Azərbaycanda bu il nikah potensialında olan gənclərin yarısı ailə qurmayıb.
Bunu Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov "Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq" kampaniyasına həsr olunmuş konfransda deyib.
Onun sözlərinə görə, cari il ölkədə 20-25 yaş aralığında nikah potensialına malik 175 min gənc var:
"Bu da təxminən 75-80 min nikahın qeydə alınması olduğu deməkdir. Amma Azərbaycanda 10 ayda 31 min nikah bağlanıb. İlin sonuna qədər ən yaxşı halda 10 min nikah bağlana bilər. Beləliklə, ümumilikdə 40 min nikah olacaq. Bu da nikah potensialının yarısı deməkdir. Yəni Azərbaycanda bu il nikah potensialında olan insanların yarısı evlənməyib".