Türkiyənin keçmiş ailə və sosial xidmətlər naziri Fatma Betül Sayan Kaya ev dustaqlığına buraxılıb.
“Hürriyet”ə istinadən, sabiq nazirin ölkədən çıxışına da qadağa qoyulub.
Xatırladaq ki, Fatma Betül Sayan Kaya noyabrın 5-də İstanbul Baş Prokurorluğunun apardığı kapital bazarları araşdırması çərçivəsində “kapital bazarı qanununu pozmaq” və “cinayət törətmək üçün yaradılmış təşkilata üzvlük” ittihamları ilə həbs olunmuşdu.