AFFA prezidenti Rövşən Nəcəf Millətlər Liqasının qrup mərhələsində Lixtenşteyn üzərində qələbə qazanan millimizi təbrik edib.
O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Milli komandamız Lixtenşteyn üzərində səfər qələbəsi qazanaraq UEFA Millətlər Liqasının D Liqasının 2-ci qrupunda birinci yeri təmin etdi. Təbriklər, millimiz!".
Xatırladaq ki, Lixtenşteyn - Azərbaycan oyunu yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb.