NATO Polşaya AVACS təyyarəsi yerləşdirdi

NATO Polşanın hava məkanının pozulması ilə bağlı insidentdən sonra ölkəyə AVACS hava-desant erkən xəbərdarlıq və idarəetmə sisteminə malik təyyarə yerləşdirib.

Bu barədə NATO-nun sözçüsü Alison Hartn deyib.

Qeyd olunub ki, Şimali Atlantika Şurasının iclasında NATO ölkələrinin səfirləri ötən həftə Polşanın hava məkanının pozulması hadisəsini müzakirə ediblər.

Bəyanatda bildirilib ki, NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanı AWACS təyyarəsinin Polşada yerləşdirilməsi barədə göstəriş verib.