Qiymət artımından sonra AYNA -nın xidmət “keyfiyyəti" belə artıb

Bu görüntülər səhər saat 06:30-da Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində lentə alınıb.

Qəsəbədə səhər saatlarında sərnişinlər avtobusun mühərrikini işə salmaq üçün onu itələməli olublar. Texniki cəhətdən yararsız vəziyyətdə olan köhnə avtobuslar sakinlərin gündəlik gediş-gəlişində çətinlik yaradır.

Təxminən 10 min sakinin yaşadığı qəsəbədə insanlar işə, universitetə və digər ünvanlara çatmaq üçün ciddi çətinliklərlə üzləşirlər.

Gedişhaqqı artır, amma xidmətin keyfiyyəti dəyişmir. AYNA isə hər dəfə qiymət artımı olarkən keyfiyyətin yaxşılaşacağına söz verir. Amma verdikləri sözə əməl etmirlər. Qiymət artımlarına baxmayaraq, qəsəbədə köhnə avtobusların yenilənməsi və nəqliyyat probleminin həlli istiqamətində heç bir tədbir görmür.

Bunun səbəbi nə ola bilər? Adən korrupsiyanın hökm sürdüyü təşkilatlarda belə hallar yaşanır.

Bütün hallarda, sakinlər ictimai nəqliyyatın vəziyyətinin yaxşılaşdırılmasını, köhnə avtobusların yeniləri ilə əvəzlənməsini gözləyirlər.