Sabiq məmur doğum günündə vəfat etdi - Foto

Biləsuvar rayonunda keçmiş məmur Hacıağa Bayramov doğum günündə vəfat edib.

Oxu.az-a istinadla, o, 68 yaşında dünyasını dəyişib.

Mərhum uzun illər müxtəlif dövlət qurumlarında çalışıb.

Qeyd edək ki, Hacıağa Yarməmməd oğlu Bayramov Biləsuvar rayonunun Səmədabad kənd sakinidir.