Nyu-Yorkda bina çökdü

ABŞ-ın Nyu-York şəhərindəki binanın çökməsi nəticəsində 2 nəfər ölüb,

Hadisə nəticəsində yeddi uşaq da daxil olmaqla 19 nəfər yaralanıb.

Yaralılardan dördünün vəziyyəti ağır, 12 nəfərin vəziyyəti isə sabitdir.

***

ABŞ-ın Nyu-York şəhərinin Bruklin rayonunda üçmərtəbəli bina qismən uçub.

Bruklinin cənubundakı Fletbuş məhəlləsində yerləşən binada uçqun Bakı vaxtı ilə saat 01:00-də baş verib.

Dağıntılar altında qalanlar var. Axtarış-xilasetmə əməliyyatı aparılır.