev bürünc medal uğrunda oyundan öncə taktiki məqamlardan danışmağın yerinə düşmədiyini vurğulayıb:

"Hazırkı psixoloji vəziyyətimizi və heyətlə bağlı problemləri nəzərə alsaq, taktikadan danışmaq beşinci-altıncı plana keçir. Əsas odur ki, oyunçular sıraya dönsünlər. Ən vacib olan idmançıların sağlamlığıdır. Təəssüf ki, reallıq budur. Rəqib "Murov Az Terminal" komandasına gəldikdə isə, onlar barədə mən yox, öz təmsilçiləri danışsa, daha yaxşı olar".

Qeyd edək ki, "Neftçi" Azərbaycan Yüksək Liqasının bürünc medalları uğrunda aprelin 18-də "Murov Az Terminal"la üz-üzə gələcək.

Basketbol Liqasının pley-off mərhələsində "Neftçi" ikinci matçda qalib gəlib

Azərbaycan Basketbol Liqasından pley-off mərhələsində daha bir matç keçirilib.

"Report"un məlumatına görə NTD və "Neftçi" komandaları üz-üzə gəlib.

Bakı İdman Sarayında baş tutan görüşdə "Neftçi" komandası 119:99 hesablı qələbə qazanıb.

Qeyd edək ki, NTD ilk dueldə qalib gəldiyi (97:94) üçün yarımfinala adlayan tərəf komandalar arasında keçiriləcək üçüncü görüşdə müəyyənləşəcək.

"Cəbrayıl" klubunun futbolçuları üçün danışılmış oyunlara qarşı maarifləndirici sessiya keçirilib

Azərbaycan I Liqasıda çıxış edən "Cəbrayıl" klubunun əsas komandasının üzvləri üçün danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya təşkil olunub.

Bu barədə "Report"a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.

Sessiya qurumun Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsi tərəfindən həyata keçirilib.

Təlimdə çıxış edən Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəisi, eyni zamanda danışılmış oyunlara qarşı mübarizə üzrə məsul şəxs Naib Əsədov və şöbənin digər əməkdaşı Murad Məmmədli futbolçulara danışılmış oyun anlayışı, oyun zamanı edilən adi səhvlərlə qəsdən manipulyasiya edilmiş davranışlar arasındakı fərqlər, eləcə də bu cür halların futbolun dürüstlüyünə və nüfuzuna vurduğu ciddi zərər barədə ətraflı məlumat veriblər.

Sessiya çərçivəsində futbolçuların yalnız idmançı deyil, eyni zamanda dəyərlərin daşıyıcısı olduğu vurğulanıb, ədalət, dürüstlük, məsuliyyət və nümunə olmaq kimi prinsiplərin futbolçuların peşəkar fəaliyyətində mühüm rol oynadığı qeyd edilib. Danışılmış oyunların əsas motivləri, manipulyasiya hallarının daha çox hansı oyunlarda baş verdiyi, idman mərclərinin bu prosesdə rolu və futbolçulara təsir üsulları təqdimat vasitəsilə izah olunub.

Eyni zamanda, futbolçuların etik borcu, şübhəli və ya danışılmış oyun təklifi ilə qarşılaşdıqda atmalı olduqları addımlar, susmağın da məsuliyyət daşıdığı hallarla bağlı praktiki situasiyalar üzərində müzakirələr aparılıb. Sosial media üzərindən edilən yaxınlaşmalar, manipulyatorların istifadə etdiyi vasitələr və futbolçuların ictimai və şəxsi profillərinin düzgün idarə olunmasının vacibliyi xüsusi diqqətə çatdırılıb.

Sessiya zamanı AFFA-nın 2025-ci ildə qəbul edilmiş İntizam Məcəlləsinin müvafiq maddələri, danışılmış oyunlarda iştirakın, bu cür hallara cəhdin və ya məlumatın gizlədilməsinin ağır intizam pozuntusu hesab olunduğu bildirilib, həmçinin yerli və beynəlxalq təcrübədən konkret nümunələr futbolçulara təqdim edilib.

Maarifləndirici tədbirin əsas məqsədi futbol ictimaiyyətində şəffaflığın və dürüstlüyün qorunması, danışılmış oyunlara qarşı mübarizənin gücləndirilməsi və futbolçuların bu sahədə məlumatlılığının artırılmasıdır.

Tofiq Mikayılov: "Millidə əsas çatışmazlıq qol vəziyyətlərindən istifadə edə bilməməkdir"

Futzal üzrə Azərbaycan millisinin əsas çatışmazlığı qol vəziyyətlərindən yararlana bilməməkdir.

Bunu "Report"a açıqlamasında komandanın üzvü Tofiq Mikayılov deyib.

"Bakıda 3 günlük taktiki məşqlərdən sonra Qazaxıstana yollandıq. Azərbaycan millisi üçün bəlkə də ilk dəfə idi ki, belə qısa müddətdə bu cür intensiv toplanış olurdu. Böyük təcrübə oldu. Komanda fiziki cəhətdən yaxşı idi. Bildiyiniz kimi, uzun müddət millidə braziliyalılar çıxış edib. İndi isə komandaya yerli uşaqlar dəvət olunub. Qazaxıstanla ikinci oyunda göstərdik ki, komandamızın böyük perspektivi var. Oyunu Azərbaycanın Aktaudakı konsulluğunun əməkdaşları da izləyirdilər. Gəlib bildirdilər ki, çox gözəl potensialınız var, sadəcə, zaman lazımdır. Belə toplanışlar qarşıdakı dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaq şansımızın yaranması üçün çox vacibdir. Əsas çatışmazlıq qol vəziyyətlərindən istifadə edə bilməməyimizdir. Məsələn, Gürcüstanla oyunda daha çox qol imkanımız oldu amma onlar fərqləndilər. Qazaxıstanla matçda da qapıçı ilə üzbəüz qaldığımız anlar oldu. Bu fürsətlərdən yararlanmaq lazımdır ki, qələbə qazanasan. Bunlar təcrübəsizlikdən irəli gəlir və zamanla düzələcək. Həm Gürcüstanda, həm də Qazaxıstanda azarkeşlərimiz var idi. Sayları çox olmasa da, bizi dəstəklədilər, oyunlardan sonra görüşdük. Bu, bizim üçün xoş idi", - o vurğulayıb.

T.Mikayılov daxili çempionatın səviyyəsinin aşağı olmasının milliyə təsirini qeyd edib:

"Çatışmazlıqlar çoxdur – fiziki, taktiki hazırlıq və realizə baxımından düzəlməliyik. Çempionatımız o qədər də güclü deyil. Ona görə də ölkə xaricində oyunlar və toplanışlar vacibdir. Komandada gənc uşaqlar çoxdur, bəzilərinin birinci toplanışıdır. Amma çox istedadlı gənclərimiz var. Xüsusən Ədalət Ələkbərovun adını çəkə bilərəm. O, özünü çox yaxşı tərəfdən göstərdi".

Təcrübəli futzalçı öz durumuna da toxunub:

"Bir az ağrılarım var idi, hələ də tam keçməyib. Amma böyük problem deyil. Şükür ki, yaxşıyam. Əslində bir oyun oynamalı idim, zədə səbəbindən baş məşqçi istirahət vermişdi. Sonradan təcrübəmə görə kömək etməyimi istədi".

Qeyd edək ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda təlim-məşq toplanışı çərçivəsində keçirdiyi yoldaşlıq görüşlərində Gürcüstana (2:4, 2:5) və Qazaxıstana (2:4, 2:9) məğlub olub.

"Gəncə" komandasının baş məşqçisi Halil Atlı: "Meydanda xarakter göstərdik"

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinin "Ordu" ilə ikinci matçında "Gəncə"nin oyunçuları xarakter göstəriblər.

"Report" xəbər verir ki, bunu Gəncə təmsilçisinin baş məşqçisi Halil Atlı klubun mətbuat xidmətinə açıqlamasında deyib.

"Məncə, meydanda xarakter göstərdik. Amma digər tərəfdən hakimlərin ünvanına söyləniləcək bir fikir varsa, kaş ki, bu mövsümü yerlilərlə davam etdirərdik. Çünki çox yaxşı idarəçilik olurdu. Onların əməyi, bacarığı böyükdür. Bugünkü matçda çox asan şəkildə oyundan atıldım. Hakimlərlə ünsiyyət, rabitə belə qura bilmədik. Oyunu şərh etməyəcəm. Hər şey ortadadır, səsləndirilməyən fitlər var", - deyə o vurğulayıb.

H.Atlı növbəti oyun barədə danışıb:

"Komandamı, köməkçilərimi təbrik edirəm. Məşqçilər mən meydandan uzaqlaşdırıldıqdan sonra komandaya çox dəstək oldular. Daha bir oyun var. Köklənəcəyik və turu keçmək üçün nə lazımdırsa, edəcəyik".

Qeyd edək ki, Gəncə İdman Sarayında gerçəkləşən qarşılaşma meydan sahiblərinin qalibiyyəti ilə bitib - 85:78. İlk görüşdə "Ordu" qələbə qazandığı (108:106) üçün yarımfinala yüksələcək komanda üçüncü görüşdə müəyyənləşəcək.

Azərbaycan millisinin futbolçularının iştirakı ilə imza günü təşkil olunub

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin futbolçularının iştirakı ilə imza günü təşkil olunub.

Bu barədə "Report"a AFFA-nın mətbuat xidmətindən bildirlib.

Azərbaycan İdman Akademiyasında təşkil olunan tədbirdə yığma üzvləri Manə Mollayeva, Yeliz Açar və Nərgiz Əliyeva iştirak ediblər.

Futbolçular azarkeşlərlə görüşərək imzalı şəkillərini paylayıb və onlarla xatirə fotoları çəkdiriblər.

"Liverpul" "Bornmut"un müdafiəçisi Markos Senesini transfer etmək niyyətindədir

İngiltərənin "Liverpul" klubu "Bornmut"un müdafiəçisi Markos Senesini transfer etmək niyyətindədir.

"Report"un "iNews"ə istinadən məlumatına görə, 28 yaşlı argentinalı futbolçu komandadan gedəcəyi deyilən Vircil van Deykin əvəzləyicisi kimi nəzərdən keçirilir.

M.Senesi 2025/2026 mövsümündə Premyer Liqada "Bornmut"un heyətində keçirdiyi 32 matçın 31-də start heyətində meydana çıxıb. O, ümumilikdə iştirak etdiyi 33 qarşılaşmada 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, təcrübəli müdafiəçinin hazırkı klubu ilə müqaviləsinin müddəti 2026-cı il iyunun 30-da başa çatır. "Transfermarkt" portalı onun dəyərini 22 milyon avro qiymətləndirir.

"Murov Az Terminal"in baş məşqçisi Ruslan Jbankov: "Bürünc medal uğrunda oyunun favoriti yoxdur"

Azərbaycan Yüksək Liqasında bürünc medal uğrunda oyunun favoriti yoxdur.

Bunu "Report"a açıqlamasında kişi voleybolçulardan ibarət "Murov Az Terminal" komandasının baş məşqçisi Ruslan Jbankov deyib.

O, üçüncü yer uğrunda keçiriləcək "Neftçi" ilə matç öncəsi fikirlərini bölüşüb:

"Fikrimcə, bürünc medal uğrunda oyunda favorit ola bilməz. Niyə? Çünki həm biz, həm də "Neftçi" medal qazanmağı çox istəyirik. Heyətində müəyyən problemlər olmasına baxmayaraq, "Neftçi" çox yaxşı voleybol nümayiş etdirir. Onların oyunçuları maksimum dərəcədə motivasiyalı, aqressiv və müsbət mənada qəzəblidirlər. Mənə elə gəlir ki, komandamız eyni dərəcədə aqressiv və motivasiyalı voleybol oynaya bilsə, çox maraqlı mübarizə alınacaq. Burada həm komandanın, həm də konkret oyunçuların xarakteri böyük rol oyanayacaq".

R.Jbankov yarımfinalda "Xilasedici"yə məğlubiyyətin səbəblərini açıqlayıb:

"Texniki tərəfdən danışsaq, biz ilk növbədə rəqibin ötürmələri ilə bacarmadıq. Yəni onlar bizi top qəbulunda sıradan çıxara bildilər. Bu da o deməkdir ki, toppaylayıcılarımız kombinasiyalı voleybol nümayiş etdirə bilmədilər. Kifayət qədər güclü və aqressiv ötürmələrimiz olmadı. Belədə rəqibi bloklamaq, müdafiədə oynamaq çətinləşir. Yəni ötürmə və qəbul elementlərində uduzduq. Mənə elə gəlir ki, komandamız psixoloji olaraq güclü rəqibi məğlub etmək üçün lazımi səviyyədə oynamadı. Heyətimizdə güclü və təcrübəli oyunçular olsa da, təəssüf ki, bu matçlarda istənilən səviyyədə voleybol göstərmədilər. Səhvlər üzərində, əlbəttə ki, işləyəcəyik".

O, voleybolçuların fiziki durumuna da toxunub:

"Prinsipcə, onların hamısı peşəkardır. Ümid edirəm ki, həm öz oyunlarını, həm də bütövlükdə komandanın oyununu təhlil edib səhvlər üzərində işləyiblər. Zədəli və ya yorğun oyunçulara gəlincə, elə bir komanda yoxdur ki, orada oyunçuları mövsüm boyu təqib edən mikrozədələr olmasın. Bizdə də var, "Neftçi"də də var. Təbii ki, mövsümün sonudur və bütün oyunçular yorğundur. Ağır, yaxşı çempionat oldu, amma son oyun üçün toparlanmaq lazımdır".

Baş məşqçi həlledici qarşılaşmada azarkeş amilinin əhəmiyyətini vurğulayıb:

"Əlbəttə ki, azarkeşlər önündə, xüsusən də öz azarkeşlərin qarşısında oynamaq son dərəcədə vacibdir. Çünki əslində bütün oyunçular və komandalar ilk növbədə özləri üçün deyil, matça baxmağa gələn insanlar üçün oynayırlar. Bilirəm ki, bir çox azarkeşlər konkret oyunçulara baxmağa, onları dəstəkləməyə gəlirlər. Ona görə də bütün azarkeşləri gəlib komandamız üçün "can yandırmağ"a çağırıram. Azarkeş dəstəyi bizim üçün çox önəmlidir".

Qeyd edək ki, "Murov Az Terminal" aprelin 18-də bürünc medal uğrunda görüşdə "Neftçi" ilə üz-üzə gələcək.

Nigar Mirzəliyeva: "Andorra üzərində qələbə böyük əhəmiyyət daşıyırdı"

Dünya çempionatının seçmə mərhələsində Andorra üzərində qazanılan qələbə Azərbaycanın qadın futbolçulardan ibarət millisi üçün çox əhəmiyyətli olub.

Bunu "Report"a açıqlamasında yığma üzvü Nigar Mirzəliyeva deyib.

Müdafiəçi Andorranı 3:1 hesabı ilə məğlub etdikləri matçı dəyərləndirib:

"Andorra ilə oyun bizim üçün çox önəmli idi. Görüşə ciddi hazırlaşmışdıq. Bir az çətin oyun oldu. Rəqibi təhlil etmişdik, lakin təəssüf ki, bir səhvə yol verdik və qol buraxdıq. Amma komanda olaraq oyundan qopmadıq, daha yaxşı çıxış edərək 3 qol vurduq və qalib gəldik. Bir az həyəcan var idi və məhz bu, bizi səhvə məcbur etdi".

N.Mirzəliyeva baş məşqçi Siyasət Əsgərovun tapşırıqlarının qələbədəki rolunu vurğulayıb:

"Siyasət müəllim dedi ki, hücuma tələsməyin. Çünki biz qol vurmağa tələsirdik və bu səbəbdən hücumlarımız alınmırdı. O bildirdi ki, planımız nədirsə, nə işləmişiksə, onu da tələsmədən yerinə yetirək. Biz də məşqçinin dediklərini etdik və nəticədə 3 qol vuraraq qalib gəldik".

Almaniyanın "Hamburq" klubunda legioner həyatı yaşayan 23 yaşlı futbolçu Macarıstana 0:1 hesabı ilə məğlub olduqları ilk oyunu xatırlayaraq qrupdakı məqsədlərindən danışıb:

"Düşünürəm ki, Macarıstanla oyunda hesabı qoruya bilərdik. Yenə də hücuma tələsdik və öz səhvimizdən qol buraxdıq. Amma növbəti oyunlarda qələbənin bizimlə olacağına inanıram. Məqsədimiz qrup səddini keçməkdir və bunun üçün komanda olaraq bütün oyunlara ciddi hazırlaşırıq. Artıq rəqibi tanıyırıq, necə komanda olduğunu bilirik. Yenə də çətin olacaq, lakin biz səhvləri təhlil edib daha yaxşı hazırlaşacağıq".

Aprelin 18-də keçiriləcək oyunun əhəmiyyətinə toxunan müdafiəçi şansları dəyərləndirib:

"Bizim üçün əsas aprelin 18-dəki oyundur. İlk olaraq Andorraya köklənmişik və inşallah, həmin oyunda maksimum xal qazanmaq istəyirik. Macarıstanla ev matçına gəldikdə, bilirik ki, həmin görüşdə 3 xal qazansaq, qrupu birinci yerdə bitirə bilərik. Ona görə də həmin oyuna maksimum motivasiya ilə çıxacağıq".

Qeyd edək ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu Azərbaycan millisi aprelin 18-də Masazırdakı "Bank Respublika Arena"da Andorra ilə münasibətləri aydınlaşdıracaq.

Milli Paralimpiya Komitəsi və Badminton Federasiyası "Parabadminton Günü" təşkil edəcək

Milli Paralimpiya Komitəsi (MPK) və Azərbaycan Badminton Federasiyasının birgə təşkilatçılığı ilə "Parabadminton Günü" təşkil olunacaq.

Bu barədə "Report"a MPK-dan bildirilib.

Tədbirin əsas məqsədi parabadmintonun təbliği, əlilliyi olan şəxslərin idmana cəlb olunması, inklüzivliyin təşviqi, eləcə də yeni istedadların üzə çıxarılmasıdır.

Tədbir çərçivəsində əlilliyi olan yeniyetmə və gənclər parabadmintonu ilk dəfə sınaqdan keçirmək imkanı əldə edəcək, bu paraidman növü üzrə nəzəri və praktiki biliklərə yiyələnəcəklər.

Qeyd edək ki, "Parabadminton Günü" aprelin 17-də Bakı Badminton Klubunda təşkil olunacaq.

Meksikalı futbolçu Marsel Ruis dünya çempionatına qatılmaq üçün əməliyyat olunmaqdan imtina edib

Meksikanın "Toluka" klubunun yarımmüdafiəçisi Marsel Ruis dünya çempionatında iştirak etmək üçün zədəsinin əməliyyatından imtina edib.

"Report"un "OneFootball" nəşrinə istinadən məlumatına görə, 25 yaşlı futbolçu sağ dizinin ön çarpaz bağlarının qismən qırılması və menisk zədəsi səbəbindən bir aydan çox yaşıl meydanlardan uzaq qalıb.

Lakin yarımmüdafiəçi əməliyyat əvəzinə reabilitasiya kursunu seçib. Bu da ona DÇ-2026-nın final mərhələsində Meksika millisinin heyətinə düşmək üçün formasını qorumağa imkan verib.

Futbolçu artıq KONKAKAF Çempionlar Kubokunun 1/4 final mərhələsinin "Los-Anceles Qalaksi" ilə cavab matçının (3:0) 72-ci dəqiqəsində meydana da çıxıb.

Qeyd edək ki, M.Ruis Meksika yığmasının heyətində keçirdiyi 17 matçda bir məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, bu il iyunun 11-dən iyulun 19-dək keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.

"Borussiya" Ceydon Sançonu maaş güzəştləri şərti ilə transfer etməyə yaxındır

Almaniyanın "Borussiya" (Dortmund) klubu "Mançester Yunayted"in (İngiltərə) yarımmüdafiəçisi Ceydon Sançonu azad agent kimi transfer etməyə yaxındır.

"Report"un "The Mirror"a istinadən məlumatına görə, 26 yaşlı ingiltərəli futbolçu Bundesliqaya qayıtmaq niyyətindədir.

Dortmund təmsilçisi artıq Sançoya komandaya qoşulacağı təqdirdə maaşının azaldılması ilə razılaşmalı olduğunu bildirib. Futbolçunun özü də karyerasını yenidən canlandırmaq üçün 2021-ci ildə 85 milyon avro qarşılığında tərk etdiyi "Borussiya"ya qayıtmaqda maraqlıdır. Sançonun bu səbəbdən maliyyə şərtlərinin aşağı salınmasına razı olacağı gözlənilir.

Qeyd edək ki, yarımmüdafiəçi 2025/2026 mövsümünü icarə əsasında "Aston Villa"da keçirir. O, Birminqem təmsilçisinin heyətində meydana çıxdığı 31 matçda 1 qola və məhsuldar ötürməyə imza atıb. Sançonun "Mançester Yunayted"lə hazırkı müqaviləsinin müddəti 2026-cı il iyunun 30-na qədərdir.

"Transfermarkt" portalı onun dəyərini 20 milyon avro qiymətləndirir.

UEFA Konfrans Liqası: 1/4 final mərhələsinin cavab qarşılaşmaları keçiriləcək

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin cavab qarşılaşmaları bu gün baş tutacaq.

"Report"un məlumatına görə, bu matçlardan sonra yarımfinalçıların adlarına aydınlıq gələcək.

Niderlandın AZ klubu Ukrayna "Şaxtyor"unu qəbul edəcək. "Fiorentina" evdə "Kristal Pelas"ı, AEK "Rayo Valyekano"nu sınağa çəkəcək. "Maynts 05" isə Fransada "Strasburq"la üz-üzə gələcək.

UEFA Konfrans Liqası

1/4 final mərhələsi, cavab oyunları

16 aprel

20:45. AZ (Niderland) – "Şaxtyor" (Ukrayna)

İlk oyun 0:3

23:00. "Fiorentina" (İtaliya) – "Kristal Pelas" (İngiltərə)

İlk oyun – 0:3

23:00. AEK (Afina, Yunanıstan) – "Rayo Valyekano" (İspaniya)

İlk oyun – 0:3

23:00. "Strasburq" (Fransa) – "Maynts 05" (Almaniya)

İlk oyun – 0:2

UEFA Avropa Liqasında bu gün yarımfinalçılar bəlli olacaq

UEFA Avropa Liqasında bu gün yarımfinalçılar müəyyənləşəcək.

"Report"un məlumatına görə, buna turnirin 1/4 final mərhələsinin cavab qarşılaşmalarından sonra aydınlıq gələcək.

"Selta" evdə "Frayburq"u, "Betis" isə "Braqa"nı qəbul edəcək. "Nottinqem Forest" İngiltərədə "Portu" ilə üz-üzə gələcək. "Aston Villa" isə "Bolonya"nı sınağa çəkəcək.

UEFA Avropa Liqası

1/4 final mərhələsi, cavab oyunları

16 aprel

20:45. "Selta" (İspaniya) – "Frayburq" (Almaniya)

İlk oyun – 0:3

23:00. "Betis" (İspaniya) – "Braqa" (Portuqaliya)

İlk oyun – 1:1

23:00. "Nottinqem Forest" (İngiltərə) – "Portu" (Portuqaliya)

İlk oyun – 1:1

23:00. "Aston Villa" (İngiltərə) – "Bolonya" (İtaliya)

İlk oyun – 3:1

"Bahar Kuboku" uğrunda konkur yarışı başa çatıb

Aprelin 14-15-də Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Sərhədçi Atçılıq Mərkəzində "Bahar Kuboku" uğrunda konkur yarışı keçirilib.

"Report" xəbər verir ki, "A" kateqoriyası üzrə 90 sm, "L" kateqoriyası üzrə 115 sm, "M*" kateqoriyası üzrə isə 125 sm hündürlükdə qurulan maneələrdən ibarət yarışda Azərbaycanın müxtəlif atçılıq klublarından 21 yaşadək idmançılar 6 yaşadək olan atlarla, 21 yaşdan yuxarı idmançılar yaş məhdudiyyəti qoyulmayan atlarla iştirak ediblər.

"A" kateqoriyasında 23 idmançının iştirakı ilə baş tutan mübarizədə "Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi"nin təmsilçisi Ayan Fərəcova "Tibet" ləqəbli atla birinci, "Elite" atçılıq klubunun təmsilçisi Mədinə Məmmədova "Ayla" ləqəbli atla ikinci, "Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi"nin təmsilçisi Amena Qonizzi "Pur-Pur" ləqəbli atla üçüncü, "Elite" klubunun təmsilçisi Anar Hümbətov "Məğrur" ləqəbli atla dördüncü, "Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi"nin təmsilçisi Angel Vəfa Seyid "Püstə" ləqəbli atla beşinci yerin sahibi olub.

"L" kateqoriyasında yaş məhdudiyyəti olmadan 15 idmançının mübarizə apardığı yarışda "Elite" atçılıq klubunun təmsilçisi Anar Hümbətov "Zirvə" ləqəbli atla birinci, "Gilan" klubunun təmsilçisi Elmar Abdullayev "Carthanio" ləqəbli atla ikinci, "Elite" klubunun təmsilçisi Seyid Musayev "Uca" ləqəbli atla üçüncü, "Murad" klubunun təmsilçisi Mübariz Hüseynov "Elano C" ləqəbli atla dördüncü, "Omar" klubunun təmsilçisi Kənan Novruzov "Miss Baloubet MNM" ləqəbli atla beşinci yerin sahibi olub.

"M*" kateqoriyasında yaş məhdudiyyəti olmadan 9 idmançının mübarizə apardığı yarışda "Murad" atçılıq klubunun təmsilçisi Mübariz Hüseynov "Elano C" ləqəbli atla birinci, "Gilan" klubunun təmsilçisi Elmar Abdullayev "Carthanio" ləqəbli atla ikinci, "Elite" klubunun təmsilçisi Seyid Musayev "Zidan D" ləqəbli atla üçüncü, həmin klubun digər təmsilçisi Anar Hümbətov "Damla" ləqəbli atla dördüncü, "Omar" klubunun təmsilçisi Kənan Novruzov "Miss Baloubet MNM" ləqəbli atla beşinci yerin sahibi olub.

İki gün davam edən yarışların sonunda hər üç koteqoriyada birinci yerin sahibinə "Bahar Kuboku", medal, fəxri diplom, ikinci və üçüncü yerin sahiblərinə medal, fəxri diplom, dördüncü və beşinci yerin sahiblərinə isə fəxri diplom təqdim edilmişdir.

Futzal üzrə Azərbaycan millisi Qazaxıstana ikinci oyunda da uduzub

Futzal üzrə Azərbaycan millisi növbəti yoldaşlıq matçını keçirib.

"Report" xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda ikinci dəfə Qazaxıstan millisi ilə üz-üzə gəlib.

Aktaudakı "BS Arena"da baş tutan görüş Qazaxıstan yığmasının 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında iki gün əvvəl keçirilən görüşdə meydan sahibləri 9:2 hesablı qələbə qazanmışdı.

"Napoli" Skott Maktomineyin maaşını artırmağı və müqavilə müddətini uzatmağı planlaşdırır

İtaliya A Seriyası təmsilçisi "Napoli" şotlandiyalı yarımmüdafiəçisi Skott Maktomineyın illik maaşını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.

"Report"un "Il Mattino" nəşrinə istinadən məlumatına görə, Neapol təmsilçisi 29 yaşlı futbolçunun müqaviləsinin müddətini 2030-cu ilə qədər uzadacağı təqdirdə, ona illik təxminən 3 milyon avro ödəməyə hazırdır.

S.Maktominey 2024-cü ilin avqustundan "Napoli"də çıxış edir və onun hazırkı müqaviləsi 2028-ci il iyunun 30-na qədər qüvvədədir.

Qeyd edək ki, yarımmüdafiəçi 2025/2026 mövsümündə meydana çıxdığı 38 matçda 12 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı oyunçunun dəyərini 35 milyon avro qiymətləndirir.

Bakıda Avropa Atletikasına üzv federasiya rəhbərlərinin konfransı başlayıb

Bu gün Bakıda Avropa Atletikasına üzv federasiyaların rəhbər şəxslərinin konfransı işinə başlayıb.

"Report" xəbər verir ki, açılış mərasimində Avropa Atletikasının prezidenti Dobromir Karamarinov Azərbaycan Atletika Federasiyasını fəal tərəfdaş kimi qiymətləndirərək yüksək təşkilatçılığa görə təşəkkürünü bildirib.

Gənclər və idman naziri Fərid Qayıbov bu cür tədbirlərin ümumi inkişaf yolunda mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb. Tədbir iştirakçılarını Bakıda görməkdən məmnun olduğunu qeyd edən Azərbaycan Atletika Federasiyasının prezidenti Cavid Qurbanov konfransın işinə uğurlar arzulayıb.

Açılış mərasimindən sonra Avropa Atletikasının CEO-su Kristian Milsin qurumun strateji yol xəritəsinin yenilənməsi, azarkeşlərin cəlb olunması və rəqəmsallaşma ilə bağlı yeni layihələrə dair təqdimatı baş tutub.

Ardınca Sloveniya, İspaniya və Danimarkadan olan nümayəndələr Avropa Atletikasının strateji yol xəritəsinin üzv federasiyalarda tətbiqi ilə bağlı çıxışlar ediblər.

Daha sonra liderlər üçün etika üzrə idarəetmə sessiyasında yarış manipulyasiyası, təhlükəsizlik və maraqlar toqquşmasının idarə olunması, həmçinin üzv federasiyalar üçün effektiv rəqəmsal transformasiya və data əsaslı monetizasiya strategiyaları müzakirə olunub.

Qeyd edək ki, 32 ölkədən 50 nümayəndənin qatıldığı konfransa sabah yekun vurulacaq.

"Liverpul" Almaniya millisinin yarımmüdafiəçisini transfer etmək niyyətindədir

İngiltərənin "Liverpul" klubu "Ştutqart"ın (Almaniya) yarımmüdafiəçisi Anqelo Ştilleri transfer etmək imkanlarını nəzərdən keçirir.

"Report"un "Football Insider" nəşrinə istinadən məlumatına görə, 25 yaşlı almaniyalı futbolçu ilə Premyer Liqanın digər təmsilçisi "Mançester Yunayted" də yaxından maraqlanır.

Almaniya klubu oyunçunu 58-65 milyon avro qarşılığında başqa kluba buraxmağa hazırdır.

Qeyd edək ki, A.Ştiller 2023-cü ilin avqustundan "Ştutqart"da çıxış edir. Onun müqaviləsinin müddəti 2028-ci il iyunun 30-na qədərdir. Yarımmüdafiəçi 2025/2026 mövsümündə keçirdiyi 45 matçda iki qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

"Transfermarkt" portalı onun transfer dəyərini 45 milyon avro qiymətləndirir.

"Xilasedici"nin baş məşqçisi Cəlil Cəlilov: "Finalda şansları 50-nin 50-yə qiymətləndirirəm"

"Xilasedici"nin kişi voleybolçulardan ibarət komandasının Azərbaycan Yüksək Liqasının final matçında şansları 50-nin 50-yədir.

Bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Cəlil Cəlilov deyib.

"Komandamız yaxşı vəziyyətdədir. Fiziki hazırlıq qaydasındadır. "Murov Az Terminal" ötən il finalda oynamışdı. Bu dəfə gücləri çatmadı. Finala hazırlıq prosesi ağır qrafiklə davam edir. Aprelin 14-də yarımfinalda oynamışıq, 18-də isə final olacaq. Bərpa üçün vaxtımız az olsa da, məşqləri davam etdiririk. Səkkiz aylıq mövsümün taleyi bir oyundan asılıdır. Çox çətin matç olacaq, lakin biz buna tam hazırıq", - deyə təcrübəli mütəxəssis bildirib.

O, həlledici görüşdə qarşılaşacaqları "Ordu" komandası barədə danışıb:

"Rəqibi tanıyırıq, bu mövsüm onlarla 4 dəfə qarşılaşmışıq. Üçündə qələbə qazanmışıq, birində isə bəzi problemlərə görə texniki məğlubiyyət almışıq. Çox ciddi rəqibdir, heyətində əcnəbi oyunçular var. Şansları 50-nin 50-yə qiymətləndirirəm".

Cəlil Cəlilov heyətdə itkilər olduğunu deyib:

"İki zədəli oyunçumuz var. Beninli Dauda Yakuba və milli üzvü, toppaylayıcı Roman Qulskin finalda bizə kömək edə bilməyəcəklər. Roman son oyunda zədələnib və ayağında ciddi problem var. Onları əvəzləyəcək voleybolçularımız olsa da, əsas oyunçuların yoxluğu işimizi çətinləşdirəcək".

Qeyd edək ki, "Xilasedici" yarımfinalın hər iki matçında "Murov Az Terminal"ı 3:0 hesabı ilə yenərək finala vəsiqə qazanıb. Komanda aprelin 18-də baş tutacaq həlledici görüşdə "Ordu" ilə üz-üzə gələcək.

Badminton üzrə ikiqat olimpiya çempionu Viktor Akselsen karyerasını başa vurub

İkiqat olimpiya çempionu, danimarkalı badmintonçu Viktor Akselsen peşəkar karyerasını başa vurub.

"Report"un məlumatına görə, 32 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

V.Akselsen karyerasını bitirməsinə əsas səbəb kimi belindəki problemləri göstərib. O, ağrılardan qurtulmaq üçün əməliyyat olunduğunu və müxtəlif müalicə üsullarından istifadə etdiyini, lakin həkimlərin ona sağlamlığını qorumaq üçün idmandan uzaqlaşmağı tövsiyə etdiklərini bildirib.

Qeyd edək ki, V.Akselsen Tokio-2020 və Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi, Rio-2016 olimpiadasının bürünc mükafatçısıdır. İkiqat dünya çempionu olan danimarkalı badminton üzrə olimpiya turnirində qızıl medal qazanan üç avropalıdan biridir.

Neymar KONMEBOL yarışlarının qrup mərhələsində 13 il sonra qol vurub

Braziliya təmsilçisi "Santos"un hücumçusu Neymar Cənubi Amerika Futbol Konfederasiyası (KONMEBOL) tərəfindən təşkil olunan yarışların qrup mərhələsində 13 ildən sonra qol vurub.

"Report" xəbər verir ki, futbolçu bunu "Deportivo Rekoleta" ilə matçda (1:1) fərqlənməklə reallaşdırıb.

Onun bu yarışlardakı sonuncu qolu 20 iyun 2012-ci ildə "Libertadores" Kubokunun yarımfinal mərhələsinin cavab qarşılaşmasına təsadüf edib.

Qeyd edək ki, Neymar 2026 mövsümündə "Santos"un heyətində meydana çıxdığı 8 oyunda 4 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

"Ordu"nun baş məşqçisi Cavid Süleymanov: "Finalda psixoloji üstünlük həlledici olacaq"

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasının finalında psixoloji üstünlük həlledici rol oyanayacaq.

Bunu "Report"a açıqlamasında həlledici görüşə vəsiqə qazanan "Ordu" komandasının baş məşqçisi Cavid Süleymanov deyib.

Mütəxəssis yarımfinalda "Neftçi"yə qarşı keçirilən cavab oyununun çətinliyindən bəhs edib:

"İlk matçdakı 3:0 hesablı qələbə voleybolçularda müəyyən rahatlıq yaratmışdı. Rəqib isə itirəcəyi bir şey olmadığı üçün maksimum güclə oynayırdı. Çətin olsa da, sonda qələbə qazandıq. "Neftçi" bizə çox yaxşı müqavimət göstərdi. Oyunun bu qədər çətin keçəcəyini gözləmirdim. Xüsusən də servis və müdafiədə bəzi problemlər yarandı. Lakin komanda məsuliyyəti dərk etdi və 5-ci setdə qələbə qazanaraq finala yüksəldik".

O, "Xilasedici" komandası ilə final matçı haqqında da danışıb:

"Komandanı final görüşünə kökləməyə ehtiyac yoxdur. Voleybolçulara ağır oyundan sonra istirahət verilib. Finaldakı rəqibimizi yaxşı tanıyırıq, çətin komandadır, onlarla çempionatda dəfələrlə üz-üzə gəlmişik. "Xilasedici"nin yarımfinalı rahat keçməsi bizdə əlavə təzyiq yaratmır. Çünki onların yarımfinalda oynadığı "Murov Az Terminal"la 4 dəfə qarşılaşmışıq, bu matçların 3-də qələbə qazanmışıq. Final həyəcanı tam başqadır, psixoloji cəhətdən kim üstündürsə, həmin komandanın qalib gəlmək şansı daha çox olacaq. Onların heyətlə bağlı bəzi üstünlükləri olsa da, meydana çempionluq üçün çıxacağıq".

Cavid Süleymanov heyətdəki zədəli oyunçu barədə də məlumat verib:

"Əsas oyunçularımızdan biri olan Mərdan Məmmədovun son matçda ayaq barmağı çıxdı və bu, bizim üçün ciddi itkidir. Tibbi heyət onu finala qədər sağaltmağa çalışır. Digər oyunçularda xırda zədələr olsa da, bunlar bəhanə ola bilməz".

Qeyd edək ki, "Ordu" yarımfinalın hər iki matçında (3:0, 3:2) "Neftçi"ni məğlub edərək finala yüksəlib. Komanda finalda "Xilasedici" ilə üz-üzə gələcək.

Azərbaycan Yüksək Liqasında bürünc və qızıl medal uğrunda həlledici qarşılaşmalar bir oyundan ibarət olacaq.

Anahita Bashiri: "Dünya Kubokunda qızıl medal qazanmağımızın əsas səbəbi bir-birimizə olan inamdır"

Azərbaycanın akrobatika gimnastlarının Belçikanın Puurs şəhərində keçirilmiş Dünya Kubokunda qızıl medal qazanmasının əsas səbəbi idmançıların bir-birilərinə inamı olub.

Bunu "Report"a açıqlamasında akrobatika gimnastı Anahita Bashiri bildirib.

O, hazırlıq prosesinin uğurdakı rolunu vurğulayıb:

"Məşqçilərimizlə birlikdə çox işləyirdik. Sinxronluq tələb edən və digər hərəkətləri dəfələrlə təkrarlayır, davamlı məşq edirdik. Burada əsas olan bir-birimizə güvənimiz və inamımız idi. Finala yüksələn bütün komandalar güclü idi. Amma ən güclüləri İsrail və Portuqaliya təmsilçiləridir. Dünya Kubokunda qızıl medal qazanmaq bizim üçün böyük qürurdur. Azərbaycan bayrağını yüksəklərə qaldırmaq və Dünya Kubokunda qızıl medal qazanmaq unudulmaz bir hissdir".

Qeyd edək ki, Anahita Bashiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidovadan ibarət qadın qrupu Dünya Kubokunda 29.350 xal toplayaraq qalib adını qazanıb.

"Araz Saatlı"nın rəsmisi futbolçuları və hakimləri təhdid etdiyinə görə 5 oyunluq cəzalandırılıb

"Araz Saatlı"nın rəsmisi "Göygöl" ilə matçdan sonra futbolçu və hakimləri təhdid etdiyinə görə 5 oyunluq cəzalandırılıb.

"Report" xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

II Liqanın XXII turunun "Araz Saatlı" – "Göygöl" oyununda hər iki komandanın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klubların hər biri 70 manat cərimə edilib.

"Araz Saatlı"nın təhlükəsizlik üzrə meneceri Xəyal Məmmədov matç bitdikdən sonra rəqib oyunçuları və hakimləri təhqir, həmçinin təhdid etdiyinə görə 5 oyunluq cəzalandırılıb, klubu isə 1000 manat cərimə olunub. Həmçinin Saatlı təmsilçisinin futbolçusu Samir Məmmədov əvəzləndikdən sonra hakimləri təhqir etdiyi üçün 4 oyunluq kənarlaşdırılıb, komandası əlavə 1000 manat cərimələnib.

"Göygöl" komandasının nümayəndəsi isə matçöncəsi iclasda iştirak etmədiyi üçün klub 150 manat ziyana düşüb.

Azərbaycanın badminton məşqçiləri Tbilisidə beynəlxalq kursa qatılıblar

Azərbaycanın badminton məşqçiləri Gürcüstanda beynəlxalq kurslarda iştirak edirlər.

Bu barədə "Report"a Azərbaycan Badminton Federasiyasından (ABF) məlumat verilib.

ABF Dünya Badminton Federasiyası (BWF) və Avropa Badminton Konfederasiyası (BEC) ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində qurumun strateji planına uyğun olaraq, beynəlxalq lisenziyalı "Coaching Education Level 1" (I dərəcə) məşqçilik kurslarının təşkili və keçirilməsində mütəmadi iştirak edir.

Badminton məşqçilərinin bilik və bacarıqlarının artırılması, həmçinin onların beynəlxalq lisenziya sertifikatı əldə etməsi məqsədilə Azərbaycan millisinin baş məşqçisi Morteza Validarvi tərəfindən cari ilin 6–9 mart tarixlərində Türkiyənin Alanya şəhərində 8 məşqçi üçün "Badminton Shuttle Time Tutor" kursu keçirilib.

Hazırda isə 14–18 aprel tarixlərində Gürcüstanın paytaxtı Tbilisidə "Coaching Education Level 1" üzrə növbəti məşqçilik kursu təşkil olunur. Təlimdə Azərbaycan, Gürcüstan və Latviyadan olan məşqçilər iştirak edirlər. Kursun müvafiq proqram üzrə beynəlxalq dərəcəli mühazirəçisi Azərbaycan millisinin baş məşqçisi Morteza Validarvidir.

Azərbaycanı bu təlimdə Nübar Orucova, Türkan Sadıqova və Vaqif İsmayılov təmsil edirlər. Kurs çərçivəsində badminton üzrə məşq materialları, treninqlər, nəzəri və praktiki məşğələlər təşkil olunur. Təlimə ümumilikdə 12 badminton məşqçisi qatılıb. "Level 1" proqramını uğurla başa vuran iştirakçılar Dünya Badminton Federasiyası tərəfindən beynəlxalq sertifikatla təltif olunurlar. Bu sertifikat məşqçilərə dünyanın müxtəlif ölkələrində beynəlxalq standartlara uyğun badmintonçuların hazırlanması istiqamətində fəaliyyət göstərmək imkanı yaradır.

Qeyd edək ki, "Level 1" dərəcəsi milli komandalarda məşqçi kimi çalışmaq üçün də əsas kvalifikasiyalardan biri hesab olunur.

Azərbaycanın çimərlik futbolu millisi Türkiyədə keçirdiyi oyunların hamısında qələbə qazanıb

Azərbaycanın çimərlik futbolu millisi Türkiyədə keçirdiyi 5 yoldaşlıq görüşünün hamısında qələbə qazanıb.

Bunu "Report"a açıqlamasında millinin baş məşqçisi Sahib Məmmədov deyib.

S.Məmmədov hazırlıq prosesinin səmərəli keçdiyini vurğulayıb:

"Təlim-məşq toplanışının yaxşı keçdiyini düşünürəm. Moldova seçməsinə qarşı üç, "Alanyaspor" klubuna qarşı isə iki oyun keçirdik və hər birində qalib gəldik. Əsas məqsədlərimizdən biri heyətə yeni cəlb etdiyimiz gənc futbolçuları yoxlamaq idi. Bu hazırlıq prosesinin həm fiziki və taktiki, həm də oyun praktikası cəhətdən komandaya çox xeyri oldu".

O, qarşıdakı planlar barədə də danışıb:

"Gürcüstanın Batumi şəhərində keçiriləcək Avropa çempionatının startına hələ iki ay var. Hazırda əsas məqsəd həmin turnirdə çempion olmaq və A divizionuna vəsiqə qazanmaqdır".

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının B divizionunda yarışacaq. Gürcüstanda baş tutacaq turnirdə 8 komanda – Gürcüstan, Azərbaycan, Latviya, Qazaxıstan, Belçika, Malta, İngiltərə və Norveç milliləri mübarizə aparacaq.

Siyasət Əsgərov: "Andorra ilə səfər matçını unudub evdəki oyuna köklənməliyik"

Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində Bakıda keçiriləcək Andorra ilə matça köklənib.

"Report" xəbər verir ki, bunu yığmanın baş məşqçisi Siyasət Əsgərov AFFA-nın mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis ötən gün səfərdə bu komandaya qarşı keçirilən matçı (3:1) dəyərləndirib:

"İlk olaraq qələbə münasibətilə komandamı təbrik edirəm. Bizim üçün çox ağır oyun oldu. Rəqib öz meydanında çıxış edirdi, xal qazanmaq istəyirdi, erkən qolla da hesabı açdı. Ancaq cavab qolunu dərhal vurmağımız işimizi bir az yüngülləşdirdi. Birinci hissədə hesabda önə keçməyə çalışdıq, çox qol vəziyyətləri yaratdıq. Amma fürsətlərdən yararlana bilmədik. Fasilədən sonra öz oyunumuzu tapdıq. Məşqlərdə üzərində işlədiyimiz hücum bizə penalti qazandırdı. Qalan dəqiqələrdə nəzarət tam olaraq tərəfimizdə oldu, qızlar rəqibi topsuz saxladılar. Qələbə qazandığımız üçün sevincliyik".

Baş məşqçi Andorra yığmasına qarşı keçiriləcək növbəti qarşılaşmada da eyni uğuru təkrarlamaq istədiklərini söyləyib:

"Artıq səfər matçını unudub, bu komanda ilə Bakıda keçirəcəyimiz görüşə köklənməliyik. Evdəki oyunda da hədəf maksimum nəticə qazanmaqdır".

Qeyd edək ki, Azərbaycan millisi Andorra yığması ilə aprelin 18-də "Bank Respublika Arena"da qarşılaşacaq.

Çempionlar Liqasının yarımfinalına son iki vəsiqə bu gün sahibini tapacaq

UEFA Çempionlar Liqasında bu gün yarımfinalın digər iki iştirakçısı müəyyənləşəcək.

"Report"un məlumatına görə, buna 1/4 final mərhələsinin növbəti cavab qarşılşamalarından sonra aydınlıq gələcək.

"Arsenal" İngiltərədə "Sportinq" komandası ilə üz-üzə gələcək. "Real" isə Almaniyada "Bavariya"nın qonağı olacaq.

UEFA Çempionlar Liqası

1/4 final mərhələsi, cavab oyunları

15 aprel

23:00. "Arsenal" (İngiltərə) - "Sportinq" (Portuqaliya)

İlk oyun - 1:0

23:00. "Bavariya" (Almaniya) - "Real" (İspaniya)

İlk oyun - 1:2

Qeyd edək ki, artıq "Atletiko" (Madrid) və PSJ (Fransa) komandaları yarımfinala vəsiqəni təmin ediblər.

"Yuventus" Luçano Spalletti ilə müqavilənin müddətini 2028-ci ilədək uzadıb

İtaliyanın "Yuventus" klubu baş məşqçisi Luçano Spalletti ilə müqavilənin müddətini uzadıb.

"Report" xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.

Yeni müqavilə 2028-ci ilə qədər nəzərdə tutulub. 67 yaşlı mütəxəssisin əvvəlki sözləşməsinin müddəti 2025/2026 mövsümünün sonunda başa çatmalı idi.

Qeyd edək ki, L.Spalletti 2025-ci il oktyabrın sonunda "Yuventus"un baş məşqçisi təyin edilib. Turnin klubu hazırda İtaliya A Seriyasında 57 xalla 5-ci pillədə qərarlaşıb.

Azərbaycan güləşçiləri Antalyada "Zəfər Kuboku"nda mübarizə aparacaqlar

Azərbaycanın sərbəst və yunan-Roma güləşçiləri Türkiyənin Antalya şəhərində təşkil olunacaq U-17 yaş qrupu üzrə "Zəfər Kuboku"nda iştirak edəcəklər.

Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasından bildirlib.

Böyük məşqçi Rafiq Hüseynov, məşqçilər Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədovun rəhbərliyi altında Əli Cavadlı, Əli Musayev (hər ikisi 45 kq), Ömər Salmanov, Yusif Mirzəyev, Ümid Babayev (hamısı 48 kq), Abdurrahman Hüseynli, Hüseyn Mustafazadə (hər ikisi 51 kq), Qurban Məcnunov, Amin Məmmədov (hər ikisi 55 kq), Elmir Çərkəzov, Elmir Abdulla (hər ikisi 60 kq), Orxan Həbibli, Nihad Məhərrəmov (hər ikisi 65 kq), Nadir Həsənov, Əli Məmmədov, İbrahim Babayev (hamısı 71 kq), Ruslan Nuriyev, İsfahan Həsənov, Zəka Yusubov (hamısı 80 kq), Zöhrab Səfərov (92 kq), Emin Baxşəliyev, Məhəmməd Mustafayev və Manaf Məmmədli (hamısı 110 kq) yunan-Roma güləşində uğur qazanmağa çalışacaq.

Sərbəst güləş üzrə millinin tərkibində isə böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Yaşar Əliyev və Allahverdi Vəliyevin rəhbərliyi altında Tunar Həsənov (45 kq), Hüseyn Rzazadə (48 kq), İbrahim Həsənov (51 kq), Abbas Şəfiyev (55 kq), Vahid Məmmədov (60 kq), Rəşid Nazarov (65 kq), Tunar Quliyev (71 kq), Nihad Süleymanlı (80 kq), Elgün Kərimli (92 kq) və Hakim Tağıyev (110 kq) yer alacaq.

Qeyd edək ki, aprelin 12-dən 14-dək təşkil olunacaq ənənəvi yarışda II dərəcəli hakim Xəyal Əliyev ədaləti qoruyacaq.

Azərbaycan güləşçiləri Antalyada "Zəfər Kuboku"nda mübarizə aparacaqlar

Azərbaycanın sərbəst və yunan-Roma güləşçiləri Türkiyənin Antalya şəhərində təşkil olunacaq U-17 yaş qrupu üzrə "Zəfər Kuboku"nda iştirak edəcəklər.

Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasından bildirlib.

Böyük məşqçi Rafiq Hüseynov, məşqçilər Kamran Məmmədov, Zöhrab Abbasov və Müşviq Məmmədovun rəhbərliyi altında Əli Cavadlı, Əli Musayev (hər ikisi 45 kq), Ömər Salmanov, Yusif Mirzəyev, Ümid Babayev (hamısı 48 kq), Abdurrahman Hüseynli, Hüseyn Mustafazadə (hər ikisi 51 kq), Qurban Məcnunov, Amin Məmmədov (hər ikisi 55 kq), Elmir Çərkəzov, Elmir Abdulla (hər ikisi 60 kq), Orxan Həbibli, Nihad Məhərrəmov (hər ikisi 65 kq), Nadir Həsənov, Əli Məmmədov, İbrahim Babayev (hamısı 71 kq), Ruslan Nuriyev, İsfahan Həsənov, Zəka Yusubov (hamısı 80 kq), Zöhrab Səfərov (92 kq), Emin Baxşəliyev, Məhəmməd Mustafayev və Manaf Məmmədli (hamısı 110 kq) yunan-Roma güləşində uğur qazanmağa çalışacaq.

Sərbəst güləş üzrə millinin tərkibində isə böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Yaşar Əliyev və Allahverdi Vəliyevin rəhbərliyi altında Tunar Həsənov (45 kq), Hüseyn Rzazadə (48 kq), İbrahim Həsənov (51 kq), Abbas Şəfiyev (55 kq), Vahid Məmmədov (60 kq), Rəşid Nazarov (65 kq), Tunar Quliyev (71 kq), Nihad Süleymanlı (80 kq), Elgün Kərimli (92 kq) və Hakim Tağıyev (110 kq) yer alacaq.

Qeyd edək ki, aprelin 12-dən 14-dək təşkil olunacaq ənənəvi yarışda II dərəcəli hakim Xəyal Əliyev ədaləti qoruyacaq.

Polşa millisinin məşqçisi Yatsek Maqera 49 yaşında vəfat edib

Polşa milli komandasının baş məşqçisinin köməkçisi Yatsek Maqera 49 yaşında vəfat edib.

"Report" xəbər verir ki, bu barədə Polşa Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.

Mütəxəssis cümə günü səhər saatlarında Vrotslavda qaçış zamanı huşunu itirib. O, təcili xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Yatsek Maqera 2025-ci ilin yayından Yan Urbanın rəhbərlik etdiyi məşqçilər heyətində yer alırdı. O, daha əvvəl "Şlensk", "Legiya" klublarını və Polşanın gənclərdən ibarət yığmalarını çalışdırıb.

Azərbaycan Voleybol Federasiyasının "2-ci dərəcə" məşqçi kursu başa çatıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) məşqçi-müəllimlər üçün təşkil etdiyi növbəti kurs başa çatıb.

Bu barədə "Report"a AVF-nin mətbuat xidmətindən bildirlib.

"2-ci dərəcə" məşqçi kursu 6-10 aprel tarixlərində Bakıda keçirilib. Təlimlər Beynəlxalq Voleybol Federasiyasının (FIVB) məşqçi-müəllimi, professor Cengiz Akarçeşme tərəfindən aparılıb. Kursda AVF-nin "1-ci dərəcə" mərhələsini uğurla başa vurmuş 16 nəfər iştirak edib.

Kursun yekununda iştirakçılar nəzəri və praktiki imtahan veriblər. Hər iki imtahanı uğurla keçənlər AVF-nin "2-ci dərəcə" məşqçi sertifikatını alacaqlar.

Qeyd edək ki, "2-ci dərəcə" məşqçi sertifikatı əldə edən məşqçi-müəllimlər yerli çempionatlarda fəaliyyət göstərə biləcək, eyni zamanda AVF-nin "3-cü dərəcə" məşqçi kursunda iştirak hüququ qazanacaqlar. Hər üç dərəcəni tamamlayan mütəxəssislər isə FIVB-nin Level-1 seminarında iştirak edə biləcəklər.

Ercan Aslan və Gülay Orucova beynəlxalq turnirin qalibi olublar

"Birlik" Karate Klubunun iki idmançısı Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə Bakıda keçirilən beynəlxalq "Grand Prix" turnirində birinci yeri tutublar.

"Report" xəbər verir ki, Ercan Aslan parakarate (K21 kateqoriyası), Gülay Orucova (61 kq) isə 21 yaşadək idmançılar arasında mübarizədə bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

İdmançılar bu uğura şəxsi məşqçiləri Sənan Cəfərovun rəhbərliyi altında nail olublar.

Sərhədçi İdman Mərkəzində təşkil olunan turnirə 9 ölkədən ümumilikdə 700-ə yaxın karateçi qatılıb.

"Grand Prix" turnirinin əsas məqsədi karatenin inkişafına dəstək olmaq, idmançılar arasında beynəlxalq təcrübə mübadiləsini genişləndirmək və Azərbaycan təmsilçilərinin beynəlxalq arenada rəqabət qabiliyyətini artırmaqdır.

Aslan Ercan və Gülay Orucova beynəlxalq turnirin qalibi olublar

"Birlik" Karate Klubunun iki idmançısı Azərbaycan Karate Federasiyasının təşkilatçılığı ilə Bakıda keçirilən beynəlxalq "Grand Prix" turnirində birinci yeri tutublar.

"Report" xəbər verir ki, Aslan Ercan parakarate (K21 kateqoriyası), Gülay Orucova (61 kq) isə 21 yaşadək idmançılar arasında mübarizədə bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

İdmançılar bu uğura şəxsi məşqçiləri Sənan Cəfərovun rəhbərliyi altında nail olublar.

Sərhədçi İdman Mərkəzində təşkil olunan turnirə 9 ölkədən ümumilikdə 700-ə yaxın karateçi qatılıb.

"Grand Prix" turnirinin əsas məqsədi karatenin inkişafına dəstək olmaq, idmançılar arasında beynəlxalq təcrübə mübadiləsini genişləndirmək və Azərbaycan təmsilçilərinin beynəlxalq arenada rəqabət qabiliyyətini artırmaqdır.

Maks Ferstappen karyerasını "Red Bull"da davam etdirmək qərarına gəlib

"Red Bull"un pilotu, dördqat "Formula 1" çempionu Maks Ferstappen hazırkı komandası ilə bağlı qərarını verib.

"Report" "Daily Mail"ə istinadən xəbər verir ki, 28 yaşlı niderlandlı sürücü 2026 mövsümünün sonuna qədər "Red Bull"da qalmağı planlaşdırır.

Ferstappen karyerası boyunca böyük uğurlar qazandığı komandasına sadiq qalmaq niyyətindədir. Onun karyerasına fasilə verməyi düşünmədiyi və ən azı daha iki mövsüm komandada çıxışını davam etdirəcəyi bildirilib.

Qeyd edək ki, Maks Ferstappen bütün "Formula 1" karyerasını "Red Bull"un komandalarında keçirib.

Siyasət Əsgərov: "Məqsədimiz dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanmaqdır"

Azərbaycanın qadın futbolçulardan ibarət millisinin əsas məqsədi dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanmaqdır.

Bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Siyasət Əsgərov deyib.

Mütəxəssis xarici klublarda çıxış edən futbolçuların durumunun qaneedici olduğunu söyləyib:

"Aprelin 7-dən məşqlərə başlamışıq. Millinin düşərgəsinə qoşulan oyunçuların əksəriyyəti xarici klublarda çıxış edənlərdir. Qızların çoxu öz komandalarında start "11-lik"də yer aldıqları üçün oyun praktikaları və kondisiyaları yaxşıdır. Bəzi oyunçularımız var ki, çıxış etdikləri I Liqa təmsilçilərinin çempionatı bitdiyi üçün hazırlıqlarında bir az fərq var. Amma ümumilikdə durum çox yaxşıdır".

O, Andorra ilə səfər oyununun çətin keçəcəyini vurğulayıb:

"Hər iki oyuna ciddi hazırlaşmışıq. İlk matçımız səfərdə olacaq və düşünürəm ki, çətin keçəcək. Andorra qrup lideri Macarıstanla heç-heçə edib. Onlar evdə maksimum nəticə üçün oynayacaqlar. Biz də rəqibin üstün və zəif cəhətlərini bilirik, məşq proseslərini buna uyğun qurmuşuq. İlk oyunda maksimum nəticəni hədəfləyirik".

Millinin baş məşqçisi hazırlıq qrafikinə toxunub:

"Aprelin 14-nə qədər hazırlıq keçəcəyik və düşünürəm ki, bizim üçün yetərli müddətdir. Bundan maksimum yararlanmağa çalışacağıq. İkinci oyun aprelin 18-də olacaq. Bir qədər yol yorğunluğu ola bilər. Çünki ilk matçdan sonra dərhal qayıtmalıyıq ki, evdə keçirəcəyimiz görüşə hazırlaşaq. Bərpa dönəmində bir qədər sıxıntı ola bilər. İstənilən halda məqsədimiz hər iki oyuna maksimum hazır olmaqdır".

S.Əsgərov qrupdakı rəqiblərin gücü və millinin əsas hədəfi haqqında danışıb.

"Macarıstan son iki ildə C Liqasına düşüb. Həmişə A Liqasında oynayırdı. Heyətindəki oyunçuların keyfiyyətinə görə qrupun lideridir. Düzdür, Şimali Makedoniya üzərində evdə qələbə qazanmışıq, lakin təəssüf ki, Macarıstana səfərdə 0:1 hesabı ilə uduzduq. Məqsədimiz maksimum nəticə göstərmək, qrupda yüksək pillələri təmin etmək və pley-off mərhələsinə vəsiqə qazanmaqdır".

Qeyd edək ki, DÇ-2027-nin seçmə mərhələsində C Liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi Andorra ilə aprelin 14-də səfərdə, 18-də isə Bakıda qarşılaşacaq.

Bakıda konkur üzrə "Bahar Kuboku" turniri keçiriləcək

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə konkur üzrə "Bahar Kuboku" turniri təşkil olunacaq.

Bu barədə "Report"a qurumdan məlumat verilib.

Novxanı qəsəbəsində yerləşən "Sərhədçi" Atçılıq Mərkəzində keçiriləcək yarışda "Omar", "Sərhədçi", "Murad", "Elite" klublarının, həmçinin atçılıq və müasir beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin 20-dən artıq təmsilçisi mübarizə aparacaq.

İdmançılar üç kateqoriya üzrə – 90 sm (A kateqoriyası), 115 sm (L kateqoriyası) və 125 sm (M* kateqoriyası) hündürlükdə olan maneələrin dəf olunmasında qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, aprelin 14-15-də baş tutacaq turnirin yekununda hər nominasiya üzrə ilk 5 yeri tutan iştirakçılara mükafatlar təqdim olunacaq.

Aleksey İsayevin "Zirə"yə qarşı oynayıb-oynamayacağı matç günü bəlli olacaq

"Sabah"ın futbolçusu Aleksey İsyaevin zədəsi ciddi deyil.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı klubundan bildirilib.

Futbolçunun XXVII turda keçiriləcək "Zirə" ilə görüşdə meydana çıxıb-çıxmayacağına oyun günü aydınlıq gələcək:

"Alekseyin zədəsi ciddi deyil. Növbəti oyunda şans qazanıb-qazanmayacağı dəqiq bilinmir. Çox güman, bu məsələyə oyun günü aydınlıq gələcək".

Qeyd edək ki, Aleksey İsayev Misli Premyer Liqasının XXVI turunda "Araz-Naxçıvan"a 4:2 hesabı ilə qalib gəldikləri matçda zədələnmişdi.

"Liverpul" Məhəmməd Salahın əvəzləyicisi kimi "Brayton"un hücumçusunu hədəfə alıb

"Liverpul" klubu Məhəmməd Salahın əvəzləyicisini İngiltərə Premyer Liqasında tapıb.

"Report"un "The Mail" nəşrinə istinadən məlumatına görə, cari mövsümün sonunda klubdan ayrılacağını təsdiqləyən misirli futbolçunun yerinə namizədlərdən biri "Brayton"un hücumçusu Yankuba Mintehdir.

33 yaşlı Salah klubda son mövsümünü keçirdiyini elan etdikdən sonra "Brayton"da uğurlu çıxışı ilə diqqət çəkən Minteh yay "transfer pəncərəsi" üçün əsas hədəflər siyahısına daxil edilib.

"Liverpul"un Qambiya millisinin üzvü olan 21 yaşlı futbolçu üçün təxminən 33 milyon funt-sterlinq xərcləyəcəyi gözlənilir.

Qeyd edək ki, Məhəmməd Salahın klubla müqaviləsinin müddəti növbəti mövsümün sonuna qədər nəzərdə tutulmuşdu.

"Barselona" – "Atletiko" matçının hakimi İştvan Kovaç cəzalandırılıb

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin "Barselona" – "Atletiko" (Madrid) matçının (0:2) baş hakimi İştvan Kovaçı cari mövsümün sonuna qədər oyunlardan kənarlaşdırılıb.

"Report"un "Sport.es" nəşrinə istinadən məlumatına görə, qurum rumıniyalı referinin sözügedən qarşılaşmada bir neçə ciddi səhvə yol verdiyini qeyd edib.

"Barselona" klubu hakimin idarəçiliyindən və VAR otağının fəaliyyətindən rəsmi şikayət edib. Kataloniyalılar oyunun 54-cü dəqiqəsində rəqib futbolçunun cərimə meydançasında topu əllə oynamasına baxmayaraq, penalti təyin edilməməsini əsas gətiriblər.

Qeyd edək ki, cəzaya baxmayaraq, Kovaç DÇ-2026-da iş başında olacaq. Onun adı FİFA-nın turnir üçün hazırladığı hakim siyahısına daxil edilib.

Elnur Çodarov Norveçin "Valerenqa" klubunda təcrübə proqramında iştirak edir

Azərbaycan milli komandasının məşqçisi Elnur Çodarov UEFA PRO lisenziyası üzrə təhsil proqramı çərçivəsində Norveçin aparıcı klublarından biri olan "Valerenqa"da bir həftəlik təcrübə proqramında iştirak edir.

Bu barədə "Report"a AFFA-nın mətbuat xidmətindən bildirilib.

Təcrübə müddətində E.Çodarov "Valerenqa"nın əsas komandasının baş məşqçisi Qeyr Bakke ilə görüşüb. Görüş zamanı tərəflər müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıb, məşq prosesinin təşkili və iş prinsipləri ilə yaxından tanışlıq baş tutub.

Proqram çərçivəsində millimizin məşqçisi komandanın məşqlərini izləyib və iş prosesi ilə yerində tanış olub. Elnur Çodarov "Valerenqa"nın baş məşqçisinə üzərində adı yazılmış Azərbaycan millisinin formasını hədiyyə edib.

Elnur Çodarov Norveçin "Valerenqa" klubunda təcrübə proqramında iştirak edir

Azərbaycan milli komandasının məşqçisi Elnur Çodarov UEFA PRO lisenziyası üzrə təhsil proqramı çərçivəsində Norveçin aparıcı klublarından biri olan "Valerenqa"da bir həftəlik təcrübə proqramında iştirak edir.

Bu barədə "Report"a AFFA-nın mətbuat xidmətindən bildirilib.

Təcrübə müddətində E.Çodarov "Valerenqa"nın əsas komandasının baş məşqçisi Qeyr Bakke ilə görüşüb. Görüş zamanı tərəflər müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıb, məşq prosesinin təşkili və iş prinsipləri ilə yaxından tanışlıq baş tutub.

Proqram çərçivəsində millimizin məşqçisi komandanın məşqlərini izləyib və iş prosesi ilə yerində tanış olub. Elnur Çodarov "Valerenqa"nın baş məşqçisinə üzərində adı yazılmış Azərbaycan millisinin formasını hədiyyə edib.

Azərbaycanlı məşqçilərə UEFA-nın A kateqoriyalı diplomları təqdim olunub

Bu gün AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində UEFA-nın A kateqoriyalı məşqçi kursunu müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplomlar verilib.

"Report" quruma istinadən xəbər verir ki, diplomları baş katibin müavini Elçin Məmmədov və təlimatçılar Osman Rəhimovla Arif Əsədov təqdim ediblər.

Qeyd edək ki, 2025-2026-cı illəri əhatə edən UEFA-nın A kateqoriyalı məşqçi kursunu Təhsil Şöbəsinin rəhbəri Aslan Kərimov və təlimatçılar Osman Rəhimovla Arif Əsədov keçiblər.

Faiq Qarayev: "Milli komandalarda yerli məşqçilərə üstünlük verilməsinin tərəfdarıyam"

Azərbaycanın yeniyetmə və gənc qız voleybolçulardan ibarət millilərinin "sükanı arxasına" yerli baş məşqçinin gətirilməsi planlaşdırılır.

Bunu "Report"a müsahibəsində Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, qadınlardan ibarət milli komandanın baş məşqçisi Faiq Qarayev deyib.

"Yerli məşqçilərə üstünlük verilməsinin tərəfdarıyam. Artıq namizədlər də var. Bu gün həm kişilərdə, həm də qadınlarda azərbaycanlı məşqçilər yetişir. Xaricdən yüksək səviyyəli mütəxəssis gələcəksə, gəlsin, xeyri var. Amma o, voleybolu dərindən bilməli, bacarıqlı olmalı və gənclərə yer verməlidir. Böyük ehtimalla yerli mütəxəssislərə üstünlük verəcəyik".

Faiq Qarayevin müsahibəsinin tam mətnini buradan oxuya bilərsiniz.

Azərbaycanlı stolüstü tennisçi Nihad Məmmədov dünya rekordunu yeniləməyə hazırlaşır

Azərbaycanın stolüstü tennisçisi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırmaq niyyətindədir.

Bu barədə "Report"a Azərbaycan Stolüstü Tennis Federasiyasından bildirilib.

Milli üzvü aprelin 12-də "Şüa İdman Kompleksi"ndə təşkil olunacaq mərasimdə topu uzaq məsafədən oyuna daxil etməkdə qeydə alınan dünya rekordunu yeniləməyə çalışacaq.

Nihad Məmmədov bu hərəkəti 17 metr məsafədən həyata keçirməyi planlaşdırır.

Qeyd edək ki, bu rekord hazırda 16.70 metr nəticə ilə türkiyəli Osman Gürcüyə məxsusdur.

Azərbaycan Yüksək Liqasında meydanda ən azı iki yerli voleybolçunun yer alması tələbi olacaq

Azərbaycan Yüksək Liqasında növbəti mövsüm mühüm yeniliklərdən biri meydanda ən azı iki azərbaycanlı voleybolçunun yer alması tələbi olacaq.

Bunu "Report"a müsahibəsində Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, qadınlardan ibarət milli komandanın baş məşqçisi Faiq Qarayev deyib.

F.Qarayev bölgələrlə bağlı layihələrin davam etdiriləcəyini vurğulayıb:

"Ən gözəl layihə meydanda ən azı iki azərbaycanlı voleybolçunun olmasıdır. Bu gün qadınlar arasında çempionatda 9 komanda var. İki azərbaycanlı daim meydanda olsa, bu, 18 nəfər edir. Bu da o deməkdir ki, yığma üzvlərinin sayı artır. Həmçinin çalışmalıyıq ki, saydan əlavə, həm də nəticə verə bilsinlər. Bölgələrdə layihələrimiz davam edəcək. 10, 11, 12 yaşlı qızlar seçilməlidir. Voleybola 8-9 yaşında başlanılır".

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

Braziliya çempionatında 10 tur ərzində 10 komanda baş məşqçisini dəyişib

Braziliya A Seriyasında baş məşqçi dəyişiklikləri ilə bağlı maraqlı statistika qeydə alınıb.

"Report" xəbər verir ki, yanvarın 28-də start götürən 2026-cı il mövsümünün geridə qalan 10 turu ərzində 20 komandadan 10-u artıq baş məşqçisini dəyişib.

"Korintians", "Şapekoense", "Botafoqo", "Santos", "Kruzeyro", "San-Paulu", "Flamenqo", "Remo", "Vasko da Qama" və "Atletiko Mineyro" klublarının baş məşqçiləri istefaya göndərilib. Bu qərarlar nəticəsində Xorxe Sampaoli və Tite kimi tanınmış mütəxəssislər, həmçinin sabiq futbolçular Filipe Luis və Ernan Krespo işsiz qalıblar.

Qeyd edək ki, 10 turdan sonra turnir cədvəlinə 25 xal toplayan "Palmeyras" başçılıq edir.

Faiq Qarayev: "Üç-dörd ilə Azərbaycan voleybolunda ciddi irəliləyiş gözləyirik" - MÜSAHİBƏ

Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti, qadınlardan ibarət milli komandanın baş məşqçisi Faiq Qarayev "Report"a müsahibə verib. Təcrübəli mütəxəssis 18 yaşadək voleybolçuların çempionatı, regionlarda voleybolun inkişafı, yeni layihələr və milli komandanın hədəfləri barədə danışıb.

– Bir neçə gün öncə başa çatan 18 yaşadək voleybolçular arasında ölkə çempionatının yekunlarını necə dəyərləndirirsiniz? Bu yarış gələcək üçün nə vəd edir?

– Ən xoş hal odur ki, bu yarışda çox sayda komanda iştirak etdi. Mən artıq 26 nəfərlik bir siyahı hazırlamışam. Bildiyiniz kimi, gənc komandaların Avropa çempionatı var. Klublar aprelin 20-də fasiləyə çıxırlar. Biz indi elə bir proqram hazırlayırıq ki, seçilmiş voleybolçular üç-dörd ay ərzində həm ikinci komandada iştirak etsinlər, həm də məşq prosesindən kənarda qalmasınlar. Seçilmişlər arasında həm Bakıdan, həm də regionlardan olan qızlar var. Məsələn, vaxtilə Aynur Kərimova Hacıqabuldan, Natəvan Qasımova Naxçıvandan gəlib. Bəzən deyirlər ki, "oyunçu yoxdur", amma yarışlarda çox komanda iştirak edəndə, ən azı 10-15 nəfər seçmək mümkün olur. Ən sevindirici hal odur ki, biz artıq həmin oyunçuları tapmışıq. Federasiya bu yarışları həm Bakıda, həm də regionlarda keçirdi və 100-dən çox komanda iştirak etdi. Növbəti ildən reqlamentə dəyişiklik edərək meydançada iki azərbaycanlı oyunçunun olmasını istəyirik. Superliqada 8-9 klub olarsa, bu, 18 yerli qızın daim oynaması deməkdir. Bu, böyük nailiyyətdir. Federasiya olaraq bu məsələlərə üstünlük veririk. Dörd illik proqram çərçivəsində 17 yaşlı qızlar 20-21 yaşına çatanda, klublarda da yaxşı iş görülsə, ciddi irəliləyiş olacaq. Ən əsası odur ki, 188-190 sm boyunda qızlar tapmışıq. Məşqçilərlə iclas keçirib onlara azərbaycanlı qızlarla daha çox işləmək tapşırığını vermişik. Hazır legioner gətirmək, klubları yaratmaq asandır, amma yığmanı formalaşdırmaq çətindir. Bizim strateji nöqtəmiz milli komandanı yüksək səviyyəyə qaldırmaqdır. İnanıram ki, üç-dörd ilə bunun bəhrəsini görəcəyik.

– Region klublarının çempionatdakı çıxışını necə qiymətləndirirsiniz?

– Çox yaxşıdır. Məsələn, dünən "Turan" və "Gəncə" komandaları arasında çox maraqlı oyun keçirildi. Regionlarda klubların sayı artsa, inkişaf daha sürətli olar. Qadın idmanı ilə bağlı regionlarda bir az çətinlik olsa da, böyük irəliləyiş var. Məsələn, "Turan" çempion olub Çempionlar Liqasına və ya Avropa kuboklarına gedə bilər. Ən xoş məqam isə Tovuzda zalın tam dolmasıdır. İnsanlar voleybolu sevirlər. Bizim idman növümüz elədir ki, ucaboylu qızlar lazımdır. Azərbaycanda isə belə oyunçular tapmaq bir az çətin olsa da, işləyirik. Sakitləşmək, ümidsizliyə qapılmaq deyil, axtarmaq və tapmaq lazımdır. Sevindirici məqam odur ki, artıq milli komandanın ikinci heyəti formalaşıb.

– Müqaviləsinin müddəti başa çatan Şahin Çatmanın fəaliyyəti yüksək qiymətləndirildi. Onun rəhbərliyi dövründə paytaxt və regionlarda voleybolun inkişafı ilə bağlı hansı əsas hədəflərə nail olundu?

– Şahin Çatmanı Türkiyədə işlədiyim vaxtdan tanıyıram, orada aşağı yaş qruplarına nəzarət edirdi. Vəzifəni də ona mən vermişdim. Çalışqan insandır. Onun regionlarla əlaqədar çox böyük köməyi oldu, federasiya tərəfindən qarşısına qoyulan məqsədə əsasən regionları gəzdi və qızları tapdı. Düzdür, hazırda yüksək nəticə olmasa da, artıq "material" tapmışıq.

- Türkiyəli mütəxəssisin gedişindən sonra yeniyetmə və gənc qızlardan ibarət milli komandaların "sükanı arxasına" yerli, yoxsa yenidən əcnəbi baş məşqçinin gətirilməsi planlaşdırılır?

- Yerli məşqçilərə üstünlük verilməsinin tərəfdarıyam. Artıq namizədlər də var. Bu gün həm kişilərdə, həm də qadınlarda azərbaycanlı məşqçilər yetişir. Xaricdən yüksək səviyyəli mütəxəssis gələcəksə, gəlsin, xeyri var. Amma o, voleybolu dərindən bilməli, bacarıqlı olmalı və gənclərə yer verməlidir. Böyük ehtimalla yerli mütəxəssislərə üstünlük verəcəyik.

- Gənclər və yeniyetmələrlə bağlı növbəti mövsümdən hansı yeniliklər nəzərdə tutulub?

- Ən gözəl layihə meydanda ən azı iki azərbaycanlı voleybolçunun olmasıdır. Bu gün qadınlar arasında çempionatda 9 komanda var. İki azərbaycanlı daim meydanda olsa, bu, 18 nəfər edir. Bu da o deməkdir ki, yığma üzvlərinin sayı artır. Həmçinin çalışmalıyıq ki, saydan əlavə, həm də nəticə verə bilsinlər. Bölgələrdə layihələrimiz davam edəcək. 10, 11, 12 yaşlı qızlar seçilməlidir. Voleybola 8-9 yaşında başlanılır.

– Növbəti mövsümdə Azərbaycan Yüksək Liqasında komandaların sayının artırılması gözlənilirmi?

– Bu, sponsordan asılıdır. Hazırda maraq artıb. Mövsüm bitsin, bu barədə söhbət olacaq. Sponsorlar tapılarsa, regionlarda klubların sayı artacaq. Məsələn, Naxçıvanda artıq bu barədə söhbət gedir, yəqin ki, Naxçıvan komandası çempionata qatılacaq. Gəncə, Naxçıvan, Tovuz, Sumqayıt kimi dörd-beş regionda klub olsa, çox yaxşı olar.

– Hazırkı çempionatın səviyyəsi sizi qane edir?

– Həm kişilərin, həm də qadınların çempionatı maraqlı keçir. Aprelin 18-19-da final görüşləri baş tutacaq. Azarkeş kütləsi də çoxdur. Xatırlayırsınızsa, əvvəllər heç zala girmək olmurdu. Keçmişlə yaşamaq olmaz, gələcəyə baxmalıyıq. Keçmişdə olanlar artıq xatirədir. 40 ildən çoxdur bu sahədəyəm və arzum odur ki, Azərbaycanda voleybol həmişə inkişaf etsin. Ölkədə voleybol həqiqətən sevilir, azarkeş kütləsi də çoxdur.

- Ölkə çempionatında gedişat gözlədiyiniz kimi oldu, yoxsa sürprizlərlə qarşılaşdınız?

- Yarımfinallarda sürprizlər olmadı. İlk yarımfinal görüşlərində "Turan" "Gəncə"yə, "DH Volley" "Milli Aviasiya Akademiyası"na qalib gəldi. Kişilərdə isə "Ordu" "Neftçi"ni, "Xilasedici" "Murov Az Terminal"ı məğlub etdi. Cavab oyunlarının və final görüşlərinin çox maraqlı olacağını düşünürəm.

– Milli komanda ilə bağlı planlar necədir?

– Apreldə yığmanı tam formalaşdıracağıq. Zədəli oyunçularımız var, bəziləri ailə qurub, ana olub – bunlar hamısı prosesdir. Komandanı gücləndirmək üçün əlimizdən gələni edirik. Avqustda Avropa çempionatının bir qrupunun oyunları Bakıda keçiriləcək. Çalışacağıq ki, xaricdə olan oyunçularımızı qaytarıb heyəti gücləndirək. Komandanı düzgün formalaşdırmaq və əlimizdəki oyunçulardan lazımi şəkildə istifadə etməliyik.

PFL I Liqada "Ayın qolu"nun müəllifini mükafatlandırıb

Azərbaycan I Liqasında "Ayın qolu" layihəsi çərçivəsində "Şəfa" klubunun futbolçusu Tərlan Quliyev mükafatlandırılıb.

Bu barədə "Report"a Peşəkar Futbol Liqasından (PFL) bildirilib.

Mart ayının ən yaxşı qolunun müəllifinə mükafatı XXI turun "Şəfa" – "Səbail" qarşılaşmasından əvvəl PFL-in Media şöbəsinin baş mütəxəssisi Anar Əsədov təqdim edib.

"Karvan-Yevlax" – "Kəpəz" oyununun təyinatları açıqlanıb

Misli Premyer Liqasında XXVII turun "Karvan-Yevlax" – "Kəpəz" oyununun təyinatları açıqlanıb.

"Report"un məlumatına görə, qarşılşama Nicat İsmayıllıya həvalə olunub.

Misli Premyer Liqası

IV dövrə, XXVI tur

10 aprel

15:30. "Karvan-Yevlax" – "Kəpəz"

Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev.

VAR: Emin Əliyev.

AVAR: Elçin Məsiyev.

Hakim-inspektor: Ramil Diniyev.

AFFA nümayəndəsi: Novruz Əzimov.

Yevlax şəhər stadionu

Çingiz Hüseynzadə: "Əsasən iki medal pis vəziyyətdə idi, onları da dəyişdirdik"

Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan Azərbaycanın 7 idmançısından yalnız ikisinin mükafatı pis vəziyyətdə olduğuna görə dəyişdirilib.

"Report" xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərova və taekvondoçu Qaşım Maqamedova yeni medalların təqdimetmə mərasimində deyib.

"Bildiyiniz kimi, bir müddətdir Paris Olimpiadasından sonra medalların keyfiyyəti məsələsi gündəmdə idi və bu, ən çox mətbuat işçilərini maraqlandırırdı. Nəhayət, medallar dəyişdirildi və Bakıya gətirildi. Bu gün İcraiyyə Komitəsinin iclasında onları sahiblərinə təqdim etdik və bu problemi birdəfəlik həll etdik. Digər beş idmançı isə öz medallarını təqdim etmədilər, çünki onlar öz mükafatlarından razıdırlar. Biz onlarla yenidən əlaqə saxladıq, şəxsən mən Hidayət Heydərov və Zelim Kotsoyevlə danışdım, onların medalları ilə bağlı heç bir problem yoxdur. Əsasən bu iki medal pis vəziyyətdə idi, onları da dəyişdirdik", - MOK rəsmisi vurğulayıb.

O, MOK-un İcraiyyə Komitəsinin iclasında müzakirə olunan məsələlərə də toxunub.:

"İclasda proqramlar üzrə şöbənin hesabatı dinlənildi. Milli Olimpiya Komitəsi son illərdə mütəxəssislərin hazırlanması, məşqçilik kurslarının təşkili və komanda idman növlərinə yardım kimi bir çox layihələr həyata keçirir. Bu fəaliyyətlər bundan sonra da davam edəcək. Həmçinin Atletlər Komissiyası ilə bağlı mühüm qərar qəbul etdik. Dünyanın bütün idman qurumlarında atletlərin təmsil olunması vacibdir. Bu səbəbdən komissiyanın sədri Fəridə Əzizova bundan sonra daimi müşahidəçi qismində İcraiyyə Komitəsinin iclaslarında iştirak edəcək".

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan 7 idmançımızdan 5-nin medalında nəzərəçarpan dərəcədə dəyişiklik baş verib. Cüdo üzrə olimpiya çempionu Hidayət Heydərov (73 kq) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedov (97 kq) istisna olmaqla, cüdo üzrə olimpiya çempionu Zelim Kotsoyevin (100 kq) qızıl, taekvondoçu Qaşım Maqomedovun (58 kq), boksçu Alfonso Dominqesin (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin (125 kq) bürünc medalları keyfiyyətini itirib.

Həsrət Cəfərov: "Hər idmançının arzusu olimpiadada medal qazanmaqdır"

Hər idmançının arzusu olimpiadada medal qazanmaqdır.

"Report" xəbər verir ki, bunu Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov yeni medalların təqdimetmə mərasimində deyib.

Medalın qısa müddətdə korlandığını bildirən H.Cəfərov problemin operativ həllinə görə təşəkkürünü bildirib:

"Bildiyiniz kimi, Olimpiada idmanın zirvəsi olan bir yarışdır və hər bir idmançının xəyalı, arzusu bu oyunlarda medal qazanmaqdır. Biz də medal qazandıqdan sonra, qısa müddət ərzində mükafatımız korlandı. Bakıya qayıtdıqdan sonra Milli Olimpiya Komitəsinə bu barədə məlumat verdim. Çox sağ olsunlar ki, məsələyə ciddi yanaşdılar. Tez bir zamanda medalımızı geri göndərdilər və yenisi ilə əvəz olundu. Buna görə komitə rəhbərliyinə öz təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan 7 idmançımızdan 5-nin medalında nəzərəçarpan dərəcədə dəyişiklik baş verib. Cüdo üzrə olimpiya çempionu Hidayət Heydərov (73 kq) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedov (97 kq) istisna olmaqla, cüdo üzrə olimpiya çempionu Zelim Kotsoyevin (100 kq) qızıl, taekvondoçu Qaşım Maqomedovun (58 kq), boksçu Alfonso Dominqesin (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin (125 kq) bürünc medalları keyfiyyətini itirib.

Qaşım Maqomedov: "Əsas məqsədim Olimpiya çempionu olmaqdır"

Azərbaycan taekvondoçusu Qaşım Maqomedovun əsas məqsədi Olimpiya çempionu olmaqdır.

"Report" xəbər verir ki, bunu Azərbaycan taekvondoçusu Qaşım Maqomedov yeni medalların təqdimetmə mərasimində deyib.

Gümüş medalın karyerasındakı ən yüksək zirvələrdən biri olduğunu qeyd edən Q.Maqamedov bu uğurla kifayətlənmək niyyətində deyil:

"Olimpiya oyunlarının gümüş medalı maksimum nəticə deyil, maksimum qızıldır. Final döyüşündə iştirak etmək mənə anlatdı ki, qələbənin bir addımlığında olmuşam, deməli, qızıl qazanmağa qadirəm. Əsas məqsədim Olimpiya çempionu olmaqdır. Bununla belə, qarşıda gələn Avropa və dünya çempionatlarını da diqqətdən kənarda qoymaq olmaz. İdmanda qazanıla biləcək bütün titullara sahib çıxmaq istəyirəm".

Hazırlıqların yüksək səviyyədə davam etdiyini vurğulayan taekvondoçu bir aydan sonra keçiriləcək Avropa çempionatına ciddi hazırlaşdıqlarını deyib:

"Məşqlərimiz əla keçir, hazırda təlim-məşq toplanışındayıq. Heyətlə, rəhbərliklə və məşqçimiz Məmməd müəllimlə birlikdə formaya giririk. Həmçinin medal məsələsini işıqlandırdıqları üçün jurnalistlərə də təşəkkür edirəm. Sizin sayənizdə bu məsələ dünya ictimaiyyətinə çatdırıldı".

Dünya çempionatının Olimpiya oyunlarından daha çətin keçməsinə toxunan müdafiəçi bunu iştirakçı sayı ilə əlaqələndirib:

"Olimpiadada 16 nəfər olur və biz aylarla konkret rəqiblərə hazırlaşırıq. Dünya çempionatında isə 128 ölkə təmsil olunur, altı döyüş keçirməlisən. Qarşına kimin çıxacağını əvvəlcədən dəqiq bilmirsən, ona görə də hər kəsə fərdi yanaşma tapmaq çətin olur. Yerindəcə qələbənin açarını axtarmalı olursan".

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan 7 idmançımızdan 5-nin medalında nəzərəçarpan dərəcədə dəyişiklik baş verib. Cüdo üzrə olimpiya çempionu Hidayət Heydərov (73 kq) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedov (97 kq) istisna olmaqla, cüdo üzrə olimpiya çempionu Zelim Kotsoyevin (100 kq) qızıl, taekvondoçu Qaşım Maqomedovun (58 kq), boksçu Alfonso Dominqesin (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin (125 kq) bürünc medalları keyfiyyətini itirib.

MOK-da Qaşım Maqomedovla Həsrət Cəfərov üçün medal təqdimatı mərasimi keçirilib

Milli Olimpiya Komitəsində (MOK) Azərbaycan idmançıları – taekvondoçu Qaşım Maqomedov və yunan-Roma güləşçisi Həsrət Cəfərov üçün medal təqdimatı mərasimi keçirilib.

"Report"un məlumatına görə, idmançıların Paris-2024 Yay Olimpiya Oyunlarında qazandıqları medallar sonradan aşınmaya məruz qaldığı üçün yenisi ilə əvəz edilib.

MOK-un inzibati binasında baş tutan mərasimdə hər iki idmançıya yeni mükafatlar rəsmi şəkildə təqdim olunub.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan 7 idmançımızdan 5-nin medalında nəzərəçarpan dərəcədə dəyişiklik baş verib. Cüdo üzrə olimpiya çempionu Hidayət Heydərov (73 kq) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedov (97 kq) istisna olmaqla, cüdo üzrə olimpiya çempionu Zelim Kotsoyevin (100 kq) qızıl, taekvondoçu Qaşım Maqomedovun (58 kq), boksçu Alfonso Dominqesin (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin (125 kq) bürünc medalları keyfiyyətini itirib.

Milli Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin iclası baş tutub

Milli Olimpiya Komitəsinin inzibati binasında MOK-un İcraiyyə Komitəsinin iclası keçirilib.

"Report"un məlumatına görə, toplantını MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə açaraq, iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

Gündəliyə Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan idmançılarımızın aşılanmaya məruz qalmış və yenisi ilə əvəz olunmuş medallarının Olimpiya mükafatçılarına təqdim edilməsi, MOK-un layihələri və proqramları haqqında hesabat, Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının yekun nəticələri, komanda idman növlərinə nəzarəti daha da artırmaq məqsədilə yeni Ekspertlər Şuranın yaradılması, Atlanta-1996 Yay Olimpiya Oyunlarının 30 illik yubileyinin təntənəli keçirilməsi və cari məsələlər daxil edilib.

Tədbirdə gündəlikdəki məsələlər və MOK-un nəzərdə tutduğu layihələrlə bağlı ictimaiyyətə məlumat verilib.

"Lester" klubunun etirazı rədd edilib

İngiltərənin "Lester" klubunun maliyyə pozuntularına görə Çempionşipdə hesabından 6 xalın silinməsi ilə bağlı qərardan verdiyi şikayət təmin edilməyib.

"Report"un BBC-yə istinadən məlumatına görə, daha əvvəl futbol liqası 2023/2024 mövsümü ilə yekunlaşan 3 illik dövr ərzində icazə verilən maksimum zərər həddini aşdığına və maliyyə hesabatlarını gecikdirdiyinə görə klubun 6 xalını silib.

"Lester" "maliyyə feyr-pley"i qaydalarını pozduğuna görə tətbiq edilən bu cəzanın çox ağır olduğunu hesab edərək apellyasiya şikayəti verib. Lakin İngiltərə Premyer Liqası buna cavab olaraq qarşılıqlı iddia qaldıraraq mövcud hökmün çox yumşaq olduğunu bildirib. Nəticədə müstəqil komissiya klubun 6 xalının silinməsi barədə qərarı qüvvədə saxlayıb.

Qeyd edək ki, 2025/2026 mövsümündə keçirdiyi 41 oyundan sonra 41 xalı olan "Lester" Çempionşipdə 22-ci yerdə qərarlaşıb.

Harri Maquayr "Mançester Yunayted"lə yeni müqavilə üçün maaşının azaldılmasına razılaşıb

Harri Maquayr "Mançester Yunayted"lə (İngiltərə) yeni müqavilə imzalayarkən əhəmiyyətli maliyyə güzəştlərinə gedib.

"Report"un "The Sun" nəşrinə istinadən məlumatına görə, 33 yaşlı futbolçu həftəlik 190 min funt-sterlinq olan hazırkı maaşının azaldılmasına razılıq verib.

Bundan başqa, Maquayr MLS təmsilçisi "İnter Mayami"dən də olmaqla bir sıra daha sərfəli təklifləri rədd edib. Müdafiəçi klubun heyətində keçirdiyi vaxt ərzində İngiltərə Liqa Kubokunu və İngiltərə Kubokunu qazanıb.

Qeyd edək ki, Harri Maquayr "Mançester Yunayted"lə müqaviləsinin müddətini daha bir mövsüm - 2027-ci ilin yayına qədər uzadıb. O, 2019-cu ildən çıxış etdiyi klubun heyətində 266 matçda iştirak edib.

"Şuşa"nın baş məşqçisi Ramil Hüseynov: "Maaşlar ödənilməsə, növbəti oyuna da çıxmayacağıq"

"Şuşa" komandasının üzvləri aylıq ödənişlər edilməyəcəyi təqdirdə futzal üzrə Azərbaycan Yüksək Liqasında növbəti - "Araz-Naxçıvan"a qarşı matça da çıxmayacaqlar.

Bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Ramil Hüseynov deyib.

Mütəxəssis ötən tur U-19-a qarşı oyuna çıxmamalarına aydınlıq gətirib:

"Biz əslində oyuna getmişdik, hamımız "Olimpik Star"da idik. Sadəcə, meydana çıxmadıq. Çünki oyuna qədər maaşların veriləcəyi bildirilmişdi, amma olmadı. Biz də etirazımızı belə bildirdik. İndi məşqlərə qayıtmışıq, ümid edirik ki, yaxın günlərdə vədlər yerinə yetiriləcək. Ödənişlər olmasa, yenə oynamayacağıq. Əlimizdən gələn budur".

O, yaranmış vəziyyəti və son durumu dəyərləndirib:

"Dedilər ki, hazırlığa davam edin, ödənişlər yaxın günlərdə olunacaq. Əslində, üç aya yaxın idi məvacib ala bilmirdik, komanda buna etiraz olaraq meydana çıxmamışdı. Biz yüksək maaş almırıq ki, iki-üç ay ödəniş olmayanda uşaqlara təsir etməsin. Hamısı ailəli uşaqlardır".

R.Hüseynov komandanın gələcək taleyi və növbəti oyunlara hazırlığı barədə bunları deyib:

"Növbəti oyuna çıxmaq ehtimalımız böyükdür. Vəd verdilər ki, məsələ həll olunacaq. 2021-ci ildən bu komandanı qurmuşuq, 5 ildir əziyyət çəkirik. Federasiyanın da bizə dəstəyi olub, amma söz verilib əməl olunmayanda adam pis vəziyyətdə qalır. Biz Şuşa adını idman sahəsində ucaltmaq istəyirik. İstəyirik ki, "Şuşa" da "Araz-Naxçıvan", "Neftçi" İK kimi böyük arenalarda, Avropada oynasın. Amma hər şey büdcəyə bağlıdır".

Qeyd edək ki, Şuşa təmsilçisi ötən tur U-19-la görüşdə meydana çıxmadığı üçün AFFA İntizam Komitəsi tərəfindən texniki məğlubiyyətlə (0:5) cəzalandırılıb. Komanda hazırda Yüksək Liqanın turnir cədvəlində 6 iştirakçı arasında 18 xalla dördüncüdür.

"Real"ın yetirmələri Ramon və Valdepenyas "Arsenal"ın maraq dairəsinə düşüblər

"Real"ın (İspaniya) yetirmələri Hakobo Ramon və Viktor Valdepenyas İngiltərə təmsilçisi "Arsenal"ının maraq dairəsinə düşüblər.

"Report"un "CaughtOffside"a istinadən məlumatına görə, "topçular" hər iki futbolçunun inkişafını yaxından izləyirlər.

21 yaşlı Ramon ötən yaydan etibarən İtaliyanın "Komo" klubunda çıxış edir. 19 yaşlı Valdepenyas isə hələ də doğma klubundadır. Gənc ispaniyalılar İngiltərə klubunun potensial transfer hədəfləri hesab olunurlar.

Qeyd edək ki, "Transfermarkt" portalı Ramonla Valdepenyasın dəyərini müvafiq olaraq 25 və 5 milyon avro qiymətləndirir. Onların hazırkı müqavilələrinin müddəti 2030 və 2029-cu ilə qədər nəzərdə tutulub.

Everest zirvəsinə çıxan ilk amerikalı alpinist Cim Uittaker vəfat edib

Everest zirvəsinə çıxan ilk amerikalı alpinist Cim Uittaker 97 yaşında vəfat edib.

"Report"un "Associated Press" agentliyinə istinadən məlumatına görə, alpinist aprelin 7-də Vaşinqton ştatının Port-Taunsend şəhərindəki evində dünyasını dəyişib.

Uittaker Everestə yürüşü 1963-cü ildə həyata keçirib. Bu hadisə ABŞ-də idmanın bu növünə marağın yenidən canlanmasına kömək edib və onu qısa müddətdə məşhurlaşdırıb.

Qeyd edək ki, alpinist bir çox digər yürüşlərə, o cümlədən 1990-cı ildə Everestə təşkil olunan beynəlxalq ekspedisiyaya rəhbərlik edib.

Futzal üzrə Azərbaycan millisi Gürcüstanla yoldaşlıq görüşünə çıxacaq

Futzal üzrə Azərbaycan millisi bu gün yoldaşlıq görüşü keçirəcək.

"Report" xəbər verir ki, Yevgeni Kukseviçin baş məşqçisi olduğu komanda Gürcüstan yığması ilə üz-üzə gələcək.

Görüş Tbilisi şəhərindəki İdman Sarayında, saat 18:00-da start götürəcək.

Qeyd edək ki, Azərbaycan millisi aprelin 11-də eyni məkanda Gürcüstanla ikinci dəfə görüşəcək. Ayın 13-ü və 15-də isə komanda Aktauda Qazaxıstan ilə yoldaşlıq matçları keçirəcək.

UEFA Konfrans Liqasında 1/4 final mərhələsinin ilk matçları baş tutacaq

UEFA Konfrans Liqasında bu gün 1/4 final mərhələsinin ilk qarşılaşmaları baş tutacaq.

"Report" xəbər verir ki, İspaniyanın "Rayo Valyekano" komandası Yunanıstan təmsilçisi AEK-i qəbul edəcək.

Ukraynanın "Şaxtyor" kollektivi Niderlandın AZ klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. İngiltərənin "Kristal Pelas" komandası İtaliya təmsilçisi "Fiorentina"nı sınağa çəkəcək.

Almaniyanın "Maynts 05" klubu isə Fransanın "Strasburq" kollektivi ilə qarşılaşacaq.

UEFA Konfrans Liqası

1/4 final mərhələsi, ilk oyunlar

9 aprel

20:45. "Rayo Valyekano" (İspaniya) – AEK (Yunanıstan)

23:00. "Şaxtyor" (Ukrayna) – AZ (Alkmaar, Niderland)

23:00. "Kristal Pelas" (İngiltərə) – "Fiorentina" (İtaliya)

23:00. "Maynts 05" (Almaniya) – "Strasburq" (Fransa)

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 16-da keçiriləcək.

Avropa Liqasının 1/4 final mərhələsində bu gün daha üç oyun keçiriləcək

UEFA Avropa Liqasının 1/4 final mərhələsində bu gün daha üç oyun keçiriləcək.

"Report" xəbər verir ki, Almaniyada "Frayburq" İspaniyanın "Selta" klubunu sınağa çəkəcək.

Portuqaliyanın "Portu" kollektivi İngiltərə təmsilçisi "Nottinqem Forest"lə qarşılaşacaq. İtaliyada isə "Bolonya" və İngiltərənin "Aston Villa" klubları münasibətlərinə aydınlıq gətirəcəklər.

UEFA Avropa Liqası

1/4 final mərhələsi, ilk oyunlar

9 aprel

23:00. "Portu" (Portuqaliya) - "Nottinqem Forest" (İngiltərə)

23:00. "Frayburq" (Almaniya) - "Selta" (İspaniya)

23:00. "Bolonya" (İtaliya) - "Aston Villa" (İngiltərə)

Qeyd edək ki, ötən gün Portuqaliyanın "Braqa" komandası evdə "Betis"lə (İspaniya) heç-heçə edib - 1:1.

Antonio Konte İtaliya millisinin baş məşqçi vəzifəsinə əsas namizəd olub

Antonio Konte İtaliya millisinin baş məşqçisi postuna əsas namizəd olub.

"Report"un "La Gazzetta dello Sport"a istinadən məlumatına görə, İtaliya Futbol Federasiyasının prezidentliyinə namizədlər Covanni Malaqo və Cankarlo Abete "Napoli"nin hazırkı çalışdırıcısının yığmaya qayıtmasını dəstəkləyirlər.

Mənbənin məlumatına görə, Malaqo və Abete prezidentlik yarışında əsas iddialçılar hesab olunurlar. Baxmayaraq ki, bir müddət əvvəl Paolo Maldini, Alessandro Del Pyero və Demetrio Albertini kimi əfsanələrin də seçkilərə qatıla biləcəyi barədə şayiələr yayılmışdı.

Hazırda Antonio Konte üçün əsas alternativ variantlar kimi Roberto Mançini və Massimiliano Alleqrinin adları çəkilir.

İtaliya Futbol Federasiyasının yeni prezidenti iyunun 22-də seçiləcək. Bu səbəbdən millinin ayın əvvəlində keçiriləcək növbəti iki oyunu baş məşqçi vəzifəsini icra edən mütəxəssisin rəhbərliyi altında baş tutacaq.

Qeyd edək ki, Kontenin "Napoli" ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir.

"Marsel" Artur Vermerenin transferindən imtina edib

Fransanın "Marsel" klubu Artur Vermerenin birdəfəlik transferindən imtina edib.

"Report" "RMC Sport"a istinadən xəbər verir ki, klub mövsümün sonunda "Leyptsiq"dən icarəyə götürdüyü 21 yaşlı belçikalı yarımmüdafiəçini komandada saxlamamaq qərarına gəlib.

"Marsel" futbolçunun 20 milyon avroluq satınalma bəndini aktivləşdirməyəcək. Belçikalı futbolçu sabiq baş məşqçi Roberto De Zerbinin rəğbətini qazansa da, mövsümün gedişində forma geyinmək şansları xeyli azalıb. Hazırkı baş məşqçi Həbib Beyenin gəlişindən sonra isə o, tamamilə əsas heyətdən çıxarılıb və Liqa 1-in son üç oyununda meydanda olmayıb.

Yarımmüdafiəçi sonuncu dəfə fevralın 20-də "Brest"lə matçda start heyətində yer alsa da, fasilədə əvəzlənib.

Qeyd edək ki, A.Vermeren "Marsel"in heyətində keçirdiyi 20 oyunda cəmi 2 məhsuldar ötürmə ilə yadda qalıb. Mövsüm bitdikdən sonra onun müqavilə ilə məxsus olduğu "Leyptsiq"ə qayıdacağı gözlənilir.

Həbib Ağayev: "Avropa çempionatının seçmə mərhələsində çox çətin qrupa düşmüşük"

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda çox çətin qrupa düşüb.

Bunu "Report"a açıqlamasında millinin baş məşqçisi Həbib Ağayev deyib.

O, aprelin 5-dən Mərdəkanda keçirilən hazırlıq prosesinin əsas istiqamətlərindən danışıb:

"Aprelin 9-dək Mərdəkanda toplanışdayıq. Əsas məqsədimiz komandanın həm müdafiə, həm də hücum fazasında birlikdə hərəkət etməsini mükəmməlləşdirməkdir. Daha çox taktiki və texniki elementlər, müdafiədən çıxış, presinqin qurulması, topa sahibolma zamanı gediş yolları və hücuma keçidlər üzərində çalışmışıq. Ümumiyyətlə, komandanın kompaktlığı və oyun intizamı əsas prioritetlərimiz olub".

H.Ağayev seçmə mərhələdəki rəqibləri dəyərləndirib:

"Bu qrup ümumilikdə kifayət qədər çətindir. Xorvatiya həm fiziki, həm də taktiki cəhətdən çox güclü komandadır və meydan sahibi olduqları üçün favorit sayılırlar. Çexiya intizamlı və aqressiv futbol oynayır, oyun boyunca tempi yüksək saxlayırlar. Gürcüstan son illər çox inkişaf edib, sürətli hücumlarla təhlükəli ola bilirlər. Favorit kimi əsasən Xorvatiyanı görürük, amma hər rəqibə qarşı öz planımız var".

Komandanın durumuna toxunan mütəxəssis bəzi problemlərin olduğunu gizlətməyib:

"Hazırkı vəziyyəti tam ideal adlandırmaq olmaz. Heyətdə həm zəif çıxış edən, həm də tam bərpa olunmayan futbolçular var. Bu, təbii ki, hazırlıq prosesində müəyyən çətinliklər yaradır. Amma bütün bunlara baxmayaraq, qızların məşqlərdə göstərdiyi əzm və istək bizi qane edir. Hər biri üzərinə düşəni maksimum yerinə yetirməyə çalışır və bu da komanda daxilində müsbət atmosfer yaradır. Ümumilikdə vəziyyət mükəmməl olmasa da, beynəlxalq oyunlar üçün kifayət qədər hazırlıqlı olduğumuzu deyə bilərəm. Əsas üstünlüyümüz futbolçuların motivasiyası və dözümlülüyüdür".

O, sıx oyun qrafiki və bərpa prosesi haqqında danışıb:

"8 gün ərzində üç ağır oyun keçirmək, təbii ki, müəyyən çətinliklər yarada bilər. Amma bunun üçün bütün bərpa prosesi tam nəzarətdə olacaq. Həkim və məşqçi heyəti futbolçuların optimal şəkildə bərpa olunması üçün əlindən gələni edəcək. Düzdür, oyunlar ağır olacaq, amma biz hər qarşılaşmada mübarizə aparacağıq və maksimum nəticə üçün çalışacağıq".

Həbib Ağayev turnirdəki hədəfləri də açıqlayıb:

"Minimum hədəfimiz öz oyunumuzu göstərmək, komandanın inkişafını nümayiş etdirmək və mümkün qədər çox xal toplamaqdır. Maksimum hədəf isə qrupdan növbəti mərhələyə çıxmaqdır".

Qeyd edək ki, Azərbaycanın U-19 millisi Avropa çempionatının seçmə mərhələsinin II raundunda B Liqasının 6-cı qrupunda Xorvatiya, Çexiya və Gürcüstanla qarşılaşacaq. Bu qrupun oyunları aprelin 11-dən 17-dək Xorvatiyada keçiriləcək.

"Zirə"nin futbolçusu Eren Aydın: "Kəpəz"ə vurduğum qol karyeramın ən yaxşısıdır"

Misli Premyer Liqasının XXIII turunda "Kəpəz"ə vurduğu qol "Zirə"nin futbolçusu Eren Aydının karyerasında ən yaxşıdır.

Bunu futbolçu "Report"a açıqlamasında deyib.

"Həmin məqamı çox dəqiq xatırlayıram. Qapını gördüyüm anda vurmaq istədim və top ayağımdan çox "təmiz" çıxdı. Qol olduqdan sonra hiss etdiyim duyğu həqiqətən özəl idi. Bu, karyeramda vurduğum qollar arasında ən yaxşısıdır. Çünki həm sol ayağımla vurmağım, həm də topun getdiyi yer baxımından çox gözəl qol idi".

Peşəkar Futbol Liqasının "Ayın qolu" layihəsində martın qalibi seçilən türkiyəli hücumçu bu uğurun onun üçün əhəmiyyətini vurğulayıb:

"Açığı, belə mükafat almaq hər bir oyunçu üçün çox dəyərlidir. Mən meydana çıxanda hər zaman ən yaxşısını etməyə fokuslanıram, lakin bu qolun ayın qolu seçilməsi mənim üçün gözəl sürpriz oldu. Əlbəttə, belə bir qol vuranda diqqət çəkəcəyini bilirdim, amma qalib seçilmək xoşbəxtlikdir".

Mövsümün qalan hissəsi üçün hədəflərindən danışan futbolçu azarkeşlərə gözəl oyun vəd edib:

"Hər matça komandaya töhfə vermək üçün çıxıram. Qol vurmaq və ya məhsuldar ötürmə etmək fərq etməz, əsas olan komandaya kömək etməkdir. Amma fürsət tapdıqca belə qollar vurmağa davam etmək istəyirəm. Ümidvaram ki, mövsümün qalan hissəsində də azarkeşlərə gözəl qollar izlədə biləcəyəm".

Qeyd edək ki, E.Aydın Misli Premyer Liqasının XXIII turunda evdə "Kəpəz"lə matçın 5-ci dəqiqəsində fərqlənmişdi.

Süleyman Ələkbərov Qazaxıstanda bürünc medal qazanıb

Azərbaycan velosipedçisi Süleyman Ələkbərov Qazaxıstanda bürünc medal qazanıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Velosiped Federasiyası məlumat yayıb.

Şose velosipedi üzrə U-23 yığma komandasının üzvü Qazaxıstanın Almatı şəhərində keçirilən "Road Race 2026" yarışında iştirak edib.

130 idmançının mübarizə apardığı yarışda təmsilçimiz 25 km-lik fərdi ötüşmə növündə bürünc medala sahib çıxıb.

"Qarabağ" – "Karvan-Yevlax" matçında son 4 mövsümün ən böyükhesablı nəticəsi qeydə alınıb

Misli Premyer Liqasının XXVI turunun "Qarabağ" – "Karvan-Yevlax" matçında son 4 mövsümün ən böyükhesablı nəticəsi qeydə alınıb.

"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, Ağdam klubu ev matçında 7:0 hesablı qələbə qazanıb.

Bu, təkcə cari mövsümün deyil, son 4 çempionatda qeydə alınan ən böyük fərqdir. Sonuncu dəfə daha fərqli qələbə 2021/2022 mövsümünə təsadüf edib. 1452 gün, təxminən 4 il əvvəl – 2022-ci aprelin 15-də "Qarabağ" "Şamaxı"nı 8 cavabsız qolla məğlub edib.

Qeyd edək ki, turnirin tarixində 47-ci dəfə bir komanda rəqibini 7 və ya daha çox top fərqi ilə məğlub edib.

Kamilo Duran Azərbaycan çempionatları tarixində het-trik edən ilk kolumbiyalı futbolçu olub

Misli Premyer Liqasının XXVI turu Kamilo Duranın het-triki ilə əlamətdar olub.

"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, "Qarabağ"ın kolumbiyalı hücumçusu "Karvan-Yevlax"la qarşılaşmada (7:0) üç qola imza atıb.

Bu, mövsümün 3-cü het-triki olub. Bunadək onun komanda yoldaşı Toral Bayramov V tura "Araz-Naxçıvan" (5:0), "Qəbələ"nin legioneri Domi Massumo XVIII turda "İmişli" (3:2) ilə görüşdə belə uğura imza atıb.

Kolumbiyalı hücumçu Azərbaycan çempionatları tarixinə yüksək dəstədə het-trik edən 35-ci legioner statuslu futbolçu kimi düşüb. O, belə uğura imza atan ilk kolumbiyalıdır.

Bu, Amerika qitəsindən olan futbolçuların 9-cu het-trikidir. Braziliyalılar Junivan Suareslə Reynaldo Silva hərəyə 2, onların həmyerliləri Andre Sinyaşiki, argentinalı Xuan Manuel Varea, uruqvaylı Valter Quqlemon, salvadorlu Nelson Bonilya 1 matçda 3 qola sevinib.

Azərbaycan millisində forma geyinmiş braziliyalı Leandro Qomeşin də bir qarşılaşmada 3 qol vurduğunu nəzərə alsaq, Amerikadan olan futbolçuların het-trik sayı 10-a çatıb.

"Sabah" Premyer Liqada 50-ci səfər qələbəsini qazanıb

"Sabah" Misli Premyer Liqasında 50-ci səfər qələbəsini qazanıb.

"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, çempionatın XXVI turuna təsadüf edib.

Bakı klubu "Araz-Naxçıvan"a 4:2 hesabı ilə qalib gəlib.

"Sabah" 120-ci səfərində "50"yə çatıb. Paytaxt təmsilçisi ilk qələbəsini Premyer Liqadakı debüt matçında – 2018-ci il avqustun 12-də "Şamaxı" üzərində qazanıb – 1:0.

"Sabah" turnirin tarixinə rəqib meydanında 50 və daha çox oyunda qalib gələn 11-ci komanda kimi düşüb. Bakılılar bu göstəricidə "Şəmkir"ə çatıb.

"Sabah" Çempionlar Liqasında Almaniya təmsilçisi ilə üz-üzə gələcək

"Sabah" basketbol klubunun U-18 komandası Çempionlar Liqasında bu gün ikinci matçına çıxacaq.

"Report" xəbər verir ki, Bakı təmsilçisi B qrupunda Almaniyanın "Porşe BBA Lyudviqsburq" kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma Bosniya və Herseqovinanın Laktaşi şəhərindəki "SD Laktasi" idman salonunda, Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.

Qeyd edək ki, komanda ilk oyunda Bosniya və Herseqovina təmsilçisi "İqokea"ya 58:88 hesabı ilə məğlub olub.

Reqlamentə əsasən, qrup qalibləri yarımfinala vəsiqə qazanacaq. İkinci yeri tutanlar 5-8-ci, sonuncu yerin sahibləri isə 9-12-ci yerlər uğrunda mübarizə aparacaqlar.

UEFA Çempionlar Liqası: 1/4 final mərhələsinin daha iki oyunu keçiriləcək

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində daha iki qarşılaşma baş tutacaq.

"Report" xəbər verir ki, ​Parisdə yerli PSJ İngiltərənin "Liverpul" klubunu qəbul edəcək.

Digər matçda isə İspaniya təmsilçiləri "Barselona" və Madrid "Atletiko"su üz-üzə gələcəklər.

UEFA Çempionlar Liqası

1/4 final, ilk oyunlar

23:00. PSJ (Fransa) - "Liverpul" (İngiltərə)

23:00. "Barselona" (İspaniya) - "Atletiko" (İspaniya)

​Qeyd edək ki, 1/4 finalın cavab qarşılaşmaları aprelin 14-15-də keçiriləcək. Daha əvvəl

Georgi Kondruseviç: "Lənkəran"ın mübarizəni dayandırmasının səbəbi heyətdəki itkilərdir"

"Lənkəran" klubunun Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində mübarizəni dayandırmasının səbəbi heyətdəki itkilər olub.

"Report" xəbər verir ki, bunu komandanın baş məşqçisi Georgi Kondruseviç "Gəncə" ilə ikinci oyundan sonra deyib.

Mütəxəssis azarkeşlərə təşəkkür etməyi də unutmayıb:

"Mövsümü iki hissəyə bölmək olar - yeni ildən əvvəl və sonra. Bu, iki fərqli komandadır və səbəbləri də heyətdə olan itkilər idi. "Lənkəran" azarkeşlərinə ən çətin vaxtlarda belə bizə verdikləri dəstəyə görə təşəkkür etmək istəyirəm. Həqiqətən əla idilər. Bu gün hamı çalışdı, amma rəqib, demək olar ki, hər şeydə bizdən üstün idi. "Gəncə"yə növbəti mərhələdə uğurlar arzulayıram. Oyunçularımızı da xüsusi qeyd etmək istəyirəm. Çünki yaranmış şəraitdə həm fiziki, həm də psixoloji baxımdan mübarizə aparmaq asan deyil. Onlar sona qədər çalışdılar və mübarizə apardılar, buna görə onlara təşəkkür edirəm".

Qeyd edək ki, "Lənkəran" pley-in mərhələsində keçirdiyi hər iki matçda (55:91, 77:101) "Gəncə"yə məğlub olaraq mübarizəni dayandırıb.

Antonio Valensiya 40 yaşında karyerasını bərpa edib

Antonio Valensiya 40 yaşında karyerasını bərpa edib.

"Report" xəbər verir ki, ekvadorlu futbolçu İngiltərənin IX Divizionunda çıxış edən "Uitenşou" klubu ilə müqavilə imzalayıb.

"Uitenşou"nun heyətində Emil Heski, Deniel Drinkuoter, Coleon Leskott və Papiss Sisse kimi tanınmış keçmiş futbolçular da çıxış edirlər.

Qeyd edək ki, A.Valensiya peşəkar karyerası ərzində "Mançester Yunayted"də çoxsaylı titullar, o cümlədən iki dəfə İngiltərə çempionluğu qazanıb.

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksələn üçüncü komanda bəlli olub

Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksələn daha bir komanda müəyyənləşib.

"Report" xəbər verir ki, pley-in mərhələsinin ikinci görüşləri çərçivəsində "Lənkəran" "Gəncə"ni qəbul edib.

Lənkəran Olimpiya İdman Kompleksində baş tutan görüş Gəncə təmsilçisinin 101:77 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında ilk görüşdə də "Gəncə" rəqibini üstələmişdi - 91:55. Bu nəticədən sonra Gəncə komandası növbəti mərhələdə mübarizə aparmaq hüququ əldə edib.

Qeyd edək ki, daha əvvəl "Naxçıvan" və "Şəki" komandaları da Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksəliblər.

Azərbaycanı taekvondo üzrə gənclər arasında dünya birinciliyində 15 idmançı təmsil edəcək

Azərbaycanı Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunacaq taekvondo üzrə gənclər arasında dünya birinciliyində 15 idmançı təmsil edəcək.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Taekvondo Federasiyası məlumat yayıb.

Heyətdə 10 oğlan və 5 qız idmançı yer alıb.

Turnirdə Rasim Xəlilov (45 kq), İlyas Hətəmli (48 kq), Novruz Əliyev (51 kq), Elmir Səlimov (55 kq), Məhəmməd Həsənov (59 kq), Çingiz Həsənov (63 kq), Həsən Əlizadə (68 kq), Adil Kazımlı (73 kq), İsrafil Nəcəfov (78 kq), Allahverdi Məmmədov (+78 kq), Ləman Manafova (42 kq), Nilufər Borci (49 kq), Gülay Əliyeva (52 kq), Fatimə Həsənova (55 kq) və Türkan Yuniszadə (59 kq) mübarizə aparacaqlar.

Qeyd edək ki, dünya birinciliyi aprelin 12–17-də keçiriləcək.

Daşkəsəndə müasir cüdo zalı istifadəyə verilib

Daşkəsəndə yeni cüdo zalı fəaliyyətə başlayıb.

Bu barədə "Report"a Azərbaycan Cüdo Federasiyasından bildirilib.

Bu münasibətlə keçirilən açılış mərasimində Daşkəsən Rayon İcra Hakimiyyəti başçısının müavini, Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Namiq Süleymanov, Gənclər və İdman Nazirliyinin idman şöbəsinin nümayəndəsi Cavad Cavadov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, Daşkəsən rayonu üzrə Təhsil Sektorunun müdiri vəzifəsini icra edən Ayxan Fərəcli, Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov və digər rəsmilər iştirak ediblər.

Azərbaycan Cüdo Federasiyası tərəfindən zal müasir standartlara uyğun tatami və məşq prosesi üçün zəruri olan digər avadanlıqlarla təchiz edilib. Burada 100-dən çox idmançının cüdo ilə məşğul olması üçün şərait yaradılıb.

Qeyd edək ki, 2022–2026-cı illər ərzində Azərbaycan Cüdo Federasiyası tərəfindən Gəncə, Sumqayıt, Qusar, Ağstafa, Zaqatala, Goranboy, Sabirabad, Bakının Zirə qəsəbəsi, Ağdaş, Kürdəmir, Astara, Cəlilabad, Tərtər, Qax, İmişli, Şabran, Zaqatalanın Mosul kəndi, Qəbələnin Vəndam qəsəbəsi və Qaradağ rayonunun Sahil qəsəbəsində yeni cüdo zalları istifadəyə verilib.

Bununla yanaşı, Bakı və regionlardakı 198 idman zalına ümumilikdə 14180 tatami paylanılıb.

Harri Maquayr "Mançester Yunayted" ilə yeni müqavilə imzalayıb

Harri Maquayr "Mançester Yunayted" ilə müqaviləsinin müddətini yeniləyib.

"Report" xəbər verir ki, bu barədə İngiltərə təmsilçisi məlumat yayıb.

Yeni müqaviləyə əsasən, 31 yaşlı mərkəz müdafiəçisi 2027-ci ilin iyununa qədər "qırmızı şeytanlar"ın heyətində qalacaq. Sözləşmədə müddətin daha bir il uzadılması variantı da nəzərdə tutulub.

Qeyd edək ki, H.Maquayr 2019-cu ildən formasını geyindiyi Mançester klubunda 266 oyuna çıxıb. Təcrübəli futbolçu bu müddət ərzində komandası ilə İngiltərə Liqa Kuboku və FA Kubokunun qalibi olub.

Xəstəxanadan çıxan Xames Rodriges "Minnesota" klubunun məşq bazasına qayıdıb

Xames Rodriges "Minnesota"nın düşərgəsinə qayıdıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Ötən həftə kəskin susuzlaşma (dehidratasiya) səbəbindən xəstəxanaya yerləşdirilən Kolumbiya millisinin 34 yaşlı yarımmüdafiəçisi artıq klubun məşq bazasına gəlib. O, tibbi heyətin nəzarəti altında fərdi məşqlərə başlayıb.

Rodriges martın 29-da Fransa yığmasına qarşı keçirilən yoldaşlıq oyununda özünü pis hiss etdikdən iki gün sonra müayinə və müalicə üçün xəstəxanaya yerləşdirilmişdi. Üç günlük müalicədən sonra evə buraxılan futbolçunun vəziyyətinin hazırda sabit olduğu bildirilib.

Klubun tibbi heyəti futbolçuda əzələ parçalanması kimi təhlükəli əlamətlərin aşkarlanmadığını bəyan edib. Kolumbiya Futbol Federasiyası da oyunçunun bərpa prosesinin müsbət getdiyini və dünya çempionatında iştirakına mane olmadığını bildirib.

Qeyd edək ki, X.Rodriges 2026-cı ilin fevralında "Minnesota"ya transfer olunub və cari mövsümdə iki matçda iştirak edib. Kolumbiya millisi DÇ-2026-da ilk oyununu iyunun 17-də Özbəkistana qarşı keçirəcək.

Antonio Rudiger "Real"la müqavilə müddətini uzatmağa yaxındır

Antonio Rudiger "Real" ilə müqavilə müddətini yeniləməyə yaxındır.

"Report" "Diario AS"a istinadən xəbər verir ki, Madrid klubu 33 yaşlı müdafiəçinin sadiqliyini və 2025/2026 mövsümündə müdafiə xəttinə gətirdiyi sabitliyi yüksək qiymətləndirib.

Bu səbəbdən Madrid təmsilçisi almaniyalı futbolçu ilə yeni - 1 illik müqavilə imzalamaq niyyətindədir. Futbolçu komandanın son 10 oyununun 8-də start heyətində yer alıb.

Qeyd edək ki, A.Rudiger 2022-ci ilin iyulundan "Real"da çıxış edir və hazırkı müqaviləsinin müddəti bu ilin yayına qədərdir. Cari mövsümdə 19 matçda 1 qol vuran futbolçunun transfer dəyəri 9 milyon avrodur.

İlkin Qəribli: "Avropa arenasına qalib gəlmək məqsədilə gedəcəyik"

Minifutbol üzrə Azərbaycan çempionatının gümüş medalçısı "Birbaşa Bakı" Avropa arenasına yalnız qalib gəlmək məqsədilə gedəcək.

Bunu "Report"a müsahibəsində komandanın rəhbəri İlkin Qəribli deyib.

O, qitə turnirində qalib gəlməyə qadir olduqlarını söyləyib:

"Avropa arenası bizim üçün ayrıca motivasiyadır. Biz artıq sübut etmişik ki, bu səviyyədə sadəcə iştirak etməyə yox, qalib gəlməyə də qadirik. Ona görə beynəlxalq turnir bizim üçün gümüş medalla təsəlli deyil, klubumuzun səviyyəsini yenidən hamıya göstərmək üçün əlavə fürsətdir. Ora yalnız bir məqsədlə - kubok uğrunda mübarizə aparmağa gedəcəyik".

Qeyd edək ki, "Birbaşa Bakı" komandası minifutbol üzrə Azərbaycan çempionatının finalında "Zirə"yə 1:4 hesabı ilə məğlub olaraq ikinci yeri tutub.

İlkin Qəriblinin "Report"a müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

PFL "Ayın qolu" layihəsində martın qaliblərini elan edib

"Ayın qolu" layihəsində martın qalibləri müəyyənləşib.

"Report" xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Münsiflər heyətinin səsinə əsasən, Misli Premyer Liqasında Eren Aydın ("Zirə"), I Liqada Tərlan Quliyev ("Şəfa"), II Liqada Emil Quluzadə ("Qaradağ Lökbatan") birinci olublar.

İlkin Qəribli: "Gümüş medal standartlarımızdan uzaqlaşdığımızın göstəricisidir" - MÜSAHİBƏ

Minifutbol üzrə Azərbaycan çempionatının gümüş mükafatçısı "Birbaşa Bakı" komandasının rəhbəri İlkin Qəribli "Report"a müsahibə verib. Klub rəsmisi həm "Zirə"yə 1:4 hesabı ilə məğlub olduqları final matçından, həm də cari mövsüm Azərbaycan çempionatındakı çıxışdan danışıb. O, qarşıdakı planlar və həyata keçiriləcək dəyişikliklər haqqında sualları da cavablandırıb.

- Gərgin keçən mövsümün sonunda finalda məğlub oldunuz. Matçı kənardan necə gördünüz, sizcə, "Zirə" ilə oyunda çatışmayan nə idi? Hesab oyunun real mənzərəsini əks etdirirdi?

- İlk növbədə "Zirə"ni təbrik edirəm. Düşünürəm ki, mövsüm boyunca ən sabit və ən yaxşı oyun göstərən komanda sonda tam layiqli şəkildə çempion oldu. Amma açıq danışsaq, mənim üçün hesab oyunun real mənzərəsini tam əks etdirmir. Final görüşünün taleyi bir neçə detal və kritik epizod üzərində həll olundu. Adətən belə məqamlarda biz daha soyuqqanlı və daha düzgün qərarlar verən tərəf oluruq. Bu dəfə isə həmin anlarda rəqib daha yaxşı oldu və nəticə də orada formalaşdı.

- Finaldakı məğlubiyyəti komandanın fiziki yorğunluğu, yoxsa rəqibin taktiki üstünlüyü ilə əlaqələndirirsiniz?

- Mən heç vaxt yorğunluq və ya ağır mövsüm kimi məqamların arxasında gizlənən insan olmamışam. Belə səviyyədə klub üçün bunlar səbəb ola bilməz. İllərlə çempionluq standartı formalaşdırmısansa, belə oyunlarda əlavə güc tapmalısan. Deməli, bu dəfə rəqib final matçının taleyini həll edən detallarda bizdən üstün oldu. Biz bunu qəbul edirik, amma bununla barışmaq fikrimiz yoxdur.

- Hədəfi çempionluq olan bir klub üçün gümüş medalı uğur saymaq olar, yoxsa bu nəticə sizin üçün xəyal qırıqlığıdır?

- Gümüş medal bizim üçün uğur deyil. Bu, sadəcə, bəzi məqamlarda öz standartlarımızdan uzaqlaşdığımızın göstəricisidir. Bəli, finala qədər çətin və uzun yol gəldik, komanda xarakter göstərdi. Amma klubda ölçü həmişə kubok olub. Qalan hər şey təhlil üçün materialdır, razı qalmaq üçün yox.

- Ümumilikdə keçilən yolu necə dəyərləndirirsiniz?

- Belə məğlubiyyətlər böyük komandalar üçün çox faydalı olur. Bu həm aclığı, həm daxildəki idman qəzəbini qaytarır, həm də uzun illər qazanandan sonra bəzən zəifləyən konsentrasiyanı yenidən maksimum səviyyəyə gətirir. Əminəm ki, bu final bizi daha da gücləndirəcək.

- Növbəti mövsümdə heyətdə ciddi dəyişikliklər gözlənilirmi? "Qızıl"ı geri qaytarmaq üçün hansı addımları atacaqsız.

- Növbəti mövsüm bizim üçün bu gündən başlayır. Heyət, hazırlıq, həlledici anlara yanaşma, oyun intizamı və mental tərəf - hər şey çox sərt və dürüst şəkildə təhlil olunacaq. Dəyişikliklər mümkündür, hətta bəzi məqamlarda zəruri də ola bilər. Çünki məqsədimiz sadəcə qızıl medalları geri qaytarmaq deyil. Onu elə qaytarmaq istəyirik ki, bu çempionatın simasının kim olması ilə bağlı heç kimdə sual qalmasın.

- Məşqçilər heyətinin işindən razısınız? Finaldakı məğlubiyyətdən sonra texniki zonada hər hansı islahat planlaşdırılır?

- Mən məsələni tək məşqçilər korpusu üzərindən qiymətləndirməzdim. Futbol kollektiv oyundur və nəticəyə görə məsuliyyət də hamının üzərindədir - rəhbərlikdən tutmuş məşqçilər heyətinə, futbolçulardan tibbi və inzibati komandaya qədər. Mövsüm boyunca görülən işə görə məşqçilər korpusunun əməyini yüksək qiymətləndirirəm, çünki komanda yenə finala qədər gəlib çıxıb. Amma həlledici oyunda uduzmuşuqsa, deməli, hamımız hansısa detalda istədiyimiz səviyyədə olmamışıq. Bu baxımdan burada söhbət narazılıqdan çox, ümumi məsuliyyəti düzgün bölüşməkdən gedir. Mən məşqçilər heyətinə tam güvənirəm və inanıram ki, bu məğlubiyyətdən ən düzgün nəticəni məhz onlar çıxaracaqlar.

- Gümüş medal qazanmaqla beynəlxalq turnirlərdə iştirak şansınız yaranır. "Birbaşa Bakı"nın Avropa arenasında hədəfləri nədən ibarətdir?

- Avropa arenası bizim üçün ayrıca motivasiyadır. Biz artıq sübut etmişik ki, bu səviyyədə sadəcə iştirak etməyə yox, qalib gəlməyə də qadirik. Ona görə beynəlxalq turnir bizim üçün gümüş medaldan təsəlli deyil, klubumuzun səviyyəsini yenidən hamıya göstərmək üçün əlavə fürsətdir. Ora yalnız bir məqsədlə - kubok uğrunda mübarizə aparmağa gedəcəyik.

- Bakı Tennis Akademiyasındakı atmosfer və təşkilatçılıq haqqında nə deyə bilərsiniz?

- Bakı Tennis Akademiyasındakı atmosferi və təşkilatçılığı xüsusi qeyd etmək istəyirəm. Finala yaraşan mühit, yüksək səviyyəli təşkilatçılıq və azarkeş marağı var idi. Belə oyunlar Azərbaycan minifutbolunun inkişafına çox ciddi təkan verir.

AFFA üç kluba intizam pozuntusu səbəbindən texniki məğlubiyyət verib

AFFA İntizam Komitəsi üç kluba texniki məğlubiyyət verib.

"Report"un məlumatına görə, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

AFFA U-14 Qızlar Liqasında keçirilməli olan "Sumqayıt" – "Pirallahı" oyunu qonaq komandanın futbolçu sayının yetərli olmaması səbəbindən baş tutmayıb. Bu səbəbdən "Pirallahı" komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib. Eyni liqanın digər matçında "Kür Samux" komandası "Mingəçevir" ilə oyuna təyin olunmuş vaxtda gəlmədiyi üçün texniki məğlubiyyət alıb.

Bundan başqa, futzal üzrə Azərbaycan Yüksək Liqasında "Şuşa" – U-19 görüşündə Şuşa təmsilçisi təyin olunan vaxtda meydana çıxmadığına görə 0:5 hesablı texniki məğlubiyyətlə üzləşib.

Braziliya millisinin sabiq yarımmüdafiəçisi Oskar karyerasını başa vurub

Braziliya millisinin sabiq futbolçusu Oskar karyerasını başa vurub.

"Report"un məlumatına görə, yarımmüdafiəçi ürəyindəki problem səbəbindən peşəkar idmanla vidalaşdığını sosial şəbəkələr vasitəsilə açıqlayıb.

Onun formasını geyindiyi "San Paulu" klubu mövsümöncəsi testlər zamanı 34 yaşlı oyunçunun kardioloji problemlərinin aşkarlandığını, xəstəxanaya yerləşdirilərək əməliyyat olunduğunu bildirib. Bu səbəbdən tərəflər arasında 2027-ci ilin sonuna qədər olan müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Oskar açıqlamasında futbolu davam etdirmək üçün hələ gənc olduğunu, lakin səhhətinin buna imkan vermədiyini bildirib. O, karyerasını bitirdiyini və bundan sonra "San Paulu"nu bir azarkeş kimi dəstəkləyəcəyini qeyd edərək, tərəfdarlara təşəkkür edib.

Qeyd edək ki, karyerası ərzində "İnternasional", "Çelsi" və "Şanxay Port" klublarında çıxış edən Oskar İngiltərə təmsilçisi ilə iki dəfə Premyer Liqa çempionu olub. Braziliya millisinin formasını 48 dəfə geyinən təcrübəli oyunçu 2013-cü ildə Konfederasiyalar Kubokunun qalibi adını qazanıb.

Yevgeni Kukseviç: "Gürcüstan və Qazaxıstan güclü rəqiblərdir, bu oyunlar inkişafımız üçün vacibdir"

Futzal üzrə Azərbaycan millisinin yoldaşlıq görüşü keçirəcəyi Gürcüstan və Qazaxıstan komandaları güclüdür.

"Report" xəbər verir ki, bunu yığmanın baş məşqçisi Yevgeni Kukseviç Futzal Federasiyasına açıqlamasında deyib.

O, yığmanın inkişaf prosesində olduğunu qabardıb:

"Bu cür toplanışları nə qədər çox keçirsək futzalçılarımızın xeyrinə olacaq. Gələcək üçün addımlar atırıq. Hazırda komanda inkişaf prosesindədir. Çalışırıq ki, düşündüklərimizi, etmək istədiklərimizi məşq prosesində tətbiq edək. Üç gün ərzində 5 məşq keçməyimiz planlaşdırılıb. Artıq 4 məşqimiz olub, bu gün Bakıda sonuncu hazırlığımızı keçəcəyik. Zaldakı məşqlərlə paralel nəzəri çalışmalarımız, videoanalizlərimiz də olur. Yəni toplanış zamanı vaxtdan maksimum yararlanıb, irəliyə doğru addım atmağa çalışırıq. Çünki görəcəyimiz işlər çoxdur".

Rusiyalı mütəxəssis rəqiblər haqda geniş danışmağa ehtiyac duymayıb:

"Həm Gürcüstan, həm də Qazaxıstan millisi günlü rəqiblərdir. Gürcülər 2 ay əvvəl Avropa çempionatının final mərhələsində iştirak ediblər. Son illərdə ciddi inkişafdadır bu komanda. Qazaxıstan yığması isə reytinq cədvəlinin ilk "4-lüy"ündə qərarlaşıb. Bu komanda dəfələrlə həm Avropa, həm də dünya çempionatının final mərhələsində iştirak edib, eyni zamanda mükafatlar qazanıb. Bu da rəqibimizin güclü olmasından xəbər verir. Oyunlarına baxmışıq, necə oynadıqlarını bilirik. Belə oyunlar bizim də təcrübə toplamağımız, payızda keçirəcəyimiz rəsmi görüşlərə daha yaxşı hazırlaşmağımız baxımından əhəmiyyətlidir".

Baş məşqçi bir həftə ərzində 4 oyun keçirməyin ağır olmasına rəğmən, faydalı olacağını qabardıb:

"FİFA-nın yoldaşlıq oyunları üçün nəzərdə tutduğu günlərdən maksimum istifadə etməyə çalışdıq. Oyunların ardıcıllığı bu cür alındı. Çətin də olsa, oynamamaqdansa, oynamaq yaxşıdır. Yenə deyirəm, komandanın inkişafı, verilən tapşırıqların nə dərəcədə mənimsənildiyini yoxlamaq üçün çətinliyə rəğmən mübarizə aparmalıyıq. Bu cür görüşlərdə nəticədən çox, meydanda görəcəyimiz işlər maraqlıdır. Oyunların çoxluğunu və ağırlığını nəzərə alaraq düşərgəyə 17 futzalçı dəvət etmişik".

Qeyd edək ki, Azərbaycan millisi aprelin 9-da və 11-də Tbilisidə Gürcüstan, ayın 13-də və 15-də isə Aktauda Qazaxıstan yığması ilə qarşılaşacaq. Komanda sabah Bakı-Tbilisi reysi ilə Gürcüstana yola düşəcək.

"Korintians" baş məşqçi vəzifəsinə Fernando Dinisi gətirib

Braziliyanın "Korintians" klubu baş məşqçi postuna Fernando Dinisi təyin edib.

"Report"un məlumatına görə, 52 yaşlı mütəxəssislə 2026-cı il mövsümünün sonuna qədər müqavilə imzalanıb.

O, bu vəzifədə Braziliya çempionatının X turunda "İnternasional"a məğlubiyyətdən (0:1) sonra istefaya göndərilən Dorival Junioru əvəzləyib.

Hazırda ardıcıl 9 oyundur qələbə qazana bilməyən "Korintians" turnir cədvəlində 16-cı pillədə qərarlaşıb və aşağı liqaya düşmə zonasından cəmi 2 xal uzaqdadır.

Qeyd edək ki, F.Dinis bundan əvvəl Braziliya millisi ilə yanaşı, A Seriyasında "Vasko da Qama", "Fluminense", "Santos" və "San Paulu" klublarında çalışıb.

Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində bu gün iki oyun keçiriləcək

Azərbaycan Basketbol Liqasının pley-in mərhələsinin ikinci oyunları çərçivəsində bu gün daha iki qarşılaşma baş tutacaq.

"Report"un məlumatına görə, əvvəlcə "Lənkəran" evdə "Gəncə"ni qəbul edəcək.

Görüş Lənkəran Olimpiya İdman Kompleksində, saat 15:00-da başlayacaq. Komandalar arasında ilk görüşdə "Gəncə" rəqibini üstələyib - 91:55.

Günün son matçında "Sumqayıt" NTD ilə müansibətlərə aydınlıq gətirəcək. Qarşılaşma Sumqayıt Olimpiya İdman Kompleksində, saat 19:00-da başlayacaq. İlk görüşdə paytaxt təmsilçisi 121:107 hesablı qələbə qazanıb.

Qeyd edək ki, daha əvvəl "Naxçıvan" və "Şəki" komandaları Azərbaycan Basketbol Liqasının pley-off mərhələsinə yüksəliblər.

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinə iki oyunla start veriləcək

UEFA Çempionlar Liqasında bu gün 1/4 final mərhələsinə start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

"Real" evdə "Bavariya" ilə üz-üzə gələcək. "Arsenal" isə səfərdə "Sportinq"in qonağı olacaq.

UEFA Çempionlar Liqası

1/4 final mərhələsi, ilk oyunlar

7 aprel

23:00. "Real" (İspaniya) - "Bavariya" (Almaniya)

23:00. "Sportinq" (Portuqaliya) - "Arsenal" (İngiltərə)

Qeyd edək ki, 1/4 final mərhələsinin cavab oyunları aprelin 14-15-də keçiriləcək.

Çimərlik futbolu üzrə Azərbaycan millisi Moldovanı məğlub edib

Türkiyənin Alanya şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azarbaycan millisi ilk yoldaşlıq oyununa çıxıb.

"Report"un AFFA-ya istinadən məlumatına görə, Sahib Məmmədovun baş məşqçisi olduğu komanda Alanya Bələdiyəspor çimərlik stadionunda Moldova yığmasını məğlub edib - 8:5.

Millimizdən Ramil Əliyev, Sabir Allahquliyev və Kamran Qürbətov hərəyə 2, Elşad Manafovla Bayram Bayramlı isə 1 qol vurub.

Qeyd edək ki, komandalar arasında ikinci yoldaşlıq oyunu aprelin 7-də keçiriləcək.

"Sabah" ikinci yoldaşlıq matçında "Astana"ya qalib gəlib

"Sabah" basketbol klubu Qazaxıstanın "Astana" komandası ilə ikinci yoldaşlıq matçında qələbə qazanıb.

"Report" xəbər verir ki, Bakı İdman Sarayında baş tutan görüş meydan sahiblərinin 94:83 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında aprelin 4-də keçirilən ilk matçda Qazaxıstan komandası 110:102 hesablı qələbə qazanmışdı.

Finlandiyanın əfsanəvi futbolçusu Yari Litmanen 55 yaşında meydanlara qayıdıb

Finlandiya futbolunun əfsanəsi Yari Litmanen 55 yaşında yenidən yaşıl meydanlara qayıdıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, o, Estoniyanın "Kalev" klubunun üçüncü komandasında (IV divizion) forma geyinəcək.

Sözügedən klub "Liverpul"un (İngiltərə) və Estoniya millisinin keçmiş müdafiəçisi Raqnar Klavana məxsusdur.

Litmanen hələ 2025-ci ilin oktyabrında heyət çatışmazlığı səbəbindən "Kalev"də bir neçə oyun keçirmişdi. Maraqlıdır ki, həmin vaxt əfsanəvi futbolçu meydanda öz yeniyetmə oğulları ilə birlikdə çıxış etmişdi.

Qeyd edək ki, karyerası ərzində Niderlandın "Ayaks", İspaniyanın "Barselona" və İngiltərənin "Liverpul" kimi klublarının formasını geyinən Litmanen 1995-ci ildə Amsterdam klubu ilə UEFA Çempionlar Liqasının qalibi olub. Finlandiya yığmasında 137 oyun keçirən yarımmüdafiəçi ölkə tarixinin ən güclü futbolçusu hesab edilir.

"Sabah"ın U-14 komandası "Antalya City Friendship Cup" turnirinin qalibi olub

"Sabah"ın U-14 komandası Türkiyənin Antalya şəhərində keçirilmiş "Antalya City Friendship Cup" beynəlxalq futbol turnirinin qalibi olub.

"Report" kluba istinadən xəbər verir ki, Nasir Nəsirlinin baş məşqçisi olduğu komanda qrup mərhələsində Türkiyənin "Manavqat" (4:0), "TSI Academy" (7:1) və "Göztepe" (6:1) komandalarını məğlub edib.

U-14 yarımfinalda meydan sahibi ölkənin "Kardelenspor" (5:1) komandasını üstələyərək həlledici matça vəsiqə qazanıb. Final oyununda Azərbaycanı təmsil edən "Young Pro" komandasına 3:0 hesabı ilə qalib gələn "Sabah" turniri çempion kimi başa vurub.

Bilyardın "9 Pool" növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

Bilyardın "9 Pool" növü üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib.

Bu barədə "Report"a Azərbaycan Bilyard Federasiyasından məlumat verilib.

Kişilər arasında Orxan Qubatov qızıl, Dmitri Neçay gümüş, Elnur Nuriyev və Tural Zeynallı isə bürünc medal qazanıblar.

Qadınların mübarizəsində isə Mina Nəsirova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Südabəxanım İsmayılova yarışı ikinci, Zəhra Abbasova və Zəminə Yolçuzadə isə üçüncü pillədə başa vurublar.

Azərbaycanı şəxsi Avropa çempionatında 14 şahmatçı təmsil edəcək

Azərbaycanı Polşanın Katovitse şəhərində təşkil ounacaq şəxsi Avropa çempionatında 14 şahmatçı təmsil edəcək.

Bu barədə "Report"a Azərbaycan Şahmat Federasiyasından bildirilib.

Qitə çempionatında Aydın Süleymanlı, Məhəmməd Muradlı, Nicat Abasov, Read Səmədov, Xaqan Əhməd, Xəzər Babazadə, Şiroğlan Talıbov, Vüqar Manafov, Şahin Vəliyev, Ümid Aslanov, Gövhər Beydullayeva, Süleyman Süleymanlı, Əli Zuqanov və Ceyhun Hüseynzadə mübarizə aparacaqlar.

Avropa çempionatı gələn il keçiriləcək Dünya Kubokuna vəsiqə qazandıracaq. Aprelin 7-də startı veriləcək mötəbər yarışda 43 ölkədən 502 şahmatçı iştirak edəcək.

Qeyd edək ki, qitə çempionatı 11 turdan ibarət olacaq. Yarışa aprelin 19-da yekun vurulacaq.

Peşəkar Çövkən Liqasında III turun oyunları başa çatıb

Peşəkar Çövkən Liqasında (PÇL) III turun oyunları başa çatıb.

"Report" Azərbaycan Atçılıq Federasiyasına istinadən xəbər verir ki, turun mərkəzi qarşılaşmasında ilk iki oyunda qələbə qazanan "Embawood" və "Sərhədçi" komandaları üz-üzə gəliblər.

Gərgin keçən görüş "sərhədçilər"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər matçında "Buta Qolden" komandası "Şamaxı"nı darmadağın edib - 5:0. Bazar günü keçirilən digər oyunlarda isə "Zəfər" "Xəzər"i (7:0), "Polad" isə "Omar"ı (3:0) məğlub edib.

Bundan əlavə, "Elit"lə oyuna çıxmadığı üçün "Atilla" klubuna 0:6 hesablı texniki məğlubiyyət verilib.

Üç turdan sonra turnir cədvəlinə hərəyə 9 xal toplayan "Polad", "Sərhədçi" və "Elit" komandaları başçılıq edirlər. Digər 3 kollektivin hesabında 6 xal var.

Bombardirlərin yarışında "Polad" klubunun üzvü Şəfayət Budaqov 9 qolla liderdir. Onun komanda yoldaşı Samir Pirimov 8, "Sərhədçi"nin oyunçularından Vahid Məmmədov 7, İbrahim Rzalı isə 5 qolla növbəti pillələrdə qərarlaşıblar.

"Neftçi"nin kapitanı Emin Mahmudov zədə səbəbindən Serbiyada müalicə alıb

"Neftçi"nin və Azərbaycan millisinin kapitanı Emin Mahmudov zədə səbəbindən Serbiyada müalicə alıb.

Bunu "Report"a açıqlamasında Bakı klubunun mətbuat katibi Asəf Zeynallı deyib.

O, futbolçunun artıq Bakıya qayıtdığını söyləyib:

"Emin Mahmudov "Sumqayıt"la oyundan bir neçə gün əvvəl qasıq nahiyəsindən zədələnmişdi. Zədəsi ilə bağlı müalicə almaq üçün Serbiyaya getmişdi. O, dünən Bakıya qayıdıb. Məhz bu səbəbdən "Sumqayıt"la keçirilən oyunda iştirak edə bilməyib".

A.Zeynallı 33 yaşlı yarımmüdafiəçinin yaşıl meydanlara qayıdacağı tarixin müalicə prosesindən asılı olduğunu vurğulayıb:

"Onun müalicəsi Bakıda davam etdiriləcək. Eminin nə vaxt sıraya dönəcəyi müalicənin gedişatından asılı olacaq".

Qeyd edək ki, ötən gün baş tutan "Sumqayıt" - "Neftçi" matçı paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Beynəlxalq Həndbol Federasiyasının yenilənmiş oyun qaydaları Azərbaycan dilində nəşr olunub

Beynəlxalq Həndbol Federasiyasının (IHF) yenilənmiş oyun qaydaları Azərbaycan dilində işıq üzü görüb.

Bu barədə "Report"a Azərbaycan Həndbol Federasiyasından (AHF) bildirilib.

Nəşr AHF-nin İdman şöbəsinin müdiri, beynəlxalq dərəcəli nümayəndə İsgəndər Əsgərov tərəfindən hazırlanıb və artıq həndbol ictimaiyyətinə təqdim edilib.

Nəşrdə IHF-nin qapalı meydança üzrə qüvvədə olan ən son qaydaları əksini tapıb. Bu dəyişikliklər oyunun daha aydın, dinamik və vahid prinsiplər əsasında idarə olunmasına xidmət edir.

Azərbaycan dilində çap olunan bu vəsaitin məşqçilər, hakimlər, idmançılar və sahə üzrə mütəxəssislər üçün mühüm mənbə olacağı gözlənilir. Nəşr qaydaların yerli həndbol mühitində daha rahat öyrənilməsinə, düzgün tətbiqinə və vahid yanaşmanın formalaşmasına töhfə verəcək.

Braziliyanın "Korintians" klubu baş məşqçi Dorival Juniorla yollarını ayırıb

Braziliyanın "Korintians" klubu baş məşqçisi Dorival Junior və onun köməkçilərini istefaya göndərib.

"Report" kluba istinadən xəbər verir ki, məşq prosesinə müvəqqəti olaraq 20 yaşlılardan ibarət komandanın baş məşqçisi Uilyam Batista rəhbərlik edəcək.

Dorival Juniorun rəhbərliyi dövründə komanda 2025-ci il Braziliya Kuboku və 2026-cı il Superkubokunun qalibi olub.

Qeyd edək ki, 2025-ci ilin aprelindən komandaya rəhbərlik edən mütəxəssisin müqaviləsinin müddəti 2026-cı ilin sonuna qədər idi. Onun rəhbərliyi altında "Korintians" 63 matçda 26 qələbə qazanıb, 19 heç-heçə edib və 18 dəfə məğlub olub.

PSV-nin və Niderland millisinin futbolçusu Yerdi Sxauten 9 aylıq sıradan çıxıb

PSV-nin kapitanı və Niderland millisinin yarımmüdafiəçisi Yerdi Sxauten ciddi zədə alıb.

"Report"un "Telegraaf.nl"ə istinadən məlumatına görə, o, təxminən 9 ay yaşıl meydanlardan kənarda qalacaq.

Çarpaz bağlarını zədələyən təcrübəli yarımmüdafiəçi yayda ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatında iştirak etməyəcək.

Qeyd edək ki, bu, Eyndhoven təmsilçisində son dövrlərdə qeydə alınan üçüncü ağır çarpaz bağ zədəsidir. Daha əvvəl Serjinyo Dest və Ruben van Bommel də eyni problemlə üzləşiblər.

Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində ikinci oyunlar başlayır

Azərbaycan Basketbol Liqasında pley-in mərhələsinin ikinci oyunlarına bu gün start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə "Şəki" "Quba"nı qəbul edəcək. Qarşılaşma Şəki Olimpiya İdman Kompleksində, saat 14:00-da start götürəcək. Komandalar arasında baş tutan ilk oyunda "Şəki" 101:89 hesablı qələbə qazanıb.

Günün son matçında "Sərhədçi" "Naxçıvan"la üz-üzə gələcək. Görüş "Sərhədçi" İdman Mərkəzində, saat 20:00-da start götürəcək. Tərəflər arasındakı ilk görüşdə "Naxçıvan" rəqibini 98:87 hesabı ilə üstələyib.

Qeyd edək ki, pley-in mərhələsinin ikinci oyunları aprelin 7-də yekunlaşacaq.

"Marsel"də maaş xərcləri klub tarixinin rekord səviyyəsinə çatıb

Fransanın "Marsel" komandasında hazırkı maaş məbləği klub tarixinin ən yüksək göstəricisi olub.

"Report" "Lequipe"ə istinadən xəbər verir ki, Marsel təmsilçisində orta aylıq əməkhaqqı 300 min avro təşkil edir.

Klub bu göstərici ilə Liqa 1-də yalnız PSJ-dən (təxminən 650 min avro) geri qalaraq ikinci pillədə qərarlaşıb. Siyahıda sonrakı yerləri "Renn" (118 min avro), "Lion" (110 min avro) və "Lans" (80 min avro) tutub.

"Marsel"də ən çox maaş alan futbolçu Pyer-Emil Heybyerqdir (ayda 500 min avro). Ondan sonra hər biri təxminən 450 min avro qazanan hücumçu Meyson Qrinvud və yarımmüdafiəçi Joffre Kondoqbya gəlir.

Komandanın baş məşqçisi Habib Beyenin aylıq məvacibi isə təxminən 230 min avro təşkil edir.

Fərid Qayıbov beynəlxalq yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Gənclər və İdman naziri Fərid Qayıbov ötən ay ərzində beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüşüb.

Nazirlikdən "Report"a verilən məlumata görə, Azərbaycan İdman Akademiyasında təşkil olunan görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ardınca "Azərbaycan Əməkdar idman ustası", "Azərbaycan Respublikasının İdman ustası" dərəcəsinə layiq görülmüş şəxslərə müvafiq vəsiqə və döş nişanlarını təqdim edib.

Daha sonra idmançılarımızın beynəlxalq arenalarda qazandıqları nailiyyətləri yüksək dəyərləndirən nazir Fərid Qayıbov idmançıları və onların məşqçilərini təbrik edib. Nazir Fərid Qayıbov çıxışında bildirib ki, mart ayı ərzində Azərbaycan Respublikasının Dövlət Himni 12 ölkədə səsləndirilib. Bu ay idmançılarımız ümumilikdə 40 qızıl, 35 gümüş və 43 bürünc medal qazanıblar.

Beynəlxalq arenalarda qazanılmış nailiyyətləri əks etdirən videoçarx nümayiş olunub. Bir sıra idman növlərinin nümayəndələri çıxış etdikləri yarışlar və nəticələri barədə məlumat veriblər.

Sonda nazir Fərid Qayıbov idmançılara qarşıdakı yarışlarda daha böyük qələbələr arzulayıb.

Murad Babayev: "NTD istənilən rəqibə problem yarada biləcək gücdədir"

NTD basketbol klubu istənilən rəqibə problem yarada biləcək gücdədir.

"Report" xəbər verir ki, bunu komandanın üzvü Murad Babayev klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Aprelin 4-də baş tutacaq ilk qarşılaşma barədə danışan M.Babayev komandanın qələbəyə kökləndiyini vurğulayıb:

"Sumqayıt" güclü rəqibdir və bizi çətin oyun gözləyir. Əsas məqsədimiz ilk oyunda üstünlük əldə etməkdir. Komanda olaraq tam fokuslanmışıq və qələbə üçün meydana çıxacağıq. Hazırlıq yüksək səviyyədə davam edir. Məşqlərdə həm fiziki, həm də taktiki baxımdan ciddi işləyirik. Komandada ab-hava çox yaxşıdır".

Basketbolçu bu dəfə "Sumqayıt"la matçda fərqli nəticəyə inandığını deyib:

"Kubok oyununda komandamızın heyəti hələ tam formalaşmamışdı, yeni qoşulan oyunçular uyğunlaşma mərhələsində idi. İnanıram ki, bu dəfə nəticə fərqli olacaq. Düşünürəm ki, artıq daha oturuşmuş heyətimiz var və buna görə daha sabit oyun nümayiş etdiririk. Mən də daxil olmaqla, 5-6 oyunçu mövsümə sonradan qoşuldu. Son turda da göstərdik ki, artıq istənilən komandaya problem yarada biləcək gücdəyik".

Öz çıxışına toxunan M.Babayev pley-off mərhələsində daha yaxşı oyun sərgiləmək istədiyini bildirib:

"Ümumilikdə mövsümü normal qiymətləndirərdim, amma hər zaman daha yaxşısını etmək istəyirəm. Öz üzərimdə işləməyə davam edirəm və komandama maksimum fayda verməyə çalışıram. Əsas məqsədim pley-in və pley-off mərhələlərində daha yaxşı çıxış etməkdir".

Mirça Luçesku Rumıniya millisindən ayrılıb

Rumıniya Futbol Federasiyası milli komandanın baş məşqçisi Mirça Luçeskunun vəzifəsindən ayrıldığını elan edib.

"Report" xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Təcrübəli mütəxəssisin rəhbərliyi altında Rumıniya yığması DÇ-2026-nın pley-off mərhələsinə qədər irəliləyib. Komanda burada Türkiyə yığmasına 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, M.Luçeskunun ikinci dəfə məşqçilik etdiyi dönəmdə Rumıniya millisi 11 qələbə qazanıb, 1 heç-heçə edib və 6 dəfə məğlub olub.

Leyla Əliyeva: "Avropa çempionatında mübarizə aparmadan təslim olmadıq"

​Azərbaycanın 18 yaşadək qadın voleybolçulardan ibarət millisi Avropa çempionatının ikinci təsnifat mərhələsində yaxşı mübarizə aparıb və asan təslim olmayıb.

​Bunu "Report"a açıqlamasında komandanın kapitanı Leyla Əliyeva deyib.

​O, rəqiblərin səviyyəsinin çox yüksək olduğunu vurğulayıb:

"Turnirdən əvvəl rəqiblərin səviyyəsinin çox yüksək olduğunu və bizi çətin oyunların gözlədiyini bilirdik. Əlbəttə, komandamız özünü ən yaxşı tərəfdən göstərmək istəyirdi və qızlar əllərindən gələni etdilər. Yaxşı nəticə əldə edə bilmədiyimiz üçün kədərlənirik. Bəli, uduzduq, amma fikrimcə, mübarizə aparmadan təslim olmadıq".

​Kapitan qeyd edib ki, setlərdəki xal fərqi həm texniki, həm də psixoloji faktorlarla bağlı idi:

"Avropa komandalarına qarşı oyunlarda böyük təcrübə qazandıq. Bu da səviyyəmizi və üzərində işləməli olduğumuz sahələri göstərir. Turnirdən nəticələr çıxaracaq və növbəti dəfə daha güclü oyun göstərmək üçün çalışacağıq. Məğlubiyyətlərə əsas səbəb öz səhvlərimiz oldu. Nəticə fərqli ola bilərdi".

​L.Əliyeva hazırlıq prosesinin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb:

"Yarışdan əvvəl məşqlərimiz intensiv və planlı keçdi. Bizə hazırlıq üçün şərait yaratdığı üçün Azərbaycan Voleybol Federasiyasına təşəkkürümü bildirirəm. Həmçinin komandamızla gördüyü işə görə bütün məşqçi heyətinə ayrıca minnətdaram".

Qeyd edək ki, Şahin Çatmanın baş məşqçisi olduğu U-18 millisi Avropa çempionatının ikinci təsnifat mərhələsində İspaniya, Estoniya və Niderlandla mübarizə aparıb. Komanda hər üç görüşdə 0:3 hesabı ilə uduzub.

İtaliya AVRO-2032-yə ev sahibliyi hüququnu infrastruktur problemləri səbəbindən itirə bilər

İtaliya 2032-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi hüququndan məhrum ola bilər.

"Report" "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksander Çeferin bildirib.

Qurum rəhbəri İtaliya hakimiyyətinin idman infrastrukturunun modernləşdirilməsi problemini həll etməyəcəyi təqdirdə, ölkənin bu hüquqdan məhrum ola biləcəyini deyib.

A.Çeferin ölkədəki stadionların vəziyyətini kəskin tənqid edib.

Onun sözlərinə görə, İtaliyadakı mövcud vəziyyət çətindir. İnfrastruktur problemləri turnirin taleyini sual altında qoyur. Çeferin İtaliyanın Avropada ən pis futbol strukturuna malik olduğunu vurğulayıb.

"Qalatasaray"ın sabiq kapitanı Bülənt Korkmaz: "Kaş ki, Azərbaycan millisi də dünya çempionatına qatıla biləydi"

Türkiyə millisinin və "Qalatasaray"ın sabiq kapitanı Bülənt Korkmaz Azərbaycan yığmasının da dünya çempionatının final mərhələsinə vəsiqə qazanmasını istəyir.

Mütəxəssis bunu "Report"a açıqlamasında deyib.

Daha əvvəl Azərbaycanda, "Bakı" klubunda çalışmış məşqçi Tükiyə millisinin hazırkı potensialını dəyərləndirib:

"Ölkə olaraq çox xoşbəxtik. Hazırda Türkiyənin çox yaxşı futbolçu nəsli var. Bu heyət həm gənc, həm də kifayət qədər təcrübəlidir. Bu nəsil Avropa çempionatında da oynadı. Avropanın üst səviyyəli liqalarında çıxış edən çox keyfiyyətli futbolçularımız var və hesab edirəm ki, onlar bu uğura layiq idilər. Kaş ki, Azərbaycan millisi də dünya çempionatına qatıla biləydi".

Sabiq müdafiəçi hazırkı heyəti 2002-ci ildəki komanda ilə müqayisə edib:

"2002-ci ildə Cənubi Koreya və Yaponiyada keçirilən dünya çempionatında üçüncü yeri tutan komandanın həm oyunçusu, həm də kapitanı idim. İndiki heyəti tarixin ən güclüsü adlandırmaq üçün onlar mütləq dünya çempionatında eyni uğuru təkrarlamalıdırlar. Buna baxmayaraq, potensial çox yüksəkdir. Həmin nəticəni qazana bilsələr, o zaman müqayisə aparmaq olar".

B.Korkmaz qrupdakı rəqiblər və komandanın şansları barədə sualı da cavablandırıb:

"Maçlara hələ çox vaxt var. Rəqibləri təhlil etmədən indidən qəti bir söz demək çətindir. Çünki son oyunlarını izləməmişəm və onlar barədə fikrim yoxdur. Amma hər zaman şansımız var".

Qeyd edək ki, Türkiyə yığması DÇ-2026-da yer aldığı D qrupunda ABŞ, Avstraliya və Paraqvayla mübarizə aparacaq. Mundial iyunun 11-dən iyulun 19-na qədər ABŞ, Kanada və Meksikada reallaşacaq.

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün ən yaxşıları müəyyənləşib

Azərbaycan Basketbol Liqasında 20 turun nəticələrinə əsasən, müntəzəm mövsümün ən dəyərli oyunçuları (MVP) müəyyənləşib.

"Report" Azərbaycan Basketbol Federasiyasına istinadən xəbər verir ki, A və B qrupları üzrə ən yaxşılar açıqlanıb.

A qrupunda "Sabah" klubunun üzvü Hassani Qravet mövsümün MVP-si seçilib.

B qrupunda isə bu ada "Ordu" komandasının basketbolçusu Cermeyn Hed layiq görülüb.

AFFA klublara oyunçuları izləyə bilmək üçün kameralar verəcək

AFFA klublara oyunçuları izləyə bilmək üçün kameralar təqdim edəcək.

"Report" xəbər verir ki, bunu qurumun baş katibinin müşaviri Elçin Məmmədov "Eyeball" şirkəti ilə müqavilə imzalanma mərasimindən sonra mətbuat konfransında bildirib.

"Klublar AFFA tərəfindən keçirilən liqalarda oynayırlar. İzləmələr üçün kameralar alınacaq və klublara veriləcək. Bu, klublara imkan verəcək ki, öz oyunçularını izləyə bilsinlər. Bu kameralar əsasən U-15, U-16 və Yüksək Qızlar Liqasında istifadə olunacaq".

Azərbaycan futbolunda kamera və analiz platforması tətbiq olunacaq

AFFA ilə kamera və analiz platforması olan "Eyeball" şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

"Report" xəbər verir ki, imzalanma mərasimində AFFA-nın baş katibi Cahangir Fərəcullayev, şirkətin direktoru Manfred Lerli və digər rəsmi qonaqlar iştirak edib.

Cahangir Fərəcullayev "Eyeball"ın direktoru Manfred Lerliyə üzərində "26" nömrəsi yazılmış Azərbaycan millisinin formasını hədiyyə edib.

Qeyd edək ki, müqaviləyə əsasən, "Eyeball" şirkətinin kamera və analiz platforması AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə çempionatlarda tətbiq olunacaq.

Manfred Lerli: "Bütün böyük futbol bazarlarında, tanınmış klublarda fəaliyyət göstəririk"

"Eyeball" şirkəti bütün böyük futbol bazarlarında, tanınmış klublarda fəaliyyət göstərir.

"Report" xəbər verir ki, bunu kamera və analiz platforması olan "Eyeball" şirkətinin direktoru Manfred Lerli AFFA ilə müqavilə imzalanma mərasimində deyib.

Şirkət rəhbəri əməkdaşlıqla bağlı fikirlərini bildirib:

"İlk növbədə təqdimata görə təşəkkür edirəm. Biz futbola necə töhfə verə bilərik. Hər bir şəxs futbol oynaya bilər. Bir çox platformalarda məhsullarımız var. 43 ölkədə fəaliyyət göstəririk. 3000 partnyorumuz var. Çoxsaylı klublarla işləyirik. MLS-də Afrikada, yaxın şərqdə platformalarımız var. Bütün böyük futbol bazarlarında, tanınmış klublarda fəaliyyət göstəririk. 70 minə yaxın oyunçunu nəzərdən keçiririk. 50 minə yaxın oyun platformamıza yüklənir. Bir çox şirkətlər bizə etimad edirlər.

Qeyd edək ki, müqaviləyə əsasən, "Eyeball" şirkətinin kamera və analiz platforması Azərbaycan futbolunda tətbiq olunacaq.

Cahangir Fərəcullayev: "Ən böyük problem uşaq və gənclər futbolu ilə bağlıdır"

Ən böyük problem uşaq və gənclər futbolu ilə bağlıdır.

"Report" xəbər verir ki, bunu AFFA-nın baş katibi Cahangir Fərəcullayev kamera və analiz platforması "Eyeball" şirkəti ilə müqavilə imzalanma mərasimində bildirib.

Qurum rəsmisi bu əməkdaşlığın Azərbaycan futbolu üçün çox faydalı olacağını deyib:

"Ən böyük problemimiz uşaq və gənclər futbolu ilə bağlıdır. Artıq texnologiyalar futbola da şamil edilir. Uşaq və gənclər futbolunda kamera və analiz tətbiq olunacaq. Yarışda stadionlara kamera quraşdırılacaq və analizlər aparılacaq. Turdan tura baza yaranacaq".

Qeyd edək ki, müqaviləyə əsasən, "Eyeball" şirkətinin kamera və analiz platforması Azərbaycan futbolunda tətbiq olunacaq.

Rəşad Rəsullu: "Gəncədə Avropa Kubokunun keçirilməsi regionlarda cüdonun inkişafına təkan verir"

Gəncədə Avropa Kubokunun keçirilməsi regionlarda cüdonun inkişafına təkan verir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu Avropa Cüdo Birliyinin rəsmi saytına açıqlamasında deyib.

Qurum rəsmisi Azərbaycanda yeniyetmələr arasında keçiriləcək Avropa Kuboku ilə bağlı fikirlərini bölüşüb:

"Azərbaycan uzun illərdir mötəbər beynəlxalq cüdo turnirlərinə uğurla ev sahibliyi edir. Bunun nəticəsidir ki, ölkəmiz artıq etibarlı və peşəkar təşkilatçı kimi tanınır. Bu ilin oktyabrında keçiriləcək böyüklər arasında dünya çempionatı ilə beynəlxalq cüdo ictimaiyyətinin diqqəti yenidən Azərbaycana yönələcək. Bu kontekstdə böyük yarışdan əvvəl Gəncədə yeniyetmələrin Avropa Kubokunun keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Göygöl və Qubadakı əvvəlki turnirlərdən sonra yarışın Gəncəyə gətirilməsi regionlarda cüdonun inkişafına əlavə təkan verir və yeniyetmə idmançılarımız üçün yüksək səviyyəli beynəlxalq rəqabət mühitində təcrübə qazanmaq üçün dəyərli imkanlar yaradır. Regionlarda belə tədbirlərin təşkili ölkə daxilində cüdonun geniş yayılmasına töhfə verir və gələcək uğurlar üçün möhkəm təməl yaradır".

Qeyd edək ki, aprelin 4-5-də Gəncə İdman Sarayında keçiriləcək yarışda 11 ölkədən 286 cüdoçu mübarizə aparacaq. Turnirdə Azərbaycanın 100-dən çox idmançısı ilə yanaşı, ABŞ, Türkiyə, Tacikistan, Portuqaliya, Polşa, Qırğızıstan, Qazaxıstan, Gürcüstan, Bolqarıstan və Belarusdan olan cüdoçular çıxış edəcəklər. Turnirdən dərhal sonra, aprelin 6-8-də Gəncədə yeniyetmələr üçün beynəlxalq təlim-məşq toplanışı keçiriləcək.

Azərbaycan Cüdo Federasiyası Gəncədə kəmər imtahanı təşkil edib

Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Gəncə İdman Sarayında kəmər dərəcələri üzrə rəsmi imtahan keçirilib.

"Report" ACF-yə istinadən xəbər verir ki, imtahanda 120 cüdoçu yaş uyğunluğuna əsasən ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə bacarıqlarını nümayiş etdirib.

İmtahanı uğurla başa vuran idmançılara müvafiq kəmər və sertifikatlar təqdim olunub. Kəmər imtahanları cüdoçuların texnikaları daha sistemli və hərtərəfli mənimsəməsinə, eyni zamanda motivasiyalarının artmasına xidmət edir.

Kəmər dərəcəsi idmançının hazırlıq səviyyəsinin qiymətləndirilməsi və rəsmi şəkildə təsdiqlənməsi baxımından mühüm göstəricidir. Bununla yanaşı, bu mərhələ gələcəkdə nüfuzlu daxili yarışlarda iştirak üçün vacib şərtlərdən biri hesab olunur.

Elşad Quliyev: "Avropa çempionatında bəzi komandalar istirahət imkanı qazanacaqlar, biz isə dincəlməyəcəyik"

Azərbaycanın minifutbol millisinin mayda təşkil olunacaq Avropa çempionatında dincəlmək imkanı olmayacaq.

Bunu "Report"a açıqlamasında yığmanın baş məşqçisi Elşad Quliyev deyib.

O, qitə birinciliyində sıx qrafikdən narazılığını bildirib:

"Əslində, çox çətin oyun qrafikimiz var. Qrup oyunlarımız mayın 28, 29 və 30-da keçiriləcək. Üstəlik, qrupdan çıxsaq, fasilə verilmədən növbəti gün 1/8 final matçını keçirməliyik. Bu məsələni qaldırdıq, lakin bizə bildirdilər ki, ilk oyuna ayın 28-də çıxacağımız üçün təqvim belə qurulub. 2024-cü ildə də 6-cı, yəni F qrupuna düşmüşdük. Bəzi qruplarda isə komandalar ayın 27-si başlayıb, 30-u istirahət etmək imkanı qazanırlar, biz isə dincəlməyəcəyik. Yarışın ortasında bir gün istirahət etmək komandaya böyük kömək olardı. Buna baxmayaraq, qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik. Buna uyğun hazırlaşmağa çalışacağıq. Bilirik ki, fasilə yoxdur. Amma hazırkı vəziyyətdə futbolçuların bərpasına daha çox diqqət yetirməli olacağıq. Hətta komandaya əlavə iki-üç həkim götürməyi planlaşdırırıq ki, bərpa prosesini sürətləndirək".

Təcrübəli mütəxəssis komandanın hazırlıq proqramı və nəzərdə tutulan beynəlxalq toplanışın detalları barədə məlumat verib:

"Hazırlıq planımızda dəyişiklik yoxdur, aprelin 6-da məşqlərə başlayırıq. Bakıda gündə iki dəfə olmaqla aprelin 20-nə qədər güc məşqləri keçəcəyik. Ayın 27-də isə Monteneqroya yollanırıq. Orada həm təlim-məşq toplanışımız olacaq, həm də beynəlxalq mini-turnirdə iştirak edəcəyik. Mayın 8-də Bakıya dönəcəyik və Avropa çempionatına qədər olan son 15 günü qapalı şəraitdə hazırlıqla tamamlayacağıq. Bakıdakı son mərhələdə yoldaşlıq görüşü keçirməyəcəyik, əsas diqqəti taktika, standart vəziyyətlər və sürət üzərində cəmləyəcəyik".

Elşad Quliyev Monteneqrodakı hazırlıq turnirində qarşılaşacaqları rəqiblərin adlarını açıqlayıb:

"Monteneqroda 6 komandalı turnir olacaq. Orada meydan sahibləri ilə yanaşı, Türkiyə, Qazaxıstan, Bosniya və Herseqovina kimi komandalar iştirak edəcəklər. Turnir oyunlarından əlavə, bir və ya iki yoldaşlıq görüşü də keçirmək fikrindəyik. Həmişə olduğu kimi, başlanğıcda Monteneqro ilə yoldaşlıq görüşü nəzərdə tutulub. Turnirdən sonra isə daha bir görüş keçirməyi planlaşdırırıq. Ümumilikdə 6 oyun nəzərdə tutmuşuq ki, bu da bizim üçün kifayət qədər yaxşı sınaq olacaq".

Baş məşqçi sonda heyətlə bağlı məsələlərə toxunub:

"Heyətdə köklü dəyişiklik etməmişik, lakin bəzi yeni və geri dönən simalar var. Cəfər Cəfərovu yenidən heyətə cəlb etmişik. Həmçinin "Aznur"dan Tural Məmmədrzayev, "Sumqayıt"dan gənc qapıçı Elcan Sarıyev, eləcə də İsa Atayev və Ruslan Ağalarov komandaya dəvət alıblar. Millimiz əsasən "Birbaşa Bakı", "Zirə", "Aznur" və "Sumqayıt" klublarının oyunçularından təşkil olunub. Demək olar ki, heyəti müəyyənləşdirmişik. Ona görə də minifutbol üzrə Azərbaycan çempionatının son oyunlarının seçimimə çox təsir edəcəyini düşünmürəm. Bəzi futbolçularda yüngül zədələr olsa da, inanıram ki, aprelin 6-na kimi hamı hazır olub komandaya qoşulacaq".

Qeyd edək ki, minifutbol üzrə Avropa çempionatı mayın 27-dən iyunun 4-dək Slovakiyanın paytaxtı Bratislavada təşkil olunacaq. Azərbaycan yığması F qrupunda Avstriya, İtaliya və Fransa ilə mübarizə aparacaq.

AFFA nümayəndəsi: "Akademiyalarda infrastruktur deyil, məşqçi inkişafı və oyunçu sayı əsas problemdir"

Azərbaycanda futbol klublarının akademiyalarındakı ən böyük çatışmazlıq məşqçilərin özünüinkişaf resurslarının qıtlığıdır.

Bu barədə "Report"a açıqlamasında klub akademiyalarının inkişafı üzrə məşqçi mütəxəssis-koordinator olan AFFA nümayəndəsi Sərxan Hüseynov deyib.

"Əsas çətinlik və inkişaf üçün əsas maneə məşqçilərin özünüinkişaf imkanlarının məhdudluğudur. Hazırda məşqçilər üçün bir lisenziya mərhələsindən digərinə qədər olan dövrdə sistemli inkişaf resursları kifayət qədər deyil. Halbuki məşqçilik elə bir peşədir ki, davamlı öyrənmə və gündəlik inkişaf tələb edir. Ölkəmizdə həm Premyer Liqada, həm də aşağı liqalarda kifayət qədər keyfiyyətli məşqçilər var. Əsas məsələ onlara uyğun resursların təqdim olunması və davamlı özünüinkişaf mühitinin formalaşdırılmasıdır", - mütəxəssis bildirib.

O, klubların akademiyalarında futbolçu qıtlığını da qabardıb:

"Əsas problem infrastruktur deyil. Şübhəsiz ki, infrastrukturun daha da yaxşılaşdırılmasına ehtiyac var, lakin yalnız bir neçə klub istisna olmaqla, bu məsələ həlledici amil kimi önə çıxmır. Məsələn, İmişlidə hazırda, demək olar ki, infrastruktur mövcud deyil – əvvəl istifadə olunan bazanın itirilməsi nəticəsində cəmi 60x40 ölçülü beton örtüklü sahə qalıb. Digər tərəfdən, akademiyalarımızın əksəriyyəti böyük deyil – hər birində təxminən 150–250 oyunçu var. Müqayisə üçün deyim ki, 10 il Finlandiyada çalışmışam, əsas məşqçilik fəaliyyətim "Honka" klubu ilə bağlıdır. Bu klub elita təmsilçisi olmasa da, 1600 qeydiyyatlı oyunçusu var idi və cəmi 3 standart ölçülü meydan ilə fəaliyyət göstərirdi. Bu baxımdan bizim şəraitdə 200 oyunçu üçün bir stadionun mövcudluğu kifayət qədər adekvatdır. Müəyyən hallarda işıqlandırma ilə bağlı problemlər mövcuddur ki, bu da xüsusilə qış aylarında məşq saatlarının məhdudlaşmasına səbəb olur".

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb

FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb.

"Report" AFFA-ya istinadən xəbər verir ki, o, 19 yaşadək qadınlar arasında Avropa çempionatının seçmə mərhələsinin II raundunun 3 oyununda fəaliyyət göstərəcək.

F.Lütfəliyeva B qrupunun aprelin 12-də Kosovo – Moldova, 18-də Moldova – Litva matçlarının baş hakimi, 15-də Kosovo – Litva görüşünün ehtiyat hakimi olacaq. Digər referi Gülnurə Əkbərzadə isə hər üç qarşılaşmada baş hakimin köməkçisi funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, oyunlar Litvanın Kaunas şəhərində keçiriləcək.

Sərxan Hüseynov: "Ulduz ala bilməyən akademiyalara sanksiya tətbiq edilməyəcək"

"5-Ulduz Akademiya İnkişaf Modeli" 0,5-dən 5-ə qədər ulduz sistemi əsasında qurulub.

Bu barədə "Report"a açıqlamasında klub akademiyalarının inkişafı üzrə məşqçi mütəxəssis-koordinator olan AFFA nümayəndəsi Sərxan Hüseynov deyib.

O, ulduz ala bilməyən akademiyalara heç bir sanksiya tətbiq olunmayacağını deyib:

"Ulduz ala bilməyən akademiyalara heç bir sanksiya tətbiq olunmayacaq. Modelimiz 0,5-dən 5-ə qədər ulduz sistemi əsasında qurulub. Bir akademiya 3 ulduza layiq deyilsə, ona 1,5 və ya 2 ulduz veriləcək. Hər ulduzun konkret kriteriyaları mövcuddur. Bir klub 1,5 ulduz alarsa, biz ona növbəti illərdə potensialına uyğun olaraq 2,5 və ya 3 ulduz qazanmaq üçün hansı addımları atmalı olduğunu göstərən dəqiq yol xəritəsi təqdim edəcəyik".

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

Vaqif Cavadov: "U-20 dünya çempionatı bizim üçün böyük məsuliyyətdir"

Azərbaycan və Özbəkistanın birgə keçirəcəyi U-20 dünya çempionatı böyük məsuliyyətdir.

Bunu "Report"a açıqlamasında Azərbaycanın U-20 millisinə köməkçi məşqçi təyin olunan Vaqif Cavadov deyib.

O, yeni işi və gələcək hədəfləri barədə danışıb:

"Başda Rövşən Nəcəf olmaqla AFFA rəhbərliyinə məni bu vəzifəyə layiq gördükləri üçün təşəkkür edirəm. Həmçinin baş məşqçiyə də minnətdaram ki, namizədliyimi təsdiqlədi. Bu, mənim üçün böyük təcrübə olacaq. Baş məşqçiyə kömək etmək üçün əlimdən gələni edəcəyəm. İnanıram ki, həm həvəsim, həm gücüm, həm də təcrübəm buna imkan verəcək".

Vaqif Cavadov Azərbaycanda ilk dəfə keçiriləcək dünya çempionatına hazırlıq prosesinin məsuliyyətindən söz açıb:

"Mənim işim baş məşqçi Ruy Jorjeyə kömək etməkdir. Özbəkistanla birgə ev sahibliyi edəcəyimiz dünya çempionatı çox böyük tədbirdir və işimiz çoxdur. Qarşıdakı bir il yarım vaxtdan maksimum dərəcədə istifadə etməliyik. Çox ciddi hazırlaşacağıq. Çünki bizim üçün böyük məsuliyyətdir. Həm futbolçular bunu dərk etməli, həm də klublarımız millinin yaxşı çıxış etməsi üçün bizə kömək olmalıdırlar".

Məşqçi hazırda fəaliyyət göstərdiyi "Sumqayıt" klubundakı gələcək taleyinə də aydınlıq gətirib:

"Mövsümün sonunda "Sumqayıt"dan ayrılacağam. Hazırda PRO lisenziyası üzrə təhsilimi bitirmək üzrəyəm, kursu tamamladıqdan sonra komandanı tərk edəcəyəm. Mənim bir məşqçi kimi yetişməyimdə və milli komandaya dəvət almağımda başda Riad Rəfiyev olmaqla "Sumqayıt" rəhbərliyinin çox böyük əməyi var. Onlara hər şey üçün təşəkkür edirəm".

Qeyd edək ki, U-20 millimiz 2027-ci ildə Azərbaycan və Özbəkistanda keçiriləcək FIFA U-20 Dünya Çempionatında çıxış edəcək.

AFFA 3 klubu yarışlardan kənarlaşdırıb

AFFA 3 klubu yarışlardan kənarlaşdırıb.

"Report" xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

AFFA U-12 Liqasında "Pambıqçı", AFFA U-11 Liqasında isə "Məhsul"la "Zəfər" klubları təyin edilən vaxtda meydanda olmadıqları üçün 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıblar. Bu hal 3-cü dəfə təkrarlandığı üçün hər üç klub yarışlardan kənarlaşdırılıb.

Bundan əlavə U-14 Liqasında keçirilməli olan "İnter" - "Qaradağ Lökbatan" oyunu "İnter" tərəfindən oyun protokolu və həkim təqdim edilmədiyinə görə baş tutmayıb. Nəticədə Bakı təmsilçisinə 0:3 hesablı texniki məğlubiyyət verilib.

AFFA Region Liqasında isə "Beyləqan" komandası "Şəfəq"lə oyuna çıxmadığına görə görüş baş tutmadığı üçün 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

Sərxan Hüseynov: "Region və Bakı klublarının məşqçilərinin maaşında kəskin fərq var" - MÜSAHİBƏ

Klub akademiyalarının inkişafı üzrə məşqçi mütəxəssis-koordinator olan AFFA nümayəndəsi Sərxan Hüseynov "Report"a müsahibə verib. Qurum rəsmisi ziyarət etdiyi klubların akademiyaları ilə bağlı son durum haqqında fikirlərini bölüşüb. O, həmçinin yeni, "5-Ulduz Akademiya İnkişaf Modeli"nin detallarını açıqlayıb.

– Növbəti mövsümdən tətbiq olunacaq "5-Ulduz Akademiya İnkişaf Modeli"nin əsas meyarları nələrdir və bu model klublar üçün hansı yenilikləri vəd edir?

– Meyarlar kifayət qədər genişdir və 100-dən çox göstəricini əhatə edir. Onların hamısını burada sadalamaq mümkün deyil, lakin əsas istiqamətləri qeyd edə bilərəm. Əsas prioritet akademiyaların strategiyası və idarə edilməsidir. Bu çərçivədə akademiyalar öz idarəetmə bacarıqlarını inkişaf etdirməyə təşviq olunacaqlar. Növbəti mühüm istiqamət struktur və insan resurslarıdır. Akademiyaya cəlb olunan mütəxəssislər və qurulan proseslər elə təşkil edilməlidir ki, nəticədə meydandakı oyunçunun inkişafına birbaşa müsbət təsir göstərsin. Aparıcı akademiyalarda yanaşma belədir ki, hətta ən kiçik rol belə oyunçu inkişafına təsir edə bilər. Digər vacib meyar məşq prosesi və oyunçu inkişafıdır. Bura məşq planlaması və yaşa uyğun məzmunların real tətbiqi daxildir. Bəzən kağız üzərində yüksək səviyyəli proqramlar mövcud olur, lakin meydanda tamamilə fərqli məşqlər keçirilir. Digər hallarda isə keyfiyyətli məşqlər aparılsa da, bu proseslər sənədləşdirilmir. Nəticədə analitik məlumatlara əsaslanan qərarların verilməsi çətinləşir və bu da inkişaf prosesinə mənfi təsir göstərir. Bu baxımdan metodoloji ardıcıllıq, sessiyaların keyfiyyəti və intensivliyi, həmçinin hər bir oyunçu üçün fərdi inkişaf planlarının mövcudluğu xüsusi əhəmiyyət daşıyır. Mühüm istiqamətlərdən biri də fiziki hazırlıq və yüklənmənin düzgün idarə olunmasıdır. Hazırda ölkəmizdə uşaq və gənclər futbolunda əsas problemlərdən biri fiziki hazırlığın yetərincə sistemli qurulmamasıdır. Bundan əlavə, videotəhlil və geribildirim mexanizmlərinin tətbiqi də nəzərdə tutulur. Digər bir vacib komponent oyunçu yolu, yarış mühiti və keçid mərhələləridir. Oyunçunun bir yaş qrupundan digərinə keçidi konkret və ölçülə bilən meyarlara əsaslanmalıdır. Hazırda bu proseslər çox vaxt qeyri-formal şəkildə həyata keçirilir, lakin məqsədimiz bunu aydın, yazılı kriteriyalarla tənzimləməkdir. Bütün bunlarla yanaşı, infrastruktur, oyunçuların rifahı, maliyyə dayanıqlılığı və bilik paylaşımı da modelin ayrılmaz hissəsidir. Xüsusilə məşqçilərin daxili təlimlər vasitəsilə davamlı inkişafı təşviq olunmalıdır. Ümumilikdə modelin əsas çərçivəsi bu istiqamətlərdən ibarətdir, lakin onun daxilində çoxsaylı detallı meyarlar mövcuddur.

– Apardığınız fərdi qiymətləndirmə prosesində klub akademiyalarının hazırkı vəziyyətini 10 ballıq şkala ilə necə dəyərləndirərdiniz?

– İlk növbədə qeyd edim ki, hələ rəsmi qiymətləndirmə prosesi həyata keçirilməyib. Heç bir akademiya üzrə hər hansı meyara əsaslanan balla qiymətləndirməyə başlamamışıq. Ümumiyyətlə, modelimizdə "10 ballıq şkala" anlayışı mövcud deyil. Yaxın günlərdə mətbuatda açıqlanmış akademiyaların reytinq cədvəli əslində daxili istifadə üçün tərtib olunub, simulyativ xarakter daşıyırdı və reallığı tam əks etdirmir. Ziyarətlər zamanı toplanmış məlumatlar daha çox akademiyaların yeni "5 ulduz modeli"nin tətbiqi üçün qaydaların hazırlanmasında istifadə olunur və çox faydalıdır. Hazırda bu qaydaların hazırlanması üzrə iş davam etməkdədir. İnanırıq ki, növbəti mövsümdən qaydalar təsdiqlənəcək və AFFA-nın uşaq və gənclər liqalarında çıxış edən bütün akademiya, klub və komandalar üçün tətbiq olunacaq. İlkin mərhələdə, təbii ki, proses Premyer Liqada çıxış edən klubların akademiyalarını əhatə edəcək və məhz buna görə də biz ziyarətləri bu klublardan başlamışıq. Eyni zamanda, yuxarıda qeyd etdiyim şərti reytinq də ilk olaraq həmin klubların rəhbərlərinə Klublar Komitəsinin iclası zamanı tərəfimdən təqdim olunub. Lakin bir daha qeyd etmək istərdim ki, bu reytinq çox şərti idi və ictimaiyyət üçün açıqlanması planlaşdırılmayıb. Ona görə yox ki, biz nəyisə gizlədirik. Əksinə, bu sənəd reallığı tam əks etdirmir. Eyni zamanda, sistemin tətbiq olunmasından sonra, növbəti mövsümün sonunda biz AFFA olaraq sertifikasiyadan keçəcək bütün akademiya və komandaların reytinqini, onlar tərəfindən əldə olunmuş ulduz dərəcələrini rəsmi şəkildə açıqlayacayıq.

- Son vaxtlarda bu proseslə bağlı fəaliyyətiniz nədən ibarət olub?

- Son dörd ay ərzində əsas məqsədimiz növbəti mövsümdən tətbiq olunacaq "5-Ulduz Akademiya İnkişaf Modeli"nin adaptasiyası, mövcud ehtiyacların müəyyənləşdirilməsi və akademiyalarda hansı işlərin düzgün, hansılarının isə inkişaf tələb etdiyini federasiya səviyyəsində aydınlaşdırmaq olub. Bu məqsədlə akademiyalara səfərlər həyata keçirmişik. Hər bir akademiya üzrə təxminən 20-30 səhifəlik fərdi hesabat hazırlanıb və bütün bəndlər üzrə ətraflı şəkildə akademiyalara təqdim olunub. Bu prosesdə əsas məqsəd akademiyaları əvvəlcədən hazırlamaqdır ki, rəsmi qiymətləndirmə mərhələsi başlayanda onlar sürprizlərlə qarşılaşmasınlar. Eyni zamanda, bu hesabatlar akademiyalar üçün praktik inkişaf yol xəritəsi rolunu oynayır. Növbəti mövsümdə akademiyalardan fərqli və ya əlavə tələblər gözlənilməyəcək – qiymətləndirmə məhz bu hesabatlarda əks olunan meyarlar əsasında aparılacaq.

– Ziyarətlər zamanı klubların daha çox hansı sahələrdə ciddi çatışmazlıqları üzə çıxdı?

– Aydın oldu ki, əsas problem infrastruktur deyil. Şübhəsiz ki, infrastrukturun daha da yaxşılaşdırılmasına ehtiyac var, lakin yalnız bir neçə klub istisna olmaqla, bu məsələ həlledici amil kimi önə çıxmır. Məsələn, İmişlidə hazırda, demək olar ki, infrastruktur mövcud deyil – əvvəl istifadə olunan bazanın itirilməsi nəticəsində cəmi 60x40 ölçülü beton örtüklü sahə qalıb. Digər tərəfdən, akademiyalarımızın əksəriyyəti böyük deyil – hər birində təxminən 150–250 oyunçu var. Müqayisə üçün deyim ki, 10 il Finlandiyada çalışmışam, əsas məşqçilik fəaliyyətim "Honka" klubu ilə bağlıdır. Bu klub elita təmsilçisi olmasa da, 1600 qeydiyyatlı oyunçusu var idi və cəmi 3 standart ölçülü meydan ilə fəaliyyət göstərirdi. Bu baxımdan bizim şəraitdə 200 oyunçu üçün bir stadionun mövcudluğu kifayət qədər adekvatdır. Müəyyən hallarda işıqlandırma ilə bağlı problemlər mövcuddur ki, bu da xüsusilə qış aylarında məşq saatlarının məhdudlaşmasına səbəb olur. Lakin əsas çətinlik və inkişaf üçün əsas maneə məşqçilərin özünüinkişaf imkanlarının məhdudluğudur. Hazırda məşqçilər üçün bir lisenziya mərhələsindən digərinə qədər olan dövrdə sistemli inkişaf resursları kifayət qədər deyil. Halbuki məşqçilik elə bir peşədir ki, davamlı öyrənmə və gündəlik inkişaf tələb edir. Ölkəmizdə həm Premyer Liqada, həm də aşağı liqalarda kifayət qədər keyfiyyətli məşqçilər var. Əsas məsələ onlara uyğun resursların təqdim olunması və davamlı özünüinkişaf mühitinin formalaşdırılmasıdır.

– Müəyyən edilən ehtiyaclara uyğun olaraq, AFFA klublara konkret hansı praktik dəstək tədbirlərini göstərməyi planlaşdırır?

– Dəstək mexanizmlərimizi prioritet istiqamətlər üzrə müəyyənləşdirmişik. İlk növbədə "Akademiya direktoru" kursunun təşkili nəzərdə tutulur. Bu proqram təxminən 8–9 ay davam edəcək və əsas məqsəd akademiya direktorlarının idarəetmə bacarıqlarının sistemli şəkildə inkişaf etdirilməsidir. Bununla yanaşı, akademiyalarda müəyyən proqramların – məsələn, fərdi inkişaf planlarının və performans qiymətləndirmə sistemlərinin hazırlanması üçün vaxt və ya kadr resursları kifayət etmədikdə, biz bu proseslərdə onlara metodiki və praktiki dəstək göstəririk. Eyni zamanda, hər ay bir klubun ev sahibliyi ilə bütün akademiya direktorları və koordinatorlarının iştirakı ilə görüşlər təşkil olunacaq. Bu görüşlər çərçivəsində uşaq futbolunda aktual problemlər müzakirə ediləcək və onların həlli üçün konkret yanaşmalar formalaşdırılacaq. Digər dəstək mexanizmləri də mövcuddur, lakin hazırkı mərhələdə onların hamısını mediada açıqlamaq məqsədəuyğun deyil.

– Müzakirələr zamanı klub rəhbərlərinin bu inkişaf modelinə münasibəti necə oldu?

– Bütün klub rəhbərləri ilə keçirilən görüşlərdə birbaşa iştirak etməmişəm, lakin hesabatı Klublar Komitəsinin iclasında təqdim etmişəm. Ümumilikdə iştirakçıların rəyi çox müsbət olub və prosesi dəstəkləyirlər. Bəzən fərdi görüşlərdə müəyyən məqamlarla bağlı razılıq əldə olunmasa da, biz onlara izah edərək vəziyyəti aydınlaşdırırıq. Gələn il audit işlərinin həyata keçirilməsinə bir neçə nəfər məsul olacaq. Hazırda isə bu il üçün proseslərin icrasını öz üzərimə götürmüşəm.

- Klublarımız bu yeniliklərə nə dərəcədə hazırdırlar?

- Akademiya rəhbərləri ilə görüşlərdə onların çox hazırlıqlı və mövzuya maraqlı olduqlarını müşahidə edirəm. Əlbəttə, bəzi narahatlıqlar var – məsələn, "bəzilərini Azərbaycanda etmək çətindir, reallıqları nəzərə almaq lazımdır" kimi fikirlər var. Mən də onlara bildirirəm ki, reallıqlar var və onları nəzərə almaq vacibdir. Lakin inkişaf və irəliləyiş istəyiriksə, bəzi reallıqları özümüz dəyişməliyik. Avropanın yüksək inkişaf etmiş akademiyalarında reallıqlar fərqlidir və biz hər şeyi sırf öz reallıqlarımıza uyğun etməyəcəyik, əksinə, daha cəsarətli addımlar ataraq mövcud reallıqları dəyişəcəyik. Hər şeyi köhnə qaydada saxlamaq artıq mümkün deyil. Ümumilikdə akademiya direktorları bu dəyişikliklərə çox müsbət yanaşırlar.

- AFFA-da akademiyaların "Ehtiyacların Təhlili və Dəstək Prosesi"nə qoşulmağınız necə baş verib?

- Uzun illər Finlandiyada fəaliyyət göstərmişəm və bu müddət ərzində AFFA əməkdaşları ilə peşəkar səviyyədə davamlı əlaqələr qurmuşam. Akademiya strukturları və beynəlxalq təcrübələr barədə mütəmadi fikir mübadiləsi aparırdıq. Akademiyaların sistemli qiymətləndirilməsi ideyası formalaşdıqdan sonra mənimlə əlaqə saxlanıldı və bu istiqamətdə mümkün əməkdaşlıq müzakirə olundu. Daha sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayevlə görüş keçirildi. Bu görüşdə prosesin məqsədləri, çərçivəsi və gözləntiləri detallı şəkildə izah olundu. Nəticədə "Ehtiyacların Təhlili və Dəstək Prosesi" çərçivəsində akademiyaların qiymətləndirilməsi üzrə məsuliyyət mənə həvalə edildi. Burada təkcə məşqçilik təcrübəm deyil, həm də akademik bazanın və beynəlxalq idarəetmə metodologiyasının sintezi rol oynadı. Məşqçi təhsilimə Finlandiya Futbol Assosiasiyasında başlamışam və UEFA A lisenziyasını Şotlandiya Futbol Assosiasiyasında almışam. Bu təcrübə mənə fərqli futbol mühitlərini və struktur yanaşmaları müqayisəli şəkildə öyrənmək imkanı verib. Eyni zamanda, Finlandiyada İdman Menecmenti və İdman Məşqçiliyi üzrə ikili ixtisas üzrə təhsil almışam. Bu təhsil çərçivəsində kompleks sistemlərin qurulması, monitorinqi və qiymətləndirilməsi metodologiyalarını dərindən mənimsəmişəm. Praktiki tərəfdən isə "Honka"nın akademiyasındakı fəaliyyətim xüsusi rol oynayıb. Bu akademiya Finlandiyanın ən strukturlaşmış sistemlərindən biridir və oyunçuların davamlı inkişafını təmin edən modelə malikdir. Bu mühitdə çalışmaq mənə akademiya strukturunun qurulması, performansın ölçülməsi və oyunçu yolunun planlaşdırılması proseslərini praktik olaraq öyrənmək imkanı verib. Beləliklə, əldə etdiyim təhsil və praktiki təcrübə mənə akademiyalara yalnız meydan baxımından deyil, həm də struktur idarəçiliyi və uzunmüddətli sistem planlaşdırması prizmasından kompleks yanaşmaq imkanı verir.

– Ehtiyacların təhlili və dəstək prosesi Azərbaycan futbolunda uşaq və gənclər sisteminin peşəkarlaşmasına necə təsir göstərəcək?

– Birbaşa təsir göstərəcək, çünki proses tamamilə uşaq və gənclər futboluna, onlara verilən təhsilin və məşqlərin keyfiyyətinin yüksəldilməsinə yönəlib. Bütün detallar – videotəhlil, sənədləşmə, metodika məhz bu məqsədə xidmət edir. Az öncə müzakirə etdiyimiz məqamlar da bunun spesifik detallarıdır. Yeganə hədəfimiz uşağın futbola başladığı ilk yaşdan peşəkar səviyyəyə qədər olan günlük məşq prosesinin ən yüksək keyfiyyətdə təşkil olunmasıdır.

– Qiymətləndirmə nəticəsində ulduz ala bilməyən və ya zəif görünən akademiyalar üçün sanksiyalar, ya da hər hansı yol xəritəsi nəzərdə tutulub?

– Xeyr, heç bir sanksiya tətbiq olunmayacaq. Modelimiz 0,5-dən 5-ə qədər ulduz sistemi əsasında qurulub. Bir akademiya 3 ulduza layiq deyilsə, ona 1,5 və ya 2 ulduz veriləcək. Hər ulduzun konkret kriteriyaları mövcuddur. Bir klub 1,5 ulduz alarsa, biz ona növbəti illərdə potensialına uyğun olaraq 2,5 və ya 3 ulduz qazanmaq üçün hansı addımları atmalı olduğunu göstərən dəqiq yol xəritəsi təqdim edəcəyik.

– Bir mütəxəssis-koordinator kimi region klubları ilə paytaxt klublarının akademiyaları arasında inkişaf səviyyəsi baxımından kəskin fərqlər müşahidə etdiniz?

– Kəskin fərqlər müşahidə etmədim. Əslində, bu fərqləri görsəydik, daha yaxşı olardı, çünki bu, inkişafın dinamikasını göstərərdi. Hazırda akademiyalarda futbolçu sayı təxminən eynidir – 150–250 aralığında dəyişir. Bəzi klublarda ödənişli qrupların mövcudluğu müsbət haldır, çünki bu, kütləviliyi artırır. Ən böyük fərq isə məşqçilərin maaşlarında müşahidə olunur. Region və Bakı klubları arasında kəskin maaş fərqi var. Biz təşviq edirik ki, məşqçilərin maaşları yaxşı olsun, çünki məşqçinin rifahı birbaşa məşqin keyfiyyətinə təsir göstərir. Bütün bu yeni prosesin əsas məqsədi məşq prosesinin keyfiyyətini yüksəltməkdir və məşqçilərin rifahı bunun vacib bir komponentidir.

Vaqif Cavadov Azərbaycanın U-20 millisinə köməkçi məşqçi təyin olunub

Vaqif Cavadov Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət millisinə köməkçi məşqçi təyin olunub.

Bu barədə "Report"a AFFA-dan bildirilib.

2020-ci ildə məşqçiliyə başlayan Cavadov "Sumqayıt"da və qısa müddət Qazaxıstanın "Turan" klubunda fəaliyyət göstərib. Məşqçiliyə "Sumqayıt"ın U-19 komandasında köməkçi kimi başlayan mütəxəssis daha sonra "Sumqayıt-2"də baş məşqçi kimi çalışıb. O, 2024/2025 mövsümünün ikinci yarısında "Sumqayıt"ın əsas komandasının baş məşqçisi olub.

Qeyd edək ki, futbolçu karyerası ərzində Azərbaycanda "Qarabağ", "Bakı", "Keşlə" (hazırkı "Şamaxı"), "Xəzər Lənkəran", "Qəbələ", "Sumqayıt", AZAL kimi klublarda çıxış etmiş Vaqif Cavadov Niderlandda "Tvente", Rusiyada "Volqa", Türkiyədə "Qaziantep BB" və "Boluspor"un heyətində legioner həyatı yaşayıb. O, 2006-2014-cü illər ərzində Azərbaycan millisinin heyətində 58 oyun keçirib, 9 qol vurub.

Yan Oblak karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək istəyir

İspaniyanın "Atletiko" klubunun sloveniyalı qapıçısı Yan Oblak karyerasını Yaxın Şərqdə davam etdirmək niyyətindədir.

"Report"un "El Chiringuito"ya istinadən məlumatına görə, 33 yaşlı qolkiperə Səudiyyə Ərəbistanı çempionatından təklif gəlib.

Təcrübəli qapıçı hazırda müqaviləsindəki sərbəstqalma məbləğinin azaldılması barədə klub rəhbərliyi ilə danışıqlar aparır. Hazırda bu məbləğ 120 milyon avro təşkil edir.

Qeyd edək ki, 2014-cü ilin yayından Madrid klubunun formasını geyinən sloveniyalı qapıçı cari mövsümündə meydana çıxdığı 26 matçda qapısından 25 qol buraxıb. Onun "Atletiko" ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir.

İtaliya millisi tarixində ilk dəfə ardıcıl 3 dünya çempionatından kənarda qalıb

İtaliya millisi antirekorda imza atıb.

"Report"un xarici KİV-ə istinadən məlumatına görə, dördqat (1934, 1938, 1982, 2006) dünya çempionu ilk dəfə ardıcıl 3 mundialdan kənarda qalıb.

Bu, ötən gün baş tutan pley-off mərhələsinin həlledici oyununda Bosniya və Herseqovina ilə matçda reallaşıb.

Görüşün əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatdığından qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (4:1) Bosniya və Herseqovina millisi sensasiyaya imza ataraq Cennaro Qattuzonun baş məşqçisi olduğu İtaliya yığmasını turnirdən kənarlaşdırıb.

Qeyd edək ki, İtaliya millisi sonuncu dəfə 2006-cı ildə dünya çempionu olub. Ancaq son 3 mundialın seçmə mərhələsində uğurlu çıxış edə bilməyərək final mərhələsindən kənarda qalıb.

Azərbaycanın sərbəst güləş üzrə U-20 millisi Bursada təlim-məşq toplanışına başlayır

Azərbaycan sərbəst güləş üzrə U-20 millisi növbəti təlim-məşq toplanışına başlayır.

Bu barədə "Report"a Azərbaycan Güləş Federasiyasından bildirilib.

Komanda sabahdan Bursada Türkiyə millisiylə birgə hazırlığa start verəcək. 15 gün davam edəcək toplanışda əsasən taktiki-texniki çalışmalara yer ayrılacaq.

Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əşrəf Əliyevin rəhbərliyi altında 11 güləşçi – Muhəmməd İsmayılov (57 kq), Camal Abbasov (61 kq). Bəşir Verdiyev (65 kq), Hacı Kərimov (70 kq), Nurlan Ağazadə (74 kq), Elcan İsmayılzadə, Muradxan Omarov (hər ikisi 79 kq), Məhəmməd Abbaszadə (86 kq), Hüseyn Məmmədtağızadə (92 kq), Fərhad Süleymanlı (97 kq) və Yusif Dursunov (125 kq) hazırlıq prosesinə cəlb edilib.

Millimiz toplanış bitdikdən sonra 17-19 apreldə keçiriləcək "Çempionlar" turnirində iştirak etmək üçün Antalyaya yollanacaq.

Bakıda keçiriləcək "Böyük İpək Yolu" turnirinə 10 ölkədən 150-dək boksçu qatılacaq

Bakıda keçiriləcək boks üzrə "Böyük İpək Yolu" turnirinə qatılacaq ölkələr və idmançıların sayı bəlli olub.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Azərbaycan Boks Federasiyasından bildirilib.

Yarışda 10 ölkədən 150-dək boksçunun iştirak edəcəyi gözlənilir. Medallar uğrunda Azərbaycanla yanaşı, Avstraliya, Əlcəzair, Bolqarıstan, Gürcüstan, Macarıstan, Qazaxıstan, Moldova, Türkiyə və Özbəkistan idmaçıları mübarizə aparacaq.

Qeyd edək ki, "Böyük İpək Yolu" turniri aprelin 2-dən 8-dək Bakı Boks Mərkəzində təşkil olunacaq.

Bolqarıstan futbolunun əfsanəsi Borislav Mixaylov vəfat edib

Bolqarıstan Futbol İttifaqının keçmiş prezidenti, həmçinin millinin sabiq qapıçısı Borislav Mixaylov 63 yaşında vəfat edib.

"Report"un Bolqarıstan Milli Televiziyasına istinadən məlumatına görə, Mixaylov 2025-ci ilin noyabrında insult diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

Borislav Mixaylov karyerası ərzində üçqat Bolqarıstan çempionu və ölkə kubokunun üçqat qalibi olub. O, 1983-1996-cı illərdə millinin şərəfini qoruyub. O, 102 matçla ölkə futbolu tarixində ən çox oyun keçirən ikinci futbolçu kimi yadda qalıb.

Qeyd edək ki, B.Mixaylov Bolqarıstan yığmasının yarımfinala qədər irəlilədiyi DÇ-1994-də komandanın əsas qapıçısı olub.

"Bavariya"nın kapitanı Manuel Noyer komanda ilə məşqlərə başlayıb

Almaniyanın "Bavariya" klubunun qapıçısı və kapitanı Manuel Noyer komanda ilə məşqlərə başlayıb.

"Report"un klubun mətbuat xidmətinə istinadən məlumatına görə, təcrübəli qolkiperlə yanaşı, müdafiəçi Rafael Gerreyru da kollektivə qoşulub.

40 yaşlı qapıçı martın 6-da Bundesliqanın XXV turunda Münhenqladbax "Borussiya"sına qarşı keçirilən oyunda (4:1) zədələnərək fasilədə əvəzlənmişdi.

Qeyd edək ki, M.Noyer cari mövsümdə bütün turnirlər daxil olmaqla 29 matçda iştirak edib. O, bu qarşılaşmaların 10-da qapısını toxunulmaz saxlayıb.

Qana millisinin baş məşqçisi Otto Addo vəzifəsindən uzaqlaşdırılıb

Qana millisinin baş məşqçisi Otto Addo istefaya göndərilib.

"Report"un Qana Futbol Assosiasiyasına istinadən məlumatına görə, qurum 50 yaşlı mütəxəssislə ayrılıq qərarı verib.

İstefaya səbəb yığmanın mart ayındakı uğursuz çıxışı olub. Belə ki, qanalılar yoldaşlıq görüşlərində Avstriyaya 1:5, Almaniyaya isə 1:2 hesabı ilə məğlub olublar. Ümumilikdə isə komanda ardıcıl dörd oyundur məğlubiyyətlə üzləşir.

Qeyd edək ki, 2024-cü ilin martından komandaya rəhbərlik edən Addo gələn il keçiriləcək dünya çempionatına 10 həftə qalmış işini itirib. Qana millisi ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi DÇ-2026-nın qrup mərhələsində Xorvatiya, İngiltərə və Panama ilə qarşılaşacaq.

Kənan Həsənzadə nərd üzrə "Asiya Qran Pri 2026" turnirində qızıl medal qazanıb

Özbəkistanın paytaxtı Daşkənddə nərd üzrə "Asiya Qran Pri 2026" beynəlxalq turniri keçirilib.

"Report"un Gənclər və İdman Nazirliyinə istinadən məlumatına görə, 55-dən çox ölkədən 700-ə yaxın idmançının qatıldığı yarışda Azərbaycan yığmasının üzvü Kənan Həsənzadə uğurla çıxış edib.

O, "Backgammon" (Blitz) kateqoriyasında 256 iştirakçı arasında hamını qabaqlayaraq qızıl medal qazanıb.

Lebron Ceyms Kərim Əbdül-Cabbarın rekordunu təkrarlayıb

"Los-Anceles Leykers"in hücumçusu Lebron Ceyms əfsanəvi Kərim Əbdül-Cabbarın rekordunu təkrarlayıb.

"Report"un xarici KİV-ə istinadən məlumatına görə, bu, NBA-nın müntəzəm çempionatında "Vaşinqton"la matçda (120:101) reallaşıb.

Pley-off matçları da daxil olmaqla, liqada qazanılan qələbələrin sayını 1228-ə çatdıran Lebron bu göstərici üzrə tarixin ən yaxşı nəticəsinə şərik olub.

Görüşdə 21 xal, 10 ribaund və 12 məhsuldar ötürmə ilə "trip-dabl" edən 39 yaşlı basketbolçu matçın ən məhsuldar oyunçusu olub.

Qeyd edək ki, hazırda "Los-Anceles Leykers" Qərb konfransında 49 qələbə və 26 məğlubiyyətlə 3-cü pillədə qərarlaşıb. "Vaşinqton" isə 17 qələbə və 58 məğlubiyyətlə Şərq konfransının sonuncu - 15-ci sırasındadır.

DÇ-2026: Avropa zonası üzrə pley-off mərhələsinin 4 final oyunu keçiriləcək

Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsində 4 final qarşılşaması baş tutacaq.

"Report"un məlumatına görə, İtaliya səfərdə Bosniya və Herseqovinanın qonağı olacaq.

İsveç evdə Polşa, Çexiya isə Danimarka ilə üz-üzə gələcək. Türkiyə isə səfərdə Kosovo ilə görüşəcək.

DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları

Final

31 mart

22:45. Bosniya Herseqovina - İtaliya

22:45. İsveç - Polşa

22:45. Kosovo - Türkiyə

22:45. Çexiya - Danimarka

Qeyd edək ki, bu il iyunun 11-dən iyulun 19-dək keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq. Meydan sahibləri - ABŞ, Kanada, Meksika ilə yanaşı, Kurasao, Panama, Haiti, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fildişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Niderland, Almaniya, İsveçrə, Şotlandiya, İspaniya, Avstriya və Belçika DÇ-2026-nın final mərhələsində iştirak hüququ qazanıb.

Azərbaycanın U-17 millisi Avropa çempionatının seçmə mərhələsində ilk oyununu keçirib

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində ilk oyununu keçirib.

"Report" xəbər verir ki, B liqasının 2-ci qrupunda mübarizə aparan komanda Bolqarıstanla üz-üzə gəlib.

Plovdiv şəhərindəki "Xristo Botev" stadionunda baş tutan görüş heç-heçə bitib - 1:1.

Azərbaycan millisinin heyətində Əli Bəşirov 39-cu dəqiqədə penaltidən fərqlənib.

Qeyd edək ki, U-17 qrupdakı digər oyunlarını martın 27-də Litva, 30-da isə Malta seçmələrinə qarşı keçirəcək.

Poçettino və De Zerbi "Tottenhem"in baş məşqçi vəzifəsinə əsas namizədlərdir

İngiltərənin "Tottenhem" klubunun baş məşqçi postu üçün əsas namizədlər müəyyənləşib.

"Report"un "The Telegraph"a istinadən məlumatına görə, London təmsilçisi hazırkı baş məşqçi İqor Tudorun mövsüm başa çatdıqdan sonra komandada qalması variantını istisna edir.

Tudor fevral ayında Tomas Frankın istefasından sonra klubla yayadək müqavilə imzalayıb.

Hazırda baş məşqçi postuna əsas namizədlər Roberto De Zerbi və əvvəllər də "Tottenhem"də işləmiş Maurisio Poçettinodur. Məhz Poçettinonun rəhbərliyi altında komanda 2018/2019 mövsümündə UEFA Çempionlar Liqasının finalına yüksəliblər.

Qeyd edək ki, "Tottenhem" 31 turdan sonra 30 xalla turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.

Erlinq Holann Norveçin ən bahalı kitabını satın alaraq doğma şəhərinin bələdiyyəsinə hədiyyə edib

İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Holann doğulduğu Norveçin Time şəhərinin bələdiyyəsinə bahalı kitab hədiyyə edib.

"Report"un "Stavanger Aftenblad"a istinadən məlumatına görə, təcrübəli forvard atası Alfi ilə birlikdə Snorre Sturlasonun 1594-cü ildə nəşr olunmuş "Kral Dastanları" kitabının nadir nüsxəsini satın alıb.

Kitabın dəyəri 1,3 milyon Norveç kronu (təxminən 135 min dollar) təşkil edib. Holann böyük mütaliə həvəskarı olmadığını etiraf etsə də, doğma yurdunun tarixi irsini qorumağın onun üçün vacibliyini bildirib.

Qeyd edək ki, bu Norveçin ən bahalı kitabı hesab olunur. Nadir nüsxə 27 yaşlı hücumçunun doğulub boya-başa çatdığı Time bələdiyyəsində qorunub saxlanılacaq.

"Barselona"nın zədəli futbolçularının komandaya qoşulacağı vaxt bəlli olub

İspaniyanın "Barselona" klubunun zədəli mdafiəçiləri Jül Kunde, Alexandro Balde və yarımmüdafiəçisi Frenki de Yonqun komandaya qoşulacaqları vaxt məlum olub.

"Report"un "Mundo Deportivo" istinadən məlumatına görə, Jül Kunde və Alexandro Balde yığmaların oyunlarına görə yaranan fasilədən sonra keçiriləcək ilk oyunda, aprelin 4-də "Atletiko"ya (Madrid) qarşı matçda heyətə qayıdacaqlar.

Lakin Frenki de Yonqun bərpası daha çox vaxt aparacaq. Onun aprelin 11-də "Espanyol"la keçiriləcək qarşılaşmaya qədər sıraya dönəcəyi gözlənilir.

Qeyd edək ki, "Barselona" 29 turdan sonra 73 xalla İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir.

Azərbaycan cüdoçuları Bad-Blankenburqda keçirilən beynəlxalq düşərgəyə qatılıb

Azərbaycanın yeniyetmə qızlardan ibarət cüdo üzrə yığması Almaniyanın Bad-Blankenburq şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb.

Bu barədə "Report"a Azərbaycan Cüdo Federasiyasından bildirilib.

Hazırlıq prosesinə baş məşqçi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edir.

Təlim düşərgəsinə ümumilikdə 18 cüdoçu cəlb olunub. Komandamız burada 4–5 aprel tarixlərində Gəncədə təşkil olunacaq yeniyetmələr arasında Avropa Kubokuna hazırlıq keçir.

Qeyd edək ki, martın 26-da başa çatacaq təlim-məşq toplanışında 14 ölkədən 400-ə yaxın idmançı yer alıb.

Qabriel zədə səbəbindən Braziliya millisinin düşərgəsini tərk edib

İngiltərənin "Arsenal" klubunun müdafiəçisi Qabriel zədə səbəbindən Braziliya millisinin düşərgəsini tərk etmək məcburiyyətində qalıb.

"Report" xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyası rəsmi məlumat yayıb.

28 yaşlı futbolçu İngiltərə Liqa Kubokunun finalında "Mançester Siti"yə qarşı keçirilən oyundan (0:2) sonra sağ dizində kəskin ağrılar hiss edib. Tibbi müayinələr və görüntüləmə testləri nəticəsində müdafiəçinin "Selesao"nun Fransa və Xorvatiyaya qarşı keçirəcəyi yoldaşlıq görüşlərində iştirak edə bilməyəcəyi məlum olub.

CBF-dən heyətə onun əvəzinə yeni futbolçu çağırılmayacağı bildirilib.

Tofiq Mikayılov: "Azərbaycan millisi istənilən rəqibə qalib gələ bilər"

Azərbaycanın futzal millisi istənilən rəqibə qarşı oyunda qələbə qazana bilər.

Bunu "Report"a açıqlamasında yığmanın üzvü Tofiq Mikayılov deyib.

Təcrübəli futzalçı hazırlıq prosesinin yüksək səviyyədə keçdiyini bildirib:

"Hazırlıq taktiki məşqlər üzərində qurulub. Heyətdə bir neçə təcrübəli oyunçu qalsa da, əksəriyyət gənclərdir. Komandanın formalaşması, oyunlara yaxşı hazırlıq üçün belə toplanışların tez-tez keçirilməsi vacibdir. Danimarka ilə son oyunlar göstərdi ki, istəsək və sona qədər mübarizə aparsaq, istənilən rəqibə qarşı oyunda qələbə qazana bilərik".

O, yoxlama matçlarında üz-üzə gələcəkləri Gürcüstan və Qazaxıstan yığmaları ilə oyunlara da toxunub:

"Rəqiblərdən Gürcüstan millisi ilə son vaxtlarda, Vitali Borisovun baş məşqçiliyi dönəmində qarşılaşmışdıq. Düzdür, bunlar yoldaşlıq görüşləridir, lakin bizim üçün nəticə önəmlidir. Uzun müddət qələbə qazana bilməmişdik, ona görə də hər matça qalib gəlmək və komandada ruh yüksəkliyini artırmaq üçün çıxırıq. Oyunlar ardıcıl olduğu üçün bir az ağır keçə bilər, amma heyətimiz genişdir və məşqçi hamıya şans verəcək".

Heyətdəki itkilər barədə danışan Mikayılov qapıçı Emin Kürdovun durumuna aydınlıq gətirib:

"Yalnız qapıçımız Emin Kürdovun qolunda zədəsi var idi, o, apreldə komandaya qoşulacaq. Digər futzalçıların əhval-ruhiyyəsi yaxşıdır və hamı məşqlərdə can-başla iştirak edir".

Azərbaycan üzgüçüləri Kutaisidə keçirilən Açıq Yaz Kubokunda uğurlu nəticələr əldə ediblər

Gürcüstanın Kutaisi şəhərində keçirilən üzgüçülük üzrə Açıq Yaz Kubokunda Azərbaycan idmançıları uğurlu nəticələr göstəriblər.

"Report" xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Yarışın yekununda Süleyman İsmayılzadə ümumi kateqoriyada, Fərhad Şirməmmədli isə 2010-cu il və daha kiçik yaş qrupunda ən yaxşı nəticə göstərərək xüsusi kuboklara layiq görülüblər. Turnir həm də iki yeni ölkə rekordunun müəyyənləşməsi ilə yadda qalıb.

Mehri Əbdurəhmanlı 50 metr məsafəyə arxasıüstə, Süleyman İsmayılzadə isə 400 metr məsafəyə sərbəst üsulla üzmədə yeni Azərbaycanda rekorduna imza atıblar.

Həmçinin Anastasiya Qnusina 7 qızıl və 4 gümüş, Fərhad Şirməmmədli 3 qızıl, 4 gümüş və 1 bürünc, Süleyman İsmayılzadə 3 qızıl, 1 gümüş və 1 bürünc, Mehri Əbdurəhmanlı 2 qızıl, 4 gümüş və 1 bürünc medal əldə ediblər.

Həmçinin Safiya Səmədova 2 qızıl, 3 gümüş və 1 bürünc, Mehdi Muxtarlı 1 qızıl, 1 gümüş və 1 bürünc, Yusif Sofiyev 2 gümüş və 4 bürünc, Arif Tapdıqov isə 1 bürünc medala sahib çıxıblar.

Meksika klubu Gilyermo Abaskalı istefaya göndərib

Meksikanın "Atletiko San-Luis" klubu baş məşqçisi Gilyermo Abaskalı istefaya göndərib.

"Report" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

36 yaşlı ispaniyalı mütəxəssis 2025-ci ilin yayından bu vəzifəni tuturdu. Onun rəhbərliyi altında komanda keçirdiyi 32 matçda 10 qələbə qazanıb, 19 məğlubiyyət alıb və 3 dəfə heç-heçə edib.

Qeyd edək ki, Abaskal daha əvvəl "Sevilya", "Qranada" (hər ikisi İspaniya), "Bazel" (İsveçrə), "Spartak" (Moskva, Rusiya) klublarında da çalışıb.

Fernando Muslera yenidən Uruqvay millisinə qayıdıb

Türkiyənin "Qalatasaray" klubunun sabiq qapıçısı Fernando Muslera yenidən Uruqvay millisinə qayıdıb.

"Report" xəbər verir ki, bu barədə Uruqvay Futbol Federasiyası məlumat yayıb.

Hazırda karyerasını Argentinanın "Estudiantes" klubunda davam etdirən 39 yaşlı qapıçı 2024-cü ildə yığma karyerasını bitirmişdi.

Qeyd edək ki, 2009-cu ildə millidə debüt edən Muslera komandada 133 matça çıxıb. 4 dəfə dünya çempionatı (2010, 2014, 2018, 2022) iştirakçısı olmuş qolkiper 2011-ci ildə Amerika Kubokunun (Copa América) qalibi olub.

Enzo Fernandes karyerasını "Real"da davam etdirmək istəyir

İngiltərənin "Çelsi" klubunun yarımmüdafiəçisi Enzo Fernandes karyerasını İspaniya "Real"ında davam etdirmək istəyir.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu Madrid klubuna keçidi özü üçün prioritet hesab edir.

Lakin "Real" rəhbərliyi hələlik yarımmüdafiə xəttini gücləndirmək üçün namizədlər barədə yekun qərar verməyib.

Fernandesin "Çelsi"nin baş məşqçisi Liam Rosenyorun oyun ideyalarını bəyənmədiyi bildirilib. Ötən yaydan bəri London klubunun rəhbərliyi futbolçu ilə müqavilənin müddətini uzatmaq üçün danışıqlar aparsa da, tərəflər hələlik ortaq məxrəcə gələ bilməyiblər.

Qeyd edək ki, E.Fernandesin "Çelsi" ilə hazırkı müqaviləsinin müddəti 2032-ci ilin yayına qədər nəzərdə tutulub. "Transfermarkt" portalı dünya çempionunun dəyərini 90 milyon avro qiymətləndirir.

Vaqner Lav 41 yaşında karyerasını başa vurub

Braziliya yığmasının sabiq hücumçusu, Vaqner Lav 41 yaşında karyerasını başa vurub.

"Report" xəbər verir ki, bu barədə məlumat idmançının sosial şəbəkə hesabında yer alıb.

Təcrübəli forvard karyerası ərzində birgə çalışdığı hər kəsə təşəkkür edərək yaşıl meydanlarla vidalaşdığını elan edib.

2004-2007-ci illərdə Braziliya millisinin heyətində 20 oyun keçirən Lav xüsusilə Rusiyanın MOİK klubunun tarixində ən yaxşı legionerlərdən biri hesab olunur.

Hücumçu həmçinin Türkiyənin "Alanyaspor" və "Beşiktaş" komandalarında da çıxış edib.

Qeyd edək ki, futbolçu karyerası boyunca 2 dəfə Amerika Kuboku , 1 UEFA Kuboku, 4 Rusiya çempionluğu yaşayıb, 1 dəfə Braziliya A Seriyasının qalibi olub.

Zeki Çelik "Roma"dan azad agent kimi ayrıla bilər

İtaliyanın "Roma" klubu ilə türkiyəli müdafiəçi Zeki Çelik arasında yeni müqavilənin imzalanması sual altındadır.

"Report" "Tuttomercatoweb"ə istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar dayandırılıb və 29 yaşlı futbolçunun nümayəndələri ilə hələlik razılıq əldə olunmayıb.

Baş məşqçi Can Pyero Qasperininin israrlı tələbinə baxmayaraq, rəhbərlik oyunçunun maliyyə şərtləri ilə razılaşmır.

Əsas fikir ayrılığı maaş məsələsindədir. Hazırda illik 2 milyon avro və bonuslar qazanan Çelik yeni müqavilədə bu məbləğin 4 milyon avroya çatdırılmasını tələb edir. "Roma" rəhbərliyi isə bu tələbi həddindən artıq yüksək hesab etdiyi üçün hələlik rəsmi təklif irəli sürməyib.

Zeki Çelikin "canavarlar"la hazırkı sözləşməsi 2026-cı il iyunun 30-da başa çatır. Tərəflər ortaq məxrəcə gələ bilməsələr, futbolçu mövsümün sonunda azad agent kimi komandadan ayrılacaq.

Qeyd edək ki, təcrübəli müdafiəçi 2025/2026 mövsümündə keçirdiyi 37 matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun dəyərini 12 milyon avro qiymətləndirir.

Azərbaycan paracüdoçuları Tbilisidə Dünya Kubokunda mübarizə aparacaqlar

Azərbaycanın paracüdo üzrə millisi Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək Dünya Kubokunda qüvvələrini sınayacaqlar.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsi məlumat yayıb.

Martın 24-dən 25-nə qədər keçiriləcək yarışda ölkəmizi həm kişi, həm də qadın idmançılar təmsil edəcəklər. Kişilərin mübarizəsində İsmayıl Muradov (J1, 70 kq), Əbdülərrəhman Rzazadə (J1, 70 kq), Məhəmməd Əkbərov (J2, 70 kq), Saleh Sultanov (J1, 81 kq) və Mehman Hüseynov (J1, +95 kq) tatami üzərinə çıxacaqlar.

Qadın paracüdoçulardan isə Dürsədəf Kərimova (J2, +70 kq) və Xatirə İsmiyeva (J1, +70 kq) mükafatlar uğrunda yarışacaqlar.

Komanda turnirə baş məşqçilər İbrahim İbrahimov və Ramin İbrahimovun rəhbərliyi altında yollanıb.

Azərbaycanın U-17 millisi Avropa çempionatının seçmə mərhələsinin II raunduna start verir

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsinin II raundu çərçivəsində ilk oyununa çıxacaq.

"Report" xəbər verir ki, B liqasının 2-ci qrupunda mübarizə aparan milli Bolqarıstanın Plovdiv şəhərində yerli komanda ilə qarşılaşacaq.

"Xristo Botev" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək. Qarşılaşmanı Sloveniya və Şimali Makedoniyadan olan hakimlər briqadası idarə edəcək.

Qeyd edək ki, U-17 qrupdakı digər oyunlarını martın 27-də Litva, ayın 30-da isə Malta seçmələrinə qarşı keçirəcək.

Yevgeni Kukseviç: "Apreldəki oyunlar üçün yekun heyəti müəyyənləşdirməliyik"

Azərbaycan millisinə yeni futzalçılar dəvət olunub.

"Report" xəbər verir ki, bunu yığmanın baş məşqçisi Yevgeni Kukseviç Futzal Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

Baş məşqçi aprel ayında komandanı 4 çətin qarşılaşmanın gözlədiyini diqqətə çatdırıb:

"Bunu nəzərə alıb, qısamüddətli olsa da, toplanış keçirməyi lazım bildik. Oyun planında üzərində işləməli olduğumuz məqamlar var. Eyni zamanda heyətimizdə bir neçə yeni futzalçı var. Onları yoxlamaq istəyirik ki, apreldəki oyunlar üçün yekun heyəti müəyyənləşdirək".

Kukseviç futbolçuların hazırlıq prosesinə ciddi yanaşdıqlarını vurğulayıb:

"Uşaqların əhval-ruhiyyəsi yaxşıdır, tapşırıqları həvəslə yerinə yetirirlər. Çempionat oyunları arasındakı vaxtdan maksimum yararlanmağa çalışırıq. İndi yaxşı öyrənməliyik ki, rəsmi oyunlarda işimiz yüngül olsun".

Qeyd edək ki, Azərbaycan millisi aprelin 9-da və 11-də Tbilisidə Gürcüstan, aprelin 13-də və 15-də isə Aktau şəhərində Qazaxıstan yığması ilə yoldaşlıq görüşləri keçirəcək. Bakıdakı toplanış isə martın 26-dək davam edəcək.

"Nyukasl"ın müdafiəçisi Sven Botman üz sümüyünün sınığı ilə əlaqədar əməliyyat edilib

İngiltərənin "Nyukasl" klubunun müdafiəçisi Sven Botman üz sümüyünün sınığı səbəbindən əməliyyat olunub.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

26 yaşlı niderlandlı futbolçu İngiltərə Premyer Liqasının "Sanderlend"ə qarşı keçirilən oyununda (1:2) xəsarət alıb. O, qarşılaşmanın ikinci hissəsində başından zədələnərək meydandan kənarlaşdırılıb.

Müdafiəçinin müəyyən müddət ərzində yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, müdafiəçi 2025/2026 mövsümündə keçirdiyi 31 matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Futzal üzrə Azərbaycan millisi Qazaxıstanla yoxlama görüşləri keçirəcək

Futzal üzrə Azərbaycan millisi Qazaxıstanla yoxlama görüşləri keçirəcək.

Bu barədə "Report"a Azərbaycan Futzal Federasiyasından bildirilib.

Oyunlar aprelin 13-də və 15-də Aktau şəhərində baş tutacaq.

Qeyd edək ki, Yevgeni Kukseviçin rəhbərlik etdiyi komanda aprelin 9-da və 11-də Tbilisidə Gürcüstan yığması ilə qarşılaşacaq.

İngiltərə klublarının Çempionlar Liqası üçün sifariş vərəqəsinin genişləndirilməsi təklifi qəbul edilməyib

UEFA İngiltərə Premyer Liqası klublarının Çempionlar Liqası üçün sifariş vərəqəsinin genişləndirilməsi ilə bağlı müraciətini rədd edib.

"Report" "The Guardian"a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçiləri iştirak ərizəsindəki futbolçu sayının 25-dən 28-ə çatdırılmasını istəsələr də qitə futbol qurumu bu təklifi qəbul etməyib.

Cari reqlamentin dəyişdirilməməsinin tərəfdarı kimi isə İspaniya klublarının nümayəndələri çıxış ediblər.

İspaniyalılar hesab edirlər ki, sifariş vərəqəsinin genişləndirilməsi halında İngiltərə klubları öz maliyyə üstünlüklərindən istifadə edərək turnirdə qeyri-bərabər rəqabət mühiti yarada bilərlər. Bu səbəbdən UEFA mövcud qaydaları qüvvədə saxlayıb.

Sözügedən məsələyə 2027/2028 mövsümünün startından əvvəl baxıla biləcəyi qeyd olunub.

Markus Türam İngiltərə Premyer Liqasına keçə bilər

İtaliyanın "İnter" klubunun hücumçusu Markus Türam yay transfer pəncərəsində komandasını dəyişə bilər.

"Report"un "FC Inter News"ə istinadən məlumatına görə, Səudiyyə Ərəbistanı klublarının ciddi marağına baxmayaraq, 28 yaşlı fransalı forvard karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə üstünlük verir.

Artıq İngiltərənin "Aston Villa" və "Nyukasl" klublarının futbolçu ilə təmasa keçdiyi bildirilib.

Türam cari mövsümdə "neradzurri"nin heyətində bütün turnirlər daxil olmaqla 36 matçda meydana çıxıb. Təcrübəli hücumçu bu oyunlarda 12 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Transfermarkt" portalı M.Türamın dəyərini 60 milyon avro qiymətləndirir.

Zidan Fransa yığmasına rəhbərlik etmək üçün şifahi razılıq verib

Fransa millisinin, "Real" (İspaniya) və "Yuventus"un (İtaliya) sabiq futbolçusu Zinəddin Zidanın yeni iş yeri bəlli olub.

"Report" "Le Parisien"ə istinadən xəbər verir ki, 53 yaşlı mütəxəssis Fransa millisinə rəhbərlik etmək üçün şifahi razılıq əldə edib.

Zidanın DÇ-2026-dan sonra baş məşqçi Didye Deşamı əvəzləyəcəyi gözlənilir.

Fransa Futbol Federasiyasının (FFF) prezidenti Filipp Diallo "Le Figaro" nəşrinə verdiyi müsahibədə yeni baş məşqçinin adının artıq məlum olduğunu və tezliklə rəsmi açıqlamanın veriləcəyini təsdiqləyib.

Qeyd edək ki, Zidan 2021-ci ildə "Real"dan ayrıldıqdan sonra işsiz idi və adı uzun müddət İngiltərənin "Mançester Yunayted" klubu ilə hallanırdı.

Emin Kürdov: "Mövsümün əvvəlində itirilən xallar bu gün bizə baha başa gəlir"

Mövsümün əvvəlində itirlən xallar "Araz-Naxçıvan"a baha başa gəlib.

Bu barədə "Report"a açıqlamasında Naxçıvan komandasının kapitanı Emin Kürdov deyib.

O, mövsümün əvvəlində xal itkiləri ilə üzləşdiklərini deyib:

"Çempionatın startında "Baku Fire" ilə heç-heçə (2:2) edib, "Neftçi"yə məğlub (2:5) olduq. Təəssüf ki, həmin dövrdə itirdiyimiz 5 xal bu gün bizə baha başa gəlir və artıq səhv etmək şansımız qalmayıb".

Təcrübəli qolkiper çempionatın ilk matçlarında heyətdə yer almamasının səbəbi ilə bağlı sualı da cavablandırıb:

"Baş məşqçi potensialıma, təcrübəmə yaxşı bələd idi və keçənilki çempionluqda böyük payım olduğunu bildirərək digər qapıçını yoxlamaq istəmişdi".

Qapıçı əsas rəqiblərindən olan "Neftçi" İK-nın gücləndiyini xüsusi vurğulayıb:

"İkinci dövrədə rəqibi 5:4 hesabı ilə məğlub etdik, lakin sonuncu qarşılaşmada bəxt amili də rol oynadı. Hesabda öndə olsaq da, ani səhvlər və avtoqol vəziyyəti dəyişdi. Sonda riskə gedib beşinci oyunçu ilə hücum edərkən boş qapımızda dördüncü topu gördük. Etiraf etmək lazımdır ki, "Neftçi" İK hazırda çox güclüdür, heyətində 6 braziliyalı legioner var və onları zəif rəqib hesab etmək olmaz".

Sonda çempionluq yarışına toxunan milli üzvü nikbinliyi qoruduqlarını bildirib:

"Keçən il bundan da çətin vəziyyətdə olsaq da, çempionluğu bayram etdik. Hazırda hər şey öz əlimizdədir, kimsənin nəticəsindən asılı deyilik. Meydana çıxıb qələbələri sıralamalıyıq. Məqsədimiz 20-ci dəfə Azərbaycan çempionu tituluna sahib çıxmaqdır".

Qeyd edək ki, Azərbaycan Yüksək Liqasının XV turunda baş tutan "Araz-Naxçıvan" – "Neftçi" İK matçında Bakı klubu 4:2 hesabı ilə qələbə qazanıb.

Türkiyə klubunun daha 6 xalı silinib

Türkiyənin "Adana Dəmirspor" komandasının daha 6 xalı silinib.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.

FIFA İntizam Komitəsi bu barədə qərar qəbul edib.

Qeyd edək ki, I Liqada çıxış edən "Adana Dəmirspor"un bu mövsüm ümumilikdə 60 xalı silinib. Komanda hazırda -57 xalla turnir cədvəlinin 20-ci pilləsində qərarlaşıb.

Brunu Gimaraeş "Nyukasl"da qalmaq qərarına gəlib

İngiltərənin "Nyukasl" klubunun futbolçusu Brunu Gimaraeş gələcək karyerası ilə bağlı qərarını verib.

"Report" "Newcastle Chronicle"yə istinadən xəbər verir ki, 28 yaşlı braziliyalı yarımmüdafiəçi "Mançester Yunayted"in ciddi marağına baxmayaraq, hazırkı komandasını tərk etmək niyyətində deyil.

Futbolçunu "sağsağanlar"ın düşərgəsindəki mövcud vəziyyət tam qane edir.

Gimaraeşin klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Hazırda transfer dəyəri 75 milyon avro qiymətləndirilən yarımmüdafiəçi komandasının əsas heyət üzvlərindən hesab olunur.

Qeyd edək ki, təcrübəli oyunçu cari mövsümdə İngiltərə Premyer Liqasında keçirdiyi 23 qarşılaşmada 9 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

AFFA nümayəndələri UEFA-nın Konfransında iştirak ediblər

AFFA nümayəndələri Avstriyanın paytaxtı Vyanada keçirilən III "UEFA Grow" Konfransında iştirak edib.

Bu barədə "Report"a qurumun mətbuat xidmətindən bildirilib.

Tədbir milli assosiasiyaların kommunikasiya və marketinq rəhbərlərini bir araya gətirərək futbol kommunikasiyalarını, marketinq və kommersiya strategiyasını formalaşdıran əsas tendensiyaların müzakirəsinə həsr olunub.

Konfransda AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Murad Axundov və Kommersiya meneceri Kamran Kərimbəyov iştirak ediblər.

AMADA ilə Beynəlxalq Cüdo Federasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

AMADA ilə Beynəlxalq Cüdo Federasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

"Report" agentliyə istinadən xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının hüquqşünası Tamas Vass və antidopinq koordinatoru Andrea Ember Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) qonağı olublar.

Qonaqlar AMADA-nın fəaliyyəti ilə yaxından tanış olub, agentliyin təmiz idmanın təşviqi istiqamətində həyata keçirdiyi layihələr, əldə olunan nailiyyətlər və gələcək perspektivlər barədə məlumatlandırılıblar.

Qurum rəsmiləri Azərbaycanda təmiz və ədalətli idmanın inkişafı istiqamətində görülən işləri yüksək qiymətləndirərək, bu sahədə əldə olunan nailiyyətləri xüsusi vurğulayıblar.

Görüş çərçivəsində antidopinq sahəsində testetmə və təhsil istiqamətləri üzrə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər gələcəkdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edərək, birgə fəaliyyətin daha da gücləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıblar.

Azərbaycanın güləş yığmaları mühüm yarışlara müxtəlif məkanlarda hazırlaşır

Azərbaycanın güləş üzrə milliləri qarşıdan gələn mühüm yarışlara hazırlıqları müxtəlif məkanlarda davam etdirir.

Bu barədə "Report"a Güləş Federasiyasından bildirilib.

Qadın güləşi üzrə yığma Göygöldə təlim-məşq toplanışı keçir. Martın 22-də start götürən hazırlıq prosesi aprelin 4-dək davam edəcək. Göygöl Olimpiya İdman Kompleksində təşkil edilən toplanışda baş məşqçi əvəzi Toğrul Əsgərov, böyük məşqçi Ağahüseyn Mustafayev və məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında 12 güləşçi iştirak edir.

Sərbəst güləş üzrə U-20 millisi də eyni məkanda toplanışı davam etdirir. Martın 15-də başlayan məşqlər 14 gün davam edəcək. Toplanışda böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi altında 20 güləşçi yer alıb.

Yunan-Roma güləşi üzrə U-17 seçməsi martın 15-dən Qazaxıstanın Almatı şəhərində Özbəkistan, Türkmənistan və Tacikistan komandalarıyla birgə toplanış keçir. Ayın 26-dək davam edəcək hazırlıq prosesində böyük məşqçi Rafiq Hüseynov, məşqçilər Kamran Məmmədov və Zöhrab Abbasovun rəhbərliyi altında 22 güləşçi iştirak edir.

Bu yaş qrupu üzrə sərbəst güləş yığması isə Xaçmaza yollanacaq. Martın 27-dən aprelin 9-dək böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov, Yaşar Əliyev və Allahverdi Vəliyevin rəhbərliyi altında 30 idmançı Xaçmaz Olimpiya İdman Kompleksində qarşıdakı yarışlara hazırlaşacaq.

Kolumbiyanın "Milyonarios" klubunun 18 yaşlı futbolçusu vəfat edib

Kolumbiyanın "Milyonarios" klubunun gənclərdən ibarət komandasının yarımmüdafiəçisi Santyaqo Kastrilyon 18 yaşında dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Hadisə şənbə günü gənclər arasında keçirilən ölkə çempionatı matçı zamanı baş verib. Futbolçu qəfildən meydanda huşunu itirib. Ona dərhal tibbi yardım göstərilib, daha sonra isə təcili yardım maşını ilə xəstəxanaya çatdırılaraq kardioloqların nəzarəti altında reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, gənc idmançı özünə gəlməyib və vəfat edib. Klubdan verilən rəsmi açıqlamada Santyaqonun ailəsi, komanda yoldaşları və dostlarının əhatəsində son mənzilə yollandığı bildirilib.

Qeyd edək ki, Kastrilyon "Milyonarios"un əsas komandasında rəsmi debüt etməsə də, dəfələrlə oyunların iştirak ərizəsinə daxil edilmişdi.

AFFA Premyer Liqa klublarının akademiyalarına yerində ziyarət və qiymətləndirmə prosesini başa çatdırıb

"Ehtiyacların təhlili və dəstək prosesi" çəçivəsinin ilk mərhələsi olan Misli Premyer Liqası klublarının akademiyalarına 2026-cı il üzrə yerində ziyarət, geribildirim və fərdi qiymətləndirmə prosesi yekunlaşıb.

"Report" xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.

Klub akademiyalarının inkişafı üzrə məşqçi mütəxəssis-koordinator olan AFFA nümayəndəsi Sərxan Hüseynov tərəfindən geribildirim hesabatları klubların bir qisminə yerində ziyarət olunaraq, digər akademiyalarla isə onlayn formatda təqdimat və müzakirə sessiyaları şəklində təşkil edilib.

Ziyarətlərin və hesabatların məqsədi AFFA-nın növbəti mövsümdən tətbiq edəcəyi "5-Ulduz Akademiya İnkişaf Modeli" çərçivəsində akademiya və futbol məktəblərinin müxtəlif sahələr üzrə cari vəziyyətini qiymətləndirmək olub.

Hər bir akademiya ilə fərdi təqdimat, mövcud vəziyyətin şəffaf təhlili, güclü tərəflərin vurğulanması, inkişafa ehtiyacı olan istiqamətlər üzrə detallı geribildirim və növbəti addımların müzakirəsi həyata keçirilib. Ziyarətlər nəticəsində müəyyən edilən ehtiyaclara və akademiya rəhbərlərindən alınan geribildirimlərə uyğun olaraq AFFA tərəfindən klub akademiyalarına dəstək tədbirlərinin təqdim edilməsi planlaşdırılır.

Bu proses təkcə qiymətləndirmə deyil, həm də akademiyaların inkişafı üçün praktik dəstək mexanizmi yaratmağı hədəfləyir. Məqsəd Azərbaycan futbolunun bazasını təşkil edən uşaq və gənclər sisteminin uzunmüddətli, dayanıqlı və peşəkar şəkildə inkişaf etdirilməsidir.

Azərbaycan boksçuları Debretsendəki beynəlxalq turnirdə 4 medal qazanıblar

Azərbaycan boksçuları Macarıstanın Debretsen şəhərində keçirilən beynəlxalq turnirdə 4 medal qazanıblar.

"Report" xəbər verir ki, 19 ölkənin qatıldığı yarışda Azərbaycan millisinin üzvləri 2 gümüş və 2 bürünc medal əldə ediblər.

Amin Məmmədzadə (55 kq) ilə Həsən Osmanlı (80 kq) ikinci yeri tutub.

Nəbi İsgəndərov (70 kq) və Zeynəb Rəhimova (54 kq) isə turniri bürünc medalla başa vurub.

"Sevilya" Matias Almeydanı istefaya göndərəcək

İspaniya təmsilçisi "Sevilya" baş məşqçi Matias Almeydanı istafaya göndərəcək.

"Report" xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Klub rəhbərliyi artıq 52 yaşlı argentinalı mütəxəssislə bağlı qərarını verib. Bu addım komandanın son vaxtlar göstərdiyi zəif performans və ardıcıl məğlubiyyətlərlə əlaqələndirilir.

Almeyda 2025-ci ilin yayından "Sevilya"nı çalışdırır. Onun rəhbərliyi altında komanda meydana çıxdığı 32 matçda cəmi 10 qələbə qazanıb, 7 heç-heçə edib və 15 məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, hazırda "Sevilya" La Liqada 29 turdan sonra 31 xalla 15-ci pillədə qərarlaşıb. Komanda son dörd oyunda qələbə üzünə həsrətdir. Son iki qarşılaşmada meydanı məğlubiyyətlə tərk edib.

Messi cərimə zərbələrindən vurduğu qolların sayına görə Peleni geridə qoyub

"İnter Mayami"nin hücumçusu Lionel Messi MLS-də "Nyu-York Siti"yə qarşı keçirilən matçda (3:2) cərimə zərbəsindən vurduğu qolla dünya futbol tarixinə növbəti imzasını atıb.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı ulduz bu qolla karyerası ərzində cərimə zərbələrindən vurduğu qolların sayını 71-ə çatdırıb.

Bununla da o, əfsanəvi braziliyalı Peleni (70 qol) geridə qoyaraq, futbol tarixində cərimə zərbələrindən ən çox qol vuran futbolçular siyahısında ikinci pilləyə yüksəlib.

Hazırda bu siyahıda birinci yerdə 77 qolla digər braziliyalı Juninyo Pernambukano qərarlaşıb.

Qeyd edək ki, bu qələbədən sonra "İnter Mayami" 5 oyundan topladığı 10 xalla üçüncü pillədə qərarlaşıb. Eyni xala malik "Nyu-York Siti" isə ikinci yerdədir.

Henrik Ridström: "Nəriman və Qomes kimi futbolçular rəqabəti artırmalıdır"

"Kolambus Kryu"nun baş məşqçisi Henrik Ridströmün Nəriman Axundzadədən gözləntiləri böyükdür.

"Report" xəbər verir ki, mütəxəssis bu barədə "Toronto" ilə oyundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.

Baş məşqçi heyətdəki rəqabəti gücləndirməyin vacibliyini vurğulayıb:

"Bizim toparlanmaq, yaralarımızı sarımaq və bir araya gəlmək üçün vaxtımız var, lakin bunun üçün daha çox rəqabət lazımdır. Hazırda meydanda həddindən artıq çəkingən davranırıq. Ümid edirəm ki, Andre Qomes və Nəriman Axundzadə kimi komandaya yeni qoşulan futbolçular rəqabəti artırmaq üçün səviyyəmizi yüksəldə biləcəklər. Onların gəlişi ilə daha ciddi mübarizə aparmağımız çox vacibdir".

Qeyd edək ki, N.Axundzadə sözügedən qarşılaşmanın 88-ci dəqiqəsində meydana daxil olaraq MLS-də çıxış edən ilk azərbaycanlı futbolçu kimi tarixə düşüb. Qarşılaşma "Toronto"nun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Seymur Məmmədov: "Birbaşa Bakı"nın əsas üstünlüyü illərlə formalaşmış sabit heyətidir"

Minifutbol üzrə Azərbaycan çempionatının finalında "Zirə"min rəqibi olacaq "Birbaşa Bakı"nın əsas üstünlüyü illərlə formalaşmış sabit heyətidir.

Bunu "Report"a açıqlamasında "Zirə"nin minifutbol üzrə komandasının baş məşqçisi Seymur Məmmədov deyib.

Mütəxəssis ölkə çempionatının yarımfinalında məğlub etdikləri "Sumqayıt"la matçı dəyərləndirib:

"Əlbəttə ki, "Sumqayıt" komandası yarımfinala qədər gəlib çıxıbsa, deməli, güclü rəqibdir. Uşaqların istəyi, məşqçinin işi göz qabağındadır. Öz komandama gəlincə, uşaqların oyunu və qələbə əzmi məni qane etdi. Xırda detalları və səhvləri nəzərə almasaq, hər şey yaxşı idi, çünki səhvsiz futbol olmur".

Baş məşqçi finaldakı rəqibləri "Birbaşa Bakı"nın təcrübəsinə və sabit heyətinə diqqət çəkib:

"Birbaşa Bakı" dünya arenasında sözünü demiş komandalardandır. Onları digərlərindən fərqləndirən ən əsas cəhətlərdən biri illərdir bir yerdə oynamalarıdır. Hansı komandanın final matçına daha yaxşı hazır olduğu meydanda görünəcək. Hazırda şansları bərabər qiymətləndirirəm".

S.Məmmədov həlledici oyundan öncə heyətlə bağlı son durumu da bölüşüb:

"Heyətimizdə zədəli oyunçu yoxdur. İnşallah, finala qədər də olmaz və həlledici qarşılaşmaya tam heyətlə çıxarıq".

Aqil Nəbiyev: "İtkilərə baxmayaraq, Bolqarıstandan istədiyimiz nəticə ilə qayıdacağımıza inanıram"

Azərbaycanın U-17 millisi Bolqarıstanda keçiriləcək Avropa çempionatının seçmə mərhələsindən öncə heyətdə itkilərlə üzləşib.

Bunu "Report"a açıqlamasında millinin baş məşqçisi Aqil Nəbiyev deyib.

Mütəxəssis komandanın hazırlıq qrafiki və səfər planı barədə məlumat verib:

"Ayın 17-dən bir yerdəyik, toplanış artıq yekunlaşmaq üzrədir. Bu müddətdə bir neçə məhsuldar məşq geridə qalıb. Son hazırlığımızı tamamlayıb, Bolqarıstana yola düşəcəyik. Hər şey əvvəlcədən tutulmuş plan və proqram üzrə davam edir".

Baş məşqçi heyətdəki ciddi itkilər və kadr problemlərini qabardıb:

"Müəyyən sıxıntılar və kadr problemləri var. Birinci raunddan cəzalı olan və sarı vərəqə limitini dolduran iki futbolçumuz var ki, onlar bizə ilk oyunlarda kömək edə bilməyəcəklər. Bundan əlavə, əməliyyat olunan və müxtəlif zədələr səbəbindən Avropaya bizimlə gedə bilməyən oyunçular var. Əsas qapıçılarımızdan biri olan Rauf Əyyubovun bir yaş böyüklərin (U-19) heyətinə qoşulması da işimizə çətinlik yaradır. Lakin biz məşqçilər korpusu olaraq çalışırıq ki, bu çatışmazlıqları futbolçulara hiss etdirməyək və işimizi yüksək səviyyədə görək".

Rəqiblərin dərindən təhlil olunduğunu bildirən mütəxəssis qrupdakı hədəflərindən söz açıb:

"Martın 24-ü, 27-si və 30-da müvafiq olaraq Bolqarıstan, Litva və Malta yığmaları ilə qarşılaşacağıq. Hər üç rəqibi təhlil etmişik, onların güclü və zəif tərəflərini müəyyənləşdirmişik. Bizim üçün start oyunu olan Bolqarıstanla matç çox vacibdir. İlk oyunda yaxşı nəticə qazanmalıyıq ki, növbəti görüşlərə daha yüksək motivasiya ilə çıxaq. Məqsədimiz qrupda ilk pillələrdən birini tutmaqdır. Komandaya, futbolçulara güvənirəm. İnanıram ki, Bolqarıstandan istədiyimiz nəticə ilə qayıdacağıq".

İlkin Qurbanov: "Əsas hədəfim bürünc medalı qızılla əvəzləməkdir"

Serbiyanın Zrenyanin şəhərində təşkil olunan güləş üzrə U-23 Avropa çempionatında bürünc medal qazanan İlkin Qurbanov 63 kq çəki dərəcəsində ilk beynəlxalq yarışını keçirib.

Bu barədə idmançı "Report"a açıqlamasında bildirib.

O, yeni çəki dərəcəsində debüt etməsinə baxmayaraq, nəticədən razı qaldığını qeyd edib:

"Şükür Allaha ki, Vətənə medalsız qayıtmırıq. Hər bir idmançı kimi bura qızıl medal üçün gəlmişdik, amma qismət belə oldu. Məşqçilərin mənə verdiyi şansı az da olsa, doğrultdum. Bu, 63 kq çəkidə ilk mötəbər yarışım idi. Əvvəllər 60 kq-da güləşirdim. Buna baxmayaraq, bürünc medal qazanmağı bacardım. Dəstəyə görə Azərbaycan Güləş Federasiyasına, şəxsi məşqçimə, həmçinin MOİK klubuna və ailəmə təşəkkür edirəm".

İlkin Qurbanov bürünc medal uğrunda keçirdiyi çətin görüşdən və rəqibindən söz açıb:

"Ən çətin görüşüm elə bürünc medal uğrunda gürcü rəqibimə qarşı oldu. O, əslində 67 kq çəkidə yarışan idmançıdır və bura gəlmək üçün çox çəki salmışdı. Məşqçilərim mənə tapşırdı ki, rəqib həddindən artıq çəki saldığı üçün onu temp və fəal güləşlə yormaq lazımdır. Mən də tapşırığa əməl etdim, rəqibi yordum və qalib gəldim".

Güləşçi növbəti əsas hədəfinin dünya çempionluğu olduğunu vurğulayıb:

"Hazırlıq üçün hər bir şəraitimiz var idi, Göygöldə və Bakıda yüksək səviyyəli təlim-məşq toplanışları keçmişdik. İndi qarşıda zamanımız var. Əsas hədəfim bu bürünc medalı oktyabrda keçiriləcək U-23 dünya çempionatında qızılla əvəzləməkdir. Hər bir idmançı kimi, mənim də ən böyük arzum Avropa, dünya və olimpiya çempionu olmaqdır".

Qeyd edək ki, İ.Qurbanov bürünc medal uğrunda görüşdə gürcüstanlı Rati Kozrevanidzeni 8:3 hesabı ilə məğlub edib.

Fərid Sadıxlı: "Dünya çempionatında qızıl medal qazanacağıma inanıram"

Serbiyanın Zrenyanin şəhərində keçirilən U-23 Avropa çempionatında gümüş medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Fərid Sadıxlı (55 kq) qarşıdan gələn dünya çempionatında səhvlərini təkrarlamamağa çalışacaq.

"Report"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, güləşçi bunu final görüşündən sonra deyib.

O, müəyyən səhvlərə yol verdiyi üçün qızıl medal qazana bilmədiyini söyləyib:

"Bəzi səbəblər, əksikliklər olduğu üçün qızıl medalı əldən verdim. Xalımız bərabər - 3:3 oldu. Amma müəyyən səhvlərə yol verdim. Bu rəqibimlə növbəti qarşılaşmada ümid edirəm ki qələbə mənim olacaq. Qarşıdan dünya çempionatı gəlir. Səhvlərimi təkrarlamamağa çalışacağam".

İdmançı Avropa çempionatında keçdiyi yolla bağlı təəssüratlarını da bölüşüb:

"Yarışa yaxşı hazırlaşmışdım. İlk rəqibim çexiyalı idi. Onun üzərində təmiz qələbə qazandım. Rumıniyalı idmançı ilə görüşdə hesabda geridə olsam da sonradan onu "tuşe" ilə məğlub etdim. Yarımfinalda gürcü idmançını mübarizədən kənarlaşdıraraq finala yüksəldim".

F.Sadıxlı növbəti hədəflərindən söz açıb:

"Növbəti hədəfim U-23 dünya çempionatıdır. İnanıram ki qızıl medal qazanacağam. Burda avropalı rəqiblərimdən yalnız rusiyalı idmançı ilə başa baş mübarizə apardım. Asiyadan isə kimlərin gələcəyini bilmirəm. Amma çalışacağam bütün rəqiblərimə qalib gəlim".

Qeyd edək ki, Fərid Avropa çempionatının finalında rusiyalı Alibek Amirova məğlub olub.

❌