"Beşiktaş" - "Hapoel Beer Şeva" matçı tribunalardakı gərginlik səbəbindən yarımçıq dayandırılıb.
Batumidə keçirilən matçda “Beşiktaş” azarkeşlərinin Fələstin bayrağı qaldırmasına Gürcüstan polisi müdaxilə edib.
Hakimlər paltardəyişmə otağına gediblər.
Bildirilib ki, “Beşiktaş”-“Hapoel Beer Şeva” arasındakı Avropa Liqası matçı tribunadakı insident səbəbindən 25-ci dəqiqədə dayandırılıb.
***
Hakimlər briqadasının paltardəyişmə otağından qayıtmasından sonra matç bərpa edilib.
Görüş qaldığı yerdən davam edir və qarşılaşmada hesab açılmayıb.