Merts Ukraynanın NATO-ya üzv olmamasını tarixi səhv adlandırdı

Almaniya kansleri Fridrix Merts NATO-nun 2008-ci ildə keçirilən Buxarest sammitində Ukraynanın alyansa qəbul edilməməsini səhv qərar hesab edib.

Merts Berlində NATO-nun baş katibi Mark Rutte ilə birgə mətbuat konfransında sammitdə qəbul edilən qərarlardan danışıb.

“Bu gün geriyə baxanda hamımız bunun nə qədər yanlış hesab olduğunu görürük: 2008-ci ildə Buxarest sammitində Ukraynanın NATO-ya qəbul edilməsi ilə bağlı ABŞ-ın təklifini dəstəkləməmək. Ukrayna NATO-nun üzvü olsaydı, yəqin ki, bu müharibənin qarşısı alına bilərdi”, – deyə kansler bildirib.