Azərbaycan iqtisadiyyatı 1,7 faiz böyüyüb

Azərbaycanda 2026-cı ilin yanvar–oktyabr aylarında 115 milyard 930,5 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsinə istinadən, ÜDM ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 1,7 faiz artıb.

Qeyri-neft-qaz sektorunda əlavə dəyər 2,9 faiz artıb, neft-qaz sektorunda isə 0,9 faiz azalıb.

Ümumi sənaye istehsalında 0,7 faizlik azalma qeydə alınsa da, qeyri-neft-qaz sənayesində istehsal 4,8 faiz artıb.