Normal view

Dünən — 14 Avqust 2026

Kolleclərə ixtisas seçiminin nəticələri <span style="color: #ff0000;">AÇIQLANDI</span>

Dövlət İmtahan Mərkəzi ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib.

Bu barədə Moderator.az-a DİM-dən məlumat verilib.

Bildirilib ki, abituriyentlər müsabiqə nəticələri ilə buradan tanış ola bilərlər.

Abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:

Təhsil forması

Qəbul planı

Qəbul olunub

Qəbulolma

faizi

   

Azərbaycan bölməsi

Rus

bölməsi

Bölmələr üzrə cəmi

Dövlət ödənişsiz

2499

2355

81

2436

97.48

Dövlət ödənişli

3481

3124

103

3227

92.70

Özəl (Bakı İlahiyyat Kolleci ilə birlikdə)

230

201

29

230

100.00

Cəmi

6210

5680

213

5893

94.90

ÜMUMİ ORTA TƏHSİL BAZASINDA ORTA İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİNƏ QƏBUL OLAN ABİTURİYENTLƏRİN SAYI HAQQINDA MƏLUMAT

Təhsil forması

Qəbul planı

Qəbul olunub

Qəbulolma

faizi

   

Azərbaycan bölməsi

Rus

bölməsi

Bölmələr üzrə cəmi

Xüsusi qabiliyyət tələb etməyən ixtisaslar

5090

4951

139

5090

100.00

Xüsusi qabiliyyət tələb edən ixtisaslar

1120

729

74

803

71.70

Cəmi

6210

5680

213

5893

94.90

Qəbul olunanlar orta ixtisas təhsili müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər. Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti "mygov" platformasında istifadəyə verilib. Qeydiyyat 19 avqust saat 15:00-dan 31 avqust saat 18:00-dək davam edəcək.

Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın "Xidmətlər" bölməsinin "Qurumlar" kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı" xidmətinə keçid etməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.

Sırağagün

Rektor: Qarabağ Universiteti layiqli vətəndaş yetişdirmək missiyasını daşıyır

Qarabağ Universiteti yalnız müasir və peşəkar mütəxəssislər hazırlamır, eyni zamanda layiqli vətəndaş yetişdirmək missiyasını da daşıyır.

"Report"un Zəngilana ezam olunan müxbiri xəbər verir ki, bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov Gənclərin VII Yay Düşərgəsinin açılış mərasimində deyib.

O bildirib ki, bu tədris ilində Qarabağ Universitetində 49 ixtisas üzrə tələbə qəbulu həyata keçiriləcək:

"Universitet dedikdə ilk növbədə gənclər yada düşür. Burada verilən təhsilin nəticəsində həm Vətənini sevən, milli dəyərlərinə bağlı vətəndaşlar, həm də Azərbaycanı beynəlxalq aləmdə layiqincə təmsil edə biləcək peşəkar mütəxəssislər yetişəcək".

MİQ üzrə nəticələr açıqlanıb

Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi üzrə nəticələr açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Təhsil İnstitutu məlumat yayıb.

Qeyd olunub ki, nəticələr namizədlərin şəxsi kabinetlərinə göndərilib.

Məlumata görə, 14-18 iyulda dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi keçirilib. 35 imtahan mərkəzində baş tutmuş imtahanlarda ümumilikdə 33 mindən çox namizəd iştirak edib, davamiyyət göstəricisi 96 % təşkil edib.

İmtahanlar yekunlaşdıqdan sonra sualların məzmunu ilə bağlı daxil olan bütün müraciətlər aidiyyəti üzrə ekspertlər tərəfindən yenidən nəzərdən keçirilib və bəzi suallarda səhvlərin olduğu qeyd edilib.

Belə ki, biologiya fənni üzrə 1, coğrafiya fənni üzrə 1, rus dili və ədəbiyyatı fənni üzrə 1, kimya fənni üzrə Azərbaycan bölməsində 1, rus bölməsində 3, musiqi fənni üzrə rus bölməsində 1 test tapşırığı ilə bağlı qiymətləndirməyə təsir edən uyğunsuzluq müəyyən olunub. Həmin səhvlər nəzərə alındıqdan sonra həmin test tapşırıqları üzrə bal düzəlişləri müvafiq fənlər üzrə namizədlərin xeyrinə hesablanıb.

Yenilənmiş nəticələr artıq namizədlərin şəxsi kabinetlərinə göndərilib. Namizədlər miq.edu.az saytında şəxsi kabinetlərinə daxil olaraq yenilənmiş nəticələrlə tanış ola bilərlər.

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir.

"Report" xatırladır ki, bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanına əsasən təsis edilib.

Ulu Öndər fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.

1977-ci ildə SSRİ-nin yeni Konstitusiyası təsdiq edilən zaman oraya dövlət dili haqqında maddənin salınmaması ilə heç cür barışmayan Ümummilli Lider bu məsələdə sonadək prinsipial mövqeyini göstərib.

1978-ci il aprelin 2-də doqquzuncu çağırış Ali Sovetin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş yeddinci sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təkidi ilə 73-cü maddəni yeni dəyişikliklə vermək qərara alınır. Bu dəyişiklik Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dilinin Azərbaycan dili olduğunu əks etdirir.

H.Əliyev 2001-ci il iyulun 18-də "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında", həmin il avqustun 9-da isə "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" fərmanlar imzalayıb. 2003-cü il yanvarın 2-də isə Heydər Əliyevin Fərmanı ilə "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Qanunda dövlətin ana dilinə qayğısı istiqamətində əsas vəzifələr dəqiq göstərilib.

Prezident İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncamı ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Bundan başqa, həmin il yanvarın 14-də "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 2007-ci il dekabrın 30-da "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamlar imzalanıb.

Prezident "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı"nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edib.

Dövlət Proqramının məqsədi 2013-2020-ci illər ərzində Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur. Dövlət başçısının "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 2018-ci il 1 noyabr tarixli Fərmanın təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və ana dilinin inkişafına yönəlmiş məqsədyönlü dil siyasətinin uğurlu davamıdır.

Magistraturaya qəbul olunanlar 12 avqust saat 18:00-dək qeydiyyatdan keçməlidirlər

Magistraturaya qəbul olunanlar 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər.

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı daha sonra DİM tərəfindən elan ediləcək. Bundan əlavə, qəbul imtahanından sonra ADA Universiteti, UFAZ, MDU-nun Bakı filialı və digər xüsusi ali təhsil müəssisələrinin prosedurları ilə 500-dən çox bakalavr magistraturaya qəbul olunub.

"Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına əsas yerləşdirmənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15 721 bakalavrdan 13 845-i magistraturaya qəbul olunub. Qəbul olunanlardan 6 580 nəfər dövlət sifarişi, 52 nəfər dövlət hesabına, 7 213 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Qəbul olunanların 10 510-u cari ilin, 3 335-i isə əvvəlki illərin məzunlarıdır", - sədr qeyd edib.

DİM-in məlumatına görə, ötən illə müqayisədə ixtisaslaşma seçimində iştirak edənlərin sayı 166, qəbul olunanların sayı isə 399 nəfər artıb. Ödənişsiz əsaslarla təhsil almaq imkanı qazananların sayı da 834 nəfər çox olub.

Bu il magistraturaya ayrılan 17 658 plan yerinin 13 845-i dolub ki, bu da ümumi planın 78,41 faizi deməkdir. Plan yerlərinin 3 813-ü isə vakant qalıb. DİM bildirib ki, plan yerlərinin bir hissəsinin boş qalacağı əvvəlcədən gözlənilən idi, çünki ixtisaslaşma seçimi edən bakalavrların sayı plan yerlərindən az olub.

"Qəbul 67 proqram üzrə aparılıb. Maşın mühəndisliyi, nəqliyyat mühəndisliyi, su bioehtiyatları və akvakultura, balıqçılıq, əczaçılıq, nəqliyyatda servis, aerokosmik mühəndislik və yanğın təhlükəsizliyi mühəndisliyi proqramlarında plan yerləri tam dolub. Mədən mühəndisliyi, tərcümə, kitabxanaçılıq, regionşünaslıq, hava nəqliyyatı, səhiyyə, biotexnologiya və incəsənət sahələrində isə plan yerlərinin 50 faizdən çoxu boş qalıb", - M.Abbaszadə vurğulayıb

DİM sədri bildirib ki, ali təhsil müəssisələri arasında Dövlət Gömrük Komitəsinin Akademiyası və Fövqəladə Hallar Nazirliyinin Akademiyasında plan yerləri tam dolub:

"Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti və Milli Aviasiya Akademiyasında isə plan yerlərinin doluluq səviyyəsi 90 faizdən çox olub".

Məleykə Abbaszadə: 150–200 bal toplayan abituriyentlərin I və II ixtisas qruplarında seçim imkanı geniş olacaq

150–200 bal toplayan abituriyentlər I və II ixtisas qruplarında daha geniş seçim imkanına malik olacaqlar.

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzi (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, ötən il I ixtisas qrupunda 150 balla qəbul aparılan 11 ixtisas var idi:

"Onlardan 7-si kənd təsərrüfatı, 4-ü isə RK (Riyaziyyat İnformatika) altqrupuna aid idi. Bu il həmin siyahı genişləndirilir. Rİ altqrupuna aid daha iki ixtisas - Kompüter mühəndisliyi və İnformasiya texnologiyaları siyahıya əlavə edilir. Beləliklə, Rİ altqrupunda 150–200 bal toplayan abituriyentlər də bu ixtisasları seçə biləcəklər. II ixtisas qrupunda da təxminən 7 yeni ixtisas 150 ballıq ixtisaslar siyahısına əlavə olunub. 150–200 bal toplayan abituriyentlər I və II ixtisas qruplarında daha geniş seçim imkanına malik olacaqlar".

DİM sədri vurğulayıb ki, III və IV ixtisas qruplarında isə hər hansı dəyişiklik yoxdur:

"Keçən il qüvvədə olan siyahı bu il də saxlanılıb və əlavə edilməyib. Düşünürəm ki, bu yenilik I və II ixtisas qrupunun abituriyentləri üçün kifayət qədər sevindirici xəbərdir".

DİM sədri: l ixtisas qrupu üzrə keçid ballarının artacağı gözlənilir

Bu il l ixtisas qrupu üzrə 300–400 bal intervalında keçid ballarının artacağı gözlənilir.

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, l ixtisas qrupu üzrə 600-dən yuxarı keçid balı olan ixtisaslarda keçid ballarının 1–2 bal azalacağı gözlənilir: "500–600 bal intervalında isə təxminən 16 bala qədər azalma müşahidə oluna bilər. 400–500 bal aralığında da keçid ballarının təxminən 5 bal aşağı düşəcəyi proqnozlaşdırılır. Bunun əksinə olaraq, 300–400 bal intervalında keçid ballarının artacağı gözlənilir. Çünki bu bal aralığında nəticə göstərən abituriyentlərin sayı artıb və bu da müsabiqə şəraitinə təsir göstərə bilər".

DİM sədri vurğulayıb ki, II ixtisas qrupu üzrə bütün bal intervallarında keçid ballarında cüzi azalma proqnozlaşdırılır: "Bu azalma əsasən 1–3 bal arasında dəyişə bilər. 300–400 bal intervalında isə keçid ballarının 12 bala qədər aşağı düşməsi mümkündür. Lakin 200–300 bal aralığında vəziyyət fərqlidir. Bu intervalda nəticə göstərən abituriyentlərin sayı artdığı üçün müsabiqə güclənə bilər və nəticədə keçid ballarında 3–4 ballıq artım gözlənilir".

M.Abbaszadənin sözlərinə görə, III ixtisas qrupu üzrə 600-dən yuxarı keçid balı olan ixtisaslarda balların 3–4 bal azalması mümkündür: "Ancaq 500–600 bal intervalında nəticələr daha sıxdır və burada keçid ballarının 3–4 bal artacağı ehtimal edilir. Eyni zamanda 400–500, 300–400 və 200–300 bal intervallarında da keçid ballarının təxminən 1–8 bal artacağı proqnozlaşdırılır. IV ixtisas qrupu üzrə isə müsabiqə vəziyyəti daha gərgindir. Hazırda apellyasiya nəticələri açıqlanmasa da, artıq 1000-dən çox abituriyent 600-dən yuxarı bal toplayıb. Buna görə də 600-dən yuxarı keçid balı olan ixtisaslarda keçid ballarının 15–17 bala qədər artacağı gözlənilir".

"Məsələn, ötən il hər hansı bir ixtisasa 605 balla qəbul mümkün idisə, bu il həmin ixtisasa qəbul üçün daha yüksək bal tələb oluna bilər. 500–600 bal intervalında da keçid ballarında artım gözlənilir. Bununla yanaşı, 400–500 bal intervalında keçid ballarının ötən illə müqayisədə əsasən sabit qalacağı, 200–300 bal intervalında isə müəyyən qədər azalacağı proqnozlaşdırılır"- DİM sədri əlavə edib.

Professor İsfəndiyar Ağayevin "Cinayət hüququ. Ümumi hissə" adlı kitabı təqdim olunub

Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində hüquq elmləri doktoru, professor İsfəndiyar Ağayevin "Cinayət hüququ. Ümumi hissə" adlı kitabının təqdimat mərasimi keçirilib.

"Report"un məlumatına görə, mərasimdə çıxış edən müəllif kitabın ərsəyə gəlməsi və ideyası ilə bağlı fikirlərini bölüşüb.

O, nəşri hüquq elmi ilə bağlı bütün sualların cavabı və izahı kimi qiymətləndirdiyini bildirib.

Vəkillər Kollegiyasının sədr müavini Şahmar Məmmədov professor İsfəndiyar Ağayevin "Cinayət hüququ. Ümumi hissə" kitabının yenidən nəşr edilməsini və təqdimatını hüquq elmi üçün əlamətdar hadisə hesab etdiyini vurğulayıb.

O, kitabın bundan sonra da hüquq müstəvisində əsas istinad mənbələrindən birinə çeviriləcəyinə inamını ifadə edib.

Sonra digər qonaqlar da kitab barəsində fikirlərini bölüşüblər.

Qeyd edək ki, kitabda cinayət hüququnun ümumi hissəsinə aid nəzəri və praktiki məsələlər müasir hüquqi yanaşmalar əsasında şərh olunub. Müəllif kitabda milli qanunvericiliklə yanaşı beynəlxalq hüquq təcrübəsinə də geniş yer verib.

Xatırladaq ki, İ.Ağayev cinayət hüququ, beynəlxalq cinayət hüququ və cəza-icra hüququ sahələrində 20-dən çox kitabın və 200-dən çox elmi məqalənin müəllifidir. Onun elmi əsərləri Azərbaycandan kənarda da nəşr olunub və beynəlxalq elmi dairələrdə istinad mənbələri kimi istifadə edilir.

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il avqustun 2-də dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə qrupuna uyğun vəzifələr üzrə qəbul imtahanı keçiriləcək.

Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, imtahanda iştirak etmək üçün 1125 namizəd qeydiyyatdan keçib.

Namizədlər bu linkə daxil olub "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər. Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni mütləq gətirməlidirlər.

İmtahan iki növbədə təşkil olunur. Birinci növbə imtahan saat 10:00-da, ikinci növbə isə 16:00-da başlayacaq. Müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmır.

İmtahanların keçirilməsi üçün 12 zal admini, 73 nəzarətçi və 11 buraxılış rejimi əməkdaşı ayrılıb

Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib

Türkiyə-Azərbaycan Universitetinə ilk rektor təyin edilib.

"Report" "Azərbaycan müəllimi" qəzetinə istinadən xəbər verir ki, universitetin Himayəçilər Şurasının qərarı, elm və təhsil nazirinin müvafiq əmri ilə Nəcibə Nəsibova ali təhsil müəssisəsinin rektoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Nəcibə Nəsibova 1992-2026-cı illərdə Azərbaycanın Türkiyədəki səfirliyində təhsil müşaviri vəzifəsində işləyib.

Xatırladaq ki, Türkiyə-Azərbaycan Universiteti Elm və Təhsil Nazirliyi ilə Türkiyənin Ali Təhsil Şurası arasında imzalanmış memorandum əsasında, iki ölkə arasında ali təhsil və elmi-tədqiqatlar sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi, ali təhsil sistemlərinin qarşılıqlı zənginləşdirilməsi, ortaq akademik potensialın gücləndirilməsi və beynəlxalq rəqabətqabiliyyətli kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb.

Universitetə tələbə qəbulu 2024-2025-ci tədris ilindən etibarən aparılmağa başlanılıb. Universitetdə texniki və texnoloji ixtisaslar qrupu üzrə üç ixtisas – "Kompüter mühəndisliyi", "Qida mühəndisliyi", "Sənaye mühəndisliyi" ixtisasları üzrə mütəxəssis hazırlığı aparılır. "Kompüter mühəndisliyi" ixtisasında Orta Doğu Tekniki Universiteti, "Qida mühəndisliyi" ixtisasında Hacettepe Universiteti, "Sənaye mühəndisliyi" ixtisasında isə mütəxəssis hazırlığı İstanbul Texniki Universitetinin professor-müəllim heyəti tərəfindən aparılır. Azərbaycan tərəfdən tərəfdaş universitet qismində prosesə Azərbaycan Texniki Universiteti cəlb olunub. Universitetdə təhsil yalnız dövlət sifarişi əsasında həyata keçirilir.

Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırılıb

Bakı Qızlar Universitetinin fəaliyyəti dayandırılıb.

Bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, iyulun 10-da keçirilmiş Akkreditasiya Şurasının iclasında Bakı Qızlar Universiteti üzrə müvafiq Akkreditasiya Komissiyaları tərəfindən hazırlanmış institusional və proqram akkreditasiyası üzrə yekun qiymətləndirmə hesabatları müzakirə edilib.

Aparılmış müzakirələrin və səsvermənin nəticələrinə əsasən, ali təhsil müəssisəsinin institusional və proqram akkreditasiyası üzrə yekun nəticə "uyğun deyil" olaraq qiymətləndirilib və Bakı Qızlar Universitetinin akkreditasiya olunmuş hesab edilməməsi barədə qərar qəbul edilib.

Qərar universitetdə aparılmış qiymətləndirmə zamanı ali təhsil müəssisəsinin fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən, dövlət təhsil standartlarının, normativ hüquqi aktların və keyfiyyət təminatı tələblərinin yerinə yetirilməsində ciddi uyğunsuzluqların müəyyən edilməsi əsasında qəbul olunub.

Akkreditasiya Şurasının qərarı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"nın 4.37-ci bəndi nəzərə alınaraq, Elm və Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisəsinin təhsil fəaliyyətinin icrasının dayandırılması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş prosedurlara başlanılıb.

Bununla əlaqədar olaraq, qiymətləndirmə zamanı aşkar edilmiş uyğunsuzluqların xarakteri və miqyası, onların ali təhsil müəssisəsinin fəaliyyətinin əsas istiqamətlərinə təsiri, habelə qısa müddətdə aradan qaldırılmasının mümkünlüyünü təsdiq edən əsaslı sübutların olmadığı nəzərə alınaraq, "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq, təhsil müəssisəsinə verilmiş lisenziyanın dayandırılması və ya ləğv edilməsi məsələsinə baxılması üçün lisenziya verən səlahiyyətli orqana müvafiq təqdimat göndərilib.

İqtisadiyyat Nazirliyinin 30 iyul 2026-cı il tarixli 92 nömrəli Sərəncamı ilə "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Qanununa uyğun olaraq, Bakı Qızlar Universitetinə verilmiş 2018-ci il 11 sentyabr tarixli EL-358/2018 nömrəli lisenziyanı ləğv edib.

Göstərilənlər nəzərə alınaraq, Elm və Təhsil Nazirliyi tərəfindən Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları"nın 4.37-ci bəndi nəzərə alınaraq, Bakı Qızlar Universitetində təhsil alan tələbələrin təhsilinin fasiləsizliyinin və təhsil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə ixtisaslarına uyğun köçürülməsi təmin ediləcək.

İqtisadiyyat Nazirliyinin məsələ ilə bağlı yaydığı məlumata əsasən, universitetin lisenziyası iyulun 22-də dayandırılıb və ötən müddət ərzində "Bakı Qızlar Universiteti" MMC tərəfindən dayandırılmaya əsas olan lisenziya şərtlərinin pozulması hallarının aradan qaldırılması barədə əlavə məlumat təqdim edilməyib.

Məleykə Abbaszadə V "Yüksəliş" müsabiqəsinin qalibləri ilə növbəti görüş keçirib

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə beşinci "Yüksəliş" müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Elnur Məmmədli və Elnur Mirzəzadə ilə növbəti görüş keçirib.

Bu barədə "Report"a DİM-dən məlumat verilib.

Bildirilib ki, görüş zamanı qaliblər mentorluq proqramı çərçivəsində müşahidəçi qismində iştirak etdikləri imtahanlarla bağlı təəssüratlarını paylaşıblar. Daha sonra mentilərin irəli sürdükləri fikir və təkliflər müzakirə edilib.

M.Abbaszadə mentilərin yeni layihələrə cəlb edilməsi yolu ilə qiymətləndirmə prosesləri, peşəkar inkişaf və liderlik bacarıqlarının formalaşdırılması üçün öz tövsiyələrini bölüşüb.

Görüşün sonunda növbəti mərhələyə kimi mentilərin üzərində işləyəcəkləri tapşırıqlar müəyyən edilib.

Xatırladaq ki, M.Abbaszadə "Yüksəliş" müsabiqəsinin Təşkilat Komitəsinin üzvüdür. Bundan əlavə, müsabiqə zamanı istifadə olunan müəyyən qiymətləndirmə alətləri DİM tərəfindən hazırlanır.

Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artıb

"Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların Təsnifatı"nda dəyişiklik edilib.

"Report" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərarla ədalət mühakiməsi hüququ, hava hüququ və hava məkanının təhlükəsizliyi, mədəniyyət hüququ ixtisasları sözügedən təsnifata daxil edilib.

Elçin Babayev: Bu günədək 400-dən çox vyetnamlı tələbə Bakı Dövlət Universitetini bitirib

Onilliklər ərzində 400-dən çox vyetnamlı tələbə Bakı Dövlət Universitetini (BDU) bitirib.

"Report" xəbər verir ki, bu barədə BDU-nun rektoru Elçin Babayev Bakıda Vyetnam Günləri layihəsi çərçivəsində keçirilən "Vyetnam - kimliyin melodiyası" adlı musiqili-mədəni proqramda açılış nitqi zamanı məlumat verib.

Rektor bildirib ki, BDU Vyetnamın ali təhsil müəsissələri ilə birgə tədqiqat layihələrinin həyata keçirilməsi, akademik mobillik, tələbə və müəllim mübadiləsi, beynəlxalq konfranslar, doktorantura təhsili və birgə təhsil proqramlarının inkişafı istiqamətində böyük potensial görür.

Elçin Babayev diqqətə çatdırıb ki, tarixi məlumatlara əsasən, 4000-dən çox vyetnamlı tələbə və mütəxəssis Azərbaycandakı ali təhsil müəssisələrində təhsil alıb:

"Bakı Dövlət Universiteti bu təhsil əməkdaşlığının mühüm mərkəzlərindən biri olub və onilliklər ərzində 400-dən çox vyetnamlı tələbə BDU-nu bitirib. Həmin tələbələr hüquq, geologiya, fizika, riyaziyyat, şərqşünaslıq, kimya və biologiya kimi müxtəlif sahələrdə təhsil alıblar. Məzunların bir çoxu sonradan Vyetnamın dövlət idarəçiliyi, parlament, elm, təhsil və digər sahələrində mühüm vəzifələr tutublar".

Rektor hazırda Vyetnam ali təhsil sisteminin dinamik şəkildə inkişaf etdiyini və beynəlxalq səviyyədə getdikcə daha çox tanındığını vurğulayıb:

"Bir sıra Vyetnam universitetləri nüfuzlu qlobal reytinqlərdə təmsil olunur ki, bu da institusional tərəfdaşlıq üçün geniş imkanlar yaradır. Bakı Dövlət Universiteti də özünün beynəlxalq və elmi-tədqiqat fəaliyyəti üzrə mövqeyini gücləndirir. 16 fakültəsi və təxminən 25 000 tələbəsi olan universitetimiz Vyetnam qurumları ilə əməkdaşlıq üçün geniş akademik bazaya malikdir".

Gələn həftə kolleclərə ixtisas seçimi başlayır

9 illik təhsil bazasından kolleclərə ixtisas seçimi avqustun 3-də başlayır.

Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ixtisas seçimi avqustun 9-dək aparılacaq.

"Abituriyent" jurnalının 3-cü nömrəsini və "Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2025-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları"nı nəşr edib.

Məleykə Abbaszadə: Magistraturaya qəbul üzrə ayrılmış plan yerlərinin 78,41 %-i dolub

Bu il magistraturaya qəbul üzrə ayrılmış 17 658 plan yerinin 13 845-i (78,41 %-i) dolub.

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, ümumilikdə 23 ali təhsil müəssisəsində plan yerlərinin 70 %-dən çoxu dolub:

"Onlardan 7-də qəbul göstəricisi 90 faizdən yuxarıdır. Qəbul proqramları üzrə də oxşar mənzərə müşahidə olunur. 45 proqram üzrə plan yerlərinin 70 faizdən çoxu, 8 proqram üzrə isə bütün plan yerləri dolub. Qəbul olunanların qeydiyyatı başa çatdıqdan sonra hazırda boş qalan 3 813 plan yeri, eləcə də qeydiyyatdan keçməyən bakalavrlar səbəbindən boş qalan yerlərlə bağlı ayrıca məlumat paylaşacağıq. Həmin yerlər üzrə yenidən müsabiqə keçiriləcək".

Magistratura imtahanının nəticələri elan olunub

Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunmaq üçün keçirilən müsabiqənin nəticələri elan olunub.

"Report" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə ixtisaslaşma seçimi ərizəsi səhifəsindəki "7 rəqəmli kod"u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Qəbul olunanların siyahısı sabah günün ikinci yarısında "Magistr" jurnalının 5-ci sayında dərc olunacaq.

Müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 15721 bakalavrdan 13845 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 6580 nəfər dövlət sifarişi, 52 nəfər dövlət hesabı, 7213 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. 10510 nəfər ali təhsil müəssisələrinin cari, 3335 nəfər isə əvvəlki illərin məzunudur.

Magistraturaya qəbul olmuş şəxslər 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək elektron qaydada https://my.gov.az/ platformasında qeydiyyatdan keçməlisiniz. Sizin qeydiyyatdan keçməməyiniz bu ixtisas üzrə təhsil almaqdan imtina kimi qiymətləndirilir.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı DİM tərəfindən elan olunacaq.

Magistraturaya qəbulun nəticələri sabaha qədər elan oluna bilər

Magistraturaya qəbulun nəticələrinin bu gün və ya sabah elan olunacağı gözlənilir.

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bundan sonra qəbul olunanların qeydiyyatı aparılacaq, daha sonra isə boş qalan plan yerlərinə ixtisas seçimi keçiriləcək.

DİM rəsmisi: Bu il 11 beynəlxalq dil sertifikatının saxta olduğu aşkarlanıb

Bu il yoxlanılmış beynəlxalq dil sertifikatlarından 162-si həqiqi hesab edilərək təsdiqlənib, 11 sertifikatın isə saxta və ya qeyri-şəffaf üsullarla əldə olunduğu müəyyən edildiyi üçün qəbul edilməyib.

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, son dövrlərdə qəbul imtahanlarında xarici dil üzrə beynəlxalq sertifikatlarla bağlı məsələlər tez-tez gündəmə gəlir:

"DİM-in öz xarici dil imtahanları mövcuddur. Bununla yanaşı, TOEFL, IELTS, Cambridge və digər beynəlxalq dil sertifikatları da müəyyən şərtlərlə qəbul olunur. Bu sertifikatların ekvivalentliyi və həqiqiliyinin yoxlanılması qaydaları 2023-cü ildə mərkəzin Direktorlar Şurasının qərarı ilə təsdiq edilib. Həmin qaydalara əsasən, təqdim olunan beynəlxalq dil sertifikatlarının həqiqiliyi yoxlanılır. Bu proseslə bağlı bəzən narazılıq və şikayətlər olur. Xüsusilə TOEFL Home Edition sertifikatları ilə bağlı müəyyən risklər mövcuddur. Bu imtahanlar sertifikatlaşdırılmış imtahan mərkəzlərində deyil, ev şəraitində keçirilir. Təəssüf ki, 2023-cü ildən etibarən həmin imtahanlarda bəzi hallarda qeyri-obyektiv və qeyri-şəffaf üsullardan istifadə edilməsi faktları aşkarlanıb".

V.Misirov vurğulayıb ki, buna görə də bu sertifikatları təqdim edən şəxslərin sənədləri qəbul olunarkən onların həqiqiliyi DİM-in müvafiq qaydalarına uyğun şəkildə əlavə yoxlamadan keçirilir:

"Education Testing Service (ETS) – Dövlət İmtahan Mərkəzinin sorğularına cavab olaraq bəzi sertifikatların həqiqətən də saxta və ya qeyri-qanuni yollarla əldə edildiyini təsdiqləyib. Buna görə də həmin sertifikatların yoxlanılması tamamilə normal və zəruri prosedurdur. Bu il yoxlanılmış beynəlxalq dil sertifikatlarından 162-si həqiqi hesab edilərək təsdiqlənib, 11 sertifikatın isə saxta və ya qeyri-şəffaf üsullarla əldə olunduğu müəyyən edildiyi üçün qəbul edilməyib. Bu cür yoxlamalar qəbul prosesinin şəffaflığını və ədalətliliyini təmin etmək məqsədi daşıyır. Dünyanın bir çox nüfuzlu universitetləri də beynəlxalq sertifikatların həqiqiliyinin yoxlanılmasına xüsusi önəm verir".

Ali məktəblərə ixtisas seçiminə avqustun 10-dan sonra başlanılacaq

Ali təhsil müəssisələrinə ixtisas seçiminin avqustun 10-dan sonra başlanılması planlaşdırılır.

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin aparat rəhbəri Vəfadar Misirov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, yaxın üç gün ərzində imtahanlarla bağlı apellyasiya müraciətləri qəbul ediləcək:

"Daha sonra müraciətlər emal olunacaq. Paralel olaraq qabiliyyət imtahanları davam edəcək. Əksər qabiliyyət imtahanları yaxın üç gündə yekunlaşacaq. Lakin idman istiqaməti üzrə qabiliyyət imtahanları avqustun 7-dək davam edəcək və həmin tarixdə tam başa çatacaq. Bundan sonra əsas mərhələ olan ixtisas seçimi prosesi başlayacaq".

DİM rəsmisi əlavə edib ki, müsabiqə vəziyyətini düzgün qiymətləndirmək üçün ilk növbədə bal paylanması haqqında məlumatın olması vacibdir:

"Yəni məlum olmalıdır ki, hansı bal intervalında neçə nəfər abituriyent var, plan yerlərinin sayı nə qədərdir və müsabiqə hansı səviyyədə formalaşır. Bu məlumatlar avqust ayının əvvəlində nəşr olunacaq "Abituriyent" jurnalının 4-cü nömrəsində, həmçinin apellyasiya və qabiliyyət imtahanlarının nəticələri tam yekunlaşdıqdan sonra təqdim ediləcək broşuralarda yer alacaq. Həmin broşuralarda bal intervalları üzrə abituriyentlərin sayı və plan yerlərinin bölgüsü göstəriləcək. Bu məlumatlar əsasında abituriyentlər hansı bal intervalında nə qədər rəqabət olduğunu daha aydın görə biləcəklər. Nəticədə abituriyentlər öz topladıqları bala uyğun ixtisasları daha düzgün qiymətləndirərək, ixtisas seçimini daha rahat və daha düşünülmüş şəkildə həyata keçirə biləcəklər".

Vəfadar Misirov: Keçid ballarında ciddi dəyişiklik gözlənilmir

Ali təhsil müəsissələrinə qəbul üzrə keçid ballarında ciddi dəyişiklik gözlənilmir.

Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Aparat rəhbəri Vəfadar Misirov "Ali təhsil müəssisələrinin sərgisi"nin açılış mərasimində çıxışında deyib.

O bildirib ki, xüsusilə IV ixtisas qrupunda, əsasən tibb istiqamətini seçən abituriyentlər arasında müsabiqə daha yüksək olur:

"Burada bal intervalları üzrə abituriyentlərin sayı da dəqiq görünəcək. Ümumilikdə, IV qrup üzrə əsas rəqabət 600 və daha yuxarı bal toplayan abituriyentlər arasında gözlənilir. Digər qruplarda isə vəziyyət müəyyən qədər fərqlidir. Plan yerlərində və keçid ballarında ötən illə müqayisədə ciddi dəyişikliklər gözlənilmir. Yalnız müəyyən ixtisaslarda keçid ballarına uyğun kiçik dəyişikliklər ola bilər".

Aparat rəhbəri əlavə edib ki, sərgi çərçivəsində ənənəvi olaraq psixoloji testlər də təşkil olunacaq:

"Adətən, bu xidmət ödənişlidir, lakin sərgi keçirilən üç gün ərzində abituriyentlər peşə seçimi ilə bağlı psixoloji testlərdən ödənişsiz istifadə edə biləcəklər. Bundan əlavə, psixoloji dəstək xidməti də fəaliyyət göstərəcək. Psixoloqlar abituriyentlərlə görüşərək onlara ixtisas seçimi ilə bağlı fərdi məsləhətlər verəcəklər".

İyulun 12-də keçirilən qəbul imtahanında 17 nəfər maksimal bal toplayıb

İyulun 12-də keçirilən qəbul imtahanında 17 nəfər maksimal baş toplayıb.

Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər, IV ixtisas qrupu üzrə isə 15 nəfər göstərib. 400 bal toplayanların siyahısı ilə buradan tanış ola bilərsiniz.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimum 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

İyulun 12-də keçirilən qəbul imtahanının nəticəsi elan olunub

I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə iyulun 12-də keçirilmiş qəbul imtahanının nəticəsini elan edilib.

Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

İmtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.

Abituriyentlər imtahanın nəticəsi haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 30300 abituriyentdən (I qrup üzrə 24997 nəfər, IV qrup üzrə 5303 nəfər) 916 nəfər (I qrup üzrə 764 nəfər, IV qrup üzrə 152 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 16 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən 6057 abituriyentdən 1256 nəfər coğrafiya fənni üzrə imtahana gəlməyib.

Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər, IV ixtisas qrupu üzrə isə 15 nəfər göstərib. 400 bal toplayanların siyahısı ilə buradan tanış ola bilərsiniz.

I ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni 697.5 bal toplayan 2 nəfər – Bakı şəhəri Xətai rayonu Heydər Əliyev adına liseyin məzunu Həsənli Zəfər İlqar oğlu və Qubadlı rayonu Qəzyan kənd tam orta məktəbinin (Ə.Əliyev adına) məzunu Məhərrəmli Aysu Sakit qızı göstərib.

IV ixtisas qrupu üzrə hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni 700 bal toplayan Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Tağızadə Samir Hikmət oğlu göstərib.

Xatırladaq ki, imtahanın I mərhələsində maksimum 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.

məlumat yenilənir....

Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb

Sertifikasiya imtahanlarında 4 fənn üzrə 5 texniki səhv aşkarlanıb.

Bu barədə "Report"a Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, 7-25 iyun tarixlərində dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirilib. 35 imtahan mərkəzində baş tutan imtahanlarda ümumilikdə 22 mindən çox müəllim iştirak edib, davamiyyət göstəricisi 96 faiz təşkil edib.

Sertifikatlaşdırma prosesinə Azərbaycan dili, rus dili, Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyat, fransız dili, alman dili, təsviri incəsənət, musiqi, fizika, kimya, biologiya, riyaziyyat, coğrafiya, informatika, ingilis dili, ibtidai sinif, tarix, fiziki tərbiyə və texnologiya fənlərini tədris edən təhsilverənlər cəlb olunublar.

Test imtahanı mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbulu 26 iyul saat 12:00-da başa çatdıqdan sonra daxil olan bütün müraciətlər aidiyyəti üzrə ekspertlər tərəfindən yenidən nəzərdən keçirilib və test tapşırıqları ətraflı təhlil edilib. Ekspertlər test tapşırıqlarının tərtibatında müvafiq çərçivə sənədləri və tədris vəsaitləri ilə hər hansı bir uyğunsuzluq olmadığını müəyyənləşdiriblər. Eyni zamanda, bəzi suallarda texniki problemlərin olduğunu qeyd ediblər.

Belə ki, 24 iyun tarixində keçirilmiş imtahanda tarix fənni üzrə Azərbaycan və rus bölmələrində 2, 24 iyun tarixində keçirilmiş imtahanda riyaziyyat fənni üzrə Azərbaycan və rus bölmələrində 1, 25 iyun tarixində keçirilmiş imtahanda texnologiya fənni üzrə Azərbaycan bölməsində 1 və fiziki tərbiyə fənni üzrə rus bölməsində 1 test tapşırığı ilə bağlı qiymətləndirməyə təsir edən texniki xarakterli uyğunsuzluq müəyyən olunub.

Texniki səhvlər nəzərə alındıqdan sonra həmin test tapşırıqları üzrə müvafiq bal düzəlişləri sualların təqdim olunduğu müəllimlərin xeyrinə hesablanıb.

Yenilənmiş nəticələr artıq müəllimlərin portal.edu.az platformasındakı şəxsi kabinetlərinə göndərilib. Müəllimlər platformanın "Sertifikatlaşdırma" bölməsinə daxil olaraq apellyasiya nəticələri ilə tanış ola bilərlər.

Kitabxana sistemində İT mütəxəssislərinin attestasiyasından keçməyənlər əlavə təlimlərə cəlb oluna bilər

Kitabxana sistemində İT mütəxəssislərinin attestasiyası ilə bağlı ümumi qiymətləndirmədə 1 100-dən çox şəxs iştirak edib.

"Report" xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov attestasiyanın yekunları ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Nazir müavini qeyd edib ki, prosesin təşkilində əsas amil onların bacarıqlarının yoxlanılmasına yönəlib:

"Attestasiya prosesinin təşkili olunmasında əsas amillərdən biri attestasiya komissiyalarının fəaliyyətidir. Bu məqsədlə seçilən komissiya üzvləri həm IT sahəsində mütəxəssislər, eyni zamanda kitabxana sahəsində təcrübəsi, biliyi olan həmkarlarımız, həmçinin bu sahədə pedaqoji fəaliyyətlə məşğul olan professor müəllim heyəti olub. Əvvəlki attestasiya prosesində olduğu kimi budəfəki imtahandan keçməyən bəzi şəxslər əlavə təlimlərə cəlb oluna bilər. Müəyyən hallarda bəzi kateqoriyadan olan attestasiya iştirakçılarının təlimlərə göndərilməsi də və yaxud da əlavə hər hansı bir ixtisasartırmaya cəlb olunması da nəzərdə tutulur. Bütün bunlar yekun statistikalar müəyyən edildikdən sonra, attestasiya komissiyasının yekun rəyi və nəticələri elan olunduqdan sonra müəyyən ediləcək".

Onun sözlərinə görə, proses artıq yekunlaşıb və yaxın günlərdə yekun nəticələr ictimaiyyətə təqdim olunacaq.

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında "Məzun günü" qeyd olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında "Məzun günü" keçirilib.

"Report" xəbər verir ki, tədbirdə bakalavriat və magistratura səviyyələri üzrə təhsillərini başa vuran məzunlar, AHİK-in və üzv təşkilatların rəhbər şəxsləri, Akademiyanın professor-müəllim heyəti və valideynlər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, həmçinin Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən AHİK sədrinin müavini Musa Mirzəyev məzunları təbrik edib. Vurğulanıb ki, xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər və təhsil siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkədə insan kapitalının inkişafı daim diqqət mərkəzində saxlanılır.

Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə elm və təhsil sahəsində həyata keçirilən sosial və innovativ layihələr gənclərin fərdi və peşəkar inkişafına mühüm töhfələr verir.

Qeyd olunub ki, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası müasir əmək bazarının tələblərinə uyğun, rəqabətqabiliyyətli və sosial məsuliyyətli mütəxəssislərin hazırlanmasında önəmli rol oynayır. Məzunlar təhsil müddətində əldə etdikləri bilik və bacarıqlardan səmərəli istifadə etməli, ölkənin inkişafına töhfə verməli, daim öz üzərilərində çalışmalıdırlar.

Akademiyanın rektoru vəzifəsini icra edən Fərid Babayev və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə ali təhsil müəssisəsinin son illər əldə etdiyi nailiyyətlərdən, beynəlxalq əlaqələrinin genişlənməsindən, tədrisin keyfiyyətinin yüksəldilməsi və innovativ yanaşmaların tətbiqi istiqamətində görülən işlərdən bəhs ediblər. Çıxışlarda cəmiyyətin tərəqqisində təhsilin rolu vurğulanıb və məzunlara ölkəmizin sosial-iqtisadi yüksəlişində fəal iştirak etmələri tövsiyə olunub.

Valideyn Nuru Rzalı çıxış edərək məzunları təbrik edib, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında yaradılan tədris mühitini yüksək qiymətləndirərək müəllimlərə təşəkkürünü bildirib, gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Məzunlar adından çıxış edən Aysel Həsənova, Lamiyə Ağayeva və Şəhanə Quliyeva tələbəlik illəri ilə bağlı xoş xatirələrini bölüşüb, onlara bilik və bacarıq qazandıran müəllimlərə və valideynlərinə minnətdarlıqlarını ifadə ediblər.

Sonra təhsildə və Akademiyanın ictimai həyatında fərqlənən məzunlara təşəkkürnamələr təqdim olunub.

Tədbir bədii hissə ilə davam edib. Məzunlar musiqi sədaları altında bir-birlərini təbrik edib, xatirə şəkilləri çəkdiriblər.

Müəllimlərin sertifikatlaşdırılmasının test imtahanı mərhələsi başa çatıb

İyunun 17-dən 25-dək keçirilən müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi başa çatıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən "Report"a verilən məlumata görə, tam elektron formada, ölkə üzrə 19 şəhər və rayonda fəaliyyət göstərən 35 imtahan mərkəzində təşkil olunmuş imtahanlarda ümumilikdə 22 min nəfərdən çox müəllim iştirak edib, 96 faiz davamiyyət qeydə alınıb.

Sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi avqustda təşkil olunacaq və bu barədə ətraflı məlumat müəllimlərin şəxsi kabinetlərinə göndəriləcək.

Bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 26 iyun saat 12:00-dan etibarən start veriləcək.

Proses və nəticələrlə bağlı hər hansı narazılığı və ya şikayəti olan müəllimlər portal.edu.az platformasının "Sertifikatlaşdırma" bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Müraciətlərin qəbulu 26 iyul saat 12:00-a qədər davam edəcək. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

Azərbaycan Tibb Universiteti "Times Higher Education" qlobal "Impact Rankings" reytinqində irəliləyiş əldə edib

Azərbaycan Tibb Universiteti (ATU) "Times Higher Education" (THE) tərəfindən yeni dərc olunmuş "Impact Rankings" (Təsir Reytinqi) cədvəlində mühüm uğura imza atıb. Bu göstərici universitetin beynəlxalq nüfuzunun artmasını və qlobal davamlılıq standartlarına sadiqliyini əks etdirir.

Son reytinqlər təhsil müəssisəsinin xüsusilə bərabərsizliklərin azaldılması istiqamətindəki fəaliyyətində əldə etdiyi mühüm irəliləyişləri nümayiş etdirir.

İnstitusional inkişafın bariz nümunəsi olaraq, ATU Dayanıqlı İnkişaf Məqsədi 10 (Bərabərsizliklərin azaldılması) üzrə böyük sıçrayış edib. Universitet ötənilki 601–800-cü yerlərdən əhəmiyyətli dərəcədə irəliləyərək qlobal miqyasda 401–600-cü pillələr sırasına yüksəlib.

Bu yüksələn trayektoriya ATU-nun inklüziv təhsil siyasətini uğurla tətbiq etdiyini, müxtəlif tələbə qrupları üçün imkanları genişləndirdiyini, mədəniyyətlərarası festivallara ev sahibliyi etdiyini və tibb təhsilində sosial-iqtisadi fərqləri aradan qaldırmaq üçün nəzərdə tutulmuş hədəfli dəstək mexanizmlərini reallaşdırdığını sübut edir.

"Times Higher Education Impact Rankings" universitetləri Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) əsasən qiymətləndirir. ATU-nun bu metrikalar üzrə nümayiş etdirdiyi dinamik performans Azərbaycanın tibb kurikulumunun və elmi tədqiqat layihələrinin qlobal humanitar və inkişaf hədəfləri ilə uyğunlaşdırılması istiqamətində məqsədyönlü addımlardan xəbər verir.

Kimya və Fizika institutları Təcrübə-Sənaye Zavodu ilə birgə tədqiqatlara başlayıb

Elm və Təhsil Nazirliyi (ETN) Yüksək Texnologiyalar Parkının rezidenti olan "ETN Təcrübə-Sənaye Zavodu" MMC (TSZ) ilə "Kimya İnstitutu" Publik Hüquqi Şəxs və "Fizika İnstitutu" publik hüquqi şəxs arasında anlaşma memorandumu imzalanıb.

"Report" xəbər verir ki, razılaşma üç qurumun rəhbər heyəti arasında əməkdaşlıq perpektivlərinə dair keçirilən görüş zamanı əldə olunub.

Memoranduma əsasən, elmi-tədqiqat fəaliyyəti sahəsində ortaq məqsəd və təcrübələr əsasında əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsi, yüksəkixtisaslı kadr hazırlığının həyata keçirilməsi, elmi-tədqiqat fəaliyyətlərinin birgə icrası və təkmilləşdirilməsi nəzərdə tutulur.

Doktorantura və dissertantura üzrə xarici dildən qəbul imtahanı keçirilib

Bu gün doktorantura və dissertantura səviyyəsində xarici dildən qəbul imtahanı və fəlsəfə doktoru imtahanı keçirilib.

"Report" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

İmtahan Bakı və Naxçıvan şəhərlərdə təşkil olunub. İmtahanda iştirakçılara xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün oxuyub-anlama, dinləyib-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloku (esse yazısı) üzrə tapşırıqlar təqdim olunub.

İmtahan nəticələri danışıq bloku və yazılı tapşırıqların yoxlanılması prosesi başa çatdıqdan sonra 4 həftə ərzində elan olunacaq.

Keçən il 73 mindən çox müəllimin əməkhaqqına əlavələr edilib

Keçən il sertifikatlaşdırmanın nəticəsinə əsasən ümumilikdə 73 mindən çox təhsilverənin əməkhaqqına əlavələr edilib.

"Report" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin yaydığı ötən ilin təhsil hesabatında bildirilib.

Qeyd olunub ki, ötən il müəllimlərin işə qəbulu müsabiqəsi üzrə ümumilikdə 65 565 elektron müraciət qəbul edilib. 3416 namizəd müsabiqədə uğur qazanaraq işlə təmin olunub. Bu il MİQ nəticəsində əsas fənlər üzrə vakant yerlərin tutulma göstəricisi 90 faizdən çox olub. 10 minə yaxın müəllim tədris ili ərzində işə qəbul edilib.

İndiyədək keçirilmiş sertifikatlaşdırma prosesinə 84 minə yaxın təhsilverən cəlb olunub. Sertifikatlaşdırmanın nəticəsinə əsasən ümumilikdə 73 mindən çox təhsilverənin əməkhaqqına əlavələr edilib.

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində isə 2022 nəfər uğur qazanaraq iş yerini dəyişdirib. Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesində isə 150 nəfər iş yerini qarşılıqlı dəyişdirib.

Keçən ildən bu günə 3 266 müraciətçinin xaricdə əldə etdikləri kvalifikasiyaları tanınıb

Ötən ilin sentyabr ayının 15-dən bu ilin iyun ayının 13-nə kimi Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) xarici kvalifikasiyaların tanınması ilə bağlı 5 607 müraciət daxil olub.

"Report" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin yaydığı ötən ilin təhsil hesabatında bildirilib.

Müraciətlərdən 4 030-nun ekspertizası həyata keçirilib. 1577 müraciətin ekspertizası isə davam edir. Ekspertiza nəticəsində 3266 müraciət üzrə müsbət rəy verilib və müraciətçilərə xaricdə əldə olunan kvalifikasiyaların tanınması haqqında şəhadətnamələr təqdim edilib. 764 xarici kvalifikasiyanın isə ölkə ərazisində tanınması barədə mənfi rəy verilib.

Xarici kvalifikasiyaların tanınması üzrə ekspertizası yekunlaşmış müraciətlərə münasibətdə ən çox müraciət olunan ölkələrin siyahısı:

Türkiyə (1400)

Rusiya (998)

Ukrayna (593)

Birləşmiş Krallıq (246)

Gürcüstan (148)

Xarici kvalifikasiyaların tanınması üzrə ekspertizası yekunlaşmış müraciətlərə münasibətdə ən çox müraciət olunan ali təhsil müəssisələrinin siyahısı:

İstanbul Universiteti (85)

Xarkov Milli Daxili İşlər Universiteti (72)

Kütahya Dumlupınar Universiteti (50)

Tbilisi Humanitar Tədris Universiteti (46)

Ukrayna Milli Mülki Müdafiə Universiteti (44)

Xarici kvalifikasiyaların tanınması üzrə ekspertizası yekunlaşmış müraciətlərə münasibətdə ən çox müraciət olunan ixtisasların siyahısı:

Hüquqşünaslıq (336)

İqtisadiyyat (250)

Maliyyə (247)

Biznesin idarə edilməsi (236)

Menecment (192)

Ötən tədris ilində 958 tələbə yerdəyişmə edib

2025-2026-cı tədris ili üçün elektron sistem vasitəsilə ümumilikdə 1500-dən çox tələbə yerdəyişmə üçün müraciət edib.

"Report" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin ötən ilin təhsil hesabatında bildirilib.

Qeyd olunub ki, ali və orta ixtisas təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın, təhsilalma formasının dəyişdirilməsi prosesi təmin edilib:

"Yekunda orta ixtisas təhsil müəssisələri üzrə 178, ali təhsil müəssisələri üzrə isə 780 tələbənin müraciəti barədə müsbət qərar qəbul edilib".

Azərbaycanda 2025-2026-cı tədris ilində 760 məktəb təmir olunub

Azərbaycanda 2025-2026-cı tədris ilində 760 ümumi təhsil müəssisəsində təmir işləri aparılıb.

"Report" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ötən illərdən investisiya büdcəsi hesabına əsaslı təmir olunan və ya tikilən 18 ümumi təhsil müəssisəsinin açılışı 2025-2026-cı tədris ilində baş tutub. Ölkə üzrə 137-si əsaslı olmaqla, 760 ümumi təhsil müəssisəsində təmir işləri aparılıb.

Qeyd olunub ki, bu gün ölkədə 3946 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir. 2025-2026-cı tədris ilində müəllim heyəti 130 mindən, şagird sayı isə 1 600 000-dən çox olub.

AMEA-da elmi işçilərin fəaliyyəti 4 istiqamət üzrə ballarla ölçüləcək

Gələn il Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) elmi fəaliyyətin bal sistemi ilə qiymətləndirilməsinə keçid planlaşdırılır.

"Report" xəbər verir ki, bu barədə Akademiyanın prezidenti İsa Həbibbəyli AMEA-nın Rəyasət Heyətinin genişləndirilmiş iclasında məlumat verib.

Onun sözlərinə görə, həmin dövrədək elmi işçilər üçün maarifləndirmə işləri həyata keçiriləcək:

"Elmi işçilərin elmi fəaliyyətini ənənəvi hesabatdan yeni hesabat formatına keçirmək müasir rəqəmsal dövrün çağırışlarına tam uyğundur. Ən yüksək bal toplayanlar, ən yaxşı nəticə göstərənlər həm müvafiq qaydada mükafatlandırılacaq, həm də gələcəkdə institut daxilində müvafiq vəzifələrə vakant yerlərə seçim prosesində ən real namizəd olaraq həmin şəxslərə üstünlük veriləcək. Beləliklə, yeni kadr potensialı formalaşdıracaq və bir növ elmi işçilər gələcək karyeralarını özləri təyin edəcək".

İclasda diqqətə çatdırılıb ki, elmi fəaliyyətin bal sistemi ilə qiymətləndirilməsinin əsasını 4 istiqamət - akademik jurnallarda məqalə nəşri, kitab çapı, beynəlxalq və respublika səviyyəli elmi konfrans materialları, eləcə də elmin populyarlaşmasında iştirak təşkil edir. Yeni bal sistemi dünya təcrübəsi əsasında hazırlanıb. Təklif olunan model 4 əsas bölmə üzrə hazırlanıb və onun alt meyarlarının hazırlanması da nəzərdə tutulub.

AMEA rəhbəri vurğulayıb ki, yeni bal sistemi institutlara göndəriləcək. Elmi fəaliyyətin bal sistemi əsasında qiymətləndirilməsini təmin etmək məqsədilə İşçi və Ekspert qrupları yaradılıb, elmi müəssisələrin öz təkliflərini sentyabr ayına qədər təqdim etmələri tapşırılıb.

BDU süni intellekt üzrə mütəxəssis hazırlığına başlayır

2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsində magistratura səviyyəsində "Kompüter elmləri" ixtisası üzrə "Süni intellekt" istisaslaşması açılacaq.

"Report" xəbər verir ki, bu barədə BDU məluamt yayıb.

Qeyd olunub ki, BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsi süni intellekt istiqamətində magistr hazırlığının həyata keçirilməsi üçün güclü elmi-metodiki bazaya malikdir. Süni intellekt sahəsinin əsasını təşkil edən riyazi modelləşdirmə, optimallaşdırma üsulları, ehtimal nəzəriyyəsi, statistik analiz, alqoritmlər nəzəriyyəsi, proqramlaşdırma və informasiya texnologiyaları fakültənin tədris və tədqiqat istiqamətləri ilə sıx bağlıdır.

"Süni intellekt" ixtisaslaşmasının açılması fakültənin mövcud potensialından daha səmərəli istifadə edilməsinə və yeni elmi istiqamətlərin inkişafına şərait yaradacaq.

Süni intellekt üzrə magistr hazırlığı ölkədə innovasiya ekosisteminin gücləndirilməsinə, elmi tədqiqatların beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin artırılmasına və universitet–sənaye əməkdaşlığının genişlənməsinə xidmət edəcək.

Magistrantlar maşın təlimi, dərin öyrənmə, kompüter görməsi, təbii dilin emalı, məlumatların intellektual analizi və digər müasir istiqamətlər üzrə bilik və bacarıqlar əldə etməklə həm akademik fəaliyyətə, həm də əmək bazarına daha hazırlıqlı şəkildə inteqrasiya oluna biləcəklər.

Naxçıvan Dövlət Universiteti dünyanın ən yaxşı TOP 800-1000 universiteti arasında

Naxçıvan Dövlət Universiteti (NDU) dünyanın ən nüfuzlu ali təhsil reytinq təşkilatlarından biri olan Times Higher Education tərəfindən açıqlanan THE Impact Rankings 2026 nəticələrinə əsasən, universitetlər arasında dünyanın ən yaxşı 801–1000 universiteti sıralamasında yer alıb.

"Report" xəbər verir ki, NDU Dayanıqlı İnkişaf Məqsədləri (SDGs) üzrə fəaliyyətlərinin qiymətləndirildiyi reytinqdə aşağıdakı nəticələri əldə edib:

🔹 SDG 3 – Sağlamlıq və rifah: 801–1000

🔹 SDG 4 – Keyfiyyətli təhsil: 401–600

🔹 SDG 7 – Əlçatan və təmiz enerji: 401–600

🔹 SDG 8 – Layiqli əmək və iqtisadi artım: 801–1000

🔹 SDG 9 – Sənaye, innovasiya və infrastruktur: 601–800

🔹 SDG 10 – Bərabərsizliyin azaldılması: 301–400

🔹 SDG 11 – Dayanıqlı şəhərlər və icmalar: 601–800

🔹 SDG 17 – Məqsədlər naminə tərəfdaşlıq: 601–800

Universitet ümumi qiymətləndirmədə 55.4 bal toplayaraq qlobal miqyasda ən yaxşı universitetlər arasında mövqeyini möhkəmləndirib. Bu nəticə universitetin təhsil, tədqiqat, innovasiya, sosial məsuliyyət və dayanıqlı inkişaf sahələrində həyata keçirdiyi fəaliyyətlərin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir.

"Qızların təhsilinə dəstək" layihəsinin II Məzun Günü keçirilib

İyunun 24-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Elm və Təhsil Nazirliyi və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə "Qızların təhsilinə dəstək" layihəsinin II Məzun Günü keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında qızların təhsilinin cəmiyyətin inkişafında mühüm rol oynadığını vurğulayaraq bildirib ki, layihə artıq davamlı təşəbbüsə çevrilib və bu il proqram üzrə 66 qız məzun adını qazanıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd edib ki, son beş ildə layihənin müxtəlif proqramlarından 593 nəfər yararlanıb. O, layihənin yüzlərlə qadın və qız üçün yeni imkanlar yaratdığını diqqətə çatdırıb.

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli isə bildirib ki, Fondun həyata keçirdiyi müxtəlif təqaüd və inkişaf proqramları üzrə ümumilikdə 489 iştirakçı dəstək alıb. Onun sözlərinə görə, proqramlar gənc qızların təhsil və karyera imkanlarının genişlənməsinə xidmət edir.

Tədbirdə layihənin builki məzunları təbrik edilib, onlara gül dəstələri təqdim olunub. Daha sonra bədii proqram nümayiş olunub.

Qeyd edək ki, "Qızların təhsilinə dəstək" layihəsi qızların ali təhsilə çıxışının genişləndirilməsi və onların gələcək inkişafının dəstəklənməsi məqsədilə həyata keçirilir.

I ixtisas qrupu üzrə bir abituriyent 700 bal toplayıb

I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun tarixində keçirilən imtahanda 6 nəfər ən yüksək bal toplayıb.

"Report" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Belə ki, 7 iyun tarixində keçirilmiş qəbul imtahanında I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 5 nəfər göstərib.

Onlar Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyin məzunu Məcidli Burlaxatun Bəhruz qızı, Bakı şəhəri Nizami rayonu 238 saylı məktəbin məzunu Hüseynli Leyla Samir qızı, Gəncə şəhər Fizika, Riyaziyyat və İnformatika Təmayüllü liseyin məzunu Mehdiyev Əli Eldar oğlu, Tovuz rayonu S.Kazımov adına Qovlar şəhər orta məktəbinin məzunu Qənbərov İsrafil Ramil oğlu və Bakı şəhər Yasamal rayonu Fizika, Riyaziyyat və İnformatika Təmayüllü liseyin məzunu Zeynalova Nargilə İlkin qızıdır.

Məcidli Burlaxatun Bəhruz qızı hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə maksimum nəticəni (700 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 300 bal toplayıb.

IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər – Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Əliyeva Aysu Rauf qızı və Bakı şəhəri Nizami rayonu 220 saylı məktəb-liseyin məzunu Hümbətova Ayan Xəqani qızı göstərib.

Əliyeva Aysu Rauf qızı hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (693.6 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 293.6 bal toplayıb.

Abituriyentlərdən 16 nəfər imtahandan xaric olunub və nəticələri ləğv edilib

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 40 504 abituriyentdən (I qrup üzrə 33986 nəfər, IV qrup üzrə 6518 nəfər) 1996 nəfər (I qrup üzrə 1821 nəfər, IV qrup üzrə 175 nəfər) imtahanda iştirak etməyib.

"Report" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyun 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının nəticələri barədə məlumatında qeyd olunub.

İmtahanda iştirak edən abituriyentlərdən 16 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının nəticəsi elan olunub

I və IV ixtisas qrupları (o cümlədən III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə 7 iyunda keçirilmiş qəbul imtahanının nəticəsini elan edilib.

"Report" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

İmtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə buradan tanış ola bilərlər.

İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 40504 abituriyentdən (I qrup üzrə 33986 nəfər, IV qrup üzrə 6518 nəfər) 1996 nəfər (I qrup üzrə 1821 nəfər, IV qrup üzrə 175 nəfər) imtahanda iştirak etməyib. İmtahanda iştirak edən abituriyentlərdən 16 nəfər qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçən 11187 abituriyentdən 1105 nəfər coğrafiya fənni üzrə imtahana gəlməyib.

Bu imtahanda I ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 5 nəfər – Mingəçevir şəhər Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü liseyin məzunu Məcidli Burlaxatun Bəhruz qızı, Bakı şəhəri Nizami rayonu 238 saylı məktəbin məzunu Hüseynli Leyla Samir qızı, Gəncə şəhər Fizika, Riyaziyyat və İnformatika Təmayüllü liseyin məzunu Mehdiyev Əli Eldar oğlu, Tovuz rayonu S.Kazımov adına Qovlar şəhər orta məktəbinin məzunu Qənbərov İsrafil Ramil oğlu və Bakı şəhər Yasamal rayonu Fizika, Riyaziyyat və İnformatika Təmayüllü liseyin məzunu Zeynalova Nargilə İlkin qızı göstərib.

Məcidli Burlaxatun Bəhruz qızı hər iki mərhələnin cəminə görə I ixtisas qrupu üzrə maksimum nəticəni (700 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 300 bal toplayıb.

Bu imtahanda IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 2 nəfər – Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu Əliyeva Aysu Rauf qızı və Bakı şəhəri Nizami rayonu 220 saylı məktəb-liseyin məzunu Hümbətova Ayan Xəqani qızı göstərib.

Əliyeva Aysu Rauf qızı hər iki mərhələnin cəminə görə IV ixtisas qrupu üzrə ən yüksək nəticəni (693.6 bal) göstərən abituriyentdir. O, imtahanın birinci mərhələsində 293.6 bal toplayıb.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 29 iyun saat 10:00-dan 1 iyul saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər.

MÜTDA: Sertifikatlaşdırma imtahanının beşinci günündə 98% davamiyyət qeydə alınıb

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin beşinci günündə 6455 nəfər müəllim iştirak edib, 98% davamiyyət qeydə alınıb.

Bu barədə "Report"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu gün təşkil olunan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin apellyasiya müraciətlərinin qəbuluna 25 iyun saat 12:00-dan etibarən start veriləcək. Proses və nəticələrlə bağlı hər hansı narazılığı və ya şikayəti olan müəllimlər portal.edu.az platformasının "Sertifikatlaşdırma" bölməsinə daxil olmaqla müraciətlərini ünvanlaya bilərlər.

Qeyd edək ki, müraciətlərin qəbulu 25 iyul saat 12:00-a qədər davam edəcək. Müraciətlərin təhlilindən sonra yekun nəticələr elan ediləcək.

ADNSU-da "Məzun Günü" keçirilib

Bakı Kristal Zalında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) "Məzun Günü 2026" tədbiri keçirilib.

"Report" xəbər verir ki, tədbiri ADNSU-nun rektoru, dosent Rüfət Əzizov açaraq universitetin inkişaf istiqamətlərindən, müasir təhsil sisteminin qurulması istiqamətində həyata keçirilən yeniliklərdən, eləcə də ali təhsil müəssisəsinin beynəlxalq reytinqlərdə yüksələn dinamika ilə əldə etdiyi uğurlardan danışıb.

Onun sözlərinə görə, iqtisadiyyatın müxtəlif sahələrində, istehsalat müəssisələrində, eləcə də ölkənin neft-qaz sektorunda əvvəlki illərdə olduğu kimi, bu gün də ADNSU məzunlarına yüksək tələbat mövcuddur. Rektor qeyd edib ki, məzunların işlə təmin olunma göstəricisi 96 faiz təşkil edir.

Daha sonra 2025/2026-cı tədris ilinin əsas nailiyyətlərini əks etdirən qısa videoçarx nümayiş olunub. Videoçarxda universitetin tədris, elm, innovasiya, beynəlxalq əməkdaşlıq və tələbə həyatı ilə bağlı mühüm məqamlar təqdim edilib.

Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək gənclərin inkişafında ali təhsilin əhəmiyyətindən danışıb, məzunların əldə etdikləri bilik və bacarıqları ölkənin inkişafına yönəltmələrinin vacibliyini vurğulayıb.

Elm və təhsil nazirinin müavini İdris İsayev isə çıxışında ölkədə həyata keçirilən təhsil islahatlarından, universitetlərin qarşısında duran yeni vəzifələrdən və gənc mütəxəssislərin əmək bazarındakı rolundan bəhs edib.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov çıxışında gənclərin ölkənin inkişafında mühüm rol oynadıqlarını qeyd edib.

BP şirkətinin Xəzər regionu üzrə xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli isə universitet–sənaye əməkdaşlığının əhəmiyyətini vurğulayaraq ADNSU məzunlarının enerji sektorunda uğurla fəaliyyət göstərdiklərini diqqətə çatdırıb.

Rəsmi hissədə müxtəlif sahələrdə fərqlənən tələbələr mükafatlandırılıb, ənənəvi "İlin məzunu estafeti" təqdim olunub. Həmçinin, 2025/2026-cı tədris ilində ən yüksək qiymət ortalaması ilə fərqlənən üç məzuna – Murad Bağırzadə, Taisiya Kudryavtseva və Nigar Əzimovaya xüsusi hədiyyələr təqdim edilib.

Tədbir bədii hissə ilə davam edib. ADNSU-nun "Gənclik" Mahnı və Rəqs Ansamblı "Məhsul" rəqsini, UFAZ-ın özfəaliyyət qrupu musiqi nömrələrini təqdim edib. Eyni zamanda, ADNSU-nun əcnəbi tələbələri "Azərbaycana gəlsin!" şeirini səsləndiriblər.

"Məzun Günü 2026"nın musiqili qonaqları Xalq artisti Miri Yusif və müğənni Murad Arif olub.

Naxçıvanda III karyera sərgisi təşkil olunub

Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti və Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə "Karyera sərgisi 2026" keçirilib.

Tədbirin açılışında çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən birinin məşğulluğun artırılması və insan kapitalının inkişaf etdirilməsi olduğunu bildirib. Samir Seyidəhmədli dövlət, ali təhsil müəssisələri və özəl sektor arasında əməkdaşlığın gənclərin məşğulluğunun təmin edilməsində mühüm rol oynadığını vurğulayıb. Əmək bazarında şəffaf işə qəbul mexanizmlərinin formalaşdırılmasının, namizədlərin yalnız diplomla deyil, peşəkar bacarıqlar, sertifikatlar, könüllü fəaliyyət və fərdi təşəbbüslər əsasında qiymətləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın muxtar respublikanın davamlı inkişafını təmin edən mühüm strateji sənəd olduğunu bildirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində muxtar respublikada yeni iş yerlərinin yaradıldığını, sahibkarlığın inkişafının dəstəkləndiyini və vətəndaşların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atıldığını vurğulayıb. Baş nazir qeyd edib ki, muxtar respublikada işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin olunması məqsədilə əmək yarmarkaları təşkil edilir, peşə hazırlığı kursları keçirilir, özünüməşğulluq proqramları icra olunur və peşəyönümlü xidmətlər göstərilir.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev çıxışında universitetlə əmək bazarı arasında əlaqələrin daha da gücləndirilməsinin vacibliyini bildirib. Qeyd edib ki, Naxçıvan Dövlət Universiteti Naxçıvanda ən geniş işəgötürən müəssisə olmaqla yanaşı, yüksəkixtisaslı kadr hazırlığında da mühüm rol oynayır. Rektor vurğulayıb ki, universitetdə tələbələrin praktiki bacarıqlarının inkişaf etdirilməsi, onların peşəkar formalaşmasına dəstək verilməsi və əmək bazarının tələblərinə uyğun kadr hazırlığı istiqamətində ardıcıl iş aparılır.

Elbrus İsayev əvvəlki illərdə təşkil olunan karyera sərgilərinin nəticələrinə də toxunaraq bildirib ki, əvvəlki iki karyera sərgisində 200-ə yaxın namizəd işlə təmin olunub.

Naxçıvan MR-in əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə bildirib ki, Cənab Prezident İlham Əliyevin aqrar sektorun inkişafı, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və müasir kənd təsərrüfatının formalaşdırılması ilə bağlı verdiyi tapşırıqlar bu sahədə yüksək ixtisaslı mütəxəssislərə olan tələbatı daha da artırır. Nazir vurğulayıb ki, bu gün qarşımızda duran əsas vəzifələrdən biri də həmin çağırışlara cavab verə biləcək peşəkar insan kapitalının hazırlanması və gənclərin əmək bazarına uğurlu inteqrasiyasının təmin edilməsidir.

"Ləzzət Qida Sənaye" MMC-nin direktoru Teymur Rzayev çıxışında müasir əmək bazarında baş verən sürətli dəyişikliklərdən və iş dünyasının yeni tələblərindən danışıb. Qeyd edib ki, gələcəyin əmək bazarında uğur qazanmaq üçün gənclər yalnız nəzəri biliklərlə kifayətlənməməli, rəqəmsal savadlılıq, süni intellekt alətləri ilə işləmək bacarığı, kommunikasiya, liderlik, analitik düşüncə və təşəbbüskarlıq kimi bacarıqlarını inkişaf etdirməlidirlər.

İstanbul Universiteti Cərrahpaşa və Naxçıvan Dövlət Universitetinin professoru, İstanbul Universiteti Cərrahpaşa – Karyera Mərkəzinin müdiri Aysel Ersoy çıxışında biliklərin sürətlə yeniləndiyi müasir dövrdə ömürboyu öyrənmənin vacibliyini vurğulayıb. Professor qeyd edib ki, gələcəyin uğurlu mütəxəssisləri dəyişikliklərə uyğunlaşan, öz üzərində daim çalışan və peşəkar inkişafını fasiləsiz davam etdirən şəxslər olacaq.

Sərgi çərçivəsində ümumilikdə 2346 vakansiya təqdim olunub. Bunlardan 2066-sı dövlət sektoruna, 280-i isə özəl sektora aiddir. Tədbir iştirakçılar üçün əmək bazarının mövcud imkanları ilə tanış olmaq, işəgötürənlərlə birbaşa əlaqələr qurmaq və gələcək karyeralarını planlaşdırmaq baxımından mühüm platforma rolunu oynayıb.

BDU qida kimyası üzrə mütəxəssis hazırlığına başlayır

Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsində 2026/2027-ci tədris ilində lk dəfə magistratura səviyyəsində "Qida kimyası" ixtisaslaşması üzrə mütəxəssis hazırlığı həyata keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə BDU məlumat yayıb.

"Qida kimyası" ixtisaslaşması qida məhsullarının kimyəvi tərkibinin öyrənilməsi, keyfiyyət və təhlükəsizlik göstəricilərinin qiymətləndirilməsi, saxlanması və emalı zamanı baş verən kimyəvi proseslərin araşdırılması, qida əlavələrinin tədqiqi sahələrində yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasını nəzərdə tutur.

Tədris proqramı çərçivəsində tələbələr qida məhsullarının kimyəvi tərkibinin təhlili, emalı və saxlanması zamanı baş verən kimyəvi dəyişikliklər, qida təhlükəsizliyi və keyfiyyətə nəzarət sistemləri, qida əlavələri və çirkləndiricilərin müəyyənləşdirilməsi, müasir analitik cihaz və laboratoriya metodları, beynəlxalq qida standartları və normativ tələblər üzrə nəzəri və praktik biliklər əldə edəcəklər.

Təhsil müddətində tələbələr müasir laboratoriyalarda praktiki bacarıqlar qazanacaq, qida məhsullarının təhlükəsizliyi və keyfiyyətinin qiymətləndirilməsi istiqamətində tətbiqi layihələrdə iştirak edəcəklər.

Gələn həftə direktorların işə qəbulu üzrə elektron qeydiyyatı başlayacaq

Azərbaycanda direktor vəzifəsi vakant olan dövlət ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu prosesi üzrə elektron sənəd qəbulu mərhələsinə 29 iyun saat 11:00-dan etibarən başlanılacaq.

Bu barədə "Report"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Namizədlər iyulun 6-sı saat 17:00-dək miq.edu.az/direktor linki vasitəsilə elektron qeydiyyatdan keçə bilərlər.

Proses Elm və Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı vasitəsilə müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə seçim və müsahibə mərhələsindən ibarət olacaq. Seçim mərhələsində namizədlərin təqdim etdikləri məlumat və sənədlərin düzgünlüyü yoxlanılacaq. Bu mərhələni uğurla keçən namizədlər müsahibəyə dəvət olunacaqlar.

Namizədlər müsahibə mərhələsinə qaydalara müvafiq olaraq ardıcıllıq əsasında dəvət olunacaqlar. Müsahibə mərhələsi Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış müvafiq komissiyalar tərəfindən keçiriləcək. Namizədlər müsahibədə liderlik və strateji idarəetmə, pedaqoji və tədris, idarəçilik və təşkilatçılıq, ünsiyyət və əlaqə, problemlərin həlli və qərarvermə, rəqəmsal və texnoloji, eləcə də sosial və emosional bacarıqları üzrə qiymətləndiriləcəklər.

Müsabiqənin nəticələri ilə hər bir namizəd "Şəxsi səhifə" vasitəsilə tanış ola biləcək. Müsabiqədə uğur qazanan namizədlərlə əmək münasibətləri qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq rəsmiləşdiriləcək.

Azərbaycanda fəlsəfə və elmlər doktoru üzrə məzun olanların sayı artıb

Azəraycanda 2024-cü illə müqayisədə 2025-ci ildə fəlsəfə doktoru proqramı üzrə buraxılış 41,4 faiz artaraq 707 nəfər, elmlər doktoru proqramı üzrə isə 30,1 faiz artaraq 173 nəfər təşkil edib.

"Report" xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

Belə ki, cari ilin əvvəlinə ölkədə elmi kadr potensialının artırılmasında böyük rola malik 114 müəssisə və təşkilatda (40 ali təhsil müəssisəsi, 74 elmi müəssisə və təşkilat) doktoranturalar fəaliyyət göstərib. Onlarda 50,9 faizi qadın olmaqla 3123 nəfər təhsil alıb. Onların 85 faizi fəlsəfə doktoru, 15 faizi isə elmlər doktoru proqramları üzrə olub.

Təhsil alanların 85 faizi fəlsəfə, 15 faizi isə elmlər doktoru proqramları üzrə təhsil alıb.

Bundan başqa, təhsil alanların 34 faizi elmi müəssisə və təşkilatlarda, 66 faizi isə ali təhsil müəssisələri üzrə doktoranturalarda təhsil alıb. Fəlsəfə doktoru proqramı üzrə bu göstərici müvafiq olaraq 30,3 və 69,7 faiz, elmlər doktoru proqramı üzrə isə 54,9 və 45,1 faiz təşkil edib.

Fəlsəfə doktoru proqramı üzrə təhsil alan 2653 nəfərin 470-i iqtisad, 454-ü texnika, 248-i filologiya, 191-i tibb, 152-si pedaqogika, 130-u biologiya, 120-si siyasi, 115-i hüquq, hər birində 110 nəfər olmaqla 220-si tarix və yer elmləri, 82-si kimya, 80-ni riyaziyyat, qalanları isə elmin digər sahələri üzrə təhsil alır.

Doktorantların 75 nəfəri filologiya, 64 nəfəri biologiya, 47 nəfəri iqtisad, 40 nəfəri texnika, hər birində 28 nəfər olmaqla 56 nəfəri kimya və tarix, 27 nəfəri hüquq, 26 nəfəri tibb, 21 nəfəri yer elmləri, 19 nəfəri aqrar, 17 nəfəri pedaqogika, 13 nəfəri fizika, 11 nəfəri riyaziyyat, qalanları isə digər sahələrdə elmlər doktoru proqramı üzrə təhsil alır.

Bununla yanaşı, 2025-ci ildə fəlsəfə doktoru proqramı üzrə 147 dissertant təhkim olunub ki, onların da 74,1 faizini qadınlar təşkil edib.

Elmlər doktoru proqramı üzrə təhkim olunmuş dissertantların sayı 73 nəfəri qadın olmaqla 120 nəfər təşkil edib. Dissertantların əsas hissəsi tibb, hüquq, biologiya, tarix, fizika, iqtisad, texnika və filologiya elmləri üzrə təhkim olunub.

Sabah fəlsəfə doktoru və doktoranturaya qəbul üzrə xarici dil imtahanı təşkil olunacaq

Sabah doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə qəbul və fəlsəfə doktoru imtahanı keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

İmtahanlarda ümumilikdə 2 351 nəfər iştirak edəcək. Doktoranturaya qəbul imtahanına 1926 nəfər (1890 nəfər ingilis dili, 16 nəfər fransız dili, 20 nəfər alman dili), fəlsəfə doktoru imtahanına 389 nəfər (386 nəfər ingilis dili, 2 nəfər fransız dili, 1 nəfər alman dili) qeydiyyatdan keçib.

İmtahanda 3 nəfər fiziki məhdudiyyətli namizəd da iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün binada xüsusi şərait yaradılıb.

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək. İmtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İştirakçılar imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və "İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

İmtahanverənlər 1 saat 30 dəqiqə ərzində onlara təqdim olunmuş 30 test tapşırığını cavablandırırlar. Bundan sonra iştirakçılara 15 dəqiqə fasilə verilir və sonra yazı blokunun vərəqləri təqdim olunur. Yazı bloku üçün də iştrakçılara 1 saat 30 dəqiqə vaxt verilir.

İmtahanların keçirilməsi üçün ümumilikdə 10 imtahan binası, 23 imtahan rəhbəri, 10 ümumi imtahan rəhbəri, 182 nəzarətçi, 25 buraxılış rejimi əməkdaşı (mühafizə) ayrılıb.

İmtahan dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarından ibarət olacaq. İmtahanda bütün bloklar üzrə toplanıla biləcək maksimal bal 50-dir və imtahanverənlərə (sual kitabçasında) təqdim olunan hər bir tapşırıq üzrə düzgün cavab bir balla qiymətləndirilir (maksimum 30 bal). Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Hər bir yazı işi (vizual məlumatın təsviri və esse) ayrı-ayrılıqda 10 ballıq şkala üzrə qiymətləndirilir.

Azərbaycan Tibb Universitetində Xarkov Milli Tibb Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib

Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ATU-da rəsmi səfərdə olan Ukrayna Respublikasının Xarkov Milli Tibb Universitetinin (XMTU) nümayəndə heyətini qəbul edib.

Görüşdə rektor Gəray Gəraybəyli tibb sahəsində Ukraynanın bir çox ali təhsil müəssisələri ilə qurulan sıx əlaqələr və universitetlər arasında bu münasibətləri tənzimləyən qarşılıqlı əməkdaşlıq memorandumlarını xatırladıb. Rektor bu istiqamətdə institusional tərəfdaşlıq sazişlərinin iki ölkənin səhiyyə nazirlikləri səviyyəsində də dəstəkləndiyini, səhiyyə və tibb elmi sahəsində münasibətlərin genişləndirilməsinə və yeni müstəvilərdə inkişaf etdirilməsinə qarşılıqlı marağın olduğunu bir daha nəzərə çatdırıb.

XMTU ilə tələbə və mütəxəssis mübadiləsi, birgə elmi tədqiqatların yerinə yetirilməsi kimi müxtəlif istiqamətləri ehtiva edən memorandum əsasında işlərin uğurla davam etdirildiyini deyən rektor bu səfərin də iki ali təhsil müəssisəsi arasında elmi-tədqiqat və tibbi əməkdaşlığın inkişafına, həmçinin beynəlxalq əlaqələrin gücləndirilməsinə mühüm töhfə verəcəyini vurğulayıb.

Xarkov Milli Tibb Universitetinin rektoru, professor Valeri Myasoyedovun səmimi salamlarını çatdıran XMTU-nun Tədris və elmi işlər üzrə prorektoru, professor Oksana Nakoneçna da ATU ilə əlaqələrin genişləndirilməsindən məmnunluqlarını ifadə edib. Səfərin də bu əməkdaşlıq çərçivəsində təşkil olunduğunu vurğulayan prorektor əlavə edib ki, məqsəd pediatrik onkohematologiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, akademik heyət və doktorantlar üçün mühazirələrin təşkili, diaqnostika və müalicə istiqamətində birgə elmi layihələrin hazırlanmasıdır.

Görüşdə bir çox istiqamətlər, o cümlədən ali təhsil müəssisələrinin Tələbə Elmi cəmiyyətləri (TEC) arasında əməkdaşlıqların qurulması, maraq doğuran sahələr üzrə TEC-lərin birgə tədqiqatlar aparması, ümumilikdə elmi fəaliyyətin təşkili, tələbə startapları və s. kimi təkliflər üzrə geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, XMTU-nun Tədris və elmi işlər üzrə prorektoru, professor Oksana Nakoneçnanın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Klinikadan əvvəl və klinik tədqiqatlar üzrə Elmi-Praktik Mərkəzin direktoru, Pediatriya №2 kafedrasının müdiri, professor Nataliya Makieyeva, həmçinin Radiologiya kafedrasının doktorantı Roman Abdullayev daxildir.

30 iyun 2026-cı il tarixinə qədər davam edəcək səfər çərçivəsində qonaqlar ATU-nun klinik bazaları ilə tanış olacaq, müvafiq ixtisas sahələri üzrə görüş və müzakirələr aparacaqlar.

Alimlər Yer kürəsindəki ən qədim kraterin yaşını müəyyən ediblər

Avstraliyalı geoloqlar 2025-ci ildə ölkənin şimal-qərbində, Pilbara bölgəsində kəşf edilmiş Yer kürəsinin ən qədim kraterinin dəqiq yaşını müəyyən ediblər.

"Report"un Kurtin Universitetinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, strukturun diametri 40-45 km-dir və onun əmələ gəlməsi təxminən 3 milyard il əvvəl baş verib.

Bu, krateri Yer kürəsinin ilk qitələrinin əmələ gəldiyi Arxey dövrünə aid ən qədim məlum obyektlərdən birinə çevirir. Professor Kristofer Kirkland qeyd edib ki, yeni tarixləmə alimlərə krateri planetin erkən geoloji tarixindən qorunub saxlanılan bu tip yeganə məlum yerüstü obyekt kimi nəzərdən keçirməyə imkan verir.

Onun sözlərinə görə, strukturun öyrənilməsi Yer kürəsinin inkişafının ilk mərhələlərində formalaşmasına səbəb olan prosesləri aşkar etməyə kömək edə bilər:

"Yaşı müəyyən etmək üçün tədqiqatçılar geoloji proseslər haqqında məlumat saxlayan sabit kristallar olan sirkonları təhlil etdilər. Onların izotop tərkibini öyrənmək kraterin təxminən 3 milyard il əvvəl əmələ gəldiyini göstərdi".

Alimlərin fikrincə, əldə edilən nəticələr obyektin yaşını dəqiqləşdirir və onu gələcək geoloji tədqiqatlar üçün xüsusilə vacib edir.

Məleykə Abbaszadə: Magistraturaya hərbi xidməti təxirə salmaq üçün qəbul olunanlar da ola bilər

"Magistratura və doktoranturaya hərbi xidməti təxirə salmaq üçün qəbul olunanlar da ola bilər".

"Report" xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Baku TV"yə müsashibəsində deyib.

Onun sözlərinə görə, magistraturaya qəbul imtahanları ölkədə keçirilən ən sadə qəbul imtahanlarından biri hesab olunur.

O bildirib ki, magistraturaya qəbul zamanı namizədlərin informatika üzrə istifadəçi səviyyəsində bilikləri, xarici dil hazırlığı və məntiqi təfəkkürü qiymətləndirilir:

"Müasir dünyada elmi fəaliyyətlə məşğul olmaq üçün iki əsas alət var – xarici dil və İT texnologiyaları. Bu alətlərlə işləməyi bacaran insanlar elmi fəaliyyətdə daha uğurlu olurlar. Əgər kimsə elmə marağının olduğunu deyir, lakin xarici dil öyrənmək və ya İT texnologiyalarını mənimsəmək istəmirsə, bu, ciddi yanaşma sayıla bilməz".

Sədrin sözlərinə görə, imtahanın üçüncü mərhələsində namizədin məntiqi təfəkkürü yoxlanılır və bu keyfiyyət elmi araşdırmalar aparmaq istəyən şəxslər üçün vacib hesab olunur.

M.Abbaszadə qeyd edib ki, magistraturaya qəbul imtahanlarında namizədlərə ən azı iki dəfə iştirak imkanı yaradılır:

"İlk cəhddə çətinliklə üzləşən şəxslər zəif tərəflərini müəyyən edib yenidən imtahanda iştirak edə bilirlər".

Doktoranturaya qəbul prosesinə toxunan DİM sədri vurğulayıb ki, qurum yalnız xarici dil imtahanını təşkil edir:

"Elmi fəaliyyətlə məşğul olmaq və doktoranturaya qəbul olunmaq istəyən şəxs xarici dili bilməlidir. Biz B2 səviyyəsində bilik tələb edirik və bu, kifayət qədər sadə imtahandır. Namizəd istəsə, bizim imtahanda iştirak etmədən beynəlxalq sertifikat da təqdim edə bilər. Həmin beynəlxalq imtahanların əksəriyyəti bizim imtahandan daha çətindir".

Sədr doktoranturaya qəbul olmaq istəyənlərin motivasiyası ilə bağlı da diqqətçəkən məqama toxunub:

"Bu sahəyə gələnlərin hamısı doğrudanmı yalnız elmlə məşğul olmaq istəyən şəxslərdir? Yoxsa magistratura və ya doktoranturaya qəbul olunmaqla bir neçə il hərbi xidməti təxirə salmaq istəyənlər də var? Cəmiyyətimizdə belə hallar varmı? Bilmirəm, bəlkə də yoxdur".

DİM sədri: Məktəb təhsili ilə imtahanlarda uğur qazanmaq mümkündür

"Bu gün valideynlərin böyük bir qismi hesab edir ki, təkcə məktəb təhsili ilə Dövlət İmtahan Mərkəzinin (DİM) imtahanlarından uğurla keçmək mümkün deyil. Bu yanaşmanın formalaşmasında valideynlərin övladlarının təhsilinə kifayət qədər vaxt ayırmaması da rol oynayır".

"Report" xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Baku TV"yə müsashibəsində deyib.

DİM sədri bildirib ki, hazırda repetitorlara müraciət təkcə ali məktəbə qəbul məqsədilə deyil, hətta birinci sinfə hazırlıq mərhələsində də geniş yayılıb:

"Əslində uşağın birinci sinfə hazırlığı üçün valideyn onunla vaxt keçirməli, kitab oxumalı, nağıl danışmalı və erkən yaşlardan inkişafına diqqət yetirməlidir. Bu isə zaman, səbir və diqqət tələb edir. Uşaq sadəcə qayğı göstərilən bir obyekt deyil, formalaşdırılması vacib olan şəxsiyyətdir".

O qeyd edib ki, müasir dövrdə uşaqlarda məsuliyyət hissinin, vaxtdan səmərəli istifadə bacarığının formalaşdırılması əvvəlki dövrlərlə müqayisədə daha çətindir:

"Əyləncə imkanlarının çoxalması bu prosesi mürəkkəbləşdirir. Bununla belə, valideyn övladının maraq və bacarıqlarının inkişafında birbaşa iştirak etməli, onunla daim ünsiyyətdə olmalıdır".

Onun sözlərinə görə, uşağın xoşbəxt və sağlam şəxsiyyət kimi formalaşması qəbul imtahanında əldə etdiyi nəticədən daha vacibdir:

"Valideyn sevgisini, diqqətini və vaxtını övladından əsirgəmirsə, həmin uşaq xoşbəxt insan kimi böyüyəcək. Bir il tez və ya gec ali məktəbə qəbul olunması əsas məsələ deyil".

M.Abbaszadə əlavə edib ki, DİM tərəfindən hazırlanan metodiki vəsaitlər, model testlər və digər tədris materialları qəbul imtahanlarına hazırlaşmaq üçün kifayət edir:

"Müvafiq kitablar, materiallar və model testlərlə təmin olunan şagirdlər qəbul imtahanlarını rahatlıqla verə bilərlər. Hər il yüzlərlə abituriyent məhz bu vasitələrlə hazırlaşaraq ali təhsil müəssisələrinə qəbul olunur. Bu cür uğurlu nəticələr təkcə böyük şəhərlərdə deyil, müxtəlif rayon və qəsəbələrdə də müşahidə edilir".

Beynəlxalq fənn olimpiadalarının qalibləri universitetə imtahansız qəbul olur

Azərbaycanda 2010-cu ildən etibarən beynəlxalq fənn olimpiadalarının qalibləri istədikləri ixtisaslar üzrə ali təhsil müəssisələrinə imtahansız qəbul olmaq hüququ əldə ediblər.

"Report" xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Baku TV"yə müsashibəsində deyib.

Onun sözlərinə görə, eyni zamanda müxtəlif beynəlxalq müsabiqələrin qalibləri də öz sahələrinə uyğun ixtisaslara qəbul zamanı bu imtiyazdan yararlana bilirlər.

DİM sədri məktəbdaxili qiymətləndirmə ilə qəbul sistemi arasındakı fərqlərə də toxunub. "Şagirdlərin illik və fənlər üzrə qiymətləri mövcud olsa da, ali məktəblərə qəbul zamanı əsas göstərici buraxılış və qəbul imtahanlarının nəticələridir".

O bildirib ki, ölkə üzrə keçirilən mərkəzləşdirilmiş qiymətləndirmə vahid standartlara əsaslanır və bütün şagirdlər eyni şəraitdə eyni sualları cavablandırırlar.

"Məktəbdaxili qiymətləndirmə isə daha çox müqayisəli xarakter daşıyır. Məsələn, müəllim sinif daxilində ən yüksək nəticə göstərən şagirdə yüksək qiymət verə bilər. Bu isə məktəblər arasında qiymətləndirmə fərqlərinin yaranmasına səbəb olur", – o qeyd edib.

M.Abbaszadə əlavə edib ki, məktəb qiymətləri ilə imtahan nəticələri arasında hər zaman tam uyğunluq müşahidə olunmur. Bununla belə, hər il məktəbdə yüksək qiymət alan şagirdlərin buraxılış və qəbul imtahanlarında göstərdikləri nəticələr təhlil edilir və müqayisəli statistikalar ictimaiyyətə təqdim olunur.

Məleykə Abbaszadə: Bu il keçid ballarının yüksəlməsi gözlənilmir

Ali təhsil müəssisələrinə qəbul üçün keçid ballarının yüksəlməsi gözlənilmir, bu il nəticələr təxminən keçən ilki səviyyəsindədir.

"Report" xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Baku TV-yə müsashibəsində deyib.

Onun sözlərinə görə, müxtəlif qiymətləndirmə prosedurları və müasir qiymətləndirmə şkalaları mövcuddur:

"Bizim qiymətləndirmə prosedurlarımız ən sadə prosedurlardandır. Keçid ballarının necə formalaşdığını biz artıq 30 ildir izah edirik. Birincisi, müsabiqəyə buraxılma şərti var. Yəni siz müəyyən bir bal toplamalısınız ki, müsabiqəyə buraxılasınız. Müxtəlif istiqamətlər üzrə bu hədd fərqlidir: 200 bal, 150 bal, bəzi qabiliyyət tələb edən ixtisaslarda isə 60 bal ola bilər. İlk olaraq, siz müsabiqəyə buraxılırsınız. Həmin istiqamət üzrə neçə nəfərin bu balı topladığı hər il fərqli ola bilər. İkincisi, həmin istiqamət üzrə neçə plan yeri ayrıldığı da ildən-ilə dəyişir. Üçüncüsü, sizin seçmək istədiyiniz ixtisasa neçə nəfərin ərizə verməsi də hər il fərqli olur.

Təsəvvür edin ki, imtahanda 100 min nəfər iştirak edir və onlardan, məsələn, 60 min nəfər müsabiqəyə buraxılır. Bu qədər iştirakçının hansı ixtisası seçəcəyini, kimlərin hansı istiqamətə üstünlük verəcəyini əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil. Amma son 30 ildə, xüsusilə də son 10 ildə müəyyən tendensiyaları müşahidə edirik".

DİM sədri vurğulayıb ki, ənənəvi seçimlər var:

"Amma bu ənənəvi seçimlər zamanla dəyişir. Son 10 ildə informasiya texnologiyalarına marağın necə artdığına diqqət edin. Bundan sonra da dəyişikliklər olacaq. Bu proses tədricən gedir. Bir il əvvəldən deyə bilmərik ki, hansısa ixtisas üzrə keçid balları aşağı düşəcək, yoxsa artacaq. Təbii ki, ola bilər ki, hansısa ixtisas bağlansın və ya plan yerləri azalsın. Bu halda keçid balları arta bilər. Hazırda gözləntimiz odur ki, plan yerləri təxminən keçən ilin səviyyəsində olacaq. Amma hələ bununla bağlı yekun məlumat yoxdur".

M.Abbaszadə əlavə edib ki, keçid ballarını formalaşdıran əsas amillərdən biri də abituriyentlərin bilik səviyyəsidir:

"Bu il nəticələr təxminən keçən ilin səviyyəsindədir. Ona görə də hansısa kəskin sıçrayışın və ya ciddi enişin olacağını əvvəlcədən söyləmək düzgün deyil. Biz ümumilikdə keçən ilki səviyyəni gözləyirik. Bununla belə, müəyyən dəyişikliklər ola bilər".

Məleykə Abbaszadə: Abituriyentlərdə stresi imtahan yox, cəmiyyət, ailə yaradır

Abituriyentlərdə stressi imtahan yox, cəmiyyət, ailə yaradır.

"Report" xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Baku TV-yə müsashibəsində deyib.

Onun sözlərinə görə, imtahanla bağlı yaranan stressi DİM yaratmır və imtahan özü də təkbaşına bu stressi formalaşdırmır:

"Daha çox valideynlərin, ailənin, cəmiyyətin və müəllimlərin gözləntiləri şagirdlərə təsir göstərir. Apardığımız anonim sorğunun nəticələrinə görə, iştirakçıların 60 %-dən çoxu bildirir ki, onlarda stressin yaranmasına əsas səbəb valideynlərin gözləntiləridir. Valideynlər çox zaman övladlarından real imkanlarından daha yüksək nəticələr gözləyirlər və bu da əlavə təzyiq yaradır. Ümumilikdə isə hər bir imtahan müəyyən qədər streslidir. Hər yeni situasiya insanda təbii olaraq gərginlik yarada bilər. Biz isə bu stressin səviyyəsini ölçmürük, bizim məqsədimiz hər kəs üçün eyni və ədalətli şərait yaratmaqdır".

DİM sədri vurğulayıb ki, imtahan zamanı şagirdə tapşırıq kitabçası verildikdə o artıq tamamilə müstəqil olur və heç kimdən asılı olmadan yalnız öz biliklərinə əsaslanaraq cavab verir:

"Şagird özünü idarə etməyi bacarmalıdır, öz vaxtını düzgün bölməyi bacarmalıdır və ona heç kim nəzarət edərək təzyiq göstərə bilməz. Bu, daha stressiz bir mühit yaradır, nəinki kiminsə qarşısında oturub onun suallarına cavab vermək. Müəyyən stress var, bu da təbiidir. Ümumilikdə, hər hansı fəaliyyətin qiymətləndirilməsi, yaxud insanın biliklərinin yoxlanılması özü də stress yaradır. Amma bu stressi idarə etmək insanın vacib bacarıqlarından biridir və bunu yalnız mərkəzləşdirilmiş imtahan sistemi formalaşdıra bilməz".

M.Abbaszadə əlavə edib ki, bu bacarıq məktəbdə, ailədə və valideynlərin düzgün yanaşması ilə formalaşır:

"Çünki uşaq dünyaya gələndə onun mütləq ali məktəbə qəbul olunması kimi bir məcburiyyət yoxdur. Əgər qəbul olunmursa, bu, onun dəyərinin azalması demək deyil. Təəssüf ki, bəzən valideynlərdə bu cür yanaşma müşahidə olunur və bu da uşaqlarda əlavə təzyiq yaradır. Bunu müşahidə edirik və valideynlərə daim müraciət edirik. Açıq qapı günlərini də məhz bu məqsədlə təşkil edirik ki, valideynlər gəlib sistemi görsünlər, suallarını versinlər və narahatlıqlarını bölüşsünlər. Lakin gözlədiyimiz qədər iştirak olmur. 150 nəfərlik zalın dolduğunu heç görməmişəm. Çox az adam gəlir".

DİM sədri: Məktəb qiymətləri ilə imtahan nəticələri arasında tam uyğunluq yoxdur

Məktəb qiymətləri ilə imtahan nəticələri arasında çox zaman tam uyğunluq olmur.

"Report" xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə Baku TV-yə müsashibəsində deyib.

DİM sədri diqqətə çatdırıb ki, şagirdlərin illik qiymətləri və fənlər üzrə məktəb qiymətləndirmələri mövcuddur:

"Lakin ali məktəblərə qəbul zamanı əsas götürülən göstərici buraxılış imtahanlarının nəticələridir. Buraxılış imtahanlarının nəticələri qəbul imtahanlarının nəticələri ilə birlikdə müsabiqədə əsas meyar kimi nəzərə alınır. Ölkə üzrə aparılan mərkəzləşdirilmiş qiymətləndirmə eyni standartlara əsaslanır və bütün şagirdlər eyni şəraitdə eyni suallara cavab verirlər. Məktəbdaxili qiymətləndirmə isə daha çox müqayisəli xarakter daşıyır".

Məleykə Abbaszadə eyni zamanda əlavə edib:

"Məsələn, müəllim sinif daxilində ən yaxşı nəticə göstərən şagirdə yüksək qiymət verə bilər və bu, normal bir yanaşmadır. Lakin məktəb qiymətləri ilə imtahan nəticələri arasında çox zaman tam uyğunluq olmur. Buna baxmayaraq, biz hər il bu müqayisəli cədvəlləri dərc edirik. Məsələn, məktəbdə "5" alan şagirdlərin buraxılış və qəbul imtahanlarında hansı nəticələr göstərdiyi təhlil olunur. Bu təhlillər göstərir ki, məktəblərdə qiymətləndirmə sistemi müəyyən fənnlərdən get-gedə düzgün aparılır".

O, həmçinin imtahan suallarının proqramdan kənar olması iddialarına da cavab verib:

"Bizdə sualların proqramdan kənar olması ilə bağlı hər hansı apellyasiya müraciəti qeydə alınmayıb. Ümumiyyətlə imtahan modelimiz tamamilə açıq modeldir. Suallar kitabça şəklində şagirdlərə paylanılır. İmtahan bitən kimi həmin gün "ictimai ekspertiza" başlayır. Bu prosesdə ən adi vətəndaşdan tutmuş elmi dərəcəsi olan akademiklərə qədər hər kəs sualları yoxlaya bilər. Biz həmin gün bütün sualların izahını təqdim edirik, eyni zamanda hər sualın proqramın hansı mövzusuna, hansı sinif səviyyəsinə aid olduğunu da göstəririk. İctimaiyyət də bunu çox yaxşı bilir. İndiyə qədər bir dəfə də olsun belə bir iddia irəli sürülməyib ki, "bu sual dərslikdə yoxdur". "Proqramdan kənardır" yox, "məktəbdə keçməmişik", "proqramda var, amma keçməmişik" kimi fikirlər səsləndirilir. Bu isə artıq başqa məsələdir. Nəticə etibarilə, dərslikdən kənar və ya proqramdan kənar sualın olması ilə bağlı bizdə hər hansı hal qeydə alınmayıb və ümid edirik ki, gələcəkdə də olmayacaq".

Məleykə Abbaszadə "Baku TV"nin suallarını cavablandırıb - YENİLƏNİB

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə "Baku TV"yə müsahibə verib.

"Report" müsahibəni təqdim edir:

Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə "Baku TV"yə müsahibə verib.

"Report" xəbər verir ki, təhsil sahəsinin aktual mövzularına toxunulan müsahibə bu gün saat 20:45-də yayımlanacaq.

Peşə tanınması imtahanının nəticələri açıqlanıb

İyunun 16-da Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən peşə tanınması imtahanının nəticələri açıqlanıb.

Bu barədə "Report"a Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məlumat verilib.

Bildirilib ki, həmin imtahanda iştirak etmək üçün 145 namizəd qeydiyyatdan keçib, bunlardan 115-i imtahanda iştirak edib, yalnız 16 nəfər keçid balını toplayıb. 20 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 13,91% təşkil edib. Aşağıda sözügedən imtahana dair müvafiq məlumatlarla tanış ola bilərsiniz.

Belə ki, peşə tanınması imtahanında "Hüquqşünaslıq" ixtisası üzrə 57 nəfər iştirak edib, onlardan yalnız 10 nəfəri başqa sözlə, cəmi 17.54%-i uğurlu nəticə əldə edib. Beləliklə, "Hüquqşünaslıq" ixtisası üzrə peşə tanınmasını əldə etmək istəyən namizədlərin 82.46 %-i müvafiq imtahanda uğursuz nəticə göstərib.

Eyni zamanda, "Mühəndislik" ixtisası üzrə peşə tanınması imtahanında 48 nəfər iştirak edib, namizədlərdən yalnız 3 nəfəri başqa sözlə, cəmi 6.25%-i uğurlu nəticə əldə edib. Nümunə olaraq, "Yanğın təhlükəsizliyi mühəndisliyi" ixtisası üzrə peşə tanınmasını əldə etmək istəyən namizədlərin 100%-i müvafiq imtahanda uğursuz nəticə göstərib.

Həmçinin, "Müəllimlik" ixtisası üzrə peşə tanınması imtahanında 10 nəfər iştirak edib, onlardan yalnız 3-ü uğurlu nəticə əldə edib. Beləliklə, "Müəllimlik" ixtisası üzrə peşə tanınmasını əldə etmək istəyən namizədlərin 70%-i müvafiq imtahanda uğursuz nəticə göstərib.

Sözügedən imtahana dair təfərrüatlı statistika ilə keçiddən tanış ola bilərsiniz.

Bu gündən qabiliyyət imtahanlarının keçirilməsinə başlanılıb

İyunun 22-dən etibarən ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarının keçirilməsinə başlanılıb.

Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu gün Bakı şəhəri 286 nömrəli tam orta məktəbdə Təsviri sənət istiqamətinin 15 (dekorativ tətbiqi sənət ) , Bakı şəhəri 189-190 nömrəli tam orta məktəbdə Xoreoqrafiya sənəti istiqamətinin 53 və Tofiq Bəhramov adına Respublika stadionunda İdman istiqamətinin 62-ci komissiyaları üzrə (ümumi fiziki hazırlıq, kütləvi sağlamlaşdırıcı idman, adaptiv bədən tərbiyəsi) qabiliyyət imtahanları keçirilir.

Abituriyentlər (subbakalavrlar) imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və Qabiliyyət imtahanına buraxılış vərəqəsi"n mütləq gətirməlidirlər. İdman istiqaməti üzrə imtahana gələrkən abituriyentlər (subbakalavrlar) idman paltarı və sağlamlıq haqqında tibbi arayış U086 (peşəyə yararlığı haqqında həkim rəyi hissəsində "yararlıdır" və ya "sağlamdır" qeydi olmalıdır) gətirməlidirlər.

Xoreoqrafiya sənəti ixtisası üzrə imtahana gələrkən abituriyentlər (subbakalavrlar) rəqs paltarı və sağlamlıq haqqında tibbi arayış gətirməlidirlər. Musiqi faylını mobil telefona yazıb gətirən abituriyentlərin telefonları imtahan binasına buraxılmır. Abituriyentlər musiqi faylını fləşkart və ya diskə yazaraq imtahan binasına gətirməlidirlər. Yaddaş qurğusuna yazılmış faylın texniki vəziyyətinə və yararlı olmasına görə abituriyent özü məsuliyyət daşıyır.

Abituriyentlər (subbakalavrlar) istiqamətlər üzrə imtahanlara hazırlaşmaq üçün qəbul olmaq istədiyi ixtisasa uyğun proqramla tanış olmalıdırlar. Qəbul proqramları 2026-cı ildə istiqamətlər üzrə çap olunan "Abituriyent" jurnalının xüsusi buraxılışlarında verilib.

Qabiliyyət imtahanlarının qrafiki haqqında məlumatla buradan tanış ola bilərsiniz.

Qeyd: Qrafik mütəmadi olaraq yenilənir və digər imtahanların tarixləri də bəlli olduqca cədvələ əlavə ediləcək.

Rezidenturaya qəbul imtahanının birinci mərhələsinin nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul olmaq üçün 21 iyun 2026-cı il tarixində keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının ikinci cəhdinin nəticələrini elan edib.

Bu barədə "Report"a DİM-dən məlumat verilib.

Bildirilib ki, hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1266 namizəddən 49 nəfəri imtahana gəlməyib.

221 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib.

Müsabiqə şərtini ödəyənlərdən 139 nəfər 4 və ya 5-ci kurs tələbələridir.Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul" alan 4-cü və 5-ci kurs tələbələri ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olmaq hüququ əldə etdikdən sonra buraxılırlar.

İyunun 21-də keçirilən imtahanda 27 nəfər bu ilin, 55 nəfər isə əvvəlki illərin məzunları olmaqla, ümumilikdə 82 namizəd ikinci mərhələyə buraxılıb.

Əvvəlki illərdə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul" nəticə əldə etmiş və bu il rezidenturaya qəbul olmaq üçün qeydiyyatdan keçən 769 namizəd də birbaşa ikinci mərhələyə – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılır..

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apellyasiya komissiyasına 23 iyun saat 10:00-dan 24 iyun saat 17:00-dək müraciət edə bilərlər.

Qeyd. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (II mərhələ) avqustun 9-da keçirilməsi planlaşdırılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından 40 və daha çox bal toplayaraq "məqbul" nəticə əldə edən və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər buraxılırlar.

Xaricdə təhsil üzrə Dövlət Proqramının namizədləri ən çox hansı ölkələri seçiblər?

2026-2027-ci tədris ili üzrə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu mərhələsi başa çatıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
 
Bildirilib ki, 15 aprel-5 iyun tarixlərini əhatə edən sənəd qəbulu mərhələsində Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün dünyanın 21 ölkəsinə aid 106 ali təhsil müəssisəsi üzrə 1221 namizəd müraciət edib. Müraciət edən namizədlərin 271 nəfəri dünya reytinq cədvəllərində ("Times Higher Education", "QS World University Rankings", "Academic Ranking of World Universities (Shanghai)") top 10-da yer tutan ali təhsil müəssisələrindən qəbul əldə edib. Namizədlər tərəfindən daha çox müraciət olunan ölkələr sırasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Amerika Birləşmiş Ştatları, Türkiyə Respublikası, Avstraliya İttifaqı və Çin Xalq Respublikası yer alır. Namizədlərin seçimlərinə əsasən daha çox müraciət olunan ixtisas istiqamətləri isə informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, fundamental və tətbiqi elmlər və dövlət idarəetməsidir.
 
Dövlət Proqramının iştirak tələblərinə cavab verən və I mərhələdə sənədlərini uğurla təqdim edən namizədlərlə bu gündən - 8 iyun tarixindən müsahibə mərhələsinə start verilib. Müsahibə mərhələsinə dair məlumatlar namizədlərin portal.edu.az platformasındakı şəxsi kabinetləri üzərindən təqdim ediləcək.
 
Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin 12 avqust 2024-cü il tarixli, 248 nömrəli Sərəncamı rəhbər tutularaq Dövlət Proqramına qəbul üzrə kvota sayı illik 500 nəfərədək müəyyən olunub. Kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini, 20 faizindən çox olmayan hissəsi doktorantura, qalan hissəsi isə magistratura səviyyəsini əhatə edir.

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

Müəllimlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin keçiriləcəyi imtahan mərkəzləri açıqlanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.
 
Ölkə üzrə ümumilikdə 35 imtahan mərkəzi təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi üçün müəyyən olunub.
 
Qeyd edilən keçid vasitəsilə imtahan mərkəzlərinin siyahısı ilə tanış ola bilərsiniz.
 
Builki sertifikatlaşdırma imtahanlarının iyunun 17-25-də keçirilməsi planlaşdırılır.

ABŞ səfirliyi təhsilə həsr olunmuş sərgi təşkil edib

ABŞ-nin Azərbaycandakı səfirliyi "EducationUSA Azerbaijan" və "American Councils for International Education" ilə tərəfdaşlıq çərçivəsində "ABŞ-də təhsil" sərgisi təşkil edib.

"Report" xəbər verir ki, tədbirdə ABŞ-nin 45-dən çox universiteti və təhsil təşkilatının nümayəndələri, eləcə də 50-dən çox azərbaycanlı məzun və ABŞ səfirliyi icmasının üzvləri iştirak ediblər.

İştirakçılar Harvard, Yel və Kolumbiya universitetləri, eləcə də Karnegi-Mellon Universiteti və digər ali təhsil müəssisələri də daxil olmaqla ABŞ-nin aparıcı universitetlərində bakalavriat, magistratura və mübadilə proqramları ilə birbaşa tanış olmaq imkanı əldə ediblər.

Açılış mərasimində çıxış edən ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon azərbaycanlı tələbələrin ABŞ-nin ali təhsilinə artan marağını, eləcə də bu ölkədə təhsil almaq üçün akademik imkanların genişlənməsini qeyd edib.

Rendi Koul: ABŞ təhsili azərbaycanlı tələbələr üçün çox əhəmiyyətlidir

Son 5 ildə ABŞ-də təhsil alan azərbaycanlı tələbələrin sayında hər il təxminən 20 % artım müşahidə olunur.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Rendi Koul "ABŞ-də təhsil" sərgisi çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.

XƏBƏR YENİLƏNİR

Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır

Ötən tədris ilində ABŞ-də Azərbaycandan olan 1 329 tələbə təhsil alıb və bu da əvvəlki illə müqayisədə 18 % çoxdur.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon ABŞ səfirliyi və "EducationUSA" tərəfindən təşkil olunan "ABŞ-də təhsil" sərgisinin açılışında bildirib.

Onun sözlərinə görə, ardıcıl dördüncü ildir ABŞ ali məktəblərində azərbaycanlı tələbələrin sayının artması qeydə alınır, bu da ABŞ-də təhsilin keyfiyyətinə olan yüksək etimad səviyyəsindən xəbər verir.

Xəbər yenilənir

Emin Əmrullayev rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb

Elm və təhsil naziri Emin Əmrullayev 2022–2028-ci illər üçün Dövlət Proqramı çərçivəsində dünyanın nüfuzlu ali təhsil müəssisələrində kompüter elmləri, informasiya texnologiyaları, statistika və verilənlərin təhlili, süni intellekt, eləcə də mühəndislik istiqamətləri üzrə təhsil almış bir qrup gənclə görüşüb.

"Report" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Görüş zamanı nazir Dövlət Proqramının ölkənin insan kapitalının inkişafında mühüm rol oynadığını vurğulıb.

O, məzunların xaricdə qazandıqları bilik və bacarıqları Azərbaycanın texnoloji inkişafına, innovasiya ekosisteminin gücləndirilməsinə və rəqəmsal transformasiya proseslərinə töhfə vermək üçün səmərəli şəkildə tətbiq edəcəklərinə əminliyini ifadə edib.

Müzakirələr zamanı gənclərin peşəkar inkişaf perspektivləri, yüksək texnologiyalar sahəsində mövcud imkanlar, innovativ təşəbbüslərin təşviqi, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma layihələrində iştirak imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Yeni təmayül tədris modelinin tətbiq ediləcəyi məktəblərə şagird qəbulu elan edilir

2026-2027-ci tədris ili üzrə yeni təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu elan edilir.

"Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, 10-11-ci sinifləri əhatə edən yeni təmayül tədris modeli şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir.

Əsas məqsəd şagirdlərin əlavə hazırlığa ehtiyac duymadan, məhz məktəbdə təşkil olunan gücləndirilmiş və hədəfli tədris prosesi vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir. Bu çərçivədə xüsusi tədris planlarının hazırlanması, ali təhsil müəssisələrinə qəbul tələblərinə uyğun, fənlər üzrə dərinləşdirilmiş proqramların təşkili həyata keçirilir.

Cari tədris ilində tam orta təhsil səviyyəsində yeni təmayül tədris modeli ümumilikdə 14 təhsil müəssisəsində təşkil edilib, X siniflər üzrə 1178 nəfər, XI siniflər üzrə isə 406 nəfər olmaqla ümumilikdə 1584 şagird təhsil alır və bu prosesə xüsusi meyarlar əsasında seçilmiş 263 müəllim cəlb edilib.

Layihə çərçivəsində fəaliyyət göstərən təhsil müəssisələrində tədris prosesinin keyfiyyət göstəriciləri mütəmadi olaraq monitorinq edilir.

2025–2026-cı tədris ilinin sentyabr–dekabr aylarını əhatə edən dövr üzrə aparılmış təhlillər göstərir ki, şagirdlərin orta aylıq davamiyyət faizi əksər məktəblərdə 95–100 faiz intervalında dəyişib.

Bununla yanaşı, yeni təmayül tədris modeli əsasında təhsil alan şagirdlərin buraxılış imtahanındakı nəticələrinin təhlili onu deməyə əsas verir ki, bütün müəssisələrin orta bal göstəricisi müvafiq şəhər üzrə ümumi orta balı mütəmadi olaraq üstələyib. 100 baldan aşağı nəticə göstəriciləri bütün müəssisələrdə minimuma endirilib. Əldə edilən müsbət nəticələr nəzərə alınaraq bu model üzrə fəaliyyət göstərən məktəblərin şəbəkəsinin mərhələli şəkildə genişləndirilərək 100 məktəbə çatdırılması məqsədəuyğun hesab olunur. Yeni təmayül tədris modeli üzrə təhsil almaq istəyənlər regional təhsil idarələrinə müraciət edərək ətraflı məlumat əldə edə bilərlər.

Geologiya İnstitutunun direktor vəzifəsi Elçin Vəliyevə həvalə olunub

Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Elçin Vəliyev Geologiya İnstitutunda direktor müavini təyin olunub.

"Report" xəbər verir ki, E.Vəliyev eyni əmrə əsasən institutun direktor vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edəcək.

Qeyd edək ki, Elçin Vəliyev Bakı Dövlət Universitetində coğrafiya ixtisası üzrə bakalavriat, landşaftşünaslıq ixtisası üzrə isə magistratura səviyyəsində təhsil alıb. Həmçinin Ukraynanın İvano-Frankovsk Milli Texniki Neft və Qaz Universitetində neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alıb. 2018-ci ildə texnika üzrə fəlsəfə doktoru, 2024-cü ildə isə texnika elmləri doktoru elmi dərəcəsini əldə edib.

Əmək fəaliyyətinə Milli Aerokosmik Agentliyinin Ekologiya İnstitutunda başlayan Elçin Vəliyev müxtəlif illərdə neft-qaz sənayesi sahəsində çalışıb. 2010-cu ildən etibarən SOCAR-ın Neft Qaz Elmi-Tədqiqat Layihə İnstitutunda müxtəlif vəzifələrdə fəaliyyət göstərib, son təyinatadək Analitik Tədqiqatlar Laboratoriyasının müdiri olub.

ADA Universitetində 14-cü Beynəlxalq Festivalın açılışı olub

ADA Universitetində ən parlaq mədəni tədbirlərdən biri olan 14-cü Beynəlxalq Festivalın açılışı olub.

"Report"un məlumatına görə, tədbir ənənəvi olaraq diplomatik korpusun nümayəndələrini, tələbələri, məzunları, müəllimləri və universitet əməkdaşlarını bir araya gətirib.

Xəbər yenilənir

BDU və Qarabağ Dövlət Universitetində kriminalistikanın əsas fənn kimi keçirilməsi üzrə pilot layihə başlayıb

Baş Prokurorluq Bakı Dövlət Universiteti və Qarabağ Dövlət Universiteti ilə kriminalistikanın əsas ixtisas fənni kimi tədrisi üzrə pilot layihə həyata keçirir.

"Report" xəbər verir ki, bunu Bakıda keçirilən ​"Hüquq təhsili və biznes gözləntilərinin uzlaşması" konfransında "Baş Prokurorluq"un Elm-Tədris Mərkəzinin rəisi Fazil Həsənəliyev deyib.

Onun sözlərinə görə, bu gün xüsusilə aktual olan məsələlərdən biri kriminalistika sahəsidir:

"Təhsil Nazirliyinin müraciəti əsasında Bakı Dövlət Universiteti və Qarabağ Dövlət Universiteti ilə birlikdə kriminalistikanın əsas ixtisas fənni kimi tədrisi üzrə pilot layihə üzərində iş aparılır və biz də bu istiqamətdə zəruri dəstəyi göstəririk. Lakin açıq etiraf etməliyik ki, bu gün prokurorluqda müstəntiq və prokuror vəzifələrində çalışan şəxslərin, eləcə də vəkillərin müəyyən hissəsinin kriminalistika sahəsində praktiki bilik və bacarıqları arzu olunan səviyyədə deyil. Halbuki müasir cinayət təqibi və ədalət mühakiməsi sistemində məhz bu sahədəki bacarıqlar xüsusi əhəmiyyət daşıyır".

İyunun 15-də Super Təzə Ay hadisəsi baş verəcək

İyunun 15-də Super Təzə Ay (Super New Moon) müşahidə olunacaq.

Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasından "Report"a verilən xəbərə görə, bu hadisə Ayın həm Təzə Ay fazasında olması, həm də Yerə minimum məsafəyə – perigey nöqtəsinə çox yaxın yerləşməsi ilə xarakterizə olunur.

Ay iyunun 15-i Bakı vaxtı ilə saat 03:19-da perigey nöqtəsindən keçəcək, bu zaman onun Yerə qədər məsafəsi 357 195 km olacaq. Cəmi bir neçə saat sonra, saat 06:56-da Ay Təzə Ay fazasına daxil olacaq. Perigey ilə Təzə Ay arasındakı zaman fərqi təxminən 3 saat 37 dəqiqə təşkil etdiyindən, bu hadisə astronomiyada Super Təzə Ay adlandırılır. İndiyədək qeydə alınan ən yaxın Super Təzə Ay hadisələrindən biri 22 yanvar 2023-cü ildə baş verib. Bu zaman Ay Yerə təxminən 356 568 km məsafəyə qədər yaxınlaşıb.

Təzə Ay zamanı Ay Yer ilə Günəş arasında yerləşir və onun işıqlanan tərəfi Yerə əks istiqamətdə olduğundan Ay səma üzərində görünmür. Buna baxmayaraq, bu faza astronomik baxımdan böyük əhəmiyyət daşıyır. Ayın görünməməsi gecə səmasını daha qaranlıq edir və zəif dərin səma obyektlərinin – qalaktikaların, ulduz topalarının və dumanlıqların müşahidəsi üçün əlverişli şərait yaradır.

Ayın orbiti tam dairə deyil, ellips formasındadır. Buna görə Ayın Yerə qədər məsafəsi daim dəyişir. Perigey nöqtəsində Ay Yerə ən yaxın, apogey nöqtəsində isə ən uzaq mövqedə olur. Super Təzə Ay hadisəsi məhz Ayın perigey yaxınlığında Təzə Ay fazasına düşməsi nəticəsində baş verir. Bu hadisə zamanı Ay Yerə bir qədər yaxın yerləşsə də, görünmədiyi üçün bunu vizual olaraq müşahidə etmək mümkün deyil. Lakin Ayın və Günəşin cazibə qüvvələrinin birgə təsiri nəticəsində okeanlarda daha güclü qabarma-çəkilmə hadisələri baş verə bilər.

Ölkə üzrə 300 mindən çox şagirdin bilikləri ilk dəfə açıq tipli sualların olduğu monitorinqlə yoxlanılacaq

Təhsilalanların bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə ölkə üzrə ümumilikdə 300 mindən çox 4-cü və 6-cı sinif şagirdləri arasında monitorinq həyata keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Ümumilikdə 13 552 şagirdin kompüter əsaslı monitorinqdə iştirakı nəzərdə tutulur. Bu il ilk dəfə olaraq monitorinq tapşırıqlarına açıq tipli suallar daxil ediləcək.

Qeyd edək ki, monitorinqlər şagird nailiyyətlərinin yaxşılaşdırılması, şagirdlərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsinə xidmət edəcək.

ATU-da tibb ixtisasları üzrə yeni tədris proqramlarının ilkin müzakirəsi keçirilib

Azərbaycan Tibb Universitetində (ATU) tibb ixtisasları üzrə yeni tədris proqramlarının ilkin müzakirəsi məqsədilə geniş tərkibdə görüş keçirilib.

Elm və Təhsil Nazirliyi tərəfindən ali təhsil proqramlarının hazırlanması məqsədilə yaradılan Komissiyada "Əsas (baza ali) tibb təhsili səviyyəsi və Səhiyyə ixtisasları qrupu" üzrə İşçi Qrupunun həmsədrləri - ATU-nun rektoru, professor Gəray Gəraybəyli və həmsədr Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru İradə Axundovanın rəhbərliyi ilə baş tutan görüşdə komissiya üzvləri, əmək bazarının nümayəndələri, eyni zamanda hər ixtisas üzrə məzun kursların tələbələri iştirak ediblər.

Tədbirdə "Ali təhsilin bakalavriat, əsas (baza ali) tibb təhsili, magistratura və rezidentura səviyyələri üzrə ixtisasların təsnifatı"nın təsdiq edilməsinə toxunan rektor Gəray Gəraybəyli ali təhsil proqramları və tədris prosesinin yenilənməsi zərurəti, o cümlədən qlobal müstəvidə baş verən dəyişikliklər və beynəlxalq təcrübə əsasında tədris planlarının təkmilləşdirilməsi, mövcud proqramların müasir əmək bazarının tələblərinə uyğunlaşdırılmasını vacib edən məqamlara aydınlıq gətirib.

Qeyd olunub ki, yeni tibb ixtisas proqramlarının tətbiqində əsas məqsəd tələbələrin bacarıqlarının daha da inkişaf etdirilməsi, təhsil keyfiyyətinin yüksəldilməsi, səhiyyə sistemi və əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkilidir.

Daha sonra görüşdə bakalavr pilləsində Qidalanma və Dietologiya ixtisası üzrə hazırlanan tədris proqramı Komissiya üzvlərinin diqqətinə çatdırılıb. Həmçinin 1 nömrəli Bakı Tibb və 2 nömrəli Bakı Baza Tibb kolleclərinin təqdim etdiyi tədris proqramları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Görüşdə müzakirələr zamanı səsləndirilən müxtəlif fikir və təkliflərin də nəzərə alınaraq, proqramlara yenidən baxılması və qısa zamanda yekun rəyin verilməsi qərara alınıb.

Fərhad Quliyev: Azərbaycanda arxeoloji işlərin aparılmasında rəqəmsal metodlara keçilir

Azərbaycanda gələcəkdə arxeoloji işlərin rəqəmsal metodlarla aparılması üzərində işlər aparılır.

"Report" xəbər verir ki, bunu Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev "2026-cı il Arxeoloji və Antropoloji çöl-tədqiqat mövsümü"nün açılış mərasimində deyib.

Onun sözlərinə görə, bunun üçün müasir avadanlıqlar lazımdır:

"Bir neçə avadanlıq artıq alının. Müasir avadanlıqları əldə etdikdən sonra isə əsas məsələ kadrın tapılmasıdır. Çünki həmin avadanlıqlar heç də asan idarə olunan cihazlar deyil. Onlarla düzgün işləyə bilən kadr mütləqdir".

İsa Həbibbəyli: Laçın və Kəlbəcərdə arxeoloji tədqiqatların aparılması planlaşdırılır

Laçın və Kəlbəcərdə də arxeoloji tədqiqatların aparılması planlaşdırılır.

"Report" xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti İsa Həbibbəyli "2026-cı il Arxeoloji və Antropoloji çöl-tədqiqat mövsümü"nün açılış mərasimində çıxşı zamanı deyib.

Onun sözlərinə görə, ötən il işğaldan azad olunmuş ərazilərdə beynəlxalq ekspedisiyalar təşkil olunub:

"Qarabağda elmi mərkəz açılmalıdır. Bunun artıq vaxtıdır. Qarabağın bəzi ərazilərində tədqiqatlar aparılır, ancaq digər ərazilərə də ilk arxeoloji ekspedisiyalar təşkil olunmalıdır".

Həftəsonu 275 namizəd dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 7-də inzibati rəhbər vəzifələrə aid AB, AC və inzibati icraçı vəzifələrə aid BA, BB vəzifə altqruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı və dövlət qulluğunda inzibati vəzifələrin B növünə aid BB vəzifə altqrupuna uyğun vəzifələr üzrə qəbul imtahanı keçirəcək.

"Report" xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

BB vəzifə altqrupu üzrə test imtahanda iştirak etmək üçün 1389 namizəd qeydiyyatdan keçib.

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanda iştirak etmək üçün AB qrupu üzrə 8, AC qrupu üzrə 15, BA qrupu üzrə 73, BB qrupu üzrə isə 179 olmaqla, ümumilikdə 275 namizəd qeydiyyatdan keçib.

Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni mütləq gətirməlidirlər.

İmtahanların keçirilməsi üçün 18 zal admini, 108 nəzarətçi və 16 buraxılış rejimi əməkdaşı ayrılıb.

Bu gün geomaqnit qasırğası olacaq

Bu gün Günəş aktivliyi yüksək olacaq.

"Report" xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

Günəş səhtində müntəzəm baş verən C (zəif) sinif alışmalarla yanaşı, M (R1-R2-zəif-orta) sinif alışmalar və tac kültə atılması (TKA) baş verib. Bunun nəticəsində plazma kütləsinin iyun ayının ortaları üçün Yer yaxınlığından keçməsi proqnozlaşdırılır.

Bu gün saat 15:00-dan sonra Kp əmsalı 5 olan G1 səviyyəli geomaqnit qasırğası baş verəcək. Bu, iyunun 5-i səhər saatlarınadək davam edəcək. Gecə yarısı (5 iyun saat 00:00-03:00 aralığında) qasırğanın gücünün Kp əmsalı ilə 6 olacağı proqnozlaşdırılır.

İyunun 5-i saat 09:00-dan sonrakı müddətdə geomaqnit qasırğa sakit fon səviyyəsində olacaq. Prosesin Yerətrafı orbitdə olan aparatlara təsir etmə ehtimalı var.

Doktorantura və dissertanturaya qəbul imtahanının tarixləri müəyyənləşib

Doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə imtahana, həmçinin əcnəbilər üçün Azərbaycan dili imtahanına qeydiyyat Mərkəzin saytı vasitəsilə 11-14 iyunda aparılacaq.

"Report" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

İmtahan qrafikinə əsasən əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı bütün bloklar üzrə iyunun 16-da keçiriləcək.

Doktoranturaya qəbul olmaq istəyən namizəd və doktoranturada oxuyan iddiaçıların danışıq bloku imtahanı 17 – 19 iyun tarixlərində keçiriləcək. Danışıq bloku üzrə qiymətləndirilmə şifahi formada kompüter proqramı vasitəsilə aparılır.

İyunun 25-də isə imtahanın dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı blokları keçiriləcək.

Xarici dil üzrə qəbul imtahanında bloklar üzrə müvafiq bal məhdudiyəti (2 bal) nəzərə alınmaqla keçid balını (25 bal) toplamış namizədlər fəlsəfə, sonra isə ixtisas fənnindən imtahana buraxılırlar. Qəbul imtahanında 30 və daha çox bal toplayan namizədlər dissertasiyalarını həmin imtahanı verdikləri tarixdən beş il müddətində ilkin müzakirəyə təqdim etdikləri təqdirdə xarici dil üzrə fəlsəfə doktoru imtahanından azad olunurlar.

BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Bakı Dövlət Universiteti (BDU) və Qərbi Azərbaycan İcmasının (QAİ) birgə təşkilatçılığı ilə keçirilən "Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi" mövzusunda I Beynəlxalq elmi konfrans çərçivəsində mühüm əməkdaşlıq sənədi imzalanıb. BDU ilə QAİ əməkdaşlıq haqqında anlaşma memorandumu imzalayıb.

Bu barədə "Report"a BDU-dan məlumat verilib.

Memorandumun əsas məqsədi BDU və QAİ arasında elm, təhsil, tədqiqat, mədəni irsin qorunması və təbliği, tarixi yaddaşın öyrənilməsi, insan kapitalının inkişafı və ümumi maraq doğuran digər sahələr üzrə əməkdaşlıq münasibətlərinin qurulması, genişləndirilməsi və inkişaf etdirilməsidir.

Bu əməkdaşlıq Qərbi Azərbaycanın tarixi, coğrafiyası, demoqrafiyası, etnoqrafiyası, mədəni irsi, toponimiyası, hüquqi məsələləri və digər əlaqəli istiqamətlər üzrə birgə elmi tədqiqatların aparılması, maddi, qeyri-maddi mədəni irsin araşdırılması, sənədləşdirilməsi, qorunması və geniş ictimaiyyətə çatdırılmasında birgə fəaliyyətin həyata keçirilməsini nəzərdə tutur.

BP-nin dəstəyi ilə Naxçıvanda yeni laboratoriya və emalatxanalar yaradılır

BP şirkətinin dəstəyi ilə Naxçıvanda yeni laboratoriya və emalatxanalar yaradılır.

"Report"un yerli bürosu xəbər verir ki, BP-Azərbaycan şirkəti ilə əməkdaşlıq çərçivəsində Naxçıvanda təhsil müəssisələrində yeni yaradılacaq laboratoriya və emalatxanalar üçün avadanlıqların muxtar respublikaya gətirilməsinə başlanılıb.

Qeyd olunub ki, proses Naxçıvan Muxtar Respublikası (MR) Təhsil Nazirliyi ilə BP şirkəti arasında bu il aprelin 10-da imzalanmış əməkdaşlıq sazişi çərçivəsində həyata keçirilir.

️Sazişə əsasən, Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində 2 yeni istehsalat emalatxanası, Heydər Əliyev adına tam orta məktəbdə və Naxçıvan Qızlar Liseyində isə müasir kimya laboratoriyaları yaradılacaq. Yaxın günlərdə təhsil müəssisələrində avadanlıqların quraşdırma işlərinə start veriləcək. Fənn laborotoriyalarının tədris ilinin sonuna qədər hazır olması planlaşdırılır. Naxçıvan Dövlət Peşə Təhsil Mərkəzində 2 yeni istehsalat emalatxanasının sentyabr ayında hazır olub istifadəyə verilməsi nəzərdə tutulur.

Beləliklə, əməkdaşlıq sazişinə uyğun olaraq laboratoriya və emalatxanalar yeni tədris ilinə tam hazır vəziyyətdə müəssisələrin istifadəsinə veriləcək.

Saziş çərçivəsində həmçinin bp tərəfindən muxtar respublikanın ümumtəhsil müəssisələrində tədris aparan 30 nəfər perspektivli və metodoloji dəstəyə ehtiyacı olan ingilis dili müəlliminin ixtisasartırma və təlim proqramlarına cəlbi, istedadlı şagirdlərin (riyaziyyat, informatika, fizika və kimya fənləri üzrə) aşkarlanması, onların yerli və beynəlxalq olimpiadalara hazırlığının dəstəklənməsi də həyata keçirilir.

YENİLƏNİR

İyunun 5-də üstünlük hüququ tətbiq edilən məktəblərə I sinif üzrə sərbəst qəbul başlayır

İyunun 5-i saat 11:00-dan uşaqların I sinfə elektron qəbulu prosesində Abşeron, Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılacaq.

"Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Həmin tarixdən sonra Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmayacaq.

Üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinin siyahısı mektebeqebul.edu.az saytında təqdim olunub.

AMEA Qərbi Azərbaycanla bağlı ikicildlik ensiklopediyanı nəşrə hazırlayır

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Qərbi Azərbaycanla bağlı ikicildlik ensiklopediyanı nəşrə hazırlayır.

"Report" xəbər verir ki, bu barədə AMEA-nın prezidenti İsa Həbibbəyli "Qərbi Azərbaycana qayıdış: milli ideyanın yeni mərhələsi kimi" adlı l beynəlxalq elmi konfransda deyib.

Onun sözlərinə görə, alimlər hazırda bu istiqamətdə öz işlərini davam etdirirlər:

"AMEA-da Qərbi Azərbaycanla bağlı ilk dissertasiyalar tamamlanmaq üzrədir".

İsa Həbibbəyli həmçinin bildirib ki, artıq Qərbi Azərbaycanla bağlı kitabxananın yaradılmasına diqqət yetirilir:

"AMEA da bu istiqamətdə Qərbi Azərbaycan İcmasına dəstək göstərir".

Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə sənəd qəbulu başlayıb

2026-2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayıb.

"Report" xəbər verir ki, elektron sənəd qəbulu mərhələsi 3-10 iyun tarixlərini əhatə edəcək.

Müsabiqədə iştirak etmək istəyən şəxslər "Digital Login" əldə etdikdən sonra 3 iyun saat 11:00-dan 10 iyun saat 11:00-dək www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, MİQ müsabiqəsində iştirak rüsumu 60 manatdır. Amma qanunvericiliyə əsasən, müsabiqədə ilk dəfə iştirak edən namizədlər, şəhid ailəsinin üzvləri, müharibə veteranı adı alanlar, əlilliyi olanlar və ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri müsabiqədə ödənişsiz iştirak edirlər.

Bazar günü 51 mindən çox abituriyent üçün qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 7-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.

DİM-dən "Report"a verilən məlumata görə, həmin gün III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə də imtahan keçiriləcək.

İmtahan Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Quba və Xaçmazda təşkil olunacaq.

İmtahan saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 09:45-də buraxılış rejimi başa çatır və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Abituriyentlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə 212 imtahan binası, 3803 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 212 ümumi imtahan rəhbəri, 605 imtahan rəhbəri, 4716 nəzarətçi, 673 buraxılış rejimi əməkdaşı, 212 bina nümayəndəsi cəlb olunub.

İmtahanda I ixtisas qrupu üzrə 33 986, IV ixtisas qrupu üzrə 6 518, III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçən abituriyentlər üçün coğrafiya fənni üzrə imtahanda isə 11 186 nəfər olmaqla, ümumilikdə 51 690 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanda 65 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır

İyunun 3-dən 2026-2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başlayır.

Bu barədə "Report"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd olunub ki, müsabiqədə iştirak etmək istəyən şəxslər "Digital Login" əldə etdikdən sonra iyunun 3-ü saat 11:00-dan www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, elektron sənəd qəbulu mərhələsi iyunun 10-u saat 11:00-dək davam edəcək.

İlandağ yazısı deşifrə edilib

İlandağ yazısı təxminən 30 il əvvəl elm aləminə məlum olub. İlk dəfə Sovet dövründə bölgədə çalışan geoloqlar bu abidə barədə Elmlər Akademiyasına məlumat veriblər.

Tarix elmləri doktoru, professor Vəli Baxşəliyev "Report"un yerli bürosuna verdiyi müsahibədə bildirib ki, yazının öyrənilməsi üçün materiallar İtaliyaya göndərilib və burada aparılan tədqiqatlar nəticəsində mətn deşifrə edilərək oxunub.

Məlum olub ki, kitabə Naxçıvana şimal istiqamətindən yürüş edən Urartu hökmdarları ilə bağlıdır.

"Yazıda Urartu hökmdarı İşpuni və sonradan hökmdar olan oğlu Menuanın adları çəkilir. Mənbədə qeyd olunub ki, onlar Ərəzin kəndindən keçərək, həmin dövrdə Arşin adlandırılan ərazi vasitəsilə Araz çayını adlayıb Pluadi ölkəsinə gediblər. Burada tanrı Xaldinin və hökmdarın xanımının şərəfinə qurbanlar təqdim ediblər".

Alim deyib ki, Urartular Naxçıvana bir neçə istiqamətdən – həm şimaldan, həm də indiki Sədərək bölgəsi tərəfdən hücumlar təşkil ediblər:

"Həmin dövrdə ərazidə güclü tayfa ittifaqı - İtuni Konfederasiyası mövcud olub. Bu səbəbdən Urartuların yürüşləri uğursuzluqla nəticələnib və onlar cənuba doğru geri çəkilməyə məcbur olublar".

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə vakansiya seçiminin nəticələri elan olunub

23 - 26 may tarixlərində keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinin nəticələri iştirakçıların şəxsi səhifələrinə göndərilib.

Bu barədə "Report"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

"Müəllimlər şəxsi kabinetlərinə daxil olaraq nəticələrlə tanış ola bilərlər", - məlumatda qeyd olunub.

Elektron yerləşdirmə zamanı 14 nəfər şəhid ailəsi üzvü olmaqla ümumilikdə 2022 müəllim iş yerini dəyişdirmək imkanı qazanıb:

"Növbəti mərhələdə uğur qazanan müəllimlərin sənədlərinin yoxlanılması prosesi həyata keçiriləcək. Qeyd edək ki, sənədlər yoxlanıldıqdan sonra müəllimlər tutduqları vakant vəzifələrə təyin olunacaqlar.

Sənədlərin yoxlanılması prosesi ilə bağlı məlumat iştirakçıların şəxsi səhifələrinə göndəriləcək".

Bu il 116 minə yaxın şagird məzun olacaq

Azərbaycanda 2025-2026-cı tədris ilində 116 minə yaxın şagird XI sinfi bitirəcək.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Xatırladaq ki, bütün dövlət ümumtəhsil müəssisələrində ənənəvi olaraq "Son Zəng" tədbiri iyunun 14-nə düşsə də, bu il sözügedən tarix qeyri-iş gününə təsadüf edir. Bu səbəbdən "Son zəng" iyunun 13-də keçiriləcək.

Naxçıvanda ilk dəfə uşaq musiqi və incəsənət məktəbləri üzrə mərkəzləşdirilmiş buraxılış imtahanları keçiriləcək

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən tabeli regional mədəniyyət idarələrinin uşaq musiqi və incəsənət məktəblərində 2025/2026-cı tədris ili üzrə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada təşkili və keçirilməsi ilə bağlı yeni Qaydalar təsdiq edilib.

"Report"un yerli bürosu xəbər verir ki, mərkəzləşdirilmiş buraxılış imtahanları Azərbycan Respublikası Mədəniyyət Nazirliyinin rəqəmsal idarəetmə platforması və "MyCulture" vahid şəxsi kabinet vasitəsilə təşkil olunacaq.

Məzunlara imtahanın tarixi, vaxtı və məkanı barədə məlumat SMS, elektron poçt və şəxsi kabinet üzərindən bildiriləcək.

İmtahanların keçirilməsi 2026-cı ilin iyun ayında nəzərdə tutulur.İmtahanlar müvafiq ixtisaslar üzrə komissiyalar tərəfindən 5 ballıq sistem əsasında qiymətləndiriləcək. Yekun nəticələr komissiya üzvlərinin verdiyi balların orta göstəricisi əsasında müəyyən ediləcək.

Yeni qaydalar uşaq musiqi və incəsənət təhsilində qiymətləndirmə sisteminin müasir standartlara uyğunlaşdırılmasına, şəffaflığın artırılmasına və təhsil keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Avropa çempionu Mədinə Sadıqova ilə görüş keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) karate üzrə Avropa çempionatında 55 kiloqram çəki dərəcəsində qızıl medal qazanan Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) məşqçi-müəllimi Mədinə Sadıqova ilə görüş keçirilib.

Görüşdə Konfederasiya sədri Sahib Məmmədov ölkəmizdə idmanın inkişafının, sağlam həyat tərzinin təşviqinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının əsas prioritetlərindən olduğunu vurğulayıb.

Bildirilib ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası da bu sosial siyasətə dəstək göstərərək idmanın kütləviliyinin artması istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

Qeyd edilib ki, 2025-ci ildə AHİİTA-nın idmançıları müxtəlif yarışlarda ümumilikdə 306 medal qazanıblar. Mədinə Sadıqovanın qazandığı qızıl medal Azərbaycan idmanının növbəti böyük uğurlarından biridir və idmançımız böyüklər arasında Avropa çempionu olan ilk azərbaycanlı qadın karateçidir. AHİİTA-nın karate üzrə məşqçi-müəlliminin bu nailiyyəti həm Azərbaycan idmanının, həm də həmkarlar ittifaqları ailəsinin uğurudur.

Avropa çempionu Mədinə Sadıqova qazandığı qələbənin sevincini bölüşərək özünün idman həyatından danışıb, Azərbaycanda idmançılar üçün dövlət tərəfindən yaradılan geniş imkanların, eləcə də AHİİTA tərəfindən göstərilən dəstəyin onun peşəkar inkişafında mühüm rol oynadığını bildirib.

Mədinə Sadıqova göstərilən diqqət və qayğıya görə təşəkkür edib, gələcək yarışlarda da Azərbaycan Bayrağını yüksəklərdə dalğalandırmaq üçün əzmlə çalışacağını deyib.

Naxçıvanın qədim tarixi ilə bağlı olan İlandağ yazısı 30 illik axtarışdan sonra tapılıb

Naxçıvanın qədim tarixi ilə bağlı olan İlandağ yazısı 30 illik axtarışdan sonra tapılıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə AMEA-nın Naxçıvan Bölməsinin müxbir üzvü, Naxçıvan Dövlət Universitetinin professoru Vəli Baxşəliyev feysbuk sosial şəbəkəsindəki hesabında bildirib.

"Bu gün (ötən gün-red) təşkil olunan arxeoloji səfər zamanı Naxçıvanın qədim tarixi ilə bağlı olan İlandağ yazısı 30 illik axtarışdan sonra nəhayət ki tapıldı. Bu yazıda Urartu hökmdarı İşpuini və Menuanın Naxçıvana hərbi səfəri haqqında məlumat verilir. Onların indiki Ərəzin kəndindən keçərək, Araz çayının cənubunda Pluadi ölkəsində Tanrı Xaldiyə kurban kəsilməsindən bəhs edilir.

Araşdırmalar göstərir ki, urartuların Naxçıvana hücumları uğursuz olub. Sisianda tapılan yazıdan məlum olur ki, Naxçıvanda möhkəmlənən Etiuni konfederasiyası onlara xərac verməklə öz müstəqilliyini qoruyub saxlayıb", - arxeoloq qeyd edib.

Emin Əmrullayev Qaxda tədris prosesi ilə tanış olub

Mayın 26-da elm və təhsil naziri Emin Əmrullayev Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevlə birgə Qax şəhərində yerləşən 5 nömrəli tam orta ümumtəhsil məktəbində olub.

Bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, elm və təhsil naziri məktəbdə yaradılmış şəraitlə tanış olub, tədris prosesini izləyib. Nazir peşə təmayüllü siniflərdə şagirdlərin praktiki bacarıqlarının inkişafına yönəlmiş fəaliyyətləri izləyib. Eyni zamanda rəqəmsal bacarıqlar üzrə təşkil olunan dərslərdə şagirdlərin süni intellekt alətlərindən praktiki istifadə imkanları təqdim olunub, bu istiqamətdə tətbiq olunan müasir tədris yanaşmaları barədə məlumat verilib.

Daha sonra nazir məktəbin pedaqoji kollektivi ilə də görüşüb, müəllimlərin tədris prosesinin təşkili, peşəkar inkişaf və təhsil mühitinin təkmilləşdirilməsi ilə bağlı fikir və təkliflərini dinləyib, müvafiq tövsiyə və tapşırıqlarını çatdırıb.

Görüş zamanı regionlarda keyfiyyətli təhsil imkanlarının genişləndirilməsi, şagirdlərin əmək bazarının tələblərinə uyğun bacarıqlar əldə etməsinin əhəmiyyəti vurğulanıb.

Xarici dil fənləri üzrə təkmilləşdirilmiş imtahan modelinin növbəti təqdimatı keçirilib

Dövlət İmtahan Mərkəzində tam orta təhsil səviyyəsində xarici dil fənləri üzrə təkmilləşdirilmiş imtahan modelinin növbəti təqdimatı keçirilib.

"Report" xəbər verir ki, tədbirdə öncədən qeydiyyatdan keçmiş xarici dil mütəxəssisləri iştirak ediblər.

DİM-in Dövlət dili və xarici dillər üzrə şöbəsinin müdiri Könül Hacıyeva bildirib ki, yenilənmiş imtahan modelinin əsas məqsədi şagirdlərin dil bacarıqlarını daha real və kommunikativ mühitə uyğun şəkildə qiymətləndirməkdir.

Dövlət dili və xarici dillər üzrə şöbənin əməkdaşı Nəzrin Kərimova 2021–2026-cı illər ərzində ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında xarici dillər üzrə nisbi bal göstəricilərini, açıq test tapşırıqlarının cavablandırılmasında imtina faizlərini, həmçinin ümumi orta təhsil səviyyəsi üzrə açıq və qapalı tipli test tapşırıqlarının cavablandırılması əsasında formalaşan nisbi bal statistikasını təqdim edib. O, açıq tipli tapşırıqların şagirdlərin real dil bacarıqlarını üzə çıxarmaq baxımından əhəmiyyətini vurğulayıb. Bu baxımdan tam orta təhsil səviyyəsi üzrə imtahan modelinə yazılı tapşırığın əlavə olunmasının xüsusi əhəmiyyət daşıdığı qeyd edilib. Həmçinin təkmilləşdirilmiş modellə bağlı keçirilmiş pilot imtahan və onun nəticələri barədə ümumi məlumat verilib.

Daha sonra K.Hacıyeva tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, yeni modelə əsasən, 2027-ci ildən etibarən şagirdlərdən minimum 100 sözdən ibarət kiçik həcmli mətn – paraqraf yazmaları tələb olunacaq. O, pilot imtahanda yazı bloku üzrə təqdim edilmiş tapşırığın mahiyyəti, yazılma qaydaları, əsas xüsusiyyətləri və tərkib hissələri barədə məlumat verib, uğurlu və uğursuz paraqraf nümunələrini və onları xarakterizə edən xüsusiyyətləri iştirakçılara təqdim edib. Bildirilib ki, dərsliklərdə paraqraf və onun növlərinə aid tapşırıqlara kifayət qədər yer ayrılıb.

Qeyd olunub ki, bu yanaşma şagirdlərin yazı bacarıqlarını, fikirlərini ardıcıl və məntiqli şəkildə ifadə etmək imkanlarını, eləcə də dil vasitələrindən istifadə səviyyəsini daha obyektiv qiymətləndirməyə şərait yaradacaq. Eyni zamanda vurğulanıb ki, bu dəyişiklik tədris prosesində yazı bacarıqlarının inkişafına daha çox diqqət yetirilməsini zəruri edir.

Dövlət dili və xarici dillər üzrə şöbənin digər əməkdaşı Gülayə Cavadova isə oxu mətnləri üzrə dörd sual tipi ilə bağlı ümumi tövsiyələri bölüşüb, həmçinin yazı işlərinin qiymətləndirmə meyarlarını və pilot layihədən götürülmüş nümunə cavabları tədbir iştirakçılarına təqdim edib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və yeniliklərlə bağlı fikir mübadiləsi aparılıb.

"İnnovasiya və Süni İntellekt" proqramı üzrə 25 gənc təqaüd qazanıb

"İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri müəyyənləşib.

"Report" xəbər verir verir ki, seçim mərhələlərini uğurla tamamlayan 25 gənc proqram çərçivəsində təqaüd qazanıb.

Ümumilikdə 1851 nəfərin müraciət etdiyi proqram çərçivəsində iştirakçılar bir neçə seçim mərhələsindən keçiblər. İlkin qiymətləndirmə və test mərhələsini uğurla başa vuran namizədlər sonda müsahibə mərhələsində iştirak ediblər və yekunda ən yüksək nəticə göstərən 25 nəfər gənc proqramın qalibi seçilib.

Proqram çərçivəsində qalib gənclər süni intellekt, data analitikası, proqramlaşdırma və UI/UX dizayn istiqamətləri üzrə praktiki bilik və bacarıqlar əldə edəcəklər. Tədris prosesi iştirakçıların real layihələr üzərində işləməsinə və gələcəyin peşələri üzrə praktiki təcrübə qazanmasına imkan yaradacaq.

Uzunmüddətli tərəfdaşlıq çərçivəsində həyata keçirilən təşəbbüs ölkədə innovasiya ekosisteminin inkişafına, rəqabətqabiliyyətli insan kapitalının formalaşmasına və gənclərin texnologiya sahəsində potensialının gücləndirilməsinə töhfə verməyi hədəfləyir.

Təqaüd proqramının qaliblərinin siyahısı Gənclər Fondun rəsmi internet saytında yerləşdirilib.

Bakıda 99 minə yaxın şagird monitorinqə cəlb olunacaq

İyunun 5-də paytaxtdakı ümumi təhsil müəssisələrinin IV sinifləri, iyunun 6-da isə VI sinifləri üzrə monitorinq təşkil olunacaq.

Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, monitorinqin keçirilməsində əsas məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılmasına nail olmaq, müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığını müəyyən etmək və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlər həyata keçirməkdən ibarətdir.

IV siniflərdə monitorinq tədris dili və riyaziyyat fənləri, VI siniflərdə isə monitorinq tədris dili, təbiət və riyaziyyat fənləri üzrə aparılacaq.

Paytaxt üzrə monitorinq üçün ayrılan 112 imtahan mərkəzində Azərbaycan və rus bölməsi olmaqla 49 mindən çox IV sinif şagirdi, 49 mindən çox VI sinif şagirdi biliyini sınayacaq.

IV sinif şagirdlərinə tədris dili fənni üzrə 28 qapalı, 2 açıq yazılı sual, riyaziyyat fənni üzrə isə 25 qapalı, 3 həlli tələb olunmayan açıq kodlaşan və 2 həlli tələb olunan açıq yazılı sual, VI sinif şagirdlərinə tədris dili fənni üzrə 23 qapalı, 2 açıq yazılı sual, təbiət fənni üzrə 25 qapalı sual, riyaziyyat fənni üzrə 20 qapalı, 3 həlli tələb olunmayan açıq kodlaşan və 2 həlli tələb olunan açıq yazılı sual təqdim olunacaq. IV siniflərə sualların cavablandırılması üçün 150 dəqiqə, VI siniflərə sualların cavablandırılması üçün 180 dəqiqə vaxt veriləcək.

Monitorinq nəticələri şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki müəssisələrdə ümumilikdə 7 344 şagirdin kompüter əsaslı monitorinqdə iştirakı nəzərdə tutulur.

Könüllü Liderlərin İnkişaf Konsepsiyasına 1000-ə yaxın müraciət daxil olub

"Könüllü Liderlərin İnkişaf Konsepsiyası" (KLİK) proqramının əsas məqsədi yeni nəsil gənc liderlərin yetişdirilməsi və könüllülük sahəsində fəaliyyət göstərən gənclərin liderlik bacarıqlarının inkişaf etdirilməsidir.

"Report" xəbər verir ki, bunu Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirilib ki, Gənclər Fondu və Azərbaycan Gənclər Təşəbbüsləri İttifaqı tərəfindən həyata keçirilən proqram gənclərin liderlik potensialının üzə çıxarılmasına və onların bilik və bacarıqlarının təkmilləşdirilməsinə yönəlib:

"Proqramın ümumi müddəti 6 ay təşkil edir. İlk üç ay ərzində iştirakçılar müxtəlif təlim və sessiyalara cəlb olunacaq, növbəti üç ayda isə təcrübə proqramlarında iştirak edərək əldə etdikləri bilikləri praktik müstəvidə tətbiq etmək imkanı qazanacaqlar. Proqramın qeydiyyat mərhələsində 1000-ə yaxın gənc müraciət edib. Seçim mərhələsinin nəticələrinə əsasən, müraciət edənlər arasından 35 nəfər proqram iştirakçısı qismində müəyyənləşdirilib".

V.Əliyev vurğulayıb ki, proqram könüllülük sahəsində fəaliyyət göstərən gənclərin peşəkar və liderlik bacarıqlarının inkişafına, eləcə də gələcəkdə yeni könüllü liderlərin formalaşmasına mühüm töhfə verəcək.

Qəbul imtahanının II cəhdinin tarixləri müəyyənləşib

Ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsinin II cəhdi üzrə tarixlər müəyyənləşib.

"Report" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Belə ki, II və III ixtisas qrupları üzrə imtahan iyulun 5-də, I və IV qrup üzrə iyulun 12-də, Coğrafiya üzrə əlavə imtahan da iyulun 12-də olacaq.

İmtahan üçün qeydiyyat iyunun 1-i saat 14.00-dan iyunun 8-i saat 23.59-a kimi aparılacaq.

Professor: Bu gün Azərbaycan dilinə ən böyük zərəri publisistik üslub vurur

Bu gün Azərbaycan dilinə ən böyük zərəri publisistik üslub vurur.

"Report" xəbər verir ki, bunu Nəsimi adına Dilçilik İnstitutunun direktoru professor Nadir Məmmədli "Ana dili: kimlik və gələcək" gənclərin iştirakı ilə respublika konfransının açılış mərasimində deyib.

Professor qeyd edib ki, o sözü başqa dildən gətirib işlətmək olar ki, dildə onun alternativi olmasın.

"Bir vaxtlar Azərbaycan dilinə fars dili, sonra ərəb, sonra monqol, sonra rus dili təsir edib. Azərbaycan dilinin gücü bundadır ki, bu qədər təsirlərdən arına bilib, sağ qalmağı bacarıb".

Direktor dialektoligiyanın ədəbi dil üçün bütün dövrlərdə baza rolu olmasına da diqqət çəkib.

Nadir Məmmədli Azərbaycan dilinin üslubları ilə bağlı problemlərdən də danışıb.

"Azərbaycan dilinə zərər vuran nə ədəbi üslubdur, nə danışıq, nə də ki elmi. Bu gün Azərbaycan dilinə ən böyük zərəri publisistik üslub vurur: Bu gün insanlar "təşəkkür" yazmaq əvəzinə "tşk" yazır, "necəsən" yazmaq əvəzinə "ncs". Bu nədir? Bu dilə vurulan ən böyük zərbədir".

YENİLƏNİR

Bu gündən rezidenturaya qəbulun 2-ci cəhdində iştirak üçün qeydiyyat başlayır

Bu gündən əsas (baza ali) tibb təhsili əsasında rezidenturaya qəbul imtahanının 1-ci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının) 2-ci cəhdində iştirak etmək üçün namizədlərin qeydiyyatı başlayır.

Dövlət İmtahan Mərkəzindən "Report"a verilən məlumata görə, proses iyunun 4-dək internet vasitəsilə aparılacaq.

Bu il mayın 3-də keçirilmiş rezidenturaya qəbul imtahanında iştirak etmək üçün sənəd vermiş namizədlər təkrar imtahanda (2-ci cəhddə) iştirak etmək istədikləri təqdirdə "Şəxsi kabinet"lərinin hesabına imtahanda iştirak üçün tələb olunan məbləği (60 AZN) əlavə edib, Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/2) daxil olmaqla qeydiyyatdan keçirlər.

Bu il sənəd qəbulunda iştirak etməmiş namizədlər də 1-ci mərhələnin 2-ci cəhdinə yazıla bilərlər. Həmin şəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra (şəxsi kabineti olmadığı halda) ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) "Şəxsi kabinet"lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bu namizədlər https://www.e-gov.az/az/services/read/3148/2 səhifəsinə daxil olub "Namizədin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər (etdirirlər). Ərizəsini təsdiq etmiş (etdirmiş) namizədlər qeydiyyatdan keçmiş hesab olunurlar.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının 2-ci cəhdinin iyunun 21-də keçirilməsi planlaşdırılır.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul" nəticə əldə etmiş və rezidenturaya qəbul olunmaq hüququna malik olan, lakin 13-20 aprel tarixlərində ərizə qəbulunda iştirak etməmiş namizədlər də ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün mayın 25-dən iyunun 4-dək "Namizədin elektron ərizəsi"ni doldurub təsdiq etməlidirlər (etdirməlidirlər).

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına əsas (baza ali) tibb təhsilinin III kursunu tam bitirmiş (IV və V kurs) tələbələr də buraxılırlar. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul" alan tələbələr ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən, yəni əsas (baza ali) tibb təhsilini tam bitirdikdən sonra buraxılacaqlar.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul" alan namizədlərin nəticəsi 5 (beş) il müddətində qüvvədə qalır.

Nadir Məmmədli: Azərbaycan dilinin dövlət statusunun yeni standartları hazırlanmalıdır

Azərbaycan dilinin dövlət statusunun yeni standartları hazırlanmalıdır.

"Report" xəbər verir ki, bunu Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Nadir Məmmədli "Ana dili: kimlik və gələcək" gənclərin iştirakı ilə respublika konfransının açılış mərasimində deyib.

Onun sözlərinə görə, Azərbaycan dilinin hələ də milli alqoritmi də yoxdur:

"Bu gün "narahatçılıq" və digər yanlış ifadələr çox yayılıb, xüsusilə gənc nəsil bu yöndə yanlışlara yol verir. Hesab edirəm ki, Azərbaycan dilinin dövlət statusunun yeni standartları hazırlanmalıdır. Başqa tərəfdən, terminoloji bazamızda kifayət qədər boşluqlar var, bununla bağlı xüsusi konsepsiya yaradılmalıdır. Ümumiyyətlə, Azərbaycan dilçiliyinin süni intellektlə uzlaşdırılması zəruridir".

Professor Azərbaycan dilinin etimoloji lüğətinin olmamasına da diqqət çəkərək bunu təəssüf doğuran hal kimi qiymətləndirib.

Rektor: Gənclər Azərbaycan-Afrika əməkdaşlığının hərəkətverici qüvvəsidir

Azərbaycanla Afrika arasında münasibətlərin inkişafı əsasən gənclərdən asılıdır.

"Report"un məlumatına görə, bunu Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev "Afrika Günü 2026: Yüksələn qitə, yeni tərəfdaşlıqlar" mövzusunda konfransda deyib.

Xəbər yenilənir

Naxçıvanda II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında 8 binada təşkil olunan imtahanlarda ümumilikdə 2411 abituriyent iştirak edib.

İmtahanın idarə olunmasına 29 rəhbər, 238 nəzarətçi cəlb olunub.

Qeyd edək ki, imtahan saat 10:00-da başlayıb və 3 saat davam edib.

Zəngilanlı məktəbli nüfuzlu xarici ali təhsil müəssisələrindən təqaüd qazanıb

Zəngilan sakini, 2009-cu il təvəllüdllü Yusif Yaqubov nüfuzlu xarici ali təhsil müəssisələrindən təqaüd qazanıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, Y. Yaqubov ailəsi Zəngilan şəhərinə ilk köçlə gələnlərdəndir.

Hazırda 11-ci sinif şagirdi olan Y. Yaqubov Bakı şəhərindəki Fizika-Riyaziyyat Təmayüllü Liseydə təhsil alıb. O, riyaziyyat üzrə respublika fənn olimpiadasının qaliblərindəndir.

Zəngilanlı məktəbli Azərbaycandakı ali təhsil müəssisələrinə də imtahansız qəbul hüququ qazanıb. O, ADA Universiteti, Bakı Ali Neft Məktəbi (BANM), UNEC və digər universitetlərdən qəbul alıb.

Onun qəbul aldığı xarici universitetlər arasında Böyük Britaniyanın Edinburq Universiteti, Çinin Şanxay "Jiao Tong" Universiteti və Harbin Texnologiya İnstitutu, Cənubi Koreyanın Seul Milli Universiteti, Türkiyənin Bilkent, Sabancı və Koç universitetləri, ABŞ-nin Arizona Dövlət Universiteti və Peys Universiteti yer alır.

"Jiao Tong" Universiteti məktəbliyə 37 min, Bilkent Universiteti 72 min, Sabancı Universiteti 109 min 500, Koç Universiteti 64 min 800, Arizona Dövlət Universiteti 80 min, Peys Universiteti isə 148 min ABŞ dolları məbləğində təqaüd təklif olunub.

Yusif Yaqubov xaricdə təhsil almaq istəyini reallaşdırmaq üçün dövlət proqramına müraciət edib.

II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirilib, yeddi nəfərdə telefon aşkarlanıb - YENİLƏNİB

Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirib.

"Report" xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

İlkin məlumatlara əsasən, 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə "ağıllı" saat aşkarlandığı üçün imtahandan xaric olunub. Baş verən qayda pozuntuları ilə bağlı araşdırma aparılacaq.

Bildirilib ki, imtahan Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunub.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 231 imtahan binası, 4206 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 231 ümumi imtahan rəhbəri, 665 imtahan rəhbəri, 5211 nəzarətçi, 762 buraxılış rejimi əməkdaşı, 231 bina nümayəndəsi cəlb olunub.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahanda 56847 abituriyentin iştirakı nəzərdə tutulurdu.

İmtahanda 82 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyentlər də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.

Qeyd olunub ki, bu gün saat 15:00-da DİM-in "Youtube" kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq.

Abituriyentlər suallarını "Youtube"da yerləşdirilən müvafiq linkin altına yaza bilərlər.

Mayın 25-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 3 həftədən sonra elan olunması nəzərdə tutulur.

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirəcək.

DİM-dən "Report"a bildirilib ki, imtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq. İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 231 imtahan binası, 4206 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 231 ümumi imtahan rəhbəri, 665 imtahan rəhbəri, 5211 nəzarətçi, 762 buraxılış rejimi əməkdaşı, 231 bina nümayəndəsi cəlb olunub.

II ixtisas qrupu üzrə imtahanda 28 min 507, III ixtisas qrupu üzrə imtahanda isə 28 min 340 nəfər olmaqla, ümumilikdə 56 min 847 abituriyentin iştirakı nəzərdə tutulur.

İmtahanda sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) 82 abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli abituriyentlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İmtahan saat 10:00-da başlanacaq. Saat 09:45-də buraxılış rejimi başa çatacaq və bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaqlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Azərbaycanla Tacikistanın elm və təhsil sahəsində əməkdaşlığı müzakirə olunub

Elm və təhsil naziri Emin Əmrullayev mayın 23-də Tacikistanın təhsil və elm naziri Rahim Saidzoda ilə görüşüb.

Bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüş çərçivəsində Tacikistan ilə elm və təhsil sahəsində cari əməkdaşlıq və yaxın gələcəkdə icrası nəzərdə tutulan təşəbbüslər müzakirə edilib.

Emin Əmrullayev Britaniyanın Vorvik Universitetində olub, əməkdaşlıq perspektivləri müzakirə olunub

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Böyük Britaniyanın Vorvik Universitetində olub.

Bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, universitet rəhbərliyi ilə keçirilən görüşdə fənlərarası təhsil modeli, qlobal tədqiqat əməkdaşlıqları və beynəlxalq tərəfdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb, ali təhsil və transmilli təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

Nümayəndə heyəti universitetin Elm, Mühəndislik və Tibb fakültələrinin, eləcə də Qlobal Dayanıqlı İnkişaf İnstitutunun nümayəndələri ilə görüşüb. Görüşlərdə yaşıl enerji keçidi kimi qlobal çağırışlara cavab verən təhsil və tədqiqat istiqamətləri təqdim edilib.

Nümayəndə heyəti universitetin Beynəlxalq İstehsalat Mərkəzi və tədqiqat laboratoriyaları ilə də tanış olub.

Səfər çərçivəsində Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə Vorvik Universitetinin birgə həyata keçirdiyi "Bərpa olunan enerji" ixtisası üzrə ikili diplom magistr proqramı barədə də məlumat verilib. Qeyd olunub ki, proqram strateji sahələr üzrə bacarıqların inkişafı və institusional potensialın gücləndirilməsi istiqamətində ortaq hədəfləri əks etdirir.

Səfər çərçivəsində Dövlət Proqramı üzrə Vorvik Universitetində təhsil alan tələbələrlə də görüş keçirilib, onların akademik fəaliyyəti və gələcək planları barədə fikir mübadiləsi aparılıb, sualları cavablandırılıb.

VI "Yüksəliş" müsabiqəsinin Analitik təhlil imtahanı başlayıb

Mayın 23-də VI "Yüksəliş" müsabiqəsinin Analitik təhlil imtahanı start götürüb.

Bu barədə "Report"a müsabiqədən məlumat verilib.

Bildirilib ki, analitik təhlil imtahanı 4 sessiya olmaqla 2 gün ərzində keçiriləcək. İmtahanlar Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda, 158, 263, 238 və 56 nömrəli tam orta məktəblərdə, Sumqayıt şəhərində yerləşən 1 nömrəli tam orta məktəbdə, Nərimanov rayonu Məktəb-Lisey Kompleksində, Azərbaycan İdman Akademiyasında, Azərbaycan Tibb Universitetinin 5 saylı tədris binasında, eləcə də Naxçıvan şəhərində yerləşən 4 nömrəli məktəbdə yaradılmış imtahan mərkəzlərində təşkil olunacaq.

Namizədlər əvvəlcədən seçdikləri 10:00 və 15:30 sessiyalarında imtahanda iştirak edirlər. Bununla yanaşı, xaricdən qoşulan namizədlər üçün də distant formatda proktorinq üsulu ilə 4 sessiyadan ibarət imtahan təşkil olunub.

Xatırladaq ki, əyani mərhələnin ilk turu olan Analitik təhlil imtahanında 7315 namizəd iştirak edəcək.

İmtahan Verbal, Rəqəmsal və Abstrakt təhlil olmaqla 3 blok üzrə keçirilir. İştirakçılara imtahanın tamamlanması üçün ümumilikdə 3 saat vaxt ayrılıb.

Müsabiqədə ədalətli rəqabəti təmin etmək məqsədilə nəticələr bir çox beynəlxalq imtahan sistemində tətbiq olunan T-şkala əsasında hesablanacaq. Bu metod TOEFL, GMAT və SAT kimi beynəlxalq imtahanlarda istifadə olunan ən qabaqcıl qiymətləndirmə üsullarından biri hesab edilir.

Analitik təhlil imtahanının nəticələri imtahan başa çatdıqdan sonra 5-7 iş günü ərzində iştirakçıların şəxsi kabinetinə hesabat formasında göndəriləcək.

"Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.

Sayca altıncı "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncam imzalanıb.

Atabek Ramazanov: Gənclərin təhsili və dialoqu Azərbaycan-Özbəkistan əlaqələrini möhkəmləndirir

Gənclər arasında qarşılıqlı anlaşmanın dərinləşdirilməsi Azərbaycan və Özbəkistan arasındakı qardaşlıq münasibətlərinin uzunmüddətli və davamlı inkişafında mühüm əhəmiyyətə malikdir.

"Report"un məlumatına görə, bunu Özbəkistanın Azərbaycandakı səfirinin müşaviri Atabek Ramazanov Bakıda Özbəkistanın ali təhsil müəssisələrinin üçüncü sərgisinin açılışında deyib.

Müşavir çıxışında qeyd edib ki, Azərbaycanda Özbəkistanın müasir təhsil imkanlarını və milli təhsil sisteminin potensialını təqdim etmək ölkəsi üçün böyük şərəfdir.

O vurğulayıb ki, Özbəkistanda təhsil sahəsi innovasiyaların tətbiqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi yolu ilə ardıcıl islahatlar əsasında inkişaf edir.

"Universitetlərimiz Azərbaycan gəncliyinə təkcə keyfiyyətli təhsil deyil, həm də qonaqpərvər, mehriban və zəngin akademik mühit, eləcə də dolğun tələbə həyatı təklif etməyə hazırdır", - o bildirib.

Ramazanov məlumat verib ki, son illərdə Özbəkistanda təhsil alan tələbələrin sayı əhəmiyyətli dərəcədə, ayrı-ayrı istiqamətlər üzrə 10 dəfə artıb: "Özbəkistanda təhsil almaq istəyənlərin sayı 5 min nəfəri ötüb. Gənclər arasında qarşılıqlı anlaşmanın dərinləşməsi ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin uzunmüddətli və davamlı inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.

Onun sözlərinə görə, bu gün təhsil sahəsində formalaşan əlaqələr gələcəkdə Özbəkistan və Azərbaycanda yeni nəsil alimlərin, mühəndislərin, sahibkarların və dövlət xadimlərinin yetişməsinə töhfə verəcək.

Bu il sərgidə Özbəkistanın 16 ali təhsil müəssisəsi - Özbəkistan Dövlət Dünya Dilləri Universiteti, Jurnalistika və Kütləvi Kommunikasiyalar Universiteti, Daşkənd Dövlət Tibb Universiteti, Daşkənd Dövlət Aqrar Universiteti, Termez Dövlət Pedaqoji İnstitutu, Termez Dövlət Mühəndislik və Aqrotexnologiyalar Universiteti, Əndican Dövlət Tibb İnstitutu və s. iştirak edir.

Bundan başqa, sərgidə xarici universitetlərlə beynəlxalq tərəfdaşlıq formatında fəaliyyət göstərən Turin Politexnik Universiteti və Daşkənddəki İnha Universiteti təmsil olunub.

Sərgi abituriyentlərin təhsil proqramları, qəbul şərtləri və beynəlxalq təhsil imkanları haqqında ətraflı məlumat əldə edə biləcəyi birbaşa dialoq platformasıdır.

Azərbaycanlı məktəblilər ISEF beynəlxalq elm olimpiadasında mükafat qazanıblar

Azərbaycanlı məktəblilər ABŞ-nin Arizona ştatının Feniks şəhərində keçirilən "International Science and Engineering Fair" (ISEF) beynəlxalq elm olimpiadasında medal və xüsusi mükafatlara layiq görülüblər.

"Report" xəbər verir ki, hər il müxtəlif ölkələrdən olan şagirdlər müsabiqədə elm, texnologiya, mühəndislik və riyaziyyat sahələri üzrə layihələrlə çıxış edirlər.

Müsabiqənin nəticələrinə əsasən, Bakı şəhəri Tofiq İsmayılov adına 6 nömrəli məktəb-liseyin 10-cu sinif şagirdi Banu İbrahimova və həmin təhsil müəssisəsinin 9-cu sinif şagirdi Mikayıl Əhmədbəyli bürünc medal qazanıblar.

Bununla yanaşı, Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Ömər Abdullayev və Gəncə şəhəri Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Salman Sadıxzadə münsiflər heyətinin xüsusi mükafatlarına layiq görülüblər.

Sabahdan müəllimlərin yerdəyməsi üzrə vakansiya seçiminə başlanılır

Müəllimlərin yerdəyişməsi müsabiqəsi üzrə növbəti vakansiya seçiminə başlanılır.

"Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, mayın 23-ü saat 11:00-dan etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin növbəti vakansiya seçimi mərhələsinə start verilir.

Müsabiqə üzrə vakansiya seçimi mayın 26-sı saat 11:00-dək davam edəcək. Müəllimlər həmin tarixədək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.

Vakansiya seçimi mərhələsində iştirak edəcək şəxslərə diqqətli olmaq və seçim etdikdən sonra elektron ərizələrini təsdiqləməyi unutmamaq tövsiyə olunur.

Gənclər Fondu inkişaf və innovasiya istiqamətləri üzrə qrant müsabiqəsi elan edib

Gənclər Fondu gənclər təşkilatları və fərdi gənclər üçün inkişaf, innovasiya və sosial təşəbbüsləri əhatə edən yeni qrant müsabiqəsi elan edir.

Bu barədə "Report"a Gənclər Fondundan məlumat verilib.

Fonddan bildirilib ki, müsabiqə çərçivəsində gənclərin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər, yaradıcı və sosial məsuliyyətli fərdlər kimi formalaşmasına töhfə verən layihələrə üstünlük veriləcək.

Müsabiqədə Azərbaycan vətəndaşı olan 18-29 yaş arası gənclər, eləcə də gənclər təşkilatları iştirak edə bilərlər:

"Müsabiqəyə təqdim olunan layihələr milli kimlik, vətənpərvərlik və dəyər əsaslı inkişaf, gənclərin inkişafı və insan kapitalının gücləndirilməsi, sosial inklüzivlik və bərabər imkanların təşviqi, rəqəmsal gələcək, innovasiya və süni intellekt, yaradıcı sənaye və mədəni innovasiyalar, regionlarda gənclərin iştirakçılığı və ictimai fəallığı, dayanıqlı inkişaf və ekoloji məsuliyyət adlı yeddi fərqli istiqaməti əhatə edir".

Layihə təkliflərinin qəbulu mayın 22-dən iyunun 22-dək davam edəcək. Müraciətlər yalnız Fondun rəsmi internet səhifəsində yerləşən E-Xidmətlər Sistemi vasitəsilə elektron qaydada qəbul olunur.

Müraciət zamanı layihənin təsviri, xərclər smetası və ilkin fəaliyyət planı hazırlanaraq sistemə yüklənməlidir. Hər bir iştirakçı yalnız bir layihə təqdim edə bilər.

Qaydalara əsasən, layihələrin icra müddəti minimum 3 ay, maksimum 12 ay müəyyən olunmalıdır. Fiziki şəxslər üçün layihə büdcəsi 5 min manatı, gənclər təşkilatlarının yerli layihələri üzrə 10 min manatı, beynəlxalq layihələri üzrə isə 15 min manatı keçməməlidir.

Eyni zamanda, digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, hazırda icrada olan və ya artıq başa çatmış layihələrin əlavə və ya təkrar maliyyələşdirilməsi nəzərdə tutulmur.

Layihələrin qiymətləndirilməsi zamanı innovativ yanaşma, davamlılıq, büdcə və müddət çərçivəsində icra imkanları, həmçinin müasir texnoloji həllərə uyğunluq əsas meyarlar kimi nəzərə alınacaq.

Kolleclərə qəbul olmaq istəyənlərlər üçün yenidən imtahan təşkil ediləcək

Dövlət İmtahan Mərkəzinin (DİM) mayın 17-də ümumi (9 illik) orta təhsil bazasında keçirdiyi müxtəlif imtahanlarda Bakı, Abşeron və Sumqayıt şəhərlərinin bəzi yerlərində əlverişsiz hava şəraiti ilə əlaqəli imtahanda iştirak etmiş və ya imtahana gedə bilməmiş şəxslər üçün iyunun 21-də imtahanın təkrar keçirilməsi nəzərdə tutulur.

"Report" xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Qeyd olunub ki, təkrar imtahana ancaq qeyd olunan şəhərlərdə keçirilmiş imtahanda iştirak etməli olan şagird və abituriyentlər qatıla bilərlər.

Bu il 9 illik təhsil bazasında kolleclərin müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçən və təkrar imtahanda iştirak etmək istəyən abituriyentlər 25-26 mayda Mərkəzin saytında yerləşdiriləcək keçid vasitəsilə qeydiyyatdan keçə bilərlər.

Mayın 17-də imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı gecikmə səbəbinə görə imtahanda iştirak etməmiş abituriyentlər üçün bu imtahan ödənişsizdir. İmtahanda iştirak etmiş abituriyentlər isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş etməklə imtahanda yenidən iştirak edə bilərlər.

Kollecə qəbul olmaq üçün sənəd təqdim etməyən, lakin mayın 17-də qeyd olunan şəhərlərdə buraxılış imtahanında iştirak etməli olan şagirdlər (apreldə keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari və əvvəlki illərin IX sinif şagirdləri, eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər) 25-27 may tarixlərində təhsil aldıqları məktəbə müraciət edərək 21 iyunda keçiriləcək təkrar imtahanda iştirak edə bilərlər.

İyunun 21-də keçiriləcək imtahanda iştirak etmək istəməyən şagirdlər ənənəvi olaraq sentyabrda keçirilən imtahana da qatıla bilərlər.

Magistraturaya qəbul olmaq istəyənlərin <span style="color: #ff0000;">NƏZƏRİNƏ!</span>

14 iyun 2026-cı il tarixində keçiriləcək magistraturaya qəbul imtahanının ikinci cəhdində təkrar iştirak etmək üçün bakalavrların ərizə qəbulu başlayıb. Proses 23 may saat 23:59-dək internet vasitəsilə aparılacaq.

Moderator.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, imtahan Bakı, Abşeron və Sumqayıt şəhərlərində keçiriləcək.

Qeydiyyat linki: https://eservices.dim.gov.az/erizemag/erize

İmtahanda 17 may tarixində keçirilmiş imtahan üçün qeydiyyatdan keçmiş bütün bakalavrlar iştirak edə bilərlər.

Qeyd 1: 17 may tarixli imtahanda iştirak etmək üçün buraxılış vərəqəsini əldə etmiş, lakin əlverişsiz hava şəraiti ilə bağlı Bakı, Abşeron və Sumqayıtda imtahanda iştirak etməmiş bakalavrlar üçün bu imtahan ödənişsizdir. Digər bakalavrlar isə istədikləri təqdirdə müvafiq qaydada ödəniş etməklə imtahanda yenidən iştirak edə bilərlər.

Qeyd 2: Qəbul imtahanında 2 və ya 3 dəfə iştirak etmiş bakalavrlar ixtisaslaşma seçimi zamanı müsabiqə şərtlərini ödəyən ən yüksək nəticələrini seçə bilərlər.

 

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi başladı

Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə başlanıldı.
 
Moderator.az xəbər verir ki, müsabiqə qaydalarına əsasən vakansiya seçimi ilkin olaraq şəhid ailəsi üzvləri üçün aktivləşdiriləcək.
 
Belə ki, müsabiqə üzrə qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiqlənmiş şəhid ailəsi üzvləri 21 may saat 11:00-dan etibarən şəxsi səhifələrinə daxil olaraq müvafiq vakant yer seçimi edə bilərlər. İlkin vakansiya seçimi mərhələsi 22 may saat 11:00-dək davam edəcək.
 
Növbəti mərhələdə digər müsabiqə iştirakçıları üçün vakansiya seçimi prosesi həyata keçiriləcək və bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcəkdir.
 
 

II və III qruplar üzrə qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən mayın 24-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçiriləcək.

Bu barədə Moderator.az-a DİM-dən məlumat verilib.

İmtahanlar Bakı, Xankəndi, Naxçıvan, Gəncə, Şəmkir, Ağstafa, Qazax, Sumqayıt, Abşeron, Şamaxı, Mingəçevir, Şəki, Zaqatala, Bərdə, Göyçay, Ucar, Kürdəmir, Şirvan, Sabirabad, Salyan, Lənkəran, Cəlilabad, Masallı, Quba və Xaçmazda təşkil olunacaq.

İştirakçılar mayın 15-dən etibarən Dövlət İmtahan Mərkəzinin saytından "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər.

İmtahan saat 10:00-da başlanır.

II ixtisas qrupu üzrə imtahanda 28507, III ixtisas qrupu üzrə imtahanda isə 28340 nəfər olmaqla, ümumilikdə 56847 abituriyentin iştirakı nəzərdə tutulur.

"MediaPulse" təcrübə proqramının növbəti görüşü keçirilib

"BDU könüllüləri" təşkilatının Jurnalistika fakültəsi üzrə könüllülərinin təşəbbüsü ilə "MediaPulse" təcrübə proqramının növbəti görüşü baş tutub.

"Report" xəbər veri ki, görüşün qonağı televiziya aparıcısı Jalə Həsənli olub.

Görüşdə ali təhsil müəssisənin jurnalistika fakültəsinin dekan müavini Samir Mirzəyev, fakültənin dekanı Vüqar Əliyev, Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının rəhbəri Aynur Nəsirova iştirak edib.

Tədbir interaktiv müzakirə formatında davam edib. Qonaq tələbələrlə televiziya və media sahəsinin incəlikləri, eləcə də bu sahədə uğur qazanma yolları barədə fikirlərini bölüşüb.

Həmçinin nəzəri biliklə yanaşı praktiki təcrübəyə daha çox önəm verməyin vacibliyini xüsusi olaraq vurğulayıb.

Eşqi Bağırov: Artıq 100 minə yaxın uşaq 1-ci sinfə qəbul olunub

Dünəndən etibarən, 100 minə yaxın uşaq 1-ci sinfə qəbul olunub.

"Report" xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

O, prosesin davam etdiyini vurğulayıb.

Qeyd edək ki, 1-ci sinifə qəbul prosesi mayın 6-da başlayıb.

"Ən yaxşı təqdimat" müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib

"Ən yaxşı təqdimat" müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

"Report" xəbər verir ki, builki müsabiqədə ölkə üzrə 3181 şagird iştirak edib.

Müsabiqədə iştirak edən şagirdlərin çıxışları müsabiqə komissiyası tərəfindən baxılaraq qiymətləndirilib, hər bir rayon və şəhərdən müəyyən olunmuş kvotaya əsasən 87 şagird müsabiqənin yekun - ölkə mərhələsində iştirak etmək hüququ qazanıb.

Ölkə mərhələsində şagirdlər verilmiş 5 mövzudan 1-i üzrə təqdimat edib, onların çıxışları müsabiqə komissiyası tərəfindən dinlənilərək qiymətləndirilib, 33 nəfər müsabiqənin qalibi olub. Onlardan 6 nəfər 1-ci, 11 nəfər 2-ci, 16 nəfər isə 3-cü yerə layiq görülüb.

Təhlillər onu göstərir ki, şagirdlər yüksək bilik, əhatəli məlumata malik olduqlarını, Heydər Əliyev irsini, eləcə də müasir Azərbaycan tarixini, dövrümüzün siyasi, iqtisadi və mədəni reallıqlarını dərindən öyrəndiklərini nümayiş etdiriblər.

Nazir: Təhsil yalnız bilik vermək deyil, həm də yetişən nəslin dünyagörüşünü formalaşdırmaqdır

Şagirdlərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda böyüməsi mühüm və məsuliyyətli məsələdir.

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Ən yaxşı təqdimat" müsabiqəsinin mükafatlandırılması mərasimində çıxışında deyib.

Nazir bildirib ki, hər bir təhsil sisteminin qarşısında duran əsas məqsədlərdən biri yalnız bilik vermək deyil: "Həm də yetişən nəslin dünyagörüşünü formalaşdırmaqdır. Ayrı-ayrı fənlər üzrə bilik və bacarıqların əldə olunması vacibdir, lakin bundan daha mühüm və məsuliyyətli məsələ şagirdlərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda böyüməsidir".

Nazir qeyd edib ki, belə müsabiqələrin ən önəmli tərəfi yalnız qaliblərin müəyyən olunması deyil: "Əslində, bu prosesdə iştirak edən hər bir insan müəyyən mənada qalib sayılır. Çünki burada iştirak etmək, özünü sınamaq, bilik və bacarıqlarını nümayiş etdirmək hər bir iştirakçı üçün mühüm təcrübədir. İnanıram ki, bu müsabiqə iştirakçılara yeni biliklər, yeni təcrübələr qazandırıb, onların şəxsi inkişafına və dünyagörüşünün formalaşmasına müsbət təsir göstərib. Bu baxımdan, müsabiqədə iştirak edən hər kəs öz uğurunu əldə etmiş hesab oluna bilər".

Sumqayıt Dövlət Universitetinin yeni rektoru kollektivə təqdim olunub

Mayın 6-da Sumqayıt Dövlət Universitetinin (SDU) yeni təyin olunmuş rektoru Nurəli Yusifbəyli universitet kollektivinə təqdim edilib.

Bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Nurəli Yusifbəylinin SDU-ya rektor təyin olunması haqqında ölkə başçısının müvafiq Sərəncamını tədbir iştirakçılarının diqqətinə çatdıran elm və təhsil nazirinin müavini İdris İsayev rektoru təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

İdris İsayev çıxışında ölkədə təhsil sahəsində həyata keçirilən islahatlardan bəhs edərək bildirib ki, son illər ali təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması, universitetlərin maddi-texniki bazasının gücləndirilməsi, elmi-tədqiqat fəaliyyətinin genişləndirilməsi və rəqəmsallaşmanın tətbiqi istiqamətində mühüm addımlar atılır. Qeyd olunub ki, həyata keçirilən bu məqsədyönlü siyasət nəticəsində Azərbaycan ali təhsil müəssisələrinin rəqabət qabiliyyəti artır, gənclərin keyfiyyətli təhsilə çıxışı genişlənir və insan kapitalının inkişafı təmin olunur.

Çıxış edən rektor Nurəli Yusifbəyli göstərilən etimada görə təşəkkürünü bildirib, bu vəzifənin məsuliyyətini vurğulayıb.

Tədbirdə həmçinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov çıxış edərək yeni rektoru təbrik edib və ona uğurlar arzulayıb.

Bakı Ali Neft Məktəbinin 11 proqramı beynəlxalq akkreditasiyadan keçib

Bakı Ali Neft Məktəbinin (BANM) 11 təhsil proqramı Almaniyanın Akkreditasiya Agentliyi (ASIIN) tərəfindən beynəlxalq akkreditasiyadan keçib.

"Report" xəbər verir ki, bunlardan 6-sı bakalavriat səviyyəsində neft-qaz, kimya, proseslərin avtomatlaşdırılması, informasiya təhlükəsizliyi, kompüter mühəndisliyi və biznesin idarə edilməsi, 5-i isə magistratura səviyyəsində neft və qaz texnologiyası, yatağın qiymətləndirilməsi və idarə olunması, kibertəhlükəsizlik, texniki sistemlərdə idarəetmə və MBA proqramlarıdır.

Eyni zamanda, bu proqramlardan 7-si (neft-qaz, kimya, proseslərin avtomatlaşdırılması, informasiya təhlükəsizliyi, neft və qaz texnologiyası, yatağın qiymətləndirilməsi və idarə olunması, texniki sistemlərdə idarəetmə) EUR-ACE nişanına da layiq görülüb.

Ümumilikdə, ali məktəbə 18 sertifikat verilib və onları BANM-in rektoru Elmar Qasımova ASIIN-in icraçı direktoru İring Vasser təqdim edib.

Nazirlik: Mina partlayışından zərər çəkənlərin ailə üzvlərinin təhsil haqqı dövlət büdcəsindən ödəniləcək

Azad olunmuş ərazilərdə minatəmizləmə zamanı həlak olan şəxslərin dövlət və özəl orta ixtisas və ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan ailə üzvlərinin təhsil haqları dövlət büdcəsi hesabına qarşılanacaq.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Elm və Təhsil Nazirliyinin əməkdaşı Cabbar Hüseynli deyib.

O bildirib ki, azad olunmuş ərazilərdə infrastrukturun bərpası, əhalinin geri qayıdışına uyğunlaşmanın təmin edilməsi və sosial-iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilir:

"Bu çərçivədə aparılan mina və partlayıcı maddələrdən təmizləmə işləri mühüm əhəmiyyət daşıyır. Lakin bu fəaliyyətlər zamanı mina partlayışları nəticəsində bədbəxt hadisələr baş verib, nəticədə həyatını itirən və ya sağlamlığını itirən şəxslər olub. Bu kimi hallarda zərərçəkmiş şəxslərin və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət tərəfindən müvafiq tədbirlər görülüb. Qanunvericiliyə edilmiş son dəyişikliklərə əsasən, mina partlayışı nəticəsində zərər çəkmiş şəxslərin ailə üzvləri üçün əlavə sosial təminat mexanizmləri tətbiq olunur. Bu çərçivədə dövlət və özəl orta ixtisas və ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan şəxslərin təhsil haqları dövlət büdcəsi hesabına qarşılanır".

C.Hüseynli əlavə edib ki, eyni zamanda, qanunvericilikdə edilmiş dəyişikliklərdən əvvəl baş vermiş hadisələr nəticəsində zərərçəkən şəxslərin ailə üzvlərinin də sosial müdafiəsinin təmin olunması üçün əlavə tədbirlərin görülməsi nəzərdə tutulur.

Qeyd edək ki, mayın 5-də "Təhsil haqqında" qanunda müvafiq dəyişiklik edilib.

"Yüksəliş"in altıncı mövsümünün ümumi biliklər imtahanı üzrə nəticələri açıqlanıb

"Yüksəliş" müsabiqəsinin altıncı mövsümü çərçivəsində keçirilən onlayn mərhələnin ümumi biliklər imtahanı üzrə nəticələr elan olunub

"Report" xəbər verir ki, ümumi biliklər imtahanında iştirak edən 10 176 nəfər namizəddən 8 551 nəfəri analitik təhlil imtahanında iştirak etmək hüququ qazanıb.

Növbəti mərhələyə keçid edən iştirakçıların 6 250 nəfəri kişi, 2 301 nəfəri isə qadındır.

Yaş bölgüsünə əsasən, uğur qazanan namizədlər arasında 31-40 yaş aralığında olan iştirakçılar üstünlük təşkil edir. Belə ki, analitik təhlil imtahanında iştirak hüququ qazananlardan 3 385 nəfəri 21-30 yaş, 4 362 nəfəri 31-40 yaş, 804 nəfəri isə 41-51 yaş aralığındadır. Nəticələrə əsasən, növbəti mərhələyə keçən iştirakçılar arasında 21 yaşlı 35 nəfər, 51 yaşlı isə 11 nəfər yer alır.

İqtisadi rayonlar üzrə göstəricilərə nəzər saldıqda ən çox iştirakçının Bakı şəhəri üzrə qeydə alındığı görünür. Bakıdan 4 271 nəfər namizəd növbəti mərhələdə iştirak hüququ qazanıb. Digər yüksək göstəricilər isə Abşeron-Xızı iqtisadi rayonu üzrə 596 nəfər, Qarabağ iqtisadi rayonu üzrə 468 nəfər, Lənkəran-Astara iqtisadi rayonu üzrə 406 nəfər, Şəki-Zaqatala iqtisadi rayonu üzrə 373 nəfər təşkil edib.

Təhsil müəssisələri üzrə nəticələrə əsasən, bakalavriat dərəcəsi üzrə ən yüksək göstəricilər Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Azərbaycan Dövlət Pedaqoji Universiteti məzunları tərəfindən göstərilib.

Namizədlərin çalışdıqları sektorlar üzrə bölgüsünə əsasən, analitik təhlil imtahanında iştirak hüququ qazananların 53,35 faizi dövlət sektorunda, 44,13 faizi özəl sektorda, 1,42 faizi qeyri-hökumət təşkilatlarında, 1,10 faizi isə beynəlxalq qurumlarda fəaliyyət göstərir.

Qeyd edək ki, Ümumi biliklər imtahanını uğurla başa vuran namizədlər 6–16 may tarixlərində keçiriləcək "Profili tamamla" turunda iştirak edəcəklər. Bu mərhələdə iştirakçılar şəxsi kabinetləri vasitəsilə tələb olunan məlumatları tamamlamalı və növbəti proseslər üçün profillərini yeniləməlidirlər.

DİM sədri: Bu il ali təhsil müəssisələrinə plan yerlərinin ötənilki səviyyədə olacağı gözlənilir

Bu il ali təhsil müəssisələrinə plan yerlərinin ötənilki səviyyədə olacağı gözlənilir.

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Asan tv"nin efirində deyib.

Onun sözlərinə görə, plan yerləri hələ ki tam dəqiq deyil:

"Ötən il 60 minə yaxın plan yerinin 28 mini dövlət sifarişli idi. Lakin bu il ali təhsil müəssisələri üzrə plan yerlərinin ötənilki səviyyədə olacağı gözlənilir".

DİM sədri qeyd edib ki, abituriyentlər əsasən populyar ixtisasları seçirlər:

"Bir məqamı da qeyd edim ki, informasiya texnologiyaları sahəsinə kifayət qədər sənəd verən var. Lakin sənəd verənlərin bir qismi birinci mərhələdə riyaziyyatdan yaxşı nəticə toplamayıb. Yəqin ki, I qrupdakı plan yerlərinin çoxluğuna görə bu qrupa sənəd verirlər. İxtisas seçimi zamanı bugünkü yox, 5 il sonrakı əmək bazarını da təhlil etmək lazımdır".

Türkiyə-Azərbaycan Universitetində 174 tələbə təhsil alır

Türkiyə-Azərbaycan Universitetində (TAU) hazırda ümumilikdə 174 tələbə təhsil alır.

"Report" xəbər verir ki, bunu TAU-nun Tədris şöbəsinin Günel Teymurova deyib.

O bildirib ki, cari tədris ili üzrə universitetə qəbul olunan tələbələrin sayı 92 nəfər, ötən il qəbul olunan tələbələrin sayı isə 82 nəfər olub: "Kompüter mühəndisliyi ixtisasına qəbul üzrə ən yüksək bal 674,3, sənaye mühəndisliyi ixtisasında 654,4, qida mühəndisliyi ixtisasında isə 553,6 olub.

Universitet "çətir universitet" modeli ilə fəaliyyət göstərir. Azərbaycan tərəfi torpaq, bina, laboratoriya və avadanlıq kimi maliyyə və texniki imkanları təmin edir, Türkiyə tərəfi isə tədrisin keyfiyyəti, proqramların təşkili və 8 semestrlik tədris planının icrası ilə məşğuldur. Belə ki, TAU Türkiyənin üç aparıcı universitetinin proqramlarını özündə birləşdirir: kompüter mühəndisliyi ixtisasında Orta Doğu Texniki Universiteti (ODTÜ), sənaye mühəndisliyi ixtisasında İstanbul Texniki Universiteti (İTÜ), qida mühəndisliyi ixtisasında isə Hacettepe Universitetinin tədris proqramları tətbiq olunur. Universitetin Azərbaycan tərəfdən tərəfdaşı isə Azərbaycan Texniki Universitetidir (AzTU)".

"TAU-da təhsil dövlət hesabınadır və dərslər ingiliscə keçirilir. Tələbələrin akademik ingilis dili bacarıqları ODTÜ-nün aparıcı mütəxəssisləri tərəfindən inkişaf etdirilir. Proqramı uğurla başa vuran tələbələr həm Türkiyə, həm də Azərbaycan tərəfindən beynəlxalq səviyyədə tanınan diplomlar alırlar ki, bu da məzunlara həm yerli, həm də qlobal iş imkanlarına birbaşa çıxış imkanı yaradır", - şöbə müdiri əlavə edib.

Bu gündən uşaqların I sinfə qəbulu başlayır

Bu gün saat 15:00-dan etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.

"Report"un xəbərinə görə, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Valideynlər eyni tarixdən başlayaraq məktəb və müəllim seçimini həyata keçirə biləcəklər. Seçim mərhələsi iyunun 5-i saat 11:00-dək davam edəcək. Prioritet bölgələr sırasında Abşeron, Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərləri yer alır.

Tədrisi digər dillərdə aparılan bölmələr üzrə isə müsahibəyə qeydiyyat mayın 6-sı saat 11:00-da başlayacaq və mayın 18-i saat 18:00-dək davam edəcək.

Müsabiqə yolu ilə qəbul aparılan məktəblər üçün qeydiyyat mayın 6-sı saat 15:00-dan iyunun 5-i saat 18:00-dək açıq olacaq. Bu kateqoriyaya Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəbi daxildir.

Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.

Qeyd edək ki, bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib.

Birinci sinfə qeydiyyat zamanı uşaqların şəxsiyyət vəsiqəsinin olması mütləqdir.

Uşaqların məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığın təmin edilməsi əsas hədəflərdəndir.

Bakıda şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektlərinə dair elmi simpozium keçiriləcək

Bakıda "Şəhərsalmanın ekoloji, bioloji və tibbi aspektləri: dayanıqlı və sağlam urban mühit" mövzusunda beynəlxalq elmi simpozium keçiriləcək.

Bu barədə "Report"a Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) məlumat verilib.

Qeyd edilib ki, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya İnstitutu PHŞ və AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin birgə təşkilatçılığı ilə keçiriləcək simpozium sentyabrın 24-nə planlaşdırılıb.

Tədbirin məqsədi şəhər mühitinin ekoloji, bioloji və tibbi komponentlərinin qarşılıqlı təsirini müasir elmi yanaşmalar əsasında təhlil etmək, beynəlxalq elmi təcrübənin və innovativ tədqiqat nəticələrinin müzakirəsi üçün platforma yaratmaqla dayanıqlı və sağlam "yaşıl şəhər" mühitinin formalaşdırılması istiqamətində elmi cəhətdən əsaslandırılmış yanaşmaların və tövsiyələrin hazırlanmasına töhfə verməkdir.

Elnur Əliyev: Alitəhsilli anaların övladları daha yüksək nəticələr göstərirlər

Aparılan təhlillər göstərir ki, alitəhsilli anaların övladları bir sıra istiqamətlər üzrə daha yüksək nəticələr nümayiş etdirir.

"Report" xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələrinə dair ekspertlər və media nümayəndələri üçün təşkil edilən məlumatlandırma sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, savadlılıq göstəricisi alitəhsilli anaların uşaqlarında 501 bal olduğu halda, ali təhsili olmayan anaların övladlarında bu göstərici 474 bal təşkil edib:

"Riyazi bacarıqlarda da oxşar fərq müşahidə olunur: müvafiq olaraq 546 və 510 bal. Emosiyanın səbəbinin müəyyən edilməsi üzrə də fərq cüzi olub (503 və 502 bal). Sosial davranış göstəricilərində isə diqqətçəkən fərqlər mövcuddur. Sosialyönümlü müsbət davranış alitəhsilli anaların övladlarında 524 bal olduğu halda, digər qrupda 492 baldır. Maraqlı məqamlardan biri isə pozucu olmayan davranış üzrə nəticələrdir. Bu sahədə ali təhsili olmayan anaların övladları (514 bal) alitəhsilli anaların övladlarını (504 bal) üstələyib".

IELS 2025 tədqiqatında Azərbaycandan 208 təhsil müəssisəsi iştirak edib

IELS 2025 tədqiqatında Bakıdan 138 ümumi təhsil və 48 məktəbəqədər təhsil müəssisəsi, Sumqayıtdan isə 15 ümumtəhsil və 7 məktəbəqədər təhsil müəssisəsi daxil olmaqla, ümumilikdə 208 təhsil müəssisəsi iştirak edib.

"Report" xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələrinə dair ekspertlər və media nümayəndələri üçün təşkil edilən məlumatlandırma sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, IELS 2025 beynəlxalq qiymətləndirmə tədqiqatının əsas mərhələsində Bakı və Sumqayıt şəhərlərindən 2731 nəfər 5 yaşlı uşaq iştirak edib. Sorğu mərhələsinə isə 2689 valideyn və 817 təhsilverən cəlb olunub:

"IELS 2025 beynəlxalq qiymətləndirmə tədqiqatının imtahan mərhələsində 1311 nəfər qız (47,9%), 1420 nəfər oğlan (52,1%) iştirak edib. IELS 2025 tədqiqatına Bakı, Sumqayıt (Azərbaycan), Seara, Para, San-Paulu (Braziliya), İngiltərə (Birləşmiş Krallıq), Flamand İcması (Belçika), Koreya, Malta, Niderland, Birləşmiş Ərəb Əmirlikləri cəlb olunub".

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatı (IELS) müxtəlif ölkələrdə uşaqların erkən öyrənmə nəticələrini və onların rifahını yaxşılaşdırmaq istiqamətindəki səyləri dəstəkləmək məqsədilə hazırlanıb. Bu tədqiqat uşaqların erkən öyrənməsinin gələcəkdə müsbət nəticələrini ən yaxşı şəkildə proqnozlaşdıran sahələri əhatə edir. Erkən öyrənmə sahələri kimi idrak bacarıqları (savadlılıq və riyazi bacarıqlar), icraedici funksiyalar və sosial-emosional bacarıqlar əsas götürülür.

Tədqiqat, eyni zamanda, uşaqların fərdi xüsusiyyətləri, ev mühiti və erkən uşaqlıq təhsili, həmçinin qayğı göstərmə təcrübələri ilə bağlı mühüm kontekstual məlumatları da toplayır.

Ədliyyə orqanlarına qulluğa qəbul üçün 121 nəfər imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 7-də ədliyyə orqanlarına qulluğa qəbul imtahanı keçirəcək.

Bu barədə "Report"a DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahan DİM-in elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50. TÜRKPA-nın yanı) kompüterlər vasitəsilə keçiriləcək.

İmtahanda 121 nəfərin iştirakı nəzərdə tutulur. İmtahan saat 16:00-da başlanır və 3 saat davam edəcək. İştirakçılar imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olacaqlar. Nəticələr həmçinin növbəti gün DİM-in saytına yerləşdiriləcək.

Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni "Elektron imtahanlara buraxılış vərəqələri və nəticələrin çapı" xidməti vasitəsilə çap edə bilərlər. İştirakçılar "İmtahana buraxılış vərəqəsi"ndə göstərilən vaxtda imtahan binasının qarşısında olmalıdırlar.

Namizədlər imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

İmtahanda namizədlərə 100 test tapşırığı təqdim olunur. Onlardan 80 tapşırıq hüquq və qanunvericilik sahəsi üzrə bilik və bacarıqları, 20 tapşırıq isə məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir. Hüquq və qanunvericlik sahəsinə aid test tapşırıqları üzrə hər düzgün cavab 1 , məntiq üzrə isə hər düzgün cavab 0.5 bal hesabı ilə nəzərə alınır. Toplanıla bilən maksimal bal 90-a bərabərdir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.

Naxçıvanda şagird sayı 500-dən artıq olan məktəblərə yeni direktor təyinatları olub

Naxçıvanda şagird sayı 500-dən artıq olan məktəblərə yeni direktor təyinatları aparılıb

"Report"un yerli bürosu xəbər verir ki, ölkə üzrə mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqənin nəticələrinə əsasən, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən, şagird sayı 500-dən artıq olan ümumi təhsil müəssisələrində vakant direktor vəzifələrinə yeni təyinatlar həyata keçirilib.

Müsabiqənin müsahibə mərhələsi çərçivəsində 4 vakant vəzifə üzrə ümumilikdə 11 namizəd müraciəti qeydə alınıb.

Müsabiqənin seçim mərhələsi başa çatdıqdan sonra ardıcıllıq gözlənilməklə müsahibə mərhələsinə dəvət olunmuş 6 nəfər iştirak hüququ qazanıb.

Müsahibə zamanı namizədlərin liderlik və strateji idarəetmə, pedaqoji fəaliyyət, təşkilatçılıq və idarəçilik, ünsiyyət və əməkdaşlıq, problemlərin həlli və qərarvermə, eləcə də rəqəmsal, texnoloji, sosial və emosional bacarıqları qiymətləndirilib.

Nəticədə 6 nəfər uğur qazanmış onlardan 4-ü müvafiq qaydalar çərçivəsində vəzifəyə təyin olunub.

Uğur qazanan namizədlərdən, Həsənov Həsən Məmməd oğlu Heydər Əliyev adına tam orta məktəbə, Quliyeva Günel Mirməhəmməd qızı Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbə, Əliyev Səfa Ruhulla oğlu Şərur şəhər 2 nömrəli tam orta məktəbə, Cəfərova İlahə Aydın qızı Kəngərli rayonunun Qıvraq qəsəbə tam orta məktəbinə direktor vəzifəsinə təyin olunublar.

NDU nəzdində Beynəlxalq Kembric Məktəbində "Mədəniyyət Festivalı" keçirilib

Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Beynəlxalq Kembric Məktəbində "Mədəniyyət Festivalı" təşkil olunub. "Qlobal Perspektivlər" fənninin bir parçası olaraq hazırlanan festivalda universitetin rektoru Elbrus İsayev də iştirak edib.

Festival çərçivəsində 6-cı və 7-ci sinif şagirdlərindən ibarət 15 qrup müxtəlif ölkələri təmsil edib. Şagirdlər seçdikləri ölkələr üzrə geniş araşdırma apararaq onların tarixini, mədəniyyətini, musiqisini, rəqsini və digər xüsusiyyətlərini əhatə edən təqdimatlarla çıxış ediblər. Bununla yanaşı, həmin ölkələrə məxsus milli yeməklərin təqdim olunması tədbirə xüsusi rəng qatıb.

Tədbirin əsas məqsədi şagirdlərin dünyagörüşünü genişləndirmək, onların tədqiqat aparmaq, məlumat toplamaq və təqdimetmə bacarıqlarını inkişaf etdirmək olub. Eyni zamanda festival analitik düşünmə və komanda şəklində işləmə vərdişlərinin formalaşdırılmasına da töhfə verib.

Rəngarəng və interaktiv şəraitdə keçirilən festival şagirdlərin həm fərdi, həm də qrup şəklində bacarıqlarını nümayiş etdirməsi baxımından uğurla yekunlaşıb.

Rezidenturaya qəbul imtahanının birinci cəhdinin nəticələri açıqlanıb

Dövlət İmtahan Mərkəzi rezidenturaya qəbul olmaq üçünmayın 3-də keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının birinci cəhdinin nəticələrini elan edib.

Bu barədə "Report"a DİM-dən məlumat veirlib.

Bildirilib ki, hər bir namizəd DİM-in internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. Namizədlər imtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1702 namizəddən 34 nəfəri imtahana gəlməyib.

556 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib.

Müsabiqə şərtini ödəyənlərdən 279 nəfər 4 və ya 5-ci kurs tələbələridir.

Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul" alan 4-cü və 5-ci kurs tələbələri ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olmaq hüququ əldə etdikdən sonra buraxılırlar.

Mayın 3-də keçirilən imtahanda 114 nəfər bu ilin, 163 nəfər isə əvvəlki illərin məzunları olmaqla, ümumilikdə 277 namizəd ikinci mərhələyə buraxılıb.

Əvvəlki illərdə baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından "məqbul" nəticə əldə etmiş və bu il rezidenturaya qəbul olmaq üçün qeydiyyatdan keçən 674 namizəd də birbaşa ikinci mərhələyə – ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılır.

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) Apellyasiya komissiyası fəaliyyət göstərəcək. Apellyasiya komissiyasına müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apellyasiya komissiyasına 5 may saat 10:00-dan 6 may saat 17:00-dək müraciət edə bilərlər.

Qeyd 1. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsinin təkrar imtahanının (2-ci cəhd) iyunun 21-də keçirilməsi nəzərdə tutulur. İmtahanda iştirak etmək üçün qeydiyyat 25 may – 4 iyun 2026-cı il tarixlərində DİM-in saytında internet vasitəsilə aparılacaq.

Qeyd 2. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının (II mərhələ) avqustun 9-da keçirilməsi planlaşdırılır. İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından 40 və daha çox bal toplayaraq "məqbul" nəticə əldə edən və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər buraxılırlar.


Bu ildən "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə kolleclərə tələbə qəbulu aparılmayacaq

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş 2026/2027-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu planında ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə plan yeri ayrılmayıb.

Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu ildən etibarən "Fiziki tərbiyə müəllimliyi" ixtisası üzrə orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) tələbə qəbulu aparılmayacaq. Abituriyentlərin nəzərinə çatdırırıq ki, cari tədris ilinin qəbul planına uyğun olaraq aşağıda göstərilən komissiyalar da fəaliyyət göstərməyəcək.

6401 – fiziki tərbiyə müəllimliyi (11 illik təhsil bazası üzrə);

152 – fiziki tərbiyə müəllimliyi (9 illik təhsil bazası üzrə).

Icrammer: Daha sürətli öyrən, daha yüksək bal al!

Icrammer.com imtahan hazırlığını yeni mərhələyə daşıyır: süni intellekt dəstəyi, 200,000-dən çox unikal tapşırıq və fərdiləşdirilmiş öyrənmə imkanları bir platformada.

Rəqəmsal təhsil həlləri sahəsində yeni nəsil platforma olan Icrammer.com daha ağıllı, əlçatan və effektiv hazırlıq mühiti təqdim edir. Süni intellekt əsaslı bu platforma istifadəçilərə təkcə geniş tapşırıq bazası deyil, eyni zamanda anlaşıqlı izahlar, ani dəstək və fərdi öyrənmə yanaşması da təqdim edir.

Icrammer.com-un əsas üstünlüklərindən biri, yerli proqrama mümkün dərəcədə uyğun hazırlanmış 200,000-dən çox unikal praktiki riyaziyyat tapşırığıdır. Bu göstərici platformanı bazardakı bir çox alternativdən əhəmiyyətli dərəcədə fərqləndirir və daha geniş, sistemli və çevik hazırlıq imkanı yaradır. Platformada təqdim olunan süni intellekt dəstəyi sayəsində istifadəçilər suallarına dərhal cavab ala, mövzuları daha aydın formada başa düşə və hazırlıq prosesində davamlı istiqamətləndirmə əldə edə bilirlər.

Icrammer.com eyni zamanda Azərbaycan, rus və ingilis dillərində istifadə imkanını bir sistemdə birləşdirir. Bu yanaşma müxtəlif dil üstünlüklərinə malik istifadəçilər üçün daha rahat və inklüziv hazırlıq mühiti formalaşdırır, onlara özlərini ən rahat hiss etdikləri dildə öyrənmək imkanı verir.

Platformanın əsas məqsədi yüksək keyfiyyətli imtahan hazırlığını daha geniş auditoriya üçün əlçatan, effektiv və münasib etməkdir. Icrammer bu məqsədlə süni intellekt texnologiyalarından istifadə edərək hər bir istifadəçinin öyrənmə tərzinə uyğunlaşan daha çevik və fərdiləşdirilmiş təhsil dəstəyi formalaşdırır.

Yaxın həftələr ərzində platformada bir sıra mühüm yeniliklərin istifadəyə verilməsi planlaşdırılır. Bunlara Azərbaycan dili və ingilis dili fənləri üzrə genişləndirilmiş sual bazaları, əlavə hazırlıq imkanları və daha təkmilləşdirilmiş fərdiləşdirilmiş öyrənmə alətləri daxildir. Gələcək mərhələlərdə isə yeni beynəlxalq və yerli hazırlıq istiqamətləri üzrə yeni fənlərin əlavə olunması, süni intellekt əsaslı öyrənmə imkanlarının genişləndirilməsi və platformanın daha geniş təhsil ekosisteminə çevrilməsi planlaşdırılır.

Yeniliklərdən biri - istifadəçilər 1 həftəlik "free trial"dan istifadə edə bilərlər. Və ya abunəsiz şəkildə belə 15 prompt şansı həftəlik chatboxdan və 5 test generasiyasından istifadə edə bilərlər (Hər həftə limit yenilənir).

Icrammer komandası platformanı birbaşa istifadəçilərin real təhsil ehtiyacları əsasında inkişaf etdirdiyini vurğulayır. Məhz buna görə rəy, təklif və ideyalar platformanın gələcək inkişafında xüsusi əhəmiyyət daşıyır. Komanda təhsil həyatının müxtəlif mərhələlərində olan bütün öyrənənləri, abituriyentləri, tələbələri, valideynləri və müəllimləri Icrammer.com-u izləməyə, sınaqdan keçirməyə və öz təkliflərini bölüşməyə dəvət edir.

Platformanın təqdimatı münasibətilə istifadəçilər üçün xüsusi təşəbbüs də hazırlanıb. 10 may tarixinədək abunəlik əldə edənlər arasında təsadüfi seçim əsasında 3 istifadəçiyə 1 illik ödənişsiz giriş imkanı təqdim olunacaq.

Subbakalavrların qeydiyyatı başlayıb

Ali məktəbə qəbul olmaq istəyən subbakalavrların qeydiyyatı başlayıb, elektron ərizələrin qəbulu 2 avqust 2026-cı il tarixinədək internet vasitəsilə aparılır.

Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Subbakalavrlar Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifə­sin­də "Şəxsi kabinet" yaratdıqdan (kabineti olmayanlar) sonra şəxsi kabi­netinin istifadəçi adı və parolundan istifadə etmək­lə DİM-in mü­va­fiq internet səhifəsinə daxil olub "Subbakalavrın elektron ərizəsi" formasını təsdiq edirlər.

Subbakalavra aid təhsil məlumatları "Tələbə-Məzun" dövlət elektron məlumat sistemindən avtomatik əldə olunur.

Bu məlumatları tam olmayan subbakalavrlar elektron ərizəsinə daxil olub "Yadda saxla" düyməsini basdıqdan sonra bitirdiyi orta ixtisas təhsili müəssisəsinə avtomatik elektron sorğu göndəriləcək. Tələb olunan məlumatlar orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirildikdən sonra subbakalavrın şəxsi kabinetində qeyd etdiyi nömrəyə "sms" xəbərdarlıq gələcək. Xəbərdarlıq gəldikdən sonra subbakalavrlar elektron ərizəni təsdiq etməlidirlər. Təhsil müəssisələri sistemə daxil edilmiş bu məlumatların həqiqiliyinə görə məsuliyyət daşıyır.

Xatırladaq ki, "Şəxsi kabinet"ində qeyd olunan mobil telefon nömrəsi subbakalavrın özünə məxsus deyilsə və ya nömrə dəyişilibsə, həmin subbakalavr "Şəxsi kabinet"dəki "Əlaqə məlumatları" bölməsində mobil telefon nömrəsinə düzəliş etməlidir.

Qeyd olunan tarixlərdə ərizəsini təsdiq etməyən subbakalavrlar müsabiqəyə buraxılmayacaqlar.

Müsabiqədə iştirak ödənişsizdir.

1996-2008-ci il təvəllüdlü (30.04.2008-ci il tarixinədək anadan olmuş) 30 yaşınadək olan kişi cinsli subbakalavrın elektron ərizələrinin təsdiqi üçün onların ya müddətli həqiqi hərbi xidmət keçməsi, ya çağırışdan möhlət hüququnun olması (təhsilə görə verilmiş möhlət istisna olmaqla), ya çağırışdan azad edilməsi və ya müddətli həqiqi hərbi xidmətə çağırılmama və ya müvəqqəti çağırılmaması barədə məlumat Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) vahid elektron informasiya sistemində əks olunmalıdır.

30.04.2008-ci il tarixindən sonra doğulmuş və ya 30 yaşı tamam olmuş subbakalavrların elektron ərizələri SHXÇDX-in vahid elektron informasiya sisteminə sorğu verilmədən təsdiq edilir. Hərbi qeydiy­yatın aparıl­ması Azərbaycan Respub­likasının SHXÇDX tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.

Qeyd edək ki, qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq istəyən subbakalavrlar cari ildə imtahan verərək ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlərlə eyni vaxtda (tarixlər elan olunacaq) ixtisas seçimində (müsabiqədə) iştirak edəcəklər.

Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib - YENİLƏNİB

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) birinci cəhdi keçirilib.

"Report" xəbər verir ki, imtahanın keçirilməsi üçün, ümumilikdə 7 bina, 19 imtahan rəhbəri, 7 ümumi imtahan rəhbəri, 152 nəzarətçi, 19 buraxılış rejimi əməkdaşı (mühafizə) və 7 bina nümayəndəsi ayrılıb.

Mayın 4-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalına başlanılacaq.

İmtahan nəticələri yaxın 2-3 gün ərzində elan olunacaq.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı, birinci cəhd) keçiriləcək.

"Report" xəbər verir ki, imtahanda iştirak edəcək 1702 namizəddən 1308 nəfər Azərbaycan, 394 nəfər isə rus bölməsi üzrə imtahan verəcək.

Ərizə verənlərin 700 nəfəri oğlan, 1002 nəfəri isə qızdır. 301 nəfər cari ilin, 760 nəfər əvvəlki illərin məzunudur. 641 nəfər növbəti illərdə məzun olacaq tələbələrdir. 21 nəfər xarici ölkə vətəndaşıdır.

İmtahan Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

İmtahan saat 10:00-da başlanır və 2 saat 30 dəqiqə davam edəcək. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

İmtahanda iştirak edən namizədlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Namizədin yaddaş kitabçası" da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- "İmtahana buraxılış vərəqəsi".

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

İmtahanların keçirilməsi üçün, ümumilikdə 7 imtahan binası, 19 imtahan rəhbəri, 7 ümumi imtahan rəhbəri, 152 nəzarətçi, 19 buraxılış rejimi əməkdaşı (mühafizə) və 7 bina nümayəndəsi ayrılıb.

Bu gün 29 mindən çox şagird və abituriyent Azərbaycan dilindən imtahan verib - YENİLƏNİB

Azərbaycan dilindən fərqli dillərdə tədris aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirilib. Həmçinin ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahan veriblər.

Bu barədə "Report"a DİM-dən məlumat verilib.

İmtahan, ümumilikdə 21 şəhər və rayonda 129 binada təşkil olunub.

İmtahanda 55 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.

İmtahanın idarə olunması üçün 129 ümumi imtahan rəhbəri, 339 imtahan rəhbəri, 2 709 nəzarətçi ayrılıb, 399 buraxılış rejimi əməkdaşı (mühafizə), 129 bina nümayəndəsi ayrılıb.

İlkin məlumatlara əsasən, imtahan binasının girişində yoxlama zamanı bir nəfərin ayaqqabısının altında gizlədilmliş mobil telefon aşkarlanıb. Qeyd olunan hal aktlaşdırılıb və araşdırma aparılacaq.

Cari ildə məzun olan iştirakçıların imtahanda toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda "məqbul" qiymət almış hesab olunurlar.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

Sabahdan etibarən DİM-də imtahan materiallarının emalı aparılacaq. Yazılı cavab tələb edən tapşırıqların yoxlanılması vaxt tələb etdiyi üçün nəticələrin 2 həftə ərzində elan edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı tipli) düzgün cavabları sabah gün ərzində DİM-in saytına yerləşdiriləcək.

Xatırladaq ki, Azərbaycan dili imtahanı iki dəfə keçirilir. Növbəti imtahanın tarixi və qeydiyyat günləri haqqında məlumat veriləcək.

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək.

Bu barədə "Report"a DİM-dən məlumat verilib.

Bildirilib ki, həmin gün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək.

İmtahan, ümumilikdə 21 şəhər və rayonda 129 binada təşkil olunacaq.

İmtahan bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Cari ilin 9-cu və 11-ci sinif şagirdləri buradan, əvvəlki illərin məzunları isə buradan "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər.

İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsini;

- şəxsiyyəti təsdiq edən sənədin əslini.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda iştirakçılara 30 tapşırıq təqdim olunur:

  • dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);
  • dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;
  • oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).

İmtahanın müddəti 1 saat 30 dəqiqədir.

Cari il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda "məqbul" qiymət almış hesab olunurlar.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

İmtahanda ümumilikdə 29182 (Bakıda 20580, Sumqayıtda 1156, Abşeronda 1189, Naxçıvanda 76, Gəncədə 1721, Şəmkirdə 91, Tovuzda 212, Mingəçevirdə 211, Yevlaxda 84, Şəkidə 175, Zaqatalada 350, Balakəndə 231, Qəbələdə 191, Qaxda 188, Bərdədə 235, Göyçayda 232, Şirvanda 360, Lənkəranda 362, Qubada 274, Qusarda 597, Xaçmazda 667) şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulub.

İmtahanın idarə olunması üçün 129 ümumi imtahan rəhbəri, 339 imtahan rəhbəri, 2709 nəzarətçi ayrılıb, 399 buraxılış rejimi əməkdaşı (mühafizə), 129 bina nümayəndəsi ayrılıb.

İmtahanda 55 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

“Azərbaycan üçün əsas təhlükə yalnız <span style="color: #ff0000;">geridə qalmaq deyil, əsas risk – oyundan çıxmaqdır…”</span>

“Məhz bu nöqtədə təhsil sistemi həlledici rol oynayır. Çünki rəqəmsal transformasiya yalnız texniki modernləşmə deyil, həm də düşüncə tərzinin dəyişməsidir…”
 
“Təhsil artıq “xidmət” deyil, strateji resursdur. Bəzi ekspertlər haqlı olaraq təhsili “yeni neft” adlandırır…”
 
“Müəllim yalnız dərs deyən deyil, qlobal kurs yaradan olmalıdır…”
 
“Bu tendensiya davam edərsə, Azərbaycan gələcək iqtisadiyyatın əsas seqmentindən kənarda qalacaq…”
 
“Ən mühüm məqam budur ki, artıq seçim yoxdur.  Universitetlər ya transformasiya olacaq, ya da mövcudluğunu itirəcək…”
 
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti, İKT mütəxəssisi İlham Əhmədovun  Azərbaycanda elm və təhsilin problemləri barədə “Rəqəmsal inkişaf və təhsil: ölkənin strateji dönüş nöqtəsi...” başlıqlı növbəti analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
Azərbaycan Respublikasında rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrinin 
inkişafı ilə bağlı qəbul edilən yeni dövlət qərarları ölkənin gələcək inkişaf trayektoriyasını müəyyən edən mühüm mərhələdir. Prezident tərəfindən imzalanmış fərman yalnız texnoloji yenilənmə sənədi deyil, həm də iqtisadi modelin transformasiyasına yönəlmiş strateji yol xəritəsidir. Bu sənədin əsas məqsədləri sırasında rəqəmsal suverenliyin gücləndirilməsi, milli texnoloji potensialın inkişafı və innovasiya əsaslı iqtisadiyyata keçidin sürətləndirilməsi xüsusi yer tutur.
 
Bu qərarın davamı olaraq Rəqəmsal İnkişaf Şurasının yaradılması dövlət idarəçiliyində koordinasiyanın gücləndirilməsi baxımından vacib addımdır. Lakin burada əsas sual yaranır: bu struktur real transformasiya yaradacaqmı, yoxsa əvvəlki təşəbbüslərin taleyini paylaşacaq?..
 
Postneft dövrü və insan kapitalının rolu...
 
Azərbaycanın postneft dövrünə keçidi artıq seçim deyil, zərurətdir. Bu keçidin əsas dayağı isə insan kapitalıdır. Rəqəmsal iqtisadiyyatın inkişafı yalnız texnologiya ilə deyil, həmin texnologiyanı yaradan, idarə edən və inkişaf etdirən insan resursları ilə mümkündür.
 
Məhz bu nöqtədə təhsil sistemi həlledici rol oynayır. Çünki rəqəmsal transformasiya yalnız texniki modernləşmə deyil, həm də düşüncə tərzinin dəyişməsidir. Təəssüf ki, son 25 ildə Azərbaycanda nə insan kapitalının sistemli inkişafı, nə də təhsilin rəqəmsallaşması sahəsində ciddi və davamlı uğurlar əldə olunmayıb.
 
Təhsildə həyata keçirilən informasiyalaşma layihələri çox vaxt fragmentar, səmərəsiz və yüksək maliyyətli olub. Bu layihələr real nəticə vermək əvəzinə daha çox imitasiya xarakteri daşıyıb. Nəticədə bu gün Azərbaycan hələ də fundamental bir problemi həll edə bilməyib: funksional və effektiv distant təhsil sistemi qurmaq.
 
Distant təhsil paradoksu...
 
Maraqlı və eyni zamanda narahatedici məqam ondan ibarətdir ki, Azərbaycan təhsil sistemi distant təhsilə ehtiyac duyduğu halda belə bu sistemi qurmaqdan yayınır. Pandemiya dövrü bu problemin nə qədər dərin olduğunu açıq şəkildə göstərdi.
 
Digər ölkələr bu dövrü transformasiya fürsətinə çevirərkən, Azərbaycanda distant təhsil yalnız “məcburi vəziyyətdən çıxış yolu” kimi qəbul edildi. Bu yanaşma strateji baxışın olmadığını açıq şəkildə ortaya qoydu.  Nəticədə 2026-cı ildə, belə biz hələ də “distant təhsil necə qurulmalıdır?” sualını müzakirə edirik. Bu isə qlobal kontekstdə ciddi gerilik deməkdir.
 
Qlobal onlayn təhsil bazarı: yeni iqtisadi reallıq…
 
Bu gün təhsil artıq lokal xidmət sahəsi deyil, qlobal iqtisadiyyatın ən sürətlə inkişaf edən sektorlarından biridir. Müxtəlif qiymətləndirmələrə görə, qlobal onlayn təhsil bazarının həcmi 2024-cü ildə 50–60 milyard dollar arasında dəyişir və 2030-cu ilə qədər bu rəqəmin 130 milyard dolları keçəcəyi proqnozlaşdırılır. Daha geniş modellərdə isə bu bazarın 500 milyard dollara çatacağı ehtimal edilir.  Bununla yanaşı, qlobal ali təhsil bazarı artıq 1.5 trilyon dollara yaxınlaşır və bu bazarın ən dinamik hissəsi məhz rəqəmsal seqmentdir.  Bu kontekstdə təhsil artıq “xidmət” deyil, strateji resursdur. Bəzi ekspertlər haqlı olaraq təhsili “yeni neft” adlandırır…
 
Azərbaycanın mövqeyi: istehsalçı yoxsa istehlakçı?..
 
Reallıq isə budur ki, Azərbaycan bu bazarda istehsalçı deyil, istehlakçı kimi çıxış edir. Qlobal platformalar – Coursera, Udemy, edX, Duolingo və digərləri – kontent yaradır, sertifikatlar təqdim edir və bazarı idarə edir.   Azərbaycan isə bu sistemdə istifadəçi rolunda qalır. Dövlət səviyyəsində belə xarici platformalardan geniş istifadə edilir və bu istiqamətdə milyonlarla dollar vəsait xaricə axır.   Paradoks ondadır ki, bu vəsaitlərlə ölkə daxilində güclü milli distant təhsil platforması qurmaq mümkün olardı. Lakin bu istiqamətdə real addımlar atılmayıb.
 
Problemin struktur səbəbləri
 
Azərbaycanın qlobal onlayn təhsil bazarında iştirak etməməsinin bir neçə əsas səbəbi var:
 
1. Təhsil modelinin köhnəlməsi.  Mövcud sistem bilik istehsal etməyə deyil, diplom verməyə fokuslanıb. Bu isə qlobal rəqabətdə ciddi zəiflik yaradır.
 
2. Kontent iqtisadiyyatının olmaması.  Rəqəmsal təhsil bazarının əsas məhsulu kontentdir – kurslar, mikrosertifikatlar, bacarıq əsaslı proqramlar. Azərbaycanda isə bu sahə demək olar ki, inkişaf etməyib.
 
3. Dil baryeri.  Qlobal bazarın dili ingilis dilidir. Azərbaycan dili isə lokal istifadə ilə məhdudlaşır. Bu da beynəlxalq çıxışı çətinləşdirir.
 
4. Strategiyanın olmaması.  Ən ciddi problem isə dövlət səviyyəsində aydın və sistemli strategiyanın olmamasıdır. Təhsil sistemi qlobal bazara inteqrasiya üçün dizayn edilməyib…
 
Pandemiya həm də  itirilmiş fürsət oldu…  
 
Pandemiya dövrü universitetlər üçün tarixi fürsət idi. Bu dövrdə bir çox universitetlər  rəqəmsal platformalar qurdular, yeni təhsil modellərini test etdilər, qlobal bazara çıxış əldə etdilər. Lakin Azərbaycanda bu fürsət istifadə olunmadı. Mövcud problemlər daha da dərinləşdi və sistem müvəqqəti həllərlə kifayətləndi...
 
Süni intellekt və platforma universitetlər  mərhələsi…  
 
Bu gün təhsil artıq yeni mərhələyə keçib:  
 
• Süni intellekt təhsil prosesinə inteqrasiya olunur
• Fərdiləşdirilmiş öyrənmə standart hal alır
• Universitetlər platformaya çevrilir
 
Coursera və edX kimi platformalar artıq alternativ universitet modelidir. Bu isə klassik universitetlərin mövcudluğunu sual altına qoyur.
 
Əsas problem  texnologiya  deyil,  düşüncədir…  
 
Çox vaxt problem texnologiyanın olmaması kimi təqdim olunur. Halbuki əsas problem yanaşmadadır.  Rəqəmsallaşma texniki layihə deyil – bu, idarəetmə modelinin dəyişməsidir. Universitetlər bunu hələ də anlamır və rəqəmsallaşmanı sadəcə IT məsələsi kimi qəbul edir…
 
Kadr böhranı və institusional zəiflik…  
 
Rəqəmsal transformasiyanın uğursuzluğunun əsas səbəblərindən biri də kadr problemidir. Yeni yaradılan strukturlar çox vaxt  formal xarakter daşıyır, peşəkar kadrlarla təmin olunmur, strategiya və resursdan məhrum olur. Nəticədə, struktur var, amma nəticə yoxdur.
 
Universitetlərin yeni rolu... 
 
Müasir dünyada universitetlər artıq təhsil verən qurum deyil, öyrənmə ekosistemidir, kontent istehsal mərkəzidir.  Yeni modeldə modul əsaslı təhsil, fərdi öyrənmə trayektoriyası, həyatboyu təhsil  əsas prinsiplərə çevrilir.
 
Oyundan çıxmaq riski...  
 
Azərbaycan üçün əsas təhlükə sadəcə geridə qalmaq deyil. Əsas risk – oyundan çıxmaqdır. Çünki rəqəmsal uçurum genişlənir, qlobal platformalar bazarı ələ keçirir, yerli sistem adaptasiya olunmur.  Bu tendensiya davam edərsə, Azərbaycan gələcək iqtisadiyyatın əsas seqmentindən kənarda qalacaq.
 
Çıxış yolu  real strategiya qurmaqdır...  
 
Mövcud vəziyyətdən çıxış mümkündür, lakin bu, radikal və sistemli yanaşma tələb edir:
 
1. Milli EdTech platforması.  Azərbaycan və türk dünyası üçün çoxdilli (AZ, TR, EN) platforma yaradılmalıdır.
 
2. Universitetlərin transformasiyası.  Universitetlər kontent istehsal edən mərkəzlərə çevrilməlidir.
 
3. Müəllimin rolunun dəyişməsi. Müəllim yalnız dərs deyən deyil, qlobal kurs yaradan olmalıdır...
 
4. Dövlət sifarişi modeli.  Qısa müddətdə yüzlərlə kurs hazırlanmalı və qlobal platformalara inteqrasiya olunmalıdır.
 
Hamı ilə yox, düzgün seçilmiş seqmentdə rəqabət aparmalıyıq…   
 
Azərbaycan bütün dünya ilə rəqabət apara bilməz. Lakin müəyyən sahələrdə güclü mövqe tuta bilər:  enerji, logistika, dövlət idarəetməsi, regiona uyğun peşə bacarıqları. 
 
Seçim  etməliyik... 
 
Bu gün artıq sual “rəqəmsallaşmaq lazımdırmı?” kimi yox, biz nə qədər gecikmişik və bunun qiyməti nə olacaq?..
 
Əgər Azərbaycan  bilik istehsal etməzsə, kontent ixrac etməzsə, platforma qurmazsa, onda gələcəyin iqtisadiyyatında yalnız istifadəçi olaraq qalacaq.  Ən mühüm məqam budur ki, artıq seçim yoxdur.  Universitetlər ya transformasiya olacaq, ya da mövcudluğunu itirəcək. Üçüncü yol yoxdur..."
 
Müəllif: dosent İlham Əhmədov"
 

I sinfə qəbul prosesi başlayır - <span style="color: #ff0000;">TARİX AÇIQLANDI</span>

6 may 2026-cı il tarixindən etibarən 2026-2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.

Moderator.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.

Qeyd edilib ki, bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib.

"Diqqətə çatdırılır ki, birinci sinfə qeydiyyat zamanı uşaqların şəxsiyyət vəsiqəsinin olması mütləqdir.

Uşaqların məktəbə qəbulunda hər bir valideyn üçün əlçatanlığın təmin edilməsi əsas hədəflərdəndir", - məlumatda bildirilib.

Naxçıvanda müəllimlərin sertifikatlaşdırma imtahanlarına start verilir

Mayın 2-dən Naxçıvanda təhsilverənlərin sertifikatlaşdırma imtahanlarına start verilir.

"Report"un yerli bürosunun məlumatına görə, mayın 2–3 və 10–11 tarixlərində Naxçıvan Muxtar Respublikasında təhsilverənlərin sertifikatlaşdırma prosesinin ikinci dövriyyəsi üzrə test imtahanları keçiriləcək. Prosesdə ümumilikdə 2772 təhsilverənin iştirakı nəzərdə tutulur.

İmtahan qrafikinə əsasən, 2 may alman, fransız, ingilis, rus dilləri, Azərbaycan dili, Azərbaycan dili və ədəbiyyatı, informatika müəllimləri, 3 may riyaziyyat, kimya, biologiya müəllimləri, 10 may fizika, ibtidai sinif və coğrafiya müəllimləri, 11 may fiziki tərbiyə, gənclərin çağırışaqədərki hazırlığı, musiqi, tarix, təsviri incəsənət və texnologiya müəllimləri sertifikatlaşdırma imtahanlarında iştirak edəcəklər.

Təhsilverənlərdən xahiş olunur ki, şəxsi kabinetlərinə daxil olaraq imtahan tarixi, mərkəzi və seans vaxtı ilə bağlı məlumatları öncədən dəqiqləşdirsinlər. İmtahana gələrkən şəxsiyyəti təsdiq edən sənədin təqdim olunması mütləqdir.

Bazar günü Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən 2026-cı il mayın 3-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək.

Bu barədə "Report"a DİM-dən məlumat verilib.

Bildirilib ki, həmin gün ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili) imtahanı keçiriləcək.

İmtahan, ümumilikdə 21 şəhər və rayonda 129 binada təşkil olunacaq.

İmtahan bütün binalarda eyni vaxtda - saat 10:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Cari ilin 9-cu və 11-ci sinif şagirdləri buradan, əvvəlki illərin məzunları isə buradan "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilirlər.

İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- imtahana buraxılış vərəqəsini;

- şəxsiyyəti təsdiq edən sənədin əslini.

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda iştirakçılara 30 tapşırıq təqdim olunur:

  • dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);
  • dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;
  • oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).

İmtahanın müddəti 1 saat 30 dəqiqədir.

Cari il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.

Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda "məqbul" qiymət almış hesab olunurlar.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.

İmtahanda ümumilikdə 29182 (Bakıda 20580, Sumqayıtda 1156, Abşeronda 1189, Naxçıvanda 76, Gəncədə 1721, Şəmkirdə 91, Tovuzda 212, Mingəçevirdə 211, Yevlaxda 84, Şəkidə 175, Zaqatalada 350, Balakəndə 231, Qəbələdə 191, Qaxda 188, Bərdədə 235, Göyçayda 232, Şirvanda 360, Lənkəranda 362, Qubada 274, Qusarda 597, Xaçmazda 667) şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulub.

İmtahanın idarə olunması üçün 129 ümumi imtahan rəhbəri, 339 imtahan rəhbəri, 2709 nəzarətçi ayrılıb, 399 buraxılış rejimi əməkdaşı (mühafizə), 129 bina nümayəndəsi ayrılıb.

İmtahanda 55 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

NDU Çinin daha bir universiteti ilə çoxşaxəli əməkdaşlığa başlayır

Naxçıvan Dövlət Universitetinin Çində baş tutan ikinci görüşündə logistika, turizm, süni intellekt, rəqəmsal media, incəsənət, tibb sahələrində istehsalat təcrübələri və yay məktəbləri istiqamətlərində yeni imkanlar əldə olunub.

Naxçıvan Dövlət Universiteti ilə Çin Xalq Respublikasının Urumçi Peşə Universiteti (Urumqi Vocational University – UVU) arasında keçirilən rəsmi görüşdə təhsil və tətbiqi sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm razılaşmalara imza atılıb.

Görüşdə Çin tərəfini UVU-nun prezidenti, universitetin vitse-prezidenti, Beynəlxalq Əlaqələr Ofisinin direktoru, Süni İntellekt Mühəndisliyi fakültəsinin dekanı, həmçinin Çin Kommunist Partiyasının (CPC) Baş Partiya Şöbəsinin katib müavini, eləcə də Yeni Enerji və Yeni Materiallar fakültəsinin dekanı təmsil ediblər.

Müzakirələr zamanı əməkdaşlığın prioritet istiqamətləri kimi logistika, turizm, süni intellekt, rəqəmsal media, incəsənət, tibb sahələri üzrə birgə təhsil proqramlarının hazırlanması xüsusi diqqət mərkəzində olub. Bununla yanaşı, Çin dilinin bakalavr səviyyəsində tədrisinin təşkili, müasir əmək bazarının tələblərinə uyğun ixtisaslaşmaların inkişafı və praktik yönümlü təhsil modelinin tətbiqi məsələləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində tələbə və müəllim mobilliyi, akademik mübadilə proqramlarının genişləndirilməsi, eləcə də istehsalat təcrübələrinin birgə təşkili istiqamətində konkret əməkdaşlıq imkanları nəzərdən keçirilib. Xüsusilə, bakalavr pilləsində 3+1 modeli əsasında ikili diplom proqramlarının hazırlanması və hibrid (onlayn və ənənəvi) formatda birgə kursların təşkili məsələləri ilə bağlı ilkin razılıqlar əldə olunub.

Urumçi Peşə Universitetində universitet–sənaye əlaqələri yüksək səviyyədə inkişaf edib və praktik yönümlü əməkdaşlıq modeli uğurla tətbiq olunur. Belə ki, UVU-nun tərəfdaş olduğu aparıcı Çin şirkətləri ilə NDU-nun əməkdaşlıq imkanları da yaradılacaq.

Qeyd edək ki, əməkdaşlığın daha səmərəli inkişafını təmin etmək məqsədilə hər iki tərəfdən işçi qrupları yaradılıb. Bu qruplara həm Naxçıvan Dövlət Universitetinin, həm də Urumçi Peşə Universitetinin rektorları rəhbərlik edəcək.

Peşəyönümlü təhsil verən UVU-nun çox geniş maddi-texniki, praktiki imkanlarından NDU tələbələrinin tam istifadəsi mümkün olacaq.

Kənan Bağırov: İxtisas qrupuna alternativ enerji üzrə ixtisasların əlavə edilməsi uğurlu nümunədir

Alternativ enerji üzrə ixtisasların Nazirlər Kabineti tərəfindən 2024-cü ildə ixtisas qrupuna əlavə edilməsi uğurlu nümunədir.

"Report" xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov Bakıda keçirilən "Azərbaycanın yaşıl enerji keçidində qadınların iştirakı üçün maneələr və imkanlar" mövzusunda tədbirdə deyib.

O qeyd edib ki, yüksək peşə-ixtisas təhsili alan gənclər artıq bir neçə il sonra əmək bazarına çıxacaqlar:

"İlk ildə bu ixtisaslara qızların qəbulu aparılmamışdı. Amma 2025-ci ildə bu sahədə xanımlar da təmsil olunmağa başladı. Onların həmin il iştirakçılığı 5 faizə çatmışdı".

K.Bağirov söyləyib ki, Mərkəz 2020-ci ildə fəaliyyətə başlayıb və ötən 5 ildə qadınların bu sahədə iştirakçılığı 22 faizə çatıb:

"Sənaye, energetika kimi sahələrdə qızların iştirakçılığının artması sevindiricidir. Qeyd etmək istəyirəm ki, 2025-ci ildə Mərkəzin məzunlarının 70 faizinin məşğulluğu təmin edilib. Bu il alternativ enerji ixtisasları üzrə 2 qrupda tələbə qəbulu planlaşdırılır".

Məktəblərdə uşaq zorakılığı: səbəblər, nəticələr və çıxış yolları - ARAŞDIRMA - VİDEO

Son vaxtlar Azərbaycan da daxil olmaqla müxtəlif ölkələrdə orta məktəb şagirdləri arasında aqressiv davranış, həmyaşıdlarına və müəllimlərə qarşı zorakılıq halları, hətta silahlı insidentlərin şahidi oluruq.

Təkcə Azərbaycan və Türkiyədə 2026-cı il başlayandan bəri bir neçə belə hadisə qeydə alınıb.

Birinci hadisə fevral ayında Bakıda yerləşən özəl liseydə baş verib. 10-cu sinif şagirdi atasına məxsus ov tüfəngini məktəbə gətirərək 29 yaşlı riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib və ona ağır xəsarət yetirib.

İkinci hadisə Bakının mərkəzi məktəblərindən birində olub. 5-ci sinif şagirdi mübahisə zamanı sinif yoldaşının üstünə spirt tökərək onu yandırıb. Nəticədə uşaq yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Digər bir məktəbdə isə 5-ci sinif şagirdinin dəftərində sinif yoldaşlarının adlarından ibarət "öldürmək siyahısı" tapılıb.

Ən dəhşətli insident isə qonşu Türkiyənin Kahramanmaraş vilayətində yaşanıb. Orta məktəbin 8-ci sinif şagirdinin 5-ci sinif şagirdlərinə silahlı hücumu nəticəsində 1 müəllim və 8 şagird olmaqla 9 nəfər həyatını itirib, 13 nəfər yaralanıb.

Həmçinin, Şanlıurfa vilayətində liseyə silahlı hücum nəticəsində 16 nəfər yaralanıb. Hadisəni törədən 2007-ci il təvəllüdlü məzun sonra özünü öldürüb...

Şagirdi qələm və kitabla təsəvvür etdiyimiz halda, bu cür hadisələr, əlbəttə, tük ürpədir. Uşaqlar arasında zorakılıq hallarının artması adi cinayət statistikası deyil, həm də sosial siqnaldır.

Aqressiv davranışın motivləri müxtəlif olsa da, təhlükəli tendensiyanın səbəbləri sırasında oxşarlıqlar çoxdur: ailə və məktəb dəyərlərinin deqradasiyası, rəqəmsal mühitdə canlı ünsiyyət çatışmazlığı, sosial şəbəkələrin mənfi təsirləri və s.

Adının çəkilməsini istəməyən müəllim "Report"a açıqlamasında son illər şagirdlərin davranışında aqressiyanın nəzərəçarpacaq dərəcədə artdığını qeyd edib: "Əvvəllər uşaqlar mübahisəni sözlə həll etməyə çalışırdısa, indi ən kiçik söz-söhbətə belə fiziki müdaxilə, təhqir və ya hədə ilə cavab verirlər. Biz müəllimlər sinifə təkcə dərs keçmək üçün deyil, həm də uşaqlara empatiya qurmağı, hörmət və ünsiyyət mədəniyyətini yenidən formalaşdırmaq üçün giririk. Təəssüf ki, bu bəzən ailədə və sosial mühitdə verilməyən tərbiyənin boşluğundan irəli gəlir. Nəinki sinif yoldaşlarına, heç müəllimlərə də hörmət etmirlər. Bəzi valideynlər övladı barədə irad və təklif səsləndirən müəllimi düşmən gözündə görür, kəskin aqressiv reaksiyalar verir".

Məsələnin psixoloji tərəflərini klinik psixoloq Nuriyyə Quliyeva ilə aydınlaşdırmağa çalışdıq.

O, təəssüflə qeyd edib ki, uşaqlar filmlər və oyunlardakı mənfi obrazları nümunə götürürlər: "Həmin oyunların əsas hədəfi çox vaxt öldürmək, vurmaq, yıxmaqdır. Onu oynayan və izləyən uşaq psixoloji olaraq dəyişir. Amma bu, birdən-birə baş vermir. Əksinə, qabaqcadan planlaşdırılan və icra edilən hadisələrə çevrilir. Təbii ki, oyunların, filmlərin, hətta musiqilərin də təsiri var. İndiki musiqilərdə, xüsusən də bəzi replərdə şiddət, öldürmək, bıçaqlamaq kimi aqressiv ifadələr normallaşdırılır. Bunu dinləyən gənclər həmin şəxsləri özlərinə nümunə götürürlər. Həmçinin, onlar seriallarda müsbət qəhrəman kimi təqdim olunan mafiya başçılarını, cinayətkar obrazlarını da ideal kimi görürlər. Onların geyim tərzini, danışıq tərzini, hərəkətlərini təqlid etməyə başlayırlar".

Psixoloq bu məsələdə təkcə oyunlar, filmlər, musiqilər və sosial şəbəkələri günahlandırmağın yetərli olmadığını vurğulayıb: "Eyni zamanda, ailədə uşağın ehtiyacları qarşılanmırsa, sevgisiz böyüyürsə, bu da prosesə təsir göstərir. Ailənin rolu həyatımızda, xüsusən də ilk yaşlarda çox böyükdür. Sonra bu dairə genişlənir: bağça, məktəb, dostlar, müəllimlər... Hamısı uşağın formalaşmasına təsir edir. Məktəb də bu zəncirin ən vacib halqalarından biridir".

N.Quliyeva məktəblərdə psixoloqlarının sayının azlığını, onların vəzifələrinin problemləri həll etmək olmadığını deyib: "Onlar qruplarla qiymətləndirmə aparır, müəyyən məqamları görürlər. Lakin bu məqamları vaxtında müəllimə və valideynə bildirmək onların əsas öhdəliyidir. Məktəb psixoloqunun vəzifəsi uşağın problemlərini təhlil etmək və koordinasiya etməkdir. Onun əsas rolu maarifləndirmə işləri aparmaqdır. Yəni, şagirdi görüb, vəziyyəti dəyərləndirib, lazım gələndə valideyni düzgün istiqamətə yönəltmək".

Məsələnin sosial miqyasını aydınlaşdırmaq üçün sosioloq Üzeyir Şəfiyevlə danışdıq.

O bildirdi ki, Azərbaycanda azyaşlılar, xüsusən də 14-18 yaşlı yeniyetmələr arasında cinayət əməllərinin dinamikasında və xarakterində baş verən dəyişikliklər cəmiyyəti ciddi düşündürməlidir: "Təhlillər göstərir ki, bu cinayətlərin əksəriyyəti sosial şəbəkələr və internet resursları üzərindən uşaq və yeniyetmələrə təsir edir. Cinayətlərin xarakterini araşdıranda görürük ki, onlar daha çox Avropa və Qərb ölkələrində uşaq və yeniyetmələr arasında yayılmış əməllərdir. Sadəcə olaraq, bizim uşaqlar və yeniyetmələr sosial şəbəkələrdən gördüklərini təqlid edir və bunu öz sinif yoldaşlarına qarşı tətbiq edirlər. Bunu mobbinq və bullinq hallarının xarakterindən də görmək olur. Bu tip zorakılıq halları Azərbaycan cəmiyyətinin sosial xarakterinə uyğun deyil. Onlar daha çox Qərb ölkələrində yayılıb və indi bizim uşaqlar tərəfindən götürülür".

Sosioloqun fikrincə, rəqəmsal mühit uşaq və yeniyetmələrin sosiallaşmasına mənfi təsir edir. Bununla əlaqədar Prezident İlham Əliyev rəqəmsal mühitdə uşaq və yeniyetmələrin zərərli informasiyalardan qorunması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb: "Uşaq və yeniyetmələrin məktəbəqədər müəssisələrdə və məktəblərdə smart qurğulardan, sosial şəbəkələrdən istifadə qaydaları müəyyənləşdirilməlidir. Eyni zamanda, istifadəçilərin bu qurğulardan istifadə qaydaları ilə yanaşı, pedaqoji intervensiya da nəzərdə tutulur. Yəni müəllimlərə və şagirdlərə bu imkanlardan necə və hansı məqsədlə istifadə olunması izah edilməlidir. Çox güman ki, 3 aydan sonra Azərbaycanda yeni reallıqla qarşılaşacağıq. Uşaqlar üçün yaş məhdudiyyətinin tətbiqi olacaq. Yəni smart qurğulara və internet resurslarına giriş üçün yaş həddi qoyulacaq. Bu təcrübə artıq bir çox ölkələrdə tətbiq olunur. Avropa İttifaqı ölkələrində, qardaş Türkiyədə, Avstraliyada və hətta sosial dövlət olan Almaniyada da bu istiqamətdə addımlar atılır".

Ü.Şəfiyev deyib ki, sosial şəbəkələrin fəaliyyətini tənzimləyən ayrıca qanun qəbul olunacağı təqdirdə, rəqəmsal mühitin toksikliyi azalacaq: "Nifrət dolu, hüquqazidd və əxlaqazidd paylaşımlar da minimuma enəcək. Təəssüf ki, aqressiyanı təşviq edən oyunlar mövcuddur. "Mavi balina", "Roblox" tipli oyunlar buna nümunədir. Bu oyunlar bir çox ölkələrdə artıq qadağan olunub. Hesab edirəm ki, bizdə də bu qadağa tətbiq olunmalıdır. Eyni zamanda, aqressiyanı təbliğ edən, subliminal mesajlar göndərən cizgi filmləri də var. Bu mesajlar cəmiyyətin mənəvi-əxlaqi dəyərlərinin zəifləməsinə xidmət edir. Hətta "Halloween" kimi bayramlar və bu tipli oyunlar da cəmiyyətin mənəvi əsaslarını sarsıtmağa hədəflənmiş hesab olunur".

Mütəxəssis vurğulayıb ki, hüquqi tənzimləmələr düzgün tətbiq edilərsə, yeniyetmələr arasında hüquqazidd davranışların qarşısını ilkin mərhələdə almaq mümkün olacaq.

O, təkcə sosial media deyil, çap mediasında və bəzi telekanallarda da cinayət aləminin insanlarını qəhrəman kimi təqdim edən materiallara rast gəlindiyini vurğulayıb: "Bu, psixologiyası hələ formalaşmamış uşaq və yeniyetmələrin mənəvi aşınmasına gətirib çıxarır. Həmçinin, cinayət aləminin nümayəndələrini onlar üçün "nümunə" obraza çevirir. Ona görə də "Media haqqında" Qanunun 10-cu və 14-cü maddələrinə uyğun olaraq, media peşə etikasına hörmətlə yanaşmalıdır. Çünki bəzi resursların manşetlərində hətta cinayət aləmini tərifləyən yazılar dərc olunur. Bu da, şübhəsiz ki, uşaq və yeniyetmələrin mənəvi-əxlaqi aşınmasına və onları cinayət aləminə təşviq edir. Güman edirəm ki, bu kimi hallar aradan qaldırılsa, ailə institutu gücləndirilsə, ailə dəyərləri və arxetipləri möhkəmlənsə, mənəvi-əxlaqi səviyyədə immunitetimiz artsa, uşaq və yeniyetmələrin sosiallaşması üçün normal mühit yaranar. Bu da cəmiyyətdə sosial anomaliyaların xeyli qarşısını ala bilər".

Bəzi insanlar bu tip hadisələrdə təhsili, məktəbi, xüsusilə də müəllimləri günahlandırırlar.

Elm və Təhsil Nazirliyinin Uşaqların Müdafiəsi İdarəsinin rəis müavini Günel Səfərova isə qeyd edib ki, aqressiv davranışların və məktəblərdə zorakılığın artması ilə bağlı Elm və Təhsil Nazirliyi kompleks tədbirlər görür.

"Bu problem yalnız təhsil mühiti ilə məhdudlaşmır. Ailə, sosial mühit və xüsusilə, son dövrlərdə rəqəmsal təsirlər də burada mühüm rol oynayır. Kibertəhlükəsizlik, uşaqların internetdən istifadəsi və müxtəlif məzmunlu videolar da bu risklərin bir hissəsidir. Məktəblərdə psixoloqlar fəaliyyət göstərir, lakin onların işinin təkmilləşdirilməsinə ehtiyac var. Hazırda Uşaq Müdafiəsi İdarəsinin mütəxəssisləri 113 məktəbdə fəaliyyət göstərir. Gələn il bu sayın artırılması planlaşdırılır. Bu mütəxəssislər məktəbdə təhlükəsiz və sağlam mühitin formalaşdırılması üçün çalışır. Digər məktəblərdə baş verən hadisələr də araşdırılır və klinik psixoloqlar tərəfindən dəstək göstərilir. Bundan əlavə, məktəblərdə sosial pedaqoqlar sosial risk qrupuna aid uşaqlarla fərdi iş aparır, onların sosial adaptasiyası və davranış problemlərinin həllinə kömək edir", - o bildirib.

G.Səfərova valideynlərlə əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığına diqqət çəkib: "Hər il valideynlər üçün rəqəmsal mühitin təsirləri, uşaqların davranış qaydaları və məktəb-ailə-icma münasibətlərinin tənzimlənməsi ilə bağlı maarifləndirici görüşlər keçirilir. Məktəb rəhbərliyi və müəllimlər həm preventiv tədbirlərin görülməsinə, həm də hadisə baş verdikdə düzgün addımların atılmasına məsuldur. Əsas preventiv iş isə uşaqların asudə vaxtının səmərəli təşkil olunmasıdır. Bu məqsədlə Məktəbəqədər və Ümumtəhsil üzrə Dövlət Agentliyində Uşaq Rifahı Şöbəsi fəaliyyət göstərir. Dərsliklərin məzmununa da zorakılıq əleyhinə, humanizm və dostluq dəyərlərini təbliğ edən materiallar əlavə olunub. Bütün bu tədbirlərə baxmayaraq, təəssüf ki, bəzən xoşagəlməz hallar baş verir. Bu təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə olunur. Bu məsələnin həlli üçün məktəblə yanaşı, valideynlərin və cəmiyyətin dəstəyi vacibdir.

Baş verənlərin hüquqi tərəfləri isə hüquq mühafizə orqanları tərəfindən araşdırılır. Elə bir neçə gün bundan qabaq Daxili İşlər Nazirliyinin Kollegiya iclası keçirilib və iclasda daxili işlər naziri Vilayət Eyvazov yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi üçün profilaktik işin gücləndirilməsini, onların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması məqsədilə aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə birgə maarifləndirmə tədbirlərinin daha məqsədyönlü davam etdirilməsini tələb edib.

Əlbəttə, təhlükəsizlik üçün texniki tədbirlər mühüm olsa da, əsl dəyişiklik məktəbin, ailənin və psixoloqun "səhnə arxası"nda apardığı işdən başlayır. Ümumiyyətlə, şagirdin qələm əvəzinə, əlinə silah almaması üçün ailə, məktəb və cəmiyyət birlikdə məsuliyyət daşımalıdır.

Video: Gülçin Cəmil

Şəhid övladları imtahanda yüksək bal topladı - <span style="color: #ff0000;">FOTO</span>

Şəhid övladları buraxılış imtahanında yüksək nəticə göstəriblər.
 
Moderator.az xəbər verir ki, Göygöl rayon Texniki və Təbiət Fənləri Təmayüllü Liseyin XI sinif şagirdi, Vətən müharibəsi şəhidi Ceyhun Niftəliyevin qızı Ayan Niftəliyeva tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında 290 bal toplayaraq yüksək nəticə əldə edib.
 
O, ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanında 285 bal toplayıb. A.Niftəliyeva SAF-2023 Festivalının “Mexatronika” kateqoriyası üzrə qızıl medalçısıdır.
 
Qax şəhər Namiq Allahverdiyev adına 2 nömrəli məktəb-liseyin XI sinif şagirdi Sənan Məmmədzadə imtahanda 285 bal toplayıb.
 
S.Məmmədzadə Vətən müharibəsi şəhidi, polkovnik-leytenant Sadiq Məmmədovun övladıdır.
 
O, daha əvvəl IX sinif buraxılış imtahanında da 300 mümkün baldan 297,8 bal toplayaraq rayon birincisi olub.

Tədqiqatçılar üçün laboratoriya avadanlıqlarının vahid rəqəmsal bazası yaradıldı

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən “Rəqəmsal Repozitariyaların İnkişafına Dəstək” layihəsi çərçivəsində laboratoriya avadanlıqları üzrə mərkəzi rəqəmsal repozitariya istifadəyə verilib.

Agentlikdən Moderator.az-a bildirilib ki, platformanın yaradılmasında əsas məqsəd ölkənin elmi və ali təhsil müəssisələrində mövcud olan laboratoriya avadanlıqları haqqında məlumatları vahid rəqəmsal bazada toplamaq və tədqiqatçılar üçün bu avadanlıqlara çıxışı asanlaşdırmaqdır. Bu platforma ölkənin elmi və ali təhsil müəssisələrində mövcud olan laboratoriya avadanlıqlarını vahid bazada birləşdirən ilk açıq çıxışlı rəqəmsal repozitariyadır.

Hazırda repozitariyada 29 müəssisəyə aid 2000-ə yaxın laboratoriya avadanlığı haqqında məlumat yerləşdirilib. Bazada avadanlığın adı, istehsalçı şirkəti və ölkəsi, istehsal ili, yerləşdiyi laboratoriya, şəkli, eləcə də avadanlığa məsul şəxs barədə məlumatlar təqdim olunur.

Layihə laboratoriya avadanlıqlarından daha səmərəli istifadə olunmasına, eyni avadanlığın müxtəlif qurumlar tərəfindən təkrar alınmasının qarşısının alınmasına və büdcə vəsaitlərinə qənaət edilməsinə töhfə verəcək. Eyni zamanda, platforma alim və tədqiqatçıların elmi fəaliyyətini dəstəkləməklə yanaşı, elmi, sənaye və korporativ müəssisələr arasında əməkdaşlıq imkanlarını genişləndirəcək.

Hazırda sistemdə yerləşdirilən məlumatlar davamlı olaraq yenilənir və genişləndirilir. Yaxın mərhələdə platformada elmi və ali təhsil müəssisələrinin elmi nəşrlərinin və tədqiqatçı profillərinin də yerləşdirilməsi nəzərdə tutulur.

İnventarında olan laboratoriya avadanlıqları haqqında məlumatları elmi ictimaiyyətlə bölüşmək istəyən sənaye və korporativ müəssisələr də layihəyə qoşula bilərlər.

Rəqəmsal repozitariyaya aşağıdakı keçid vasitəsilə daxil olmaq mümkündür: //dspace.eatda.edu.az/home.

Mingəçevir Dövlət Universitetində böyük azərbaycanlı yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş konfrans keçirilib

2026-cı ilin 24 aprel tarixində Mingəçevir Dövlət Universitetinin təşkilatçılığı ilə böyük azərbaycanlı yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin yaradıcılığına və anadan olmasının 118-ci ildönümünə həsr olunmuş "Mir Cəlal Paşayev yaradıcılığı: Ədəbi-estetik düşüncə, milli kimlik və müasir interpretasiyalar" mövzusunda elmi-praktik konfrans keçirilib.

Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində keçirilən konfransda universitetin professor-müəllim heyəti iştirak edib.

Konfrans Ümummilli lider Heydər Əliyev, yazıçı Mir Cəlal Paşayevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Öncə, Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş video-çarx nümayiş etdirilib.

Konfransı giriş nitqi ilə açan Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov çıxışında görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin Azərbaycan ədəbiyyatı və elmi fikrinin inkişafında müstəsna rol oynadığını vurğulayıb. Rektor qeyd edib ki, Mir Cəlal Paşayevin çoxşaxəli yaradıcılığı milli-mənəvi dəyərlərin qorunması, ədəbi-estetik düşüncənin formalaşması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Anar Eminov bildirib ki, bu kimi elmi-praktik konfransların təşkili universitetdə humanitar elmlərə marağın artırılması, klassik ədəbi irsin müasir elmi yanaşmalar əsasında yenidən təhlili və tələbələrin tədqiqat bacarıqlarının inkişafı baxımından xüsusi önəm daşıyır. O, həmçinin vurğulayıb ki, Mingəçevir Dövlət Universitetində milli ədəbi irsin öyrənilməsi və təbliği istiqamətində həyata keçirilən tədbirlər universitetin elmi-ictimai mühitinin zənginləşdirilməsinə və akademik ənənələrin gücləndirilməsinə xidmət edir.

MDU-nun əməkdaşlarından baş müəllim Ayna Babazadə "Mir Cəlal Paşayev yaradıcılığında həyat həqiqətləri və bədii təsvir ustalığı", dosent Günel Yunusova "Azərbaycan ədəbiyyatı və elminin inkişafında Mir Cəlal missiyası", baş müəllim Pərvin Hüseynova "Yazıçının əsərlərində milli kimlik və mənəvi dəyərlər", baş müəllim Səadət Ağakişiyeva "Mir Cəlal əsərlərində müəllimə münasibət" və müəllim Gülay Bağırova "Mir Cəlal Paşayev və milli ədəbi tənqid məktəbi" mövzularında məruzələrlə çıxışlar ediblər.

Çıxışlar ətrafında aparılan müzakirələr zamanı iştirakçılar Mir Cəlal Paşayev irsinin müasir dövrdə aktuallığını xüsusi vurğulayaraq, bu irsin gənc nəsil arasında daha geniş təbliğinin vacibliyini qeyd ediblər. Bildirilib ki, yazıçının əsərlərində əks olunan ideyalar bu gün də milli kimliyin qorunması, mənəvi dəyərlərin yaşadılması və cəmiyyətin sağlam inkişafı baxımından əhəmiyyətini qoruyub saxlayır.

Konfrans interaktiv müzakirələr və sual-cavab sessiyası ilə davam edib, iştirakçıları maraqlandıran suallar məruzəçilər tərəfindən ətraflı cavablandırılıb.

Sonda qeyd olunub ki, Mingəçevir Dövlət Universitetində bu kimi elmi tədbirlərin təşkili klassik ədəbi irsin öyrənilməsi, elmi tədqiqat mühitinin inkişafı və tələbələrin akademik potensialının gücləndirilməsi istiqamətində ardıcıl fəaliyyətin tərkib hissəsidir.

Məktəblərə "Son zəng" tədbirinin keçirilməsi ilə bağlı təlimat göndərilib

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) "Son zəng" tədbirinin keçirilməsi ilə bağlı bütün məktəblərə təlimat göndərib.

"Report" xəbər verir ki, təlimata əsasən, məktəblərdə "Son zəng" tədbirinin təşkil edilməsinə ümumi təhsil müəssisəsinin direktoru rəhbərlik edir, tədbir zamanı, tədbirdən sonra ümumi təhsil müəssisəsində baş verən hər hansı neqativ hadisəyə məsuliyyət daşıyır.

Tədbir isə məktəbin həyətində, həyətyanı sahəsi olmayan müəssisələrdə isə idman və ya akt zalında təşkil olunmalıdır.

Tədbir tədris prosesinə mane olmadan keçirilməli və təhlükəsiz şərait təmin edilməlidir.

"Son zəng" tədbiri 13 iyun 2026-cı il tarixində səhər saat 9:00-da başlamalı və ən gec 2 saat ərzində bitməlidir.

"Son zəng" tədbirində aşağıdakı şəxslər iştirak edə bilər:

1-ci və 11-ci sinif şagirdlərinin valideynləri (qəyyum/himayəçi);

Təhsili idarəetmə orqanlarının nümayəndələri (ETN, MÜTDA, BŞTİ, RTİ);

Asayişi qorumaq üçün əvvəlcədən müəyyən edilmiş polis nümayəndələri, yerli icra hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər, məktəbin ictimai-sosial həyatında xüsusi rolu olan valideynlər.

Təlimatda şagird geyimi, nizam-intizam və etik davranış tələbləri də var. Belə ki, şagirdlər tədbirdə məktəbli formasında olmalı, məzunların xarici görünüşü təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun və səliqəli olmalıdır. Bayraq müşayiəti ilə səsləndirmə yol verilməlidir.

Tədbir üçün milli-mənəvi dəyərlərə uyğun hazırlanmış, rəsmi və bədii hissədən ibarət ssenari olmalı, ssenari müəssisə rəhbəri tərəfindən imza və möhürlə təsdiqlənməlidir. Tədbirin açılışı Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamalı, daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilməlidir.

Bundan əlavə, xüsusi tələb və qeydlər də var. Belə ki, tədbirdə təşkilat və idarələrin nümayəndələri üçün xüsusi hazırlıq işləri aparılmamalı, masada yalnız içməli su olmalıdır. Həmin şəxslərə hədiyyə və gül dəstələrinin təqdim olunması qadağandır. Tədbirin bədii hissəsi yalnız məktəbin daxili imkanları əsasında təşkil olunmalıdır.

MÜTDA təlimatda qeyd edilən tələbləri təsdiq edib. "Son zəng" tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbətlər aparılır.

MİQ müsabiqəsində iştirak üçün ödənişin məbləği təsdiqlənib

Müəllimlərin işə qəbulu (MİQ) ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği təsdiq edilib.

"Report" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, müsabiqədə iştirak etmək üçün ödənişin məbləği 60 (altmış) manat müəyyən edilib.

Xatırladaq ki, bu il yanvarın 15-də Prezident İlham Əliyev "Ümumi təhsil haqqında" qanuna dəyişiklikləri təsdiqləyib. Bununla da müəllimlərin işə qəbulu ilə əlaqədar keçirilən müsabiqədə iştirakı ödənişli olub.

Bu ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.

Naxçıvanda tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Naxçıvan Muxtar Respublikasının bütün ümumi təhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, 24 binada keçirilən imtahanlarda 5589 şagird iştirak edib.

Qeyd edək ki, imtahan saat 11:00-da başlanıb və 3 saat davam edib.

Bu gün peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi keçiriləcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 19 aprel 2026-cı il tarixində peşəkar mühasib sertifikatı imtahanının I mərhələsi (mühasibat uçotu üzrә) keçiriləcək.

"Report" xəbər verir ki, imtahan Bakıda DİM-in elektron imtahanlar korpusunda kompüterlər vasitəsilə keçiriləcək.

İmtahan saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn namizədlər imtahan binasına buraxılmırlar. İmtahan binasına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, pozan, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək qadağandır.

İmtahanın davametmə müddəti 3 saatdır və namizədlərə 40 test tapşırığı təqdim edilir. Qapalı tipli test tapşırıqlarından 20-si 1 balla, 10-u 2 balla, açıq tipli test tapşırıqlarından 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

Namizədlər "İmtahana buraxılış vərəqəsi"ni buradan çap edə bilərlər. Həmin səhifədə imtahan iştirakçısının "Yaddaş kitabçası" da yerləşdirilib.

Namizədlər imtahan günü buraxılış vərəqəsində göstərilən vaxtda imtahan verəcəyi binanın qarşısına gəlməli (imtahan binası, imtahanın tarixi və vaxtı haqqında məlumat imtahana buraxılış vərəqəsində göstərilib), özləri ilə mütləq aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli (şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu);

- imtahana buraxılış vərəqəsi.

İmtahana qeydiyyat DİM-in saytı vasitəsilə aparılıb və imtahanda iştirak etmək üçün 606 (KOSS – 71, MHBS - 394, İSMUBS - 141) nəfər müraciət edib.

İmtahanın keçirilməsi üçün 1 ümumi imtahan rəhbəri, 6 zal admini, 39 nəzarətçi, 8 buraxılışı rejimi əməkdaşı (mühafizə) cəlb olunub.

Dövlət İmtahan Mərkəzi bu gün növbəti imtahanlar keçirəcək

Bu gün Dövlət İmtahan Mərkəzi növbəti imtahanlar keçirəcək.

"Report" mərkəzə istinadla bu gün keçiriləcək imtahanların siyahısını təqdim edir.

1. Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

2. Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

3. Qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

4. Mart ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı;

5. Eksternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

6. Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı;

7. Naxçıvan Muxtar Respublikasında yerləşən məktəblərin cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı.

İmtahanlar Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəmkir, Şəki, Lənkəran, Mingəçevir, Şirvan, Qazax, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Xankəndi, Kəngərli və Naxçıvan Muxtar Respublikasında keçiriləcək və saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

Abituriyentlər (şagirdlər) imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahanda 37 min 338 (Bakıda 12828, Abşeronda 1194, Sumqayıtda 1709, Gəncədə 2387, Şəmkirdə 501, Şəkidə 1349, Lənkəranda 1643, Mingəçevir 1049, Şirvanda 890, Qazaxda 598, Bərdədə 1667, Sabirabadda 910, Göyçayda 795, Kürdəmirdə 427, Salyanda 1074, Cəlilabad 811, Qubada 391, Xaçmazda 1501, Xankəndidə 25, Kəngərlidə 253 və Naxçıvan MR-də 5336) nəfərin iştirakı nəzərdə tutulur.

İmtahanda sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) 90 abituriyent də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İmtahanın idarə olunması üçün 162 ümumi imtahan rəhbəri, 466 imtahan rəhbəri, 3577 nəzarətçi, 477 buraxılış rejimi əməkdaşı və 162 bina nümayəndəsi ayrılıb.

Icrammer: Daha sürətli öyrən, daha yüksək bal al!

Icrammer.com imtahan hazırlığını yeni mərhələyə daşıyır: süni intellekt dəstəyi, 200,000-dən çox unikal tapşırıq və fərdiləşdirilmiş öyrənmə imkanları bir platformada.

Rəqəmsal təhsil həlləri sahəsində yeni nəsil platforma olan Icrammer.com daha ağıllı, əlçatan və effektiv hazırlıq mühiti təqdim edir. Süni intellekt əsaslı bu platforma istifadəçilərə təkcə geniş tapşırıq bazası deyil, eyni zamanda anlaşıqlı izahlar, ani dəstək və fərdi öyrənmə yanaşması da təqdim edir.

Icrammer.com-un əsas üstünlüklərindən biri, yerli proqrama mümkün dərəcədə uyğun hazırlanmış 200,000-dən çox unikal praktiki riyaziyyat tapşırığıdır. Bu göstərici platformanı bazardakı bir çox alternativdən əhəmiyyətli dərəcədə fərqləndirir və daha geniş, sistemli və çevik hazırlıq imkanı yaradır. Platformada təqdim olunan süni intellekt dəstəyi sayəsində istifadəçilər suallarına dərhal cavab ala, mövzuları daha aydın formada başa düşə və hazırlıq prosesində davamlı istiqamətləndirmə əldə edə bilirlər.

Icrammer.com eyni zamanda Azərbaycan, rus və ingilis dillərində istifadə imkanını bir sistemdə birləşdirir. Bu yanaşma müxtəlif dil üstünlüklərinə malik istifadəçilər üçün daha rahat və inklüziv hazırlıq mühiti formalaşdırır, onlara özlərini ən rahat hiss etdikləri dildə öyrənmək imkanı verir.

Platformanın əsas məqsədi yüksək keyfiyyətli imtahan hazırlığını daha geniş auditoriya üçün əlçatan, effektiv və münasib etməkdir. Icrammer bu məqsədlə süni intellekt texnologiyalarından istifadə edərək hər bir istifadəçinin öyrənmə tərzinə uyğunlaşan daha çevik və fərdiləşdirilmiş təhsil dəstəyi formalaşdırır.

Yaxın həftələr ərzində platformada bir sıra mühüm yeniliklərin istifadəyə verilməsi planlaşdırılır. Bunlara Azərbaycan dili və ingilis dili fənləri üzrə genişləndirilmiş sual bazaları, əlavə hazırlıq imkanları və daha təkmilləşdirilmiş fərdiləşdirilmiş öyrənmə alətləri daxildir. Gələcək mərhələlərdə isə yeni beynəlxalq və yerli hazırlıq istiqamətləri üzrə yeni fənlərin əlavə olunması, süni intellekt əsaslı öyrənmə imkanlarının genişləndirilməsi və platformanın daha geniş təhsil ekosisteminə çevrilməsi planlaşdırılır.

Icrammer komandası platformanı birbaşa istifadəçilərin real təhsil ehtiyacları əsasında inkişaf etdirdiyini vurğulayır. Məhz buna görə rəy, təklif və ideyalar platformanın gələcək inkişafında xüsusi əhəmiyyət daşıyır. Komanda təhsil həyatının müxtəlif mərhələlərində olan bütün öyrənənləri, abituriyentləri, tələbələri, valideynləri və müəllimləri Icrammer.com-u izləməyə, sınaqdan keçirməyə və öz təkliflərini bölüşməyə dəvət edir.

Platformanın təqdimatı münasibətilə istifadəçilər üçün xüsusi təşəbbüs də hazırlanıb. 10 may tarixinədək abunəlik əldə edənlər arasında təsadüfi seçim əsasında 3 istifadəçiyə 1 illik ödənişsiz giriş imkanı təqdim olunacaq.

Martın 9-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub, 3 nəfər maksimal bal toplayıb

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 9 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub

"Report" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzui məlumat yayıb.

Bu imtahanda iştirakı nəzərdə tutulan 58139 nəfərdən 393 nəfər imtahana gəlməyib. İmtahan qaydalarını pozduğu üçün 12 nəfər imtahandan xaric olunub.

İmtahan iştirakçıları arasında 2 nəfər – Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Həsənli Aydın Çingiz oğlu və Bakı şəhəri, 289 saylı orta məktəbin ("Zəngi" liseyi) məzunu Qurbanov Muhammedali Əhməd oğlu 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Bundan əlavə, ADA məktəbinin ingilis dilində tədris alan məzunu Fərəcov Mikayıl Elşən oğlu 200 bal toplamaqla ən yüksək nəticəni göstərib. Qeyd edək ki, fərqli dildə tədris aparılan məktəblərin məzunları 2 fənn (riyaziyyat və xarici dil) üzrə imtahan verir və maksimal toplaya biləcəkləri bal 200-dür.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Apellyasiya Komissiyasına müraciət etmək istəyənlər 20 aprel saat 10:00-dan 22 aprel saat 17:00‑dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər.

ABB-nin dəstəyi ilə ADA Universitetində "Karyera Həftəsi"

ABB-nin tərəfdaşlıq dəstəyi ilə ADA Universitetində növbəti "Karyera Həftəsi" keçirilib.

"Karyera Həftəsi"nin məqsədi tələbə və məzunları ölkəmizin əmək bazarı, mövcud karyera imkanları ilə tanış etməkdir.

ADA universitetinin hər il ənənəvi qaydada keçirdiyi "Karyera Həftəsi"ndə müxtəlif müzakirə panelləri, seminar və təqdimatlar təşkil olunur. Bu tədbirlərdə ayrı-ayrı qurumların rəhbər təmsilçiləri də iştirak edir. Universitetin tələbə və məzunları onlarla tanış olur, işgüzar əlaqələr qururlar.

"Karyera Həftəsi"nin açılışında ABB-nin İdarə Heyəti sədrinin müavini, Baş risk inzibatçısı Aqşin Əmirov da çıxış edib. O, tələbələrə bank sektorunda karyera yolu barədə məlumat verib. Bu sahədə çalışmaq istəyən gənclər üçün faydalı ola biləcək təcrübələrini bölüşüb.

ABB-nin tərəfdaşlıq dəstəyi ilə təşkil olunmuş "Karyera Həftəsi"nə 20-dən çox qurum qatılıb. Tələbələr bu qurumların təmsilçilərinin iştirakı ilə maraqlı təqdimatlar dinləyib, gələcək karyera həyatları üçün faydalı məlumatlar alıblar.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi "Facebook" səhifəsindən əldə etmək olar.

Fərhad Hacıyev: VI "Yüksəliş"də qeydiyyatdan keçənlərin əksəriyyəti ali təhsilini Azərbaycanda alıb

VI "Yüksəliş" müsabiqəsində qeydiyyatdan keçənlərin əksəriyyəti ali təhsilini Azərbaycanda alıb.

"Report" xəbər verir ki, bunu "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qeydiyyatdan keçən 17 651 nəfərdən 16 554 nəfəri bakalavriat təhsilini Azərbaycanda alıb:

"Xaricdə bakalavriat təhsili almış iştirakçıların ümumi sayı 1 097 nəfərdir. Onlardan 871 nəfər bakalavriat təhsilini yalnız xaricdə, 226 nəfər isə həm Azərbaycanda, həm də xaricdə alıb. Qeydiyyatdan keçənlərdən 8 782 nəfər magistratura təhsili alıb. Onlardan 7 137 nəfər magistratura təhsilini Azərbaycanda alıb. Xaricdə magistratura təhsili almış iştirakçıların ümumi sayı 1 645 nəfərdir. Onlardan 1 266 nəfər magistratura təhsilini yalnız xaricdə, 379 nəfər isə həm Azərbaycanda, həm də xaricdə əldə edib".

F. Hacıyev vurğulayıb ki, doktorantura/aspirantura səviyyəsində təhsil alan iştirakçıların sayı 1 185 nəfərdir:

"Onlardan 903 nəfər bu təhsil pilləsini Azərbaycanda alıb. Xaricdə doktorantura/aspirantura təhsili almış iştirakçıların ümumi sayı 282 nəfərdir. Onlardan 270 nəfər doktorantura/aspirantura təhsilini yalnız xaricdə, 12 nəfər isə həm Azərbaycanda, həm də xaricdə keçib".

İşçi qrupunun rəhbəri həmçinin vurğulayıb ki, Fransadan 777 nəfər, Türkiyədən 72, Almaniyadan 37, ABŞ-dən və İsveçrədən ayrılıqda 35, Avtriyadan isə 31 nəfər VI "Yüksəliş" müsabiqəsində iştirak etmək üçün qeydiyyatdan keçib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı əsasında və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən "Yüksəliş" müsabiqəsinin VI mövsümü üzrə qeydiyyat mərhələsi aprelin 16-da başa çatıb.

Fərhad Hacıyev: VI "Yüksəliş" müsabiqəsində iştirak üçün 17 mindən çox şəxs müraciət edib

VI "Yüksəliş" müsabiqəsində iştirak üçün 17 651 nəfər müraciət edib.

"Report" xəbər verir ki, bunu "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qeydiyyatdan keçən namizədlərin 13 101-i kişi, 4 550-si qadındır:

"Müsabiqəyə müraciət edənlər arasında 10 120 nəfər ötən illərdə də iştirak edənlər, 7 531 nəfər isə ilk dəfə müraciət edən şəxslərdir. Ərazi bölgüsünə əsasən, namizədlərin əksəriyyəti Bakı, Abşeron-Xızı və Qarabağ iqtisadi rayonlarını təmsil edir. Müsabiqə üzrə müəyyən edilmiş 21–51 yaş meyarı çərçivəsində 21–30 yaş aralığında 6 248 nəfər, 31–40 yaş aralığında 8 974 nəfər, 41–51 yaş aralığında isə 2 429 nəfər iştirak edib".

F.Hacıyev əlavə edib ki, ötən illə müqayisədə müsabiqəyə ictimai marağın və iştirakçı sayının artığı müşahidə olunur:

"Ötən mövsümdə müsabiqədə iştirak sayı 16 553 nəfər təşkil edib. İştirakçıların fəaliyyət sahəsinə görə bölgüsü də diqqət çəkir. Belə ki, qeydiyyatdan keçənlərin 52,76 faizi dövlət sektorunda, 45,04 faizi özəl sektorda, 1,24 faizi qeyri-hökumət təşkilatlarında, 0,95 faizi isə beynəlxalq qurumlarda fəaliyyət göstərir".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı əsasında və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən "Yüksəliş" müsabiqəsinin VI mövsümü üzrə qeydiyyat mərhələsi aprelin 16-da başa çatıb.

Emin Əmrullayev Qusarda məktəbdə olub, tapşırıqlar verib

Elm və təhsil naziri Emin Əmrullayev Qusar rayonuna səfəri çərçivəsində şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbində olub.

"Report" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Nazir məktəbdə yaradılmış şəraitlə tanış olub, tədris prosesini izləyib, dərs mühiti, müəllim və şagirdlərin fəaliyyəti ilə maraqlanıb, şagirdlərlə maraq dairələri və gələcək planları barədə söhbət aparıb. Eyni zamanda tədrisin keyfiyyətinin artırılması istiqamətində məktəbdə görülən işlər barədə nazirə məlumat verilib.

Məktəbdə şagirdlərin əl işlərindən təşkil olunmuş sərgiyə baxış keçirilib, onların yaradıcılıq qabiliyyətləri və əldə etdikləri nailiyyətlər yüksək qiymətləndirilib.

Nazir həmçinin müəllim kollektivi ilə görüşərək tədrisin keyfiyyətinin artırılması, müasir tədris metodlarının tətbiqi və şagird nailiyyətlərinin yüksəldilməsi istiqamətində fikir mübadiləsi aparıb, müvafiq tövsiyə və tapşırıqlarını çatdırıb.

Azərbaycanda Koreya viktorinası keçiriləcək, qalib Seulda finala qatılacaq

Azərbaycanda Cənubi Koreya haqqında viktorina təşkil olunacaq.

"Report" xəbər verir ki, bu barədə Cənubi Koreyanın Azərbaycandakı səfirliyi məlumat yayıb.

Qeyd edilib ki, viktorinada iştirak edəcək olan namizədlər 18 yaşdan yuxarı, Azərbaycan vətəndaşı olmalı, TOPIK 3 və ya daha yüksək səviyyədə koreyaca bilməli və Koreya haqqında ətraflı biliyə sahib olmalıdırlar.

Viktorinanın qalibi mükafatla yanaşı, bu ilin sentyabrında Seulda keçiriləcək beynəlxalq finalda Azərbaycanı təmsil etmək imkanı qazanacaq.

Bütün iştirakçılara hədiyyələrin təqdim olunacağı viktorina mayın 20-də saat 14:00-da Bakı Dövlət Universitetində (BDU) başlayacaq.

Qeydiyyatdan keçmək üçün aprelin 30-dək müvafiq formanı doldurmaq lazımdır: https://forms.gle/tovkGksJZVnbTXs47

Qarabağ Universitetinin rektoru: Ankarada türk dünyasının universitetləri ilə əməkdaşlıqları müzakirə etdik

Ankarada keçirilən beynəlxalq konqresdə Qarabağ Universiteti ilə türk dünyasının ali təhsil müəssisələri arasında, xüsusilə turizm sahəsində qarşılıqlı, faydalı əməkdaşlıq məsələləri müzakirə olunub.

Bu barədə "Report"un Türkiyə bürosuna Qarabağ Universitetinin rektoru, iqtisad üzrə fəlsəfə doktoru Şahin Bayramov bildirib.

Ankaranın 2026-cı il üçün Türk Dünyası Turizm Paytaxtı seçilməsi çərçivəsində təşkil edilən 7-ci Beynəlxalq Səyahət və Turizm Dinamikası Konqresində iştirak edən rektor deyib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin qarşısında duran əsas məqsədlərdən biri də Qarabağda yeni dövrün ən müasir universitetinin yaradılmasıdır:

"Universitetimizin strateji hədəfləri arasında türk dünyasını təmsil edən ölkələrin universitetləri, elmi tədqiqat mərkəzləri ilə əməkdaşlıqların yaradılması mühüm əhəmiyyət kəsb edir. Bu prioritetlər içərisində müxtəlif beynəlxalq platformalarda universitetin təmsil olunması, universitet haqqında məlumat verilməsi əsas hədəflərimizdən biridir".

Emin Əmrullayev Xaçmazda tədris prosesi ilə tanış olub, tapşırıqlar verib

Elm və təhsil naziri Emin Əmrullayev Xaçmaz şəhəri C.Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində olub.

"Report" xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Nazir məktəbdə yaradılmış şəraitlə tanış olub, sinif otaqlarında keçirilən dərs prosesini izləyib, müəllim və şagirdlərlə görüşüb. Görüş zamanı tədrisin keyfiyyəti, təhsil mühitinin təşkili və şagirdlərin bilik və bacarıqlarının inkişafı məsələləri müzakirə olunub.

Sonra nazir peşə təmayüllü siniflər, STEAM yanaşmasının tətbiq olunduğu tədris mühiti, müasir tədris metodlarının tətbiqi ilə yaxından tanış olub, eləcə də "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində təşkil edilən dərsləri izləyib. Məktəbdə həyata keçirilən tədris prosesi və mövcud infrastruktur barədə nazirə ətraflı məlumat təqdim olunub.

Nazir tərəfindən təhsil prosesinin daha da təkmilləşdirilməsi, innovativ yanaşmaların genişləndirilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində müvafiq tapşırıq və tövsiyələr verilib.

Azərbaycanda ilin ilk 3 ayında 255 şəxsin xarici diplomu tanınmayıb

Azərbaycanda cari ilin yanvar-mart aylarında xarici kvalifikasiyaların tanınması ilə bağlı 1305 müraciət daxil olub, 255 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

"Report" xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məlumat yayıb.

Qeyd edilib ki, müraciətçilərin 1050-si barədə müsbət qərar verilib.

Bildirilib ki, mənfi qərarla yekunlaşan müraciətlərə nəzər saldıqda, 110 fakt üzrə tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma, 50 əhəmiyyətli fərq (kredit sayı), 28 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma və əhəmiyyətli fərq, 14 təhsilalma forması, 10 autentik (həqiqi) olmayan diplom, 10 ekvivalenti olmayan ixtisas, 9 qəbula əsas təşkil edən sənədə münasibətdə uyğunsuzluq, 3 akkreditasiyasız ali təhsil müəssisəsi, 3 baytarlıq (qiyabi), 3 ixtisas uyğunsuzluğu, 2 akkreditasiyasız ali təhsil müəssisəsi və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma görülüb.

Həmçinin 2 lisenziyasız Bakı filialı, 2 akkreditasiyasız filial və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma, 2 əhəmiyyətli fərq və tədris yükü, 1 autentik olmayan diplom və tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma müəyyən edilib.

1 əczaçılıq (qiyabi), 1 müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin olmaması və əhəmiyyətli fərq, 1 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma və qəbula əsas təşkil edən təhsilə münasibətdə uyğunsuzluq, 1 tədris yükünü mənimsəmək üçün təhsil alınan ölkənin ərazisində tələb olunan normativdən az olma və ixtisas uyğunsuzluğu, 1 tədris yükü, 1 təhsilalma forması və əhəmiyyətli fərqi göstərmək mümkündür.

Ölkələr üzrə Türkiyədən 445, Rusiyadan 356, Ukraynadan 203, Böyük Britaniyadan 73, Gürcüstandan 46, Polşadan 27, İtaliyadan 21, Macarıstandan 19, Almaniyadan 12, Belarusdan 11, ABŞ-dən 10, Koreyadan 9, Qazaxıstan və Çinin hər birindən 6, Avstriya və İsveçrəin hər birindən 5, Çexiya, Latviya, Litva, Özbəkistan və İsveçin hər birindən 4, Fransa, Qırğızıstan, İran, Misir, Malayziya, həmçinin Niderland və Belçikanın hər birindən 2, Estoniya, İndoneziya, Kosta Rika, Moldova, Qana, Sudan, Yəmən, Banqladeş, Pakistan, İsrail, Kanada, Lüksemburq, Yaponiya, Danimarka və İspaniyanın hər birindən 1 müraciət qeydə alınıb.

Ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq üzrə 135, iqtisadiyyat üzrə 78, maliyyə üzrə 69, tibb üzrə 67, biznesin idarə edilməsi üzrə 63 müraciət qeydə alınıb.

Universitetlərə qəbul imtahanının II mərhələsinin I cəhdində iştirak üçün qeydiyyat başlayıb

Universitetlərə qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak üçün qeydiyyat elan edilib.

"Report" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının II mərhələsinin I cəhdində iştirak etmək istəyən abituriyentlər aprelin 16-dan 29-u saat 23:59-dək şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olaraq imtahan vermək istədikləri ixtisas qrupunu seçib qeydiyyatdan keçməlidirlər.

Bu il tədris dili, riyaziyyat və xarici dil fənləri üzrə buraxılış imtahanı vermiş, lakin 18 fevral – 5 mart tarixlərində aparılan ərizə qəbulunda iştirak etməyən cari ilin məzunlarının müraciətləri nəzərə alınaraq onların da I, II, III və IV ixtisas qrupları üzrə qəbul imtahanının ikinci mərhələsində iştirak etmək üçün qeydiyyatdan keçməsinə imkan yaradılıb.

Magistraturaya qəbulun 2-ci cəhdində iştirak üçün 23 mindən çox şəxs ərizəsini təsdiqləyib

Magistratura səviyyəsi üzrə qəbul imtahanının ikinci cəhdinə qeydiyyat başa çatıb.

"Report"un əldə etdiyi məlumata görə, 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci cəhdi üzrə ümumilikdə 23 min 79 nəfər qeydiyyatdan keçib.

Qeydiyyatdan keçənlərin 21 365 nəfəri Azərbaycan bölməsi, 1714 nəfəri isə rus bölməsi üzrə imtahanda iştirak edəcək.

Ən çox namizəd ingilis dilini seçib. Bu dil üzrə ümumilikdə 19 948 nəfər qeydiyyatdan keçib. Onlardan 18 264 nəfəri Azərbaycan, 1 684 nəfəri rus bölməsi üzrədir.

Rus dili üzrə 2671, fransız dili üzrə 219, alman dili üzrə 237, fars dili üzrə 3, ərəb dili üzrə isə cəmi 1 nəfər qeydiyyatdan keçib.

Qeyd edək ki, qəbul imtahanının (II cəhd) mayın 17-də keçirilməsi nəzərdə tutulur.

Həftəsonu 37 mindən çox şəxs imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aprelin 19-da imtahan keçirəcək.

"Report" xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

Qeyd edilib ki, sözügedən tarixdə əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi, V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı, mart ayında keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı baş tutacaq.

Həmçinin esternat qaydasında XI sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı, buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin XI sinif məzunları üçün buraxılış imtahanı, Naxçıvan MR-də yerləşən məktəblərin cari ilin XI sinif şagirdləri üçün buraxılış imtahanı keçiriləcək.

İmtahanlar Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şəmkir, Şəki, Lənkəran, Mingəçevir, Şirvan, Qazax, Bərdə, Sabirabad, Göyçay, Kürdəmir, Salyan, Cəlilabad, Quba, Xaçmaz, Xankəndi, Kəngərli və Naxçıvan MR-də keçiriləcək.

İmtahanda 37338 (Bakıda 12828, Abşeronda 1194, Sumqayıtda 1709, Gəncədə 2387, Şəmkirdə 501, Şəkidə 1349, Lənkəranda 1643, Mingəçevir 1049, Şirvanda 890, Qazaxda 598, Bərdədə 1667, Sabirabadda 910, Göyçayda 795, Kürdəmirdə 427, Salyanda 1074, Cəlilabad 811, Qubada 391, Xaçmazda 1501, Xankəndidə 25, Kəngərlidə 253 və Naxçıvan MR-də 5336) nəfərin iştirakı nəzərdə tutulur.

İmtahanda 90 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İmtahanın idarə olunması üçün 162 ümumi imtahan rəhbəri, 466 imtahan rəhbəri, 3577 nəzarətçi, 477 buraxılış rejimi əməkdaşı və 162 bina nümayəndəsi ayrılıb.

Layihə rəhbəri: Gənclərin xarici ölkələrin ali məktəblərinə sənəd qəbulunda süni intellektdən istifadə edilə bilər

"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 2026/2027-ci tədris ili üçün sənəd qəbulu zamanı süni intellekt alətlərindən istifadə nəzərdə tutulub.

"Report" xəbər verir ki, bunu Dövlət Proqramı İdarəetmə Qrupunun layihə rəhbəri Qədir Xəlilov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, hazırda proqram üzrə siyahıda 33 ölkədən 230-dan çox universitet var.

"15 priotet ixtisas var, onlar üzərindən universitet seçimləri edilir

Yeniliklərdən biri olaraq, mədəniyyət və incəsənət sahəsi üzrə proqramların sayı 19-a çatdırılıb".

Qədir Xəlilovun sözlərinə görə, bu il sənəd qəbulu prosesində süni intellekt alətlərindən istifadə nəzərdə tutulur:

"Bu isə prosesin daha şəffaf və yoxlamaların düzgün aparılmasına xidmət edəcək. Müraciət edən şəxslərə bildirmək istəyirəm ki, sənədləri yükləyərkən qaydalara riayət etsinlər. Sənədlər düzgün təqdim olunmadığı təqdirdə gənclərin dövlət proqramında iştirakına problem yarada bilər".

Qeyd edək ki, bu gündən "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 2026/2027-ci tədris ili üçün dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu bu gündən açıq elan olunub.

MƏLUMAT YENİLƏNİR

Bu gündən yeni tədris ili üzrə xaricdə təhsillə bağlı sənəd qəbulu başlayır

Bu gündən Dövlət Proqramı çərçivəsində yeni tədris ili üzrə sənəd qəbulu başlayır.

"Report" xəbər verir ki, bu barədə Dövlət Proqramı İdarəetmə Qrupu məlumat yayıb.

Qeyd olunub ki, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində 2026/2027-ci tədris ili üçün dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu bu gündən açıq elan olunur.

Sənəd qəbulu üçün son tarix iyunun 5-i saat 18:00-dır.

Xatırladaq ki, yanvarın 12-də Dövlət Proqramı çərçivəsində təsdiqlənmiş ali təhsil müəssisələri və təhsil proqramlarının yenilənmiş siyahısı ictimaiyyətə təqdim olunub. Proqrama müraciət üçün əsas şərtlərdən biri məhz sözügedən siyahıda yer alan proqramlardan biri üzrə qəbul sənədinin əldə edilməsidir.

Müvafiq siyahıda yer alan təhsil proqramları ilə yanaşı, "Times Higher Education", "QS World University Rankings" və "Academic Ranking of World Universities (Shanghai)" reytinq sistemində yalnız "universitetlər üzrə top 10"da yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan, siyahıda yer almayan istənilən ixtisas sahəsi üzrə bakalavriat, magistratura və doktorantura proqramlarına qəbul almış şəxslər mövcud istisnalar nəzərə alınmaqla Dövlət Proqramına müraciət edə bilərlər. Bu il "TOP 10" sıralamasında yer alan ali təhsil müəssisələrinə və doktorantura səviyyəsinə münasibətdə dəyişikliklər mövcuddur. Həmin dəyişikliklərlə tanış olmaq üçün müvafiq siyahının üzərindəki qeydlərə nəzər yetirməyiniz tövsiyə olunur.

Jurnalistlər üçün elm və təhsil üzrə media məktəbi fəaliyyətə başlayır

Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi tərəfindən “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsinin icrasına başlanılır. Nazirlikdən bildirilib ki, layihənin əsas məqsədi elm və təhsil mövzuları üzrə ixtisaslaşmış, sahəvi biliklərə malik media nümayəndələrinin bu istiqamətdə peşəkar [...]

Source

Jurnalistlər üçün elm və təhsil üzrə media məktəbi fəaliyyətə başlayır

Elm və Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi çərçivəsində “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi tərəfindən “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsinin icrasına başlanılır. Nazirlikdən bildirilib ki, layihənin əsas məqsədi elm və təhsil mövzuları üzrə ixtisaslaşmış, sahəvi biliklərə malik media nümayəndələrinin bu istiqamətdə peşəkar [...]

Source

Gəncədə şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görülüb - RƏSMİ

Gəncə şəhəri, Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta ümumtəhsil məktəbində dərs zamanı şagirdlərin ailələrini təhqir etdiyi deyilən müəllimlə bağlı Əmək Məcəlləsinə uyğun olaraq müvafiq tədbir görülüb.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə sözügedən məktəbin müəllimi Tünzalə Qasımovanın dərs zamanı əvvəlcə azyaşlı şagirdlərdən birini, daha sonra isə sinifdə oxuyan uşaqların ailələrini təhqir etdiyi ilə bağlı səs yazısı yayılmışdı.

İdarədən bildiriblər ki, yayılan səs yazısı ilə bağlı müvafiq araşdırma aparılıb. Araşdırma çərçivəsində mütəxəssislər məktəbin şagird və valideynləri ilə görüşüb, məsələ ətraflı şəkildə müzakirə olunub.

Bildirilib ki, səs yazısında adı hallanan müəllimlə bağlı Əmək Məcəlləsinə uyğun olaraq müvafiq tədbir görülüb.

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi başlayır.

Bu barədə "Report"a MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbulu 13-20 aprel tarixlərində keçiriləcək.

Müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər.

Sənəd qəbulu 13 aprel saat 11:00-dan 20 aprel saat 11:00-dək davam edəcək.

Gələn həftədən məktəbəhazırlıq qrupları üzrə şagird yerdəyişməsi dayandırılır

Aprelin 13-ü saat 18:00-dan etibarən uşaqların birinci sinfə qəbulu prosesinə hazırlıq məqsədilə məktəbəhazırlıq qrupları üzrə şagirdlərin yerdəyişməsi prosesi dayandırılır.

"Report" xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Qeyd edək ki, 25 fevraldan 2025-2026-cı tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv edilib. Yerdəyişmə məktəbəhazırlıq qruplarını, I–VIII və X sinifləri əhatə edir. Şagirdlərin yerdəyişməsi sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

Misir rəsmisi: Süni intellektin dalınca düşməməli, onun qarşısında olmalıyıq

İnsanlar süni intellektin dalınca düşməməli, onun qarşısında olmalıdırlar.

"Report"xəbər verir ki, bunu Misir Prezident Şurasının Təhsil Komitəsinin sədri Hanan Xalifa Dövlət İmtahan Mərkəzinin (DİM) 10 illik yubileyinə həsr olunmuş "Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya" mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.

O bildirib ki, burada ən vacib məsələ düzgün sualı verməkdir: "Lakin bu vasitələrdən istifadə etsək belə, istər təqdimatlar, istərsə çıxış mətnlərinin hazırlanmasında biz tənqidi düşüncəmizi qorumalıyıq. Verilən məlumatları mütləq araşdırmalı, yenidən yoxlamalı və özümüzə xatırlatmalıyıq ki, əlavə tədqiqat vacibdir. Eyni zamanda, tələbələrimizə də öyrətməliyik ki, onlar bu vasitələrdən kor-koranə istifadə etməsinlər".

H.Xalifa qeyd edib ki, süni intellekt tərəfindən yaradılmış nəticələri valideynlərə və ictimaiyyətə onların anlayacağı şəkildə izah edə bilmək də çox önəmlidir: "İnsanlar bu nəticələri sadəcə eşitməməli, həm də mahiyyətini dərk etməlidirlər. Adətən qiymətləndirmə işi mütəxəssislər tərəfindən aparılır. Yəni, hansı sahə olursa-olsun, bunu həmin sahənin peşəkarları həyata keçirir. Lakin nəticələri ümumi auditoriyanın başa düşəcəyi dildə təqdim etmək lazımdır. Həmçinin, etikaya xüsusi diqqət yetirilməlidir".

DİM sədri: Dövlət qulluğunda kompetensiyaya əsaslanan imtahanlara keçid edilir

Dövlət qulluğunda kompetensiya (bacarıqlara) əsaslanan imtahanlara keçid edilir.

"Report" xəbər verir ki, bu sözləri DİM-in İdarə heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu dövlət qulluğunda çox vacib mərhələrdir:

"Bu prosesdə dövlət orqanları sıx iştirak edir. Ümumiyyətlə, təhsil sistemində dövrün tələbi ilə əlaqədar yeni çağırışlar var. Biz bu proseslərin şəffaflığını və yeni innovativ yanaşmaları təmin etməyə çalışırıq".

Martın 9-da keçirilən buraxılış imtahanlarının nəticələri aprelin 25-dən sonra açıqlanacaq

Martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarının nəticələri aprelin 25-dən sonra açıqlanacaq.

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, həmin gün imtahanda 58 138 şagirdin iştirakı nəzərdə tutulurdu. 9 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilmişdi.

Amra Sabic El Rayess: Süni intellektdən məktəb və universitetlərdə geniş istifadə edilməlidir

Süni intellektdən məktəb və universitetlərdə geniş istifadə edilməlidir.

"Report" xəbər verir ki, Beynəlxalq Dinlərarası Tədqiqatlar Laboratoriyasının İcraçı Direktoru Amra Sabic El Rayess Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə Bakıda keçirilən "Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya" mövzusunda beynəlxalq elmi-praktik konfransda süni intellektlə bağlı videomüraciətində deyib.

O deyib ki, bununla da gələcək üçün bu anlayışa dayanıqlı bir nəsil yetişdirilməlidir.

"Qiymətləndirmə prosesində də süni intellektdən istifadə zamanla zəruri hal alacaq. Bir sözlə, zaman bizdən yeni yanaşma istədikcə biz buna hazırlıqlı davranmalıyıq. Bu da, əlbəttə ki, süni intellektin tətbiqi ilə mümkündür".

Direktor yeni nəslin öz üzərilərində daha çox işləməli olduqlarını da qeyd edərək bugünkü dövrün bunu tələb etdiyini vurğulayıb.

Emin Əmrullayev: Mövcud imtahan modeli beynəlxalq standartlara yaxınlaşıb

Mövcud imtahan modeli beynəlxalq standartlara yaxınlaşıb.

"Report" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin (DİM) 10 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda deyib.

Onun sözlərinə görə, bu istiqamətdə Dövlət İmtahan Mərkəzi ilə Elm və Təhsil Nazirliyi (ETN) arasında ciddi əməkdaşlıqlar başlayıb.

"Mühüm məqamlardan biri də mövcud imtahan modelinin və məzmununun beynəlxalq standarlara yaxınlaşmasıdır", - nazir bildirib.

Məleykə Abbaszadə: Son 10 ildə imtahan zallarından 6 milyondan çox insan keçib

Son 10 ildə imtahan zallarından 6 milyondan çox insan keçib.

"Report" xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Qiymətləndirmə sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfransında deyib.

Onun sözlərinə görə, bu, sadəcə statistika deyil, bütöv bir nəslin təhsil və həyat trayektoriyasıdır:

"DİM artıq universitetə qəbul olmaq üçün seçim mexanizmi olmaqdan çıxıb ədalət infrastrukturunun mühüm elementinə çevrilib. Biz vətəndaşı məktəb partasından peşəkar fəaliyyətə qədər müşayiət edirik. Dünyanın ən "ekoloji-təmiz" enerjisi olan insan intellekti ilə işləyən sosial liftin fəaliyyətinə zəmin yaradırıq. Elə mexanizmlər yaratmışıq ki, hər kəs əmin ola bilər ki, onun uğuru öz istedadından, biliyindən və yaradıcı əməyindən asılıdır".

M.Abbaszadə vurğulayıb ki,"Bunker", onlayn proktorinq (nəzarət) sistemləri, tapşırıqların generasiyası və qiymətləndirilməsi alqoritmləri prosesin obyektivliyini təmin edən alətlərdir: "Biz etibarın yoxlanıla bilən prosedurlara əsaslandığı intellektual infrastruktur qurmuşuq. Yanaşmamız qlobal dünyada beynəlxalq qiymətləndirmə standartları ilə inteqrasiya sayəsində qəbul edilmiş bir modelə çevrilib. Hər il 15 milyondan çox elektron xidmət göstərərək, rəqəmsal idarəetmə prinsiplərini gündəlik həyata tətbiq edirik".

Azərbaycanda tələbə qəbulu və təhsil kreditləri "mygov" üzərindən həyata keçiriləcək

Azərbaycanda təhsil müəssisələrinə tələbə qəbulu və təhsil tələbə krediti üzrə müraciətlərin həyata keçirilməsi prosesi rəqəmsallaşdırılır.

"Report"un əldə etdiyi məlumata görə, təhsil müəssisələrinə elektron tələbə qəbulu xidmətinin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) ilə inteqrasiyasının 2026-cı il iyunun 20-dək təmin edilməsi planlaşdırılır.

Bu çərçivədə xidmətin mövcud iş axını iyunun 30-dək təqdim ediləcək. Daha sonra təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının hazırlanaraq iyulun 18-dək razılaşdırılması nəzərdə tutulur.

Xidmətin iyulun 1-dək mygov platforması üzərindən istifadəyə verilməsi planlaşdırılır.

Eyni zamanda, təhsil tələbə krediti üzrə müraciətlərin də elektronlaşdırılması istiqamətində işlər aparılır. Bu xidmətin EHİS-ə inteqrasiyasının 2026-cı il mayın 1-dək təmin edilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində mövcud iş axınının da mayın 1-də təqdim olunması planlaşdırılır, təkmilləşdirilmiş yeni iş axını isə iyunun 6-dək razılaşdırılacaq.

Hər iki xidmət üzrə işlər Elm və Təhsil Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilir.

Azərbaycanda I sinfə qəbul "mygov" üzərindən həyata keçiriləcək - EKSKLÜZİV

Azərbaycanda dövlət xidmətlərinin rəqəmsallaşdırılması çərçivəsində ümumi təhsil məktəblərinin, lisey və gimnaziyaların I sinfinə elektron sənəd qəbulu prosesi və fiziki şəxslərin gəlir vergisi bəyanı ilə bağlı yeni mərhələlər müəyyənləşdirilib.

"Report"un əldə etdiyi məlumata görə, I sinfə qəbul xidmətinin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) ilə inteqrasiyasının 2026-cı il mayın 1-nə qədər təmin edilməsi nəzərdə tutulur.

Layihə çərçivəsində xidmətin mövcud iş axını mayın 20-nə qədər təqdim ediləcək.

Bundan əlavə, təkmilləşdirmələr nəzərə alınmaqla yeni iş axınının hazırlanaraq iyunun 13-nə qədər razılaşdırılması planlaşdırılır. Xidmətin iyunun 10-na qədər "mygov" platforması üzərindən istifadəyə verilməsi (istismar mühitində) nəzərdə tutulur.

Layihənin icrasında Elm və Təhsil Nazirliyi ilə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi iştirak edir.

Eyni zamanda fiziki şəxslərin gəlir vergisi bəyanı xidmətinin də rəqəmsallaşdırılması istiqamətində addımlar atılır. Belə ki, bu xidmətin də EHİS-ə inteqrasiyasının 2026-cı il oktyabrın 1-nə qədər təmin edilməsi planlaşdırılır.

Bu istiqamətdə işləri İqtisadiyyat Nazirliyi həyata keçirəcək.

Bağçalarda təlim-tədris prosesinə cəlb edilən uşaqların sayı açıqlanıb

Hazırda Azərbaycanda 106 830 uşaq dövlət məktəbəqədər təhsil müəssisələrində (bağça) təlim-tədris prosesinə cəlb edilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, dövlət bağçalarının tutumu 119 277 nəfərlikdir. Hazırda həmin müəssisələrdə 106 830 uşaq təlim-tədris prosesinə cəlb edilib.

Qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi ilboyu davam edir.

Kənan Kərimzadə: Təhsil kreditlərinin maliyyələşdirilməsinə 74 milyon manatdan artıq vəsait ayrılıb

Təhsil Tələbə Krediti Fondu (TTKF) tərəfindən hazırkı dövrədək 79 mindən çox kredit müqaviləsi rəsmiləşdirilib.

"Report" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə sosial şəbəkə hesabında bildirib.

O qeyd edib ki, ümumilikdə təhsil kreditlərinin maliyyələşdirilməsinə 74 milyon manatdan artıq vəsait ayrılıb: "Təhsil tələbə kreditindən yararlananların 63 faizi qadınlardır".

Menyuda olub, sürfədə olmayan çeşid: uşaq bağçalarında qidalanma necədir? - ARAŞDIRMA

Övladlarını bağçaya göndərən bəzi valideynlərin qidalanma ilə bağlı müəyyən narahatlıqları olur. Onlar düşünürlər ki, uşaqlara yetəri qədər faydalı və vitaminli qidalar verilmir. Hətta bəzi valideynlər iddia edirlər ki, uşaq bağçalarında qidalanma ilə bağlı Nazirlər Kabinetinin qərarında balıq və mal əti üstünlük təşkil etsə də, məktəbəqədər müəssisələrdə balıq ümumiyyətlə, mal əti isə çox az hallarda olur.

Bəs görəsən, valideynlər narahat olmaqda haqlıdırlarmı? Bağçalarda menyular necə tərtib olunur və buna nəzarət edilirmi?

Övladı dövlət bağçasında təhsil alan Gülnarə İbadova "Report"a bildirib ki, təqdim edilən menyudan qismən razıdır.

Onun sözlərinə görə, hər gün menyuda şirinçay, bulka, peçenya, vafli kimi şirin qidalar olur: "Ancaq toyuq əti üstünlük təşkil edir. Bir dəfə də balıq verildiyini nə görmüş, nə də eşitmişəm. Mal ətindən də həftədə bir ya iki dəfə ya kotlet, dolma kimi yer alır".

Valideyn bildirib ki, yuxu saatından sonra daha çox bulqur, düyü, kartof püreləri olur, bununla uşaq doymur.

Qeyd edək ki, Nazirlər Kabinetinin 2025-ci il 21 oktyabr tarixli 314 nömrəli Qərarı ilə məktəbəqədər təhsil müəssisələrində uşaqlar üçün sutkalıq qida normaları müəyyən edilib.

Bakıda fəaliyyət göstərən dövlət uşaq bağçasının müdiri Zeynəb Məmmədova Nazirlər Kabinetinin qərarında müəyyən edilmiş qida normalarında yer alan balığın, menyularda əksini tapmaması sualına cavab verib. O bildirib ki, bağçaya ümumiyyətlə balıq və balıq məhsulu verilmir:

"Əgər gəlsə belə, o dondurulmuş balıq olacaq. Həmin balığı da bişirəndə çox pis vəziyyətə qalır-dağılır. Belə halda uşaqlara onu vermək heç uyğun olmur. Təzə balıq verilə bilər. Onu da gündəlik təşkili çətin məsələdir. Təhlükəsizlik məsələləri gündəmə gəlir. Ümumiyyətlə menyulara yenidən baxılmalıdır. Qidaların bir-birinə uyğunluğu da sağlamlıq və vitamin baxımından nəzərə alınmalıdır".

Məsələ ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) "Report"un sorğusuna cavab olaraq bildirilib ki, menyular ikihəftəlik dövr üçün əvvəlcədən planlaşdırılır və təsdiq edilir:

"Ərzaq məhsullarının çatdırılma periodu onların istifadə müddətindən və saxlanma şəraitindən asılı olaraq dəyişir. Tez xarab olan məhsullar daha qısa intervallarla tədarük edilir, uzun müddət saxlanıla bilən məhsullar isə müvafiq qaydada əvvəlcədən tədarük edilərək təmin olunur. Ət məhsulları Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat ASC tərəfindən istifadəyə verilmiş müvafiq portalda qeydiyyatdan keçmiş və təsdiqlənmiş podratçılar vasitəsilə tədarük edilir".

Digər bir məqam da şirin qidalarla bağlıdır. Həkimlər şirniyyat məhsullarının insan orqanizmi üçün zərərli olduğunu qeyd edirlər. Bağçaların gündəlik menyularında da şirinçay, bulka, kompot və s. kimi qidalara rast gəlir.

Bununla bağlı MÜTDA-dan qeyd edilib ki, bağçalarda şirniyyat və şirin içkilərin miqdarı Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş orta sutkalıq qida normaları əsasında müəyyən olunub.

Həmçinin, Agentlikdən vurğulanıb ki, məktəbəqədər təhsil müəssisələrində təlim-tədris prosesi ilə yanaşı, uşaqların sağlamlığı, təhlükəsizliyi və qidalanması prioritet istiqamətlərdən hesab olunur:

"Bu məsələlərə Agentlik tərəfindən həssaslıqla yanaşılır və daim diqqət mərkəzində saxlanılır. Gigiyena qaydalarına riayət olunmasına yerli təhsil idarələri tərəfindən yerində aparılan yoxlamalar, həmçinin Qida Təhlükəsizliyi İnstitutu tərəfindən keçirilən monitorinqlər vasitəsilə nəzarət edilir".

Həkim diyetoloq, düzgün qidalanma ilə bağlı kitabların müəllifi Leyla Zülfüqarlının sözlərinə görə, bağçalarda və məktəblərdə qida verilişi varsa, menyuların daha sağlam şəkildə tərtib olunması arzuolunandır:

"Bəzi yerlərdə müşahidə edirik ki, bağçalarda sağlam qidalanma menyusu hazırlamağa çalışırlar və buna həqiqətən də maraq var. Amma, təəssüf ki, menyu çox vaxt peşəkar mütəxəssis tərəfindən tərtib olunmadığına görə qidalanma ardıcıllığı pozulur. Məsələn, yeməyin yanında kompot verilir. Halbuki kompotun nə dərəcədə vitamin mənbəyi olduğu sual altındadır. Əslində, bu, daha çox şəkər yüküdür. Bəzən isə uşaqlara qazlı və rəngli içkilər də təqdim olunur".

O qeyd edib ki, digər tərəfdən, çox zaman makaron kimi karbohidratlı qidalar verilir.

"Mən tam əminliklə deyə bilərəm ki, bəzi bağçalarda balıq ümumiyyətlə verilmir. Qırmızı ət də çox nadir hallarda olur. Əgər ət yeməyi verilirsə, bu, daha çox toyuq əti olur. Toyuq əti ilə bağlı da ayrıca araşdırma aparılmalı, onun keyfiyyətli və sağlam olması dəqiqləşdirilməlidir", - o deyib.

L.Zülfüqarlı əlavə edib ki, bağça və məktəblərdə qidalanma məsələsinə bəzən səhlənkar yanaşılır. Onun fikrincə, qidalanma menyusu peşəkar mütəxəssis tərəfindən tərtib olunsa, uşaqlar üçün daha sağlam və faydalı olar.

Milli Məclisin deputatı Müşfiq Məmmədli mövzu ilə bağlı "Report"a bildirib ki, bağçalarda uşaqlara təqdim olunan qidalanma yalnız məişət səviyyəli bir məsələ deyil:

"Bu, həm ictimai sağlamlıq, həm də gələcək nəslin formalaşması baxımından strateji əhəmiyyət daşıyır. Həkim və deputat kimi deməliyəm ki, bu sahəyə yanaşma balanslı və yaşa uyğun təşkil edilməlidir. Qida təhlükəsizlik və gigiyena standartlarına cavab verməlidir. Həmçinin, qida zəhərlənmələrinin qarşısını almaq üçün mütəmadi yoxlamalar aparılmalıdır".

M.Məmmədlinin fikrincə, bağça menyuları təsadüfi deyil, diyetoloq və pediatrların tövsiyələri əsasında hazırlanmalıdır.

"Bağça yalnız qida verilən yer deyil, həm də uşaqlarda düzgün qidalanma vərdişlərinin formalaşdığı mühitdir", - o vurğulayıb.

Deputat hesab edir ki, bu sahədə nəzarət mexanizmləri gücləndirilməlidir:

"Bağçalarda qidalanma ilə bağlı mütəmadi monitorinqlər aparılmalıdır. Qida təminatı üzrə dövlət standartları daha da sərtləşdirilməlidir. Sağlam qidalanan uşaq daha güclü immunitetə, daha yaxşı zehni inkişafa və daha yüksək həyat keyfiyyətinə malik olur".

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə "Report"a bildirilib ki, məktəbəqədər təhsil müəssisələrində qida təhlükəsizliyinə nəzarət məqsədilə Agentlik tərəfindən risk əsaslı yoxlama və monitorinqlər həyata keçirilir:

"Bu tədbirlər çərçivəsində qida məhsullarının mənşəyi, saxlanma şəraiti, hazırlanma prosesi və sanitariya-gigiyena tələblərinə əməl olunması yoxlanılır. Qayda pozuntuları və ya keyfiyyətsiz qida ilə bağlı AQTA-nın 1003 Çağrı mərkəzinə məlumat vermək olar".

Nəticə etibarilə, uşaq bağçalarında qidalanma məsələsi yalnız gündəlik menyu ilə məhdudlaşmır, bu, gələcək nəslin sağlam inkişafına birbaşa təsir göstərən əsas amillərdən biridir. Mütəxəssislərin fikrincə, mövcud qaydalar və normativlər olsa da, bəzi müəssisələrdə menyuların peşəkar yanaşma ilə hazırlanması və qida keyfiyyətinə nəzarətin gücləndirilməsi zəruridir.

Aidiyyəti qurumlar qidalanma prosesinin normativ sənədlərə uyğun təşkil olunduğunu bildirsələr də, mütəmadi monitorinqlərin aparılması, menyuların dietoloq və pediatrların tövsiyələri əsasında yenilənməsi, eləcə də şəffaflığın artırılması uşaqların daha sağlam və balanslı qidalanmasına səbəb olar.

Həftəsonu 52 mindən çox şagird buraxılış imtahanı verəcək

Həftəsonu 52687 şagird ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı verəcək.

Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, DİM aprelin 12-də Bakı şəhərinin Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal, Binəqədi rayonlarında, Sumqayıt (I hissə),Gəncə (II hissə), Mingəçevir şəhərlərində, Abşeron (I hissə), Daşkəsən, Şəmkir (II hissə), Qazax, Qəbələ, Oğuz, Lənkəran (II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Beyləqan, Füzuli, Füzuli (M.Uluqbəy adına 1 nömrəli 12 aprel tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb), Ağdaş, Ağsu, Qobustan, Sabirabad (I hissə), Neftçala, Şirvan, Xaçmaz (I hissə), Quba (I hissə) rayonlarında, eləcə də tədrisi ingilis dilində aparılan ümumtəhsil müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı keçirəcək.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 216 imtahan binası, 3837 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 627 imtahan rəhbəri və ümumi rəhbər, 4800 nəzarətçi, 701 buraxılış rejimi əməkdaşı (mühafizə) və 216 bina nümayəndəsi ayrılıb.

İmtahanda 52687 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanda 34 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Qeyd edək ki, imtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Naxçıvan Dövlət Universiteti "Study in Azerbaijan" təhsil sərgisində təmsil olunub

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərində keçirilən "Study in Azerbaijan" təhsil sərgisinin açılış mərasimində iştirak edib.

"Report" xəbər verir ki, Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbek və Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev açılış mərasimində çıxış edərək iki ölkə arasında ortaq mədəni bağların və təhsil əməkdaşlığının əhəmiyyətini vurğulayıblar.

Farabi Hub KazNU Mərkəzində keçirilən sərgidə Azərbaycanın 25-ə yaxın aparıcı universiteti, o cümlədən Naxçıvan Dövlət Universiteti təmsil olunur. Burada abituriyentlər və tələbələr Azərbaycandakı ali təhsil proqramları, qrantlar, akademik mobillik, ikili diplom proqramları və qəbul tələbləri ilə bağlı məlumat əldə edə bilərlər.

Açılış tədbirinin bədii hissəsində Naxçıvan Dövlət Universitetinin muğam və rəqs qrupları çıxış ediblər. İfalar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Açılış tədbirində keçirilən lotereya oyununda 3 qazaxıstanlı şagird Naxçıvan Dövlət Universitetində təqaüdlə təhsil almaq imkanı qazanıb.

Açılış tədbirindən sonra Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev stendlərlə tanış olub. Naxçıvan Dövlət Universitetinin stendində təhsil proqramları, əcnəbi tələbələr üçün təhsil imkanları və NDU ilə bağlı iştirakçıları maraqlandıran bir sıra məsələlər barədə məlumat verilib.

Bununla yanaşı, səfər çərçivəsində ali təhsil sahəsində əməkdaşlığın genişləndirilməsinə yönəlmiş mühüm görüşlər keçirilib. Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu baş tutub.

Forum çərçivəsində Naxçıvan Dövlət Universiteti ilə Qazaxıstanın Ualikhanov Universiteti, Cənubi Qazaxıstan Tibb Akademiyası, Almatı Menecment Universiteti, Yessenov Universiteti, Sarsen Amanjolov adına Şərqi Qazaxıstan Universiteti və Qazaxıstan Tibb Universiteti (KSPH) arasında əməkdaşlıq memorandumları imzalanıb.

İmzalanan sənədlər akademik mübadilə, ikili diplom proqramları və birgə elmi fəaliyyət sahələrində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur, tərəflər arasında təcrübə mübadiləsinin gücləndirilməsi və elmi-tədqiqat işlərinin birgə həyata keçirilməsi üçün zəmin yaradır.

Emin Əmrullayev Qazaxıstanda "Study in Azerbaijan" beynəlxalq təhsil sərgisi ilə tanış olub

Elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın Almatı şəhərinə səfər çərçivəsində Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində keçirilən Azərbaycan ali təhsil müəssisələrinin "Study in Azerbaijan" beynəlxalq təhsil sərgisi ilə tanış olub.

"Report" xəbər veririr ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verib.

Nümayəndə heyəti universitet stendlərinə baxış keçirib, sərgi çərçivəsində Azərbaycanın müxtəlif ali təhsil müəssisələri tərəfindən təqdim olunan təhsil proqramları, beynəlxalq əməkdaşlıq imkanları və tələbələr üçün mövcud təqaüd imkanları barədə ətraflı məlumat diqqətə çatdırılıb.

Daha sonra nümayəndə heyəti Farabi Hub İnnovasiya Mərkəzində mövcud şəraitlə tanış olublar. Ziyarət zamanı nümayəndə heyətinə mərkəzin fəaliyyəti, eləcə də innovasiya və texnologiya yönümlü layihələr barədə ətraflı məlumat təqdim olunub. Tanışlıq çərçivəsində mərkəzin müasir laboratoriyalarına da baxış keçirilib.

NASA: Astronavtlar Aya maksimum dərəcədə yaxınlaşıblar

"Artemida II" missiyasının astronavtları Şərq vaxtı ilə saat 1:56-da (17:56 UTC) Yerdən uzaqlıq rekordunu üstələyiblər.

"Report" xəbər verir ki, bu barədə ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) "X" sosial şəbəkə hesabında məlumat yayıb.

"Artemida II" missiyasının astronavtları Şərq vaxtı ilə saat 1:56-da (17:56 UTC) Yerdən uzaqlıq rekordunu üstələyiblər", - məlumatda bildirilib və əlavə edilib ki, bu rekord daha öncə astronavtların Yerdən 248 655 mil məsafədə uçduğu "Apollon-13" missiyası zamanı qeydə alınıb:

"Artemida II" missiyası Ayın arxa tərəfini müşahidə etməyə hazırlaşdığı üçün "Orion" kosmik gəmisinin pəncərələrində Ay böyüməyə davam edir. Astronavtların Şərq vaxtı ilə təxminən saat 19:02-də (23:02 UTC) Aya maksimum dərəcədə yaxınlaşacaqları gözlənilir.

Qazaxıstanın 58 universitetində 333 Azərbaycanın vətəndaşı təhsil alır

2025-ci ilin yekununa əsasən, Qazaxıstanın 58 universitetində 333 Azərbaycan vətəndaşı təhsil alır.

"Report" xəbər verir ki, bunu Qazaxıstanın elm və təhsil naziri Sayasat Nurbek Almatı şəhərində Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumunda deyib.

"2025-ci ilin yekununa əsasən, Qazaxıstanın 58 universitetində 333 Azərbaycan vətəndaşı təhsil alır, eyni zamanda Azərbaycan universitetlərində 164 Qazaxıstan vətəndaşı oxuyur", - S. Nurbek bildirib.

Onun sözlərinə görə, Qazaxıstanın 62 universiteti Azərbaycanın 81 universiteti ilə əməkdaşlıq edir və forum çərçivəsində Azərbaycanın 18 universiteti ilə Qazaxıstanın 29 universiteti arasında 63 yeni memorandumun imzalanması planlaşdırılır.

Almatıda Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu keçirilib

Almatı şəhərində Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu keçirilib.

Bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Forumun rəsmi açılış hissəsindən əvvəl Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev qazaxıstanlı həmkarı Sayasat Nurbek ilə ali təhsil sahəsində dövlətlərarası əməkdaşlığın inkişafı, o cümlədən akademik mobillik, birgə təhsil proqramları, tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı cari məsələləri müzakirə edib.

Bildirilib ki, hazırda Qazaxıstanın 62 universiteti Azərbaycanın 81 universiteti ilə əməkdaşlıq edir. Forum çərçivəsində Azərbaycanın 18 universiteti ilə Qazaxıstanın 29 universiteti arasında 63 yeni memorandumun imzalanması planlaşdırılır.

S. Nurbek akademik mobillik və tələbə mübadiləsinin artdığını da qeyd edib və bildirib ki, 2025-ci ilin yekununa əsasən, Qazaxıstanın 58 universitetində 333 Azərbaycan vətəndaşı təhsil alır. Eyni zamanda Azərbaycan universitetlərində 164 Qazaxıstan vətəndaşı oxuyur.

E. Əmrullayev qeyd edib ki, Qazaxıstan və Azərbaycan ali təhsil müəssisələrinin II Rektorlar Forumu ölkələr arasında akademik əməkdaşlığın inkişafı baxımından mühüm platformadır.

Forumun rəsmi açılış mərasimindən sonra akademik mübadilə, elmi əməkdaşlıq və birgə təhsil proqramlarının inkişaf etdirilməsi məqsədi daşıyan anlaşma memorandumlarının imzalanması mərasimi keçirilib.

Azərbaycanın ali məktəbləri Qazaxıstanda "Study in Azerbaijan"da öz imkanlarını təqdim ediblər

Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin "Farabi Hub" innovasiya mərkəzində Azərbaycanın ali təhsil müəssisələrinin "Study in Azerbaijan" beynəlxalq sərgisi başlayıb.

"Report"un Qazaxıstan bürosu xəbər verir ki, tədbir Qazaxıstan və Azərbaycan arasında təhsil və elm sahəsində ikitərəfli əməkdaşlığın inkişafına yönəlib.

Məlumat yenilənir...

DİM buraxılış imtahanında riyaziyyat fənni üzrə mübahisəli sualla bağlı açıqlama yayıb

Dövlət İmtahan Mərkəzi aprelin 5-də keçirilən buraxılış imtahanında yer alan riyaziyyat fənni üzrə mübahisəli sualla bağlı açıqlama yayıb.

DİM-dən "Report"a verilən məlumata görə, açıqlamada deyilir:

"Ümumi təhsil səviyyəsi üzrə aprelin 5-də keçirilən buraxılış imtahanında trapesiya mövzusuna aid təqdim olunan tapşırığın əsas məqsədi şagirdlərin iti bucağın tənböləni nəticəsində yaranan daxili çarpaz bucaqların bərabərliyini müəyyən etməsi və bu əsasda yaranan üçbucaqların oxşarlığından istifadə edərək tərəflər arasında nisbətləri tapmaq bacarığını yoxlamaqdır.

Tapşırıqda verilmiş ədədlər hər hansı bir üçbucağın tərəfləri kimi deyil, oxşarlıq nisbətlərinin qurulması üçün istifadə edilir. Bu ədədlərin seçilməsi həndəsi fiqurun mövcud olmasına deyil, ilk növbədə hesablamaların sadə və əlçatan aparılmasına xidmət edir. Başqa sözlə, bu tapşırıqda yoxlanılan bacarıq konkret bir üçbucağın mövcudluğunu üçbucaq bərabərsizliyi ilə təhlil etmək deyil, verilmiş həndəsi münasibətlərdən düzgün nəticə çıxarmaqdır. Buna görə də üçbucaq bərabərsizliyi ilə bağlı yanaşma tapşırığın həll prosesini və ardıcıllığını dəyişmir, eyni zamanda düzgün cavabın əldə olunmasına da heç bir maneə yaratmır.

Bildiririk ki, bu tip açıq tapşırıqlar xüsusi qiymətləndirmə meyarları əsasında yoxlanılır və yalnız tam doğru cavabı müəyyən edən şagirdlər deyil, həmçinin həll prosesində düzgün aralıq nəticələr əldə edən və ya həll mərhələlərindən birini doğru yerinə yetirən şagirdlər də qiymətləndirmədə nəzərə alınır".

MÜTDA: Şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilir

İki gündür ölkə ərazisində müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilir.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, yaranan xüsusi hallarla bağlı aidiyyəti qurumlarla birlikdə müvafiq tədbirlər həyata keçirilir: "Agentliyə və Agentliyin yerli təhsili idarəetmə bölmələrinə daxil olan müraciətlər qeydiyyata alınır və təhlillər aparılır.

Bununla yanaşı, hava şəraitinin yaratdığı fəsadların aradan qaldırılması və təhsil müəssisələrində tədris prosesinin fasiləsizliyinin təmin edilməsi məqsədilə müvafiq addımlar atılır".

Qeyd edilib ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq şagirdlərin davamiyyətində qismən azalma müşahidə edilsə də, təlim-tədris prosesi fasiləsiz şəkildə davam edir: "İntensiv yağıntılarla əlaqədar olaraq xüsusilə kiçik yaşlı məktəblilərin valideynlərini dərsə gedən övladlarını nəzarətdə saxlamağa çağırır, təhsil müəssisələrinin rəhbərlərindən və valideynlərdən müvafiq təhlükəsizlik tədbirlərinə riayət etmələrini xahiş edirik".

Naxçıvanda IX siniflər üçün qiymətləndirmə monitorinqi keçirilib

Naxçıvanda IX siniflər üçün tədris ilinin üçüncü buraxılış qiymətləndirmə monitorinqi keçirilib

"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən aprelin 5-də şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi məqsədilə lX siniflər üçün buraxılış imtahanları modelinə uyğun olaraq tədris ilinin növbəti buraxılış qiymətləndirmə monitorinqi keçirilib.

Monitorinqdə 4 minə yaxın şagird iştirak edib.

Monitorinq "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"na uyğun olaraq şagird nailiyyətlərinin mərkəzləşmiş qaydada monitorinqinin həyata keçirilməsi üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yaradılan Monitorinq Mərkəzinin imkanlarından istifadə olunaraq təşkil olunub.

Qeyd edək ki, qiymətləndirmə monitorinqində rayonlar üzrə ən yüksək nəticə göstərən şagirdlər tərəfdaş şirkətlər tərəfindən mükafatlandırılacaq.

Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatlarına təqdim edilən əsərlər müəyyənləşib

Azərbaycanın Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasına bu ilin Dövlət mükafatlarına təqdim edilən işlərin adları açıqlanıb.

"Report"un məlumatına görə, dövlət mükafatlarına aşağıdakı işlər təqdim edilib:

I. Elm və texnologiya sahəsində

1. Adil Qəribov – "Atom-hidrogen energetikasında termo- və radiasion-heterogen proseslər" monoqrafiyası (rus dilində - "Термо- и радиационно-гетерогенные процессы в атомно-водородной энергетике").

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutu (optimallaşdırmadan sonra Fizika İnstitutunun tərkibində) təqdim edib.

2. Asəf Hacıyev – "Çoxölçülü reqressiya analizi və süni intellekt" kitabı (ingilis dilində - "High-Dimensional Regression Analysis and Artificial Intelligence").

Bakı Mühəndislik Universiteti təqdim edib.

3. Akif Əlizadə, Tələt Kəngərli, Dadaş Hüseynov, Zaur İmrani, Rauf Qardaşov, Amin İsmayılov, Xəyyam Rəhimov, Səyyarə İbadullayeva, Təvəkkül İsgəndərov, Qurban Yetirmişli, Nazim İsmayılov – "Qarabağ və Şərqi Zəngəzur. Təbii Ehtiyatlar Atlası".

Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutu (optimallaşdırmadan sonra Geologiya İnstitutunun tərkibində) təqdim edib.

4. Bədirxan Əhmədov – "XX əsr Azərbaycan ədəbiyyatı tarixi. İcmallar, təhlillər, portretlər" (3 cilddə) monoqrafiyası.

Xəzər Universiteti təqdim edib.

5. Camaləddin Aslanov – "Düzaxınlı siyirtmə" ixtirası və onun əsasında elmi nəzəri perspektivliyi sübuta yetirilmiş ixtiranın təkmilləşdirlməsinə dair kompleks elmi tədqiqat.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Neftin, Qazın Geotexnoloji Problemləri və Kimya Elmi-Tədqiqat İnstitutu təqdim edib.

6. Əsgər Zeynalov – "İrəvan ziyalıları" monoqrafiyası (rus dilində - "Эриванская аристократия").

Azərbaycan Dillər Universiteti təqdim edib.

7. İlqar Nəzərov, Natiq Cavadov, Məmmədsaleh Əliyev, Soltan Qasımov, Rafiq Hüseynov – Müdafiə təyinatlı məmulatların yaradılması, istehsalı və utilizasiyası sahəsində aparılmış elmi-tədqiqat, təcrübi-konstruktor işlərinin nəticələri əsasında müasir istehsalat sahələrinin yaradılması.

Müdafiə Sənayesi Nazirliyinin "İqlim Elmi-İstehsalat Müəssisəsi" təqdim edib.

8. İlyas Həmidov, Məmməd Qocayev, Rəna Məmmədova, Leyla Həmidova – "Azərbaycan dilinin frazeologiya lüğəti".

Bakı Slavyan Universiteti təqdim edib.

9. Könül Bünyadzadə – "Sufi fenomenologiya" ikicildlik monoqrafiyası.

Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutu təqdim edib.

10. Qəzənfər Paşayev və Orxan İsayev – "İraq-Türkman ədəbiyyatı tarixi" monoqrafiyası.

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu təqdim edib.

11. Mahirə Hüseynova, Sayalı Sadıqova – "Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası" monoqrafiyası.

Azərbaycan Dövlət Pedaqoji Universiteti təqdim edib.

12. Məhəmməd Camalbəyov, Nazim Vəliyev – "Yeni "Diskret-imitasiya modelləşdirmə konsepsiyası": nasos-quyu-lay sistemlərinin kompüter simulyasiyası ilə neft hasilatının optimallaşdırılması" elmi əsəri.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Neftqazelmitədqiqatlayihə" İnstitutu təqdim edib.

13. Rahib İmamquluyev – "Qeyri-Səlis Məntiq və Süni İntellekt Əsaslı Adaptiv və İzaholunan İdarəetmə Sistemləri: IoT, 6G və Kibertəhlükəsizlik Tətbiqləri" elmi işlər silsiləsi.

Bakı Biznes Universiteti təqdim edib.

14. Tarix Dostiyev – "Orta əsr Gəncəsinin şirli keramikası (Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyası)" və "Şəmkirin şirli keramikası: forma və məzmunun birləşdiyi mədəniyyət fenomeni" monoqrafiyaları.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu təqdim edib.

15. Vəfaddin İbayev – "Suverenliyin Zəfər yolu: reallaşan ideyalar, hüquqi əsaslar, siyasi paralellər" kitabı.

Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi təqdim edib.

II. Memarlıq və mədəniyyət sahəsində

16. Eldar Mikayılzadə – Xalça sənəti sahəsində fəaliyyətinə, xalçaçı rəssam kimi son illərdə yaratdığı əsərlərinə görə ("Azərbaycan xalçası – ilmələrin rəqsi", "Xəmsə" silsilələri və "Səmavi dinlər" triptixi).

Mədəniyyət Nazirliyi təqdim edib.

17. Musa İsmayılov (Mərcanlı) – Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı silsilə əsərlər: "Azərbaycan. Yeni Era", "Tükənməz xəzinə", "Şirvanşahların minilliyi", "Dirçəliş. Başlanğıc", "Daşları toplamaq vaxtıdır", "Qarabağ Yeni sətirdən", "Şuşa. Zirvədən uca".

Bakı Dövlət Universiteti təqdim edib.

18. Sakit Məmmədov – "Heydər Əliyev və multikultural dəyərlər" silsilə əsərləri.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi təqdim edib.

19. Siyavuş Kərimi – "Nəsimi" operası.

Azərbaycan Teatr Xadimləri İttifaqı təqdim edib.

20. Yusif Eyvazov – ifaçılıq fəaliyyətinə görə.

Azərbaycan Musiqi Xadimləri İttifaqı təqdim edib.

III. Ədəbiyyat sahəsində

21. Kamal Abdulla – "Gizli "Dədə Qorqud" – yeni mənalar axtarışında" kitabı.

Azərbaycan Yazıçılar Birliyi təqdim edib.

Dövlət mükafatlarına irəli sürülmüş işlərlə ictimaiyyətin geniş tanış olması və müvafiq rəylərin bildirilməsi məqsədilə idarə və təşkilatlardan, ictimai və yaradıcı birliklərdən xahiş olunur ki, yuxarıda göstərilən işlərin müzakirəsini təşkil etsinlər.

Komissiyanın ünvanı: AZ1066, Bakı şəhəri, Lermontov küçəsi, 68.

Azərbaycan Respublikasının Nazirlər Kabineti. E-mail: nk@nk.gov.az

Mingəçevir Dövlət Universitetində "Tədqiqat Mövzu Hovuzu Platforması" təqdim olunub

Mingəçevir Dövlət Universitetində "Tədqiqat Mövzu Hovuzu Platforması"nın təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, "Azərbaycan İES" MMC-də keçirilən tədbirdə universitetin rektoru Anar Eminov, stansiyanın inzibati heyəti, MDU-nun akademik və inzibati heyət üzvləri, həmçinin əmək bazarı və sənaye nümayəndələri iştirak ediblər.

Mingəçevir Dövlət Universiteti daha bir ilkə imza ataraq Türkiyənin Orta Doğu Teknik Universitetinin (OTDU) yanaşmasını tətbiq etməyə başlayıb. Yeni yanaşmaya əsasən magistr dissertasiyaları real sektorla birbaşa əlaqələndirilir və tətbiqi xarakter daşıyır.

Təqdimat mərasimində çıxış edən rektor Anar Eminov platformanın universitet–sənaye inteqrasiyası baxımından əhəmiyyətini vurğulayıb.

O bildirib ki, bu innovativ yanaşma tələbələrin yalnız nəzəri biliklərlə deyil, real sektorun problemlərinin həlli bacarıqları ilə formalaşmasına xidmət edir.

Rektor platformanın yaradılmasında Ege Universitetinin təcrübəsinin mühüm rol oynadığını qeyd edib, həmçinin Türkiyənin Orta Doğu Teknik Universitetinin rəhbərliyinə göstərdikləri dəstəyə görə təşəkkürünü ifadə edib.

Rektor çıxışında platformanın funksional imkanlarını diqqətə çatdıraraq bildirib ki, "Tədqiqat Mövzu Hovuzu Platforması" magistrantlara sənaye və dövlət qurumlarının real ehtiyaclarından irəli gələn tədqiqat mövzularını seçmək imkanı yaradır. Eyni zamanda, tələbələr öz elmi-tədqiqat fəaliyyətlərini vahid rəqəmsal mühitdə idarə edə, dissertasiya prosesinin bütün mərhələlərini – planlaşdırmadan müdafiəyədək – sistemli şəkildə izləyə bilirlər. Platforma plagiat yoxlanışı, elmi-pedaqoji təcrübənin monitorinqi və müdafiə qrafiklərinə çıxış kimi funksiyalarla təchiz olunub.

Qeyd edilib ki, tətbiq olunan bu model vasitəsilə Azərbaycanda ilk dəfə olaraq təhsil, elm və sənaye vahid platforma üzərindən inteqrasiya edilərək qarşılıqlı şəkildə təkmilləşdiriləcək, dissertasiya işləri isə tətbiqi layihələrə çevriləcəkdir.

Təqdimat çərçivəsində çıxış edənlər tərəfindən bildirilib ki, platforma sənaye tərəfdaşları və dövlət qurumları tərəfindən təqdim edilən aktual problemləri vahid məlumat bazasında toplayaraq magistrantların istifadəsinə açıq edir. Bu isə tədqiqat mövzularının real iqtisadi və sosial ehtiyaclara uyğunluğunu təmin edir.

Eyni zamanda tədbirdə Mingəçevir Dövlət Universitetində magistr dissertasiyalarının hazırlanması üzrə yeni modelin tətbiqinə başlanıldığı diqqətə çatdırılıb. Yeni metodiki sistemə əsasən dissertasiyalar yalnız akademik tədqiqat işi kimi deyil, həm də tətbiqi xarakterli layihələr kimi formalaşdırılır. Mövzular universitet strukturları ilə yanaşı, sənaye müəssisələri və dövlət qurumlarının təqdim etdiyi real problemlər əsasında müəyyən edilir.

Tətbiq olunan modelə görə magistrantlar tədqiqat prosesində müasir elmi metodlardan, o cümlədən analitik, ekonometrik və rəqəmsal alətlərdən istifadə edir, real məlumatlar üzərində işləyir və praktik tətbiq imkanına malik nəticələr formalaşdırırlar. Yeni qaydalar dissertasiya prosesinin bütün mərhələlərini – mövzu seçimi, tədqiqatın aparılması, monitorinq, ilkin və yekun müdafiə, həmçinin nəticələrin sənayeyə təqdim olunmasını sistemli şəkildə tənzimləyir.

Bildirilib ki, platformaya ilk töhfə Türkiyənin Orta Doğu Teknik Universiteti tərəfindən verilib. Universitet tərəfindən 5 praktiki tədqiqat mövzusu təqdim olunmuş və həmin mövzular üzrə elmi rəhbərlər təyin edilib. Bu çərçivədə OTDU-nun prorektoru Prof. Ömer Delialioğlu və digər alimlər elmi rəhbər qismində prosesə cəlb olunublar.

Eyni zamanda Ege Universiteti və Huawei şirkəti platformanın yaradılması prosesində mühüm dəstək göstəriblər.

Layihə çərçivəsində tədqiqat fəaliyyətinin rəqəmsallaşdırılması istiqamətində də mühüm addımlar atılıb. Belə ki, "Tədqiqat Mövzu Hovuzu Platforması" ilə yanaşı, universitetin xüsusi tədqiqat portalı – research.mdu.edu.az istifadəyə verilib. Bu portal vasitəsilə mövzu seçimi, elmi rəhbərlə əlaqələndirmə, tədqiqat prosesinin monitorinqi və nəticələrin paylaşılması vahid rəqəmsal mühitdə həyata keçirilir.

Qeyd olunub ki, yeni modelin hazırlanması və icrası universitetin elmi-tədqiqat potensialını birləşdirən iki əsas struktur – Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutu və Dayanıqlı Enerji və Regional İnkişaf İnstitutu tərəfindən həyata keçirilir. Bu institutlar dissertasiya mövzularının formalaşdırılması, müasir metodların tətbiqi, rəqəmsal platformaların idarə olunması və sənaye ilə əlaqələrin qurulmasında əsas icraedici və koordinasiyaedici mərkəz kimi çıxış edir.

Süni İntellekt və Rəqəmsal Texnologiyalar İnstitutu tədqiqat prosesinə süni intellekt əsaslı analiz metodlarının və innovativ texnologiyaların inteqrasiyasını təmin edir, Dayanıqlı Enerji və Regional İnkişaf İnstitutu isə layihələrin regional inkişaf, enerji səmərəliliyi və dayanıqlı iqtisadi modellərlə əlaqələndirilməsinə töhfə verir.

Sonda iştirakçılar platformanın funksionallığı ilə yaxından tanış olub, onun tətbiqi və gələcək inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Qeyd edilib ki, bu model ali təhsil ilə sənaye arasında sistemli və davamlı əməkdaşlığın gücləndirilməsinə, elmi-tədqiqat fəaliyyətinin praktik yönümlülüyünün artırılmasına və innovativ ideyaların real sektora inteqrasiyasına mühüm töhfə verəcək.

İsa Həbibbəyli: Gələn ildən elmi-tədqiqatlar bal sistemi əsasında qiymətləndiriləcək

Hazırda elmi-tədqiqatlara görə fəaliyyətin qiymətləndirilməsinin müxtəlif indikatorlar və nominasiyalar üzrə bal sistemi əsasında dəyərləndirilməsinə keçid üçün Akademiyada hazırlıq işlərinə başlanıb.

"Report" xəbər verir ki, bu barədə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiyanın Rəyasət Heyətində keçirilən müşavirədə məlumat verib.

Bu mexanizmin növbəti ildən etibarən tətbiq edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdıran İsa Həbibbəyli vurğulayıb ki, alimlərin çoxşaxəli fəaliyyətinin yeni dəyərləndirmə modeli ilə müəyyənləşdirilməsi elmi-tədqiqatların real qiymətləndirilməsinə öz töhfəsini verəcək.

O həmçinin xatırladıb ki, AMEA-da uzun illər ərzində elmi fəaliyyətin qiymətləndirilməsi plan işlərinin icrası əsasında aparılıb.

Müşavirədə alim əməyinin yeni metodlarla qiymətləndirilməsi meyarlarının Rəyasət Heyətinin, institutların Elmi şuralarının iclaslarında və digər növbəti mərhələlərdə də müzakirəyə çıxarılması qərara alınıb.

Sabahdan Bakıdakı bağçalarda müəllimlərin yerdəyişməsi müsabiqəsi başlayır

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində daimi əsaslarla işləyən tərbiyəçi-müəllimlərin yerdəyişməsi müsabiqəsinə start verilir.

Bu barədə "Report"a BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, müsabiqədə iştirak etmək istəyən tərbiyəçi-müəllimlər 3-9 aprel tarixlərində müvafiq ərizə formasını dolduraraq BŞTİ-yə təqdim etməlidirlər. Yerdəyişmə üçün müraciət edən tərbiyəçi-müəllim təqdim olunan vakant yerlərdən yalnız birini seçə bilər.

İştirakçılar ərizəyə aşağıdakı sənədləri əlavə etməlidirlər:

-Yaşayış yerinin (rayonu, şəhəri) dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd (arayış);

* Şəxsiyyət vəsiqəsinin surəti;

* İşlədiyi məktəbəqədər təhsil müəssisəsində daimi əsaslarla tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul olunması haqqında əmrdən çıxarış (müəssisənin möhürü ilə təsdiq edilməlidir);

* Əmək kitabçasının surəti (müəssisənin möhürü ilə təsdiq edilməlidir);

* Diplomun surəti;

* Şəhid ailə üzvü olduğu halda həmin sənədin surəti.

Müsabiqədə iştirak etmək istəyən namizədlər ərizə forması və vakant yerlər barədə məlumatla aşağıdakı linklər vasitəsilə tanış ola bilərlər.

Bu günə qədər bağlanan təhsil krediti müqavilələrinin sayı açıqlanıb

Təhsil Tələbə Krediti Fondu (TTKF) yaranandan (2021-ci ilin noyabr ayından) bu günə qədər imzalanan təhsi tələbə kredit (TTK) müqavilələrinin sayı açıqlanıb.

"Report" xəbər verir ki, həmin müddətdə dövlət ali təhsil müəssisələrində 62 150, özəl təhsil müəssisələrində isə 16 923 kredit müqaviləsi bağlanılıb.

Ən böyük müqavilə sayı 54 689 kreditlə bakalavriat pilləsinə məxsusdur. Magistratura səviyyəsində 18 703, orta ixtisas təhsili üzrə 5 061, peşə təhsili üzrə isə 620 kredit müqaviləsi imzalanıb.

NASA 50 il sonra ilk dəfə Aya insanlı missiyanı həyata keçirib

ABŞ-nin Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarəsinin (NASA) dörd astronavtını daşıyan insanlı "Orion" kosmik gəmisi ilə "Space Launch System" (SLS) raket daşıyıcı Aya uçub.

"Report"un məlumatına görə, yarım əsrdən çox müddətdə Yer kürəsinin təbii peykinə ilk insanlı ekspedisiyanın canlı yayımı NASA-nın rəsmi saytındadır.

Buraxılış Con Kennedi Kosmik Mərkəzinin buraxılış meydançasından yerli vaxtla saat 18:35-də (Bakı vaxtı ilə saat 02:35) baş tutub. Missiya planına əsasən, NASA astronavtları Rid Vaysman, Kristina Kuk və Viktor Qlover Kanada Kosmik Agentliyinin nümayəndəsi Ceremi Hansen ilə birlikdə eniş etmədən Ayın səthində uçacaq və sonra Yerə qayıdacaqlar. Ekspedisiyanın ümumi müddəti 10 gün planlaşdırılır.

Buraxılışdan təxminən bir saat yarım əvvəl mütəxəssislər uzaqdan idarəetmə sistemində nasazlıq aşkarlasalar da, problem tez bir zamanda həll edilib.

Aya əvvəlki insanlı uçuş 1972-ci ilin dekabrında, Amerikanın "Apollon 17" Ay ekspedisiyası zamanı baş tutub.

Emin Əmrullayev Qusarda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 17 aprel tarixində Qusar şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbulda Qusar, Quba və Xaçmaz sakinləri iştirak edə bilərlər.

Adları çəkilən rayonların sakinləri 10 aprel (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə "WhatsApp" vasitəsilə müraciət göndərmək mümkündür.

Qeyd edilib ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat elan edilib

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün bakalavrların ərizə qəbulu 14 aprel saat 23:59-dək internet vasitəsilə aparılır.

Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən məlumata verilib.

Bildirilib ki, 2026-cı ilin fevral ayında keçirilmiş qəbul imtahanında iştirak etmək üçün sənəd verən bakalavrlar imtahanın ikinci cəhdində iştirak etmək istədikləri təqdirdə "Şəxsi kabinet"lərinin hesabına imtahanda iştirak haqqını (50 AZN) əlavə edib Mərkəzin internet saytının müvafiq səhifəsinə (https://www.e-gov.az/az/services/read/3148/2) daxil olmaqla qeydiyyatdan keçirlər.

İlk imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməyən bakalavrlar da eyni qayda ilə bu imtahana yazıla bilərlər. Həmin şəxslər Mərkəzin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) ərizə vermək üçün tələb olunan məbləği "Şəxsi kabinet"lərinin hesabına əlavə edirlər. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları ilə epayment.dim.gov.az internet səhifəsində tanış olmaq mümkündür. Bu bakalavrlar da https://eservices.dim.gov.az/erizemag/erize səhifəsinə daxil olub "Bakalavrın elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Azərbaycan Respublikasında yerləşən ali təhsil müəssisələrini bitirən və Azərbaycan Respublikasının vətəndaşı olan bütün bakalavrlar (ali təhsil haqqında məlumatları MyGov.az portalının "Təhsil məlumatlarım" bölməsində olanlar), həmçinin Elm və Təhsil Nazirliyi tərəfindən verilən ixtisasın tanınmasını və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənədləri olan xarici ölkələrdə ali təhsil almış şəxslər (müvafiq məlumatları "Azərbaycan Respublikası ərazisində tanınan və ekvivalentliyi müəyyən edilmiş (nostrifikasiya olunmuş) xarici dövlətlərin ali təhsil müəssisələrinin diplomlarının sahibləri barədə məlumat bazası"nda) qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu müddətində Mərkəzin rəsmi internet saytında "Bakalavrın elektron ərizəsi"ni doldurmalı və özləri təsdiq etməlidirlər.

Diplom haqqında məlumatları bazada olmayan şəxslər ilk növbədə müvafiq quruma müraciət edib onları sistemə əlavə etdirməli, sonra isə "Bakalavrın elektron ərizəsi"ni təsdiq etməlidirlər.

Magistraturaya qəbul imtahanı DİM tərəfindən mərkəzləşdirilmiş qaydada bakalavrların məntiqi təfəkkürləri, informatika və xarici dil biliklərinin qiymətləndirilməsi üzrə keçirilir.

Qəbul imtahanının (II cəhd) 2026-cı il mayın 17-də keçirilməsi nəzərdə tutulur.

İmtahanda bakalavrlara Məntiqi təfəkkürün yoxlanılması üçün 50 (o cümlədən açıq tipli 5), İnformatika üzrə 25 (o cümlədən açıq tipli 5) test tapşırığı, Xarici dil üzrə isə 20 (o cümlədən açıq tipli 2) test tapşırığı və yazı işi (esse) yerinə yetirmək üçün mövzu təqdim olunacaqdır.

İmtahan nəticələri hesablanarkən bakalavrın hər bir test tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir, esse maksimum 5 balla qiymətləndirilir. Beləliklə, imtahanda əldə oluna bilən maksimal nəticə 100 baldır.

Qəbul imtahanında test tapşırıqlarının cavablandırılmasına 3 saat, yazı işini (esseni) yerinə yetirmək üçün isə 30 dəqiqə, cəmi 3 saat 30 dəqiqə vaxt ayrılır. 3 saat bitdikdən sonra bakalavrlardan cavab kartları yığılır və onlara yazı işini yazmaq üçün xüsusi esse vərəqləri paylanılır. Qeyd edək ki, tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmaları seçmək üçün yazı işi (esse) tapşırığı üzrə nəticə 2 baldan az olmamalıdır. Tədrisi Azərbaycan və ya rus dilində olan ixtisaslaşmaları seçmək üçün yazı işi (esse) tapşırığı üzrə nəticəyə bal məhdudiyyəti qoyulmur.

MİQ-ə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib

"Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası"ndakı dəyişikliyə əsasən müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı müəyyənləşib.

Bu barədə "Report"a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.

Bildirilib ki, siyahıda qeyd olunan qeyri-pedaqoji ixtisaslara sahib şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edə bilərlər: "Müsabiqədə iştirakı nəzərdə tutulan pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər işə qəbul olunduqdan sonra müvafiq təlim kurslarına cəlb olunacaq.

Nəzərinizə çatdırırıq ki, hər il müsabiqəyə buraxılacaq ixtisasların siyahısı "Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası"nın əlavəsində qeyd edilən ixtisaslara müvafiq olaraq müəyyənləşdirilir".

Bazar günü 50 minə yaxın şagird üçün buraxılış imtahanı keçiriləcək

Aprelin 5-də Bakı şəhərinin Xətai, Nərimanov, Qaradağ, Suraxanı, Səbai, Pirallahı rayonlarında, Gəncə (I hissə), Samux, Yevlax, Şəmkir (I hissə), Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam (o cümlədən Kəngərli, Xıdırlı kənd tam orta məktəbləri) Ağcabədi, Şuşa, Xankəndi (Şəhər 4 nömrəli məktəb və Kərkicahan kənd tam orta məktəbi), Kəlbəcər (Şəhər 1 nömrəli məktəb), Xocalı (Şəhər 1 nömrəli və Ballıca kənd tam orta məktəbləri), Ucar, Zərdab, Şamaxı, İmişli, Hacıqabul, Biləsuvar, Qusar, Siyəzən, Xızı və Şabranda ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, imtahan saat 11:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

İmtahan binasına, zalına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək və ya onlardan istifadə etmək qadağandır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

İmtahanda iştirak edəcək şagirdlər "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə DİM-in saytından martın 16-dan etibarən çap edib götürə bilirlər.

İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 207 imtahan binası, 3664 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 601 imtahan rəhbəri və ümumi rəhbər, 4554 nəzarətçi, 670 buraxılış rejimi əməkdaşı (mühafizə) və 207 bina nümayəndəsi ayrılıb.

İmtahanda 49701 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanda 54 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn şəkildə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında şagirdlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

İmtahana 1 gün qalmış təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

Azərbaycanın təhsil nailiyyətləri UNESCO-nun hesabatında yer alıb

Azərbaycanın erkən uşaqlıq dövrü təhsili sahəsindəki nailiyyətləri UNESCO-nun əlçatanlıq və bərabərliyə dair 2026-cı il Qlobal Təhsilin Monitorinqi Hesabatında (GEM) nümayiş etdirilib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi məlumat yayıb.

"Azərbaycan qanunvericilikdə, müəllim hazırlığında və kurikulumda aparılan əsas islahatların dəstəyi ilə cəmi 5 il ərzində 5 yaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunmasını 25%-dən 92%-ə çatdırıb", - məlumatda bildirilib.

Bakıda I sinfə qəbulda prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlanıb.

Bu barədə "Report"a BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, məktəblərə şagird qəbulu sərbəst formada və prioritetə (üstünlük hüququ) əsasən aparılacaq. Sərbəst formada şagird qəbulu aparılacaq ümumi təhsil müəssisələrinə valideynlər şəxsi kabinet vasitəsilə məktəb və müəllim seçimini birbaşa edəcəklər. Prioritet (valideyn və ya uşağın məktəbin müəyyənləşdirilmiş ərazisinə (dislokasiya) qeydiyyatı olmalı, bacı-qardaşı həmin məktəbdə hazırda təhsil almalı, valideynlərindən biri həmin məktəbdə çalışmalı) üzrə valideynlər isə ilk növbədə müəyyən edilmiş müddətdə (Azərbaycan bölməsi üzrə 6 may-4 iyun 2026-cı il, tədrisi digər dillərdə aparılan bölmələr üzrə isə 17 iyun-16 iyul 2026-cı il tarixlərində) üstünlük hüquqlarından biri əsasında sorğu yerləşdirə bilərlər. Prioritetlərin tətbiqi yaşayış sıx olan ərazilərdə valideynlərin məktəb seçimini asanlaşdırmaq məqsədlərinə xidmət edir.

Qeyd edək ki, müvafiq müddət başa çatdıqdan sonra üstünlük hüququ tətbiq olunan məktəblərdə boş qalan şagird yerlərinə sərbəst qəbul (tədrisi digər dillərdə olan və müsabiqə yolu ilə qəbul aparılan liseylər istisna olmaqla) aparılacaq.

VI "Yüksəliş" müsabiqəsinə qeydiyyatdan keçənlərin sayı 10 mini ötüb

VI "Yüksəliş" müsabiqəsinə qeydiyyatdan keçənlərin sayı 10 mini ötüb.

"Report" xəbər verir ki, ümumilikdə ötən beş mövsüm ərzində müsabiqəyə 69 mindən çox müraciətin qeydə alınması onun Azərbaycanda insan kapitalının inkişafı üzrə mühüm platformaya çevrildiyini göstərir.

Məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsis olunan və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə həyata keçirilən müsabiqə idarəçilik potensialının üzə çıxarılması və peşəkar kadr ehtiyatının formalaşdırılmasına xidmət edir.

Gənclər və idman nazirinin müavini, müsabiqənin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev bildirib ki, "Yüksəliş" ölkədə güclü insan kapitalının formalaşdırılması istiqamətində strateji əhəmiyyət daşıyır. Onun sözlərinə görə, məqsəd yalnız qalibləri müəyyənləşdirmək deyil, həm də dövlət prioritetlərini həyata keçirə biləcək kadrlar üçün davamlı inkişaf mühiti yaratmaqdır.

Qeyd olunub ki, indiyədək müsabiqəyə 69 963 nəfər müraciət edib, onlardan 39 536 nəfərin şəxsi kabineti yaradılıb. Namizədlərdən 1 254 nəfər yarımfinala, 488 nəfər finala yüksəlib, 116 nəfər isə qalib olub.

Statistikaya əsasən, iştirakçıların 30,45 faizini qadınlar, 69,55 faizini kişilər təşkil edir. Qaliblərin isə 55,63 faizi dövlət, 34,51 faizi özəl sektor, 6,34 faizi beynəlxalq qurumlar, 3,52 faizi isə qeyri-hökumət təşkilatlarının nümayəndələridir.

Cari mövsümdə də qeydiyyat fəallıqla davam edir. İştirakçıların 7 mindən çoxu kişi, 2 mindən çoxu qadındır. Həmçinin əvvəlki mövsümlərdə iştirak edənlərlə ilk dəfə müraciət edənlərin sayı arasında yaxınlıq müşahidə olunur ki, bu da müsabiqəyə marağın davamlı olduğunu göstərir.

Bildirilib ki, müsabiqə çərçivəsində iştirakçıların yalnız nəzəri bilikləri deyil, analitik düşüncə, qərarvermə, liderlik və komanda idarəetməsi bacarıqları da qiymətləndirilir.

Qaliblər üçün nəzərdə tutulan mentorluq proqramı, fərdi inkişaf planları və real layihələrdə iştirak imkanları onların peşəkar inkişafını dəstəkləyir. Artıq 80-dən çox qalib müxtəlif dövlət və özəl qurumlarda məsul vəzifələrə təyinat alıb.

Qeyd edək ki, VI "Yüksəliş" müsabiqəsi üzrə qeydiyyat martın 6-da başlayıb və aprelin 16-dək davam edəcək. Müsabiqədə iştirak etmək istəyən şəxslər Azərbaycan vətəndaşı olmalı, 21–51 yaş aralığında, ali təhsilli və minimum iki illik idarəetmə təcrübəsinə malik olmalıdırlar.

Azərbaycan Nyu-York Milli BMT Modeli Konfransında təmsil olunub

Kaliforniya Dövlət Universitetinin bir qrup tələbəsi dünyanın ən qədim və böyük universitetlərarası BMT Modeli konfransı olan illik Nyu-York Milli BMT Modeli Konfransında Azərbaycanı təmsil edib.

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının BMT yanındakı Daimi Nümayəndəliyinin "X"dəki hesabında məlumat yayılıb.

Bildirilib ki, Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyində həmin tələbələr üçün diplomatik brifinq keçirilib:

"Tələbələrə mükəmməl araşdırma və hazırlıqlarına görə minnətdarıq və onların Azərbaycanı təmsil etmə tərzindən qürur duyuruq", - məlumatda qeyd olunub.

Şamaxı Avropa liseyi zəruri avadanlıq və əyani vəsaitlərlə təchiz edilib

Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş Şamaxı Avropa liseyi zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə təchiz olunub.

"Report"un Şamaxıya ezam olunan əməkdaşının xəbərinə görə, bu barədə jurnalistlərə Prezidentin izi ilə rayona təşkil edilən mediatur çərçivəsində məlumat verilib.

Bildirilib ki, Avropa liseyinin yerləşdiyi əvvəlki bina 1937-ci ildə inşa edilmişdi. Təhsil müəssisəsinin 1987-ci ildə yenidən qurulan binası isə ötən müddətdə istifadəyə yararsız hala düşdüyündən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yeni lisey binası inşa olunub.

Diqqətə çatdırılıb ki, üç və dördmərtəbəli 7 korpusdan ibarət 1200 şagird yerlik bu təhsil müəssisəsi rayonun ən böyük məktəblərindəndir. Lisey zəruri mebel və avadanlıqla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə təchiz edilib.

Burada 50-dən çox sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, informatika və STEAM, hərbi təlim, tibb və əmək təlimi otaqları, kitabxana, yeməkxana, akt və idman zalları, həmçinin açıq idman meydançası yaradılıb.

Liseyin yeni binası Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramı çərçivəsində inşa olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev martın 23-də Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib.

Dövlət qulluğuna aid vəzifələr üzrə imtahan keçirilib

Dövlət İmtahan Mərkəzi (DİM) dövlət qulluğu vəzifələrinin A və B növünə aid vəzifə qrupları üzrə test imtahanı keçirib.

"Report" xəbər verir ki, bu barədə DİM məlumat yayıb.

"İmtahan saat 10:00 və 16:00 olmaqla iki növbədə kompüterlər vasitəsilə 3 saat müddətində aparılıb",- məlumatda bildirilib və əlavə edilib ki, namizədlər imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin DİM-in saytına da yerləşdiriləcək.

Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlər sertifikatı əldə etmək üçün martın 16-dan aprelin 7-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:

- ali təhsil haqqında sənədin surəti;

- əmək kitabçasının surəti (olduğu halda).

Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.

İmtahanların nəticələri ilə bağlı Apellyasiya Komissiyası 16, 17 və 18 mart tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzinin əsas inzibati binasında fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsi, 299.

Bu gün buraxılış imtahanı keçirilib, dörd nəfərdə mobil telefon aşkarlanıb - YENİLƏNİB

Martın 15-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 267 imtahan binası, 4645 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 267 ümumi imtahan rəhbəri, 767 imtahan rəhbəri, 5776 nəzarətçi, 807 buraxılışı rejimi əməkdaşı (mühafizə), 267 bina nümayəndəsi ayrılıb.

İmtahanda 67 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.

Bu gün saat 15:30-da DİM-in "Youtube" kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanda istifadə olunmuş test tapşırıqları ilə bağlı izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq. Şagirdlər onları maraqlandıran sualları canlı yayımın şərh bölməsinə yaza bilərlər.

Martın 16-dan etibarən DİM-də imtahan protokolları və cavab vərəqlərinin emalına başlanılacaq.

İlkin məlumatlara əsasən, 4 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.

İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 7 həftə ərzində elan olunması nəzərdə tutulur.

İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahının elektron versiyasını (pdf formasında), həmçinin etalon cavabları canlı yayımdan sonra DİM-in sosial şəbəkə hesablarından əldə edə biləcəklər.

Bu gün 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək.

Bu barədə "Report"a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, DİM tərəfindən Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Yasamal rayonları, Abşeron (II hissə), Sumqayıt (II hissə), Gəncə (II hissə), Mingəçevir, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Göyçay, Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Masallı, Astara, Yardımlı, Lerik, Ağcabədi, Beyləqan, Ağdam (o cümlədən Xıdırlı, Kəngərli kənd tam orta məktəbləri), Xocalı (Şəhər 1 nömrəli və Ballıca kənd orta məktəbləri), Xankəndi (Şəhər 4 nömrəli məktəb), Şuşa (Şəhər 1 nömrəli məktəb), Laçın (Şəhər 2 nömrəli tam orta məktəb, Zabux və Sus kənd tam orta məktəbləri), Kəlbəcər (Şəhər 1 nömrəli tam orta məktəb), Qax, Balakən, Zaqatala, Quba, Xızı, Qusarda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Bakı şəhəri üzrə xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi gürcü dilində olan məktəblərdə təhsil alanlar da imtahan verirlər.

İmtahan saat 11:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

İmtahan iştirakçıları "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə DİM-in saytından martın 5-dən etibarən çap edib götürə biliblər.

Qeyd edək ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 267 imtahan binası, 4 645 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 267 ümumi imtahan rəhbəri, 767 imtahan rəhbəri, 5 776 nəzarətçi, 807 buraxılışı rejimi əməkdaşı (mühafizə), 267 bina nümayəndəsi ayrılıb.

Bugünkü imtahanda 62 033 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanda 67 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İmtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilib. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilib və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib.

Hökumət Bakıdakı universitetlərin köçürülməsi istiqamətində təhlillər aparılmasını təklif edir

Bakıdakı universitetlərin köçürülməsi və ya bölgələrdə yeni ali təhsil müəssisələrinin açılması istiqamətində təhlillər aparılmalıdır.

"Report" xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2025-ci il üzrə hesabatında öz əksini tapıb.

Sənəddə Xankəndidə fəaliyyət göstərən Qarabağ Universiteti nümunə kimi çəkilərək digər bölgələrdə də bu modeldən istifadə edilməsi təklif olunub:

"Bunun üçün Bakıdakı universitetlərin köçürülməsi və ya bölgələrdə yeni ali təhsil müəssisələrinin açılması istiqamətində təhlillər aparılmalıdır. Əsas odur ki, yerlərdə təhsil mühiti və sosial həyat olduqda insanlar axınla bölgələrə gedəcəklər, çünki paytaxtdakı tıxaclarda insanların nə qədər əziyyət çəkdiyini hamı gündəlik həyatında müşahidə edir".

Hesabatda həmçinin Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən və Elm və Təhsil Nazirliyinin tabeliyində olan liseyin bazasında logistika və innovativ ixtisasların tədris edilməsinə imkan verən müasir ali təhsil ocağının yaradılması təklif edilir:

"Hazırda Bakı şəhərində fəaliyyət göstərən bir sıra ali təhsil müəssisələrində qeyd edilən ixtisaslar üzrə geniş tədris proqramları istifadə edilməkdədir. Bakı şəhəri və paytaxt ətrafı ərazilərdə kifayət qədər ali təhsil müəssisələri fəaliyyət göstərdiyi üçün bəzi hallarda şəhərin nəqliyyat, kommunal və digər infrastruktur sahələrinin həddindən çox yüklənməsinə səbəb olur. Bu baxımdan Bakı şəhəri və onun inzibati ərazisinə daxil olan yaşayış məntəqələrində yeni ali təhsil müəssisəsinin yaradılması hazırda məqsədəuyğun hesab edilmir. Ələt qəsəbəsi nəqliyyat qovşaqlarında yerləşən məkan olduğuna görə həmin bazada təhsil müəssisəsinin açılması böyük fayda verə bilər".

Avrasiya Patent İdarəsi Azərbaycandan ilk ixtira və iddia sənədini qeydiyyata alıb

Avrasiya Patent İdarəsi (APİ) Azərbaycandan ilk ixtira və iddia sənədini qeydiyyata alıb.

Bu barədə "Report"a Əqli Mülkiyyət Agentliyindən məlumat verilib.

Bildirilib ki, artıq Azərbaycandan olan iddiaçılar artıq istənilən ixtira və ya sənaye nümunəsi üçün sənədlərini Avrasiya Patent İdarəsinə (APİ) elektron formada təqdim edə bilirlər.

APİ Avrasiya iddia sənədlərinin təqdim edilməsi üçün yeni yaradılan elektron xidmətindən istifadə olunmaqla Əqli Mülkiyyət Agentliyindən ilk müraciəti qəbul edib.

Bildirilib ki, milli prioritetə malik ixtira üçün Avrasiya iddia sənədi həmin gün Azərbaycan iddiaçıları tərəfindən PƏNAH milli elektron sisteminə inteqrasiya olunmuş Avrasiya iddia sənədlərinin elektron xidməti vasitəsilə təqdim edilib. Agentlikdə müvafiq yoxlamalardan keçdikdən sonra iddia sənədi avtomatik olaraq APİ-nə ötürülüb və idarənin daxili informasiya sistemlərində uğurla qeydiyyata alınıb.

Beləliklə, APİ-nin dəstəyi ilə Agentlikdə həyata keçirilən pilot layihəsi çərçivəsində yeni rəqəmsal xidmətin praktik tətbiqinə başlanılıb. Artıq Azərbaycandan olan iddiaçılar istənilən ixtira və ya sənaye nümunəsi üçün Avrasiya iddia sənədini APİ-nə elektron formada təqdim edə bilərlər.

Yeni xidmətin əsas xüsusiyyəti sistemlərarası inteqrasiya texnologiyasının geniş istifadəsidir: Agentliyin və APİ-nin informasiya sistemləri arasında onlayn formada əlaqə yaradılır və operatorun nəzarəti altında məlumat və elektron sənədlərin mübadiləsi aparılır. Bu xidmət materialların ötürülməsi üçün tələb olunan vaxtı minimuma endirir, yarana biləcək texniki səhvlərin qarşısını alır.

Avrasiya Patent Təşkilatının üzv-dövlətlərinin milli patent idarələri vasitəsilə Avrasiya iddia sənədlərinin elektron formada verilməsinin həyata keçirilməsi sənaye mülkiyyəti sahəsində vahid Avrasiya informasiya və patent məkanının qurulması çərçivəsində əsas informasiya texnologiyaları layihələrindən biridir.

Magistraturaya qəbulun yekun nəticələri açıqlanıb, bir nəfər 96 bal toplayıb

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 15 fevral 2026-cı il tarixində keçirilmiş qəbul imtahanının (I cəhd) yekun nəticələrini elan edib.

Xatırladaq ki, imtahanının qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqlar (95 tapşırıq) üzrə nəticələri fevralın 17-də olan olunub. Hazırda isə xarici dil fənləri üzrə esse tapşırıqlarının nəticələri daxil olmaqla yekun imtahan balı təqdim olunub. İştirakçılar qapalı və kodlaşdırıla bilən tapşırıqlar üzrə 95, esse üzrə isə 5 olmaqla, ümumilikdə 100 bal toplaya bilərlər.

Bakalavrlar yekun imtahan balı ilə buradan tanış ola bilərlər. Yekun nəticələr haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə də öyrənmək mümkündür.

İmtahanda 1 nəfər 96 bal toplamaqla iştirakçılar arasında ən yüksək nəticəni göstərib.

Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar.

İxtisaslaşma seçimi "Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli" ilə tənzimlənir (həmin cədvəl "Magistr" jurnalının növbəti sayında dərc ediləcək).

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən 17 mart 2026-cı il tarixindən etibarən telefon əlaqəsi vasitəsilə apellyasiya prosesi təşkil ediləcək.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 13 mart saat 10:00-dan 15 mart saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir bakalavrın ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Öncədən məlumat verildiyi kimi, yalnız tapşırıqların məzmunu və yazı işi ilə bağlı müraciətlər nəzərə alınacaq.

Cavab kartındakı mәlumatlar optik qurğu vasitәsilә oxunduğu üçün təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərə (məsələn qapalı sualda iki dairənin qaralanması və s.) baxılmayacaq.

Bakalavrların nəzərinə çatdırırıq ki, magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat 1 – 14 aprel 2026-cı il tarixlərində aparılacaq. İmtahan isə mayın 17-də keçiriləcək.

MƏLUMAT YENİLƏNİR...


Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək

Bazar günü 62 mindən çox şagird üçün buraxılış imtahanı keçiriləcək.

BU barədə "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, DİM tərəfindən martın 15-də Bakı şəhərinin Qaradağ, Binəqədi, Xətai, Suraxanı, Yasamal rayonları, Abşeron (II hissə), Sumqayıt (II hissə), Gəncə (II hissə), Mingəçevir, Samux, Göygöl, Daşkəsən, Gədəbəy, Qazax, Tovuz, Sabirabad, Saatlı, İmişli, Biləsuvar, Göyçay, Şamaxı, Qobustan, İsmayıllı, Ağsu, Masallı, Astara, Yardımlı, Lerik, Ağcabədi, Beyləqan, Ağdam (o cümlədən Xıdırlı, Kəngərli kənd tam orta məktəbləri), Xocalı (Şəhər 1 nömrəli və Ballıca kənd orta məktəbləri), Xankəndi (Şəhər 4 nömrəli məktəb), Şuşa (Şəhər 1 nömrəli məktəb), Laçın (Şəhər 2 nömrəli tam orta məktəb, Zabux və Sus kənd tam orta məktəbləri), Kəlbəcər (Şəhər 1 nömrəli tam orta məktəb), Qax, Balakən, Zaqatala, Quba, Xızı, Qusarda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Martın 15-də Bakı şəhəri üzrə xüsusi məktəblərdə (internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər), tədrisi gürcü dilində olan məktəblərdə təhsil alanlar da imtahan verirlər.

İmtahan saat 11:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

İmtahan iştirakçıları "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə DİM-in saytından martın 5-dən etibarən çap edib götürə bilirlər.

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 267 imtahan binası, 4645 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 267 ümumi imtahan rəhbəri, 767 imtahan rəhbəri, 5776 nəzarətçi, 807 buraxılışı rejimi əməkdaşı (mühafizə), 267 bina nümayəndəsi ayrılıb.

Martın 15-də keçiriləcək imtahanda 62033 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanda 67 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

Sumqayıtda 23 nömrəli orta məktəbə lisey statusu verilib

Sumqayıt şəhər 23 nömrəli tam orta ümumtəhsil məktəbinin tipi dəyişdirilərək 23 nömrəli texniki fənlər təmayüllü lisey statusu verilib.

Bu barədə "Report"un yerli bürosuna Abşeron-Xızı Regional Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, liseyə I sinfə qəbul və şagird yerdəyişməsi dayandırılıb. Şagird qəbulu yalnız VII sinifdən etibarən və mərkəzləşdirilmiş imtahanın nəticələrinə əsasən həyata keçiriləcək.

Emin Əmrullayev Şuşada tədris prosesini izləyib

Martın 11-də elm və təhsil naziri Emin Əmrullayev Şuşa şəhəri 1 nömrəli tam orta məktəbdə olub.

Bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazir məktəbdə yaradılmış şərait və tədris prosesi ilə yaxından tanış olub, dərsləri izləyib, müəllim və şagird kollektivi ilə fikir mübadiləsi aparıb.

Daha sonra məktəbin STEAM mərkəzinə baxış keçirilib. Nazir şagirdlərin hazırladıqları layihələrlə tanış olub, onların innovativ ideyalarını dinləyib və bu istiqamətdə əldə etdikləri nailiyyətləri yüksək dəyərləndirib.

Sonda şagirdlərin ifasında Novruz bayramına həsr olunmuş şənlik proqramı təqdim edilib.

"Atropatena – Adorbayqan adlı dövlətin yaranması"  kitabının təqdimatı keçirilib

"Atropatena – Adorbayqan adlı dövlətin yaranması" kitabının təqdimatı keçirilib.

"Report" xəbər verir ki, kitabın müəllifi diplomat, tarixçi-alim, Azərbaycanın keçmiş xarici işlər naziri Həsən Həsənovdur.

Təqdim olunan nəşrdə Azərbaycanın qədim dövlətçilik tarixinin mühüm mərhələlərindən biri olan Atropatena/Adorbayqan adlı ölkənin yaranmasından öncə olan hadisələr, ölkənin mənşəyi və sərhədlərinin müəyyənləşdirilməsi, ölkənin yaranmasından sonra baş verən hadisələr qədim mənbələrə və tarixi faktlara istinad edilərək oxucu kütləsinə çatdırılıb.

Təqdimat mərasimində çıxış edən müəllif kitabın elmi və tarixi əhəmiyyəti, nəşrin hazırlanma prosesi və əsas elmi tezisləri haqqında qonaqlara ətraflı məlumat verib.

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə baş tutan tədbirin yekununda kitabın imzalanma mərasimi keçirilib və qonaqlar müəlliflə xatirə şəkilləri çəkdiriblər.

Dövlət qulluqçusu olmaq istəyən 1600-dən çox namizəd imtahan verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 15 mart 2026-cı il tarixində dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər vəzifələr) aid AB və AC altqruplarına və dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid BA və BB altqruplarına uyğun vəzifələr üzrə test imtahanları keçiriləcək.

Bu barədə "Report"a DİM-dən məlumat verilib.

Bildirilib ki, imtahanlar saat 10:00-da və 16:00-da başlanır. Müvafiq olaraq saat 09:45-dən və 15:45-dən sonra gələn namizədlər imtahana buraxılmırlar. Namizədlərin imtahana buraxılış vərəqələrində imtahan yeri, vaxtı, binası, imtahana gəlməli olan saat və digər zəruri məlumatlar göstərilib.

İmtahanlara qeydiyyat 2026-cı il fevralın 10-dan martın 1-dək aparılıb və bu müddət ərzində 1689 namizəd ərizə təqdim edib.

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edə bilərlər.

Namizədlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- "İmtahana buraxılış vərəqəsi".

İmtahanlar elektron formada kompüterlər vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 2 binada təşkil olunacaq. İmtahanların keçirilməsi üçün 2 ümumi imtahan rəhbəri, 20 zal admini, 112 nəzarətçi və 16 buraxılış rejimi əməkdaşı ayrılıb.

Həsən Həsənov: Gənclərin sadə tarixi biliklərə yiyələnməsi çox önəmlidir

Tarixi bütövlükdə bilmək mütəxəssislərin işidir, amma gənclərin sadə tarixi biliklərə yiyələnməsi çox önəmlidir.

"Report" xəbər verir ki, bunu tarix elmləri doktoru, "Atropatena – Adorbayqan adlı dövlətin yaranması" kitabının müəllifi Həsən Həsənov kitabın rəsmi təqdimat mərasimi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, son zamanlar Azərbaycan tarixi ilə əlaqədar son monumental əsərlər yazılsa da gənclər üçün bu əsərlərdən əlavə olaraq broşür şəklində də kitabların buraxılması tarixin asanlıqla mənimsənilməsinə kömək olacaq:

"Kitabda Atropatena dövləti necə yaranıb, hansı xalq tərəfindən yaradılıb, hansı tarixi şəraitdə yaranıb - bu məqamlara toxunulub".

Emin Əmrullayev işğaldan azad olunmuş ərazilərdə çalışan müəllimlərlə görüşüb

Elm və Təhsil naziri Emin Əmrullayev martın 10-da Ağdam şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən təhsil müəssisələrinin müəllimləri ilə görüş keçirib.

"Report" xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Görüşdə yaradılmış təhsil infrastrukturu və qarşıda duran əsas vəzifələr, eyni zamanda tədrisin keyfiyyəti, innovativ tədris metodlarının tətbiqi və müasir təhsil proqramlarının uğurla icrası ilə bağlı vacib məqamlar müzakirə olunub.

Sonda qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdə keyfiyyətli və dayanıqlı təhsil mühitinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər bundan sonra da davam etdiriləcək.

Görüşdən sonra Ağdam şəhəri 1 nömrəli tam orta ümumtəhsil məktəbində yaradılmış şərait, eləcə də STEAM mərkəzi ilə tanışlıq olub.

Azad Mirzəcanzadə inkişaf proqramının növbəti qalibləri elan olunub

İnnovativ və sosial əhəmiyyətli təşəbbüslərin, liderlik kompetensiyalarının, layihə düşüncəsinin və icra bacarıqlarının gücləndirilməsinə yönəlmiş Azad Mirzəcanzadə inkişaf proqramının üçüncü dalğasının qalibləri elan edilib.

"Report" xəbər verir ki, inkişaf proqramına ümumilikdə 196 fərdi və 53 komanda olmaqla 249 müraciət daxil olub. Bunlardan müsabiqə mərhələsinə seçilmiş 60 layihədən 10 layihə qalib olub.

Bu layihələr texnologiya, təhsil, aqroinnovasiya, ekologiya, mədəniyyət, sosial və elmi tədqiqatlar üzrə həlləri əhatə edir:

Labrix (Mübariz Hüseynzadə, Aysu Məhərrəmova) - kimya laboratoriyaları üçün robotlaşdırılmış qol: riskli əməliyyatları avtomatlaşdıraraq təhlükəsizliyi, dəqiqliyi və proseslərin sabitliyini artırır.

NI – Təbii intellekt (Aqnessa Tariverdiyeva, Ramil Əliyev, Firəngiz Ağalarova, Nərgiz Əsgərova, Ramil Məmmədli, Emin Mathers, Lenay Seidəli-zadə) - elm və müasir incəsənətin kəsişməsində rəqəmsal, multimedia və NFT formatlarında sərgi.

Agrosphere (Bayram Süleymanov, Xanlar İsmayılov, Tacir İsbatov və Əbdüləzim Talıbov) - fermerlər üçün analitik platforma: diaqnostika, torpaq və suvarma analizləri, gübrə və bitki mühafizə vasitələri üzrə tövsiyələr, regionlarda maarifləndirici tədbirlər.

SƏDA (Ceyhun Adıgözəlli, Aysu Adıgözəlli) - nişanlılar və evliliyin ilk 5 ilində olan cütlüklər üçün tədris paketi: sağlam ünsiyyət, empatiya və ailə büdcəsinin idarə edilməsi bacarıqlarını inkişaf etdirir.

Bir ekran ümid (İsmayıl Faxtiyev) - ucqar kəndlərdə uşaqlar üçün səyyar kino nümayişləri: mədəniyyətə bərabər çıxışın təşviqi və sosial aktivliyin artırılması.

Yeni Başlanğıc (Yusif Şərifli) - Ağstafa rayonunda veteranların əmək bazarına adaptasiyası üçün 3 mərhələli model: motivasiya təlimləri və usta yanında praktiki hazırlıq.

Exaimens (Əli Qulamov) – süni intellekt əsaslı öyrənmə platforması: kartlar, fokus sistemi, gündəlik testlər və icma dəstəyi ilə ölçülə bilən böyümə və istifadəçi saxlanması hədəflərini nəzərdə tutur.

ServiX Engineering (Emin Allahverdi, Hüseyn Əliyev) - elektrik və avtomatika üzrə praktiki təlim qrupları, həmçinin təcrübə və işə qəbul prosesinə hazırlıq.

EcoBin (Nicat Həsənov) - inteqrə olunmuş ekoloji həll: günəş enerjisi, üzvi tullantıların komposta çevrilməsi, suyun təmizlənməsi və Əşyalar İnterneti/Sİ ilə ağıllı suvarma.

PaleoKarabakh: 3D modeling and QGIS Project (İlkin Rzayev) - Qarabağ regionunun Paleolit irsinin rəqəmsal sənədləşdirilməsi və qorunması: fotogrammetriya, QGIS xəritələşdirmə və 3D modelləşdirmə ilə həyata keçirilir.

Üçüncü dalğanın qalibləri arasında Bakı ilə yanaşı, Gəncə, Qəbələ, İsmayıllı, Ağstafa və Xankəndidən olan iştirakçılar yer alıb.

Azad Mirzəcanzadə inkişaf proqramı çərçivəsində üçüncü dalğanın hər bir qalibi 5.000 manatadək maliyyə dəstəyi qazanıb. Eyni zamanda qaliblərə layihələrinin daha düzgün planlaşdırılması və dayanıqlı icrası üçün peşəkar və praktik tövsiyələr təqdim olunacaq, təşəbbüslərin həyata keçirilməsi prosesində texniki dəstək göstəriləcək.

Azad Mirzəcanzadə İnkişaf Proqramı bundan sonra da dəyərlərə əsaslanan yanaşma ilə insan kapitalının inkişafına fokuslanaraq, 18–35 yaş aralığında olan Azərbaycan vətəndaşlarının potensialını gücləndirməyi, liderlik qabiliyyətinin və real ictimai dəyər yaradacaq təşəbbüslərin formalaşmasını dəstəkləməyi hədəfləyir.

Elm və təhsil naziri Xankəndi və Xocalıda təhsil müəssisələrində oldu - <span style="color: #ff0000;">FOTOLAR</span>

Martın 10-da elm və təhsil naziri Emin Əmrullayev Xankəndi və Xocalı şəhərlərinə səfəri çərçivəsində bir sıra təhsil müəssisələrində tədris prosesi və yaradılmış şəraitlə yaxından tanış olub.
 
Moderator.az xəbər verir ki, nazir ilk olaraq Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində yerləşən 1 nömrəli tam orta məktəbdə olub. Məktəbdə dərs prosesini izləyən nazir burada yaradılan müasir tədris mühiti ilə tanış olub, müəllim və şagirdlərlə söhbət edib. 
 
Görüş zamanı işğaldan azad olunmuş ərazilərdə məktəblərin fəaliyyətinin bərpası, müasir infrastrukturun yaradılması və keyfiyyətli təhsil mühitinin formalaşdırılması istiqamətində ardıcıl və sistemli işlər həyata keçirildiyi vurğulanıb. 
 
Səfər çərçivəsində nazir Xankəndi şəhəri 1 nömrəli körpələr evi-uşaq bağçasında da olub. Bağçada təlim-tərbiyə prosesinin təşkili ilə tanış olan nazir həmçinin uşaqların iştirakı ilə təşkil olunan Novruz şənliyini izləyib. 
 
Daha sonra nazir Xocalı şəhəri 1 nömrəli tam orta məktəbdə tədris prosesini izləyib, müəllim və şagird kollektivi ilə görüşüb, burada yaradılmış şəraitlə tanış olub.
 
Səfər çərçivəsində Emin Əmrullayev Xocalı şəhəri 1 nömrəli tam orta məktəbin Uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçısı Nazilə Məmişovanın ailəsini də ziyarət edib. Bildirilib ki, Nazilə Məmişovanın atası və qardaşı Vətən uğrunda şəhid olublar. Nazir görüş zamanı şəhidlərin xatirəsinin hər zaman böyük ehtiramla yad edildiyini və onların Vətən uğrunda göstərdiyi qəhrəmanlığın heç vaxt unudulmayacağını vurğulayıb.

DİM buraxılış imtahanında sualların çətin tərtib olunması məsələsinə aydınlıq gətirib

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış və qəbul imtahanlarının məzmunu müəyyən edilərkən istinad etdiyi metodiki çərçivə çox aydın və birmənalıdır - bunlar hazırda ölkəmizdə qüvvədə olan təhsil proqramı, dərsliklər və onların əsasında hazırlanmış buraxılış imtahanı proqramlarıdır.
 
Moderator.az bildiri ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
 
Bildirilib ki, imtahanların məzmunu hazırlanarkən qeyd olunanlar nəzərə alınır.
 
DİM tapşırıqların mürəkkəblik dərəcəsinə də toxunub. Qeyd edilib ki, hər bir imtahanda müxtəlif hazırlıq səviyyəsinə malik iştirakçıları bir-birindən fərqləndirmək üçün bütün fənlər üzrə test blokunda asan, orta və çətin test tapşırıqlarından istifadə edilir:
 
"Çünki imtahanda yalnız zəif və orta hazırlıqlı abituriyent deyil, yaxşı hazırlıqlı iştirakçıları da bir-birindən fərqləndirmək tələb olunur. Ümumiyyətlə, imtahanın asan və ya çətin olması nisbi bir məsələdir. İmtahan iştirakçısının hazırlıq səviyyəsinə görə bu, əlbəttə, dəyişir. Hər hansı bir tapşırıq kimə görəsə çətin, kimə görəsə asan ola bilər. Ancaq ənənəvi təhlillər göstərir ki, test tapşırıqlarının çətin olması ilə bağlı bəzi iştirakçılar tərəfindən səsləndirilən mülahizələr həqiqətə uyğun olmur. İmtahanın mürəkkəblik dərəcəsi sosial şəbəkələrdə yazılanlara əsasən müəyyən edilmir. Burada, əsasən, hər imtahandan sonra zəif hazırlıqlı iştirakçılar yazırlar. Bu, hər il təkrarlanır.
 
Hazırda yekun imtahan nəticələri elan olunmayıb. Ona görə də heç kəs konkret fikir söyləyə bilməz. Nəticələr elan olunduqdan sonra lazımi göstəricilər ictimaiyyətə təqdim olunur. Həmin vaxt biz görürük ki, imtahan normal olub və iştirakçıların bilik səviyyələrinə uyğun normal sıralaması həyata keçirilib.
 
Əvvəlki illərin imtahan nəticələrinin elmi-statistik təhlili ilə mərkəzin saytında "Abituriyent" jurnalının 12 saylı buraxılışında tanış ola bilərsiniz.
 
DİM imtahanlardan dərhal sonra bütün tapşırıqları və onların izahını da mərkəzin saytına və sosial şəbəkə hesablarına yerləşdirir. İmtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqları ilə tanış ola bilirlər. Sual kitabçaları da imtahan iştirakçılarına verilir. Bütün bunlar imtahanının məzmununun ictimaiyyət üçün nə qədər açıq olmasının bariz göstəricisidir", - deyə məlumatda vurğulanıb.
 
Qeyd edək ki, DİM martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib. İlkin məlumatlara əsasən, 9 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. Qeyd olunan hallar protokollaşdırılıb və araşdırma aparılır.
 

Qeyri-ciddi hazırlaşan abituriyentə<span style="color: #ff0000;"> suallar çətin gəlir</span>

Dünən keçirilən XI siniflərin buraxılış imtahanı ilə bağlı narazılıqlar səsləndirilir. Abituriyentlər xüsusən Azərbaycan dili fənnindən sualların həddindən çox çətin və vaxt aparan olduğunu, hətta proqrama uyğun olmadığını söyləyirlər. Təsüdüfi deyil ki, imtahandan sonra halı pisləşən, ağlayan abituyentlər də kifayət qədər idi.
 
Bəs görəsən, suallar həqiqətən də çətin imiş? DİM-in proqramından kənar suallar salınıb?
 
Təhsil eksperti Elçin Əfəndi (Əfəndiyev) Lent.az-a açıqlamasında bildirib ki, qeyri-ciddi hazırlaşan abituriyentlər üçün sualların çətinlik səviyyəsi çox olub:
 
“Bəzi repetitor müəllimlər və abituriyentlər dünənki buraxılış imtahan suallarının çətinliyi ilə bağlı fikirlər söyləyirlər. Çoxları elə fikirləşir ki, Dövlət İmtahan Mərkəzi imtahana məhz mövcud test bazarındakı (test topluları. test banklar, digər vəsaitlər) sualları salacaq, bu doğru yanaşma deyil. DİM hər il bazanı yeniləyir, hər dəfə yeni suallar təqdim edir, yaxud köhnə sualların üzərində müəyyən dəyişikliklər edir. Bu o demək deyil ki, təqdim olunan suallar bütünlükdə tədris proqramından kənardır. Hətta dünənki imtahana aşağı siniflərdə keçilən, ev tapşırığı kimi təqdim olunan məsələlər belə, təkmilləşdirilərək salınmışdı.
 
DİM-in təqdim etdiyi proqramdan, o cümlədən Elm və Təhsil Nazirliyinin tam orta təhsil müəssisələri üçün nəzərdə tutulan tədris proqramından kənar hər hansısa sual imtahanda yox idi. Proqramda olmayan mövzulardan suallar salınmayıb. Məntiqi və düşünməyə bir qədər vaxt sərf olunan suallar ola bilər. Bu isə qeyri-ciddi hazırlaşan abituriyentlər üçün çətinlik səviyyəsinin artması deməkdir.
 
İmtahan sualları həmişəki kimi sadə, orta və çətin kateqoriyaya aid idi. Bu il imtahan verən abituriyentlər 2 il bundan əvvəl IX sinif buraxılış imtahanı vermişdilər. Həmin məzunların 26 nəfəri maksimum - 300 bal toplamışdı. Dünənki imtahanda isə 58 mindən çox abituriyent imtahanda iştirak etmişdi. Onların arasında imtahan suallarından narazılıq edənlər də, asan olduğunu deyənlər də olacaq.
 
Biz hazırlıqlı, məsuliyyətli bir sıra abituriyentlərlə sorğu aparmışıq. Onlar bildirirlər ki, xarici dil sualları çox asan idi, Azərbaycan dili də normal idi, lakin riyaziyyatda bəzi açıq suallarla bağlı tərəddüdlər var. Ümumilikdə isə sualları cavablandıra biliblər.
 
Bölgələrdə dinləmə mətinlərində dinləmə mətinləri ilə bağlı müəyyən texniki nasazlıqların olmasını, nəzarətçinin saatı bildirməməsini bildirirlər. Ümumilikdə isə imtahan tam normal qaydasında keçib, hər hansısa sualda nə elmi, nə də texniki xəta olub. Hər il imtahandan sonra eyni fikir səsləndirilir - suallar çətin idi, yaza bilmədik. Xüsusən də bu fikirlər ilk imtahanda söylənilir. İmtahan olub, bitib. Nəticələr emal olunur, aprelin 26-na kimi nəticələr elan olunacaq. Növbəti imtahan martın 15-dir. Abituriyentlər ciddi hazırlaşsınlar, dünənki suallarla tanış olsunlar ki, sonra çətinlik çəkməsinlər”.
 
Həmçinin DİM-dən Lent.az-a bildirilib ki, imtahanın asan və ya çətin olması nisbi bir məsələdir:
 
“Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış qəbul imtahanlarının məzmunu müəyyən edilərkən istinad etdiyi metodiki çərçivə çox aydın və birmənalıdır – bunlar hazırda ölkəmizdə qüvvədə olan təhsil proqramı, dərsliklər və onların əsasında hazırlanmış buraxılış imtahanı proqramlarıdır. İmtahanların məzmunu hazırlanarkən qeyd olunanlar nəzərə alınır. Tapşırıqların mürəkkəblik dərəcəsinə gəldikdə isə ümumi qayda belədir ki, hər bir imtahanda müxtəlif hazırlıq səviyyəsinə malik iştirakçıları bir-birindən fərqləndirmək üçün bütün fənlər üzrə test blokunda asan, orta və çətin test tapşırıqlarından istifadə edilir. Çünki imtahanda yalnız zəif və orta hazırlıqlı abituriyent deyil, yaxşı hazırlıqlı iştirakçıları da bir-birindən fərqləndirmək tələb olunur. Ümumiyyətlə imtahanın asan və ya çətin olması nisbi bir məsələdir. İmtahan iştirakçısının hazırlıq səviyyəsinə görə bu, əlbəttə, dəyişir. Hər hansı bir tapşırıq kimə görəsə çətin, kimə görəsə asan ola bilər. Ancaq ənənəvi təhlillər göstərir ki, test tapşırıqlarının çətin olması ilə bağlı bəzi iştirakçılar tərəfindən səsləndirilən mülahizələr həqiqətə uyğun olmur. Hazırda yekun imtahan nəticələri elan olunmayıb. Ona görə də heç kəs konkret fikir söyləyə bilməz. İmtahanın mürəkkəblik dərəcəsi sosial şəbəkələrdə yazılanlara əsasən müəyyən edilmir.
 
Nəticələr elan olunduqdan sonra lazımi göstəricilər ictimaiyyətə təqdim olunacaq”.
 

Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb

Ali təhsil müəssisələrinə, həmçinin tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu 6 mart saat 12:00-dək uzadılıb.

Bu abrədə "Report"a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ərizə qəbulunda həm cari, həm də əvvəlki illərin məzunları iştirak etməlidirlər.

Ali təhsil və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən bütün abituriyentlər Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifə­sin­də "Şəxsi kabinet" yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar), onun istifadəçi adı və parolundan istifadə etmək­lə DİM-in mü­va­fiq internet səhifəsinə daxil olub "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanı ilə buradan, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu elanı ilə isə buradan tanış ola bilərsiniz.

Qeyd edilib ki, ərizələrini Sənəd Qəbulu Komissiyalarında təsdiq etdirməli olan abituriyentlər 6 mart saat 12:00-dək müvafiq komissiyaya yaxınlaşmalıdırlar.

"Sabahın alimləri" XV Respublika layihə müsabiqəsinin milli final mərhələsinin qalibləri mükafatlandırılıb

"Sabahın alimləri" layihəsi yaradıcı və potensiallı gəncləri üzə çıxarmağa xidmət edir.

"Report" xəbər verir ki, bunu elm və təhsil nazirnin müavini Firudin Qurbanov "Sabahın alimləri" XV Respublika layihə müsabiqəsinin milli final mərhələsinin mükafatlandırma mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, layihənin əsas məqsədinin yaradıcı və potensiallı gəncləri üzə çıxarmaqdır.

Qeyd olunub ki, müsabiqəsinin tarixi 75 ilə yaxındır fəaliyyət göstərir və bu layihə uzun illərdir ABŞ-də keçirilir. Müsabiqə həmin ölkədə innovasiya və yaradıcı düşüncəyə əsaslanan elmi mühitin formalaşmasında mühüm rol oynayıb.

Layihə çərçivəsində 1500 nəfərdən çox şagird iştirak edib, 113 nəfər qalib seçilib. Ümumi 760 layihədən 61 layihə qalib olub.

F.Qurbanov əlavə edib ki, bu cür təşəbbüslər gənclərin xüsusilə süni intellekt və digər texnoloji sahələr üzrə bacarıqlarının inkişafına töhfə verir.

Qeyd edək ki, "Sabahın alimləri" müsabiqəsi ölkəmizdə 3-5 mart tarixi ərzində "Society for Science" təşkilatı tərəfindən təşkil olunub və Regeneron International Science and Engineering Fair (ISEF) çərçivəsində keçirilib.

V "TUSİ" İnkubasiya proqramına qeydiyyat davam edir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "İnnovasiyalar Mərkəzi" tərəfindən həyata keçirilən "Gələcək üçün bacarıqlar" layihəsinin V "TUSİ" inkubasiya proqramına qeydiyyat davam edir.

"Report" xəbər verir ki, əsas məqsəd innovasiya sahəsində kadr potensialının gücləndirilməsi, təhsildə innovativ fəaliyyətin təşviqi və tələbələrin startap ekosisteminə inteqrasiyasının təmin edilməsidir.

Layihə çərçivəsində gənclərin innovativ ideyalarının inkişafına əlverişli şərait yaradılır, onların ixtiraçılıq və startap fəaliyyətinə istiqamətləndirilməsi prioritet kimi müəyyən olunur. Proqram iştirakçılara ideyaların sistemli şəkildə formalaşdırılması, biznes modelinin qurulması, bazar araşdırması aparılması, məhsulun inkişafı və effektiv təqdimat bacarıqlarının əldə edilməsi üçün geniş imkanlar təqdim edir.

V "TUSİ" inkubasiya proqramı 10 əsas mövzu və 34 alt modulu əhatə edən intensiv təlim proqramı əsasında həyata keçirilir. Təlimlər praktiki yanaşma üzərində qurulub və iştirakçıların real startap ideyaları üzərində işləməsinə, innovasiya ekosisteminə daha effektiv inteqrasiya olunmasına şərait yaradır.

Proqramda iştirak etmək istəyən şəxslər bu linkə daxil olaraq müraciət formasını doldura bilərlər.

Qeydiyyat üçün son tarix 12 aprel 2026-cı ildir.

İnnovativ ideyaya sahib olan və onu real layihəyə çevirmək istəyən bütün tələbələr proqramda iştirak etməyə dəvət olunur.

2021-ci ildən bu günədək layihə çərçivəsində 18 ali təhsil müəssisəsi ilə əməkdaşlıq qurulub. Universitetlərdə hazırlanmış 130-dan çox mentora təlimlər keçirilib. 3 mindən çox tələbə tərəfindən 300-dən artıq startap ideyası təqdim olunub. Bunlardan 45 startap komandası seçilərək "Demo Day" tədbirlərində layihələrini investor və ekspertlərə təqdim ediblər.

"Gələcək üçün bacarıqlar" layihəsi çərçivəsində formalaşmış startaplardan 4-ü ümumilikdə 310 000 AZN həcmində investisiya cəlb edib.

İranın Naxçıvan aeroportuna dron hücumuna görə yaxınlıqdakı məktəblərdə tədris dayandırılıb - RƏSMİ

İranın Naxçıvan aeroportuna dron hücumu ilə əlaqədar hava limanına yaxın ərazidə yerləşən məktəblərdə müəllimlər və şagirdlər təxliyə edilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ərazidəki iki məktəb boşaldılıb:

"Təxliyə pedaqoji heyətin və şagirdlərin təhlükəsizliyi məqsədilə həyata keçirilib".

Qazax Milli Universitetinin heyəti Azərbaycandakı gənclər siyasəti barədə məlumatlandırılıb

"İslahatçı Gənclər" İctimai Birliyinin nümayəndə heyəti Qazaxıstana səfər çərçivəsində Almatı şəhərində Əl-Fərabi adına Qazax Milli Universitetini ziyarət edib.

"Report" xəbər verir ki, universitetin İdarə Heyətinin sədri – rektor Jansen Tuymebayev ilə keçirilən görüşdə iki ölkə arasında ali təhsil və gənclər sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Tərəflər akademik mobillik proqramları üzrə tələbə mübadiləsi, birgə elmi və tədris layihələrinin icrası, eləcə də forumlar, seminarlar, yay məktəbləri və təcrübə proqramlarının təşkili imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Rektor Jansen Tuymebayev beynəlxalq əməkdaşlığın genişləndirilməsinin universitetin fəaliyyətində prioritet istiqamətlərdən biri olduğunu vurğulayaraq, türk dünyası ölkələrinin gəncləri arasında əlaqələrin möhkəmləndirilməsinin strateji əhəmiyyət daşıdığını bildirib. Rektor Azərbaycana səfərlərini xatırladaraq, iki dost və qardaş ölkənin bütün istiqamətlərdə olduqca səmərəli əməkdaşlıq etdiyini vurğulayıb.

Fərid Şahbazlı çıxışında Azərbaycanda həyata keçirilən dövlət gənclər və təhsil siyasəti barədə ətraflı məlumat verib, son illərdə bu istiqamətdə reallaşdırılan proqram və islahatların nəticələrini diqqətə çatdırıb. O, Azərbaycan və Qazaxıstan universitetləri, eləcə də gəncləri arasında əməkdaşlığın böyük potensiala malik olduğunu qeyd edərək, mövcud imkanların sistemli və institusional çərçivədə inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Görüşün yekununda tərəflər qarşılıqlı faydalı əməkdaşlığın planlı şəkildə inkişaf etdirilməsi, konkret tədbirlər planının hazırlanması və müvafiq ikitərəfli sənədlərin rəsmiləşdirilməsi istiqamətində razılığa gəliblər.

"İslahatçı Gənclər" İctimai Birliyinin heyəti eyni zamanda universitetdəki Heydər Əliyev Mərkəzini ziyarət edərək fəaliyyəti ilə yaxından tanış olublar.

Jalə Bəhramova "Change the World Academy"nin Mərkəzi Asiya və Qafqaz regionu üzrə səfiri seçilib

Azərbaycanda beynəlxalq təhsil platformasının rəhbəri Jalə Bəhramova BMT nəzdində fəaliyyət göstərən "Change the World Academy"nin Mərkəzi Asiya və Qafqaz regionu üzrə səfiri seçilib.

"Report" xəbər verir ki, bu status "Shane Academy"nin direktoru Jalə Bayramovaya Mərkəzi Asiya və Qafqaz regionunda gənclərin inkişafı, təhsil imkanları və qlobal əməkdaşlıqların genişləndirilməsi istiqamətində fəaliyyət göstərməklə yanaşı, Azərbaycanı beynəlxalq təhsil və inkişaf platformalarında təmsil etməyə imkan yaradır.

Akademiya tələbələr arasında diplomatiya, liderlik, danışıqlar və beynəlxalq şəbəkələşmə bacarıqlarını inkişaf etdirməyə yönəlmiş qlobal miqyaslı nüfuzlu təşkilatdır. Bu platforma gənclərə beynəlxalq səhnəyə çıxmaq, öz ölkələrini təmsil etmək və gələcəyin qlobal liderləri olmaq üçün vacib bacarıqları inkişaf etdirməyə şərait yaradır.

Jalə Bayramovanın "Change the World Academy"nin səfiri seçilməsi Azərbaycanın beynəlxalq təhsil və diplomatiya sahəsində artan rolunun göstəricisi olmaqla yanaşı Azərbaycan qadınının qlobal platformalarda söz sahibi ola bilməsinin, diplomatiya və liderlik sahəsində aktiv rol almasının etirafıdır.

O, səfir kimi əsas missiyasının Azərbaycan, Qafqaz, Mərkəzi Asiya və Türk dünyasından olan tələbələrin beynəlxalq proqramlarda iştirak etməsi, ölkələrini qürurla təmsil etməsi və gələcəyin qlobal liderlərinə çevrilməsi olduğunu bildirib.

Azərbaycanlı tələbələrin beynəlxalq platformalarda iştirakının biliklə yanaşı onlara özünəinam, vizyon və liderlik bacarıqları aşıladığını qeyd edən "Change the World Academy"nin səfiri əsas məqsədinin ölkəmizin tanıdılması. gənclərimizin təhsil və beynəlxalq inkişafı üçün ən yaxşı imkanlara çıxışını təmin etməkdir.

Səfirin əsas strateji məqsədlərindən biri Bakını "Change the World Academy" platforması çərçivəsində Qafqaz və türkdilli ölkələrin gənclərinin görüş nöqtəsinə çevirməkdir. Bu təşəbbüs region ölkələri arasında akademik əməkdaşlığın gücləndirilməsi, gənclər arasında diplomatik dialoqun inkişafı və Bakının beynəlxalq təhsil və liderlik platforması kimi mövqeyinin daha da möhkəmləndirilməsinə xidmət edəcək.

Beşyaşlıların məktəbə hazırlığı ilə bağlı müəssisələrin siyahısı genişləndirilib

Beşyaşlıların məktəbə hazırlığı ilə bağlı müəssisələrin siyahısı genişləndirilib.

"Report" xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilib.

Dəyişikliklə beşyaşlıların məktəbə hazırlığı məktəbəqədər təhsil müəssisələrində, ümumtəhsil müəssisələrinin müvafiq strukturlarında, ailədə və qısamüddətli təlim qruplarında, eləcə də məktəbdənkənar təhsil müəssisələrində aparıla biləcək.

Firudin Qurbanov: Universitetlərdə rəhbər vəzifələrdə çalışan qadınların azlığı bizi narahat edir

Ali təhsil müəssisələrində professor-müəllim heyətinin 64,5 %-i, rəhbər vəzifələrdə olan qadınların sayı isə 43 %-dir.

"Report" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov Milli Məclisdə "Qanunvericilikdə gender bərabərliyi: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən ictimai dinləmədə çıxışı zamanı deyib.

Nazir müavini bu nisbətin narahatedici olduğuna diqqət çəkib:

"Kolleclərdə isə vəziyyət daha müsbətdir. Burada müəllim heyətinin 81,2 %-i, rəhbər heyətin isə 63,9 %-i qadınlardır. Keçən ilin statistikasına görə, ölkədə qadın tədqiqatçıların sayı 50,2 %-dir. Dünyada isə bu rəqəm 41 %-dir. Yəni Azərbaycanda vəziyyət daha yaxşıdır. Amma bu sahədə də rəhbər vəzifələrdə göstəricilər yenə azdır".

F.Qurbanov eyni zamanda qeyd edib ki, qanunvericilikdə cinsə görə ayrı-seçkilik anlayışının dəqiq müəyyən edilməsi və hüquqların müdafiəsi mexanizmi natamamdır:

"Yaxşı olar ki, müvafiq qanunverciliyə həmin məsələlərlə bağlı beynəlxalq standartlara uyğun dəyişikliklər edilsin. Əsas hüquqi maneələr məsuliyyətlə bağlıdır. Burada müəyyən boşluqlar var. Təhsil münasibətlərində cinsə görə ayrı-seçkilik müstəqil hüquq pozuntusu kimi ayrıca nəzərdə tutulmayıb. Həmçinin tədqiqatlar göstərir ki, təbiət və ictimai elmlər üzrə məktəb dərsliklərində gender stereotipləri hələ də mövcuddur".

TələbəPlus kartı ilə ictimai nəqliyyatda 10 faiz endirim planlaşdırılır - RƏSMİ

Gələcəkdə TələbəPlus kartı vasitəsilə tələbələrə ictimai nəqliyyatda 10 faiz endirim nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, artıq 160 minə yaxın tələbə TələbəPlus kartından istifadə edir.

Nazir müavini hazırda müəllimlərin güzəşt imtiyazından yararlandığını da söyləyib.

TəhsilPlus kartı 450 minə yaxın təhsil işçisini əhatə edəcək

TəhsilPlus kartı 450 minə yaxın təhsil işçisini əhatə edəcək.

"Report" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə "TəhsilPlus kartı: təhsil işçiləri üçün yeni imkanlar" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, TəhsilPlus kartından təhsilin bütün pillələri üzrə çalışan inzibati və pedaqoji heyət yararlanacaq:

"Belə ki, təhsil işçiləri "Birbank" tətbiqi üzərindən TəhsilPlus kartından faydalana bilərlər. Ümumilikdə 450 minə yaxın təhsil işçisi kartdan istifadə etmək imkanı qazanacaq".

Kənan Kərimzadə: Təhsil infrastrukturunun 90 faizi yenilənib

Azərbaycanda təhsil infrastrukturunun 90 faizi yenilənib.

"Report" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Kənan Kərimzadə "TəhsilPlus kartı: təhsil işçiləri üçün yeni imkanlar" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, son 20 il ərzində uzun illər həllini gözləyən bir sıra problemlər aradan qaldırılıb:

"Belə ki, 3600-dən çox məktəb tikilib və ya əsaslı təmir olunub. Təhsil infrastrukturunun 90 faizi yenilənib, 1,3 milyon şagirdin sağlam və müasir şəraitdə təhsil alması təmin edilib".

K.Kərimzadə həmçinin bildirib ki, bu günədək 80 mindən çox müəllim sertifikatlaşdırmadan keçib:

"Qəbul nəticələrində də müsbət dinamika müşahidə olunur. Bundan başqa, peşə təhsili sahəsində də müasir infrastruktur yaradılıb və bu istiqamətdə yenilənmə prosesi davam edir. Bu mənada Azərbaycan müəlliminin nüfuzu ölkənin nüfuzu deməkdir. Müəllim ölkənin gələcəyini formalaşdırır. Dövlətin iqtisadi inkişafı, cəmiyyətin tərəqqisi və gələcək nəsillərin formalaşması birbaşa təhsillə bağlıdır".

Bazar ertəsi 58 mindən çox şagird buraxılış imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi (DİM) martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

Bu barədə "Report"a qurumdan məlumat verilib.

Bildirilib ki, imtahanlar Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Pirallahı, Abşeron (I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir, Ağstafa, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, Ağdaş, Zərdab, Kürdəmir, Lənkəran, Cəlilabad, Bərdə, Tərtər, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 №-li tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına məktəb, Horovlu), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd tam orta məktəbləri), Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Şabranda olacaq.

Həmçinin martın 9-da tədrisi ingilis dilində olan məktəblərin şagirdləri də imtahan verirlər.

İmtahan saat 11:00-da başlanır.

İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

İmtahan iştirakçıları "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə DİM-in saytından fevralın 24-dən etibarən çap edib götürə bilirlər.

Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 236 imtahan binası, 4311 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 236 ümumi imtahan rəhbəri, 691 imtahan rəhbəri, 5388 nəzarətçi, 764 buraxılışı rejimi əməkdaşı (mühafizə), 236 bina nümayəndəsi ayrılıb.

Martın 9-da keçiriləcək imtahanda 58138 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahanda 52 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.

Emin Əmrullayev məktəb direktorlarına tədrisin keyfiyyətinin yüksəldilməsini tövsiyə edib

Elm və təhsil naziri Emin Əmrullayev Bakı, Gəncə, Sumqayıt şəhərlərində və müxtəlif bölgələrdə yerləşən ümumi təhsil müəssisələrinə yeni təyin olunmuş direktorlarla görüşüb.

Bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Elm və Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, Təhsil İnstitutunun direktoru səlahiyyətlərini icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev iştirak edib.

Nazir əvvəlcə məktəb rəhbərlərini yeni vəzifəyə təyin olunmaları münasibətilə təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulayıb. Emin Əmrullayev bildirib ki, Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş qaydalara əsasən direktorların müsabiqə yolu ilə seçilməsində məqsəd məktəblərdə peşəkar və effektiv idarəetmənin təmin edilməsidir.

Elm və təhsil naziri direktorların məktəbin inkişafına cavabdeh əsas idarəedici şəxslər olduğunu, strateji idarəetmə prinsipləri əsasında fəaliyyət göstərmələrinin vacibliyini vurğulayıb.

Məktəb və müəllimin cəmiyyətdəki nüfuzunun artırılmasının əhəmiyyətinə toxunan Emin Əmrullayev, eyni zamanda ümumi təhsilin qarşısında duran müasir çağırışları nəzərə çatdırıb. Məktəblərdə pedaqoji prosesin düzgün təşkilinin, nizam-intizam qaydalarına əməl olunmasının mühümlüyünə diqqət çəkən nazir ümumi təhsil müəssisələri rəhbərlərinin üzərinə düşən vəzifələri, bu baxımdan diqqət yetirilməsi vacib olan məqamları, sağlam tədris mühitinin formalaşdırılması və idarəetmə işinin təkmilləşdirilməsinə yönələn tədbirləri qeyd edib.

Nazir bildirib ki, direktorun əsas fəaliyyətləri sırasında tədrisin keyfiyyətinin yüksəldilməsi yer almalıdır. Təlim-tədris prosesinə sistemli nəzarət mexanizmi qurulmalı, dərslərin keyfiyyəti izlənilməli, dərs dinləmələri keçirilməli, öyrənmə prosesi düzgün təşkil edilməli və metodik işin yaxşılaşdırılması diqqətdə saxlanılmalıdır.

Daha sonra elm və təhsil naziri məktəb rəhbərlərinin müəllimlər, şagirdlər və valideynlərlə müntəzəm kommunikasiya qurmasının əhəmiyyətini və qarşılıqlı etimada əsaslanan mühitin formalaşdırılması istiqamətində işlərin aparılmasının vacibliyini qeyd edib.

Görüş məktəb direktorları ilə qarşılıqlı fikir mübadiləsi və interaktiv müzakirə şəraitində davam etdirilib və səsləndirilən məsələlərin həlli yolları müzakirə edilib, həmçinin məktəb rəhbərlərinə gələcək fəaliyyət istiqamətləri ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

MÜTDA: 120 minə yaxın şagird qiymətləndirmədə iştirak edib

Fevralın 9–28-i tarixlərində 5-ci sinif şagirdləri üçün rəqəmsal bacarıqların mövcud səviyyəsinin müəyyənləşdirilməsi məqsədilə informatika fənni üzrə elektron diaqnostik qiymətləndirmə həyata keçirilib.

Bu barədə "Report"a MÜTDA-dan məlumat verilib.

Bildirilib ki, ölkə üzrə ümumilikdə 118 137 şagird qiymətləndirmədə iştirak edib.

Təhsil müəssisələrində rəqəmsal bacarıqların inkişafına yönəlmiş təşəbbüslər genişləndirilir, şagirdlərin müasir texnologiyalardan səmərəli və təhlükəsiz istifadə vərdişlərinin formalaşdırılması diqqət mərkəzində saxlanılır.

Belə ki, qiymətləndirmə 5-ci siniflərdə rəqəmsal savadlılığın ölçülməsi, təhsilin keyfiyyətinin artırılması, inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi və nəticələrin sistemli şəkildə təhlil olunmasına xidmət edir. Əldə olunan nəticələr tədris prosesinin daha da təkmilləşdirilməsi, metodiki dəstəyin gücləndirilməsi və şagird nailiyyətlərinin artırılması istiqamətində atılacaq addımların planlaşdırılması üçün əsas kimi istifadə ediləcək.

Qeyd edək ki, qiymətləndirmənin əsas məqsədi şagirdlərin rəqəmsal bacarıqlar üzrə bilik və bacarıq səviyyəsini yüksəltmək, aşağı nəticə göstərən şagirdlərin payını azaltmaq və yüksək nəticə göstərənlərin sayını artırmaqla ümumi keyfiyyət göstəricilərinin yaxşılaşdırılmasına nail olmaqdır. Bu yanaşma rəqəmsal savadlılığın davamlı inkişafını təmin etməyə yönəlib.

İlin ilk Ay tutulması başlayıb

İlin ilk Ay tutulması başlayıb.

Bu barədə "Report"a Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, saat 12:44-də başlayan tutulma saat 18:23-də bitəcək. Bu tutulma Tam Ay tutulmasıdır və Asiya, Avstraliya, Şimali Amerika və Cənubi Amerika, Arktika, Antarktida və Sakit, Atlantik, Hind okeanında müşahidə olunacaq. Azərbaycanda isə Ay üfüqdən aşağıda olduğu və sutkanın işıqlı vaxtına düşdüyü üçün tutulma hadisəsini izləmək mümkün olmayacaq.

Vurğulanıb ki, Ay tutulması zamanı Yer Günəşlə Ay arasına düşür və Günəş işığının Ay səthinə birbaşa çatmasını məhdudlaşdırır. Bu zaman Yerin kölgəsi Ayın üzərinə düşür və Ay tutulması baş verir. Ay tutulmaları adətən Günəş tutulmalarından daha uzun çəkir, çünki Yerin kölgə sahəsi Ayın kölgəsindən daha böyükdür. Ay tutulması yalnız tam Ay fazasında baş verir. Tam Ay tutulması təxminən 105 dəqiqəyə qədər davam edə bilir. Günəş tutulmasından fərqli olaraq Ay tutulması Ayın üfüqdən yuxarıda olduğu hər yerdən müşahidə oluna bilər.

"Qanlı Ay" kimi bilinən hadisə də məhz tam Ay tutulması zamanı baş verir və Ayın rəngi qırmızı çalara boyanır. Bunun səbəbi tutulma zamanı Yer atmosferindən keçən Günəş şüalarının ancaq uzundalğalı hissəsinin Ayın səthinə çata bilməsidir ki, bu zaman qırmızı çalara bürünür.

Qeyd edək ki, Ay tutulması 3 cür olur. Belə ki, Tam Ay tutulması zamanı Ay tamamilə Yerin tam kölgəsinə keçdikdə müşahidə olunur. Qismən Ay tutulması zamanı isə Ay Yerin kölgəsinə qismən keçir. Yarımkölgəli Ay tutulmasında isə Ay ancaq Yerin yarımkölgəsinə daxil olduğu zaman baş verir. Bu zaman Ay bir az tündləşir ki, bu fərqi insan gözü ilə seçmək çətin olur.

Ombudsman "Məktəbli avtobusları"nda ödəniş məbləğinə yenidən baxılmasını təklif edib

"Məktəbli avtobusları" xidməti ilə bağlı ödəniş məbləğinə yenidən baxılması təklif edilir.

"Report" xəbər verir ki, bu təkliflə Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisin bugünkü plenar iclasında 2025-ci ildəki fəaliyyəti ilə əlaqədar məruzəsini təqdim edərkən çıxış edib.

Ombudsman şagirdlərin təhsil müəssisəsinə gediş-gəlişinin asanlaşdırılması məqsədilə Bakı şəhəri ərazisində tətbiq olunan "Məktəbli avtobusları" pilot layihəsinin növbəti tədris ilindən etibarən daha da geniş tətbiqinin planlaşdırılmasını nəzərə alaraq, xidmətlə bağlı ödəniş məbləğinə ölkə üzrə yaşayış minimumu nəzərə alınmaqla yenidən baxılmasının vacibliyinə toxunub.

Firudin Qurbanov: Süni intellektdən səmərəli istifadə edən gənclər gələcəyin liderləri olacaq

Süni intellektdən səmərəli və düzgün istifadə edən, doğru sual verən və innovasiya yaradan gənclər sabahın liderlərinə çevriləcək.

"Report" xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Sabahın alimləri" XV Respublika Layihə Müsabiqəsinin milli final mərhələsinin açılış mərasimində deyib.

O bildirib ki, bu layihə elmlə innovasiya ilə bağlıdır:

"Əsas məqsəd gələcəkdə uğurlu və təşəbbüskar iş adamları yetişdirməkdir. Hədəfimiz ondan ibarətdir ki, məzun sadəcə diplom alan şəxs deyil, öz işini qura bilən, rəhbərlik bacarığı olan bir lider olsun. Universitet yalnız nəzəri bilik verməklə kifayətlənməməlidir".

Nazir müavininin fikrincə, təhsil sistemi elə qurulmalıdır ki, məzun biznes düşüncəsinə, innovativ baxışa və praktik bacarıqlara sahib olsun:

"İnnovativ universitet vizyonu, inkişaf strategiyası və müasir baxış çox dəyərlidir. Lakin əsas məsələ ideyaların kağız üzərində qalması deyil, onların real innovasiyaya çevrilməsidir. Əsl uğur odur ki, universitetdən məzun olan şəxs yeni dəyər yaratsın, iqtisadi səmərə gətirsin və cəmiyyətə töhfə versin. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, güclü dövlətlər məhz yaradıcı və innovativ cəmiyyət qurmaqla formalaşır. Bu əsrdə inkişafın əsas açarı innovasiya, sahibkarlıq və yaradıcı düşüncədir".

F.Qurbanov vurğulayıb ki, bugünkü inkişafın əsas istiqamətlərindən biri də süni intelektdir:

"Süni intellekt insanı əvəz etmək üçün deyil, ona dəstək olmaq üçün yaradılıb. O, düzgün suallar verildiyi zaman düzgün istiqamət göstərir, qərarvermədə kömək edir və məlumatları daha sürətli analiz edir. Artıq əsas məsələ texnologiyadan qorxmaq deyil, ona hazır olmaqdır. Gənclərimiz bu sahədə bilik və bacarıqlarını inkişaf etdirməlidir. Çünki gələcəyin uğuru innovasiya, rəqəmsal savadlılıq və yaradıcı düşüncə ilə bağlıdır".

O əlavə edib ki, bir çox ölkələrdə gənclər beynəlxalq müsabiqələrdə iştirak edir, texnologiya və startap layihələri ilə çıxış edirlər:

"Bizim gənclər də bu sahədə böyük potensiala malikdir. Son illərdə ölkəmizdə yüzlərlə gənc müxtəlif texnologiya və innovasiya müsabiqələrində iştirak edib və uğur qazanıb. Gələcək məhz bu sahəyə hazır olanların olacaq. Süni intellektdən düzgün istifadə edən, doğru sual verən və innovasiya yaradan gənclər sabahın liderlərinə çevriləcək".

Qeyd edək ki, "Sabahın alimləri" müsabiqəsi ölkəmizdə "Society for Science" təşkilatı tərəfindən təşkil olunur və Regeneron International Science and Engineering Fair (ISEF) çərçivəsində keçilir.

Milli finalda ümumtəhsil müəssisələrində təhsil alan IX–XI sinif şagirdləri 9 istiqamət üzrə iştirak edəcəklər: riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt. Açılış mərasimində məktəblilərin bu istiqamətlərdə hazırladıqları layihələrlə də tanış olmaq mümkün olacaq.

Emin Əmrullayev Şuşada vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev martın 11-də Şuşa şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qəbulda Şuşa, Xankəndi və Xocalı sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri martın 6-dək (saat 18:00-dək) Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 11 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya ‪‪‪‪+994 51 206 78 48‬‬‬‬ nömrəsinə "WhatsApp" vasitəsilə müraciət göndərmək mümkündür.

Qeyd edək ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

Mingəçevir Dövlət Universitetində regionda ilk dəfə irihəcmli ingilis dili olimpiadası keçirilir

Martın 1-dən Mingəçevir Dövlət Universitetinin (MDU) Beynəlxalq Dil Mərkəzi və Kembric Universitetinin Azərbaycandakı rəsmi nümayəndəsi olan ITAC-ın (International Training and Assessment Center) birgə təşkilatçılığı ilə Mingəçevir məktəbliləri və universitet tələbələri üçün beynəlxalq səviyyəli İngilis dili Olimpiadası keçirilir.

Regionda bu formatda və miqyasda təşkil olunan ilk olimpiada olan tədbirdə 100-dən çox mingəçevirli məktəbli və MDU tələbəsi iştirak edir. Olimpiada gənclərin beynəlxalq standartlara uyğun bilik və bacarıqlarının qiymətləndirilməsi, onların akademik və şəxsi inkişaf imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Olimpiadanın I mərhələsi test formatında dinləmə və yazı bacarıqlarını əhatə edir. Bu mərhələdə uğur qazanan iştirakçılar növbəti – danışıq mərhələsinə keçid edəcəklər. Belə çoxmərhələli qiymətləndirmə modeli iştirakçıların dil kompetensiyalarını kompleks şəkildə ölçməyə imkan yaradır.

Tədbirin Mingəçevirdə keçirilməsi region gəncləri üçün beynəlxalq səviyyəli qiymətləndirmə imkanlarının əlçatanlığını artırır, bərabər təhsil imkanlarının təşviqinə və rəqabətqabiliyyətli insan kapitalının formalaşmasına töhfə verir. Olimpiada eyni zamanda gənclərin qlobal və dayanıqlı təhsil mühitinə inteqrasiyasını dəstəkləyən, onların bilik əsaslı gələcəyə hazırlanmasına xidmət edən mühüm təşəbbüsdür.

Olimpiadanın qalibləri və iştirakçıları sertifikat və müxtəlif hədiyyələrlə təltif olunacaqlar. MDU gələcəkdə də bu kimi beynəlxalq formatlı olimpiada və Kembric sınaq imtahanlarının regionda təşkilini davam etdirməyi nəzərdə tutur.

Azərbaycanda iki qoruqda elmi tədqiqatlar aparılacaq

Azərbaycanda uzunmüddətli fasilədən sonra yaxın gələcəkdə "İçərişəhər" Dövlət Tarix-Memarlıq və "Qala" Dövlət Tarix-Etnoqrafiya qoruqlarında elmi tədqiqatların başlanılması təşəbbüsü üzrə ümumi razılıq əldə edilib.

Bu barədə "Report"a AMEA Arxeologiya və Antropologiya İnstitutundan məlumat verilib.

Bildirilib ki, fevralın 27-də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud və AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisindəki tarixi abidələrə baxış keçiriblər.

Hər iki qurum arasında elmi tədqiqatların aparılması barədə birgə əməkdaşlıq razılaşmasına əsasən, "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunun arxeoloji tədqiqatlara cəlb edilməsinin mərhələli "yol xəritəsi"ni ehtiva edən ilkin fəaliyyət layihəsi müzakirə edilib.

Həmçinin, elmi tədqiqatların "yol xəritəsi" layihəsi təşəbbüsündə İçərişəhərdəki tarixi abidələrdə arxeoloji tədqiqatların aparılması mövzusu üzrə hər iki qurum arasında görüşlərin intensivləşməsi barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təklifləri də yer alıb.

"Faciə ondadır ki, biz 30 illlik elmi  süstlüyü yox, <span style="color: #ff0000;">bir neçə saniyəlik yuxunu müzakirə edirik...”</span>

“Problem mürgüləyən alim deyil.  Problem mürgüləyən  elmi sistemdə, elm siyasətində, cəmiyyətdə elmə olan münasibətdədir. Bundan  təhlükəlisi  isə  mürgüləyən cəmiyyətdir...”
 
“İntellektual suverenlik zəifdirsə, ölkə başqasının texnologiyasından, başqasının nəzəriyyəsindən, başqasının alqoritmindən asılı olacaq…”  
 
“Bu gün mürgüləyən alimlər, sabah olmayanda, daha elm də olmayacaq, hər şey onlarla gedəcək...”
 
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti İlham Əhmədovun Azərbaycanda elm və təhsilin problemləri barədə “Bu gün mürgüləyən alimlər, sabah olmayanda, daha elm də olmayacaq, hər şey onlarla gedəcək...” başlıqlı növbəti fəlsəfi-analitik məqaləsini dəyərli oxucuların müzakirəsinə buraxır:
...Sosial şəbəkələr yenə “ciddi məşğuldur”. AMEA-nın  iclasından bir neçə foto yayılıb:  yaşlı alimlər iclas zamanı mürgüləyir.  Buna istehza və  zarafat edənlər də var... 
 
Hamı gülür, danışır, paylaşır.  Amma heç kim əsas məsələni  yada salmır:  yaşlı insanın  iclasda mürgüləməsi bioloji faktdır.  Bu nə faciədir, nə də dövlət  böhranı. Faciə başqa yerdədir.  Faciə ondadır ki, biz 30 ildir davam edən elmi  süstlüyü yox, bir neçə saniyəlik yuxunu müzakirə edirik. Problem mürgüləyən alim deyil.  Problem mürgüləyən  elmi sistemdə, elm siyasətində, cəmiyyətdə elmə olan münasibətdədir. Bundan  təhlükəlisi  isə  mürgüləyən cəmiyyətdir...
 
Dünya nə müzakirə edir, biz nə müzakirə edirik?..  
 
Dünya süni intellekti dövlət strategiyasına çevirir.  Dünya universitetləri sənaye ilə birləşdirir.  Dünya elmə milyardlar yatırır. Biz isə illərlə  elmə qəpik-quruş  ayırırıq, elmi tənəzzülə uğradıb,  sonda da  elmə heç bir aidiyyatı olmayanları, “ mən ölkədə alim tanımıram”  deyənləri  elmin sükanı arxasına  gətirib, onlara “elmi inkişaf etdir”  deyirik və sonda alimlərin iclasdakı şəkillərinə baxıb istehza edirik…
 
Mürgüləyən alimlər deyil, cəmiyyətdir.  Əgər cəmiyyət doğrudan da oyaq olsaydı, sual verərdi:
 
• Niyə Azərbaycan elmi qlobal rəqabətdə görünmür?
 
• Niyə elmi nəticə iqtisadi dəyərə çevrilmir?
 
• Niyə universitetlər özünü belə maliyyələşdirə bilmir?
 
• Niyə sənaye elmə sifariş vermir?
 
• Niyə gənc alim üçün laboratoriya yox, xarici ölkə daha cəlbedicidir?
 
Bu suallar illərdir havadadır. Amma onları verən azdır. Verilən azsaylı suallara heç cavab vermək niyyətində olanllaar da yoxdur…  
 
Futbolumuz nəticə verir, bəs elmimiz niyə nəticə  vermir?..
 
Bu futbol  mövsümündə  “Qarabağ”   FK ölkəyə on milyonlarla dollar valyuta gətirdi. Bu, konkret nəticədir. Ölçülən,  hesablanan  nəticədir.   Bəs Akademiya və universitetlərimiz 30–35 ildə ölkəyə nə qədər iqtisadi dəyər qazandırıb?..
 
Bu artıq istehza deyil, sistem müqayisəsidir.   Futbolda nəticə olmayanda məşqçi gedir. Bəs elm və təhsildə necə?   Elm və təhsildə nəticə olmayanda isə heç nə dəyişmir.  Məmur bir kreslodan başqasına transfer edilir.  Çünki nəticə tələb edən mexanizm yoxdur.  Maliyyə də yoxdur. Elm-təhsil siyasəti və onu yarada bilən kadrlar da sistemdə yoxdur.  Performans mədəniyyəti formalaşmayıb.  Çünki sistem cavabdehlik üzərində qurulmayıb…
 
Maaş, motivasiya və reallıq…
 
Alimin maaşı aşağıdır. Təqaüd  azdır.  Laboratoriya köhnədir.  Qrant cüzidir.  Sonra da deyirik: niyə gənclər elmə gəlmir?  Elm sosial lift deyil. Elm karyera deyil. Elm riskdir.  Gənc insan seçim edir. O, gələcəyini təmin edən sahəyə gedir. Bu qədər sadə… 
 
Qrantlar və şəffaflıq…
 
Elm rəqabət tələb edir. Rəqabət isə şəffaf mexanizm tələb edir. Qrantlar azdır.  Müsabiqələrə inam  və şəffaflıq da azdır.  Nəticələri də hiss edilmir.  Çünki nəticələrin qiymətləndirilməsi qeyri-müəyyəndir.  
 
Struktur dəyişikliklər edildi.  Təhsil Nazirliyi indi  oldu Elm və Təhsil Nazirliyi oldu.  AMEA institutları ETN-ə qatıldı. Ad dəyişdi. Lövhələr dəyişdi.  Bəs nəticə?  Əgər nəticə görünmürsə, cəmiyyət sual verməlidir.  Sual vermək isə bizdə hələ də mədəniyyətə çevrilməyib…
 
Ən təhlükəli mürgüləmə…
 
Ən təhlükəlisi budur: biz elmin struktur islahatını, maliyyə modelini, performans sistemini müzakirə etmirik.   Dünya elm və təhsili rəqəmsal transformasiya edir. Süni intellekt elmi fəaliyyəti tam dəyişdirir.  Universitet anlayışı yenidən  formalaşır.  Biz buna hazırıqmı?
 
Elmimizin indiki zəifliyi sabah intellektual asılılığa, intellektutal suverenliyin zəifləməsinə səbəb ola bilər. Bu artıq yalnız akademik məsələ deyil. Bu, milli təhlükəsizlik məsələsidir…
 
İntellektual suverenlik zəifdirsə, ölkə başqasının texnologiyasından, başqasının nəzəriyyəsindən, başqasının alqoritmindən asılı olacaq…  
 
İnsanları yox, ideyaları müzakirə edin…
 
Bir məşhur fikir var:  “Kiçik beyinlər insanları, orta beyinlər hadisələri, böyük beyinlər ideyaları müzakirə edir.”   Biz hələ də şəkilləri, insanları müzakirə edirik, yaşı müzakirə edirik.   Amma ideyanı müzakirə etmirik…
 
Heç kim ciddi şəkildə soruşmur:
 
• Akademiya necə transformasiya olunmalıdır?
 
• Maliyyələşmə tam performansa bağlanmalıdırmı?
 
• Elmi institut–universitet modeli işləyirmi?
 
• Elmi nəticələrin kommersiyalaşması üçün hansı mexanizm qurulmalıdır?
 
• Niyə illərdir elmin inkişafı prioritet siyasi gündəm deyil?
 
Bu suallar verilmədikcə, dəyişiklik də olmayacaq…
 
Yaşlı alimlərin mürgüləməsi təbiidir.  Amma sistemin mürgüləməsi təhlükəlidir.  Cəmiyyətin mürgüləməsi isə dağıdıcıdır.  Əgər biz 30 illik struktur problemi deyil, bir iclaslıq epizodu müzakirə ediriksə, problem fərddə deyil, problem düşüncə tərzindədir… 
 
Bu gün bizdə təkcə alimlər yox, ideyalar mürgüləyir.  Təşəbbüslər mürgüləyir.  İnnovasiyalar mürgüləyir. Ən pisi isə, sual vermək mədəniyyəti mürgüləyir…
 
Oyanmaq üçün isə fotoya yox, sistemə baxmaq lazımdır.
 
Bu gün mürgüləyən alimlər sabah olmayanda, elm də olmayacaq, hər şey onlarla gedəcək…
 
Dosent İlham Əhmədov"
 

Məktəblərdə qış tətili bu tarixdə başlayacaq

Ümumi təhsil müəssisələrində 2025–2026-cı tədris ili üzrə qış tətili yanvarın 27-dən başlayacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.
 
Bildirilib ki, tətil 27–31 yanvar tarixlərini əhatə edəcək və 5 gün davam edəcək.
 
Qərar ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil edilir.
 
Qeyd edək ki, 5 günlük və 6 günlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində tətildən sonrakı ilk dərs günü fevralın 2-də olacaq.

Azərbaycanda bu universitetlər birləşdiriləcək

Azərbaycanda ali təhsil müəssisələrinin gələcəkdə birləşdirilməsi məsələsi müzakirə mövzusuna çevrilib. Maraqlıdır, gələcəkdə universitetlər birləşdirilə bilərmi?

Moderator.az xəbər verir ki, mövzu ilə bağlı konkret.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, universitetlərin birləşdirilməsi real ehtimaldır:

“Universitetlərin birləşdirilməsi mümkündür və bu, müəyyən şərtlər daxilində məqsədəuyğun hesab edilir. Əgər ali təhsil müəssisələrinin regionlara və ya Bakı şəhərinin kənar ərazilərinə köçürülməsi prosesi həyata keçirilməyəcəksə, paytaxtın mərkəzində yerləşən ali təhsil müəssisələrinin birləşdirilməsi daha doğru yanaşma ola bilər”.

Ekspertin sözlərinə görə, Bakının mərkəzində fəaliyyət göstərən universitetlər şəhərin infrastrukturuna əlavə yük yaradır və tıxac problemini daha da aktuallaşdırır:

“Mərkəzdə yerləşən ali təhsil müəssisələri həm nəqliyyat, həm də ümumi şəhər infrastrukturu baxımından ciddi sıxlıq yaradır. Bu baxımdan birləşmə prosesi zərərli deyil, əksinə, müsbət nəticələr verə bilər”.

Ramin Nurəliyev qeyd edib ki, bəzi ali təhsil müəssisələrində inzibati fəaliyyətin birləşdirilməsi qaçılmaz olacaq. Onun fikrincə, ixtisasların köçürülməsi və ya birləşdirilməsi zamanı mütləq şəkildə yeni inzibati və tədris binalarının inşası nəzərə alınmalıdır:

“Hər bir ali təhsil müəssisəsində ixtisasların sayı kifayət qədər olmalı və bu proses planlı şəkildə həyata keçirilməlidir. Yalnız bu halda birləşmə təhsilin keyfiyyətinə mənfi təsir göstərməz”.

Ekspert hesab edir ki, düzgün planlama aparılacağı təqdirdə universitetlərin birləşdirilməsi ali təhsil sisteminin daha səmərəli fəaliyyətinə töhfə verə bilər.

Elm və Təhsil Nazirliyi ictimaiyyətlə <span style="color: #ff0000;">intellektual dialoqdan niyə qaçır?.. -EKSPERT  </span>

“Sanki ETN hamıya bəyan edir: “bizim yarıtmaz fəaliyyətimizi tərifləməlisiniz, əks halda əməkdaşlıq olmayacaq…”
 
“Əslində, “bizdə təhsil eksperti yoxdur”  demək -  ETN-nin üçün çox  mənfi  haldır.  Əgər,  həqiqətən  ölkənin  250 minlik  elm-təhsil cameəsində bu sahəni dərindən bilən 5-6 şəxs yoxdursa, onda ETN bu  illər ərzində nə ilə məşğul olub?..”
 
“Elm və təhsil sistemində dialoq olmasa, inkişaf ola bilməz.   Elm tək adamın ağlı ilə, əmr və qərarı ilə yox, polemika, müzakirə, diskussiya ilə yaranır, inkişaf edir. Necə deyərlər, ağıl ağıldan üstün olar…”
 
“ETN  heç vaxt  təcrübə və biliyi olan  mütəxəssislərin potensialından səmərəli  istifadə edə bilmədi (daha doğrusu, istəmədi),   səmərəli  intellektual dialoq qurmadı.  Bu mənada  25 il vaxt  sanki boşuna getdi…”
 
Moderator.az aktuallığını nəzərə alaraq tanınmış təhsil eksperti, ADPU-nun dosenti İlham Əhmədovun “Elm və Təhsil Nazirliyi ictimaiyyətlə intellektual dialoqdan niyə qaçır?..”    başlıqlı növbəti analitik məqaləsini təqdim edir:  
 
“…Bu ərəfədə  ölkə  prezidenti  jurnalistlərlə müsahibəsində elm və təhsillə əlaqədar ciddi məsələlərə toxundu.  Bu fikirlər son günlər  ölkə gündəmini zəbt edib.  2 ay əvvəl  prezident   AMEA-nın 80 illik yubileyindəki  çıxışında da  bu mövzuya toxunmuş, elm-təhsil sistemi qarşısında bir sıra mühüm vəzifələr qoymuşdu…  
 
Məlum  olduğu kimi, hər bir ölkənin  perspektivləri:  iqtisadiyyatı,  milli təhlükəsizliyi, beynəlxalq mövqeyi  elm və təhsilin durumundan  asılıdır.  
 
22 il əvvəl  ölkə  prezidenti  ETN  qarşısında “neft kapitalını insan  kapitalına çevirmək” kimi  mühüm vəzifə qoymuşdu. Təəssüf ki, ETN bu illər ərzində  həmin tapşırığı icra edə bilmədi. 
Elm-təhsil sisteminin  idarəedilməsi və inkişafı  çox amillərdən, o cümlədən illər ərzində  toplanmış  təcrübə,  ənənə və varislik,  səmərəli kommunikasiyadan  asılıdır.  Əgər bu sahənin menecerləri  təcrübəsizdirlərsə, bu amillər  daha  vacibdir.   ETN  heç vaxt  təcrübə və biliyi olan  mütəxəssislərin potensialından səmərəli  istifadə edə bilmədi (daha doğrusu, istəmədi),   səmərəli  intellektual dialoq qurmadı.  Bu mənada  25 il vaxt  sanki boşuna getdi. Amma  bu müddətdə çox iş görmək olardı... 
 
Bu problem texniki xarakterli deyil, təhsildəki idarəetmə fəlsəfəsinin böhranıdır.  Belə  yanaşma təhsilin  idarəedilməsinə  sistemli yanaşmanın  olmadığını  göstərir. 
 
İntellektual dialoq nədir? Niyə elm və təhsil sistemi üçün bu vacibdir?..
 
İntellektual dialoq tərif demək, hesabat dinləmək, “PR” tədbirləri, brifinqlər təşkil etmək deyil. İntellektual dialoq alternativ fikirlərə dözümlü olmaq, tənqidi  təhlillərə açıq olmaq,  qərarları intuisiya və emosiyalarla yox, elm təhlil  əsasında qəbul etmək, qərar qəbulunu  “yuxarıdan aşağıya” göstərişlərlə yox, səmərəli  ekspert müzakirələri ilə aparmaqdır...  
 
Elm və təhsil sistemində dialoq olmasa, inkişaf ola bilməz.   Elm tək adamın ağlı ilə, əmr və qərarı ilə yox, polemika, müzakirə, diskussiya ilə yaranır, inkişaf edir. Necə deyərlər, ağıl ağıldan üstün olar. Təhsil sərəncam və əmrlə təkmilləşmir,  innovasiyalar  inzibati və avtoritar mühitində yox, tənqidi mühitdə formalaşır…
 
ETN-nin mühüm səhvlərindən biri mütəxəssisləri, ekspertləri  tərəfdaş  kimi  yox, risk, təhlükə  mənbəyi  kimi görməkdir. Nazir deyir ki, mən ölkədə təhsil eksperti tanımıram (tanımaq istəmirəm). Bəli, onların sayı azdır  (ETN yaratdığı, himayə etdiyi, KİV-lərə “tövsiyə”  etdiyi bəzi fəal “ekspert”ləri nəzərə almasaq). Çünki təhsil  ekspertinin formalaşmasına 10 illərlə vaxt (“bir alimin yetişməsinə 20-30  il vaxt lazımdır” (E.Əmrullayev)), sistematik elmi fəaliyyət tələb edilir. Necə deyərlər, “hər oxuyan Molla Pəhah olmaz”...  
 
Ümumən belə  yanaşma  ETN menecerlərinin  məsuliyyətsiz  və səriştəsizliyinin təzahürüdür.  Əslində, “bizdə təhsil eksperti yoxdur”  demək -  ETN-nin üçün çox  mənfi  haldır.  Əgər,  həqiqətən  ölkənin  250 minlik  elm-təhsil cameəsində bu sahəni dərindən bilən 5-6 şəxs yoxdursa, onda ETN bu  illər ərzində nə ilə məşğul olub? Bu mövzu KİV-lərdə  zaman-zaman müzakirə edilib. ETN-nin məsələyə səthi yanaşmasından fərqli olaraq, DİM təhsil eksperti anlayışına daha doğru yanaşma sərgiləyir...  
 
Təəssüf ki, ETN  müstəqil düşünən mütəxəssislərə əməkdaşlıq etmir.   İslahat proseslərinə (əgər bu varsa), müzakirə və araşdırmalara  ekspert və mütəxəssislər ya cəlb edilmir, ya da təcrübəsizləri cəlb edir (rəy bildirmək üçün yox, tərif demək üçün). ETN elmi-pedaqoji ictimaiyyətlə sistemli məsləhətləşmələr aparmır,  obyektiv (yəni,  tənqidi)  mövqe bildirənlər  narahatlıq amili kimi qəbul edilir. Sanki ETN hamıya bəyan edir: “bizim yarıtmaz fəaliyyətimizi tərifləməlisiniz, əks halda əməkdaşlıq olmayacaq”.  Bu əməkdaşlıqda kim maraqlı olmalıdır? Məmur yoxsa, mütəxəssislər?  Kim-kimə möhtacdır?..  
 
Təhsildə olan 25 illik saxta təriflər  kifayət deyilmi?  Bu təriflərin yekununda, təhsil tərsinə quruldu, təhsilimizin (həm də ölkənin)  beynəlxalq imici aşağı endi, keyfiyyət korlandı, amma saxta təriflər azalmadı...  
 
Bu sahədəki  real durumu ETN hamıdan yaxşı bilir və yeri gələndə  hamıdan da kəskin tənqid edir. Amma tənqidə monopoliyanı da özündə saxlamaq istəyir. Məsələ bundadır ki, ETN-nin tənqidi məyyən  faktları (nəticələri) bildirməkdən o yana getmir, amma  səbəblər düzgün göstərilmir. Ona görə də eyni problemləri hər il sadalayır, amma heç birini  həll etmir.  Lakin kənar, müstəqil, qərəzsiz  tənqidlər neytral, sistemli, ardıcıl, səbəb, həll təklifi, mümkün nəticələr  göstərilməklə təqdim edilir. Belə təkliflərin nəzərə alınmaması göstərir ki, ETN ümumiyyətlə, heç bir problemi həll etmək niyyətində deyil. 
 
Menecerlər təcrübəni, bilgini dialoq üçün resurs kimi yox, öz mövqeləri üçün təhlükə hesab edirlər. Belə idarəetmə modeli elmə yox, statistikaya xidmət edir. Bu  idarəetmə modeli  keyfiyyətə yox, hesabatlara,  gələcəyə yox, qısa müddətli  görüntüyə, “PR”-a  fokuslanır.  ETN mütəxəssislərlə açıq disskussiyadansa,  nəticəsiz brifinqlərə üstünlük verilir. 
 
Bu yaxında, ölkənin baş naziri bildirmişdi ki, universitetlərimizin diplomları hətta qardaş Türkiyədə tanınmır.  Bu ölkə təhsilinin ağır vəziyyətini göstərən narahatedici faktdır.  ETN   niyə ictimaiyyətə bu durumun səbəblərini izah etmədi? Problem nə vaxta həll ediləcəyini demədi?.. 
 
“PR”-ın reallığı əvəzləməsi... 
 
ETN-nin digər  səhvi real islahat əvəzinə “PR” mexanizmlərinə üstünlük verməsidir.   Bunun ən bariz nümunəsi son vaxtlar blogerlərlə görüşlərin  keçirilməidir. Bu təşəbbüs sosial şəbəkələrdə təhsilyönlü “uğur hekayələri” yaratmaq, olmayan keyfiyyəti  üstünlük kimi təqdim etmək cəhdidir...  
 
Belə yanaşma zərərlidir, çünki, cəmiyyətdə təhsil sisteminin real vəziyyəti barədə yanlış təsəvvür yaradır, problemlərin etirafını və həllini gecikdirir.  Amma hamı hər şeyi görür, bilir. Çünki hər bir ailə təhsillə əlaqəlidir, repetitorlara ayda ən azı 500 manat ödəyir, bu biabrçılığı necə unuda bilərlər?..
 
“PR” islahatın əvəzi deyil. “PR” islahat olanda məna kəsb edir. Zəif təhsili heç bir “PR” xilas edə bilməz. Amma ETN təhsili xilas etmək yox,   hay-küylü reklam və mənasız  təqdimatlar maraqlandırır… 
 
Problemlərin kökü  menecerlərin məsuliyyətsizliyi  və səriştəsizliyidir.   Qərarların nəticəsinə görə cavabdehlik yoxdur,  səhvlər sistemli təhlil edilmir, uğursuzluq şəxsi məsuliyyətə çevrilmir...
 
Bu problemlərin kökündə   menecerlərin müasir elm və təhsilin  fəlsəfəsini, qlobal təhsil trendlərini  bilməməsi, onların  süni intellekt dövrünün çağırışlarını  aydın dərk etməməsi dayanır. 
 
Bu sahənin  idarəedilməsində  texnokratik deyil, formallıq özünü göstərir.   Belə təhsil siyasəti dövlətin inkişafını da ləngidir.  Bu təkcə təhsil sistemi üçün deyil, dövlətin uzunmüddətli inkişafı üçün də risklidir.  Çünki  zəif təhsil zəif insan kapitalı yaradır, zəif insan kapitalı  zəif iqtisadiyyat yaradır, zəif iqtisadiyyat zəif dövlət modeli qurur... 
 
Süni intellekt və qlobal rəqabət dövründə təhsil sahəsində ləngimə  ciddi problemlər  yaradır. Bu uzunmüddətli dövr üçün də itkidir.   Bu səbəblərdən səmərəli  intellektual  dialoq əsasında idarəetmə vacibdir...  
 
ETN-nin problemi ayrı-ayrı şəxslərdə  yox,  bu qurumda  uzun illər formalaşan  səhv idarəetmə üslubudur.  İntellektual dialoqdan qaçan, tənqidi düşüncəni təhlükə sayan, “PR”-la reallığı əvəz etməyə çalışan struktur  nə elm yarada bilər, nə keyfiyyətli təhsil qura bilər, nə də gələcəyə hazır cəmiyyət formalaşdıra bilər...    
 
Təhsil sahəsində islahat sükutla yox, dialoqla başlanır, davam edir. Dialoqdan qorxan idarəetmə isə inkişafın yox, durğunluğun daşıyıcısıdır. 
 
25 illik təhsil təcrübəsi   göstərdi ki, belə qüsurlu idarəetmə təhsilə, cəmiyyətə,  dövlətə heç nə verə bilmir. Gözləməyə daha vaxt yoxdur,  amma gələcək naminə təhsildən gözləntilər də çoxdur... 
 
ETN bu yolda ictimaiyyətlə intellektual  dialoqdan  yenə  də  qaçacaq?..   
 
Dosent İlham Əhmədov”
 

BSU belarus tələbələr üçün “Azərbaycan dili” dərsliyini nəşr edib - <span style="color: #ff0000;">FOTO</span>

Bakı Slavyan Universitetində (BSU) belarus tələbələr üçün nəzərdə tutulan “Azərbaycan dili” dərsliyi hazırlanaraq nəşr olunub.
 
Universitetdən Moderator.az-a verilən məlumata görə, xaricilər üçün Azərbaycan dilinin A1 səviyyəsində tədrisini əhatə edən bu vəsait başlanğıc kurs xarakteri daşıyır.
 
Dərslik müasir dilöyrətmə konsepsiyalarına və beynəlxalq dil səviyyələndirmə meyarlarına uyğun şəkildə tərtib edilib. Vəsaitin əsas məqsədi öyrənənlərdə Azərbaycan dilində ilkin kommunikativ bacarıqların formalaşdırılması, gündəlik ünsiyyət üçün zəruri olan dil səriştələrinin inkişaf etdirilməsidir.
 
Dərsliyin məzmunu Avropa Dilləri üzrə Ümumi Çərçivə Proqramının (CEFR) A1 səviyyəsi üzrə deskriptorlarına, eləcə də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin (DİM) Azərbaycan dilinin xarici dil kimi tədrisi proqramına uyğun şəkildə qurulub. Bu isə vəsaitin həm beynəlxalq standartlara, həm də milli normativ tələblərə cavab verdiyini təsdiqləyir.
 
Qeyd edək ki, təqdim olunan dərslik belarus tələbələr üçün hazırlanan ilk yeni Azərbaycan dili dərsliyi kimi aşağıdakı xüsusiyyətləri ilə fərqlənir:
 
Dərsliyin strukturu sistemli və ardıcıldır. Tədris materialı ayrı-ayrı dərslər üzrə tərtib olunub, mövzuların təqdimatında sadədən mürəkkəbə doğru inkişaf prinsipi əsas götürülüb.
 
Vəsait praktik və kommunikativ yönümlüdür. Təqdim edilən leksik və qrammatik materiallar gündəlik həyat situasiyalarını əhatə edir və real ünsiyyət ehtiyaclarına cavab verir.
 
Dərslikdə dinləyib-anlama, danışma, oxu və yazı bacarıqlarının inkişafına yönəlmiş tapşırıqlar balanslı şəkildə təqdim olunub. Dinləmə materialları şifahi nitqin qavranılmasını gücləndirir, danışıq tapşırıqları fəal ünsiyyəti təşviq edir, oxu və yazı çalışmaları isə dil materialının möhkəmləndirilməsinə xidmət edir.
 
Linqvistik mətnlərlə yanaşı, ekstralinqvistik materiallardan da məqsədyönlü şəkildə istifadə olunub. Mədəni, sosial və gündəlik həyatla bağlı məlumatların dil materialı ilə uzlaşdırılması öyrənənlərin Azərbaycan dilini mədəni kontekst daxilində qavramasına imkan yaradır.
 
Dərsliyin sonunda təqdim olunan tərcümə lüğəti vəsaitin elmi-metodik və praktik əhəmiyyətini artırır, öyrənənlərin müstəqil işini asanlaşdırır və leksik vahidlərin daha effektiv mənimsənilməsini təmin edir.
 
Dərslikdə yer alan şəkil və illüstrasiyalar Azərbaycan dilinin praktik şəkildə öyrənilməsi baxımından mühüm didaktik əhəmiyyət daşıyır.
 
Yeni dərslik Azərbaycan dilinin xarici dil kimi tədrisinin genişləndirilməsi və beynəlxalq təhsil mühitində bu dilin mövqeyinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Çinli alimlər EAST tokamakında yüksək sıxlıqlı plazmanı saxlamağa nail olublar

Çinli fiziklər ilk dəfə EAST ("Experimental Advanced Superconducting Tokamak") tokamakında plazmanı qızdırmaq üçün yeni yanaşmanı həyata keçiriblər. Bu üsul plazmanı hətta elektronların çox yüksək sıxlığı zamanı belə sabit formada saxlamağa imkan verib.

Coğrafiya dərslikləri, <span style="color: #ff0000;">yoxsa "səhvlər toplusu"?</span>

Son dövrlərdə dərsliklərin məzmunu ilə bağlı narazılıqlar təhsil ictimaiyyətində, xüsusilə valideynlər arasında artmaqdadır. Təhsil ekspertləri, müəllimlər və valideynlər məktəb kitablarında elmi uyğunsuzluqların, köhnəlmiş məlumatların və ciddi fakt səhvlərinin olduğunu bildirirlər. Dərsliklərin müasir elmi yanaşmadan geri qaldığı, şagirdlərə reallıqdan uzaq bilgilər təqdim etdiyi iddia olunur.
 
Məsələ ilə bağlı Naxçıvan Dövlət Universitetinin “Ümumi hüquq” kafedrasının müəllimi Yunis Xəlilov Moderator.az-a bildirib ki, o, “Dünyagörüşü atlası” adlı kitab yazmaqdadır. Onun sözlərinə görə, kitabda “Azərbaycan coğrafiyası” və “Dünya coğrafiyası” adlı başlıqlar altında çoxsaylı maraqlı suallar və cavablar da yer alacaq:
 
“Bu baxımdan son bir ay ərzində mötəbər xarici qaynaqlarla yanaşı, coğrafiya dərsliklərimizi, dərs vəsaitlərimizi və bu sahədə olan kitabları da detallı şəkildə gözdən keçirdim. Kaş ki, onlara baxmaz olaydım! Bu kitabları vərəqlədikcə məni dəhşət bürüdü. Təəssüf ki, məktəb kitablarımızda coğrafiya elmi "can verir". Hər gün uşaqlarımızın çantasına qoyduğumuz coğrafiya kitabları təəssüf ki, elmi xətalarla doludur. Şagirdlərə təqdim olunan "faktlar"ın çoxu artıq tarixə qovuşub və ya kökündən yanlışdır.
Sanki dünya dayanıb, fiziki coğrafiya və iqtisadi coğrafiya 1990-cı, ən yaxşı halda isə 2000-ci illərdə qalıb, bir çox coğrafi məlumatlar isə reallıqdan çox uzaqdadır. Dünya iqtisadi xəritəsi tamamilə dəyişib, biz isə şagirdlərə hələ də köhnə statistikanı doğru rəqəmlər kimi təqdim edirik”.
O iddia edir ki,fiziki coğrafiyaya aid informasiyalarla bağlı vəziyyət acınacaqlıdır:
 
“Terminologiya qarışıqlığı və yanlış təriflər baş alıb gedir. Fiziki coğrafiyada artıq elmi sübutunu itirmiş məlumatlar "mütləq həqiqət" kimi təqdim olunur. Məsələn, bəzi materiklərin ən uca zirvə adları dəyişsə də, kitablarda köhnə adlar qalmaqdadır. Tutaq ki, Şimali Amerikanın ən uca zirvəsi 2015-ci ildən "Denali" adlanır. Amma hələ də bizim məsum şagirdlərə bu zirvə Mak-Kinli olaraq tanıdılır. Qeyd edək ki, 1896-cı ildə siyasi səbəblərlə ABŞ-da bu zirvənin adı “Mount McKinley” kimi rəsmiləşdirilib. 28 avqust 2015-ci ildə isə ABŞ Daxili İşlər Nazirliyinin rəsmi qərarı ilə zirvənin federal adı yenidən dəyişdirilərək “Denali” olub.
Dünya okeanlarının ölçüsü və ümumlikdə okeanlar haqqında məlumatlar həqiqəti əks etdirməyən köhnədən qalma yanlışlıqlardır. Məsələn, hazırda dünyada 5 okean olsa da, coğrafiya kitablarında 4 okean olduğu qeyd olunur. Özü də ölçüləri yanlış olaraq aşağıdakı kimi təqdim edilir: Sakit okean – 180 mln km2; Atlantik okeanı – 93 mln km2; Hind okeanı – 75 mln km2; Şimal Buzlu okean - 13 mln km2
Halbuki müasir coğrafiya və beynəlxalq elmi təşkilatların (xüsusən Beynəlxalq Hidroqrafiya Təşkilatı – “International Hydrographic Organization” – “IHO”) qəbul etdiyi təsnifata görə okeanların sayı 5-dir və onların sahələri aşağıdakı kimidir: Sakit okean – 165-168 mln km2; Atlantik okeanı – 106 mln km2; Hind okeanı – 70-71 mln km2; Cənub okeanı – 20-21 mln km2, Şimal Buzlu okean – 14 mln km2
Cənub okeanı (Antarktida ətrafı) 2000-ci ildən etibarən “IHO” tərəfindən ayrı okean kimi tanınır. Bu cür məlumatlar təqdim edilərkən “International Hydrographic Organization” kimi ixtisaslaşmış beynəlxalq qurumların son rəsmi məlumatlarına istinad edilməsi daha məqsədəuyğun olardı”.
 
Yunis Xəlilov qeyd edir ki, planetlər barədə olan informasiyalar köhnədir və yeniliyi əks etdirmir:
 
“Məsələn, coğrafiya dərsliklərində halqaları olan planetlər kimi yalnız Yupiter və Saturnun adı çəkilir. Halbuki Uran və Neptunun da halqaları vardır. Düzdür, Saturn ən böyük və açıq-aydın görünən halqa sisteminə malikdir. Yupiter, Uran və Neptun yalnız zəif, qaranlıq və tozvari halqalara malikdir, bunlar əsasən kosmik aparatlarla aşkar olunub. Astronomik məlumatları şagirdlərə təqdim edənlər NASA-nın rəsmi internet səhifəsi kimi etibarlı mənbələrə niyə nəzər salmayıb? Geoloji cədvələ daxil olan eralar və onların dövrləri haqda da ciddi təhrif olunmuş məlumatlar dərsliklərdə baş alıb gedir. Xəritələrdəki miqyas və koordinat xətalarından isə heç danışmaq istəmirəm.
Kitablarda dünyada meşəlik əmsalı ən yüksək olan ölkələr sırasına Surinam (94,5%), Qayana (85%), Mozambik (85%), Qabon (81%) və Kamboca (72%) aid edilir. Halbuki düzgün ardıcıllıq və faiz göstəricisi belədir: Surinam (95%), Qayana (93,5%), Mozambik (40–50%), Qabon (91%). Kambocada meşəlik əmsalı hazırda təxminən 44–45% həddindədir.”
 
Müsahibimiz iqtisadi coğrafiya üzrə istehsal rəqəmlərinin, ixrac-idxal strukturunun və ölkələrin statusunun reallığa uyğun gəlmədiyini bildirir:
 
“Məsələn, ən böyük uran ehtiyatları olan ölkələr, dünyada ət ixracatı, banan, üzüm və kartof istehsalı, elektrik enerjisinin istehsalı üzrə hansı ölkələrin fərqləndiyi barədə sualların cavabları dərsliklərdə yanlış verilir.
Kitablarda banan istehsalına görə dünyada birinci yer hələ də Braziliya olaraq göstərilir. Halbuki son dövrün iqtisadi göstəriciləri göstərir ki, Braziliya banan istehsalında ilk 5–6 ölkə sırasında yer alır və onun istehsalının böyük hissəsi daxili bazar üçün istifadə olunur. Banan istehsalına görə dünyada birinci yerdə qərarlaşan ölkə hazırda Hindistandır (il ərzində 30 milyon tondan çox banan istehsalı).
Eyni zamanda, coğrafiya kitablarında üzüm və mandarin istehsalına görə dünyada birinci yeri tutan ölkələrin İtaliya (üzüm) və Yaponiya (mandarin) olduğu göstərilir. Halbuki həqiqət budur ki, üzüm və mandarin istehsalında birinci ölkə Çin-dir. 3 aprel 2001-ci il tarixli beynəlxalq saziş əsasında yaradılmış Beynəlxalq Üzüm və Şərab Təşkilatının (International Organisation of Vine and Wine) 2024-cü il üzrə rəsmi qlobal hesabatında açıq yazılır ki, Çin “fresh grapes” (süfrə üzümü, şərablıq üzüm və qurudulacaq üzüm) istehsalında birincidir: Çin bir ildə 17 milyon ton üzüm istehsal etdiyi halda, İtaliya (7,3 milyon ton) heç onun yarısı qədər də üzüm istehsal etmir.
Bu və bunun kimi məsələlər dərsliklərdə verilən məlumatların çoxunun artıq “eramızdan əvvəl”, yəni “Nuh tufanı” dövrünə aid yanlış bilgilər olduğunu göstərir”.
 
Hüquqşünas sonda əlavə edib ki, dərsliklərdə etibarlı mənbələrə istinad olunmalıdır:
 
“Coğrafiya dərsliklərimizdə nəyə görə “National Geographic”, “Smithsonian Institution”, “World Atlas” və “World Factbook”  kimi etibarlı mənbələrə istinadlar olunmur? Bu dərsliklərlə böyüyən şagirdlər beynəlxalq olimpiadada və ya xarici universitetlərdə hansı elmi rəqabətə tab gətirə bilər?
Əziz dostlar, mən deputat deyiləm, nə də hansısa aidiyyəti qurumun məsul şəxsi! Sadəcə, bu ölkənin bir vətəndaşı və uşaqlarımızın gələcəyinə biganə qala bilməyən biriyəm. Coğrafiya kitablarını vərəqləyəndə ürəyim ağrıyır, o şagirdlərə yazığım gəlir.”
 
Mehin Mehmanqızı

Bəzi dərsliklərin istifadəsi şagirdlərə çətinliklər yaradır – <span style="color: #ff0000;">RƏSMİ ETİRAF</span>

"Hazırda bəzi dərsliklərin istifadəsi şagirdlər üçün çətinliklər yaradır".
 
Moderator.az xəbər verir ki, bu fikirləri Təhsil İnstitutunun direktoru səlahiyyətlərini müvəqqəti icra edən, Elm və Təhsil Nazirinin müşaviri Elnur Əliyev jurnalistlərə açıqlamasında deyib
 
O bildirib ki, bu hallar məktəblərdə aparılan müşahidələr vasitəsilə müəyyən edilir: “Nəticələr dərslik müəllifi komandalarına təqdim olunur və növbəti illərdə dərsliklərin təkmilləşdirilməsi bu məlumatlara əsasən həyata keçirilir. Təhsil İnstitutu dərsliklərin mütəmadi keyfiyyət ekspertizasını həyata keçirir. Hər il yeni hazırlanmış dərsliklərlə bağlı institutun mütəxəssisləri dərs dinləmələri aparır və müəllimlərdən dərsliklərin necə istifadə olunması barədə məlumat toplayır. Eyni zamanda şagirdlərin dərsliklərdən istifadə səviyyəsi də qiymətləndirilir". /apa/

Emin Əmrullayev müəllimləri təbrik etdi - <span style="color: #ff0000;">FOTO</span>

Elm və təhsil naziri Emin Əmrullayev 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.
 
Moderator.az xəbər verir ki, bu barədə nazir sosial şəbəkə hesablarında paylaşım edib.
 
Paylaşımda deyilir:
 
"Dəyərli müəllimlər! Sizi Müəllimlər Günü münasibətilə təbrik edir, hörmət və ehtiramımı bildirir, şərəfli fəaliyyətinizdə uğurlar arzulayıram. Gənc nəslin formalaşmasında fədakar əməyinizə görə təşəkkür edirəm".

Bu gün Beynəlxalq Müəllimlər Günüdür

Bu gün müəllimlərin peşə bayramıdır.
 
Moderator.az xatırladır ki, 5 oktyabr Azərbaycanda müəllimlərin peşə bayramı qeyd olunur.
 
Belə ki, 1966-cı ilin bu günü UNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini müəyyən edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanıb.
 
1994-cü ildən isə həmin tarix UNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix həmçinin BMT-nin beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunmasında məqsəd müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət yetirməkdir.
 
Qeyd edək ki, "Müəllimlər günü" hazırda 100-dən çox ölkədə ümumdünya səviyyədə, bəzi ölkələrdə isə müxtəlif tarixlərdə milli səviyyədə qeyd edilir.
 
Azərbaycanda isə bu gün 1993-cü ildən qeyd olunur.

Bakı Ali Neft Məktəbi 36 Prezident təqaüdçüsü ilə lider və ölkə rekordçusu oldu

Azərbaycan Prezidenti İlham Əliyevin "2025-2026-cı tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında müvafiq Sərəncamına əsasən, Prezident təqaüdünə layiq görülmüş tələbələrin 36 nəfəri SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) təhsil alır.

Ümumilikdə, ölkə üzrə Prezident təqaüdünə layiq görülən tələbələrin sayı 102 nəfərdir.

BANM artıq 6-cı ildir ki, Prezident təqaüdçülərinin sayına görə liderdir. Təqaüdçülərin üçdə birindən çoxunu BANM tələbələri təşkil edir.

BANM-in Prezident təqaüdçülərindən 11 nəfəri İnformasiya təhlükəsizliyi, 8 nəfəri Kimya mühəndisliyi, 2 nəfəri Biznesin idarə edilməsi, 2 nəfəri Kompüter mühəndisliyi, 1 nəfəri Kompüter elmləri, 12 nəfəri isə yeni açılan Maliyyə ixtisasının tələbəsidir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 2025–2026-cı tədris ilində ali təhsil müəssisələrinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb. Dövlət başçısının imzaladığı sənədə əsasən, Sərəncam ümumilikdə 102 tələbəni əhatə edir.

 

 

“Elm və innovasiyaya sərmayə qoyulmazsa, <span style="color: #ff0000;">yaxın 10–15 ildə də universitetlərimiz inkişaf edə bilməyəcək...”</span>

"Universitetə sərmayə ölkənin inkişafı üçün açardır...”
 
“Azərbaycan universitetlərinin beynəlxalq rəqabət gücünə sahib olması üçün ən azı 1 milyard dollarlıq güclü investisiya proqramı tələb olunur...”
 
Aktuallığını nəzərə alaraq təhsil eksperti İlham Əhmədovun Azərbaycan təhsilinin problemlərinə həsr edilmiş “Universitetə sərmayə ölkənin inkişafı üçün açardır” başlıqlı növbəti yazısını dəyərli Moderator.az oxucularının müzakirəsinə buraxırıq:
 
“Müasir dünyada ali təhsilin inkişafı yalnız tədris korpuslarının mövcudluğu ilə ölçülmür. Universitetlər elm, innovasiya və insan kapitalı yaradan mərkəzlərdir. Əgər bu istiqamətlərə davamlı sərmayə qoyulmazsa, universitetlər formal olaraq mövcud ola bilər, amma inkişaf edə bilməzlər.
 
ADA Universitetində keçirilən beynəlxalq tədbirdə rektor Hafiz Paşayevin dediyi kimi, təhsilə qoyulan sərmayə ölkənin davamlı inkişafının ən effektiv yoludur. Təhsil, xüsusən də ali təhsil iqtisadiyyatın əsas resursu olan insan kapitalını formalaşdırır. Ona görə də hər bir universitetə edilən investisiyanın miqdarı və strukturu diqqətlə analiz olunmalı, bu vəsaitin səmərəli xərclənməsi təmin edilməlidir...
 
Azərbaycan reallığında isə ali təhsilə edilən sərmayələr, demək olar ki, yalnız təmir-tikinti ilə məhdudlaşıb. Halbuki universitetin missiyası elm və təhsil üzərində qurulur, daş-divar yönlü xərclər isə elmi inkişafı təmin etmir.
 
ETN-in və universitetlərin məsuliyyəti
 
Ən vacib sual budur: son 25 ildə Təhsil Nazirliyi universitetlərin inkişafına nə qədər investisiya ayırıb və bu vəsaitin neçə faizi elm və təhsilə, neçə faizi infrastruktur işlərinə yönəlib? Təəssüf ki, bu barədə ictimaiyyətə aydın və şəffaf məlumat təqdim olunmayıb.
 
Universitetlərin özlərinin də inkişaf üçün ciddi təşəbbüsləri olmayıb. 
Əksinə, onların əlində olan cüzi maliyyə resursları da “fondlara könüllü köçürmə” adı ilə mərkəzləşdirilib. Belə siyasət nəticəsində universitetlərimizin qlobal inkişafdan 20–25 il geri qalması təbii haldır.
 
Beynəlxalq təcrübə: Rusiyanın və Qərbin modeli
 
Müqayisə üçün qeyd edək ki, Rusiya Federasiyasında dövlət və özəl sektor universitetlərə böyük həcmdə və mərhələli şəkildə investisiyalar yönəldir. Məsələn, təkcə “Sberbank” bu il altı universitetdə yeni İT proqramlarının hazırlanmasına 15 milyon dollar ayırıb. Bundan əvvəl dövlət proqramları çərçivəsində yüz milyonlarla dollar sərmayə yatırılıb. Nəticədə rus universitetlərində distant təhsil, rəqəmsal transformasiya və süni intellekt fakültələrinin yaradılması mümkün olub...
 
Dünyanın qabaqcıl universitetləri – MIT, Oxford, ETH Zürich, KAIST – də məhz sistemli investisiyaların hesabına elm, innovasiya və insan kapitalının mərkəzinə çevriliblər.
 
İnvestisiya strukturu necə olmalıdır?
 
Beynəlxalq təcrübə göstərir ki, universitetə qoyulan vəsaitin düzgün bölgüsü inkişaf üçün əsas şərtdir. Optimal model belə ola bilər:
 
• Tədqiqat və innovasiya infrastrukturu – 30%
(laboratoriyalar, texnoparklar, patent dəstəyi)
• Akademik heyət və insan kapitalı – 25%
(maaşlar, xarici mütəxəssislərin cəlbi, beynəlxalq mübadilə)
• Təhsil keyfiyyəti və tələbə dəstəyi – 20%
(təqaüdlər, startap qrantları, rəqəmsal platformalar)
• İnfrastruktur və kampus həyatı – 15%
(kitabxana, yataqxana, idman və mədəniyyət mərkəzləri)
• Beynəlxalqlaşma və əməkdaşlıq – 10%
(ikili diplomlar, konsorsiumlar, qlobal reytinqlər)
 
Azərbaycan reallığında isə investisiyanın demək olar ki, 90–95%-i təmir-tikintiyə yönəlib. Bu isə universitetləri “quru korpus” statusunda saxlayır.
 
İnsan kapitalı böhranı
 
İnvestisiya çatışmazlığı nəticəsində insan kapitalı zəifləyib. Təhsil Nazirliyi islahatları aparmaq üçün belə, çox vaxt mütəxəssis tapmayıb, kadrları qeyri-akademik müəssisələrdən toplamaq məcburiyyətində qalıb. Bu isə uzunmüddətli geriliyin əsas səbəblərindən biridir.
 
Əgər elm və innovasiyaya sərmayə qoyulmazsa, yaxın 10–15 ildə də universitetlərimiz inkişaf edə bilməyəcək, əksinə “ucuz və keyfiyyətsiz” təhsil modellərinin nümunələrinə çevriləcək.
 
Çıxış yolu: islahat və sərmayə
 
Azərbaycan universitetlərinin beynəlxalq rəqabət gücünə sahib olması üçün ən azı 1 milyard dollarlıq güclü investisiya proqramı tələb olunur. Bununla yanaşı, həm Təhsil Nazirliyində, həm də universitetlərin özündə ciddi kadr islahatları aparılmalıdır. Yalnız bu halda 10 ildən sonra nəticələri hiss etmək mümkün ola bilər.
 
Əks halda, universitetlərimiz Avropa və Rusiyadan deyil, hətta Qazaxstan və Özbəkistan universitetlərindən də geri qalmağa davam edəcəklər.
 
Son 25 illik təcrübə göstərdi ki, yalnız təhsil haqqı və təmir-tikinti yönlü xərclərlə universitet inkişaf edə bilmir. Müasir universitetin gücü tədqiqat, innovasiya və beynəlxalq əməkdaşlıqda ölçülür. Əgər bu istiqamətlərə sərmayə qoyulmasa, ali təhsil sistemi suyu quruyan dəyirmana bənzəyəcək – forması var, amma funksiyası yoxdur...
 
Dos. İlham Əhmədov"
 

Üç məktəbdə müəllimlər vahid formaya keçdi: Nə dəyişib? - <span style="color: #ff0000;">Direktorlar danışır</span>

Azərbaycanda bəzi məktəblərdə müəllim heyəti vahid geyim formasına keçir. Bu təşəbbüsün təhsildə intizam və nümunəvi görünüş baxımından fayda verdiyi bildirilir. Ancaq müəllimlərin vahid formaya keçidinə ehtiyac olmadığını düşünənlər də var.
 
Bəs vahid geyim formasının tətbiqi məktəblərdə hansı nəticələri verib?
 
Moderator.az xəbər verir ki, vahid forma tətbiq edilən məktəblərin direktorları Teleqraf-a danışıblar. Qeyd edək ki, hər üç məktəb Şəmkir rayonuna aiddir.
 
Şəmkir rayonu Şöhrət Hüseynov adına Qılıncbəyli kənd tam orta məktəbinin direktoru Yaqub Əsədov bildirib ki, vahid forma intizamı və keyfiyyəti artırır.
 
Onun sözlərinə görə, 2021-2022-ci tədris ilindən müəllimlərin vahid forma geyinməsi təşəbbüsü məktəb rəhbərliyi və müəllimlər tərəfindən irəli sürülüb, Şəmkir rayon təhsil şöbəsi tərəfindən dəstəklənib. Məktəb kollektivi formaya keçidi müsbət qarşılayıb:
 
“Hər bir məktəbin vahid formaya keçməsi daha yaxşı olardı. Şagirdlər də həmişə forma geyinib. 2022-2023-cü tədris ilində Elm və Təhsil Nazirliyi tərəfindən göndərilən nümunələr arasında pedaqoji şurada valideynlərin iştirakı ilə 2 nömrəli forma seçildi. Həmin geyimi həm valideynlər, həm də şagirdlər müsbət qarşıladılar. Vahid forma nizam-intizamın qorunmasına, şagirdlərin təhsilinin keyfiyyətinə müsbət təsir göstərir”.
 
 
Şəmkir rayonu Qaralar kənd Ayaz Bağırov adına tam orta məktəbinin direktoru Flora Qurbanova isə bildirib ki, onlar bu qaydanı illər əvvəl tətbiq etməyə başlayıblar:
 
“Mən 1993-cü ildən bu məktəbdə direktoram. Elə həmin ildən uşaqların vahid formada dərsə gəlməsi qaydasını tətbiq etmişik. Əvvəlcə döş geyimi və şalvar idi, sonradan qara yubka və ağ köynəyə keçdik. Eyni forma müəllimlərə də şamil olundu. 2013-cü ildən isə qadın və kişi müəllimlərimiz vahid geyim formasından istifadə edir”.
 
Direktorun sözlərinə görə, bu, həm səliqə, həm də mənəvi baxımdan müsbət nəticələr verib: “Kimsə məktəbə gəlib bahalı paltarlarını nümayiş etdirə bilmir. Bu, həm müəllimlər, həm də şagirdlər üçün keçərlidir. Vahid forma həm görünüş baxımından gözəldir, həm də şagirdlər üçün nümunədir. Mən ümumilikdə səliqəni çox sevirəm və bu üsulla onu təbliğ edirik”.
 
Direktor vahid formanı həm pedaqoji kollektivin nümunəvi görünüşü, həm də şagirdlərin təhsilinə müsbət təsir edən amil kimi qiymətləndirir:
 
“Valideynlər də razıdırlar. Hamı eyni formada olduğundan heç kim bir-birindən seçilmir. Bu da sosial bərabərliyin qorunmasına kömək edir”.
 
 
Şəmkir rayonunun Ağlavaşlı kənd Sahib Əliyev adına tam orta məktəbin direktoru Tahir Hacıyev isə təşəbbüsün özünə məxsus olduğunu deyib:
 
“Şagird müəllimin geyiminə baxıb ona bənzəməyə çalışır, hərəkətlərini, davranışını, danışığını təkrarlamağa başlayır. Geyimini də müəlliminə uyğunlaşdırır. Bu baxımdan vahid formanı vacib hesab edirəm. Mən bu məktəbdə iki ildir çalışıram, formaya keçid təşəbbüsünü də özüm irəli sürmüşəm. Tətbiq etdik və nəticələr müsbət oldu.
 
Bu yanaşma həm məktəbin ümumi ab-havasına, həm də şagird-müəllim münasibətlərinə yaxşı təsir göstərir. Məktəbdə nizam-intizamın qorunması, müəllimlərin peşəkar görünməsi və şagirdlər üçün nümunə olması baxımından bu addımın digər məktəblərdə də tətbiqi faydalı ola bilər”.

Dövlət İmtahan Mərkəzi bu gün əlavə imtahanlar keçirəcək

Dövlət İmtahan Mərkəzi (DİM) 2025-ci ildə buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, həmçinin eksternat qaydasında imtahan verənlər üçün bu gün imtahan keçirəcək. Bundan əlavə, bu il keçirilən Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər bu gün imtahan verəcəklər.

Universitetlərin boş qalan plan yerləri və kolleclərə 17 mindən çox ərizə verildi

Bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam orta (11 illik) ixtisas təhsili müəssisələrinə indiyə qədər 17494 elektron ərizə qəbul edilib.
 
Bu barədə Moderator.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
 
Bildirilib ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi 2 sentyabr saat 23:59-dək davam edəcək.
 
Elektron ərizələrin qruplar üzrə hazırki statistikası isə belədir:
 
Birinci qrup - Azərbaycan dili bölməsi üzrə 188, rus dili bölməsi üzrə 12, cəmi 200;
 
İkinci qrup – Azərbaycan bölməsi üzrə 375, rus bölməsi üzrə 32, cəmi 407;
 
Üçüncu qrup – Azərbaycan bölməsi üzrə 561, rus bölməsi üzrə 88, cəmi 649;
 
Dördüncü qrup – Azərbaycan bölməsi üzrə 42, rus bölməsi üzrə 11, cəmi 53
 
Beşinci qrup – Azərbaycan bölməsi üzrə 4, rus bölməsi üzrə 2, cəmi 6;
 
Orta ixtisas (11 illik təhsil bazasından) – Azərbaycan bölməsi üzrə 15728, rus bölməsi üzrə 747, cəmi 16475.
 
Qeyd edək ki, ixtisas seçmək hü­ququ olan abituriyent ali təhsil müəssisə­ləri­nin və orta ix­tisas təhsili müəssisələ­rinin 20-dək ixtisas kodu­nu seçib, onları eservices.dim.gov.az/erizebak/ixtisas2 inter­net ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci sayında dərc olunub. Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları isə “Abituriyent” jurnalının 5‑ci sayında dərc olunub.

Peşə təhsil müəssisələrinə işə qəbulla bağlı vakansiya seçimi mərhələsinə start verilib

2025/2026-cı il tədris ili üçün Elm və Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin vakansiya seçimi mərhələsinə start verilib.

❌