"İnşaatçılar" metrosunun qarşısını su basdı - VİDEO

Yağış suları paytaxtın “İnşaatçılar” metrostansiyasının yaxınlığında nəqliyyatın hərəkətini çətinləşdirib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə metronun Abbas Mirzə Şərifzadə küçəsi istiqamətindəki çıxışının yaxınlığında yolların su altında qaldığı görünür.

Ərazidə yaranan vəziyyət sürücülər və piyadalar üçün ciddi çətinlik yaradıb.