Dövlət İmtahan Mərkəzi müstəqillikdən sonra yaranan ən güclü institusional təsisatlardan biridir. Onun gələcəyi prezident İlham Əliyevin Vətən müharibəsindəki liderliyi qədər həyati əhəmiyyətli təhlükəsizlik məsələsidir. Çünki milyonlarla azərbaycanlı şagird və tələbələrin biliyinin ölçülməsi dövlət quruculuğunun bütün sferaları üçün layiqli kadrların formalaşmasında müstəsna rol oynamaq deməkdir.Bunu Oxu24.com-a açıqlamasında millət vəkili Zahid Oruc bildirib.Millət vəkili açıqlamasında Məleykə Abbaszadənin Bakı Dövlət Universitetinin rektoru təyin edilməsini yüksək qiymətləndirdiyini qeyd edib."Onun Azərbaycan dövlətçiliyi qarşısında xidmətləri uzun illər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına, daha sonra Dövlət İmtahan Mərkəzinə rəhbərlik etməsi ilə məhdudlaşmır. Məleykə xanım müstəqillik tariximizdə cəmiyyətin etimadını qazanan, şəffaflıq, peşəkarlıq və obyektiv qiymətləndirmə prinsiplərinə əsaslanan mühüm bir dövlət institutunun qurucularındandır. Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasi dəstəyi ilə formalaşan qəbul sistemi ali təhsil almaq hüququnun ayrı-ayrı vəzifəli şəxslərin iradəsindən, ailələrin maddi imkanlarından və sosial mənşəyindən asılılığını azaltmaqda mühüm rol oynadı. Ucqar kənddə yaşayan sadə fəhlə və kəndli övladının öz biliyi hesabına yüksək bal toplayaraq ölkənin ən nüfuzlu universitetlərinə vəsiqə qazanması qəbul sisteminin ən böyük milli nailiyyətlərindən biridir.Məleykə Abbaszadənin idarəçilik təcrübəsində xüsusi qiymətləndirilməli cəhət institusional prinsiplərə sədaqəti, müxtəlif maraqlar və ictimai təzyiqlər qarşısında peşəkar mövqeyini qorumaq bacarığıdır. Dövlət qulluğuna qəbulun müsabiqə əsasında təşkili, beynəlxalq qiymətləndirmə meyarlarının öyrənilməsi, ölkənin təhsil mənzərəsini əks etdirən mötəbər statistik məlumat bazasının yaradılması onun rəhbərlik etdiyi qurumun fəaliyyət dairəsini xeyli genişləndirdi. Azərbaycanda təhsilin keyfiyyəti, regionlar üzrə bilik göstəriciləri, məktəblərin nəticələri və gənclərin ixtisas seçimi haqqında fundamental tədqiqatların aparılması üçün zəngin məlumat bazası formalaşdırıldı. Həmin məlumatlar ölkənin intellektual potensialını öyrənmək və gələcək təhsil siyasətini müəyyənləşdirmək baxımından böyük milli sərvətdir.Əlbəttə, ötən illər ərzində test üsulu, repetitorluğun geniş yayılması, imtahanların məzmunu və qiymətləndirmə metodologiyası ətrafında ciddi müzakirələr aparılıb. Qəbul sisteminin təkmilləşdirilməsinə ehtiyacın olduğunu heç kəs inkar edə bilməz. Lakin metodologiyanın təkmilləşdirilməsi ilə institusional müstəqilliyin zəiflədilməsi tamamilə fərqli məsələlərdir. Şəxsən hesab edirəm ki, onilliklər ərzində formalaşmış Dövlət İmtahan Mərkəzinin funksional müstəqilliyi qorunması vacibdir. İnstitusional islahat adı altında onun başqa bir qurumun struktur vahidinə çevrilməsi həm ali məktəblərə, həm də dövlət qulluğuna qəbul zamanı əldə olunmuş obyektivlik təminatlarını zəiflədə bilər.Test sisteminin ləğvi ətrafında uzun illərdir davam edən polemikalara da münasibət bildirmək istərdim. Test üsulunun müəyyən hallarda əzbərçiliyi təşviq etməsi, şagirdlərin analitik düşüncə və yaradıcı təfəkkürünün qiymətləndirilməsində məhdud imkanlara malik olmasını müxtəlif tədqiqatlarla ölçməyə ehtiyac var. Lakin testin alternativi subyektiv qiymətləndirməyə, imtahan otaqlarında insan amilinin həlledici roluna və əvvəlki qəbul sisteminin nöqsanlarına qayıdış olmamalıdır. Dünyada qiymətləndirmə metodologiyaları dəyişir, açıq tipli sualların, analitik tapşırıqların, biliklərin praktiki tətbiqinin əhəmiyyəti artır. Azərbaycanda da yeni istiqamətdə islahatlar davam etdirilməlidir. Biz qəbul sisteminin metodologiyasını dəyişə bilərik, lakin onun ən böyük nailiyyətini – biliyin qarşısında sosial imtiyazların hökmünü məhdudlaşdıran ədalətli müsabiqə prinsipini qorumalıyıq.Son kadr təyinatlarını dövlət qulluğu sahəsində yeni Məcəllə ilə əlaqələndirən fikirlər də səslənir. Belə bir bağlılığın olması mümkündür. Dövlət idarəçiliyində peşə səriştəsi, fəaliyyətin nəticələrinə görə qiymətləndirmə, rəhbər kadrların seçilməsi və irəli çəkilməsi üzrə yeni meyarların müəyyənləşdirilməsi institusional dəyişiklikləri də gündəmə gətirə bilər. Lakin yeni dövlət qulluğu sisteminin qurulması ötən onilliklər ərzində əldə edilmiş uğurlu təcrübənin qorunmasını tələb edir. Dövlət İmtahan Mərkəzinin yaratdığı müsabiqə mədəniyyəti, qiymətləndirmə texnologiyaları, peşəkar kadr potensialı və zəngin məlumat bazası dövlətimizin institusional sərvətidir. Struktur dəyişiklikləri çoxillik sərvəti zəiflətməməli, əksinə, onun imkanlarını genişləndirməlidir.Məleykə Abbaszadənin təyinatı Prezident İlham Əliyevin kadr siyasətində peşəkarlığa, intellektual potensiala və uzun illər ərzində qazanılmış dövlətçilik təcrübəsinə verdiyi qiymətin ifadəsidir. Dövlət başçısının 73 yaşlı bir mütəxəssisə Azərbaycanın ən böyük universitetlərindən birinin rəhbərliyini etibar etməsində mühüm mesaj var: dövlətə və xalqa xidmətin meyarı təqvim yaşı ilə ölçülmür, qanuna hörmət, vəzifə məsuliyyəti və milli maraqlara sədaqətlə müəyyənləşir. Prezidentin təcrübəli kadrların intellektual və mənəvi potensialını yeni dövlətçilik vəzifələrinin həllinə yönəltməsi, onların xidmətlərini qiymətləndirməsi yüksək dövlətçilik mədəniyyətinin göstəricisidir. Dövlət özünün yetişdirdiyi, cəmiyyətin etimadını qazanmış şəxsiyyətlərin təcrübəsindən bəhrələndikcə institusional tarixini qoruyur, milli idarəçilik elitasının davamlılığını təmin edir. Digər tərəfdən, prezidentin DİM-ə rəhbər təyinatına milli təhlükəsizlik və ordu quruculuğu qədər strateji xarakterdə yanaşdığına hər bir azərbaycanlı dərindən inanır.İndi Məleykə Abbaszadənin qarşısında Azərbaycanın 107 illik ali təhsil və elm məbədinin inkişafı kimi böyük vəzifə dayanır. Bakı Dövlət Universitetinin zəngin akademik ənənələri, güclü professor-müəllim heyəti və elmi potensialı müasir universitet idarəçiliyinin imkanları ilə birləşdirilməlidir. Akademik açıqlığın təmin olunması, elmi rəqabət mühitinin gücləndirilməsi, istedadlı alimlərin universitetə cəlb edilməsi, tələbələrin müstəqil düşüncə və tədqiqat bacarıqlarının inkişaf etdirilməsi BDU-nun beynəlxalq nüfuzunu yüksəldə bilər.Uzun illər Azərbaycan gənclərinin ali məktəbə qəbulunda ədalət və bərabər imkanlar prinsipini müdafiə edən Məleykə xanımdan indi həmin prinsipləri universitetin daxilində də yaşatmasını, gənclərin elmi və akademik yüksəlişi üçün yeni imkanlar yaratmasını gözləyirik.Məleykə xanıma yeni vəzifəsində uğurlar arzulayırıq",-deyə Zahid Oruc bildirib.Nigar
Bu gün
2943 xəbər bu gün
İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasiminin nəticələrinə əsasən, İspaniya millisi 2026/27 mövsümünün UEFA Millətlər Liqasının 1/4 finalında Fransa yığması ilə qarşılaşacaq.
Azərbaycan BMT-nin 2026-cı il üzrə Elektron Hökumətin İnkişafı İndeksində 36 pillə irəliləyərək dünyanın ən qabaqcıl 38 ölkəsi sırasına daxil olub. Ölkənin Onlayn Xidmətlər İndeksində 56…
Almaniyanın xarici işlər naziri Yohann Vadeful Avropanın Rusiya ilə birbaşa danışıqlara başlaması məsələsinə münasibət bildirib. O, bunun Moskvanın Ukraynada sülhə nail olmağa hazır…
Avropa Komissiyası (AK) Rusiyaya qarşı sanksiyaların 22-ci paketinin hazırlanmasını başa çatdırıb. Paketə 150 fiziki və hüquqi şəxs daxil ediləcək. "Postimees" qəzetinin məlumatına görə…
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb. Paylaşımda qeyd edilib: "Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri".
Azərbaycanda 9-cu sinifdən sonra kolleclərə qəbulun məhdudlaşdırılması, 11-ci sinifdən sonra isə qəbulun davam etdirilməsi nəzərdə tutulur. Bunu Elm və Təhsil Nazirliyinin elm, ali və…
Noyabrın 18də görkəmli rəssamların, ziyalıların, heykəltəraşların və incəsənət ictimaiyyətinin digər nümayəndələrinin iştirakı ilə nəşrin təqdimat mərasimi keçirilib. Azərbaycan monumental heykəltəraşlıq sənətinin…
“PAŞA Bank” ASC-nin İdarə Heyəti sədrinə yeni müşavir təyin edilib. Pedro Tolipan noyabr ayında IH sədrinin strateji müşaviri vəzifəsində işə başlayıb .
2027-ci il Turkish Airlines İspaniya Superkuboku (Supercopa de España) uğrunda mübarizəyə sayılı günlər qalıb.
Türkiyənin Cənub-Şərqi Anadolu bölgəsində, Fərat çayının sahilində yerləşən, daş evləri, sirli küçələri və suyun qoynunda gizlənən tarixi ilə diqqət çəkən...
Dünya bazarında qızılın qiyməti yeni həftəyə də kəskin ucuzlaşma ilə başlayıb. ABŞ-da inflyasiyanın yüksək səviyyədə qalması və Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini artıracağına dair gözləntilərin…
Sosial mediada AZAL təyyarəsinin qəzasına dair görüntülər yayılıb. “yenisabah.az”a istinadən, kadrlarda Bakı-Qroznı marşrutu ilə uçan təyyarənin Aktau səmasında uçuşu və yerə çırpılması əks olunub. Xatırladaq ki, 25…
Bu ilin iyul-oktyabr aylarında Azərbaycanda 9 internet operator və provayderinin uçotu ləğv edilib. Plat.az-a istinadla, sözügedən şirkətlər Naxçıvan MR-nın İnternet və Yeni Texnologiyalarin Tədrisi Mərkəzi, “Ubnet” MMC…
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vyetnam Sosialist Respublikasına rəsmi səfəri bu ölkənin aparıcı dövlət informasiya agentliklərinin, partiya nəşrlərinin, teleradio şirkətlərinin və xəbər…
Səbail rayonu, Badamdar–20-ci sahədə aparılan növbəti monitorinqlər zamanı əvvəl qeydə alınmış nəticələrlə müqayisədə sürüşmə sahəsində çatların bir qədər də genişləndiyi və aktivliyin davam etdiyi müəyyən edilib. Bu…
Bakıda və Abşeron yarımadasında noyabrın 22-si axşamdan 23-ü səhərədək arabir yağış yağacağı gözlənilir. Bu barədə Modern.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın bəzi yerlərində yağışın…
Havaların soyuması və dağlara ilk qarların düşməsi ilə Azərbaycanda qış turizmi mövsümü fəallaşmağa başlayır. İstər aktiv qış idmanı həvəskarları, istərsə də sakit, qədim məkanlarda vaxt keçirməyə üstünlük verənlər üçün…
1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanın müasir siyasi tarixində mühüm mərhələ oldu. Ölkənin mürəkkəb ictimai-siyasi vəziyyətində Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə…
Rusiya Prezidenti Vladimir Putin ukraynalıları “tarixin doğru tərəfinə keçməyə” və geniş mənada Rusiya ilə birləşməyə çağırıb. Putin bunu patriarx Kirillin 80 illiyi münasibətilə hazırlanan “Bizim vəftizimiz. Kilsə…
Şabran rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Şabran rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov, Azərbaycan Respublikası Milli Məclisin…
Əməkdar artist Elton Hüseynəliyevin ailəsində xeyir iş olub. Axşam.az-a istinadən, müğənninin qızı Nuray nişanlanıb. Bu haqda ifaçı “Qonaqcanlı” proqramında danışıb. O, kiçik qızının toyunun yaxın günlərdə olacağını…
Azərbaycanda 2026-cı ilin yanvar–oktyabr aylarında 2 763,6 kiloqram qızıl hasil edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,6% çoxdur. Mis konsentratı istehsalı isə 4,8 dəfə artaraq 15 998,7 tona çatıb. Hesabat…
Azərbaycanda 2026-cı ilin yanvar–oktyabrında qaz kondensatı daxil olmaqla 22,24 milyon ton neft hasil edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% azdır. Təbii qaz hasilatı isə 0,4% azalaraq 41,94 milyard kubmetr…
Всего девять фигурантов. Среди них — граждане Азербайджана.
Еще один мужчина был ранен.
В аккаунтах президента Азербайджана Ильхама Алиева в социальных сетях опубликован видеоролик об официальном визите главы государства в Социалистическую Республику Вьетнам. Prezident İlham Əliyevin Vyetnama rəsmi...
Генеральное консульство РФ в Анталье не получало от турецкой стороны серьезных заявлений или уведомлений относительно возможной отмены системы "все включено" в гостиницах страны. Об этом сообщил корреспонденту ТАСС…
В аккаунтах Президента Ильхама Алиева в социальных медиа опубликован видеоролик, посвященный официальному визиту во Вьетнам. В публикации отмечается: "Официальный визит Президента Ильхама Алиева во Вьетнам".
В Ереване продолжает работу международная конференция на тему "Судьба пропавших без вести: гуманитарный диалог и сотрудничество", в которой принимают участие представители аппарата Совета безопасности, Министерства…
Prezident İlham Əliyevin sosial media hesablarında Vyetnama rəsmi səfəri ilə bağlı videoçarx paylaşılıb. AZƏRTAC-a istinadən, paylaşımda qeyd edilib: "Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri".
Yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən, digər hərəkət iştirakçılarının həyat və sağlamlığına real təhlükə yaradan "Vaz 2107" markalı, 90-KK-071 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin…
Milli Məclisin İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli və deputat Tahir Mirkişili noyabrın 23-də İtaliyanın paytaxtı Romaya səfər edəcəklər. Day.Az xəbər veir ki, bu barədə Milli…
Proqnoz
“Kristal”
Rəsmi
Bakıda və Abşeron yarımadasında noyabrın 22-si axşamdan 23-ü səhərədək arabir yağış yağacağı gözlənilir.
“PAŞA Bank” ASC-nin İdarə Heyəti sədrinə yeni müşavir təyin edilib. Pedro Tolipan noyabr ayında IH sədrinin strateji müşaviri vəzifəsində işə başlayıb . Bildirilib ki, Pedro Tolipan yeni vəzifəsində bankın kiçik və orta…
2027-ci il Turkish Airlines İspaniya Superkuboku (Supercopa de España) uğrunda mübarizəyə sayılı günlər qalıb. İspaniyanın dörd aparıcı klubu – Real Sociedad, Real Madrid, Barcelona və Atlético Madrid fevralın 2-dən…