Kürdəmir rayonundakı avtoqəzada xəsarət alanlar evə buraxılıblar.
Bu barədə "Report"un Yuxarı Şirvan bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (2 kişi, 2 qadın) bu gün saat 13:00 radələrində Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Xəsarət alan şəxslərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.
Kürdəmir rayonundakı avtoqəzada xəsarət alanların kimliyi məlum olub.
Onlardan biri sürücü - Göyçay rayon sakini, 2006-cı il təvəllüdlü Rəsul Cavad oğlu İsmayılovdur.
Bundan başqa, daha üç sərnişin - 1993-cü il təvəllüdlü Nəzir Valəddin oğlu Məmmədov, 2002-ci il təvəllüdlü İradə Məlik qızı Məmmədova və 2025-ci təvəllüdlü Leyla Nəzir qızı Məmmədovadır.
Kürdəmir rayonunun Şilyan kəndində yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
Göyçay rayon sakini Rəsul İsmayılovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil idarəetməni itirib və yoldan çıxaraq aşıb.
Qəza nəticəsində sürücü və üç sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.