Litvanın xarici işlər naziri ilə razılaşdıq - Ceyhun Bayramov

Bugünkü görüş zamanı iqtisadi-ticarət sahəsi ətrafında da fikir mübadiləsi apardıq.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Litvanın xarici işlər naziri Kestutis Budrislə birgə mətbuat konfransında çıxışı zamanı deyib.

“Hzırklı ticarət dövriyyəsi qənaətbəxş deyil, potensialımız daha yüksəkdir. Bəlli baxışımız odur ki, bu istiqamətdə lazımi addımlar atılacaq. Litvalı həmkarım ilə bir qrup şirkət rəhbələri də Bakıya gəlib və sabah iki ölkə arasında biznes forum təşkil olunacaq. Bu isə şübhəsiz, qarşlıqlı iş birliyi üçün olduqca önəmlidir.

Biz iki dövlətin əlaqələndirici qurumları olaraq iş adamlarından əlaqəlrin yüngülləşdirilməsi, dəstək üçün lazımi mexanizmləri də müzakirə etməyi razılaşdıq”.

Nazirlər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

“Görüş zamanı BMT və onun ixtisaslaşmış qurumları, Avropa İttifaqı, ATƏT, NATO və digər platformalar çərçivəsində əməkdaşlıqla bağlı faydalı fikir mübadiləsi aparılıb”,-deyə C.Bayramov qeyd edib.

O, həmçinin Azərbaycan-Ermənistan münasibətləri və Vaşinqton görüşündən sonra baş verən proseslər barədə litvalı həmkarına məlumat verdiyini söyləyib.

"Burada bir sıra müsbət inkişaflar var. Məsələn, ötən ildən başlayaraq tranzit yüklərinin daşınması həyata keçirilir. Bu barədə də həmkarıma məlumat verdim. son günlər baş verən yeni inkişaflar, o cümlədən Ermənistanın yeni Konstitusiya layihəsinin dərc edilməsi və TRIPP layihəsinin real icrasına başlanılması da görüş zamanı müzakirə olunub”, - deyə nazir qeyd edib.