ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey Di Vensin İranla birbaşa danışıqları bərpa etmək təşəbbüsünə etiraz etməyib.
Bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Tramp bu yaxınlarda köməkçilərinə Vensin Tehranla münaqişənin diplomatik yolla nizamlanması məqsədilə birbaşa təmasları bərpa etmək səylərinə qarşı olmadığını bildirib.
Bildirilir ki, oktyabr ayında Vens İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaiyə məktub göndərərək görüş keçirilməsini təklif edib.
Hələlik görüşlə bağlı razılıq əldə olunmasa da, vasitəçilər üzərindən müzakirələr davam etdirilir.
Mənbələrin sözlərinə görə, Venslə İran rəsmiləri arasında görüş barədə razılıq əldə olunacağı təqdirdə, danışıqların növbəti mərhələsinin Qətərin paytaxtı Dohada keçirilməsi nəzərdən keçirilə bilər.
Bununla belə, İranın xarici işlər naziri Abbas Əraqçi daha əvvəl Venslə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi arasında görüşün planlaşdırılmadığını bildirib və bununla bağlı yayılan məlumatları əsassız adlandırıb.