Beyləqanda maşın su arxına aşdı: ölən və yaralanan var

Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Bahar qəsəbəsində baş verib.

Belə ki, Arif Aslanov idarə etdiyi “VAZ-2106” markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirib, avtomobili su arxına aşıb.

Hadisə nəticəsində sürücü ölüb, 1967-cı il təvəllüdlü sərnişin Həbib Kərimov müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı cinayət işi başlanılıb. (Apa.az)