Hörmətli cənab Prezident!
Biz – Kəlbəcər rayonunun Zivel kənd sakinləri olaraq, işğaldan azad edilmiş doğma torpaqlarımıza qayıdışımızın təmin edilməsi, Kəlbəcər rayonunda aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımızı bildiririk.
Sizin rəhbərliyinizlə Azərbaycan Ordusunun qəhrəmanlığı tarixi Zəfər nəticəsində doğma Kəlbəcərimiz işğaldan azad edilmiş, uzun illər davam edən torpaq həsrətimizə son qoyulmuşdur. Bu böyük Qələbə bizə – Kəlbəcər sakinlərinə doğma yurdumuza qaytmaq sevincini və ümidini bəxş etmişdir.
Hazırda Kəlbəcər rayonunda böyük quruculuq işlərinin həyata keçirilməsi, yaşayış məntəqələrinin yenidən salınması və müasir infrastrukturun yaradılması bizi qürurlandırır.
Möhtərəm cənab Prezident!
Doğma torpaqlarımızın azad olunmasına və bu gün həmin ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılmasına görə Sizə sonsuz təşəkkürümüzü bildiririk. Uca Allah Sizə möhkəm can sağlığı, uzun ömür və fəaliyyətinizdə yeni-yeni uğurlar nəsib etsin!
Dərin hörmət və minnətdarlıqla,
Zivel kənd sakinləri
Azərbaycan Respublikası, Kəlbəcər rayonu, Zivel kəndi.