Lənkəranda yaşayış evi yanıb.
Qafqazinfo-ya istinadən, hadisə rayonun Şıxəkəran kəndində baş verib.
Yanğın 1958-ci il təvəllüdlü Rəsmiyə Yədulla qızı Əliyevaya məxsus ümumi sahəsi 120 kvadratmetr olan, birmərtəbəli 3 otaqlı evdə olub.
Yanğın zamanı evin yanar konstruksiyaları əşyaları ilə birlikdə yanıb.
Hadisə yerinə iki yanğınsöndürən texnika və şəxsi heyəti cəlb edilib, alovun kənar tikililərə keçməsinin qarşısı alınıb.
Yanğın nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.