Cey-Cey Qabrielin karyerasını “Real”da davam etdirmək şansı artıb.
İspaniya klubu yeniyetmə futbolçunun transferində rəqiblərini qabaqlamağa yaxındı. “Goal” nəşrinin yaydığı məlumata görə, 16 yaşlı futbolçunun nümayəndəsi Əli Barat Madrid klubu ilə transferi yekunlaşdırmaq üçün danışıqlar aparır. Müzakirələrin artıq həlledici mərhələdə olduğu da bildirilir.
Qabriellə PSJ, “Bavariya”, “Barselona” və digər klublar da maraqlanır.
Cey-Cey daha əvvəl “Mançester Yunayted”in akademiyasında məşq edib. Lakin İngiltərə klubu istedadlı futbolçunu komandada saxlaya bilməyib.
Qabrielin İngiltərənin müxtəlif yaş qrupları üzrə yığmalarında çıxış etdiyini də bildirək.