Zəngilan, 12 noyabr, AZƏRTACAzərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, işğaldan azad edilmiş torpaqlarımızda həyatın yenidən canlanması 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin ən böyük bəhrələrindəndir. Bu gün doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər illərlə həsrətində olduqları torpaqlarda yeni həyat qurur, gələcəyə ümidlə baxırlar. Zəngilan rayonunun Məmmədbəyli kənd sakini, müharibə qazisi Zakif Abbasov da bu qürurlu günləri yaşayanlardandır.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1962-ci ildə Məmmədbəyli kəndində anadan olan Zakif Abbasovun döyüş yolu Birinci Qarabağ müharibəsindən başlayıb. Daxili Qoşunların xüsusi təyinatlı bölməsində hərbi xidmət keçən müsahibimiz Ağdam və Ağdərə istiqamətlərində gedən döyüşlərdə iştirak edib. 1992-ci ilin aprelində Papravənd kəndində ilk dəfə yaralanıb. Həmin ilin mayında isə Zəngilan istiqamətində döyüşlərdə kürək nahiyəsindən yaralanmasına baxmayaraq, yenə mübarizəsini davam etdirib.Hərbi xidmətini başa vurduqdan sonra Zəngilan Rayon Polis Şöbəsində xidmətə başlayan Zakif Abbasov yenə döyüşlərdə iştirak edib, daha iki dəfə yaralanıb. Onun ən ağır döyüşlərindən biri 1993-cü il oktyabrın 25-də Cəbrayıl rayonunun Dərzili kəndi istiqamətində olub.Zakif Abbasov həmin günləri belə xatırlayır:“Zəngilan iki ay mühasirədə qaldı. Qubadlı, Füzuli, Cəbrayıl, Ağdam işğal olunmuşdu, Zəngilan əhalisi mühasirədə idi. İki ay məhdud sayda silah-sursatla döyüşdük.Oktyabrın 25-də Cəbrayıl istiqamətindən ermənilər hücuma keçəndə bizə məlumat verildi. Zəngilan polisi olaraq Dərziliyə getdik. Kəşfiyyatın komandiri Baloğlan Süleymanov bizi qarşıladı və bildirdi ki, düşmən tərəfdən 7 tank, 3 piyada döyüş maşını və canlı qüvvə gəlir. Onlarla aramızda cəmi 200 metr məsafə qalmışdı.Həmin qeyri-bərabər döyüşdə Baloğlan Süleymanov, 7 polisimiz, 9 əsgərimiz şəhid oldu. Səkkiz nəfər ağır yaralandı, onlardan biri də mən idim. 17 qəlpə yarası almışdım. Həmin vaxt yalnız yaralıları çıxara bildilər”.Ağır yaralanan Zakif Abbasov əvvəlcə Mincivan qəsəbəsinə, oradan Araz çayının o biri sahilinə keçirilərək helikopterlə Bakıya aparılıb. Həmin vaxt ailəsi də məcburi köçkün düşüb. Bir neçə ay ailəsindən xəbər ala bilməyən qazi sonradan onların Sabirabad rayonunda məskunlaşdığını öyrənib və sağaldıqdan sonra ailəsinə qovuşub. “Sağ olsun İmişli, Sabirabad camaatı, bizə qucaq açdılar. Sabirabadda yaşadıq, bir neçə ildən sonra Bakıya köçdük. Torpaqlarımız azad olunana qədər paytaxtda yaşadıq. Çox ağır vaxtlar keçirdik. Döyüşlərdə dörd dəfə yaralanmışdım, amma məni ağrılardan çox məcburi köçkünlük incidirdi. Torpaqlarımızın işğalda qalması mənə çox pis təsir edirdi.Çox şükür bugünkü günlərimizə. Müzəffər Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı azad etdi. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə, veteranlarımıza cansağlığı versin”, - deyə o bildirir.Zakif Abbasovun sözlərinə görə, doğma yurda qayıdış onun üçün yalnız evə dönmək deyil, həm də illərlə içində daşıdığı Vətən həsrətinin sona çatmasıdır. Artıq bir ildir ki, Məmmədbəyli kəndində yaşayır. Burada onlara müasir, rahat evlər verilib. Qazinin kənddə yaratdığı bağ isə torpaqla yenidən qovuşmağın, doğma yurdda həyatın bərpasının rəmzinə çevrilib:“Ali Baş Komandan evlərimizin açarlarını bizə təqdim edəndə söz verdim ki, Məmmədbəyli kəndi bir-iki ildən sonra, sözün yaxşı mənasında, Ağalı kəndini keçəcək. Doğrudan da, burada yaratmışıq, əkmişik, becərmişik. Bir ilin içində əkdiyimiz ağaclar boy atıb. Sanki torpaq bizim qayıdışımızı gözləyirmiş, biz gələndən sonra bizimlə barışdı. Nə əkirsən, bol məhsul verir. Bura gələndə 30 kiloqram kartof əkmişdim, 230 kiloqram məhsul götürdüm. Qarpız, yemiş, balqabaq, pomidor, xiyar, bütün tərəvəzlərdən əkmişdik, çox gözəl bəhrə verdi. Gələndən 160 ədəd müxtəlif ağac əkmişəm. Hamısı calaq ağaclarıdır. Alma, gilas, armud, feyxoa və başqa meyvə ağaclarım var. İnanıram ki, gələn il hamısı bol məhsul verəcək”.Kənddə həyatın yenidən canlanması Zakif Abbasovun ən böyük sevincidir. Səhər tezdən məktəbə gedən uşaqları gördükcə qürur duyur. 33 illik ayrılıqdan sonra Məmmədbəylidə yenidən məktəbli səsləri eşidilir, bayramlar, toylar keçirilir.“Çox qürurluyam. Kəndimizə baxdıqca ürəyim açılır. Hər gün səhər tezdən uşaqlar məktəbə gedir, görüb qürur duyuram ki, 33 ildən sonra kəndimizdə həyat yenidən canlanıb. İnanırdım ki, bir gün bura qayıdacağıq. Ulu Öndərimizin bir sözü var idi, deyirdi hamı qayıdacaq öz torpağına. Biz qayıtdıq.Bütün bayramları – Novruzu, çərşənbələri, Yeni İli burada qeyd edirik. Kəndimizdə toylarımız olub, Zəfər bayramımızı burada keçirmişik. Bu yaxınlarda Zəngilan Şəhəri Gününü də qeyd etdik. Bunların hamısı bizim üçün arzu idi, indi isə arzularımız gerçək olub”.Müsahibimiz doğma yurda qayıdışın sevincini ailəsinin yaşlı üzvlərinin də gördüyünü qürurla söyləyir. Onun 87 yaşlı atası kəndə qayıdanda torpağı öpərək “Daha mənə ölmək yoxdur” söyləyib.Zakif Abbasov bildirir ki, torpaqlarımız azad edildikdən sonra qaziliklə bağlı bədənindəki yaraların ağrı-acısını hiss etmir. Çünki artıq doğma yurddadır, öz evindədir, torpağındadır. Onun üçün bu qayıdış həm də 33 illik həsrətin, müharibənin və məcburi köçkünlüyün ağrısını geridə qoymaq deməkdir. Müxbir - Aydın Yavərzadə
Bu gün
1778 xəbər bu gün
Nvidia şirkətinin həmtəsisçisi Censen Huangın həyat yoldaşı Lori Huangdan mümkün boşanması dünya rekordunu yeniləyə və 70 milyard dollardan çox vəsaitə başa gələ bilər. Bu barədə “BILD” nəşri məlumat yayıb. Cütlük…
Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-a istinadən, hadisə rayonun Aşağı Pəyə kəndi ərazisində qeydə alınıb. Belə ki, "Mitsubishi Pajero İO" markalı avtomobilin sürücüsü qarşıdan gələn nəqliyyat…
ABŞ Prezidenti Donald Tramp maliyyəçi Ceffri Epşteynin Demokratlar Partiyasının nümayəndələri və iri banklarla əlaqələrinin araşdırılmasını istəyib. Xarici KİV-lərə istinadən, araşdırılması tələb olunan şəxslər arasında…
İran Hörmüz boğazında ABŞ-yə məxsus MQ-1 tipli kəşfiyyat-zərbə pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb. Bu barədə IRNA agentliyi İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən məlumat yayıb…
Yasamal rayonunda avtobusda sərnişinin pulunu və mobil telefonunu talamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, polis əməkdaşlarının…
Военные расходы США на конфликт с Ираном приближаются к $ 50 млрд, хотя интенсивность боевых действий заметно снизилась. При этом Вашингтон продолжает держать военных на...
Американский беспилотник MQ-1 был сбит над островом Кешм, расположенным на юге Ирана. Как передает Day.Az, об этом заявил Корпус стражей исламской революции (КСИР). По информации ведомства, беспилотный летательный…
Qanun layihəsi
İbrahim Hacıosmanoğlu
Ankarada narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə edilən çirkli pulların yuyulmasına qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Bakıda restoranda dava olub. Lent.az-a istinadla, hadisə Nizami rayonunda yerləşən restoranlardan birində qeydə alınıb. 35 yaşlı Türkiyə vətəndaşı olan Erol restoranın foyesində Azərbaycan...
Astara rayon Kakalos kənd sakini 84 yaşlı Mirzəcan Hüseynovun Gəncədə itkin düşdükdən 3 gün sonra meyitinin tapılması ilə bağlı bəzi məqamlar aydınlaşıb. Onun meyiti Gəncə şəhərinin Cavadxan qəsəbəsindən Göygöl rayonunun…
Abşeronda tanışını bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən Eldar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Asif Əliyevin sədrliyi ilə keçirilən prosesdə…
Bu ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 151 min 357 tona yaxın nafta istehsal edib. Bu barədə "Report" Türkiyənin Enerji Bazarının…
Bakı, 14 noyabr, AZƏRTAC Bu günlərdə Malayziyaya səfər edəcək Fransa Prezidenti Emmanuel Makron orada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparmaq niyyətindədir. AZƏRTAC xəbər verir ki, o, bu barədə…
Almaniyada 2027-ci ilin büdcə layihəsi ölkənin siyasi və iqtisadi gündəminin əsas mövzularından birinə çevrilib. Müzakirələrin kəskin xarakter almasının səbəbi ölkənin eyni vaxtda bir neçə ciddi problemlə üzləşməsidir…
Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin neytral statusunun konstitusiyada təsbit edilməyəcəyini və NATO kursundan imtina etməyəcəklərini açıqlayıb. Sülh danışıqları və Ali Radadakı müzakirələrin detalları.
Avropa ölkələrinin Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı danışıqlara qoşulması prosesi daha da mürəkkəbləşdirə bilər. Bu barədə Sankt-Peterburq Dövlət Universitetinin Avropa Araşdırmaları kafedrasının dosenti, Ali…
Amerikalı pop ulduz Britni Spirs özünün "BTiny" adlı zərgərlik brendini satışa çıxarmağa hazırlaşır. Bu barədə “Page Six” nəşri məlumat yayıb. Müğənni artıq brendin rəsmi saytını təqdim edib. Hələlik saytdan məhsul…
Bu ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 151 min 357 tona yaxın nafta istehsal edib.
Müğənni Xuraman Şuşalı plastik əməliyyat etdirib.
ABŞ Prezidenti Donald Tramp İranla müharibədə qələbə qazandıqlarını bəyan etsə də, hərbi əməliyyatların Vaşinqtona maliyyə yükü artmaqda davam edir. Bu barədə “The Hill” nəşri məlumat yayıb. ABŞ Konqresinin Büdcə…
"Baku Med" verilişinin budəfəki buraxılışında göz xəstəlikləri və onların müalicəsi müzakirə olunub. Ən çox rast gəlinən göz xəstəlikləri hansılardır? Katarakt əməliyyatı hansı hallarda zərurətə çevrilir və müalicədən…
Bakı. Trend: 2027-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz sektorunun payının artaraq 60,6 faizə çatacağı, neft-qaz gəlirlərinin payının isə 39,4 faizə enəcəyi…
"Baku Med" verilişinin budəfəki buraxılışında göz xəstəlikləri və onların müalicəsi müzakirə olunub.
Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasova ağır itki üz verib. Qafqazinfo-ya istinadən, onun anası Fatma xanım vəfat edib. Mərhum bu gün Mehdiabad qəbiristanlığında dəfn olunub. Bizim.Media
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli fırtınalı şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib. Xəbərdarlığa əsasən, noyabrın 15-i…
Yasamal rayonu ərazisində avtobuslardan birində sərnişinə məxsus pul və mobil telefon talanıb. Bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, polisin keçirdiyi tədbirlərlə...
Yasamal rayonu ərazisində avtobuslardan birində sərnişinə məxsus pul və mobil telefon talanıb.Bu barədə Oxu24.com-a DİN-in mətbuat xidmətindən məlumat verilib.Bildirilib ki, polisin keçirdiyi tədbirlərlə soyğunçuluq…
İtaliyanın Fərdi Məlumatların Mühafizəsi İdarəsi "Android" istifadəçilərinin foto və videolarına onların razılığı və xəbərdarlığı olmadan giriş əldə etdiyinə görə "Meta"nı 805 milyon avro ($887 mln) cərimələyib. Bu…
Gələn il Azərbaycanda pambıq istehsalının 351,9 minə tona çatacağı proqnozlaşdırılır. Bu, 2027-ci ilin dövlət büdcəsi zərfinin layihəsində öz əksini tapıb. Məlumata görə, bu, 2026-cı il proqnozuna nisbətən 11,1 % çoxdur…
Bakı, 14 noyabr, AZƏRTAC Azərbaycan növbəti dəfə Avropa Siyasi Birliyinin Zirvə Toplantısında yüksək səviyyədə təmsil olundu. İrlandiyanın paytaxtı Dublində keçirilən “Avropa Siyasi Birliyi”nin 9-cu Sammitinə qatılan…
"Baku Med" verilişinin budəfəki buraxılışında göz xəstəlikləri və onların müalicəsi müzakirə olunub.
Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Aktrisa və rəqqasə Oksana Rəsulova Hindistanda iştirak etdiyi layihə və Bollivud ulduzu Salman Xanla bağlı açıqlama verib. Sənətçi “Qapqara” yutub layihəsində qonaq olarkən Hindistanda olduğu müddətdə Salman Xanın ona…
2027-cı ildə Azərbaycanda qeyri-dövlət müəssisələrinə 129,6 milyon manat subsidiya proqnozlaşdırılıb.
ABŞ ilk dəfə Ukraynanın NATO-ya üzvlüyü məsələsini Donbasdan qoşunların çıxarılması ilə əlaqələndirib. Vaşinqtonun Kiyevə ünvanladığı sual müharibənin gələcəyi və mümkün sülh razılaşması ilə bağlı yeni müzakirələrə səbəb…
Fransa Prezidenti Emmanuel Makron noyabrın 16-17-də Malayziyaya səfəri zamanı nadir torpaq metallarının tədarükünün şaxələndirilməsi ilə bağlı razılıq əldə etməyi planlaşdırır. Bu barədə Fransa lideri “X” sosial…
İran Hörmüz boğazında ABŞ-yə məxsus MQ-1 tipli kəşfiyyat-zərbə pilotsuz uçuş aparatını (PUA) məhv etdiyini açıqlayıb. Bu barədə IRNA agentliyi İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən məlumat yayıb…
Hər gün duş qəbul etməyin dərinin təbii qoruyucu qatına zərər verdiyi barədə geniş yayılmış fikir yeni araşdırmada təsdiqini tapmayıb. Alimlər bildirirlər ki, əsas məsələ yuyunma tezliyindən çox, suyun temperaturu və…
Kəlbəcər rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Aşağı Pəyə kəndi ərazisində qeydə alınıb. Belə ki, "Mitsubishi Pajero İO" markalı avtomobilin sürücüsü qarşıdan gələn nəqliyyat vasitəsi ilə toqquşmanın…
Parisdə kütləvi nümayiş keçirilir. İnsanlar qiymətlərin artmasına və hüquq-mühafizə orqanlarının əməkdaşlarının əvvəlki etirazların iştirakçılarına qarşı zorakılığına etiraz əlaməti olaraq küçələrə çıxıblar. Bu barədə…
Azərbaycanda mənzil bazarında qiymət artımı davam edir. 2026-cı ilin üçüncü rübündə mənzil bazarında qiymət indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 8,4 faiz yüksəlib. İlkin mənzil…
Bu həftə (9-13 noyabr) “Azeri Light” (CIF), “Azeri Light” (FOB Ceyhan), “Urals” və “Dated Brent” markalı neftin orta qiymətləri azalıb. Trend-in neft bazarının iştirakçılarının…