ABŞ-ın Nyu York şəhərinin Bruklin rayonunda üçmərtəbəli binanın uçması nəticəsində azı 2 nəfər ölüb, 17 nəfər isə xəsarət alıb.
Bu barədə şəhərin yanğınsöndürmə xidmətinin komissarı Lillian Bonsinyore mətbuat konfransı zamanı bildirib.
Onun sözlərinə görə, xəsarət alanlardan dördünün vəziyyəti ağırdır:
"Dağıntılar altında insanların qala biləcəyi ehtimal olunur, axtarış-xilasetmə əməliyyatı davam edir. Hadisənin səbəbi hələlik məlum deyil".