Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu gün Türkiyəyə yollanacaq.
O, Antalyada keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP31) iştirak edəcək.
Mixeil Kavelaşvili noyabrın 11-də konfrans iştirakçıları və dünya liderləri qarşısında çıxış edəcək.
Prezidentlə yanaşı tədbirə Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili, həmçinin xarici işlər nazirinin müavini Aleksandre Xvtisiaşvili qatılacaqlar.