Azərbaycanla İtaliya arasında diplomatik münasibətlərin gələn il 35-ci ildönümü qeyd olunacaq.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə Bakıda keçirilən birgə mətbuat konfransında bildirib.
Ceyhun Bayramov Azərbaycan-İtaliya münasibətlərinin çox yaxşı inkişaf etdiyini qeyd edib.