Qaradağ rayonunda dəm qazından zəhərlənmə nəticəsində ölüm hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında qeydə alınıb.

Qubanın İkinci Nügədi kənd sakini 1996-cı il təvəllüdlü Rəhim Yüzbaşıyev dəm qazından boğularaq həyatını itirib.

Hadisənin başvermə səbəbləri araşdırılır.