Bayramovla Boçorişvili arasında görüş keçirilir - Fotolar

Azərbaycan və Gürcüstanın xarici işlər nazirləri Ceyhun Bayramovla Maka Boçorişvili arasında görüş keçirilir.

Bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.

C.Bayramov Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvilini qarşılayıb.

Hazırda nazirlərin təkbətək görüşü keçirilir.