Faktiki hava açılanıb

Ölkə ərazisində hava şəraiti, əsasən, yağmursuz keçib.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin noyabrın 29-u saat 11:00-a olan məlumatında bildirilib.

Qeyd olunub ki, Quba, Qusar və Naxçıvanda 1 mm-dək yağıntı düşüb.

Şəmkir, Lerik və Yevlaxda duman müşahidə olunur. Görüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 10° isti, Naxçıvan Muxtar Respublikasında 4° şaxtadan 2°-dək isti, Aran rayonlarında 3° isti, dağlıq ərazilərdə isə 1°-dək isti olub.