Naxçıvanın Babək rayonunda iki avtomobil toqquşub, beş nəfər xəsarət alıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Yarımca kəndi ərazisində baş verib.
“Changan” və “AZSamand” markalı avtomobillərin toqquşması nəticəsində 1982-ci il təvəllüdlü Mehman Qənbərov, 1988-ci il təvəllüdlü Anar Məmmədov, 1988-ci il təvəllüdlü Seyhun Şirinov, 1991-ci il təvəllüdlü Nərmin Qənbərzadə və 1990-cı il təvəllüdlü Nuranə Qənbərova xəsarət alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.