Finlandiyalı professor Tomas Malinen NATO-nun baş katibi Mark Rüttenin “müharibəyə hazırlıq” barədə bəyanatını tənqid edib.
Malinen “X” sosial şəbəkəsindəki paylaşımında “Düşünmürəm ki, bu müharibəni artıq dayandırmaq mümkündür. İndi Avropa əhalisini bu müharibə ilə barışmağa hazırlamaqdan başqa yol qalmayıb”, - deyə bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Dövlət Dumasının deputatı Andrey Krasov NATO-nun baş katibi Mark Rüttenin müharibəyə hazırlaşmaq çağırışının Avropa ölkələrindəki daxili problemləri gizlətmək məqsədi daşıdığını bəyan edib.