16 noyabr 2026-cı il:

Noyabrın 16-sı Niderland yığmasının tarixinə qara hərflərlə yazılıb.

Bu komanda bazar ertəsi rəsmi oyunlarda ən böyükhesablı məğlubiyyətini alıb. “Narıncılar” Millətlər Liqasının qrup mərhələsinin 6-cı turunda Almaniyaya 0:5 hesabı ilə uduzublar. Bu nəticə Niderland yığması üçün antirekord sayılır. Belə ki, komanda tarixində ilk dəfə rəsmi matçda 5 top fərqi ilə məğlub olub.

Qeyd edək ki, Almaniya 11 xalla A liqasının 2-ci qrupunu 1-ci yerdə başa vurub. Niderland eyni xalla 2-ci yeri tutaraq Millətlər Liqasının 1/4 finalına vəsiqə qazanıb.