Bakı, 12 noyabr, AZƏRTAC Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Beynəlxalq Muzeylər Şurasına (ICOM) üzv olmuş əməkdaşlarına üzvlük vəsiqələrinin təqdim olunması mərasimi keçirilib. Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Tədbiri açan muzeyin direktoru akademik Rafael Hüseynov vurğulayıb ki, Ədəbiyyat Muzeyi ölkənin aparıcı mədəniyyət müəssisələrindən biri olmaqla yanaşı, həm də Azərbaycan ədəbiyyatının və mədəni irsinin beynəlxalq miqyasda təbliğinə verdiyi töhfələrlə seçilir. O, muzeyin təşəbbüsü və iştirakı ilə ölkə daxilində və xaricdə bir sıra muzey layihələrinin həyata keçirildiyini xatırladıb, bu baxımdan Sloveniyada yaradılmış Məhsəti Gəncəvi Muzeyinin xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Akademik Rafael Hüseynov Azərbaycan və Sloveniya Prezidentlərinin iştirakı ilə açılışı reallaşan həmin muzeyin bu gün də fəaliyyətini davam etdirdiyini və Azərbaycanın mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasında mühüm rola malik olduğunu söyləyib. Ədəbiyyat Muzeyinin beynəlxalq elmi və mədəni əlaqələrin genişləndirilməsi istiqamətində ardıcıl fəaliyyətin həyata keçirildiyini deyən akademik Rafael Hüseynov qeyd edib ki, son dövrdə Böyük Britaniyadan olan müxtəlif nümayəndə heyətləri ilə keçirilən görüşlər zamanı Azərbaycan elminin və ədəbiyyatının beynəlxalq miqyasda təbliği, ədəbiyyat nümunələrinin xarici dillərə tərcüməsi və nəşri sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. O, bu kimi əlaqələrin muzeyin gələcək fəaliyyətinin daha da genişlənməsinə və səmərəliliyinin artırılmasına töhfə verəcəyinə əminliyini ifadə edib. Rafael Hüseynov Beynəlxalq Muzeylər Şurasının muzeylərarası əməkdaşlığın inkişafında mühüm rolunu da diqqətə çatdırıb. Bildirib ki, 1946-cı ildə təsis edilmiş bu beynəlxalq təşkilat hazırda dünyanın 130-dan çox ölkəsindən on minlərlə muzey mütəxəssisini bir araya gətirir. Alimin sözlərinə görə, Ədəbiyyat Muzeyi uzun illərdir ICOM ilə əməkdaşlıq edir, təşkilatın beynəlxalq platformalarından istifadə etməklə müxtəlif ölkələrin aparıcı muzeyləri ilə əlaqələrini inkişaf etdirir. Muzey direktoru ICOM-un Azərbaycan Milli Komitəsinin 1992-ci ildə yaradıldığını xatırladaraq, bu əməkdaşlığın Azərbaycan muzeylərinin beynəlxalq müstəvidə təmsil olunması, elmi konfransların, sərgilərin və birgə ekspozisiyaların təşkili baxımından geniş imkanlar yaratdığını vurğulayıb. O, həmçinin qeyd edib ki, muzey ICOM-un platformalarında Azərbaycanın mədəni irsinin, o cümlədən işğal dövründə Şuşada yerləşən muzeyə aid mənbələrin və Qarabağın mədəni sərvətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində də fəaliyyət göstərib. Akademik Rafael Hüseynov çıxışının sonunda muzey əməkdaşlarının ICOM-a üzv qəbul olunmasını həm onların peşəkar fəaliyyəti, həm də muzeyin beynəlxalq əlaqələrinin genişləndirilməsi baxımından əlamətdar hadisə kimi qiymətləndirib. Daha sonra Ədəbiyyat Muzeyinin Muzeyşünaslıq və fond işi üzrə direktor müavini sənətşünaslıq üzrə fəlsəfə doktoru, ICOM-un Ədəbiyyat Muzeyi üzrə koordinatoru Nailə Əliyeva çıxış edərək Beynəlxalq Muzeylər Şurasının Azərbaycandakı fəaliyyəti, təşkilatın beynəlxalq muzey əməkdaşlığının inkişafındakı rolu və Ədəbiyyat Muzeyinin beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. O, həmçinin beynəlxalq tədbirlərdə muzeylərin təmsilçiliyinin, elmi-mədəni mübadilənin və birgə layihələrin həyata keçirilməsinin milli mədəni irsin dünyada tanıdılması baxımından əhəmiyyətini vurğulayıb. Tədbirin sonunda muzey əməkdaşları – filologiya üzrə fəlsəfə doktoru Sevinc Heydərova, Aymən Həsənova, Nəzrin Yusifova, Ləman Muxtarova və Humay Qasımzadəyə Beynəlxalq Muzeylər Şurasına üzvlük vəsiqələri təqdim edilib.
Bu gün
1784 xəbər bu gün
Bu ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 151 min 357 tona yaxın nafta istehsal edib.
Yeməkdən sonra dərhal divana uzanmaq və ya uzun müddət oturmaq əvəzinə cəmi 10 dəqiqə gəzmək sağlamlıq…
Körfəz ölkələri İrandan bölgədəki hücumlar nəticəsində dəymiş zərərin kompensasiya edilməsini tələb edib
ABŞ Konqresinin Büdcə İdarəsinin (CBO) hesablamalarına görə, oktyabrın 16-na qədər İranla münaqişənin ABŞ-a ümumi maliyyə yükü 47,1 milyard dollar təşkil edib
ABŞ Prezidenti Donald Tramp İranla müharibənin hərbi baxımdan faktiki olaraq başa çatdığını və ABŞ-ın müharibəni udduğunu bildirib
Fransanın paytaxtı Parisdə bahalaşmaya, uşaqlara qarşı zorakılığa və polis əməkdaşlarının silah tətbiqi ilə bağlı qanun layihəsinə etiraz olaraq genişmiqyaslı aksiya keçirilir
Nvidia şirkətinin həmtəsisçisi Censen Huangın həyat yoldaşı Lori Huangdan mümkün boşanması dünya rekordunu yeniləyə və 70 milyard dollardan çox vəsaitə başa gələ bilər. Bu barədə “BILD” nəşri məlumat yayıb. Cütlük…
Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-a istinadən, hadisə rayonun Aşağı Pəyə kəndi ərazisində qeydə alınıb. Belə ki, "Mitsubishi Pajero İO" markalı avtomobilin sürücüsü qarşıdan gələn nəqliyyat…
ABŞ Prezidenti Donald Tramp maliyyəçi Ceffri Epşteynin Demokratlar Partiyasının nümayəndələri və iri banklarla əlaqələrinin araşdırılmasını istəyib. Xarici KİV-lərə istinadən, araşdırılması tələb olunan şəxslər arasında…
İran Hörmüz boğazında ABŞ-yə məxsus MQ-1 tipli kəşfiyyat-zərbə pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb. Bu barədə IRNA agentliyi İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən məlumat yayıb…
Yasamal rayonunda avtobusda sərnişinin pulunu və mobil telefonunu talamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının…
Военные расходы США на конфликт с Ираном приближаются к $ 50 млрд, хотя интенсивность боевых действий заметно снизилась. При этом Вашингтон продолжает держать военных на...
Американский беспилотник MQ-1 был сбит над островом Кешм, расположенным на юге Ирана. Как передает Day.Az, об этом заявил Корпус стражей исламской революции (КСИР). По информации ведомства, беспилотный летательный…
Qanun layihəsi
İbrahim Hacıosmanoğlu
Ankarada narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə edilən çirkli pulların yuyulmasına qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Bakıda restoranda dava olub. Lent.az-a istinadla, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı olan Erol restoranın foyesində Azərbaycan...
Astara rayon Kakalos kənd sakini 84 yaşlı Mirzəcan Hüseynovun Gəncədə itkin düşdükdən 3 gün sonra meyitinin tapılması ilə bağlı bəzi məqamlar aydınlaşıb. Onun meyiti Gəncə şəhərinin Cavadxan qəsəbəsindən Göygöl rayonunun…
Abşeronda tanışını bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən Eldar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Asif Əliyevin sədrliyi ilə keçirilən prosesdə…
Bu ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 151 min 357 tona yaxın nafta istehsal edib. Bu barədə "Report" Türkiyənin Enerji Bazarının…
Bakı, 14 noyabr, AZƏRTAC Bu günlərdə Malayziyaya səfər edəcək Fransa Prezidenti Emmanuel Makron orada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparmaq niyyətindədir. AZƏRTAC xəbər verir ki, o, bu barədə…
Almaniyada 2027-ci ilin büdcə layihəsi ölkənin siyasi və iqtisadi gündəminin əsas mövzularından birinə çevrilib. Müzakirələrin kəskin xarakter almasının səbəbi ölkənin eyni vaxtda bir neçə ciddi problemlə üzləşməsidir…
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin neytral statusunun konstitusiyada təsbit edilməyəcəyini və NATO kursundan imtina etməyəcəklərini açıqlayıb. Sülh danışıqları və Ali Radadakı müzakirələrin detalları.
Avropa ölkələrinin Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlara qoşulması prosesi daha da mürəkkəbləşdirə bilər. Bu barədə Sankt-Peterburq Dövlət Universitetinin Avropa Araşdırmaları kafedrasının dosenti, Ali…
Amerikalı pop ulduz Britni Spirs özünün "BTiny" adlı zərgərlik brendini satışa çıxarmağa hazırlaşır. Bu barədə “Page Six” nəşri məlumat yayıb. Müğənni artıq brendin rəsmi saytını təqdim edib. Hələlik saytdan məhsul…
Bu ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 151 min 357 tona yaxın nafta istehsal edib.
Müğənni Xuraman Şuşalı plastik əməliyyat etdirib.
ABŞ Prezidenti Donald Tramp İranla müharibədə qələbə qazandıqlarını bəyan etsə də, hərbi əməliyyatların Vaşinqtona maliyyə yükü artmaqda davam edir. Bu barədə “The Hill” nəşri məlumat yayıb. ABŞ Konqresinin Büdcə…
"Baku Med" verilişinin budəfəki buraxılışında göz xəstəlikləri və onların müalicəsi müzakirə olunub. Ən çox rast gəlinən göz xəstəlikləri hansılardır? Katarakt əməliyyatı hansı hallarda zərurətə çevrilir və müalicədən…
Bakı. Trend: 2027-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz sektorunun payının artaraq 60,6 faizə çatacağı, neft-qaz gəlirlərinin payının isə 39,4 faizə enəcəyi…
"Baku Med" verilişinin budəfəki buraxılışında göz xəstəlikləri və onların müalicəsi müzakirə olunub.
Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova ağır itki üz verib. Qafqazinfo-ya istinadən, onun anası Fatma xanım vəfat edib. Mərhum bu gün Mehdiabad qəbiristanlığında dəfn olunub. Bizim.Media
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli fırtınalı şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. Xəbərdarlığa əsasən, noyabrın 15-i…
Yasamal rayonu ərazisində avtobuslardan birində sərnişinə məxsus pul və mobil telefon talanıb. Bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, polisin keçirdiyi tədbirlərlə...
Yasamal rayonu ərazisində avtobuslardan birində sərnişinə məxsus pul və mobil telefon talanıb.Bu barədə Oxu24.com-a DİN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, polisin keçirdiyi tədbirlərlə soyğunçuluq…
İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. Bu…
Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. Bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur…
Bakı, 14 noyabr, AZƏRTAC Azərbaycan növbəti dəfə Avropa Siyasi Birliyinin Zirvə Toplantısında yüksək səviyyədə təmsil olundu. İrlandiyanın paytaxtı Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Sammitinə qatılan…
"Baku Med" verilişinin budəfəki buraxılışında göz xəstəlikləri və onların müalicəsi müzakirə olunub.
Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Aktrisa və rəqqasə Oksana Rəsulova Hindistanda iştirak etdiyi layihə və Bollivud ulduzu Salman Xanla bağlı açıqlama verib. Sənətçi “Qapqara” yutub layihəsində qonaq olarkən Hindistanda olduğu müddətdə Salman Xanın ona…
2027-cı ildə Azərbaycanda qeyri-dövlət müəssisələrinə 129,6 milyon manat subsidiya proqnozlaşdırılıb.
ABŞ ilk dəfə Ukraynanın NATO-ya üzvlüyü məsələsini Donbasdan qoşunların çıxarılması ilə əlaqələndirib. Vaşinqtonun Kiyevə ünvanladığı sual müharibənin gələcəyi və mümkün sülh razılaşması ilə bağlı yeni müzakirələrə səbəb…
Fransa Prezidenti Emmanuel Makron noyabrın 16-17-də Malayziyaya səfəri zamanı nadir torpaq metallarının tədarükünün şaxələndirilməsi ilə bağlı razılıq əldə etməyi planlaşdırır. Bu barədə Fransa lideri “X” sosial…