Azərbaycanda pensiyaçıların sayı son bir ildə 5 min 800 nəfər azalıb, orta aylıq pensiyanın məbləği isə 55 manat 60 qəpik artıb.
Dövlət Statistika Komitəsinə istinadən, 2026-cı il oktyabrın 1-nə Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan pensiyaçıların sayı 1 milyon 94 min 200 nəfər təşkil edib.
Ötən ilin eyni dövründə ölkədə 1 milyon 100 min pensiyaçı qeydiyyatda olub. Beləliklə, pensiyaçıların sayı illik müqayisədə 5 min 800 nəfər və ya 0,5% azalıb.
DSK-nın verdiyi məlumata görə 2026-ci ilin oktyabr ayında aylıq pensiyaların orta məbləği 595 manat 80 qəpiyə çatıb. Bu, 2025-ci ilin eyni dövründə qeydə alınmış 540 manat 20 qəpiklə müqayisədə 55 manat 60 qəpik və ya 10,3% çoxdur.
Eyni zamanda, orta aylıq pensiyanın ölkə üzrə orta aylıq əməkhaqqına nisbəti ötən ilin eyni dövründəki 49,7%-dən 50,8%-ə yüksəlib.
2026-cı il oktyabrın 1-nə pensiyaçılar ölkə əhalisinin 10,6%-ni təşkil edib. 2025-ci ilin müvafiq dövründə isə bu göstərici 10,7% olmuşdur.