"Bild": Almaniya Rusiyanı təxribata çəkməmək üçün tankların Polşa ərazisindən keçirilməsindən imtina edib

Almaniya tankların və digər hərbi texnikanın açıq hərbi kolon tərkibində Polşa ərazisindən keçməklə Litvaya daşınmasından imtina etmək qərarına gəlib.

Bu barədə "Bild"ə istinadən xəbər verilir.

Məlumata görə, texnika dəmir yolu ilə çatdırılacaq. Qəzet qeyd edib ki, planların dəyişdirilməsi Rusiyanı təxribata çəkmək istəməməklə əlaqədardır, qərar NATO və Bundesver tərəfindən planlaşdırılan daşınmanın başlanmasına az qalmış qəbul edilib.

Hərbi texnika NATO-nun "Grand Eagle 26" təlimlərində iştirak etmək üçün Litvaya göndərilir. İlkin olaraq onun yerdəyişməsi alyansın şərq cinahında hərbi mövcudluğunun nümayişi olmalı idi.

"Grand Eagle 26"da 1800-ə yaxın hərbi qulluqçu və 750-dən çox nəqliyyat vasitəsi iştirak edir. Təlimlərin tapşırıqlarından biri Bundesver bölmələrinin NATO-nun şərq cinahına sürətli daşınmasının məşq edilməsidir.