Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında nəqliyyat sahəsində əməkdaşlığın əsas istiqamətləri müzakirə edilib.Bu barədə Oxu24.com-a Aİ-nin Azərbaycandakı Nümayəndəliyindən məlumat verilib.Qeyd olunub ki, noyabrın 26-da Bakıda Avropa Komissiyası ilə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında üçüncü Yüksək Səviyyəli Nəqliyyat Dialoqu keçirilib.Görüşə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Avropa Komissiyasının Nəqliyyat və Mobillik üzrə Baş Direktorluğunun rəhbəri Maqda Kopçinska həmsədrlik ediblər.Dialoq Aİ-Azərbaycan münasibətlərində əməkdaşlığın genişləndiyi bir vaxta təsadüf edib.Görüşün Avropa ilə Mərkəzi Asiyanı Cənubi Qafqaz vasitəsilə birləşdirən və Aİ-nin Qara dəniz regionuna dair Strateji Yanaşmasının əsas təşəbbüslərindən biri olan Regionlararası Bağlantı Gündəliyinə töhfə verdiyi qeyd olunub.Dialoq çərçivəsində nəqliyyatın bütün sahələrində əməkdaşlığın əsas istiqamətləri müzakirə olunub. Xüsusilə regional bağlantılar və aviasiya əlaqələrinə diqqət yetirilib.Bu kontekstdə Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında Orta Dəhliz üzərində strateji körpü rolunu oynadığı vurğulanıb.Regional bağlantılarla bağlı müzakirələrdə dəhlizin prioritet infrastruktur layihələrinin, o cümlədən Bakı Limanının və Naxçıvan dəmir yolunun inkişafı istiqamətində əldə olunan irəliləyiş nəzərdən keçirilib.Tərəflər regionda baş verən son dəyişiklikləri və yeni bağlantı təşəbbüslərini nəzərə almaqla, Trans-Avropa Nəqliyyat Şəbəkəsinin (TEN-T) Azərbaycanı əhatə edən xəritəsinin mümkün yenilənməsinin araşdırılmasının zəruriliyi barədə razılığa gəliblər.Aviasiya sahəsində isə Aİ-Azərbaycan Ümumi Aviasiya Məkanı haqqında Saziş üzrə danışıqların hazırkı vəziyyəti və sənədin yekunlaşdırılması üçün atılmalı olan növbəti addımlar müzakirə edilib.Görüşdə həmçinin nəqliyyatın rəqəmsallaşdırılması, dayanıqlı aviasiya yanacaqlarından istifadə və dəmir yolu sistemlərinin qarşılıqlı uyğunluğu məsələlərinə toxunulub.Dialoqun yekununda tərəflər daha səmərəli, dayanıqlı və davamlı Orta Dəhlizin inkişafı naminə Aİ-Azərbaycan nəqliyyat əməkdaşlığının daha da dərinləşdirilməsinə sadiq olduqlarını təsdiqləyiblər.Növbəti mərhələdə müzakirə olunacaq məsələlər üzrə müntəzəm fikir mübadiləsinin intensivləşdirilməsi, xüsusilə TEN-T şəbəkəsinin Azərbaycan üzrə genişləndirilməsi ilə bağlı texniki səviyyədə işlərin davam etdirilməsi və Aİ-Azərbaycan Ümumi Aviasiya Məkanı haqqında Sazişin yekunlaşdırılması istiqamətində səylərin artırılması barədə razılıq əldə olunub.Növbəti Yüksək Səviyyəli Nəqliyyat Dialoqu 2027-ci ildə Brüsseldə keçiriləcək. Görüş zamanı əməkdaşlığın bütün istiqamətləri üzrə əldə olunan nəticələr nəzərdən keçiriləcək.
Bu gün
264 xəbər bu gün
Bu, "Alinea Analytics" analitik şirkətinin qiymətləndirməsində öz əksini tapıb. Qeyd olunub ki, satılan nüsxələrin 75,7 %-i "PlayStation 5"in, 24,3 %-i və ya təxminən 13 milyo…
Müntəzəm soyuq duş qəbul etmək xəstəlik səbəbindən işə çıxılmayan günlərin sayını azalda bilər. 12 həftə davam edən araşdırmada soyuq duş qəbul edən şəxslərin xəstəlik günlərinin 26 faiz, işə çıxmadıqları günlərin isə 31…
Xərçənglə bağlı tədqiqatlarda CDK12 və CDK13 protein kinazaları terapiya üçün perspektivli hədəflər kimi diqqət çəkir. Bu fermentlər DNT-ni transkripsiya edən RNT-polimeraza II zülal kompleksinə fosfat qrupunun…
Belçikalı milyonçunun arvadı İsveçrədə mağazadan oğurluq edərkən tutulub. "Report"un xəbərinə görə, bu barədə Belçikanın HLN nəşri məlumat verib. Məlumata görə, soyadı açıqlanmayan belçikalı qadın 3,8 milyon avroluq…
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın iki neft tankerinin oğurlanması və İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin həmin gəmiləri geri qaytarması barədə iddiaları təkzib edib
ABŞ-nin Nyu-York şəhərinin Mərkəzi Parkında Şükran Günü ilə bağlı müşahidələr tarixində rekord miqdarda yağıntı qeydə alınıb.
Astrologiyaya görə, qadınların analıq xüsusiyyətləri onların doğulduğu bürclə əlaqələndirilir. Bəzi analar uşaqlarına daha çox sərbəstlik verir, digərləri intizam və qaydalara üstünlük tutur, bir qismi isə övladları üçün…
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi investisiya müsabiqəsində Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib. Bu barədə Dövlət Xidməti məlumat yayıb. Məlumata…
Almaniyanın "Rheinmetall" müdafiə şirkəti Ukraynada 155 mm-lik artilleriya mərmisi istehsal edəcək zavod tikmək layihəsinin ləğvini nəzərdən keçirir. Almaniyanın "German Aid to Ukraine" portalına istinadən, şirkətin baş…
Nigeriyanın mərkəzi hissəsində yerləşən Plato ştatında silahlı şəxslərin kəndə hücumu nəticəsində 17 sakin həlak olub, 4 nəfər yaralanıb. Bu barədə “Reuters” agentliyi ştat polisinə…
В Индии около 400 тысяч человек приняли участие в свадьбе дочери влиятельного политика Ананта Сингха, которая отличилась рекордным размахом. Как передает Day.Az, для приема гостей были построены шесть вертолетных…
Xurmanın qabığı qida lifləri, polifenollar və karotinoidlərlə zəngindir. Buna görə də onu mütləq soymaq lazım deyil. Lakin qabığı qalın və ya dadı xoşagəlməzdirsə, meyvəni soyaraq yemək mümkündür.
Yaponiyanın avtomobil nəhəngi "Toyota Motor" şirkəti ardıcıl doqquzuncu aydır satışlarının azalmasını qeydə alır.
İranın Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı admiral Şehram İrani ABŞ-nin dəniz blokadasını uğursuzluq əlaməti adlandırıb və blokadanı pozmaq üçün əməliyyatların artıq başladığını bildirib. Bu barədə IRIB dövlət…
ABŞ hərbçiləri noyabrın 26-da Oman körfəzində ticarət gəmisinə zərbə endirərək onu hərəkətsiz vəziyyətə gətiriblər. TASS agentliyinə istinadla, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) açıqlama…