"Haber Global"a istinadən, hadisə şəhərin Pendik rayonunda qeydə alınıb.
Məlumata görə, 9 mərtəbəli binanın sakinləri təbii qazdan zəhərləniblər. Zərəçəkənlər xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları, təcili yardım, qaz idarəsinin işçiləri cəlb olunub.
Digər sakinləri təxliyə edilən bina giriş-çıxış üçün bağlanıb.
Faktla bağlı araşdırma aparılır.