İsrail Qəzza, Livan və Suriyadakı təhlükəsizlik zonalarından çəkilməyəcək

İsrail təhlükəsizlik təhdidlərinin davam etməsi səbəbindən Qəzza zolağında, Livanın cənubunda və Suriyada yerləşən təhlükəsizlik zonalarına qeyri-müəyyən müddətə nəzarəti saxlayacaq.

Bu barədə İsrailin müdafiə naziri İsrael Kats bildirib.

İsrael Kats qeyd edib ki, HƏMAS, "Hizbullah" və ya Suriyadakı cihadçı qruplar tərəfindən istənilən hücum İsrailin müvafiq ərazilərdə nəzarət etdiyi zonaları genişləndirməsi ilə nəticələnəcək.