Şəmkirdə avtomobil aşdı: iki nəfər öldü, bir nəfər yaralandı

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. “Toyota Land Cruiser” markalı avtomobilin aşması nəticəsində iki nəfər ölüb, daha bir nəfər xəsarət alıb.

Qəza nəticəsində həyatını itirənlər Qılıncbəyli kənd sakinləri – 1995-ci il təvəllüdlü Elgün Abbasov və onun yaşıdı Eşqin Abbasovdur.

Yaralı Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.