Finlandiya Prezidenti Aleksandr Stubb Türkiyəni Avropa təhlükəsizliyində mühüm aktor və NATO-nun əvəzolunmaz müttəfiqi adlandırıb
A.Stubb noyabrın 16-da Brüsseldə keçirilən Avropa İttifaqının (Aİ) Genişlənmə Forumundakı çıxışında ortaq maraqların üst-üstə düşdüyü sahələrdə rəsmi Ankara ilə əməkdaşlığın dərinləşdirilməsinə çağırış edib. Finlandiya Prezidenti həmçinin, namizəd ölkələrin Aİ-yə inteqrasiyasında daha çevik və mərhələli yanaşmanın mənimsənilməsini istəyib.