Bulvarda qayalıqlara yıxılan gənc oğlan xilas edildi - VİDEO

Bulvarda köməksiz vəziyyətdə qalan şəxs xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a bildirilib ki, hadisə Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində qeydə alınıb.

“112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvarı” dalğıc-axtarış qrupu cəlb edilib.

Ehtiyatsızlıqdan dəniz kənarına yıxılaraq qayalıqda köməksiz vəziyyətdə qalan 20 yaşlı Əliyev Mədət Fərhad oğlu dalğıclar tərəfindən təxliyə edilib.