Azərbaycan və Estoniya iqtisadi-ticarət əlaqələrini genişləndirməkdə maraqlıdır.
Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov estoniyalı həmkarı Marqus Tsaxna ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
Ceyhun Bayramov qeyd edib ki, iki ölkə arasında iqtisadi-ticarət sahəsində əməkdaşlığın genişləndirilməsi üçün indiyədək bir sıra imkanlar nəzərdən keçirilib.
Nazirin sözlərinə görə, hər iki tərəf biznes dairələri arasında əlaqələrin gücləndirilməsində maraqlıdır:
“Bu istiqamətdə son dövrdə iki ölkənin biznes nümayəndələrinin iştirakı ilə müxtəlif görüşlər və tədbirlər təşkil olunub”.
Ceyhun Bayramov yaxın gələcəkdə bu sahədə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu söyləyib.