İngiltərənin “Mançester Yunayted” klubu Zaqreb “Dinamo”sunun hücumçusu Dion Drene Bellyonu transfer etmək istəyir.
Bu barədə “TEAMtalk” nəşri məlumat yayıb.
“Qırmızı şeytanlar” 24 yaşlı futbolçunun bu mövsümkü çıxışını yaxından izləyir.
Lakin xorvatiyalı forvarda maraq göstərən klubların sayı bununla məhdudlaşmır. “Nyukasl”, “Lids” və “Tottenhem” də hücumçunun xidmətində maraqlıdır.
Məlumata əsasən, “Nyukasl” və “Lids”in skautları “Dinamo”nun “Sanderlend”lə Avropa Liqası matçını (2:0) tribunadan izləyiblər. Həmin görüşdə Bellyo da fərqlənməyi bacarıb.
Hücumçu cari mövsümdə bütün turnirlərdə 20 oyuna çıxaraq 19 qol vurub və 9 məhsuldar ötürmə verib.
Transfermarkt portalı futbolçunun bazar dəyərini 15 milyon avro qiymətləndirir.