Avropada Ukraynaya NATO-nun 5-ci maddəsinə əsaslanan təhlükəsizlik zəmanətlərinin verilməsi ideyasına ciddi şübhə ilə yanaşılıb. Bu təklifi irəli sürənlərdən biri ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Cared Kuşnerdir.
Bu barədə “Le Monde” nəşri yazıb.
“Kuşner noyabrın 19-da bildirib ki, Rusiya müharibədən sonrakı dövrdə Ukraynaya NATO Nizamnaməsinin kollektiv müdafiəni nəzərdə tutan 5-ci maddəsi ilə eyni prinsiplərə əsaslanan təhlükəsizlik zəmanətlərinin verilməsinə qarşı deyil. Lakin Moskva bu iddianı qısa müddətdə təkzib edib. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, bu cür istənilən “kreativ həllər” Rusiya üçün qəbuledilməzdir.
Bununla yanaşı, Kuşnerin təklifi avropalılar arasında təəccüb doğurub. Onlar hesab edirlər ki, NATO-nun üzvü olmaq məsələsində aralıq status mövcud deyil”, - nəşr vurğulayıb.