"Sabah" futbol oynamağı sevən komandadır. Onların konkret oyun çərçivəsi var. Biz hər rəqibə hörmətlə yanaşırıq".
Bunu İspaniya təmsilçisi "Barselona"nın baş məşqçisi Hans-Diter Flik UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"la oyundan öncə keçirilən mətbuat konfransında deyib.
Almaniyalı mütəxəssis komandanın gənc ulduzu Lamin Yamalın Bakıya gətirilməməsinin səbəbinə aydınlıq gətirib:
"Biz əvvəllər də Yamalsız oynamışıq və nə edəcəyimizi bilirik. Dünən onu yoxladıq, İspaniyada qalmasına qərar verdik".
Flik Yamalı kimin əvəzləyəcəyini hələ müəyyənləşdirmədiyini bildirib:
"Onun mövqeyində kimin çıxış edəcəyi ilə bağlı qərar verməmişəm. Qarşıda hələ məşqimiz var. Son həftədə dörd oyun keçirmişik. Buna görə də bir çox futbolçunun meydana çıxmaq şansı olacaq".