Prezident İlham Əliyev Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət edib (FOTO/VİDEO)

Hanoy. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Vyetnamın paytaxtı Hanoy şəhərində “İnqilab şəhidləri” abidəsini ziyarət edib.

Bu barədə Trend-in xüsusi müxbiri məlumat verir.

Abidənin qarşısında fəxri qarovul dəstəsi düzülmüşdü.

Dövlətimizin başçısı abidənin önünə əklil qoydu.