Azərbaycanın SİMA elektron imza həlli Afrika bazarına çıxarılacaq

SİMA elektron imza həllinin xarici bazarlara çıxarmağı planlaşdırılır. Bu istiqamətdə Afrika ölkələrindən biri ilə danışıqlar aparılır.

Bunu “AzInTelecom”un Elektron İmza Həlləri şöbəsinin müdiri Lalə İmanova X Beynəlxalq Bankçılıq Forumunda (IBF 2026) çıxışında deyib.

Onun sözlərinə görə, yaxın zamanda həmin ölkəyə “SİMA İmza”nın təklif edilməsi nəzərdə tutulur:

“Beləliklə, həmin ölkənin istifadəçiləri də inteqrasiya olunmuş rəqəmsal platformalar vasitəsilə “SİMA İmza”dan elektron imza kimi yararlana biləcəklər.

Xarici bazarlara çıxışla bağlı danışıqları yalnız bir ölkə ilə məhdudlaşmır, artıq bir neçə ölkə ilə bu istiqamətdə müzakirələr aparılır”.