Ağdaş sakininin yaşadığı evdə meyiti tapılıb.
1994-cü il təvəllüdlü Vüsal Nəbiyevin yaşadığı evdə meyiti aşkar edilib. İlkin məlumata görə, adıçəkilən şəxs ölümündən bir neçə saat öncə toyda olub. Mərasimdən sonra yaşadığı evə qayıdıb.
Faktla bağlı Ağdaş rayon Prokurorluğunda araşdırma başlanılıb.