Türkiyədə hava şəraiti ilə bağlı 24 vilayət üçün sarı xəbərdarlıq edilib

Türkiyə Meteorologiya Baş İdarəsi (MGM) noyabrın 21-də gözlənilən güclü yağışlarla əlaqədar İstanbulun da daxil olduğu 24 vilayət üçün sarı kodlu xəbərdarlıq yayıb.

Xəbərdarlığa əsasən, ölkənin bir sıra bölgələrində güclü leysan, şimşək və fırtına gözlənilir.

Şərqi Qara dəniz və Şərqi Anadolu bölgələrinin 2 000 metrdən yüksək dağlıq ərazilərində isə yağıntıların sulu qar və qar şəklində olacağı proqnozlaşdırılır.

Meteoroloqlar sel, subasma, torpaq sürüşməsi, ildırım və güclü külək təhlükəsinə qarşı əhalini ehtiyatlı olmağa çağırıblar.